Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-162/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 43-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ev 8-də yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X3 verilmiş ittihama əsasən, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.437 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 08 oktyabr 2022-ci il tarixdə saat 13:45-də Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2erləşən ünvan 3əklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.437 qram olan qəhvəyi rəngli maddə küstar kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, “Xalqlar Dostluğu” metrosu yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən olan heroin və metamfetamin qəbul edirdi. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edib, əsasən çəkmək üsulu ilə qəbul edirdi. Narkotik vasitələri adətən Kənd Əhmədli qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən şəxsi istifadəsi üçün müxtəlif qiymətlərə əldə edirdi. Bundan başqa da həmin qəsəbədə narkotik vasitə ala bilmədiyi vaxtlarda “İnstagram” sosial şəbəkəsində müxtəlif profillərdə olan tanımadığı şəxslərdən əldə edirdi. Belə ki, onlara ismarıc bölməsində yazdıqdan sonra həmin şəxslər işarələnmiş yerin şəklini atırdı və həmin yerdən narkotik vasitələri götürdükdən sonra pulu oraya qoyurdu. 08 oktyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu metrostyansiyasının yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitəni götürdüyü üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi “Ramin" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 01 büküm “kakos' adlanan heroini və 01 büküm “patı" yəni metamfetamini 15 manat pul müqabilində əldə edib və həmin narkotik vasitələri üzərində gəzdirmişdir. 08 oktyabr 2022-ci il tarixdə saat 13:45 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra o Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuşdur. (i.v. 68-70) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X2 Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə PŞ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. 08 oktyabr 2022-ci il tarixdə Xətai rayon ərazisində Təqsirləndirilən şəxs mülki geyimdə yaxınlaşıb vəsiqələrini təqdim etdikdən sonra X4 Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparmışlar. Daha sonra onun, müdafiəçinin və Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan büküm aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə PŞ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 digər üzvü isə o idi. 08 oktyabr 2022-ci il tarixdə saat 13:45 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və onu 34-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına və 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümləri çıxarıb masaya qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxsdən təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən siqaretin qızılı rəngli kağızına bükülmüş maddənin “kakos” yəni narkotik vasitə heroin olmasını, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin isə “patı” yəni psixotrop maddə olan metamfetamin olmasını, 15 manata “Xalqalar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini söyləmişdir. Daha sonra təqdim olunan narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir, 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün çəkisinin 0,81 qram, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün çəksinin 0,19 qram olması, hər iki bükümün birlikdə çəkisinin 1 qram olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirmişdir, lakin bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən möhürlənmişdir. (i.v 93-95) Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə proses iştirakçılarını fikri öyrənildikdən sonra Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 idi. 08 oktyabr 2022-ci il tarixdə saat 13:45 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanının yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və onu 34-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri Vəkillər Kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına və 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümləri çıxarıb masaya qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən siqaretin qızılı rəngli kağızına bükülmüş maddənin “kakos” yəni narkotik vasitə heroin olmasını, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin isə “patı” yəni psixotrop maddə olan metamfetamin olmasını, 15 manata “Xalqalar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini söyləmişdir. Daha sonra təqdim olunan narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir, 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün çəkisinin 0,81 qram, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün çəksinin 0,19 qram olması hər iki bükümün birlikdə çəkisinin 1 qram olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir, lakin bundan başqa Təqsirləndirilən şəxsin üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmışdır və təhqiqatçı tərəfindən möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); -“şübhəli şəxsin tutulması haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X5 08 oktyabr 2022-ci il tarixdə, saat 13:45-dəqiqədən tutulmuş hesab edilir. (i.v. 23); -“şəxsi axtarış və götürmə aparılması haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş qəhvəyi toz şəkilli kütlə və bir ədəd gümüşü rəngli falqaya bükülmüş kristal şəkilli kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd qızılı rəngli falqaya bükülmüş qəhvəyi toz şəkilli kütlənin və bir ədəd gümüşü rəngli falqaya bükülmüş kristal şəkilli kütlələrin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) və metomfetamin (şüşə) olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmişdir və həmin bir ədəd qızılı rəngli falqaya bükülmüş qəhvəyi toz şəkilli kütlənin çəkisi 0.81 (sıfır nöqtə səksən bir) qram və bir ədəd gümüşü rəngli falqaya bükülmüş kristal şəkilli kütlənin çəkisi 0.19 (sıfır nöqtə on doqquz) qram olması məlum oldu. (i.v. 36-38); -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2022-ci il tarixli, 6/5818 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152" dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan ağ rəngli maddə kütləsi narkotik vasitə, psixotrop maddələrə aid deyildir. Heroin Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 47-49); - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X5 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 59-60); - xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. (i.v 80-81) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 məhkumluğu müəyyən edilməmişdir. (i.v.87); - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin fayla baxış keçirdikdə, videogörüntü faylının adının “20221008” olması, faylın 08 dəqiqə 02 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir.Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına və 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümləri çıxarıb masaya qoydu. Təhqiqatçı Təqsirləndirilən şəxsdən təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən siqaretin qızılı rəngli kağızına bükülmüş maddənin “kakos” yəni narkotik vasitə heroin olmasını, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin isə “patı” yəni psixotrop maddə olan metamfetamin olmasını, 15 manata “Xalqalar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini söylədi. Daha sonra təqdim olunan narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi, 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün çəkisinin 0,81 qram, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün çəksinin 0,19 qram olması hər iki bükümün birlikdə çəkisinin 1 qram olması müəyyən edildi. Təhqiqatçı Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirdi lakin bundan başqa Təqsirləndirilən şəxsin üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (i.v 89). Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 7372 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 96-97) -“sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan çəkisi 0,387 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə heroinin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 0,81 qram olması kimi müəyyən edilmiş göstərici nəzərə alınmayaraq, məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2022-ci il tarixli 6/5818 saylı rəyində qeyd olunan çəkilər, yəni heroinin çəkisinin 0,437 qram olması əsas kimi götürülmüşdür. (i.v. 99-105); - Ayrıca icraatda ibtidai istintaqı aparılmış başqa bir cinayət işi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-67/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,437 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi ifadə verməsini, əməlindən peşman olmasını (CM – 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. X2 digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran hallarının olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində olan başqa bir cinayət işi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-67/2023 saylı qərarına əsasən hazırda həbsdə olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 14 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun haqqında həbs qətimkan tədbiri seçilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı (08 oktyabr 2022ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan başqa bir cinayət işi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-67/2023 saylı qərarına əsasən hazırda həbsdə olması nəzərə alınmaqla cəza çəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,387 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-162/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-162/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver