Məhkəmə qərarları › İş №1(011)-164/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-164/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-164/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 mənzil 51 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-164/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,160 qram olan narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 ünvanının qarşısında saxlanılıb ünvan 2n Xətai RPİ-nin 36-cı PBnə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 bükümdə təmiz çəkisi 0,160 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin o, narkotik vasitəni qəbul etməyə başlayanda yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 ünvanının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə lazım olanda oraya gedib ondan ala biləcəyini demişdir. O, da narkotik vasitə lazım olanda yaşadığı məhəllədə həmin şəxsi tapıb narkotik vasitə alaraq münasib yer taparaq orada qəbul etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı məhəllədə həmin şəxsi taparaq 10 manat verib ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs 1 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə narkotik vasitə olan heroini gətirib ona vermişdir. O, narkotik vasitə olan heroini əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etsin. Həmin gün saat 19 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 ünvanının qarşısında olan zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 36-cı PB-in əməkdaşları olduqlarını bildirib onu saxlayaraq 36-cı PB-nə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibində gizlətdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə heroini təqdim etmiş və narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini öz istifadəsi üçün Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yaşadığı evin yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat pul verib aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onlar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. Əməlindən peşmandır, himayəsində bir azyaşlı övladı var, bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat qrupu təşkil olunmuşdur. O, Səməd, Heydər və Mehdi birlikdə məlumat əsasında saat 19 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 50 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Esmiranın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxxx 1998-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Esmiraya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Esmiranı saxlayaraq Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Esmira da, buna etiraz etmədikdən sonra Esmiranı PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Vüsal Xəlilova təhvil vermişlər. X13 Orucovanın hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Esmiraya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Esmira da əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində heroin olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul verib aldığını bildirmişdir. Sonra Esmiranın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Esmiranın üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Esmiranın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Esmira tərəfimdən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Şahidlər Şahid1, Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Həmin ifadələrində onlar iş üzrə digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək, onun dediklərini təsdiqləmişlər. Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhətilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik qanunsuz qəbul etməsi və üzərində saxlamasında şübhəli olduğuna görə Xətai RPİ-nin 36-PB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3, Xətai RPİ-nin NMB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 50 ünvanının yaxınlığında saxlanılaraq 36-cı polis bölməsinə gətirilərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Vüsal Xəlilova təhvil verilmişdir. Təqsirləndirilən şəxs qadın olduğu üçün Esmiranın üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməyi ona bildirilmişdir. X13 Orucovanın hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Esmiraya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Esmira da əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində heroin olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul verib aldığını bildirmişdir. Sonra Esmiranın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Esmiranın üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Esmiranın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşu, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Esmira tərəfimdən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində həmin tarixdə Xətai RPİ-nin 36-cı PB-nın inzibati binasında saat 19:30-da tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Xətai RPİ-nin 36-cı PB-nın YYÇİ üzrə inspektoru polis leytenantı Şahid5, Xətai RPİ-nin 36-cı PB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Xətai RPİ-nin 36-cı PB-nın əməliyyat müvəkkili polis kapitanı X2, Xətai RPİ-nin NMB-nın əməliyyat müvəkkili polis mayoru Şahid2, Xətai RPİ-nin NMB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1, Xətai RPİ-nin 36-cı PB-nın təhqiqatçısı, polis kapitanı X7, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Xətai RPİ-nin 36cı PB-nın əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızda olan bükümü masanın üzərinə qoymuş, gümüşü rəngli kağızın içərisindəkinin narkotik vasitə “heroin” olduğunu, bu narkotik vasitəni xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanın yaxınığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (i.v.30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üstündə saxladığı narkotik vasitəyə oxşar maddə...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,160 qr qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir (i.v. 39-43); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2016-cı il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladı var (i.v. 56); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,160 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,110 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 69.3, 70-cı maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə 2 (iki) il müddəti müəyyən edilməklə həmin cəza şərti olaraq tətbiq edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 92-93); Azərbaycan Respublikası adından Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(101)-1182/2017 nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən 2 (iki) gün müddətə tutulması nəzərə alınmaqla və Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2017-ci il tarixə çəkilməmiş qalan müddəti 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə həmin cəza şərti olaraq tətbiq edilmiş, onun barəsində 2 (iki) il müddətinə sınaq müddəti müəyyən edilmişdir (i.v. 95-106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli, 83 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 113-114); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2021-ci il tarixli, 6/120 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 83 saylı saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin çəkisi 0,160 qram hesab edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,160 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,110 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilmiş və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 36-cı PB-nə göndərilmişdir (i.v. 126-132); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qismində qətimkan tədbiri ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2021-ci il tarixli, xx/xx-1749 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızda olan bükümü masanın üzərinə qoymuş, gümüşü rəngli kağızın içərisindəkinin narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,160 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2); himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 mənzil 51 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, xx xxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 50 mənzil 51 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,110 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar