Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-160/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1b, mənzil 103-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində “BC” kateqoriyalı, AB seriyalı 458387 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, Ukrayna dairəsindən “Həzi Aslanov" metro stansiyası istiqamətində saatda təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Baby Kids" mağazasının qarşısında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada X7 avtomobilin qabaq sol hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, diffuz aksonol zədələnmə, alın sümüyünün sağdan kəllə əsasına keçən qəlpəli sınığı, pnevmosefaliya, sağ gicgah nahiyəsində lövhəli epidurai hematoma, sağ almacıq sümüyünün və maksilyar sinusun ön divarının sınığı, sağ Xİ qabırğanın sınığı, sağ ağ ciyərin minimal kontuziyası, sağ alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ üz nahiyəsinin əzilmiş - cırılmış yarası, sağ bud sümüyü kondilusun və sag V əl darağı sümüklərinin sınığı, sağ diz nahiyəsinin əzilmişcırılmış yarası və hər iki diz nahiyəsində qançırı kimi həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsində baş satış məsləhətçisi vəzifəsində işləyir. Özünə məxsus “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx xxxxxx 2020-ci İl tarixdə saat 20 radələrində idarə etdiyi həmin avtomobillə işdən çıxaraq yaşadığı evə gedərkən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə həmin küçədə yerləşən “Ukrayna” dairəsi adlanan yerdən H.Aslanov qəsəbəsi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkətdə olan zaman yolun sol tərəfindən sağ tərəfinə keçən piyada qəflətən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs 1986-cı il təvəllüdlü X8r. O, həmin vaxta qədər piyadanın yolu keçmək istədiyini görməmişdir. Həmin vaxt hava yağışlı və qaranlıq olmuşdur. O, Namiqin yolu keçmək istədiyini gördükdə əyləcdən istifadə edib avtomobili hərəkət istiqamətində yolun sağ tərəfinə çəkməyə cəhd göstərsə də, buna baxmayaraq Namiqi idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Həmin vaxtı o, həyəcanlı vəziyyətdə olduğuna görə avtomobildən yerə düşüb dayanmış, özünü çox pis hiss etdiyindən avtomobili ilə vurduğu piyadaya yaxınlaşa bilməmişdir. Ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə həmin yerdə uzanan piyada onun avtomobilinə yerləşdirilmiş və o, piyadanı dərhal yaxınlıqda yerləşən Neyrocərrahiyyə xəstəxanasına aparmışdır. Orada Namiqə ilkin tibbi yardım göstərilməsi üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonradan polis əməkdaşları gəlib hadisənin hansı şəraitdə baş verməsi barədə soruşduqda o, hadisəni olduğu kimi polislərə danışmış, avtomobilini və sənədlərini polislərə təqdim etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin müalicə xərclərinin ödəmişdir, barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və eyni zamanda mülki iddiaçı olan Qanuni nümayəndə verdiyi ifadəsində göstərdi ki, X9 onun əridir, Namiq gündüzlər fərdi qaydada işləyən ustaların yanında fəhlə kimi, axşamlar isə işdən sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadİ küçəsində yerləşən avtomobil dayanacağında nəzarətçi işləmişdir.xx xxxxxx 2020-ci il tarixdə o, evdə olmasa da, əri Namiq saat 19 radələrində yaşadıqları mənzildən çıxaraq nəzarətçi işlədiyi M.Hadi küçəsində yerləşən avtomobil dayanacağına işə getmişdir. Həmin günü hava yağışlı və dumanlı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 09 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq əri Namiqi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yolu keçmək istəyən zaman avtomobilin vurduğunu və Neyrocərrahiyyə xəstəxanasına aparıldığı barədə məlumat vermişlər. Bundan sonra o, xəstəxanaya getmiş və orada Namiqin reanimasiyada olduğunu görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, əri Namiqi avtomobillə vuran şəxs Təqsirləndirilən şəxsdur. O, xəstəxanada olan zaman ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada əri Namiq Abbasovu vurmuşdur. Bu cinayət hadisəsi nəticəsində o və həyat yoldaşı X9 mənəvi sarsıntılara, mənəvi və maddi ziyanlara düçar olmuşlar. Təxminən 6 ay xəstəxanada müalicə aldıqdan sonra, xx xxxx 2020-ci il tarixdə X9 evə yazılmışdır. Halhazırda vəziyyəti çox ağırdır. Belə ki, yataq xəstəsidir, hərəkət edə, yemək yeyə bilmir, danışmır. O, yol nəqliyyat hadisəsi zamanı X6 hadisədən sonra xəstəxanada stasionar olaraq müalicə olduğu müddət ərzində ona 50000 manat maddi və 50000 manat mənəvi ziyanın ödənilməsi barədə məhkəməyə mülki iddia vermişdir. Hazırda isə təqsirləndirilən şəxslə barışmışlar, onlara dəymiş maddi ziiyan ödənmiş, ona qarşı heç bir şikayəti yoxdur, iş üzrə icraata xitam verilməsini, mülki iddianın isə baxılmadan saxlanmasını xahiş edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, Həzi Aslanov metro stansiyasından üzü “Ukrayna” dairəsi istiqamətində olan yolun kənarında yerləşən avtomobil dayanacağında qeyri rəsmi olaraq gündüzlər nəzarətçi işləmişdir. Yolun əks istiqamətində olan dayanacaqda isə Miri adlı şəxs nəzarət etmişdir. O, hər gün səhər saat 08:30-da nəzarətçi kimi işlədiyi avtomobil dayanacağına işə getmiş və həmin gün saat 19 radələrində oradan yaşadığı evə getmişdir. X7 bir ildən çoxdur ki, tanımışdır. Namiq Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında olan yanmış obyektdə qalaraq hər gün spirtli içki qəbul etmişdir. Namiq hər gün axşamlar onun yanına gələrək ondan xahiş etmişdir ki, dayanacaqda avtomobil saxlamış şəxslərə yaxınlaşıb həmin şəxslərdən pul almağına icazə versin. O da Namiqin yalvarışlarına görə Namiqə avtomobil sahiblərinə yaxınlaşıb pul almasına icazə vermişdir. Namiq də dayanacaqda olan avtomobillərə yaxınlaşıb sürücülərə imkanı olmadığını deyərək pul almışdır. Bu yolla Namiq 2-3 manat pul toplayan kimi yaxınlıqda yerləşən kafeyə gedərək spirtli içki qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində nəzarətçi işlədiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən avtomobil dayanacağında olan zaman Namiq həmişəki kimi yanına gələrək ondan avtomobil sahiblərinə yaxınlaşıb pul almaq üçün icazə verməyini xahiş etmişdir. O da işi olduğu üçün Namiqə nəzarət etdiyi avtomobil dayanacağına nəzarət edə biləcəyini bildirib şəxsi işlərinin arxasınca çıxıb getmişdir. Həmin günü, yəni təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman Miri istifadə etdiyi mobil nömrəsinə zəng vuraraq ona Namiqi nəzarətçi işlədiyi yolun əks istiqamətində avtomobilin vurması barədə məlumat vermişdir. Bundan sonra o, bu barədə maraqlanan zaman ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent" markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Namiq Abbasovu vurmuşdur. Namiq Abbasov heç bir yerdə işləməmişdir. Namiq gecələri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanmış vəziyyətdə olan obyektdə Həsən adlı şəxslə birlikdə qalmışdır. Həsən ona Namiqin ailəsindən ayrıldığını və ailəsinin çıxıb getdiyini bildirmişdir. Onun da Namiqə yazığı gəldiyi üçün Namiqə avtomobil sahiblərinə yaxınlaşıb pul almasına icazə vermişdir. Namiq 2-3 manat pul toplayan kimi yaxınlıqda yerləşən kafeyə gedib spirtli içki qəbul edərək tüfeyli həyat yaşamışdır.(cild 1, i.v. 89-91) Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinin, Ukrayna dairəsindən Həzi Aslanov metro stansiyasına olan istiqamətində yolun kənarında yerləşən “xxxx" MMC-yə məxsus olan avtomobil dayanacağında nəzarətçi işləmişdir. Həmin dayanacaqda ondan başqa Knyaz adlı şəxs də işləmişdir. Bir gün o, bir gün Knyaz növbədə olmuşdur. Həmin dayanacağa görə o, gündəlik olaraq şirkətə 20 manat plan vermişdir. O, səhərlər saat 08 radələrində nəzarətçi kimi işlədiyi avtomobil dayanacağına işə getmiş və həmin günü axşamlar saat 21 radələrində oradan çıxıb yaşadığı evə getmişdir. X7 bir ildən çoxdur ki, tanımışdır. Namiq Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov" metro stansiyasının yaxınlığında olan binanın altında qalmış və Namiq demək olar ki, hər gün spirtli içki qəbul etmişdir. Namiq hər gün axşamlar nəzarət etdiyi avtomobil dayanacağına gəlmiş və onlar işdən çıxıb getdikdən sonra dayanacağa daxil olan avtomobillərə nəzarət edib sürücülərdən pul almışdır. Bu yolla Namiq 2-3 manat pul toplayan kimi yaxınlıqda yerləşən kafeyə gedərək spirtli içki alıb qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində nəzarətçi işlədiyi Bakı şəhəri, Xətaİ rayonu, M.Hadi küçəsində yerləşən avtomobil dayanacağında işə gedən zaman Knyaz оnа xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Namiqi yolu keçmək istəyən zaman avtomobil vurduğunu bildirmişdir. Namiq hər gün sərxoş vəziyyətdə olaraq tüfeyli həyat keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Namiq Abbasovu vurmuşdur. Namiq Abbasov heç bir yerdə işləməmişdir. Namiq gecələri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən binanın alt hissəsində olan obyektdə qalmışdır. Namiq ona ailəsində problemlər olduğunu və içki içdiyi üçün ailəsinin onu evə buraxmadığını bildirmişdir. Buna görə də, Namiq evə getməyərək tüfeyli həyat sürüb binaların altında olan boş obyektlərdə, parkda olan oturacaqların üstündə yatmışdır.(cild 1, i.v. 93-95) Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan Namiqin anasıdır. Oğlu hadisədən sonra 3-4 ay xəstəxanada müalicə almışdır. Namiq xəstəxanada olarkən Rüfət tərəfindən ona dərmanların tapılmasında müəyyən qədər köməkliklər olmuşdur. Dərmanların məbləğinin nə qədər olmasından isə xəbəri olmamışdır. Oğlunu evə gətirdikdən sonra isə nə Rüfət, nə də ki onun valideyinləri Namiqlə maraqlanmamışdırlar. Cəmi bir dəfə Rüfətin anası evlərinə gəlmişdir. Ailədə heç kim işləmir, övladı pis vəziyyətdədir. Oğlu spirtli içki içən olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, hal şahidləri X4 və X5 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir (cild 1, i.v. 6-14); sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/65 nömrəli, xx.xx.2020-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur (cild 1, i.v. 5); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2896 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Hyundai Accent markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, i.v. 30-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 36/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X6 adına Neyrocərrahiyyə xəstəxanasında tərtib olunmuş stasionar xəstənin tibbi kartasında qeyd edilən xəsarətlər açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, diffuz aksonol zədələnmə, alın sümüyünün sağdan kəllə əsasına keçən qəlpəli sınığı, pnevmosefaliya, sağ gicgah nahiyəsində lövhəli epidurai hematoma, sağ almacıq sümüyünün və maksilyar sinusun ön divarının sınığı, sağ Xİ qabırğanın sınığı, sağ ağ ciyərin minimal kontuziyası, sağ alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ üz nahiyəsinin əzilmiş - cırılmış yarası, sağ bud sümüyü kondilusun və sag V əl darağı sümüklərinin sınığı, sağ diz nahiyəsinin əzilmiş-cırılmış yarası və hər iki diz nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, tibbi sənəddə və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin qüvvətli təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. N.İ.Abbasovun adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında Neyrocərrahiyyə xəstəxanasına gətirilərkən onun sərxoş olub-olmaması barədə hər-hansı məlumat qeyd edilməmişdir (cild 1, i.v.61-63); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hal şahidləri X4 və X5 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsidir. Hadisə yerində yol iki hərəkət zolağından ibarətdir, yolu ortadan örtülü yol ayrıcı ayırır. Hadisə yerində yol hər iki istiqamətə görə 1 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni ümumilikdə 18 metrdir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 9 metrdir. Yolun sağ və sol kənarlarında səki vardır. Yolun sağ və sol kənarlarında ticarət obyektləri və yaşayış binaları yerləşir. Yolun orta ayrıc zolaqda işıq dirəkləri vardır (cild 1, i.v. 6-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (cild 1, i.v. 58); Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində və Nümayəndə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışlar (cild 1, i.v. 39); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(011)-31/2021 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X9 prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (cild 2, i.v. 12-15) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 22-23) Mülki iddiaçı qismində tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 1, i.v. 83); AZ-İ seriyalı 633210 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X9 ilə Qanuni nümayəndə arasında xx xxxxxx 2010-cu il tarixdə nikah bağlanmış və 1813 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (cild 1, i.v. 71) Cinayət işinin tövsif edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 263.1-1 maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 67-68); Xətai-11 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, i.v. 60); Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 154); Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 175-178); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir ( cild 1, i.v. 168-170); Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 36/2020 saylı və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2896 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilib cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra zərərçəkmiş şəxs X7 avtomobilə qoyaraq Neyrocərrahiyyə xəstəxanasına apardığından və oraya gəlmiş polis əməkdaşlarına şəxsiyyətini bəlli edərək hadisə barədə məlumat verdiyindən, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə “BC” kateqoriyalı AB 458387 seriyalı sürücülük vəsiqəsi verildiyindən və o, sürücülük hüququndan məhrum edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilmişdir (cild 1, i.v. 179-186); Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə məhkəməyə təqdim olunan ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir iddia və şikayəti yoxdur, işin icraatına xitam verilməsini, mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim olunan ərizələrindən görünür ki, özünü təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmış, cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir, verilmiş mülki iddianın baxılmadan saxlanılmasına etiraz etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – X1 ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi, təqsirləndirilən şəxsin törədilən əməli qismən qəbul etməsi barədə verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndələrinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin 72.2 və 263-cü maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Mülki iddiaçı Qanuni nümayəndə və Təqsirləndirilən şəxs ərizələrini nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 344-347, 354, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-160/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-160/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver