Məhkəmə qərarları › İş №1(011)-164/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-164/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-164/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək faktiki dövlət mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsi, Zeytun Sovxozda yerləşən 2 sot torpaq sahəsinin guya özünə məxsus olduğuna inandırıb üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 16:06-da ünvan 3 ünvanda yerləşən 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 etibarnamə verərək 4000 manat nağd pul vəsaitini alıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aldadaraq 4000 (dörd min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək faktiki dövlət mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsi, Zeytun Sovxozda yerləşən 3 sot torpaq sahəsinin guya özünə məxsus olduğuna inandırıb üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 17:06-da ünvan 3 ünvanda yerləşən 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 notarial qaydada etibarnamə verərək 5000 manat nağd pul vəsaitini alıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 aldadaraq 5000 (beş min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanda yaşayır. Onun ata-baba mülkü kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən Zeytun Sovxozda 25 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı yalnız Hövsan qəsəbəsi nümayəndəliyinin xx.xx.2008-ci il tarixli aktı olmuşdur. 2010-ci ildən etibarən həmin torpaq sahəsini satmaq qənaətinə gəlmişdir. Lakin uzun illər həmin torpaq sahəsini sata bilməmişdir. Sonda 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs1 adlı şəxs ondan həmin torpaq sahəsinin 2 sot sahəsini almaq istədiyini bildirmişdir. O da həmin torpaq sahəsini satmaq istədiyi üçün Cəmilə torpaq sahəsinin 1 sotunu 2000 manata satmaqla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinin 2 sot sahəsini 4000 manata Zərərçəkmiş şəxs1 satmışdır. O həmin pulu ünvan 3 ünvanda yerləşən 18 saylı notarius kontorundan Zərərçəkmiş şəxs1 alqı-satqı edib 4000 manat pulu alıb etibarnamə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 qohumu olan Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsində 3 sot torpaq sahəsini almaq istədiyini bildirmişdir. O da Nicatla danışıq edərək 5000 manat məbləğində pula 3 sot torpaq sahəsi satmağa razılaşmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notarius kontorunda Zərərçəkmiş şəxs2 5000 manat pulu alaraq qeyd olunan torpaq sahəsindən 3 sot torpaq sahəsini alqı-satqı etmiş və bu barədə notariat kontorunda ərizə vermişdir. Bundan sonra Nicat 25 sot torpaq sahəsində Zərərçəkmiş şəxs1 və özünə məxsus ümumilikdə 5 sot torpaq sahəsini daş hasara almışdır. Zərərçəkmiş şəxs2 torpaq sahəsində hasara aldıqdan sonra 25 sot torpaq sahəsinin yanındakı torpaq sahəsinin sahibi olan Qılınc adlı şəxsin övladları həmin torpaq sahəsini uçuraraq torpaq sahəsinin özlərinə məxsus olmasını bildirmişlər. Onun həmin torpaq sahəsi ilə əlaqədar heç bir sənədi olmamış, yalnız aktı olmuşdur. Aktda adları qeyd olunan şəxslər eləcə də Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyev ölmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, vurulmuş zərərdən ümumilikdə 7200 manat ödəniş etmiş, qalan ziyanı da ödəyəcəkdir. Onun barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ünvan 7i ilə birlikdə yaşayırmış. Evlidir, fərdi əməklə məşğuldur. O, tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Tərlanın Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsi, Zeytun Sovxoz adlanan yerdə 25 sot torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini satmaq istədiyini eşitmişdir. Həmin zaman o, bacısına yaxın yaşamaq üçün bacısının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsində torpaq sahəsi almaq istəyirmiş. Tərlanla əlaqə saxlayıb görüşmüşdür. Görüş zamanı Tərlan özünə məxsus 25 sot torpaq sahəsinin olmasını və həmin torpaq sahəsinin 1 sotunu 2000 manata satmaq istədiyini ona bildirmişdir. O da Tərlandan həmin torpaq sahəsi ilə bağlı hər hansı sənədin olmasını soruşduqda, Tərlan ona həmin torpaq sahənin dədə-baba torpaq sahəsi olmasını və həmin torpaq sahəsinin özünə məxsus olması barədə Hövsan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş aktın olmasını bildirmişdir. O da Tərlanla razılaşmış və xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisində o və Tərlan görüşərək alqısatqı etmişlər. O, Tərlana həmin yerdə və vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsində yerləşən Zeytun Sovxozda yerləşən 2 sot torpaq sahəsini ona satması müqabilində 4000 manat pul vermiş və Tərlan ona həmin notariat ofisində həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. Bundan sonra o, bu barədə qohumu Nicata da bildirmiş və Nicatda torpaq sahəsi almaq istədiyindən 2021-ci ilin sentyabr ayında Tərlanla görüşüb 5000 manat pul müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsində yerləşən Zeytun Sovxoz adlanan yerdəki 25 sot torpaq sahəsində 3 sot torpaq sahəsini almışdır. Ardınca o və Nicat almış olduqları torpaq sahəsini daş hasara almışlar. Lakin başqa şəxslər həmin torpaq sahəsini dağıtmışlar. Həmin şəxsləri o və Nicat tanımasa da, Nicat daş hasarını dağıdan şəxslərdən onların torpaq sahələrini nəyə görə dağıtmaları barədə soruşduqda, torpaq sahəsinin onlara məxsus olmasını bildirmişlər. Bundan sonra Nicat və o Tərlandan bu barədə nə deyə biləcəyini soruşduqda, Tərlan onlara daş hasarlarını dağıdan şəxslərlə mübahisəsi olmasını bildirib, həmin şəxslərlə mübahisəsini həll etdikdən sonra daş hasarlarını yenidən bərpa edəcəyini söyləmişdir. Bu zaman o və Nicat burada torpaq barədə mübahisənin olmasını söyləyib, Tərlandan pullarını geri qaytarmasını istəmişlər. Tərlanda onlara qaytarcağına dair vəd versə də, onlara nə torpaq sahələrini, nədə ki pullarını geri qaytarmamışdır. Hal-hazırda Tərlan ona vurulmuş zərərdən 2200 manat ödəniş etmiş, 1800 manat pulu isə ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Astara rayonu, Vaqu kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, fərdi əməklə məşğul olur. Qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Qohumu Zərərçəkmiş şəxs1 həmin şəxsi ortaq tanışları vasitəsi ilə tanımış və həmin şəxsdən 2021-ci ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsində yerləşən Zeytun Sovxoz adlanan yerdən 2 sot torpaq sahəsini 4000 manat məbləğində pula almışdır. Bunu eşitdikdə o da həmin şəxsdən torpaq sahəsi almaq qərarına gəlmişdir. Bundan sonra o, Cəmilədən həmin şəxsin barəsində maraqlanmışdır. 2021-ci ilin yay aylarında Tərlanla görüşmüş və Tərlan ona Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsində yerləşən Zeytun Sovxoz adlanan yerdə 25 sot torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini hazırda satdığını ona bildirmişdir. Mən Tərlandan həmin torpaq sahəsinin hər hansı torpaq sənədinin olub-olmaması barədə soruşmuşdur. Tərlanda ona həmin torpaq sahəsinin dədə-baba torpağının olmasını, həmçinin bu barədə Hövsan qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş aktının olmasını bildirmişdir. Bundan sonra o, Cəmilənin 2 sot torpaq sahəsinin yanında 3 sot torpaq sahəsini almaq istədiyini bildirmişdir. Tərlan da ona həmin torpaq sahəsinin 1 sotunu 2000 manatdan hesablamaqa 3 sot torpağını 6000 manata satacağını bildirmişdir. Bir qədər müzakirə etdikdən sonra 3 sot torpağı 5000 pula razılaşmışlar. xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisində o və Tərlan alqı-satqı etmişlər. Həmin yerdə o, Tərlana 5000 manat məbləğində pul vermişdir. Və tərlanda həmin torpaq sahəsini ona satmağı ilə bağlı ərizə vermişdir. Bundan sonra o, qeyd olunan 3 sot torpaq sahəsini daş hasara almışdır. Ardınca başqa şəxslər həmin torpaq sahəsini dağıtmışlar. Həmin şəxslərin tanımasa da, daş hasarını dağıdan şəxslərdən onun torpaq sahəmi nəyə görə dağıtmaları barədə soruşduqda, torpaq sahəsinin özlərinə məxsus olmasını bildirmişlər. Bundan sonra o, Tərlandan bu barədə nə deyə biləcəyini soruşduqda, Tərlan ona daş hasarımı dağıdan şəxslərlə mübahisəsi olmasını bildirib, həmin şəxslərlə mübahisəsini həll etdikdən sonra daş hasarını yenidən Tərlanın özü bərpa edəcəyini söyləmişdir. O da burada torpaq barədə mübahisənin olmasını söyləyib, Tərlandan pulunu geri qaytarmasını istəmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 15 sentyabr 2023cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v.1); Zərərçəkmiş şəxs1 tərəfindən Xətai RPİ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Tərlan adlı şəxs ona 10.000 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 9) 21 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 20) 22 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 25-26) Bakı şəhər 18 saylı Notariat kontoru tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, istifadəsində olan Zeytun sovxozu ərazisində yerləşən 200 kv m. torpaq sahəsinə sərəncam verməyi, özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, RİH-də, Bələdiyyədə, DT və XK-də lazımı sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma N 1, Kadastr Planı, Çıxarış və Texniki Pasportu almağı, notariat ofisində təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, kommunal xətləri (su, qaz, işıq, telefon) çəkdirməyi, plastik kartları almağı, buna dair müqavilələr bağlamağı, ərizə yazmağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Zərərçəkmiş şəxs1 etibar etmişdir. (i.v 36) 22 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 38) Bakı şəhər 18 saylı Notariat kontoru tərəfindən 21 sentyabr 2023-cü il tarixdə təsdiqlənmiş ərizənin surətindən görünür ki, Babayev X1 ərazisində yerləşən 300 kv m. torpaq sahəsini 5000 manata vətəndaş Zərərçəkmiş şəxs2 satmışdır. (i.v 49) 02 oktyabr 2023-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki,230116185 № cinayət işi üzrə ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs istintaq hərəkətinin yerinə yetirilməsi üçün məcburi qaydda Xətai RPİ-nin İŞ-ə gətirilməsi, qərarın icrasının Xətai RPİ-nin 34-cü PŞ -ə tapşırılması qərara alınmışdır .(i.v 54) 01 noyabr 2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarda görünür ki,Təqsirləndirilən şəxs olduğu yerinmüəyyən edilməsi məqsədilə barəsində axtarış elan edilməsi qərara alınmışdır. (i.v64) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayətlər məcmusuna görə 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən hökm cəza təyini hissəsində dəyişdirilərək Azərbaycan Respublikası CM-in 66.5 və 66.3-cü maddələrinə əsasən cəzasını qismən toplamaqla şərti olaraq 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi həmin Məcəllənin 178.2.1və 178.2.4-cü maddələrinə tövsif edilib, hökm və qərarlar qalan hissədə dəyişdirilmədən saxlanılıb. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır.(i.v. 67-69); 16 noyabr 2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Xətai RPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v73) 16 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11;00 da tutulmuşdur. (i.v 74) 16 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v 76) 17 noyabr 2023-cü il tarixli təqsirlədirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 98-99) Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-714/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Xətai RPİ-nin təqdimat və vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir.(i.v 121-124) 17 noyabr 2023-cü il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 125-126) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli, 3-21-3-30/2-40754/2023, ******* 40754 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (i.v 130) 25 noyabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD disk götürülmüşdür. (i.v 142) 25 noyabr 2023-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə pulun verilməsinin görüntüsü köçürülmüş 01ədəd CD formalı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 144) Bakı Şəhər Suraxanı Rayonu Hövsan Bələdiyyəsindən daxil olmuş 08 dekabr 2023-cü il tarixli 01/101 saylı məktubdan görünür ki, məktubda qeyd etdiyiniz vətəndaş Təqsirləndirilən şəxs Hövsan bələdiyyəsi tərəfindən torpaq sahəsi ayırlmamışdır. (i.v 150) Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-50/2016 saylı, 12 may 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəlıəri ilə təqsirl bilinmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasınaməhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3 maddələrinə əsasən X4 hazırki hökmlə təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qisməntoplanaraq qəti olaraq 9 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.(i.v 154-173) 13 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Xətai RPİ-ə ünvanlanmış ərizədən görünür ki, o,stasionar qaydada yataq xəstəsi kimi evdə müalicə aldığı üçün istintaqın çağırışlarına gələ bilməyəciyini sağalan kimi gələcəyini bildirmişdir (i.v174) 13 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq ********* №-li cinayət işi dayandırılmışdır. (i.v175) Bakı Şəhər Suraxanı Rayonu Hövsan Bələdiyyəsindən daxil olmuş 19 dekabr 2023cü il tarixli 01/108 saylı məktubdan görünür ki, məktubda qeyd etdiyiniz Bakı şəhəri, Suraxanı rayonu, Məktəbli küçəsi, Zeytun sovxozu adlanan ərazidə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. (i.v 177) Bakı şəhəri Suraxanı RİHB-nın Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 yanvar 2024-cü il tarixli, 5-20/2-2-06/2024 saylı məktubdan görünür ki, Zeytun sovxozu adlandırılan əraziyə məxsus arxiv sənədləri Hövsan qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyində saxlanılmadığına görə vətəndaş Təqsirləndirilən şəxs aid sözügedən aktın əsli müəyyən edilmədi. Həmçinin Zeytun sovxozu adlandırılan ərazidə yaşayan vətəndaş Təqsirləndirilən şəxs aid sözügedən akt birtərəfli tərtib olunduğundan nüsxəsi saxlanılmır. (i.v178-178a) 15 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Xətai RPİ-ə ünvanlanmış ərizədən görünür ki, yataq xəstəsi olduğundan istintaqın çağırışlarına gələ bilməmiş hazırda sağaldığını və çağırışlara vaxtı-vaxtında gələcəyini bildirmişdir. (i.v179) 15 yanvar 2024-cü il tarixli cinayət işinin təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatının təzələnməsi barədə qərar qəbul edilmişdir. (i.v179) 15 yanvar 2024-cü il tarixli CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı ekranda bir nəfər ağ qısa qol köynək və qara rəngli şalvar geyinmiş şəxsin əlində pul sayır və 5000 manat pul olduğunu bildirir. Həmin şəxs pulu saydıqdan sonra onunla üzbəüz dayanmış açıq boz rəngli qısa qol köynək və boz rəngli şalvar geyinmiş şəxsə verir, həmin şəxsdə pulu qəbul edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə əynində açıq boz rəngli qısa qol köynək və boz rəngli şalvar olan şəxsin özü olduğunu, pulu verən ağ qısa qol köynək və qara rəngli şalvar geyinmiş şəxsin isə Zərərçəkmiş şəxs2 olmasını, həmin videonun xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 5000 manata torpaq satan zaman çəkildiyini bildirmiş, 09.2021-ci il tarixdə pulun verilməsinin görüntüsü köçürülmüş 01ədəd CD formalı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 181) 16 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə yenidən ittiham elan olunması və barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanması,əməlində AzərbaycanRespublikası CM-nin 178.2.4-cü maddəsilə cinayət təqibinin başlanmasının rəd edilməsi və Azərbaycan RespublikasıBaş prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokururluğunun dəftərxanasına təhvil verilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli, 3-21-3- 30/2-40754/2023, ******* 40754 saylı məktubu, Bakı şəhər Suraxanı rayonu Hövsan Bələdiyyəsindən daxil olmuş 08 dekabr 2023-cü il tarixli 01/101 saylı məktubu, Suraxanı rayonu Hövsan Bələdiyyəsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 01/110 saylı məktubu, Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 yanvar 2024-cü il tarixli 5-20/2-2-06/2024 saylı məktubu, Bakı şəhər 18 saylı Notariat kontoru tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş etibarnamənin surəti və 18 saylı notarius kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş ərizənin surəti sübut kimi tanınaraq iş materiallarına əlavə olunması,cinayət işini materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixliHövsan qəsəbə nümayəndəliyi tərəfindən verildiyi bildirilən aktın saxta sənəd olub-olmaması xüsusatı üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə pulun verilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi ,X3 əməlində vəzifə cinayətinin olub-olmamasının araşdırılması üçün cinayət işinin materiallarından ayrıca material ayrılaraq araşdırılması üçün Xətai Rayon prokururluğuna göndərilməsi qərara alınmışdır(i.v182-190) 17 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v191) Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Məhkəmə qeyd edir ki, hər iki dələduzluq epizodu üzrə ayrı-ayrılıqda cinayət əməllərinin törədildiyi gündən, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək tutulanadək işin icraatının dayandırıldığı vaxtdan tutulması ilə əlaqədar işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, hal-hazırdək iki ildən artıq müddət keçmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 4 ədəd məktub, 1 ədəd etibarnamə, 1 ədəd ərizənin surəti və 01 ədəd DVD-R disk icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 4 ədəd məktub, 1 ədəd etibarnamə, 1 ədəd ərizənin surəti və 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar