Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-161/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ştirakları ilə xx.xx.1957-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, Nəsirli küçəsi ev 43A-da qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq 07 may 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda yerləşən icarəyə götürdüyü alqı-satqı ofısində Zərərçəkmiş şəxs4 guya ilkin ödəniş və sair xərclər üçün 6.000 (altı min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq 22 iyul 2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən icarəyə götürdüyü alqı-satqı ofisində Zərərçəkmiş şəxs1 guya ilkin ödəniş və sair xərclər üçün 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq 24 dekabr 2020ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 guya ilkin ödəniş və sair xərclər üçün 2.000 (iki min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq 25 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən icarəyə götürdüyü alqı-satqı ofisində Zərərçəkmiş şəxs3 guya ilkin ödəniş və sair xərclər üçün 2.000 (iki min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 2.000 (iki min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsidi bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, uzun müddət Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 18 ünvamnda icarəyə götürdüyü ofısdə ev alqı-satıqısı ilə məşğul olmuşdur. 2020ci ilin əvvəllərində o, Bakı şəhəri, Xətai rayonu ərazisində Vüqar adlı şəxslə tanış olmuşdur. O, bir nəfər müştəriyə ipoteka ilə ev almasına köməklik etmək üçün Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən “Bank Respublika”ya getmişdir. Lakin həmin şəxsin işi alınmamışdır. Həmin vaxt bankın qarşısında Vüqar adlı şəxs ona yaxınlaşmış və bankda işlədiyini, ipoteka lazım olarsa köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 2020-ci ilin may ayında tanımışdır. Aytəkinin bacısı Ağgül onun fəaliyyət göstərdiyi ofısin yaxınlığında yaşamışdır. Söhbət zamanı Aytəkinə ona ipoteka ilə ev almaq istədiyini bildirmişdir. O, Vüqarla danışmış və Aytəkinə ilkin ödəniş üçün təxminən 15000 manat məbləğində pul lazım olduğunu demişdir. Aytəkin isə o qədər pulu olmadığını bildirmişdir. O, Aytəkinə İpoteka fondunda tanışının işlədiyini, tanışının vasitəsi ilə ilkin ödəniş 6000 manat olmaqla, ipotekaya ev götürə biləcəyini demişdir. 07 may 2020-ci il tarixdə saat 12 radələrində onun işlədiyi ünvan 3 ünvanda yerləşən ofisdə ona Aytəkin 6000 manat pulu vermişdir. O, Aytəkinə narahat olmamağı və 3 ay sonra Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsində yerləşən birindəki evlərdən birindəki mənzili ipoteka ilə adına sənədləşdiriləcəyinə söz vermişdir.Alınmadığını gördükdən sonra Aytəkin verdiyi pulları ondan tələb etmişdir.Aldığı puldan cəm1000 manat Aytəkinə qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 və əri Şahid1 təxminən 2018-ci ildən tanımış, həmin vaxtlar kirayə qaldıqları evləri o, tapmışdır. O, bir neçə dəfə söhbət zamanı Vüsala ipoteka ilə ev tapa biləcəyini demişdir. Təxminən 2020-ci ilin iyul ayında bununla bağlı Vüsal və Gülnar ona müraciət etmişlər. O da bu barədə Vüqara demiş, Vüqar da ona 12.000 manata bunu həll edə biləcəyini demişdir. O da Vüsal və Gülnar üçün ipoteka ilə ev tapa biləcəyini, lakin, sonuncuların fərdi olaraq işlədiklərindən həmin ipotekanın alınması üçün təxminən ilkin ödəniş olaraq 12.000 manat pul lazım olacağını demişdir. 22 iyul 2020-ci il tarixdə saat təxminən 14 radələrində Gülnar və Vüsal onun fəaliyyət göstərdiyi ofısdə görüşərək 12.000 manat pulu ona vermişlər. İşin alınmadığını görən Bundan sonra Gülnar və Vüsal onun ofısinə gələrək səs küy salmağa başlamışlar. O Vüsal və Gülnarı sakitləşdirmək üçün 2020-ci ilin dekabr ayında Sarayeva küçəsi 16 saylı ünvanda yerləşən bir mənzili göstərib 90000 manat dəyərində olduğunu və həmin evi ipoteka ilə sonuncular üçün alacağını bildirmişdir. O, vaxt qazanmaq üçün Gülnar və Vüsala həmin evin 2021-ci ilin yanvar ayında dəyərinin aşağı olacağını və evin sənədləşməsini yanvar ayına saxlamalarını xahiş etmişdir. Gülnar onu tez-tez narahat etməyə başlamış və ona verdiyi 12.000 manat pulu geri qaytarmağını tələb etmişdir. O, Vüsal və Gülnara pulu bir ay ərzində geri verəcəyini demiş, lakin qaytara bilməmiş, nə də Vüqardan ala bilməmişdir. O, sonradan Zərərçəkmiş şəxs2 2000 manat pul alaraq Gülnara vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 təxminən 2018-ci ildən tanımış, sonuncunun həmin vaxtlar kirayə qaldığı evi o, tapmışdır. O, bir neçə dəfə söhbət zamanı Xanlara ipoteka ilə ev tapa biləcəyini demişdir. Təxminən 2020-ci ilin dekabr ayında bununla bağlı Xanlar ona müraciət etmişdir. Həmin vaxtda Gülnar və Vüsal onun ofisinə gələrək onun ünvanına nalayiq ifadələr işlədib səs-küy salmışlar. O, sonuncuları sakitləşdirmək istəmişdir. Buna görə də o, Xanlara bunu həll edə biləcəyini demişdir. Lakin, Xanların fərdi olaraq işlədiyi üçün həmin ipotekanın alınmasından ötrü ilkin ödəniş olaraq 5.000 manat pul lazım olacağını demişdir. Xanlar isə o qədər pulu olmadığını bildirmiş və ona cəmi 2000 manat pul verə biləcəyini demişdir. O da Xanlarla razılaşmışdır. 24 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Xanların yaşadığı ünvan 2 ünvanında sonuncudan 2000 manat pul almış və 3-4 ay ərzində bu məsələni həll edəcəyini demişdir. O, həmin 2000 manat pulu isə səs-küy salmaması üçün Gülnara vermiş və pulu tezliklə qaytaracağını bildirmişdir. O, fikirləşmişdir ki, sonradan Xanların pulunu qaytarar. Lakin işlərində problemlər olduğundan qaytara bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 təxminən 2021-ci ilin aprel ayında tanımışdır. Rasim bir nəfər tanışı vasitəsi ilə onun yanına gəlib ipotekaya həyət evi almaq istədiyini bildirmişdir. Həmin vaxtda Aytəkin onun ofısinə gələrək onun ünvanına nalayiq ifadələr işlədib səs-küy salmış və pula ehtiyacı olmuşdur. O, Aytəkini sakitləşdirmək istəmişdir. Buna görə də o, Rasimə bunu həll edə biləcəyini demişdir. Lakin, Rasimin fərdi olaraq işlədiyi üçün həmin ipotekanın alınmasından ötrü ilkin ödəniş olaraq 7.000 manat pul lazım olacağını demişdir. Rasim isə o qədər pulu verməyəcəyini, 2000 manat verəcəyini qalan 5000 manatı isə notariusda hissə-hissə verəcəyini demişdir. O da Rasimlə razılaşmışdır. 25 aprel 2021-ci il tarixdə saat 15 radələrində işlədiyi Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 18 ünvanında ofısdə 2000 manat pul almış və 3-4 ay ərzində bu məsələni həll edəcəyini demişdir. O, həmin 2000 manat pulun 1000 manatını Aytəkinə vermiş, 1000 manata isə evin kirayəsini və ofisin icarəsini vermişdir. O, qeyd olunan şəxslərin pulunu qaytara bilmədiyindən ölkəni tərk etmişdir.Daha sonra axtarışla tutulmuşdur. Əməlindən peşman olmasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları məhəllədən makler kimi tanımışdır. Kirayədə yaşadığı evi də onlar üçün Əzizağa tapmışdır. Əzizağa həmin binada olan ofisdə maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. Əzizağa dəfələrlə onlara müraciət edərək, onlar üçün ipoteka ilə ev təşkil edə biləcəyini bildirmişdir.Ona inandıqlarına görə 2020-ci ilin iyul ayında bununla bağlı Əzizağanın ofisinə getmişlər. Əzizağa ipotekanın alınması üçün təxminən ilkin ödəniş olaraq 10.000 manat pul lazım olacağını demişdir. O və yoldaşı Vüsal da, öz aralarında bununla bağlı məsləhətləşdikdən sonra, 22 iyul 2020-ci il tarixdə saat təxminən 14 radələrində Əzizağanın məhəllələrində makler kimi fəaliyyət göstərdiyi ofısdə sonuncu ilə görüşərək 10.000 manat pulu Əzizağaya vermişlərƏzizağa Sarayeva küçəsi 16 saylı ünvanda yerləşən bir mənzili göstərib 90000 manat dəyərində olduğunu və həmin evi ipoteka ilə onlar üçün alacağını bildirmişdir. Ondan sonra Əzizağa muxtəlif bəhanələrlə onları aldatmış və vədinə əməl etməmişdir. Aldadıldıqlarını hiss etdikdən sonra Əzizağadan verdikləri 10.000 manat pulu geri qaytarmasını tələb etmişlər. Əzizağanın bu hərəkətləri nəticəsində ona cəmi 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında bacısı Ağgülün yaşadığı Bakı şəhəri, Sarayeva küçəsində makler fəaliyyəti ilə məşğul olan Əzizağa adlı şəxslə ev almaq istədiyindən tanışlığı yaranmış və Əzizağa ilə aralarında olan söhbət zamanı o, sonuncuya ipoteka ilə ev almaq istədiyini, lakin ipotekaya görə ilkin ödənişin təxminən 15000 manat məbləğində pul lazım olduğunu, onun isə o qədər pulu olmadığını bildirmişdir. Əzizağa isə İpoteka fondunda qardaşı oğlunun işlədiyini və sonuncunun vasitəsi ilə onun üçün ilkin ödəniş 6000 manat olmaqla ipotekaya ev götürə biləcəyini demişdir. O da Əzizağaya inanaraq razılaşmış və 07 may 2020-ci il tarixdə Əzizağa ilə sonuncunun işlədiyi ünvan 3 ünvanda yerləşən ofisində bacısı Ağgülün iştirakı ona 6000 manat vermişdir. Bundan sonra, Əzizağa onu bir daha əmin edərək narahat olmamağını və 3 ay sonra onun məhz Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsində yerləşən birindəki evlərdən birindəki mənzili ipoteka ilə adına sənədləşdiriləcəyinə söz vermişdir. Əzizağa ona ipoteka ilə ala biləcəyi Sarayeva küçəsi 18 və 20 saylı binalarda hərəsində bir mənzil göstərmiş və o, 18 saylı binadakı evi bəyənmişdir. Həmin vaxt isə Əzizağa ona bildirmişdir ki, həmin mənzilin dəyəri 70000 manatdır, lakin mənzilin qiymətini 50000 manata düşürüb 2020-ci ilin noyabr ayının 15-də artıq bankdan pulun çıxararaq evi adına sənədləşdirəcəkdir.Daha sonra muxtəlif yalanlarla aldadıldığını anlamışdır. Əzizağadan pulunu tələb etmişdir.Uzun müddətdən sonra 15 aprel 2021-ci il tarixdə Əzizağa ondan aldığı 6000 manat puldan 1000 manatını qaytarmışdır. Daha sonra Əzizağanın başqa şəxsləri də aldadaraq ipotekaya ev almaq adı ilə pullarını ələ keçirməsi ona məlum olmuşdur.Bu səbəbdən sonuncunun barəsində Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Əzizağanın bu hərəkətləri nəticəsində hazırda ona 5000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Əzizağa adlı şəxsi makler kimi yaşadığı məhəllədən tanımışdır. Kirayədə yaşadığı evi də onlar üçün Əzizağa makler kimi tapmışdır. Əzizağa dəfələrlə ona müraciət edərək, onun üçün ipoteka ilə ev tapa biləcəyini və kirayə verdiyi pulu öz evini alıb, həmin ipoteka ilə alacağı evin pulu kimi ödəyə biləcəyini bildirmişdir.Onunla razılaşmışdır. Əzizağa ipoteka ilə ev tapa biləcəyini, lakin onun fərdi olaraq işlədiyindən həmin ipotekanın alınması üçün təxminən ilkin ödəniş olaraq 5.000 manat pul lazım olacağını demişdir. O, ailəsi ilə öz aralarında bununla bağlı məsləhətləşdikdən sonra 5.000 manat yox 2.000 manat gücü çatdığını Əzizağaya bildirmişdir. 24 dekabr 2020-ci il tarixdə Əzizağa adlı şəxsə öz yaşadığı mənzildə ipoteka ilə ev almaq üçün 2.000 (iki) min manat pul vermişdir. Üstündən 4 ay keçdikdən sonra aldadıldığını anlamışdır. Sonradan ona məlum olmuşdur ki, Əzizağa etibarından sui- istifadə edərək birneçə adamı aldatmışdır.Əzizağanın bu hərəkətləri nəticəsində ona 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, təhqiqat və istintaq zamanı verdiyi izahat və ifadələrini təsdiq etdiyini, ona dəymiş zərərlə bağlı heç bir ödəniş olunmadığını ,şikayətçi olduğu bildirmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq Zərərçəkmiş şəxs3 ifadəsi elan edərək tədqiq etmişdir.Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğluna ipoteka ilə ev almaq üçün yaşadığı ünvanda makler kimi fəaliyyət göstərən İbrahim adlı şəxsin vasitəsi ilə Əzizağa adlı şəxsi tanımışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində tanışları İbrahim, qohumu Aqşin Tahirov və o, Əzizağanın işlədiyi ev alqı-satqı ofisinə getmişlər. Orada Əzizağa ilə söhbət etmişlər. Əzizağa ilkin ödəniş kimi ondan 7.000 manat pul istəmişdir. Lakin o, 2.000 manat verəcəyini, yerdə qalan 5.000 manat pulu isə notariat yolu ilə ona hissə-hissə verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində ev ipotekasının ilkin ödənişi üçün Əzizağa adlı şəxsə sonuncunun Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi 18 ünvanında yerləşən ev alqı-satqı ofisində 2.000 manat pul vermişdir. O, Əzizağanı bir müddət gözləmiş və xəbər çıxmadığını görüb, pulunu istəmişdir. Həmin gündən Əzizağa müxtəlif bəhanələr gətirərək, nə ipotekanı düzəltmiş, nədə ki, pulunu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 arvadı Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni ifadə verərək birdaha cinayət işinin yuxarida göstərilən xüsusatlarını təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Tibb Universiteti Ümumi və X1 Kimya müəllimi işləyir, həmçinin əlavə olaraq da, makler kimi fəaliyyət göstərməklə özünü dolandırır. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində makler kimi tanımışdır. 2021-ci ili aprel ayının ortalarında ona Rasim kimi özünü təqdim edən müştəri zəng vuraraq ipoteka ilə hər hansı bir ev almaq istədiyini demişdir. O isə Rasimə adətən onun nağd evlərin alqı- satqısı ilə məşğul olduğunu bildirmişdir. Buna baxmayaraq Rasim adlı şəxs ona bir neçə gün ərzində dəfələrlə bu kimi zənglər etmişdir. Rasim ona bir dəfə zəng vurduğu zaman isə Əzizağa onun yanında olmuş və Əzizağa Rasimin ipoteka ilə ev axtardığını bildikdə, ona Rasim üçün ev tapa biləcəyini bildirmişdir. Buna görə də, o, Rasimlə Əzizağanı əlaqələndirmiş və Əzizağanın işlədiyi ünvan 1 ünvanda yerləşən ofisində görüşdürmüşdür. Həmin vaxt Əzizağa Rasimə ipoteka ilə ev tapa biləcəyini və bunun üçün 7000 manat pul lazım olacağını bildirmiş və ilkin olaraq növbəti gün 2000 manat gətirməsini demişdir. O, həmçinin Rasim özü də pulu Əzizağaya verərkən notariat qaydada pulun verilməsi ilə bağlı sənədləşmə aparılmasını xahiş etmişlər. Rasim də etiraz etməmiş, ilkin 2000 manatı verməsini, qalan 5000 manatı verərkən isə notariatda sənədləşməyə 7000 manat yazılacağını demiş, Rasim də razılaşmışdır. 23 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Rasim və o, Əzizağa ilə işlədiyi ünvan 1 ünvanda yerləşən ofisində görüşmüş və orada Rasim özü Əzizağaya 2000 manat pul vermişdir.Sonradan ona məlum olmuşdur ki, Əzizağa həmin pulu alaraq Rasimi aldadıb pulu ələ keçirmiş və heç bir vədinə əməl etməmişdir. İş materiallarında olan xx.xx.2021-cü il tarixli götürülmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ona 6500 manat pulu 15 günə verəcəyini bildirməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD formatlı diski və A4 formatlı kağızı üzərində olan əlyazma sənədin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş 01 ədəd A4 formatlı kağızın üzərində olan sənəddə kiril əlifbası ilə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 6500 manat pulu ayın 15-nə qədər verəcəm 1 aprel 2021 (imza)” sözləri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə kimi Zərərçəkmiş şəxs4 alığı 6500 manat pulu verəcəyini bildirməsi, eyni zamanda əlyazma sənədin masanın üzərində olması müşahidə olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd DVD disk və “A4” formatlı kağız üzərində olan əlyazma sənədin surəti sübut maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-214/2023 nömrəli qərarından məlum olur ki, axtarışda olan Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Lənkəran Rayon Xalq Məhkəməsi tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci bəndi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş arayışdan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhər DİO əməkdaşları tərəfindən tutulmuşdur. Həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ,yəni təkrarlıqla xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə baxmayaraq zərərçəkmiş şəxslərə vurduğu ziyandan ödəniş etməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-161/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-161/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver