Məhkəmə qərarları › İş №1(011)-160/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-160/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-160/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə İmişli rayonunun Oruclu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Oruclu ərazi dairəsi, Oruclu kənd ünvanında qeydiyyatda olmaqla, ünvan 1amış, barəsində Quba Rayon Məhkəməsinin 4(027)-24/22 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx xxxx 1997-ci ildə Masallı rayonunun Sığıncaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əvvəllər “Natural” aptekdə satıcı qismində işləmiş arvadı Şahid5 istifadəsində olan “Samsung J1” markalı mobil telefon aparatının aptek müdiri Zərərçəkmiş şəxs2 tərəfindən aptekdəki dərman preparatlarının satışı ilə bağlı verilmiş “ƏDV” (əlavə dəyər vergisi) qəbzlərinin mənimsənilərək mobil telefonuna yüklənməsi səbəbindən götürülməsini bəhanə gətirib zor tətbiq etmək yolu ilə həmin mübahisəni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə yeznəsi Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək 11 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 6 ünvanda yerləşən “Natural” aptekə gəldikdən sonra vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib özündə olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla ilk əvvəl Zərərçəkmiş şəxs2 sol qasıq nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona sol qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid, ardınca həmin bıçaqla vətəndaşlıq borcunun yerinə yetirməsi ilə əlaqədar onun xuliqanlıq cinayətinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona kürək nahiyəsinin kəsilmişdeşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu zaman Təqsirləndirilən şəxs2 tərəfləri ayırmağa cəhd etmək görüntüsü yaradıb münaqişəyə müdaxilə etməklə Təqsirləndirilən şəxs1 əlində saxladığı bıçağı aldıqdan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol ayaq nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona sol ayağın baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə aptekin normal iş faəliyyətini təxminən 5 dəqiqə müddət ərzində pozub qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər “Natural” aptekdə satıcı qismində işləmiş bacısı Şahid5 istifadəsində olan “Samsung J1” markalı mobil telefon aparatının aptek müdiri Zərərçəkmiş şəxs2 tərəfindən aptekdəki dərman preparatlarının satışı ilə bağlı verilmiş “ƏDV” (əlavə dəyər vergisi) qəbzlərinin mənimsənilərək mobil telefonuna yüklənməsi səbəbindən götürülməsini bəhanə gətirib zor tətbiq etmək yolu ilə həmin mübahisəni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə yeznəsi Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək 11 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 6 ünvanda yerləşən “Natural” aptekə gəldikdən sonra Təqsirləndirilən şəxs1 vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib özündə olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla ilk əvvəl Zərərçəkmiş şəxs2 sol qasıq nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona sol qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid, ardınca həmin bıçaqla vətəndaşlıq borcunun yerinə yetirməsi ilə əlaqədar onun xuliqanlıq cinayətinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu zaman o, tərəfləri ayırmağa cəhd etmək görüntüsü yaradıb münaqişəyə müdaxilə etməklə Təqsirləndirilən şəxs1 əlində saxladığı bıçağı aldıqdan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol ayaq nahiyəsindən qəsdən bir dəfə zərbə vurub ona sol ayağın baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə aptekin normal iş faəliyyətini təxminən 5 dəqiqə müddət ərzində pozub qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid5 bir müddət əvvəl xəstəliyi ilə əlaqədar işdən çıxmış, sonuncu maaşını götürməyə gedəcəyini dedikdə etiraz etməmişdir. Evə gəldikdən sonra Güneldən telefonu soruşanda sonuncu telefonunun aptekdə əlindən alındığını bildirmiş, o, telefonu götürmək üçün aptekə gedib aptekin işçisindən Günelin telefonunu kimin aldığını soruşduqda telefonu Zərərçəkmiş şəxs2 aldığını öyrənmiş, amma həmin vaxt sonuncu aptekdə olmamışdır. O, özünün işlədiyini və xəstə olan yoldaşının evdə tək qaldığı üçün telefonun lazım olduğunu deyərək Azərin nömrəsini öyrənib zəng etmiş, sonuncudan harda olduğunu soruşanda Azər ona başqa yerdə olduğunu və sabah gəlməyini bildirmişdir. O, bir qədər mübahisə etdikdən sonra sabah gəlib götürəcəyini bildirmişdir. Hadisənin baş verdiyi gün o, aptekə gedərkən Təqsirləndirilən şəxs2 ona zəng edərək onu gözləməsini, aptekə birlikdə getmələrini demiş, onlar aptekin yaxınlığında görüşərək birlikdə aptekə getmişlər. Aptekdə Azərin otağına girdikdə aptekin işçiləri və adının sonradan bildiyi Zərərçəkmiş şəxs1 otaqda olmuşlar. O, Azərdən Günelin telefonunu götürməyinin səbəbini soruşduqda sonuncu Günelin ƏDV-ləri götürdüyünü bildirmiş, bir qədər danışdıqdan sonra Azərə məsələni aydınlaşdırmaq üçün telefonu götürərək vergi xidmətinə getməyi və ya vergi xidmətinə zəng edərək çağırmağı təklif etsə də Azər bu məsələni özünün araşdıracağını demişdir. O, Azərdən telefondakı nömrəni istəsə də sonuncu nə nömrəni, nə də telefonu verməyərək onu təhqir edib otaqdan qovmuşdur. O, əsəbləşərək Azərə özünə hörmət etməsini, onun da evində ailəsinin olduğunu, etdiyi hərəkətin hamı tərəfindən, hətta onun tərəfindən edilə biləcəyini, bunun kişiyə məxsus hərəkət olmadığını demiş, bir daha vergi xidmətini çağıraraq məsələni həll etməyi təklif etsə də Azər təhqirlərinə davam etməklə onun üstünə getmişdir. Bu zaman o, daima üzərində olan bıçağı çıxardaraq bir dəfə sonuncunu vurmuş, əvvəllər tanımadığı Natiq adlı şəxs isə onu boğazından tutaraq yerə yıxmış, o, nəfəs ala bilməyib boğulmağa başladığından bıçaqla bir dəfə də sonuncunu vurmuş, daha sonra iki-üç nəfər onu yerə yıxaraq döyməyə başlamışlar. Natiqin ayağından necə vurulduğunu anlamamış, bıçaq onun əlində olmuş, həmin vaxt iki nəfər onu döydüyündən bir zərbə də ayağından vurmuşdur. Bundan sonra Ramil onlara xəsarət yetirməyinin qarşısını almaq üçün bıçağı onun əlindən almışdır. Onu həmin vaxt yerdə döymüşlər, o, nəfəs ala bilməmişdir. Ayağa qalxaraq oradan çıxmaq istəmiş, lakin ona imkan verməmişlər. Qapının qarşısında bir dəfə də əlbəyaxa dalaşdıqdan sonra çətinliklə oradan çıxaraq getmişdir. Törətdiyi əməldən peşman olsa da, baş verənlər səbəbsiz olmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 azadlıqdan məhrum edildiyi təqdirdə cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra ona qarşı düşmənçilik güdəcəyini bildirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisə günü bacısı Şahid5 ona telefonla zəng edərək ona əri Təqsirləndirilən şəxs1 əsəbi halda evdən çıxaraq aptekə getdiyini bildirmiş, o, sonuncuya zəng edərək onu gözləməsini, aptekə birlikdə gedəcəklərini demiş, Mehtixanla görüşüb birlikdə aptekə gedərək Zərərçəkmiş şəxs2 otağına girmişlər. Azər onunla normal danışsa da Mehtixan əsəbi olduğundan sonuncuya otaqdan çıxmasını demişdir. Mehtixan Azərdən telefonu verməsini tələb edərək sonuncudan başqa heç nə istəmədiyini dedikdə Azər Mehtixanı təhqir edərək otaqdan qovmuş, daha sonra Azər yerindən duraraq əl atarkən Mehtixan ani olaraq çıxardığı bıçaqla Azəri vurmuş, həmin vaxt Natiq adlı şəxs arxadan gəlib Mehtixanı tutaraq boğduğundan sonuncu Natiqi də belindən vurmuşdur. Bundan sonra onlar Mehtixanı yerə yıxmışlar. O, Mehtixanın əlindən bıçağı çətinliklə almış və məqsədi bıçağı bağlayıb cibinə qoymaq olmuşdur. Videogörüntüdə də görünür ki, o bıçağı aldıqdan sonra oradakılar onları vuracağından qorxaraq əlindən tuturlar. O, and içərək heç kəsi vurmayacağını, bıçağı bağlayacağını demiş, Azər ona bıçağı ona verməyini demiş, o da bıçağı vermişdir. Zərərçəkmiş şəxs Natiq onun tərəfindən bıçaqla vurulduğunu deyərək yalan ifadə vermiş, o, bıçaqla heç kəsə xəsarət yetirməmişdir. Daha sonra Mehtixanla birlikdə oradan çıxmışlar. Mübahisə baş verən zaman onun da üzərində daimi olaraq daşıdığı bıçaq olmuş, kimisə bıçaqla vurmaq fikri olsaydı öz üzərindəki bıçaqla bunu edə biləcəyini bildirmişdir. Onun yalnız bıçağı götürərək bağlamaq məqsədi olmuşdur. Əlavə olaraq təqsirləndirilən şəxs cinayət törətmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək qeyd etmişdir ki, Şahid5 aptekdə ətir bölməsində işləmişdir. O, pandemiya ilə əlaqədar bir il Masallı rayonunda qalaraq sentyabr ayında Bakıya gəlmiş, həmin vaxt aptekdə işləyən Günelin əmək müqaviləsi olmadığından sonuncudan dəfələrlə əmək müqaviləsi üçün şəxsiyyət vəsiqəsi tələb edilsə də Günel əvvəlcə şəxsiyyət vəsiqəsinin rayonda olduğunu demiş, daha sonra vəsiqəni gətirsə də bir həftədən sonra xəstəliyi ilə əlaqədar müalicə almaq üçün gedəcəyini, qayıtdıqdan sonra əmək müqaviləsi bağlayacağını bildirdiyindən o, etiraz etməyərək razılaşmışdır. Daha sonra ona şirkətdən zəng edib aptekdə avtomobil satıbsatmamaqlarını soruşaraq gün ərzində reallıqda satılmamış mallardan 30.000-75.000 manat olmaqla ümumi 670.000 manat dəyərində kassa çekinin vurulduğunu bildirmişlər. O, kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etmişdir. O, sonuncunu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədikləri üçün onlara ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəklərini və bu məsələnin burada bitəcəyini bildirmişdir. Sonuncu həmin vaxt əməllərini inkar etdikdə o, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini demiş, Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif edərək telefonunda heç bir bonusun olmadığını bildirmişdir. Həmin vaxt digər işçilər sonuncunun telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirmişlər. Onlar Günelə videogörüntülərdəkinin sonuncunun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getmişdir. O, aptekdən çıxdıqdan sonra Günelin əri Təqsirləndirilən şəxs1 zəng edərək telefonu istədikdə o, aptekdə olmadığını, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını, sabah aptekdə olanda zəng edəcəyini və görüşəndə telefonun niyə onda qalmasını izah edəcəyini demişdir. Səhəri gün, yəni 11 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Mehtixan və Təqsirləndirilən şəxs2 birlikdə gəlmişlər. O, Mehtixana Günelin aptekdə işlədiyi müddətdə onlara yaratdığı problemləri danışıb çeklər telefona köçürüldüyü halda əlavə olaraq 7.000 – 8.000 manat pul ödəyəcəklərini bildirərək ƏDV-lər olan çekləri qaytarmasını xahiş etmişdir. Həmin vaxt Mehtixan Günelin bunu etmədiyini dediyindən videogörüntüləri göstərmişdir. Bu zaman otaqda başqa işçilər və Zərərçəkmiş şəxs1da olmuşdur. O, Ramil ilə normal danışsa da Mehtixan aqressiv olduğundan sonuncuya otaqdan çıxmasını, Ramilə həmin çeklərin niyə lazım olduğunu izah edəcəyini bildirmiş, lakin Mehtixan telefonu vermədiyi təqdirdə onu vuracağını demişdir. O, bu sözlərdən əsəbiləşdiyindən ümumiyyətlə sonuncunu tanımadığını, Günel gələcəyi təqdirdə telefonu qaytaracağını bildirsə də Mehtixan sözlərini təkrarlamışdır. O, ayağa qalxaraq Mehtixana uşağı yaşında olduğunu, dediklərinin ayıb olduğunu, lazım olduğu təqdirdə valideynləri ilə danışaraq məsələni həll edəcəklərini, məsələnin bu yerə gəlib çıxmamasını demiş, bu zaman Mehtixan çıxartdığı bıçaqla onun qarın boşluğuna zərbə endirmişdir. Zərərçəkmiş şəxs1 baş verənləri görüb Mehtixanı arxadan tutanda sonuncu Natiqin belinə də bıçaqla zərbə vurmuşdur. Onlar zərbələrdən qorunmaq üçün bıçağı götürməyə cəhd etsə də, Ramil cəld tərpənərək bıçağı götürüb Natiqin ayağına iki dəfə vurmuşdur. Bu zaman otaqda olan Elxan və o, Ramilin əlindən tutaraq bıçağı verməsini tələb etmişlər, onlar bıçağı verdiyi təqdirdə heç kəsi vurmayacaqları barədə söz verdikdən sonra sonuncu bıçağı vermişdir. Daha sonra Mehtixan və Ramil birlikdə aptekdən çıxaraq getmişlər, bundan sonra aptekin işçiləri tərəfindən onlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılmışlar. O, təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenidən pisləşdiyini, yenidən əməliyyat olunmalı olduğunu, bu səbəbdən təqsirləndirilən şəxslərə cəza təyin edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək göstərdi ki, o, həmin gün mübahisədən xəbərdar olmadan 557 nömrəli aptekdən 21 nömrəli Zeytun aptekinə gələrək Azər müəllimin otağına girmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə mübahisə etməklə sonuncunu vuracağını, telefonu vermədiyi təqdirdə zorla alıb gedəcəyini dediyinin şahidi olmuşdur. O, hadisənin əvvəlini görməmiş, Mehtixan cibindən çıxartdığı bıçaqla Azərin qarın nahiyəsinə vurduqda o, sonuncu müdafiə etmək üçün Mehtixanı tutmuş, həmin vaxt sonuncu onu kürəyindən vurduğundan o və Mehtixan yerə yıxılmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 bıçağı Mehtixanın əlindən alaraq onun ayaq nahiyəsindən vurmuşdur. Kameradan da göründüyü kimi Ramil ikinci zərbəni onun boyun nahiyəsindən vurmaq istəsə də, X7 zərərsizləşdirmişdir. Mübahisənin əvvəlindən sonunadək aptekə müştərilər gəlib-getmiş, Mehtixanı dayandıraraq polis əməkdaşlarına təhvil vermək istəsə də, buna nail ola bilməmiş, Mehtixan və Ramil aptekdən çıxıb getmişlər. Təqsirləndirilən şəxslər getdikdən sonra onlara aptekin işçiləri tərəfindən ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparmışlar. Şahid5 məhkəmədə ifadə verərək bildirmişdir ki, o, hadisədən bir gün əvvəl maaşını almaq üçün aptekə getmiş, Zərərçəkmiş şəxs2, sonuncunun oğlu Əli və aptekin işçisi Şahid2 orada olmuşlar. Azər onu çağırıb video göstərərək aptekdən külli miqdarda çekləri götürərək ƏDV-lərini aldığını bildirdikdə o, inkar edərək dediklərini etmədiyini bildirsə də, sonuncu ona zor tətbiq etməyə başladığından telefonuna baxmağı təklif etmişdir. Azər inanmayaraq təqdim etdiyi telefonun onun olmadığını, 20 ədəd telefonunun ola biləcəyini, başqa yollarla ƏDV-i yükləyə biləcəyini bildirmiş, o, sabah saat 14:00-da valideyninin və əri Təqsirləndirilən şəxs1 gəlib Azərlə danışacağını dedikdə sonuncu razılaşmayaraq məsələni bu gün həll edəcəyini, ona külli miqdarda ziyan vurduğunu deyərək kiminlə əlbir olduğunu soruşmuş, dəfələrlə onun işdən çıxarılmış şəxslərlə əlbir olduğunu vurğulamış, onun inkarlarından sonra Azər nalayiq ifadələrlə təhqir etməyə başlayaraq iynələri bir-bir dırnaqlarına batıracağını, o zaman kiminlə əlbir olduğunu, çekləri kimə verdiyini boynuna alacağını demişdir. O, bütün işçilərin ƏDV-ləri götürdüyünü, çekləri ona kassada oturan Şahid3 verdiyini, evdə olan həmin çekləri yükləmədiyini və sabah gətirə biləcəyini desə də, Azər ondan ƏDV-ləri deyil, yüksək məbləğdə kassaya vurulmuş çekləri istədiyini bildirdikdə o, yenə inkar etməsinə baxmayaraq ona inanmamışdır. Azər oğlu Əli də onunla kobud danışmağa başlamış, o, hər ikisini sakitləşdirməyə çalışsa da səyləri nəticəsiz qalmışdır. O, istifadəsindəki telefonun ərinə məxsus olduğunu bildirib telefonunda heç nə olmadığını göstərsə də, onları inandıra bilməmişdir. Aptekdə işıqlar sönmüş, onun olduğu otağın qapısını bağlamışlar və otaqda ondan başqa Azər, sonuncunun oğlu və Gülnarə olmuşdur. Azər oğluna yüksək səslə onun əlindən telefonu almasını və qaçmağa qoymamasını tapşırmış, daha sonra Azər zorla onun əlindən telefonu almışdır. O, Azərin kiçik oğlu içəri girmək üçün qapını açan kimi çölə çıxmışdır. O, iki saata yaxın orada olduğu müddətdə Azər ona qarşı nalayiq ifadələr işlətmiş, o, polisə müraciət etməsini desə də, sonuncu razılaşmayaraq onun video və şəkillərini sosial şəbəkələrdə yayaraq külli miqdarda pul götürməyi barədə yazacağını, bunları etməyini istəmirsə kiminlə əlbir olduğunu deməyini tələb etmişdir. Evə gəldikdən sonra Mehtixan ondan telefonu soruşanda aptekdə qaldığını demiş, sonuncu aptekə getmək üçün qapıya tərəf getdikdə o, aptekə getsə məsələni öyrənəcəyini düşünüb baş verənləri danışaraq telefonun əlindən alındığını bildirmişdir. Mehtixan aptekə getdikdə Əli adlı işçinin telefonu müdirin götürdüyünü bildirmiş, Mehtixan axşam saatlarında Azərə zəng edərək telefonu istədikdə sonuncu kobud formada telefonun ona məxsus olduğunu və onun gedib götürə biləcəyini, Mehtixan aptekə getsə belə telefonu verməyəcəyini söyləmişdir. Hadisə baş verən gün Mehtixan Azərlə xoş danışaraq telefonu götürmək üçün aptekə getdiyini bildirmiş, amma Azərin kobud danışdığından Mehtixan əsəbi olduğu üçün o, qardaşı Təqsirləndirilən şəxs2 zəng edərək məsələni danışaraq Mehtixanla getməsini xahiş etmişdir. Daha sonra Mehtixan Ramil ilə birlikdə gələrək taksi ilə onu bacısıgilə aparmışlar və yolda Mehtixanın Azəri bıçaqladığını öyrənmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmədə bildirmişdir ki, o, aptekdə əczaçı vəzifəsində işləmişdir. Hadisə günü o, hadisənin baş verdiyi otaqdakı kompüterdə işləyərkən sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyi iki nəfər aptekə gəlmiş, onlardan biri aptekin keçmiş işçisi Şahid5, əri biri isə qardaşı olmuşdur. Məşğul olduğundan mübahisənin hansı səbəbdən baş verdiyinə fikir verməmiş, ilk öncə söhbət etsələr də sonradan Zərərçəkmiş şəxs2 əsəbi danışdığından Mehtixana otaqdan çıxmasını, sakit tərzdə danışan Ramil ilə söhbət edəcəyini deyəndə Mehtixan çıxartdığı bıçaqla Azərə xəsarət yetirmiş, Abbasov X4 mane olmaq üçün sonuncunu yerə yıxdıqda Mehtixan Natiqə də belindən xəsarət yetirmişdir. O, polis çağırmaq üçün otaqdan çıxanda Mehtixan və Ramil çıxıb getmişlər. Bundan sonra Azər və Natiqə ilkin tibbi yardım göstərərək xəstəxanaya aparmışlar. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmədə bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlədiyi aptekə Zərərçəkmiş şəxs2 yanına gəlmişlər. O, otaqdan çıxarıldıqdan sonra dava-dalaş olmuş, əlbəyaxa olduqlarını düşünüb onları sakitləşdirmək üçün otağa girmək istəsə də, ona imkan verməmişlər. Bir müddət otaqdan səslər gəlmiş, daha sonra Mehtixan əli cibində otaqdan çıxaraq getmişdir. O, otağa qayıdanda Azər və Zərərçəkmiş şəxs1 qan içində olduğunu, Azərin qarın boşluğundan, Natiqin isə ayaq və kürək nahiyəsindən bıçaqla xəsarət aldıqlarını görüb onlara ilkin tibbi yardım göstərmiş, daha sonra sonuncular xəstəxanaya aparılmışlar. Hadisənin canlı şahidi olmasa da, aptekdəki kameralar vasitəsilə çəkilmiş görüntülərə baxmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmədə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 işlədiyi aptekə dərman almaq üçün getdikdə sonuncu ona çay içib beş-on dəqiqə söhbət etməyi təklif etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlib Azərlə işlərinin olduğunu deyərək ondan çöldə gözləməyini xahiş etmişlər, o, etiraz etməyərək otağı tərk etmişdir. Bundan sonra səs-küy eşidib otağa daxil olduqda Mehtixanın Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa dalaşdıqlarını və Mehtixanın Natiqi bıçaqla belindən vurduğunu görmüşdür. Ramil isə əlindəki bıçaqla Natiqin ayağına xəsarət yetirmiş, o, həmin vaxt bıçağı Ramilin əlindən alıb kompüterin yanına qoymuş, bundan sonra Mehtixan və Ramil oradan getmişlər. Hadisə baş verən zaman çox qarışıqlıq olmuş, dediklərinin hamısı videogörüntüdə də öz əksini tapmışdır. O, Azərin kim tərəfindən bıçaqlanmasını görməmiş, sonuncunun bıçaqlandığını sonradan bilmiş və onları öz avtomobillə xəstəxanaya aparmışdır. Onun mübahisənin hansı səbəbdən başladığından xəbəri olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmədə bildirmişdir ki, onun işlədiyi “Zeytun” adlı aptekdə kassa çekləri vasitəsilə böyük məbləğdə ƏDV-lər yüklənməsi məsələsi ilə bağlı hamı bir-bir araşdırılmış və kamera görüntülərindən ƏDVlərin aptekin ətir bölməsində işləyən Şahid5 tərəfindən yükləndiyi müəyyən edilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 Günelə çeklərin sonuncuda olduğu halda silinməsi üçün qaytarmasını dedikdə Günel etdiyi əməli inkar etmişdir. Həmin vaxt o, məşğul olduğundan telefonun stolun üstündə olduğunu görsə də, onun Günel tərəfindən könüllü verilməsinə və ya Azər tərəfindən zorla alınmasına fikir verməmişdir. Onlar işdə olduqları vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gələrək Azərin otağına girmişlər. Hadisənin bilavasitə şahidi olmasa da, aptekdə olan kameralar vasitəsilə çəkilmiş görüntülərə baxdıqda Mehtixan və Ramilin Azəri və Zərərçəkmiş şəxs1 bıçaqladıqdan sonra çıxıb getdiklərini görmüşdür. O, otağa girəndə Natiqin kürək və ayaq, Azərin isə qarın nahiyəsindən bıçaqlandığını görmüşdür. O, kimin kimi bıçaqlamasını görməsə də, həmin vaxt sonuncular onları Metixanın və Ramilin vurduğunu demişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixində saat 18 radələrində ünvan 7 ünvanda yerləşən “Natural” aptekdə, qaynı Təqsirləndirilən şəxs2 yanında aptek müdiri Azər adlı şəxslə aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla ilk əvvəl Azəri, ardınca münaqişəyə müdaxilə etmiş Natiq adlı şəxsi vuraraq onlara xəsarət yetirməsini könüllü olaraq boynuna almışdır (İ cild i.v. 6); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 tərəfindən verilmiş 11 dekabr 2021-ci il tarixli, 1237 nömrəli canlı şəxsin ekspertizası rəyindən məlum olur ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 sağ kürək nahiyəsinin və sol baldır nahiyəsinin deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşyanın (bir və daha artıq bıçaq) təsirindən törənmişlər, xx.xx.2021-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur (İ cild i.v. 29-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 tərəfindən verilmiş 11 dekabr 2021-ci il tarixli, 1238 nömrəli canlı şəxsin ekspertizası rəyindən aydın olur ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 qarının ön divarının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə kənar şəxslər tərəfindən (bıçaqla) törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir (İ cild i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli 3/31 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir (İ cild i.v. 85); Videogörüntüyə baxış keçirilməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 (bir) ədəd “CD-R” formatlı diskə köçürülmüş üç fayla baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ilk faylda videogörüntünün ilkin saniyəsindən başlayaraq əyninə ağ rəngli həkim xalatı geymiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid5 oxşar şəxsin aptekdə masa arxasında oturacaqda əyəlşəməsi, bir neçə saniyə sonra ona yaxınlaşımış şəxslə söhbət aparması, ardıca masa üzərindəki noutbuk kompyuterinə əməliyyat etməsi, daha sonra masa üzərindəki ƏDV paratınıı qidalandırcı qurğuya daxil etməsi müşahidə edildi. Həmin videgörüntü 1 dədiqə 30 saniyə müddətində davam edir. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilmir. İkinci faylda videogörüntünün ilkin saniyəsindən başlayaraq əyninə ağ rəngli həkim xalatı geymiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid5 oxşar şəxsin aptekdə masa arxasında oturacaqda əyəlşəməsi, həmin zaman əlində olan kağız parçasına oxşar kiçik əşyanı cibinə qoyması müşahidə edildi. Həmin videgörüntü 08 saniyə müddətində davam edir. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilmir. Üçüncü faylda videogörüntünün ilkin saniyəsindən başlayaraq xarici görünüşü və zahiri əlamətlərinə görə iş üzrə Zərərçəkmiş şəxs2 aptekdə xüsusi ayrılmış otaqda masa arxasında əyləşib, əyninə qış gödəkçəsi geymiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid5 oxşar şəxslə söhbət etməsi, ardınca masa üzərindən 01 ədəd mobil telefon götürüb həmin mobil telefonda qeydə alınmış məlumatlara baxış keçirməsi, Şahid5 mobil telefonda ona nəisə işarə etməsi, bu minvalla danışılarını davam etdirmələri müşahidə edilir. Həmin videgörüntü 2 dədiqə 50 saniyə müddətində davam edir. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilmir (İ cild i.v. 77); videogörüntüyə baxış keçirilməsi haqqında 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə hadisə yerinə baxış zamanı ünvan 8 ünvanında yerləşən “Natural” aptekdə quraşdırılmış kamera qurğularından əldə edilərək 01 (bir) ədəd “CD-R” formatlı diskə köçürülmüş məlumatlara baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntünün ilkin saniyəsindən başlayaraq xarici görünüşü və zahiri əlamətlərinə görə iş üzrə Zərərçəkmiş şəxs2 aptekdə xüsusi ayrılmış otaqda masa arxasında əyləşib, başına günlüklü papaq, əyninə qara rəngli qış gödəkçəsi geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşar şəxslə söhbət etməsi, həmin zaman başına qara rəngli papaq, əyninə qara rəngli qış gödəkçəsi, ağ rəngli köynək geymiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 oxşar şəxsin masa qarşısında oturacaqda əyləşməsi, əyninə qara rəngli qış gödəkçəsi geymiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid2 oxşar şəxsin masa üzərindəki kompyuteri arxasında əyləşməsi, əyninə ağ rəngli həkim xalatı geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid4 oxşar şəxsin və həmçinin əyninə boz rəngli qış gödəkçəsi geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Zərərçəkmiş şəxs1 masadan bir qədər kənarda olmaları, ardınca Zərərçəkmiş şəxs2 masa arxasından qalxaraq Təqsirləndirilən şəxs1 üzərinə getməsi, onların bir-biriləri ilə çəkişmələri, çəkişmə zamanı Təqsirləndirilən şəxs1 əlində olan hər hansı predmetlə Zərərçəkmiş şəxs2 zərbələr atması, Təqsirləndirilən şəxs2 və Şahid2 oxşar şəxslərin münaqişəyə müdaxilə edib onları ayırmağa cəhd etməsi, habelə Zərərçəkmiş şəxs1 oxşar şəxsin arxadan Təqsirləndirilən şəxs1 yaxınlaşıb, onun boğazından tutub özünə tərəf dartaraq yerə yıxması, bu vaxt Zərərçəkmiş şəxs2, habelə Təqsirləndirilən şəxs2 onlara yaxınlaşmaları, habelə həmin vaxt əyninə qara rəngli qış gödəkçəsi geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Şahid1 oxşar şəxsin otağa daxil olması, həmçinin münaqişə etmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onları ayırmağa cəhd etməsi, həmin zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı bıçağı yuxarı qaldırması, bu zaman onun əlində 01 ədəd bıçaq olması, bıçaqla Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 istiqamətdə irəliləməsi, həmin zaman Şahid1 və A.Səmdovun onun əlindən tutub saxlamaları, bıçağı onun əlindən almağa cəhd göstərmələri, bir neçə saniyəndən sonra Şahid1 bıçağı Təqsirləndirilən şəxs2 əlindən alması, həmin zaman isə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 kənarda tutaşmaları, Şahid2 onları ayırmağa cəhd etməsi, ardınca Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 kənarlaşdırıb, özü ilə birgə otaqdan çıxarması müşahidə edilmişdir (İ cild i.v. 100-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 fevral 2022-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild i.v. 130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 fevral 2022-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İ cild i.v. 131); Qətimkan tədbirinin seçilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(027)-24/2022 nömrəli qərarından görünür ki, Quba RPŞ-nin istointaq Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.1, 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (İİ cild i.v. 16-19); Qətimkan tədbirinin seçilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 175-176); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(011)-160/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məcburi qaydada gətirilməsi ilə bağlı qərar çıxarılmışdır (İİ cild i.v. 27); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild i.v. 58-59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli ***-**** nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində saxlanılaraq Bakı istintaq Təcridxanasına yerləşdirilmişdir (İİ cild i.v. 62); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-2566 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə tutularaq xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına gətirilmişdir (İİ cild i.v. 64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinin 28 iyun 2022-ci il tarixli, 9/3-146-15264-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 235.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 24 iyun 2022-ci il tarixdə tərtib edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün Quba Rayon Prokurorluğuna göndərilmişdir. 32 nömrəli Birləşmiş şəhər X1 arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı Şahid5 hamiləlik üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq etməməsi və onlara özünümüdafiə məqsədi ilə xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Natural” aptekə gəldikdən sonra vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol vermişlər, hadisənin baş verdiyi aptekin iş rejimini və həmçinin aptekin işçilərinin normal iş fəaliyyətini pozaraq xuliqanlıq etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində bıçaqdan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxslərin sağlamlığa zərər vurduğundan hərəkətlərinin şəxsiyyət əleyhinə olan qəsdən sağlamlığa yüngül zərər vurma, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməli olduğunu bildirsə də, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən onların əməli düzgün olaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilən hallar olduğundan onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə məhkum olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Quba Rayon Məhkəməsinin 4(027)-24/22 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməməsi və Təqsirləndirilən şəxs1 əlindən bıçağı çətinliklə alması və məqsədinin bıçağı bağlayıb cibinə qoymasının olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl insitutu kimi Ü.Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Ü.Təqsirləndirilən şəxs2 özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin zərərçəkmiş şəxslərə həqiqəti danışmaq vəzifəsi izah edilmiş, bununla bağlı onlardan iltizam alınmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə Ü.Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham tam təsdiq olunur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə məhkum olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixində saxlanıldığından həbsdə saxlama müddətinin əvvəli 13 aprel 2022-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 (iki) ədəd “CD-R” formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 64 manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 04 iyul 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Quba Rayon Məhkəməsinin 4(027)-24/22 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 13 aprel 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və 02 (iki) ədəd “CD-R” formatlı disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dürd) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar