Məhkəmə qərarları › İş №1(011)-163/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-163/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-163/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı ərazi dairəsi, Tikanlı kəndində qeydiyyatda olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək icarəyə götürdüyü “Chevrolet Cruize” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid yaranmış borcunu ödəmək niyyəti ilə Zərərçəkmiş şəxs təsisçisi olduğu "xxxx" MMC-nir ünvan 1 ünvanındakı “Jalə Plaza” ofisində video müşahidə kameraları quraşdıracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 18 oktyabr 2024-cü İ tarixdə saat 17:31-də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun **********802741 nömrəli “Kapital bank" hesab kartından bank tətbiqi vasitəsi ilə ünvan 2 ünvanından sonuncu tərəfindən Şahid anası X2 məxsus “ABB”-nin **********973970 nömrəli hesab kartına avtomobilin icarə haqqına görə yaranmış borcun əvəzinə köçürülməklə Zərərçəkmiş şəxs 630 (altı yüz otuz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər kamera quraşdırılması və işıq sistemlərinin yığılması işləri ilə məşğul olurmuş. Zərərçəkmiş şəxslə atası Elşad Quliyevin vasitəsi ilə tanış olmuşdur. Belə ki, Elşad Quliyevin sifarişi əsasında onun yaşadığı Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən mənzilində və əlavə olaraq bir neçə obyektlərdə kamera quraşdırmışdır. Həmin vaxtdan da Elşad Quliyevin oğlu, Zərərçəkmiş şəxs tanımış, bir dəfə Zərərçəkmiş şəxs məxsus olan Nəsimi rayonu ərazisində təzə bazarın yaxınlığında yerləşən tədris mərkəzində kameralar quraşdırmış, Xətai rayonu Ağ şəhər ərazisində yerləşən tədris mərkəzində isə mərkəzin işıq sistemini və lövhələrini asmışdır. 18 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayıb Bakı şəhəri Nəsimi raycnu və Xətai rayonu ərazisində yerləşən tədris mərkəzlərində kamera quraşdırılmasını sifariş etmişdir. Həmin gün Zərərçəkmiş şəxslə sonuncuya məxsus olan Jalə Plaza biznes mərkəzinin binasında yerləşən tədris mərkəzində görüşmüşdür. Orada quraşdırılacaq kameraların yerini müəyyən etdikdən sonra, hər iki tədris mərkəzində kamera quraşdırılmasından ötrü Zərərçəkmiş şəxs ona 630 manat ödəniş edəcəyi ilə razılaşmışlar. Əvvəl də Zərərçəkmiş şəxs Xətai rayonu Ağ şəhər ərazisində yerləşən tədris mərkəzində olduğu üçün orada quraşdırılacaq kameraların yerini də təxmini müəyyən etmişdir. Zərərçəkmiş şəxs ondan kameraları həmin gün quraşdırmasını istəmiş, o da kameraları həmin gün quraşdıracağına söz vermişdir. Həmin vaxtlar Şahid məxsus “Şevrloet Crus’’ markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilini aylıq 700 manata icarəyə götürüb idarə edirmiş. Bu səbəbdən də Şahid 630 manat borcu yaranmışmış, borcunu ödəmədiyi halda avtomobili ondan alacaqmış. Ona görə də Zərərçəkmiş şəxs aldığı 630 manat pulu Şahid verərək icarə haqqını ödəsə də, Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməyərək kameraları quraşdırmamış və pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərindən peşmandır. Əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 9 ünvanda yerləşən “Nevvay" MMC-nin 2021-ci ildən təsisçisi olmaqla, həmin şirkətdə İngilis dili üzrə kurslar keçir. “Nevvay" MMC-nin Bakı şəhərində bir neçə ünvanında filialı mövcuddur. Şirkətin Nəsimi rayonu və Xətai rayonu Ağ şəhər filiallarında yaranmış zərurətlə əlaqədar olaraq müşahidə kameraları quraşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanıdığı ***-***-**-** saylı mobil nömrənir sahibi Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb sifariş etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla ünvan 6 ünvanda “Jalə Plaza” biznes mərkəzində yerləşən filialda görüşərək orada qurulacaq müşahidə kameralarının qoyulacağı yerləri müəyyən etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs əlavə olaraq Ağ şəhər filialında da 3 ədəd müşahidə kameralarının quraşdırılacağını bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq görəcəyi işin haqqı olaraq eləcə də lazımı olan malları almaq üçün ondan ümumilikdə 630 manat pul istəmişdir. O da razılaşmış, ancaq müşahidə kameralarını həmin gün quraşdırmasını xahiş etmişdir. Aralarında olan razılığa əsasən ödəniş kameralar quraşdırıldıqdan sonra edəcəkmiş. Lakin həmin gün Təqsirləndirilən şəxs ona zəng edib sifariş üçün tələb olunan malları ala bilmədiyini, kameraların və avadanlıqların alınması üçün nəzərdə tutulmuş 630 manat pulu ona ödəməsini xahiş etmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Xətai rayonu İ.Abbasov 7 ünvanda olduğu zaman istifadəsində olan “Kapital bank”-a məxsus **********802741 nömrəli kart vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan **********973970 nömrəli bank kartına 630 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq telefon əlaqəsi saxlasa da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək kameraları quraşdırmamış və aldığı 630 manat pulu geri qaytarmamış, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 24 dekabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə Xətai RPİ-yə göndərilmişdir (i.v. 01); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 10); əşyanın götürülməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixdə saat 17:31-də kapital banka məxsus **********802741 nömrəli kart vasitəsilə **********973970 nömrəli bank kartına 630 manat pulu köçürməsini bildirən iki vərəqdən ibarət sənədin kserokopiyası iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür (i.v. 15); zərərçəkmiş qismində tanınma haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində sorğu-əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 29); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.55-56); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); sübutların qiymətləndirilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdrilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş zərər 630 manat məbləğində müəyyən edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixdə saat 17:31-də kapital banka məxsus **********802741 nömrəli kart vasitəsilə **********973970 nömrəli bank kartına 630 manat pulu köçürməsini bildirən iki vərəqdən ibarət sənədin kserokopiyası maddi sübut kimi qiymətləndirilmişdir (i.v. 76-80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-163/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq 31 iyul 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 731.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar