Məhkəmə qərarları › İş №1(011)-16/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-16/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-16/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçilər “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxx 2000-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, idman müəllimi, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Tağıbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, AE926561 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə saat 10:53-də texniki cəhətdən saz vəziyətdə “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi istiqamətində həmin ərazidə yaşayış binaları tərəfdən adsız küçə istiqamətindən avtomobili idarə edərkən bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən yolla gedən nəqliyyat vasitəsinə yol verməyərək digər hərəkət zolağına daxil olub hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə digər hərəkət zolağına çıxmamalı olduğu halda çıxıb hərəkətini davam etdirərkən Nümayəndə küçəsində Təqsirləndirilən şəxs1, idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 65-70 km/saat sürətlə Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində idarə edərək nəqliyyat vasitəsini baş verən sahədə icazə veriləndən artıq surətlə hərəkət etdirdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs1 həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri hadisə baş verən sahədə 60 km-dən çox olmayan surətlə hərəkət etməli olduğu halda icazə veriləndən artıq sürətlə hərəkətdə olarkən onun hərəkət zolağına çıxıb hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs1 həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etmədikdə avtomobilinin ön sağ hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafə onun nəqliyyat vasitəsinin icazə verilən hərəkət sürətinə uyğun dayanma yolundan böyük olduğundan onun hərəkətlərində Qanunun 42-ci maddəsinin 4cü hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olaraq Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun nəqliyyat vasitələrinin toqquşması və bununla da onun piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq təhlükəsizlik adacığında yolu keçmək istəyən piyada X6 vuraraq ehtiyatsızlıqdan sonuncunun ölü doğmuş olduğu 30-32 həftəlik dölün başın və bədənin küt travması, baş beynin ağır dərəcəli əzilməsi-kəskin travmatik beyin ödemi, daxili orqanların (dalaq və hər iki böyrəklərin) əzilməsi xəsarətləri dölün ana bətnində həyati olub dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqə olmaqla Gülli Mehdiyevanın ölü doğmuş olduğu 30-32 həftəlik dölün ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olaraq xəsarət yetirmiş və Gülli Mehdiyevanın başın və bədənin küt travması, baş-beyinin kəskin ödemi, 30-32 həftəlik hamiləliyin pozulması, dölün keysərriyə yolu ilə çıxarılması, daxili qanaxma, döş qəfəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrininin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları həyati olmaqla, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqə olmaqla 05 avqust 2023-cü il tarixdə M.G.Mehdiyevanın baş-beyin, qarın və döş qəfəsinin əzilməsi fonunda artan qan-damar və böyrək çatışmazlığı nəticəsində poliorqan çatışmazlığı başın küt travması nəticəsində yaranmış beyin toxumasının əzilməsi ilə 06 avqust 2023-cü il tarixdə ölümünə səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, zərərçəkmiş şəxsin ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, AD 225322 nömrəli ABC kateqoriyalı sürücülük vəsiqəsi ilə xx.xx.2023-cü il tarixdə saat 10:53-də xüsusi mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 65-70 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində idarə edərkən nəqliyyat vasitəsini baş verən sahədə icazə veriləndən artıq surətlə hərəkət etdirdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş, yəni həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri hadisə baş verən sahədə 60 km-dən çox olmayan surətlə hərəkət etməli olduğu halda icazə veriləndən artıq sürətlə hərəkətdə olarkən həmin ərazidə yaşayış binaları tərəfdən adsız küçədən Nümayəndə küçəsi istiqamətində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr və başqa obyektlər ) yola çıxarkən yolla gedən nəqliyyat vasitəsinə yol verməyərək Təqsirləndirilən şəxs1 hərəkət zolağına daxil olub hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs2 həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etmədikdə avtomobilinin qabaq sol hissəsi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin ön sağ hissəsi toqquşmuş, təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafə onun nəqliyyat vasitəsinin icazə verilən hərəkət sürətinə uyğun dayanma yolundan böyük olduğundan Təqsirləndirilən şəxs1 hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olaraq Qanunun 50-ci maddəsinin 1-ci hissəsi, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun nəqliyyat vasitələrinin toqquşması və bununla da onun piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq təhlükəsizlik adacığında yolu keçmək istəyən piyada X6 vuraraq ehtiyatsızlıqdan sonuncunun ölü doğmuş olduğu 30-32 həftəlik dölün başın və bədənin küt travması, baş beynin ağır dərəcəli əzilməsi-kəskin travmatik beyin ödemi, daxili orqanların (dalaq və hər iki böyrəklərin) əzilməsi xəsarətləri dölün ana bətnində həyati olub dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqə olmaqla Gülli Mehdiyevanın ölü doğmuş olduğu 30-32 həftəlik dölün ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olaraq xəsarət yetirmiş və Gülli Mehdiyevanın başın və bədənin küt travması, baş-beyinin kəskin ödemi, 30-32 həftəlik hamiləliyin pozulması, dölün keysərriyə yolu ilə çıxarılması, daxili qanaxma, döş qəfəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrininin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları həyati olmaqla, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqə olmaqla 05 avqust 2023-cü il tarixdə M.G.Mehdiyevanın baş-beyin, qarın və döş qəfəsinin əzilməsi fonunda artan qan-damar və böyrək çatışmazlığı nəticəsində poliorqan çatışmazlığı başın küt travması nəticəsində yaranmış beyin toxumasının əzilməsi ilə 06 avqust 2023-cü il tarixdə ölümünə səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X18 ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamda özünü təqsirli bilmir, cüdo müəllimi olaraq işləyir. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi ilə R.Məmmədov küçəsindən 8 noyabr istiqamətində özünə məxsus “Opel Astra” markalı 31BB006 avtomobillə 65-70 km/saat ilə əsas yolda hərəkətdə olan zaman anidən sağ tərəfdən yaşayış məntəqəsinin arasından “Toyota Prius” markalı avtomobil qarşısına çıxmışdır. Həmin avtomobili son anda görmüş və əyləci sıxmaq istəsə də, həmin avtomobil anidən qarşısına çıxdığından toqquşmanın qarşısını ala bilməmişdir. Toqquşmadan sonra avtomobilinin təhlükəsizlik hava yastıqları açılmış, maşın sönmüş, qarşısını görməmiş və idarə etməni itirmişdir. Ardınca sükanı tutaraq əyləci sıxmış və avtomobil maneəyə çırpılaraq dayanmışdır. Hadisədən sonra ilkin olaraq görüntülərdə də əks olunub, maşında 4 nəfər tələbəsi olmuş, ilkin olaraq da həmin uşaqlara su vermişdir, onların səhhəti ilə maraqlanmışdır. Hadisə ilə bağlı bildirir ki, yol üstünlüyü onda olmuşdur. Zərərçəkmiş şəxs üçün onun maşınının heç bir təhlükəsi olmamışdır. Həmin yoldan mütəmadi olaraq istifadə edir. “Toyota Prius” markalı avtomobilin onun yoluna çıxacağını bilməzdi, çünki həmin yoldan istifadə edərkən köməkçi yol ilə hərəkət edən avtomobillər əsas yoldan gələn avtomobilləri gözləyir, daha sonra isə yola keçirlər. Ekspertiza rəylərində onun 60 km/s ilə gələcəyi təqdirdə hadisənin qarşısını almağına texniki imkanının olması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, əsas yolun sağında avtoparkinq, həmin avtoparkinqin sağında da hündür yaşıl ağaclar olmuşdur. Əvvəla 40 metr məsafədən köməkçi yoldan avtomobil gəlməsi görünmür. İkincisi isə yol üstünlüyü onda olduğu təqdirdə onun köməkçi yoldan gələn avtomobili gözləmək deyə vəzifəsi qanunda müəyyən edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə hadisə yerinə baxış keçirilərkən də orda iştirak edən polis əməkdaşı bildirmişdir ki, “Toyota Prius” markalı maşın avtoparkinqin sağındakı səkidə dayanmalı və əsas yol ilə hərəkət edən maşınları gözləməlidir. Lakin ekspertlər rəydə “Toyota Prius” markalı avtomobilin binanın aşağısında olan butkanı(komendatın oturduğu yeri) təhlükənin yaranma anı olaraq qeyd etmiş, həmin məsafədən də “Toyota Prius” markalı maşının onun yoluna çıxdığı müddəti hesablayaraq onun hadisənin qarşısını almaq iqtidarında olmaığını bildirmişlər. Onun əməlində sürət həddinin aşılması ilə bağlı inzibati xəta mövcuddr. Fərz olunsa ki, o 60 km/s ilə hərəkət etmiş və “Toyota Prius” markalı avtomobil onun qarşısına çıxmışdır, yol hərəkəti haqqında qanuna əsasən əsas yol ilə hərəkət edən avtomobilin köməkçi yol ilə gələn maşını gördükdə dayanması və ya ayağını əyləcə qoymaqla sürət həddinin azaltması ilə bağlı tələb mövcud deyildir. Ekspertlərin fikri ilə o zaman razı olardı ki, həqiqətən də 40.8 metr qabaqdan “Toyota Prius” markalı maşının onun yoluna girməsini görsə və ya “Toyota Prius” markalı maşının onun yolunun üzərində saxlamasını müəyyən etsə, bu zaman hadisə baş versə, bəli o təqsirli olardı. Amma aparılmış ekspertizanın əsasını təşkil dən riyazi hesablamalar sadəcə olaraq onun təqsirli bilinməyinə yönəlmişdir. Ekspertiza rəyində binanın aşağısında olan butka(komendatın oturduğu yer) yanından “Toyota Prius” markalı maşın hərkət edərkən onun üçün təhlükə anının yaranması tamamilə əsassızdır. Çünki o “Toyota Prius” markalı maşını sadəcə olaraq yolun kəsişməsinə 2-3 metr qalmış görmüş, 2-3 metr məsafədən də 60 ilə hərəkət edən maşın ayağını tormoza vursa, təbii ki, qəza qaçınılmaz olacaqdır. Hadisə baş verən anda şarlar açılmış, maşın sönmüş, şarın açılması zamanıda özü də sanki bir şok yaşamışdır. Yol nəqliyyat eksperti bildirsə də ki ,hadisəyə qədər qəzanın qarşısın almaq mümkün idi, xeyr mümkün deyildi. Hadisədən sonra da ümumiyyətlə şarların açılması, maşının sönməsi idarə etmənin ondan asılı olmayaraq çıxamasına səbəb olmuşdur. O özü Gənclər və İdman Nazirliyi tərəfindən verilən lisenziya əsasında cüdo müəllimliyi edir. X16 xüsusi diqqət və qayğısı vardır. Ümumiyyətlə Azərbaycan Respublikasına və xalqımıza xidmət edərək yüzlərlə tələbənin idman sahəsi olan cüdonu öyrətməklə cəmiyyət üçün faydalı vətəndaş olmasına səbəb olur. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittihamda təqsirli bilməyərək bildirmişdir ki, etibarnamə əsasında idarə etmiş olduğu “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurkən, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, “Neorocərrahiyə” xəstəxanası ilə üzbəüz sahədə yerləşən adsız küçədən çıxaraq Nümayəndə küçəsindən X.Məmmədov küçəsi istiqamətində düzünə hərəkət etmək istəyən zaman sol tərəfdən gələn avtomobillərin gəlib gəlməməsini dəqiqləşdirmək üçün avtomobili irəli hərəkət etdirmiş, hərəkətini davam etdirərkən anidən sol tərəfdən Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində hərəkət edən “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə onun idarə etdiyi avtomobilin ön sol tərəfi toqquşmuş, nəticədə həmin avtomobil sol tərəfə istiqamətlənərək idarə etməni itirmişdir. Onun idarə etdiyi avtomobil isə zərbənin təsirindən sağ tərəfə doğru hərəkət edərək yolun kənarında olan “Haval” markalı avtomobilə dəyərək dayanmışdır. O avtomobildən düşdükdən sonra “Opel Astra” markalı avtomobilin yaxınlıqda olan aptekin qarşısında səkiyə dəyərək dayanması, həmin sahədə bir neçə nəfər şəxsin xəsarət almasını görmüşdür. Daha sonra vətəndaşlar hadisə yerinə gəlmiş, təcili tibbi yardıma bu barədə məlumat vermişlər. Ardınca xəsarət alanları xəstəxanaya aparmış və polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Hesab edir ki, onun əməli ilə zərərçəkmiş şəxslərin ölümü arasında heç bir əlaqə olmamış, sadəcə olaraq “Opel Astra” markalı avtomobil ilə toqquşmuşdur. O heç kimi öldürməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X12 ilə xx.xx.2022-ci il tarixdə rəsmi olarak nikaha daxil olmuşdur. Lakin Gülli yeni şəxsiyyət vəsiqəsini əldə etmədiyindən soyadı şəxsiyyət vəsiqəsində Mehdiyeva olaraq qalmışdır. Övladları olmasa da, mərhum arvadı Gülli Mehdiyeva 32-33 həftəlik hamilə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində Gülli, bacısı Ülviyyə, bacısının qızı 2022-ci il təvəllüdlü Nur və özü yaşadıqları ünvandan çıxmışlar. İşə gecikdiyi üçün avtobusa çatmağa görə tələsik getmiş, onlar isə arxadan asta asta gəlmişlər. Saat 11 radələrində o, “Neorocərrahiyyə” xəstəxanası istiqamətində yolu keçərək dayanacaqda avtobusu gözləmişdir. Avtobus gəldikdən sonra minmək istədikdə anidən toqquşma səsi gəlmiş, geriyə dönərək yola baxdıqda “Opel Astra” markalı avtomobilin yaxınlıqda olan aptekin səkisinə çırpılaraq dayanmasını, bacısı Ülviyyənin avtomobilin yanına yıxılmasını görmüşdür. Yaxınlaşdıqdan sonra aptekin sınmış şüşələrindən içəridə Güllinin yerə yıxılmasını görmüşdür. Ardınca təcili tibbi yardım gəlmiş, xəsarət alanları xəstəxanaya aparmışdır. Həmin tarixdə həkimlər ona Güllinin hamiləliyinin pozulmasını bildirmiş, 1 gün sonra isə Gülli yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxslər barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3i ilə birlikdə yaşayır. Evlidir, 1 azyaşlı övladı vardır, 05 avqust 2023-cü il tarixdə saat 11 radələrində qardaşı Bayram İsmayılov arvadı X12 ilə Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsində yolu “Neyrocərrahiyə” xəstəxanası istiqamətində keçirmiş, yolun ortasında təhlükəsizlik adasının üzərində dayanan zaman anidən arxadan toqquşma səsi gəlmiş, ardınca toqquşmadan sonra “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onlar tərəfə gələrək onları vurmuşdur. Zərbədən sonra qucağında olan qızı 2022-ci il təvəllüdlü X19 yerə düşmüş, avtomobil Gülli ilə onu qabaq hissəsi ilə vurduqdan sonra o, avtomobilin altında qalmışdır. Gülli isə zərbənin təsirindən aptekin şüşəsinə çırpılaraq içəriyə tərəf yıxılmışdır. Daha sonra isə orada olan vətəndaşlar yaxınlaşaraq onlara köməklik göstərmiş və xəstənaya aparmışlar. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda 196 nömrəli orta məktəbin 7-ci sinif şagirdidir və natamam orta təhsillidir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “X37”-nda cüdo üzrə məşqlərə gedir. Müəllimi Təqsirləndirilən şəxs1 ilə birlikdə mütəmadi olaraq əlavə məşqlər keçmək üçün Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Modern İdman Məktəbi”-nə gedib gəlirlər. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində qeyd olunan idman məktəbindən çıxaraq müəllimi Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Qabaq sərnişin oturacağında məşq yoldaşları Aydan, arxada isə o, Tehran, Rahul və Ayxan əyləşmişlər. Yolda olan zaman arxada söhbət etmişlər. Anidən toqquşma səsi gəlmiş. sonra isə avtomobil maneəyə dəyərək dayanmışdır. O nə baş verməsini anlamamış, daha sonra isə onlar avtomobildən düşmüş və ətrafda çoxlu insanlar toplaşmış, onların avtomobili isə qəzalı vəziyyətdə və hava yastıqları açılmış şəkildə yaxınlıqda olan “Aptek”-in qarşısında dayanmışdır. Ardınca təcili tibbi yardım gəlmiş, onları 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Qəza baş verərkən o telefonla oynamışdır. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Halhazırda 280 nömrəli orta məktəbin 6-cı sinif şagirdidir və natamam orta təhsillidir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “X37”-nda cüdo üzrə məşqlərə gedir. Müəllimi Təqsirləndirilən şəxs1 ilə birlikdə əlavə məşqlər keçmək üçün Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Modern İdman Məktəbi”-nə gedib gəlirlər. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində onlar qeyd olunan idman məktəbindən çıxaraq müəllimi Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Qabaq sərnişin oturacağında məşq yoldaşı Aydan, arxada isə o Hacıbaba, Rahul və Ayxan əyləşmişlər. Yolda olan zaman onlar arxada söhbət etmişlər. Anidən toqquşma səsi gəlmiş sonra isə avtomobil maneəyə dəyərək dayanmışdır. O nə baş verməsini anlamamış, daha sonra isə avtomobildən düşmüşlər. Ətrafda çoxlu insanlar toplaşmış, onların avtomobili isə hava yastıqları açılmış şəkildə yaxınlıqda olan “Aptek”-in qarşısında dayanmışdır. Ardınca təcili tibbi yardım gəlmiş, onları 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Qəza baş verərkən o telefonla oynamışdır. Suallara cavab olaraq bildirmişdir ki, o arxada sağda oturmuş, Rahul ortada, Ayxan da arxada yanlarında oturmuş, Ayxanı dartıb maşından çıxartmışdır. Şarlar açılmış, o qapını açıb çıxmış, şokda olmuşdur. Şarın nə vaxt açıldığını görməmiş, başını qaldıranda şar açılmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Halhazırda 280 nömrəli orta məktəbin 6-cı sinif şagirdi olmaqla natamam orta təhsillidir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “X37”-nda cüdo üzrə məşqlərə gedir. Müəllimi Təqsirləndirilən şəxs1 ilə birlikdə əlavə məşqlər keçmək üçün Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Modern İdman Məktəbi”-nə gedib gəlirlər. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində biz qeyd olunan idman məktəbindən çıxaraq müəllimi Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Qabaq sərnişin oturacağında məşq yoldaşları Aydan, arxada isə o, Hacıbaba, Rahul və Tehran əyləşmişlər. O arxa sərnişin oturacağında ortada əyləşmiş, anidən toqquşma baş vermiş, üz nahiyyəsi avtomobilin ortasında olan qolaltı adlanan hissəyə dəymişdir. Sonra isə avtomobil maneəyə dəyərək dayanmış, o nə baş verməsini anlamamışdır. Daha sonra isə avtomobildən düşmüş və ətrafda çoxlu insanların toplaşmasını görmüşlər. Avtomobilin isə hava yastıqları açılmış şəkildə yaxınlıqda olan “Aptek”-in qarşısında dayanmışdır. Ardınca təcili tibbi yardım gəlmiş, onları 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Suallara cavab olaraq bildirmişdir ki, maşının hava şarının açılmasını qəzadan sonra görmüş, qəza anında telefona baxdığı üçün şarın açılma anını görməmiş, lakin sonra baxdıqda görmüşdür. Tehran və o, arxada oturmuş, qabaqda qız oturmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Göyçəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük yaşayış massivində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “X37”-nda cüdo üzrə məşqlərə gedir. Müəllimi Təqsirləndirilən şəxs1 ilə birlikdə əlavə məşqlər keçmək üçün Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Modern İdman Məktəbi”-nə gedib gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində biz qeyd olunan idman məktəbindən çıxaraq müəllimi Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Qabaq sərnişin oturacağında o, arxada isə Hacıbaba, Rahul, Tehran və Ayxan əyləşmişlər. Anidən toqquşma baş vermiş, sonra isə avtomobil maneəyə dəyərək dayanmışdır. O nə baş verməsini anlamamış, daha sonra isə onlar avtomobildən düşmüş və ətrafda çoxlu insanların toplaşmasını görmüşdür. Avtomobil isə hava yastıqları açılmış şəkildə yaxınlıqda olan “Aptek”-in qarşısında dayanmışdır. Ardınca təcili tibbi yardım gəlmiş, onları 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Suallara cavab olaraq bildirmişdir ki, o hadisə vaxtı qabaqda oturmuş, telefona baxırmış, birdən səs gəlmiş, şar açılmış, heç nə görə bilməmişdir. Nə maşın, nə adam vurulmağını görməmişdir. Məhkəmə istintaq zamanı məhkəmənin təşəbbüsü ilə dindirilmiş ekspert Elşən Həsənov bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli, 8/2798 saylı rəyini ona təqdim edilmiş sənədlər əsasında vermişdir. Belə ki, hadisə yerində tormuz izinin ölçüləri müəyyən edilməmişdir. Maşının sürətini isə yalnız tormoz izinin uzunluğuna əsasən müəyyən etmək mümkündür. Şarın açılması maşınların toqquşması əsasında baş verir. Belə ki, şarın açılması ilə bağlı konkret olaraq hər hansısa bir sürət həddi müəyyən olunmamışdır ki, həmin sürətdə maşın hərəkət edən zaman şar açılmalıdır. O, rəy verərkən müəyyən olunmuşdur ki, “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat avtomobilli maşın surət həddini aşdığı üçün, yəni həmin yolda surət həddi 60 km/saatdan yuxarı olduğu üçün baş vermiş hadisədə həmin avtomobilin sürücüsünün əməli arasında səbəb əlaqə müəyyən edilmişdir. Həmin yolda icazə verilən surət həddi 60 km/saatdır. O qeyd etmişdir ki, toqquşma yerinə qədər olan məsafədə, Opel Astra markalı avtomobil 60km/saat ilə hərəkət etsə idi və tormoz versəydi, toqquşma yerinə çatana kimi avtomobili dayandıra bilərdi, yəni hadisə baş verməyəcəkdi. Maksimum təcillənmə ilə sürətin azalması nəticəsində şar açılır. Məhkəmə istintaqı zamanı rəy vermiş videotexnik ekspert Lətif Hüseynov izahatında bildirmişdir ki, toqquşma anına qədər Opel markalı avtomobilin surəti 75km/saat, Tayota markalı avtomobilin surəti isə 13,5 km/saat olmuşdur.Ekspertiza tədqiqat videoyazı üzrə aparılıb. Videoyazıda kifayət qədər dəqiqlik var. Obyektin eyniləşdirilməsi üçün obyektin ölçülərinin forması dəqiq müəyyən edilməlidir. Obyekt hava şarı da ola bilər, sadə maşın içərisində görünən ağ rəngə hava şarı deməyi üçün sərhəd kontorları dəqiqləşdirilməlidir. Şahid ifadələri əsasında həmin obyektin şar olub-olmaması deyilə bilməz, görüntülər əsasında rəy verilir. Məhkəmə istintaqı zamanı rəy vermiş videotexnik X25 izahatında bildirmişdir ki, Opel markalı avtomobilin rəyi 75 km/saat surətə uyğun verilib, surət həddi aşılmasaydı Tayota markalı avtomobil ilə toqquşma olmayacaqdı. Müvafiq vəziyyətdə şar açılması mümkündür. Tayota markalı avtomobil toqquşma anına qədər 1,96 saniyədə 5,5 metr məsafə qət etmişdir. Eyni zamanda Opel markalı avtomobil 75 km/saat surətlə hərəkətdə olarkən təhlükə anı 40,8 metr məsafədədir. Hava şarının açılması onun tədqiqatı deyil. Görmə məhdudlaşsa da ayağı tormozda olmalı idi.Opel markalı avtomobilin sürücüsü yol üstünlüyünə malik olub, onun başqa pozuntusu olmayıb.Opelin sürücüsünün təhlükə anını görmə məsafəsi 40,8 metrdir. Təhlükə anı hüquqi anlayış olduğundan onlara qiymət vermək məhkəmə və ya istintaq orqanının səlahiyyətindədir. Tədqiqat Tayota markalı avtomobilin 5.5 metr məsafədə olması, 1 metr də avtomobilin uzunluğundan nəzərə alaraq 6.5 metr məsafəyə görə 1,96 saniyəyə gəlməsini və buna müvafiq olaraq Opel markalı avtomobilin 75 km/saat surətlə hərəkətdə olarkən 1,96 saniyəyə görə 40,8 metr məsafədə təhlükə anında olması müəyyən olunmuşdur. Toqquşma anından piyadaya çarpma müddəti 1.72 saniyə müəyyən edilib. Həmin müddətdə hadisənin qarşısının alınması sürücünün psixoloji vəziyyətindən asılıdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. (i.v. 1); 05 avqust 2023-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış aydın havada Nümayəndə küçəsi istiqamətindən 8 noybar prospekti istiqamətində keçirilmişdir. Yolun işlək hissəsi düz, örtüyün növü asfaltbeton, yol örtüyünün hər iki istitqamət üzrə eni 6+6 metrdir. Yolun ümumi hərəkət zolaqlarının sayı 2. Yolun işlək hissəsinin sayı 12 metrdir. Yolun hərəkət zolaqlarının hər biri 3 metrdir. Yolun işlək hissəsinə birləşir (sağdan) səki. Yolun işlək hissəsinə birləşir (soldan) səki. Şinlərin izləri aşkar olunmadı. Cinayət işi materiallarında olan fotoşəkillərdən görünür ki, Nümayəndə küçəsindən 8 noyabr prospektinə doğru hərəkətdə olarkən sxemdə yolun sağında göstərilən piyada keçidinin sol tərəfində avtomobillər dayanmış, səkinin sağında isə hündür ağaclar müəyyən edilmişdir. Göstərilən hallar hadisə yerinin baxış protokolunda qeyd edilməmiş, ekspert rəyində isə göstərilən xüsusatlara münasibət bildirilməmişdir (i.v 7-18) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 05 avqust 2023-cü il tarixli 2/25741 saylı aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:29-da müayinədən keçirilmiş və o, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir.(i.v 25) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 05 avqust 2023-cü il tarixli 2/25744 saylı aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:46-da müayinədən keçirilmiş və o, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir.(i.v 31) 07 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında qərardan görünür ki, X11 yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş həyat yoldaşı X4 hüquqi varisi kimi tanınmışdır.(i.v 42-43) 10 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki,Şahid2 anası X2 qanuni nümayəndə qismində təyin olunmuşdur.(i.v 60) 10 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki,Şahid3 anası X9 qanuni nümayəndə qismində təyin olunmuşdur.(i.v 74) 10 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki,Şahid4 anası X20 qanuni nümayəndə qismində təyin olunmuşdur.(i.v 88) 10 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki,şahid X13nın anası X10 qanuni nümayəndə qismində təyin olunmuşdur.(i.v 102) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X32 xx.xx.2023-cü il tarixli 69 saylı rəyində göstərilmişdir ki, X4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, baş-beyinin kəskin ödemi, 30-35 həftəlik hamiləliyin pozulması, dölün keysəriyyə yolu ilə çıxarılması, daxili qanaxma, döş qəfəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də xx.xx.2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb baş-beyin, qarın və döş qəfəsinin əzilməsi fonunda artan qan-damar və böyrək çatışmazlığı nəticəsində poliorqan çatışmazlığı olmuşdur, ölüm xx.xx.2023-cu il tarixdə saat 00:45-də X23 baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X1 adına tərtib edilmiş tibbi sənədlərdə onun spirtli içki, narkotik və psixotrop maddələrin qəbul etməsi barədə hər-hansı bir qeydiyyat aparılmamışdır.(i.v 137- 141) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X32 xx.xx.2023-cü il tarixli 69 saylı rəyində göstərilmişdir ki, X4 ölü doğmuş olduğu 30-32 həftəlik dölün meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, baş-beyinin ağır dərəcəli əzilməsikəskin travmatik beyin ödemi, daxili orqanların (dalaq və hər iki böyrəklərin) əzilməsi. Qeyd olunan xəsarətlər dölün ana bətnində həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X4 ölü doğmuş olduğu 30-32 həftəlik dölün ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. X4 ölü doğmuş olduğu 30-32 həftəlik dölün vəziyyəti xəsarətləri alarkən anatomik baş gəlişi doğuş vəziyyətində olmuşdur. (i.v 144-148) DİN Baş X38ndən daxil olmuş məktubla müəyyən edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 926561 “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 157) DİN Baş X38ndən daxil olmuş məktubla müəyyən edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AD 225322 “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 159) AR DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v 172) AR DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(i.v 173) İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1703 saylı rəyin təsviri hissəsindən görünür ki, NV1-in(opel astra) hərəkəti üçün təhlükə NV2(TOYOTA PRİUS)-nin yola bitişik ərazidən yolayrıcına daxil olduğu andan yaranmış, həmin andan NV2(TOYOTA PRİUS)-toqquşma yerinə kimi 10 km/saat sürətlə 6.5 metr məsafə qət etmişdir. Hadisə yaşayış yerində baş vermiş və icazə verilən maksimum hərəkət sürəti 60km/saatdır.(rəyin 2-ci səhifəsi). Mövcudyol-nəqliyyat şəraitində sürücünün reaksiya vaxtı 1.0 san(rəy 3-cü səhifə) Aparılmış hesabata əsasən, mövcud yol şəraitinə uyğun nəqliyyat vasitəsinin(NV1) icazə verilən hərəkət sürətində dayanma yolu 42.2 metrdir Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, Toyota Prius markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisən qarşısını almağa texniki imkanı olmuşdur. Opel Astra markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(ekspertiza xərci 128 manat)( 174-178) 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 191-192) 15 noyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 217-218) 15 noyabr 2023-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçiriləsi barədə protokoldan görünür ki, Baxış zamanı aşağıdakılar müəyyən edildi: CD-R fomatlı disk "HP" markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01ədəd "Nümayəndə hadisə" adlı və 01 ədəd "Aptekin görüntüsü" adlı video faylın olması aşkar edildi. Qeyd olunan "Nümayəndə hadisə" adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 10:53-dən xx.xx.2023-cü il tarix saat 10:55-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsində iki istiqamətli yolun, həmçinin "Əhmədli klinikası istiqamətindən həyətlərin arasından çıxan adsız küçənin kəsişməsinin ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel Astra" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olması, adsız küçədən isə Təqsirləndirilən şəxs2 "Toyota Prius" markalı 77FF418 dövlət qeydiyyat nişanlı avtomobilin Nümayəndə küçəsi istiqamətində hərəkət etməsi əks olunur. Video faylın 10:53:35 anında artıq Təqsirləndirilən şəxs2 idarə etdiyi "Toyota Prius" markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan Nümayəndə küçəsinə daxil olur və Nümayəndə küçəsi ilə hərəkətdə olan "Opel Astra" marka və modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşur, toqquşma nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 sola doğru hərəkət edərək təhlükəsizlik adacığında yolu keçmək üçün gözləyən piyadalar X6, X5 və sonuncunun qucağında olan X14 vurduqdan sonra X12 zərbənin təsirindən yaxınlıqda yerləşən aptekin şüşəsinə çırpılaraq içəriyə tərəf daxil olur, Ülviyyə Nərimanlı və azyaşlı övladı Nur Nərimanlı isə asfaltın üzərinə yıxılır. "Opel Astra" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin aptekin qarşısında olan səkiyə dəyərək dayanır. Ardınca ətrafda olan vətəndaşlar hadisə yerinə toplaşaraq hadisə nəticəsində xəsarət alan şəxslərə kömək etməyə çalışırlar. Diskdə olan digər "Aptekin görüntüsü adlı fayl açıldıqda isə qeyd olunan hadisənin yaxınlıqda yerləşən aptekin müşahidə kamerasından əldə edilmiş görüntü öz əksini tapır və həmin istiqamətdən hadisənin görüntüsü əks olunur.( (i.v 221-222) 18 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 234-235) 18 noyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 260-261) 19 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ei maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin təsdiq edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Opel Astra" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Toyota Prius" markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə vətəndaş X4 ölməsinə səbəb olan yol nəqliyyat hadisəsinin görüntüsü olan 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri yol-nəqliyyat hadisəsi zamanı digər şəxslərin az ağır olmayan müxtəlif dərəcəli bədən xəsarətləri almasında Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi yaranmadığından həmin hissədə barələrində cinayət işi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v i.v 267-276) Məhkəmə iclas zalında cinayət işi materiallarında olan hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, iş materiallarında olan diskə baxış keçirilməsi protokolundan qeyd olunanlar öz təsdiqini tapmışdır. Əlavə olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hərəkətdə olduğu Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində yolun sağında avtomobillər dayanmış, həmçinin yaşıl ağacların olması müəyyən edilmişdir. Bundan əlavə videogörüntülərə baxış keçirilərkən avtomobillərin toqquşması zamanı "Opel Astra" marka və modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin şarlarının açılması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı X33in vəsatəti əsasında hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilən zamanı iştirak edən mütəxəssis Bakı şəhəri X38 İdarəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X15 bildirmişdir ki, Toyota Prius markalı avtomobilin sürücüsü parklanma yerinin yanındakı səki hissəsini keçmədən, yəni yolun hərəkət hissəsinə çıxmadan gözləməli idi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-8/1177-4/614 saylı kompleks təkrar məhkəmə yol-nəqliyyat ekspertizası və görüntülərin texniki ekspertizası rəyin təsviri hissəsindən görünür ki, nəqliyyat vasitəsinin təhlükə yaranan andan toqquşma yerinə kimi qət etdiyi məsafə NV2 5.5 metr olaraq müəyyən olunmuşdur. Mövcud yol şəraitində sürücünün NV1 reaksiya vaxtı 0.8 saniyə. Aparılmış hesabata əsasən hərəkət üçün təhlükə yaranan anda NV1-in toqquşma yerindən olduğu məsafə 40.8 metrdir. Aparılmış hesabata əsasən mövcud yol şəraitinə uyğun nəqliyyat vasitəsinin(NV1) icazə verilən hərəkət sürətində dayanma yolu 38.9 metrdir. “Toyota Prius” markalı nəqliyyat vasitəsinin trayektoriyası üzərində olan 2.7 metr məsafəni 0.72 saniyə müddətində qət etmiş və bu zaman nəqliyyat vasitəsinin toqquşmaya qədərki sürəti Vtoyota 13.5 km/saat olmuşdur.(bax şəkil 8 və 9) “Toyota Prius” markalı nəqliyyat vasitəsi toqquşmadan əvvəlki trayektoriyası üzərində olan və şəkil 12(5 xətt) və şəkil 13-də(5 xətt) göstərilən 8.1 məsafəni 2.68 san müddət ərzində qət etmiş və bu zaman nəqliyyat vasitəsinin toqquşmaya qədərki sürəti VToyota Prius=10.9km/saat=11 km/saat olmuşdur. “Toyota Prius” markalı nəqliyyat vasitəsinin markalı nəqliyyat vasitəsi toqquşmadan əvvəlki trayektoriyası üzərində olan son(şəkil 14 və şəkil 15göstərilən) 6.5 məsafəni 1.96 san müddətində qət etmişdir. Videogörüntü ekspertizası yolu ilə müəyyən olunmuşdur ki, Opel Astra markalı avtomobilin toqquşma anındakı sürəti Vopel Astra = 75 km/saat, piyadaların vurulması anındakı orta sürəti isə Vopel Astra = 37 km/saat, Toyota Prius markalı avtomobilin toqquşma anında sürəti 13,5 km/saat olmuşdur. Toyota Prius markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti isə VToyota orta = 11 km/saat olmuşdur. Bu isə onu izah edir ki, məhkəmə tərəfindən qərarda göstərilən Toyota Prius markalı avtomobilin hərəkət sürətinin 20 km/saat olması və Opel Astra markalı avtomobilin hərəkət sürətinin isə 65-70 km/saat olması real deyildir. Ona görə də, real olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Məhkəmə tərəfindən qərarda göstərildiyi kimi Toyota Prius markalı avtomobilin toqquşma yerinə kimi 5,5 metr məsafə qət etməsi, toqquşmanın Toyota Prius markalı avtomobilin qabaq sol yan hissəsi ilə baş verməsi və Toyota Prius markalı avtomobilin qabaq hissəsindən onun sol yan tərəfinə kontakt yerinə qədər olan məsafənin 1 metr olması nəzərə alınmaqla qeyd edilir ki, Toyota Prius markalı avtomobil toqquşmaya kimi 6,5 metr (5,5+1=6,5metr) məsafə qət etmiş olur. Videogörüntü ekspertizası yolu ilə isə müəyyən olunmuşdur ki, Toyota Prius" markalı avtomobilin toqquşmaya kimi 6,5 metr məsafəni qət etməsinə 1,96 san vaxt sərf olunmuşdur. Həmçinin videogörüntüyə baxış keçirilərkən məlum olur ki, Toyota Prius markalı avtomobil yola daxil olmamışdan əvvəl qarşısında ardıcıl olaraq iki avtomobil olmuş, 1-ci avtomobil yola daxil olduqdan sonra arxasıyca 2-ci avtomobil və onun arxasıyca Toyota Prius markalı avtomobil yola daxil olur. Belə şəraitdə isə Opel Astra markalı avtomobilin sürücüsü təhlükənin yaranma ehtimalı aşkar əlamətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olur. Belə vəziyyətdə isə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası sahəsində istifadə olunan metodikaya əsasən sürücünün reaksiya vaxtı 0,8 saniyə qəbul olunur tədqiqatın nəticəsi hissəsindən görünür ki, X33: 1a. Ekspertizaya təqdim olunmuş "Hadisə Nümayəndə" adlı videoyazıya görə "Opel Astra" markalı nəqliyyat vasitəsinin toqquşma anındakı sürəti Vopel Astra 75 km/saat, piyadaların vurulması anındakı orta sürəti ise Vopel Astra 37 km/saat olmuşdur. 1b. Ekspertizaya təqdim olunmuş "Hadisə Nümayəndə" adlı videoyazıya görə Toyota Prius markalı nəqliyyat vasitəsinin toqquşma anındakı sürəti VToyota 13,5 km/saat olmuşdur. 1c. Ekspertizaya təqdim olunmuş "Hadisə Nümayəndə" adlı videoyazıya görə Toyota Prius markalı nəqliyyat vasitəsinin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti VToyota orta = 11 km/saat olmuşdur.

2. Ekspertizaya təqdim olunmuş "Hadisə Nümayəndə adlı videoyazıya görə toqquşmadan sonrakı kadrda "Opel Astra" markalı nəqliyyat vasitəsinin salonunda ağ (boz) rəngdə əlavə əşyanın görüntüsü qeydə alıntışdır. Lakin avtomobilin salonunda toqquşmadan sonra qeydə alınan əlavə görüntülərin hava şarına məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı. X25 6.Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3a.5.7. Təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3b. Elmi ədəbiyyatlarda təhlükə nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yararımış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yolnəqliyyat şəraitinin elementidir. Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkət etdiyi yolun sağındakı ağaclar səkidən kənarda yerləşdiyindən Toyota Prius markalı avtomobilin yola daxil olmasını məhdudlaşdıra bilməz. Yolun sağ kənarında dayanmış avtomobillər isə Toyota Prius markalı avmobilin yola daxil olmasını məhdudlaşırıbməhdudlaşdırılmamasını isə baş vermiş yol-nəqliyyat hadisəsi şəraitinə uyğun yol-nəqliyyat şəraiti tam bərpa olunmaqla məhkəmə tərəfindən eksperiment yolu ilə müəyyən oluna bilər.

4. Aparılmış tədqiqatdan məlum olduğu kimi, sürücü Opel Astra markalı avtomobilin icazə verilən sürətlə hərəkətdə olması şəraitində sürücü Təqsirləndirilən şəxs1 təhlükə yaranan andan təhlükə qarşısında tədbir görməklə toqquşma yerinə çatmadan dayandırmağa, yəni hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu isə onu izah edir ki, sürücünün nəqliyyat vasitəsini icazə verilən sürətlə, hərəkət etdirməsi şəraitində qeyd olunan tələblərə riayət etməklə, yəni nəqliyyat vasitəsini dayandımağı üçün tədbir görməsi vəziyyətində avtomobillər arasında toqquşma baş vermilyəcəkdir.( ekspertiza xərci 200 manat.) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPMnin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində itithamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özlərini cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Məhkəmə bu haqlı mövqeyini əsaslandırmaq üçün təqsirləndirilən şəxslərin hər birinin baş vermiş hadisə də, əməllərinin səbəbli əlaqə olmasına ayrıca qiymət verməyi məqsədə müvafiq hesab edir. Belə ki, cinayət işi materialları və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə müəyyən edilmişdir ki, yol üstünlüyü “Opel astra” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 olmuşdur. “Toyota Prius” markalı avtomobili idarə edən X7 isə köməkçi yol ilə hərəkətdə olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində hərəkət edən “Opel Astra” markalı avtomobil əsas yol ilə hərəkətdə, adsız yol ilə hərəkət edən “Toyota Prius” markalı avtomobil isə köməkçi yol ilə hərəkətdə olmuşdur. “Toyota Prius” markalı avtomobil əsas yola daxil olmazdan əvvəl «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin(İV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir) tələblərini pozaraq əsas yola daxil olmuşdur. Cinayət işi materiallarında olan hadisə yerinin baş verdiyi yerin görüntüləri ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobil əsas yola daxil olmamışdan əvvəl, “Mercedes” markalı qara avtomobil avtoparkinqin səkinin tini istiqamətində, “Mercedes” markalı qara avtomobilin arxa hissəsində, təxminən hündür mərtəbəli binanın həyətində olan kiçik tikilinin yanı istiqamətində başqa avtomobil əsas yol ilə hərəkət edən avtomobilləri gözləmiş, daha sonra isə əsas yola daxil olmuşlar. Həmin görüntülərlə bir daha müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobil əsas yola doğru hərəkətdə olduğu adsız köməkçi yol ilə hərəkət edərək, əsas yol ilə hərəkət edən avtomobilləri gözləmədən əsas yola daxil olduğu üçün hadisə baş vermişdir. Hadisə yerinə baxış keçirilən zamanı iştirak edən mütəxəssis Bakı şəhəri X38 İdarəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X15 bildirmişdir ki, Toyota Prius markalı avtomobilin sürücüsü parklanma yerinin yanındakı səki hissəsini keçmədən, yəni yolun hərəkət hissəsinə çıxmadan gözləməli idi. Lakin “Toyota Prius” markalı avtomobil həmin yerdə gözləmədən əsas yola daxil olmuşdur. Təqsirləndirilən şəxs1 isə müvafiq sürət həddini aşdığından yəni, həmin yolda icazə verilən sürət həddi 60km/s olduğu halda 75 km/s ilə hərəkətdə olmaqla, “Toyota Prius” markalı avtomobil ilə toqquşmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Toyota Prius” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozduğundan onun əməli ilə X4 ölümü arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun idman müəllimi olaraq çoxsaylı insanlara idman dərsi keçərək cəmiyyət üçün faydalı şəxs olmasını(CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən hesab edir ki, əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab edilsə də, hər iki təqsirləndirilən şəxsin əməllərinin baş vermiş hadisə ilə əlaqəsinə fərdi yanaşılmaqla təqsirlilik payı müəyyən edilməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəza çəkməsinin əvvəli hökmün tarixindən hesablanmalı, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən 01 ədəd CD disk və məhkəmə istintaqı zamanı hadisə yerinə baxışın görüntülərini əks etdirən 01 ədəd CD disk, ümumilikdə 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 80 (səksən) saat üçün nəzərdə tutulan 880 (səkkiz yüz səksən) pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02(iki) il 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05(beş) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə hadisənin baş veridiyi yerin görüntülərini əks etdirən 01 ədəd CD disk və məhkəmə istintaqı zamanı hadisə yerinə baxışın görüntürlərini əks etdirən 01 ədəd CD disk, ümumilikdə 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 80 (səksən) saat üçün nəzərdə tutulan 880 (səkkiz yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar