Məhkəmə qərarları › İş №1(011)-161/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-161/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-161/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 108-də qeydiyyatda olmaqla yaşamış, 05 dekabr 2021-ci tarixdə barəsində Xətai Rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1.171 qram və 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.717 qram; 2,985 qram, 3,459 qram, 3.020 qram, 3.465 qram, 3.831 qram ümumi təmiz çəkisi 21,648 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1.171 qramını üzərində, digər 6 ədəd kibrit qutusunda ümumi təmiz, çəkisi 20,477 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tanışı Şahid1 idarə etdiyi «Ravon Nexia R3» markalı Az **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsində saxlamaqla daşımış, 04 dekabr 2021-ci il tarixdə saat 01 radələrində yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən yayındığına görə Bakı Şəhər Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində saxlanılaraq baxış zamanı avtomobilin yük hissəsindən 6 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 20.477 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirən zaman əynindəki qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1.171 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 ilə yaxındır ki, İlhamə adlı qadınla qeyri rəsmi olaraq münasibəti var. 04.12.2021-ci il tarixdə İlhamə Bakı şəhərinə həkim müayinəsinə gəlməli olduğuna görə tanışı Atabəydən xahiş elmişdir ki, onları Bakıya aparsın. Atabəyə məxsus «Ravon» markalı avtomaşınla Bakı şəhərinə gələn zaman İlhamənin rəfiqəsi olan Sevdanı və onun az yaşlı qızı Nisəxanımı yaşadıqları evdən götürmüşlər. Bakıya gələn zaman şəxsi istifadəsi üçün Bərdə şəhərindən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manat müqabilində aldığı 06 kibrit qutusunda olan marixuananı gizli olaraq Atabəyə məxsus olan avtomaşının yük hissəsinə qoymuş və bundan heç kimin məlumatı olmamışdır. Bakı şəhərində tanışı Ruslanla görüşdükdən sonra Atabəy demişdir ki, gedəsi yeri vardır, özü avtomaşını idarə edib getsin. Bundan sonra Atabəy avtomaşından düşərək getmiş və Ruslan sükan arxasına əyləşərək avtomaşını idarə edərək Günəşli qəsəbəsinə gəlmişlər. Günəşli qəsəbəsinə gəlmələrinə səbəb isə Sevdanın Günəşli qəsəbəsində işi olması ilə əlaqədar olmuşdur. Bir qədər Günəşli qəsəbəsində binaların arasında avtomaşınla gəzmələrinə baxmayaraq Sevdanın dediyi ünvanı tapa bilməmiş və Ruslan avtomaşını idarə edərək markasını bilmədiyi avtomobillə yüngül toqquşmuş və dayanmadan hərəkətlərini davam etmişlər. Daha sonra polis əməkdaşları avtomaşını saxlamaq əmri vermiş, lakin buna baxmayaraq Ruslanın sənədləri olmadığı üçün avtomaşını saxlamayaraq hərəkətini davam etmişdir. Ukrayna dairəsi yaxınlığında Ruslan avtomaşını saxladıqdan sonra dəvət edilmiş digər polis əməkdaşlarının və vəkilin iştirakı ilə Ruslanın üzərinə baxış keçirilmişdir. Ruslanın üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya aşkar edilmədiyindən Ruslanın idarə etdiyi avtomaşına baxış keçirilən zaman avtomaşının salonundan qabaq oturacağın üstündə olan Ruslana məxsus bir ədəd «Vest» markalı siqaret qutusu içərisindən müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir. Daha sonra avtomaşının yük hissəsinə baxış keçirilmişdir. Avtomaşının yük hissəsindən onun Bərdə şəhərində özünə məxsus olan 6 ədəd kibrit qutusunda qoyduğu marixuana aşkar edilmişdir. X3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Polis şöbəsində səmimi olaraq etiraf etmişdir ki, avtomaşının yük hissəsindən aşkar edilərək götürülmüş 06 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ona məxsusdur, siqaret qutusunun içərisində olan narkotiklərin isə Ruslana aid olduğunu qeyd etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək vəkilin və iştirakçıların imzaları ilə təsdiq edilərək üzərindən və avtomaşından götürülmüş narkotiklər qablaşdırılmışdır. O, həmin narkotikləri evdə saxlamağa qorxduğu üçün avtomaşına qoyaraq Bakı şəhərinə özü ilə gətirmişdir ki, Bakı şəhərində qaldığı müddətdə özü istifadə etsin. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona nisbətən aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 01 radələrində polis nəfəri Şahid5la inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu, Nəsrəddin Tusi və General Mehmandarov küçələrinin kəsişməsində «Ravon» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Chevrolet» markalı avtomobili vurub hadisə yerindən uzaqlaşmasını görmüşlər. Onlar həmin avtomobili müşahidə edərək Xətai rayonu «Ukrayna» dairəsində tıxacda həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə olan şəxslərin sərxoş olmalarından şübhələnib Xətai RPİ-nin 34-cü PŞ-nə məlumat verib üzərilərinə və avtomaşına baxış keçirilməsi üçün təhqiqatçı dəvət etmişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, avtomobilin sürücüsü Şahid1, sərnişinləri Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3dır. Bundan sonra həmin şəxslərə hüquq vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət olunmuş və avtomobili idarə edən Şahid1 izah edilmişdir ki, narkotik vasitənin qəbulunda şübhəlidir. Bu səbəbdən də üzərinə şəxsi axtarışın, ardınca isə idarə etdiyi avtomobilə baxış keçiriləcəyi izah olunmuşdur. Bundan sonra Şahid1 şəxsi axtarışı aparılmış, lakin üstündən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Daha sonra şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sol oturacağının üstündə olan bir ədəd gümüşü rəngli “Vest” markalı siqaret qutusunda 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərilərində yaşıl rəngli, ot tərkibli maddə, 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə və 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərilərində ağ rəngli, kristal şəkilli maddə bir ədəd sellofan kəsiyinə, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə, habelə 01 ədəd konvalyutda üzərində "methodone“ yazısı olan 09 ədəd həb aşkar edilərək götürülmüşdür. Daha sonra avtomobilin yük hissəsi açılmış və orada təkərin içərisində olan ağ rəngli sellofan paketin içərisində 6 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot tərkibli maddə müəyyən edilmişdir. Aşkar edilmiş maddələrin mənşəyi və kimə məxsusluğu barədə nəqliyyat vasitəsində olan hər bir proses iştirakçısına sual verilmiş, onların hər biri qeyd olunanlarla əlaqədar hansısa məlumatlarının olmadığını qeyd etmişlər. Yük və salondan aşkar edilmiş maddələr ayrılıqda zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin şəxslər avtomobillə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gətlirilmiş və Polis Şöbəsində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan PŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsnün üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş yaşıl rəngli, ot tərkibli maddəni çıxarıb təqdim edərək qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs baxış zamanı “Ravon" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində aşkar edilərək götürülmüş 6 ədəd kibrit qutunun içərisində olan ot tərkibli maddənin özünə məxsus olduğunu, avtomobilin qabaq hissəsində aşkar edilərək götürülmüş siqaret qutusunun içərisində olan maddələrin isə avtomobili idarə edən Ruslan adlı şəxsə aid olduğunu bildirmişdir. Digər səxlərdə qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq digər şahidlər - Şahid1, Şahid2, Şahid3, Şahid4 oğunun və Şahid5 Ehtiram oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr heç bir ziddiyət təşkil etməmiş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, «Ravon Nexia R3» markalı; **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsində olan təkərin içərisində olan ağ rəngli sellofan paketin içərisində 6 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot tərkibli kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında digər protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş yaşıl rəngli, ot tərkibli, spesifik qoxuya malik kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin marixuana olduğunu və şəxsi istifadəsi üçün Bərdə rayonundan aldığını bildirmişdir. Bundan başqa “Ravon” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsində aşkar edilərək götürülmüş 06 ədəd kibrit qutusunda olan ot şəkilli maddə marixuananın ona məxsus olmasını bildirmişdir. Keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış və çəkilişi əks etdirən daşıyıcı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2021-ci il tarixli 7/1246 nömrəli rəyindən məlum olur ki, təqdimata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..." yazısı olan zərfdə bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 1,171 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2021-ci il tarixli 7/1247 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində ‘'Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan kağız paketdə 6 ədəd kibrit qutusunda ayrı-ayırlıqda təmiz çəkiləri - 3.717 qram, 2.985 qram, 3.459 qram, 3.020 qram, 3.465 qram, 3,831 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş marixuanaların ümumi çəkisi 21.648 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 7/1298 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş kağız paketdə üzərində «Təqsirləndirilən şəxs» yazılar və imzalar olan təmiz çəkisi - 1,151 qram marixuana ilə təqdim olunmuş digər paketdə üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,697 qram, 2.965 qram, 3,439 qram, 3.00 qram, 3,445 qram, 3.811 qram marixuanalar tərkibəlrinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 dekabr 2021-ci il tarixli 5106 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və “Ravon” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşında şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən və “Ravon” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsindən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus ümumi çəkisi 21.648 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 20.237 qram qurudulmuş marixuana saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 05.12.2021-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.12.2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan AZ-l 528820 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Məmmədov X1 Tərlan Ədalət qızı ilə 02 noyabr 2009-cu il tarixdə aralarında hikah bağlamışlar. İş materiallarında olan AZ-T 075099 saylı və AZ-İİ 360392 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs 16.07.2009-cu il təvəllüdlü X4 adlı və 30.09.2011-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutudulğu vaxtdan, yəni 04 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 20.237 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində və “Ravon” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşında şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 199.38 (yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 20.237 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 199.38 manat (yüz doxsan doqquz manat otuz səkkiz qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar