Məhkəmə qərarları › İş №1(011)-162/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-162/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-162/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyev Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Salyan rayonu, Parça Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Parça Xalac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 21 451233 nömrəli sürücülük vəsiqəsini istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən əldə edərək həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 4 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığında yerləşən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB513137" nömrəli sürücülük vəsiqəsini əldə etmişdir (epizod İ). Bundan başqa, Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının "BB513137' nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının "B, B1, C, C1, M" kateqoriyalı 99 21 451233 nömrəli hüquqverən sürücülük vəsiqəsini və 4 aprel 2023-cü il larixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığında yerləşən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəs nin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BB513137" nömrəli sürücülük vəsiqəsini 1 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığında yerləşən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin Qeydiyyat imtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir (epizod İİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayında tanışının ad günü yığıncağında iştirak etmək məqsədilə Naftalan şəhərinə getmişdir. Yığıncaqda onun tanımadığı bir çox şəxs iştirak etmiş, həmin şəxslərdən birinin adı "Bəkir" olmuşdur. O, yığıncaq zamanı Bəkirlə söhbət etmiş və oradan Bəkirlə münasibətləri yaranmışdır. Söhbət zamanı o, Bəkirə sürücülük vəsiqəsi əldə etmək istədiyini və taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu bildirmişdir. Bəkir Rusiya Federasiyasında tanışının olduğunu, həmin tanışının ona sürücülük vəsiqəsi düzəldə biləcəyini, özünün hərbçi olduğunu, Yevlax rayonunda yaşadığını, sürücülük vəsiqəsinin hazırlanmasında heç bir problem olmayacağını, şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərdiyi təqdirdə xarici sürücülük vəsiqəsinin hazırlanacağını və bunun üçün 700 manat pul ödəniş etməli olduğunu ona bildirmişdir. O, razılaşaraq elə həmin gün Bəkirə 700 manat məbləğində pul vermişdir. Bəkir həmin vəsiqənin təxminən 20 gün müddətinə hazırlanacağını və heç bir problem olmayacağını, bundan başqa, digər şəxslər üçün də bu cür sürücülük vəsiqələri düzəltdiyini və heç bir çətinlik yaşanmadığını qeyd etmişdir. Təxminən 20 gün sonra Bəkir “whatsapp" tətbiqi vasitəsilə ona zəng edərək vəsiqənin hazır olduğunu və Bakı şəhəri, metronun 20 Yanvar stansiyası yaxınlığında tanışı vasitəsilə vəsiqəni ona təqdim edəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində o. Bəkirin dediyi ünvanda tanımadığı şəxslə görüşmüş, həmin şəxs ona üzərində "RUS" yazısı olan, verilmə tarixi xx.xx.2019-cu il kimi göstərilən. В, B1, C, C1, M kateqoriyalarını əhatə edən, 99 21 451233 nömrəli sürücülük vəsiqəsini təqdim etmişdir. 4 aprel 2023-cü il tarixdə o, 6 saylı ASAN Xidmət mərkəzinə müraciət etmiş və Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə saxta sürücülük vəsiqəsini həmin Asan Xidmət mərkəzinə təqdim etmişdir. Həmin saxta sürücülük vəsiqəsi əsasında ona BB513137 nömrəli, 1 illik müvəqqəti В, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi təhvil verilmişdir. Həmin müvəqqəti sürücülük vəsiqəsinin 2024-cü ilin aprel ayında müddəti bitdiyinə görə 1 aprel 2024-cü il tarixdə üzərində “RUS” yazısı olan verilmə tarixi xx.xx.2019-cu il göstərilmiş В, B1, C, C1 kateqoriyaları üçün nəzərdə tutulmuş 99 21 451233 nömrəli sürücülük vəsiqəsini və Azərbaycan Respublikasına məxsus BB513137 nömrəli müvəqqəti sürücülük vəsiqəsini yenidən Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə 6 saylı ASAN Xidmət Mərkəzinə təqdim etmişdir. Asan Xidmət mərkəzində olan əməkdaş xarici sürücülük vəsiqəsinin saxta olduğunu bildirərək ona Azərbaycan Respublikasına məxsus yeni sürücülük vəsiqəsi verilməyəcəyini bildirmişdir. Bundan əlavə ifadəsində göstərmişdir ki, heç vaxt Rusiya Federasiyasında olmamış, "Bəkir” adlı şəxs hər hansı dövlət orqanında vəzifə tutmamış və sürücülük vəsiqəsi vermək üçün belə bir səlahiyyəti olmamışdır. O, sürücülük vəsiqəsi əldə etmək məqsədilə yalnız şəxsiyyət vəsiqəsinin hər iki üzünün fotoşəklini Bəkirə təqdim etmişdir. Xarici sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə etməmiş, ASAN Xidmət Mərkəzinə təqdim etdiyi xarici sürücülük vəsiqəsinin saxta olduğunu bilmiş, Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə iki dəfə həmin xarici sürücülük vəsiqəsini Asan Xidmət Mərkəzinə təqdim etmişdir. Xarici sürücülük vəsiqəsini reallıqda Bəkirin tanışından 2023-cü ilin aprel ayının əvvəlləri əldə etsə də, vəsiqənin üzərindəki verilmə tarixinin nə üçün "12 avqust 2019-cu il" kimi göstərildiyi barədə məlumatı olmamış, Bəkir həmin tarixi vəsiqənin üzərinə öz mülahizəsinə əsasən qeyd etdirmişdir. Həmçinin, ali təhsilli bir şəxs olaraq həmin sürücülük vəsiqəsinin saxta olub-olmadığını ayırd edə bilməməsi səbəbindən özünü təqsirli bilmiş, ilk dəfə belə bir əmələ yol verdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); Təqsirləndirilən şəxs tərəfindən BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin “6 Saylı “ASAN Xidmət” mərkəzindəki məntəqəsinə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə aldığı BB seriyalı, 513137 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir (i.v. 6); xx.xx.2024-cü il tarixli, ********** saylı yoxlama nəticəsi barədə çıxarışdan görünür ki, yoxlama nəticəsində Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması müəyyən edilməmişdir (i.v. 8); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/689/2024 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına olan 99 21 451233 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 21 451233 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir (i.v. 14-17); Rusiya Federasiyası DİN QİBDD tərəfindən verilmiş 99 21 451233 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir (i.v. 18-19); Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş B BB seriyalı, 513137 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək müvəqqəti sürücülük vəsiqəsi verilmişdir (i.v. 20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.27); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi Rusiya Federasiyasına məxsus olduğu göstərilən saxta sürücülük vəsiqəsini hazırlayan şəxs və ya şəxslərin müəyyən olunması və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən daxil olmuş 06 aprel 2024-cü il tarixli məktub, iş materiallarına əlavə edilmiş ərizənin surəti, sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən və iş materiallarına əlavə edilib Azərbaycan dilinə tərcümə olunmuş sənəd surəti, sənədlərin məhkəmə-texniki ekspertizasının rəyləri, "DİN VMAS-dan dan əldə edilmiş çıxarışlara baxış keçirilməsi", "mobil telefon vasitəsilə aparılmış danışığın rəsmiləşdirilməsi haqqında" haqqında protokollar və digər sənədlər iş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına tikilmiş, Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2019-cu il tarixli 99 21 451233 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli BB513137 nömrəli sürücülük vəsiqəsi iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 52- 59); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 74-76); qətimkan tədbirinin seçilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 89-91); cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 61-62); ünvan 2 inzibati əraz dairəsi üzrə nümayəndəsi tərəfindən DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Parça Xələc kəndində qeydiyyatdadır. O, hal-hazırda Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayır. Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Parça Xələc kəndində yaşadığı müddətində onun barəsində Parça Xələc kənd inzibati ərazi nümayəndliyinə yazılı və ya şifahi şikayət ərzəsi daxil olmamışdır (i.v. 39); ünvan 2 inzibati əraz dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı X2 və 2019-cu il təvəllüdlü oğlu X1 ibarətdir (i.v. 40); “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü övladı X4 vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəylə özünü təqsirli hesab etmədiyini bildirdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Təqsirləndirilən şəxsin dindirilməsi barədə 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında tanışının ad günü yığıncağında iştirak etmək məqsədilə Naftalan şəhərinə getmişdir. Yığıncaqda onun tanımadığı bir çox şəxs iştirak etmiş, həmin şəxslərdən birinin adı "Bəkir" olmuşdur. O, yığıncaq zamanı Bəkirlə söhbət etmiş və oradan Bəkirlə münasibətləri yaranmışdır. Söhbət zamanı o, Bəkirə sürücülük vəsiqəsi əldə etmək istədiyini və taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu bildirmişdir. Bəkir Rusiya Federasiyasında tanışının olduğunu, həmin tanışının ona sürücülük vəsiqəsi düzəldə biləcəyini, özünün hərbçi olduğunu, Yevlax rayonunda yaşadığını, sürücülük vəsiqəsinin hazırlanmasında heç bir problem olmayacağını, şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərdiyi təqdirdə xarici sürücülük vəsiqəsinin hazırlanacağını və bunun üçün 700 manat pul ödəniş etməli olduğunu ona bildirmişdir. O, razılaşaraq elə həmin gün Bəkirə 700 manat məbləğində pul vermişdir. Bəkir həmin vəsiqənin təxminən 20 gün müddətinə hazırlanacağını və heç bir problem olmayacağını, bundan başqa, digər şəxslər üçün də bu cür sürücülük vəsiqələri düzəltdiyini və heç bir çətinlik yaşanmadığını qeyd etmişdir. Təxminən 20 gün sonra Bəkir “whatsapp" tətbiqi vasitəsilə ona zəng edərək vəsiqənin hazır olduğunu və Bakı şəhəri, metronun 20 Yanvar stansiyası yaxınlığında tanışı vasitəsilə vəsiqəni ona təqdim edəcəyini bildirmişdir. 2023cü ilin aprel ayının əvvəllərində o. Bəkirin dediyi ünvanda tanımadığı şəxslə görüşmüş, həmin şəxs ona üzərində "RUS" yazısı olan, verilmə tarixi xx.xx.2019-cu il kimi göstərilən. В, B1, C, C1, M kateqoriyalarını əhatə edən, 99 21 451233 nömrəli sürücülük vəsiqəsini təqdim etmişdir. 4 aprel 2023-cü il tarixdə o, 6 saylı ASAN Xidmət mərkəzinə müraciət etmiş və Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə saxta sürücülük vəsiqəsini həmin Asan Xidmət mərkəzinə təqdim etmişdir. Həmin saxta sürücülük vəsiqəsi əsasında ona BB513137 nömrəli, 1 illik müvəqqəti В, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi təhvil verilmişdir. Həmin müvəqqəti sürücülük vəsiqəsinin 2024-cü ilin aprel ayında müddəti bitdiyinə görə 1 aprel 2024- cü il tarixdə üzərində “RUS” yazısı olan verilmə tarixi xx.xx.2019-cu il göstərilmiş В, B1, C, C1 kateqoriyaları üçün nəzərdə tutulmuş 99 21 451233 nömrəli sürücülük vəsiqəsini və Azərbaycan Respublikasına məxsus BB513137 nömrəli müvəqqəti sürücülük vəsiqəsini yenidən Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə 6 saylı ASAN Xidmət Mərkəzinə təqdim etmişdr. Asan Xidmət mərkəzində olan əməkdaş xarici sürücülük vəsiqəsinin saxta olduğunu bildirərək ona Azərbaycan Respublikasına məxsus yeni sürücülük vəsiqəsi verilməyəcəyini bildirmişdir. Bundan əlavə ifadəsində göstərmişdir ki, heç vaxt Rusiya Federasiyasında olmamış, "Bəkir” adlı şəxs hər hansı dövlət orqanırda vəzifə tutmamış və sürücülük vəsiqəsi vermək üçün belə bir səlahiyyəti olmamışdır. O, sürücülük vəsiqəsi əldə etmək məqsədilə yalnız şəxsiyyət vəsiqəsinin hər iki üzünün fotoşəklini Bəkirə təqdim etmişdir. Xarici sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə etməmiş, ASAN Xidmət Mərkəzinə təqdim etdiyi xarici sürücülük vəsiqəsinin saxta olduğunu bilmiş, Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədilə iki dəfə həmin xarici sürücülük vəsiqəsini Asan Xidmət Mərkəzinə təqdim etmişdir. Xarici sürücülük vəsiqəsini reallıqda Bəkirin tanışından 2023-cü ilin aprel ayının əvvəlləri əldə etsə də, vəsiqənin üzərindəki verilmə tarixinin nə üçün "12 avqust 2019-cu il" kimi göstərildiyi barədə məlumatı olmamış, Bəkir həmin tarixi vəsiqənin üzərinə öz mülahizəsinə əsasən qeyd etdirmişdir (i.v. 85-88). Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad olunmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığında yerləşən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB513137" nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İ epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodda qeyd olunan əməli törətməsini etiraf etməməsini və xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 44.2-ci maddəsinə əsasən həmin epizod üzrə cəza təyin edilməməli, bu hal təqsirləndirilən şəxsə ümumilikdə cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 21 451233 nömrəli sürücülük vəsiqəsini istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən əldə edərək həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsi, Heydər Əliyev parkının yaxınlığında yerləşən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB513137" nömrəli sürücülük vəsiqəsini əldə etməsinə dair l epizoda dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2025-ci ilin aprel ayının 4-də bitir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, ittiham aktında qeyd olunan İ epizod üzrə üzrə CPMnin 44.2-ci maddəsinə əsasən cəza təyin edilməməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “99 21 451233” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB513137” nömrəli həqiqi sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “99 21 451233” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB513137” nömrəli həqiqi sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar