Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-161/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Fəyaz oğlunun, nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1988-ci ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, 16 oktyabr 2020-ci il tarixdə gecə saatlarında qonşusu Zərərçəkmiş şəxs Fəyaz oğlunun evindən səs-küy gəlməsini bəhanə gətirərək sonuncudan onu narahat etməməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs onunla mübahisə etməməkdən ötrü əhəmiyyət verməyərək mənzilinə daxil olduqdan sonra həmin gün saat 11 radələrində ünvan 2 ünvanının qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozub qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs onunla davranışlarını qəbul etməyib sonuncu ilə mübahisə edərək xuliqanlıq niyyətilə üzərində olan soyuq silah hesab edilən silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsinin müxtəlif yerlərindən bir neçə dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığa az ağır zərərvurmaya aid mil sinirin zədələnməsi ilə müşayiət olunan sol bazunun yuxarı orta 1/3-nin bayır səthinin bir ədəd sol bazunun orta 1/3-nin iç səthinin bir ədəd və sol bazunun aşağı 1/3-nin bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmişkəsilmiş yaraları, vətərin zədələnməsi ilə müşayiət olunan sol əlin İİİ barmağının bir ədəd və sol əlin İV barmağının bir ədəd (cəmi iki ədəd) kəsilmiş yaraları, sol saidin aşağı 1/3-nin ön-bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön-iç səthinin səthi kəsilmiş yaralarından ibarət xəsarət yetirməklə, qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Fəyaz oğlunu tanıyır, sonuncu ilə uzun müddətdir ki, qonşudur. Azərin yaşadığı mənzil ilə öz yaşadığı mənzil bitişikdir. Heç vaxt Azər ilə arasında narazılıq, ədavət və düşmənçilik olmamışdır. 16 oktyabr 2020-ci il tarixdə, saat 01:30 radələrində yaşadığı mənzildə yatdığı zaman Azərin yaşadığı mənzildə kiminsə təmir alətləri ilə işləməsi səsinə oyanmışdır. Azərin mənzili ilə yaşadığı mənzil bitişikdir və otaqların arası nazik daş ilə kəsilmişdir. Paltarlarını geyinib Azərin yaşadığı mənzilin qarşısına gedərək onu səslənmiş, sonuncu çölə çıxdıqdan ona gecə olduğunu, evdə uşaqların yatdığını bildirərək səs-küy salmamasını xahiş etmişdir. Azər isə sözünə əsəbləşərək xoşa gəlməz ifadələr işlətmişdir. Bir daha Azərə bildirmişdir ki, “sənə nə dedim niyə əsəbləşirsən sabah işləyərsən uşaqlarım yatıb sabah məktəbə gedəcək”. Lakin Azər yüksək səslə qışqırmağa başlamış, bu zaman aralarında sözlə mübahisə düşmüş və onlar qarşılıqlı olaraq biri-birilərilə sözlə mübahisə etmişlər. Sonra Azər evinin içərisinə daxil olmuş və qapını bağlamışdır. Azərin arxası ilə gedib yaşadığı mənzilin qapısını vurmağa başlamış, lakin Azər evdən çölə çıxmamışdır. Yaşadığı mənzilə gəlib gecəni yatmış, səhər açıldıqda səhər saatlarında Azərin yaşadığı mənzilə gedib qapını döyərək onu səsləmişdir. Azərin arvadı çölə çıxıb xoşa gəlməz sözlər işlətmiş, sonuncuya heç nə deməyərək yaşadığı mənzilin yaxınlığında olan mağazaya gəlmişdir. Mağazanın qarşısında olan zaman Azər və xalası oğlu Rauf yanına gəlmişdir. Azərə yaxınlaşıb ondan gecə etdiyi hərəkətin səbəbini soruşmuş, Azər isə sözlərini ciddiyə almayaraq zarafat etmişdir. Azərə etdiyi hərəkətlərə görə öz iradını bildirmiş, həmin vaxt üzərində bıçaq olmuş, belə ki, həmin bıçağı yaşadığı mənzildən götürmüşdür. Bıçağı götürməkdə hər hansı bir məqsədi olmamış, Azər fiziki cəhətdən güclü olduğu üçün dalaşacaqları halda özünü müdafiə etməyi düşünmüşdür. Mağazanın qarşısında küçədə Azər ilə arasında sözlə mübahisə yaranmış, Azər belində olan bıçağı görüb “bıçağı alıb sənin arxana soxaram” demişdir. Bu zaman əsəbləşmiş və əsəblərini cilovlaya bilməyib şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxarıb onun qol nahiyəsindən və budundan bir neçə dəfə vurmuşdur. Azər yerdən böyük daş parçası götürüb üzərinə tərəf gəlmiş, arxa-arxaya gedərək orada olan evin daş hasarına dəyib dayanmışdır. Azər daşı atmış, daş ayağından dəymiş, xalasıoğlu onu sakitləşdirirək uzaqlaşdırmışdır. Polis idarəsinə gedərək hadisə barədə məlumat vermiş və könüllü olaraq təslim olmuşdur. Hadisə 10-15 dəqiqə davam etmiş, orada olan hər hansı bir şəxs və özü söyüş söyməmişdir. Azərin etdiyi hərəkətlərə görə üzr istəməsini gözləmiş, lakin sonuncu sözlərinə əhəmiyyət verməmiş və ona ağır söz demiş, bunu özünə təhqir kimi qəbul etmiş, götürə bilməmiş, ona görə də Azəri bıçaqla vurmuşdur. Azəri bıçaqla vurduğu və ona xəsarət yetirdiyi üçün peşmandır, onunla barışmağa cəhd etmiş, sonuncu onunla barışmamışdır. Maddi imkanı olmadığından Azərin çəkdiyi xərci ödəyə bilməmişdir. Bu səbəbdən mülki iddianın təmin edilməməsini xahiş edir. Azadlıqda olarsa hər ay hissəhissə zərəri ödəyəcəyinə söz verir. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs Fəyaz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, onlar qonşu olmaqla yaşadıqları mənzillər bitişikdir. Daima Elmirlə qonşu kimi münasibətləri normal olmuş, aralarında narazılıq, ədavət və düşmənçilik olmamışdır. 16 oktyabr 2020-ci il tarixdə saat 00:25 radələrində yaşadığı evin içərisində olan iran peçinin şüşəsi sınmış və peçi təmir etmək məqsədilə şüşə kəsənlə peç üçün yeni şüşə kəsmişdir. Bu zaman səs-küy yaranmış, həmin vaxt çöldən kiminsə səsləməsini eşitmiş və çölə çıxmışdır. Çölə çıxdıqda qonşuları Elmiri görmüş, küçəyə çıxıb Elmirin yanına getmiş və sonuncu ona səs-küy salmamasını bildirmişdir. Elmirə işinə qarışmamağı demişdir. Həmin vaxt onların arasında anlaşılmamazlıq olmuş və sözlə mübahisə yaranmışdır. Lakin, heç bir dava-dalaş baş verməmiş, bir neçə dəqiqə sözlə mübahisə etmişlər və çıxıb evinə getmişdir. Öz evinə daxil olduqdan bir neçə dəqiqə sonra Elmir yenidən evinin qarşısına gəlib səsləyib küçəyə çağırmış və “bıçaqla səni deşik-deşik edəcəm” demişdir. Elmirin sözlərinə əhəmiyyət verməyərək çölə çıxmamışdır. Həmin günü yaşadığı mənzildə yatmış və səhər tezdən çıxıb işə getmişdir. 16.10.2020-ci il tarixdə saat 11 radələrində oğlu mobil telefonuna zəng edib Elmirin evə gəlib onu soruşduğunu və bıçaqla deşik-deşik edəcəyini dediyini, arvadı Zülfiyənin isə Elmirə çıxıb getməsini dediyini bildirmişdir. Bundan sonra evə gəlmiş, Elmirin etdiyi hərəkətlərə son qoyması üçün yaşadığı evə getmiş, lakin Elmir evdə olmamış, onun anası ilə söhbət edən zaman qonşusu Elmirin xalası oğlu Rauf da gəlmişdir. Raufa da Elmirin gecə etdikləri barədə məlumat vermiş, sonra Rauf ilə birlikdə evdən çıxaraq yaşadığı evin yaxınlığında olan mağazanın qarşısına getmişdir. Mağazanın qarşısına çatdıqda Elmirin orada olmasını görmüşdür. Elmir ilə söhbət edən zaman aralarında mübahisə yaranmış, Elmir onu deşikdeşik edəcəyini demişdir. Elmirə “bıçağı alıb sənin arxana soxaram” demiş, bu zaman Elmir əlində olan bıçaqla sol qoluna və buduna bir neçə dəfə zərbə ilə vuraraq xəsarətlər yetirmişdir. Bunu görən Elmirin xalası oğlu onu tutub bir neçə metr aralaşdırıb bıçağı Elmirin əlindən almaq istəmiş, səs-küyə mağazanın sahibinin arvadı küçəyə çıxmış, Elmir bıçaqla üzərinə gəldikdə sonuncu əlindəki bılçaqla yenidən onu vuracağını görüb özünü müdafiə etmək üçün yerdən daş götürmüş və qorxutmaq üçün Elmir üzərinə gəldikdə qaçaraq daşı onun üzərinə atmış, lakin daşın ona dəyib-dəyməməsini bilməmişdir. Elmir qaçaraq üzərinə gəldikdə qaçaraq oradan uzaqlaşmışdır. Xəsarətləri olduğu üçün 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Bundan əlavə dəfələrlə müayinə və müalicə olunmuş, müalicə üçün İrana getmiş, ümumilikdə 5000 manatdan çox maddi ziyan çəkmiş, həmçinin əli işləmədiyindən ustalıq edə bilməmiş və gündəlik qazancından da məhrum olmuşdur. Hazırda Elmirlə barışmamış, sonuncu ona dəymiş zərəri ödəməmişdir. Ona görə də ona ağır cəza verilməsini və mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Fəyaz oğlunu və Təqsirləndirilən şəxs tanıyır, belə ki, Elmir xalası oğlu, Azər isə qonşudur. Həmin şəxslər ilə heç bir narazılığı və ədavəti olmamışdır. Mütəmadi olaraq xalası oğlu Elmir ilə görüşüb söhbət etmiş, lakin Azər ilə heç vaxt ünsiyyəti olmamışdır. Belə ki, Azər qonşu olsa da yaşadıqları evlərin arasında uzun məsafə vardır. Azər ilə Elmirin arasında narazılıqlar olması barədə məlumatı olmamış və bu barədə sonradan öyrənib bilmişdir. 16 oktyabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Elmirin yaşadığı evə gəlmiş, oraya çatdıqda Azərin Elmirin yaşadığı evdə sonuncunun anası, yəni xalası ilə söhbət etməsini görmüşdür. Lakin, Elmir evdə olmamış, xalası ilə Azərin söhbətindən başa düşmüşdür ki, gecə saatlarında Azərin evində işləyib səs salmasına görə Elmirlə aralarında sözlə mübahisə olmuşdur. Azərlə evdən çıxaraq Elmirin yaşadığı evdən aralıda olan mağazanın qarşısına gəldikdə sonuncunu orada dayanmasını görmüşdür. Həmin vaxt telefonuna zəng gəlmiş və bir neçə dəqiqə kənarda telefonla danışmış, telefonla danışıb qurtardıqdan sonra görmüşdür ki, Azərlə Elmir qarşılıqlı olaraq sözlə mübahisə edirlər. Onları sakitlikləşdirmək istəyərkən Azər Elmirə “onu alıb bir yerinə soxaram” ifadələrini işlətmiş, arxaya çevrilib baxan zaman Elmir ani bir anda Azərin qolundan bıçaqla vurmuşdur. Elmiri tutub sakitləşdirməyə çalışmış, lakin o, əlindən çıxaraq Azərin üzərinə getmişdir. Azər yerdən daş götürüb Elmirin üzərinə gəlmiş, sonuncu isə arxa-arxaya gedib daş hasara dəyib dayandıqda Azər əlində olan daşı Elmirə atmış, daş Elmirin ayağından dəymiş, Elmir əlində bıçaqla Azərin üzərinə getmiş, sonuncu isə qaçaraq aralaşmışdır. Elmiri tutub sakitləşdirmiş və oradan uzaqlaşdırmışdır. Elmiri yaşadığı evə qoyub oradan öz yaşadığı mənzilə gəlmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, 27.07.2021-ci il tarixdə öldüyündən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Zərərçəkmiş şəxs Fəyaz oğlunu və Təqsirləndirilən şəxs tanıyır, belə ki, həmin şəxslər qonşularıdır. Həmin şəxslərlə heç bir narazılığı və mübahisəsi olmamışdır. Həyat yoldaşının yaşadığı evin yaxınlığında mağazası vardır, həmin mağazada ərzaq malları satılır. Mağazanın içərisində və çöl tərəfində müşahidə kameraları quraşdırılmışdır. Mağaza 24 saat işləməsə də kameralarla 24 saat çəkiliş aparılır. Mağazada ərindən başqa heç kim işləməmiş, belə ki, satıcı kimi də həyat yoldaşı özü işləmişdir. Lakin, həyat yoldaşının işi olduqda mağazada o gedib dayanmışdır. 16 oktyabr 2020-ci il tarixdə ərinin işi olduğu üçün mağazaya getmiş və işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat 11 radələrində mağazanın içərisində olmuş, çöldən yüksəkdən səs-küy gəlməsini eşitmiş və dərhal çölə çıxmışdır. Çölə çıxdıqda qonşusu Azərin qolundan tutmasını görmüşdür. Belə ki, Azərin əli və paltarları qan içində olmuşdur. Ətrafda bir neçə nəfər tanımadığı şəxs görmüş və həmin şəxslərdən yalnız qonşusu Elmiri tanımışdır. Məlum olmuşdur ki, Azəri kimsə vurmuşdur. Qorxduğu üçün içəri daxil olmuş və bir daha çölə çıxmamışdır. Sonradan isə çölə çıxdıqda artıq heç kəs olmamışdır. Mağazada olduğu zaman polis əməkdaşları gəlmiş və mağazada olan müşahidə kameralarına baxmaq istədiklərini demişlər. Polis əməkdaşlarına bildikləri barədə məlumat vermiş və həyat yoldaşı gəldikdən sonra kameralara baxmalarını xahiş etmişdir. Soradan həyat yoldaşı gəlmiş və o, evinə getmişdir. Mağazada olduğu zaman çöldən yüksəkdən səs-küy səsləri eşidib çölə çıxmış, çölə çıxdıqda isə orada bir neçə nəfər şəxs görmüş, həmin şəxslərdən yalnız Azər və Elmiri tanımışdır. Digər şəxsləri isə tanımamışdır. Azərin paltarları qan içində olmuş və qolundan qan gəlmişdir. Məlum olmuşdur ki, Azəri kimsə vurmuşdur. Azərin kiminlə mübahisə etməsini görməmiş və onun kim tərəfindən vurulmasının şahidi olmamışdır. Belə ki, o, mağazadan çölə çıxmış, sonra isə qorxduğu üçün içəri daxil olmuşdur. Çöldə olduğu müddətdə heç bir mübahisə görməmişdir. Orada olan hər hansı bir şəxsin, eləcə də Təqsirləndirilən şəxs əlində bıçaq görməmiş, lakin sonradan öyrənmişdir ki, Azəri Elmir bıçaqla vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.1 və 228.4-cü maddələri ilə cinayət işi başlanılmışdır ( i.v. 1); şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Fəyaz oğlu bildirmişdir ki, “15.10.2020-ci ildə işdən gələn zaman evdə soyuq olduğundan sobanı qoşmaq istəmiş, düzdü həmin vaxt saat 00:25 radələri olmuş, bu vaxt qonşuluqda yaşayan Elmir evdən çıxıb ona öz iradını bildirmiş və ona demişdir ki, get evinə o isə əsəbi formada ona cavab vermişdir. Sonradan çıxıb evinə getmişdir. 16.10.2020-ci i tarixdə işə gedən zaman Elmir küçədə onu görmüş, Elmirlə salamlaşmış, o isə salamını almamış və ona səni deşikdeşik edəcəm deyə bildirmişdir. Bıçağı çıxarıb üstünə gəlmiş, ona o bıçağı sənin arxana vuracam, demişdir ki, Elmir onu əlində olan həmin bıçaqla sol muskul nahiyyəsinə 3 dəfə vurmuş, sonra sol qolunun üçüncü və dördüncü barmaqlarını kəsmiş və sağ qıçının dizdən aşağı nahiyəsini kəsərək ona xəsarət yetirmişdir ( i.v. 3); izahatdan görünür ki, Zərərçəkmiş şəxs Fəyaz oğlu bildirmişdir ki, 15.10.2020-ci ildə işdən gələn zaman evdə soyuq olduğundan sobanı qurmaq istəmiş, saat 00:25 radələri iş görən zaman az olsa da səs yaranmış, bu zaman qonşuluqda yaşayan Elmir çıxıb ona evdə azyaşlı uşaqların narahat olduğunu demiş, Elmirə asta formada evinə getməsini bildirmiş, səhəri günü 16.10.2020-ci ildə işə gedən zaman küçədə Elmiri görmüş, yaxınlaşıb salamlaşmış, Elmir onun salamını almamış, axşam aralarında olanları bildirmiş, onu bıçaqla deşik-deşik edəcəyini bildirmiş, ona, bıçağı alıb sənin arxana vuraram demişdir ki, Elmir onun üstünə gəlmiş, əlində olan bıçaqla qolundan 3 dəfə vurmuş, sonra sol qolunun üçüncü və dördüncü barmaqlarını kəsmiş və sağ qıçının dizdən aşağı nahiyəsini kəsərək ona xəsarət yetirmişdir ( i.v. 5-6); könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə gələrək Zərərçəkmiş şəxs Fəyaz oğlunu bıçaqla xəsarət yetirdiyini bildirərək əməlini etiraf etmişdir ( i.v. 9); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26.10.2020-ci il tarixli 1121 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hər iki mil-bilək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması, sağ baldırın yumşaq toxumasının hematoması və sıyrığı, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən hər iki milbilək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması, sağ baldırın yumşaq toxumasının rematoması və sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yarası isə kəsici kənara malik alətin təsirindən törənmişdir, bıçağın kəsici kənarının təsirindən törənə bilər. Müddəti qərarda göstərilmiş 16.10.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə hər iki mil-bilək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması, sağ baldırın yumşaq toxumasının hematoması və sıyrığı, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən hər iki mil-bilək oynağı nahiyəsinin yumşaq toxumasının hematoması, sağ baldırın yumşaq toxumasının hematoması və sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasma görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur ( i.v. 24-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 19.10.2020-ci il tarixli 1122 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs Fəyaz oğlunda mil sinirin zədələnməsi ilə müşayiət olun an sol bazunun yuxarı orta 1/3-nin bayır səthinin bir ədəd sol bazunun orta 1/3-nin iç səthinin bir ədəd və sol bazunun aşağı 1/3-nin bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları, vətərin zədələnməsi ilə müşayiət olunan sol əlin İİİ barmağının bir ədəd və sol əlin İV barmağının bir ədəd (cəmi iki ədəd) kəsilmiş yaraları, sol saidin aşağı 1/3-nin ön-bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön-iç səthinin səthi kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, digər kəsilmiş və səthi kəsilmiş yaralar isə kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər, müddəti qərarda göstərilmiş 16.10.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur ( i.v. 27-29); məhkəmə trasoloji ekspertizasının 23.10.2020-ci il tarixli 495 saylı rəyindən məlum olur ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ov təyinatlı bıçaqdır və soyuq silah hesab edilir ( i.v. 30-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 28 oktyabr 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancından hər ay dövlət nəfinə 15 % pul tutulmaqla 09 ay 18 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 325-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası həddində müəyyən edilmiş, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə təyin edilmiş cəza ilə tam toplanmaqla üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 30 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir ( i.v. 37-39); zərərçəkmiş şəxs qismində tanıma haqqında 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Fəyaz oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 47); götürmə aparılması haqqında 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisənin görüntüləri olan bir ədəd DVD disk götürülmüşdür (i.v. 56-58); ifadənin yerində yoxlanması haqqında 24.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 63- 65); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 92-93); qətimkan tədbirinin seçilməsi haqqında 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 107-108); Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 325-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 08 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə 06 ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanılmaqla qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 30 iyul 2016-cı il tarixdən hesablanmışdır (i.v. 113-120); sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxs, şahid ifadələri, təqdim etmə və götürmə, diskə baxış, ifadənin yerində yoxlanılması protokollar, ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmiş, Zərərçəkmiş şəxs Fəyaz oğlunun barəsində Azərbaycan Respublikası CM-in 128 və 221-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, DVD disk və bıçaq maddi sübut kimi tanınmışdır (i.v. 122-133); təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında 21 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir ( i.v. 135); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 T 139/2021 nömrəli ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs mil sinirin zədələnməsi ilə müşayiət olunan sol bazunun yuxarı-orta 1/3-nin bayır səthinin bir ədəd, sol bazunun orta 1/3-nin iç səthinin bir ədəd və sol bazunun aşağı 1/3-nin bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları, vətərin zədələnməsi ilə müşayiət olunan sol əlin İİİ barmağının bir ədəd və sol əlin İV barmağının bir ədəd (cəmi iki ədəd) kəsilmiş yaraları, sol saidin aşağı 1/3-nin ön-bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön-iç səthinin səthi kəsilmiş yaraları olmuşdur. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, digər kəsilmiş və səthi kəsilmiş yaralar isə kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər, müddəti qərarda göstərilmiş 16.10.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralardan sol bazunun bayır səthində olan yara mil sinirinin, sol əlin lll-İV barmaqlarında olan yara vətər və əzələnin zədələnməsi ilə müşayiət olunmuşdur. Göstərilənlər cərrahi əməliyyat yolu ilə bərpa edilmiş və hal-hazırda sol əl barmaqlarında hərəkət məhdudluğu qalmaqdadır. Belə ki, zədələnmiş sinir bərpa edildikdən sonra onun fəaliyyətə başlaması üçün müəyyən müddət tələb olunur. Bu cür travmalarda sağlamlığa zərərvurma dərəcəsi yalnız oynaqda tam hərəkətsizlik (ankiloz) yarandığı təqdirdə sağlamlığa ağır zərərvurmaya aid edilə bilər. Belə ki, burada ümumi əmək qabiliyyətinin 1/3-dən, 33%-dən çox dayanıqlı itirilmə faizi nəzərə alınır. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə sol əl barmaqlarında hərəkət məhdudluğu qaldığından burada ümumi əmək qabiliyyətinin dayanıqlı itirilmə faizi 33%-dən aşağı olduğundan (20-25%) zərərvurma dərəcəsi az ağır kimi qiymətləndirilməlidir. Prosesin uzun müddət davam etməsi isə göstərilən tibbi yardımın qüsurla icra edilməsi səbəbindən deyil, sinirin bərpası üçün müəyyən müddətin tələb olunmasının nəticəsidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs tutulması və həbsetmənin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının 10.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə tutularaq 08.09.2021-ci il tarixdə təcridxanaya gətirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs mağazanın yaxınlığında kənarda dayanır, Zərərçəkmiş şəxs Fəyaz oğlu velosiped ilə Elmirin yanına gələrək dayanır və söhbət edirlər, Azər velosipeddən düşərək söhbətinə davam edir, bir nəfər kişi onlara yaxınlaşır, Azər ilə Elmirin əl qol hərəkətlərindən onların mübahisə etməsi anlaşılır, Elmir bel nahiyəsindən bıçaq çıxarıb Azərin üzərinə gəlir, bıçaqla Azərin qolundan və digər yerlərindən çoxsayda zərbələr vurur, Azər də təpiklə və əli ilə Elmiri vurur, orada olan bir nəfər şəxs Elmiri tutmaq istəyir, lakin sonuncunu saxlaya bilmir, sonra Azər mağazanın qarşısına gələrək sol qolunu tutub dayanır, Azər yerdən daş götürüb qaçaraq Elmirin üzərinə gedir, daşı Elmirə tərəf atır, daş Elmirin ayağına dəyir, Azər yerdə əyləşib qolunu tutur, orada olan şəxslər ona kömək edir, sonra Elmir oradan uzaqlaşır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməli həmin maddələrlə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 16 oktyabr 2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu olmuş və hadisəyə qədər münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadığı evlər bitişikdir. 16 oktyabr 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı evdə sobanı təmir edən zaman səs-küy yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısına gedərək onu səsləmiş, Zərərçəkmiş şəxs çölə çıxdıqda sonuncudan gecə olmasını, uşaqlarının yatmasını, bu səbəbdən səs-küy salmamasını tələb etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işinə qarışmamağı demiş, həmin vaxt onların arasında sözlə mübahisə yaranmış, Zərərçəkmiş şəxs evinə qayıtmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çölə çıxmasını desə də, sonuncu çıxmamışdır. Səhər saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedib onu səsləmiş, Zərərçəkmiş şəxs evdə olmamış, Təqsirləndirilən şəxs yaşadığı mənzilin yaxınlığında olan mağazaya gəlmiş, mağazanın qarşısında olan zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xalası oğlu Rauf onun yanına gəlmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs salam versə də, sonuncu salamı almayaraq Zərərçəkmiş şəxs gecə etdiyi hərəkətin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə öz iradını bildirmiş, bu zaman aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs deşik-deşik edəcəyini demiş, Zərərçəkmiş şəxs “bıçağı alıb sənin arxana soxaram” dedikdən sonra Təqsirləndirilən şəxs şalvarının belin nahiyəsinə qoyduğu bıçağı çıxarıb onun qol nahiyəsindən bir neçə dəfə, bud nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 16 oktyabr 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə şəxsi münasibətlər zəminində baş vermiş, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 olmuşlar. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs gecə saatlarında sobanı təmir etdiyini, bu zaman səs-küy yarandığını, həmin vaxt çöldən kiminsə səsləməsini eşitdiyini və çölə çıxdığını, çölə çıxdıqda qonşuları Elmiri gördüyünü, Elmirin ona səs-küy salmamasını bildirdiyini, Elmirə işinə qarışmamağı dediyini, həmin vaxt onların arasında anlaşılmazlıq olduğunu və sözlə mübahisə yarandığını, bir neçə dəqiqə sözlə mübahisə edib evinə getdiyini, bir neçə dəqiqə sonra Elmir yenidən evinin qarşısına gəlib səsləyib küçəyə çağırdığını və “bıçaqla səni deşik-deşik edəcəm” dediyini, Elmirin sözlərinə əhəmiyyət verməyərək çölə çıxmadığını, 16.10.2020-ci il tarixdə saat 11 radələrində oğlu mobil telefonuna zəng edib Elmirin evə gəlib onu soruşduğunu və bıçaqla deşik-deşik edəcəyini dediyini, arvadı Zülfiyənin isə Elmirə çıxıb getməsini dediyini, bundan sonra evə gəldiyini, Elmirin etdiyi hərəkətlərə son qoyması üçün onun yaşadığı evə getdiyini, lakin Elmir evdə olmadığını, onun anası ilə söhbət edən zaman qonşusu Elmirin xalası oğlu Raufun da gəldiyini, Raufa da Elmirin gecə etdikləri barədə məlumat verdiyini, sonra Rauf ilə birlikdə evdən çıxaraq yaşadığı evin yaxınlığında olan mağazanın qarşısına getdiyini, mağazanın qarşısına çatdıqda Elmirin orada olmasını gördüyünü, Elmir ilə söhbət edən zaman aralarında mübahsiə yarandığını, Elmirin onu deşik-deşik edəcəyini dediyini, Elmirə “bıçağı alıb sənin arxana soxaram” dediyini, bu zaman Elmir əlində olan bıçaqla sol qoluna və buduna bir neçə dəfə zərbə ilə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Şahid1 ifadəsində Azərlə evdən çıxaraq Elmirin yaşadığı evdən aralıda olan mağazanın qarşısına gəldikdə sonuncunun orada dayanmasını gördüyünü, həmin vaxt telefonuna zəng gəldiyini və bir neçə dəqiqə kənarda telefonla danışdığını, telefonla danışıb qurtardıqdan sonra Azərlə Elmirin qarşılıqlı olaraq sözlə mübahisə etdiyini, onları sakitlikləşdirmək istəyərkən Azərin Elmirə “onu alıb arxana soxaram” ifadələrini işlətdiyini, arxaya çevrilib baxan zaman Elmirin ani bir anda Azərin qolundan bıçaqla vurduğunu qeyd etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə gecə saatlarında sobanın təmiri zamanı Zərərçəkmiş şəxs səs-küy salması səbəbindən qonşular Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında başlamış münaqişədən törəyən şəxsi münasibətlər olub, Təqsirləndirilən şəxs məqsədi gecə səs-küy salan Zərərçəkmiş şəxs hərəkətlərinin düzgün olmaması, yəni cinayətkar qəsd məhz bu məqsədlərin realizə edilməsinə yönəlib, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına, başqasının mülkiyyətinə qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxsin xuliqanlıq əməlinin nədən ibarət olması göstərilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir.Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin və hərəkətlərinin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, istintaq orqanı xuliqanlıq niyyətini yanlış olaraq müəyyən etmiş, şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs gecə saatlarında səs-küy salmasını ona irad bildirdikdən sonra tərəflərin aralarında mübahisənin yaranmasını, bunun səhər saatlarında da davam etməsini, həmçinin mübahisə zamanı Zərərçəkmiş şəxs “bıçağı alıb sənin arxana soxaram” deməsini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını nəzərə alır, bununla da qeyd edilənlərin hadisənin baş verməsinə əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və sonuncunun gecə etdiyi hərəkətlərinə, hadisə zamanı ona dediyi nalayiq ifadəsinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti və xuliqanlıq kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 228.4-cü maddələri ilə əhatə olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 228.4-cü maddələri ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hallardır; 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,—üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışmağa cəhd etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), könüllü gəlib təqsirini boynuna almasını (CM-59.1.10) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin az ağır cinayətdən böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilməsini nəzərə alaraq hesab edir ki, sonuncunun məhkumluğu ödənilməsə də, CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərin residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Fəyaz oğlu Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 onun xeyrinə ümumilikdə 5000 manat maddi, 10000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs Fəyaz oğlunun mülki iddiası qismən əsaslıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Fəyaz oğlu müalicə və müayinələrinə 2868,85 (iki min səkkiz yüz altmış səkkiz, səksən beş) manat pul xərcləmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Fəyaz oğlunun qəsdən sağlamlığına az ağır zərər vurmasını, bunun nəticəsində Zərərçəkmiş şəxs Fəyaz oğlunun müayinə və müalicə olunmasını, müayinə və müalicəsinə 2868,85 (iki min səkkiz yüz altmış səkkiz, səksən beş) manat pul xərcləməsini, buna dair qəbzlərin olmasını, 2868,85 (iki min səkkiz yüz altmış səkkiz, səksən beş) manatdan əlavə müayinə və müalicəyə pul xərcləməsinə dair hər hansı sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia maddi ziyan hissədə qismən əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 2868,85 (iki min səkkiz yüz altmış səkkiz, səksən beş) manat pul Zərərçəkmiş şəxs Fəyaz oğlunun xeyrinə tutulmalı, maddi ziyanın digər hissəsində iddia sübut olunmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Fəyaz oğlunun xeyrinə tutulmalıdır. Məhkəmə mülki iddianın mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması sonuncuda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Beləliklə, iddiaçı mənəvi sarsıntılar keçirmiş, bunlar mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxsin təqsiri hazırkı hökmlə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sağlamlığına az ağır zərər vurulmuş, bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş mülki iddiaçı mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Bununla belə, məhkəmə, mülki cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması məqsədəmüvafiq və ağılabatandır. Bu səbəbədən mənəvi zərər hissədə iddia qismən təmin edilməli, mənəvi zərərə görə 1000 (bir min) manat mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalı, mənəvi zərərin qalan hissəsində mülki iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Xətai Rayon Polis İdarəsinin maddi sübutların müvəqqəti saxlanılma otağında saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs "xxxx" MMCnin hesabına keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 2868,85 (iki min səkkiz yüz altmış səkkiz, səksən beş) manat pul, mənəvi zərərə görə 1000 (bir min) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 3898,85 (üç min səkkiz yüz doxsan səkkiz, səksən beş) manat Zərərçəkmiş şəxs Fəyyaz oğlunun xeyrinə tutulsun. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-161/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-161/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver