Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-165/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs, tərcüməçi X2 Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 yanvar 1974-cü il tarixdə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində fərdi yaşayış evində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Özbəkistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 12 yanvar 2022-ci il tarixdə saat 04 radələrinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanda yerləşən “ünvan 1mində olarkən aptekdə kənar şəxs(lər)in olmamasından istifadə edib, kassa aparatının yanında olan 4090 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Bakı 977 saylı Aptek" MMC-yə 4600 (dörd min altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1974-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, azərbaycan dilində yazıb, oxumağı bilir. 1990-cı il tarixdə Daşkənd şəhər 90 nömrəli tam orta məktəbin rus sektorunu bitirmişdir. 2011-ci ildə Daşkənd şəhərindən Bakı şəhərinə işləmək üçün gəlmişdir. 10 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. Bir müddətdir ki, spirtli içki alüdəçisi olmuşdur. 12 yanvar 2022-ci ildə gecə saat 04 radələrində Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanında yerləşən “Medimart” adlı aptekə su almaq məqsədi ilə girmişdir, orada heç kimin olmadığını görmüş, ətrafa nəzər salaraq kassanın yerini tapmış, daha sonra kassaya yaxınlaşmış , orada olan pulları oğurlayaraq çantasına qoymuş və dərhal apteki tərk etmişdir. Oradan çıxdıqdan sonra Şahid adlı dostunun yanına getmiş, ona 15 manat pul verərək araq və siqaret almasını xahiş etmişdir. Vidadi araq və siqaret almış və onunla birlikdə arağı içmişlər. Şahid çıxıb getdilkdən sonra H.Aslanov stansiyasının yaxınlığında oturacağa uzanıb çantasını başının altına qoyaraq yatmışdır, günorta oyanaraq baxmışdır ki, çantasındakı pul artıq yerində yoxdur. Aptekdən oğurladığı 4.600 manat barədə heç kimin məlumatı olmamışdır. Oğurluq etməsinə səbəb isə maddi durumunun zəif olması olmuşdur. Aptekdən oğurladığı pulun tərkibində 5, 10, 20, 50, 100, 200 Azərbaycan əskinasları olan manatlıqlar və 3 ədəd 100 ABŞ dövlətinin əskinası olmuşdur. Son sözündə əməlindən peşman olduğunu, ilk məhkumluğunu, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsə pullarını hissə-hissə olsa da ödəmək fikrində olduğunu qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş səxsin ifadəsi, hadisə yerini əks etdirən video görüntü və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, 31 mart 2020-ci il tarixdən rəsmi müqavilə ilə X1 yaxınlığında M.Hadi küçəsi 72 ünvanında yerləşən “ünvan 2dir. Aptek 24 saat müştərilərə xidmət göstərir və aptekin içərisində dərman preparatları üçün şüşədən vitrin düzəldilmiş həmin vitrinin arxa hissəsi aptekin işçiləri üçün nəzərdə tutulmuşdur, həmçinin həmin arxa hissədə kompüter və kompüterin yanında kassa vardır, həmin kassa daima istifadə olunduğu üçün çox vaxt açıq vəziyyətdə olur. O, müxtəlif pul əskinazlardan ibarət 4090 manat Azərbaycan manatı və ekvivalenti 510 manat olan 300 ABŞ dolları, ümumillikdə 4600 manat pul vəsaitini kassanın yanında üzərinə ağ vərəqdə 4600 manat yazaraq qoymuşdur. 12.01.2022-ci il tarixdə saat gecə 04 radələrində, kassaya yaxınlaşan zaman həmin 4600 manat pul vəsaitinin olmadığını aşkar etmiş, aptek kamera müşahidəsində olduğu üçün kameraya baxarkən, bir nəfər əynində tünd rəngli qara gödəkçə olan və gödəkçənin papağını taxmış, sifətində isə mavi rəngli tibbi maska taxan qadının, aptekə daxil olub bir az gəzişdikdən sonra işçilərin yoxluğundan sui-istifadə edərək vitrinin arxa hissəsinə keçib, kassanın yanında olan 4600 manat pul vəsaitini oğurlayaraq getdiyini görmüşdür. O, dərhal DİN-nin 102 ZMX-nə məlumat vermiş, qısa zaman ərzində polis əməkdaşları “Medimart” aptekinə gələrək hadisə yerinə baxış keçirilmiş, təhqiqatçı tərəfindən müəyyən sənədləşdirmələr aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə səhər tezdən olduğuna görə aptekə ondan başqa heç kim olmamışdır və oğurluq nəticəsində 4600 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, Əhmədli qəsəbəsində nömrəsiz evdə tək kirayədə yaşayır, 1993-cü il tarixdə Ziba Qasımova adlı şəxslə ailə həyatı qurmuş, həmin rəsmi nikahdan 3 övladı vardır. O, spirtli içki aludəçisidir. Təqsirləndirilən şəxs əri Dmitri vasitəsi ilə tanımış, belə ki, Lola və əri ilə birlikdə onlar spirtli içki aludəçisidir və mütəmadi olaraq birlikdə spirtli içki qəbul edirlər. Lolanın əvvəllər Badamdarda qaldığını, lakin sonradan işsiz olduğu üçün evdən çıxaraq onunla birlikdə çöllərdə gecələmiş, 12 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində Lola ona yaxınlaşaraq 15 manat pul verib spirtli içki almasını istəmiş, o, “Araz” marketə daxil olaraq 15 manata 0.5 litr həcmində bir ədəd araq və 1 qutu siqaret almış. Onlar spirtli içkini qəbul etdikdən sonra sağollaşmışlar, o, kirayədə yaşadığı mənzilə qayıtmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona etdiyi oğurluq barədə heç bir məlumat verməmiş, onun Lolanın etdiyi oğurluq barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan videogörüntülərin götürülməsi haqqında 13.01.2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində Nümayəndə Ramin oğlu bildirdi ki, tanımadığı şəxs tərəfindən 4600 manat məbləğində pulun gizli şəkildə oğurlanması hadisəsi ilə əlaqədar hadisə baş verən ünvanda yerləşən ünvan 3dırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülər 01 ədəd DVD formatlı diskə köçürülərək götürülmüşdür. İş materiallarında olan 16.01.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və 12.01.2022-ci il tarixdə saat gecə 04 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanında yerləşən “Medimart” aptekinin kassa hissəsinə yaxınlaşaraq orada olan 4600 manat pulu götürən və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, ağzında mavi rəngli tibbi maska olan şəxsin özü olmasını bildirmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. İş materiallarında olan 16.01.2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mağazanın video görüntüsü zamanı əynində qəhvəyi rəngli ayaqqabı, qara tünd rəngli idman şalvarı və qara rəngli gödəkçə geyinmiş, gödəkçənin papağını taxmış qadının Təqsirləndirilən şəxs olduğu müəyyən olduğu, o cümlədən, Təqsirləndirilən şəxs aptekin içərisində bir qədər gəzişərək, qanunsuz olaraq kassasının saxlandığı yerə daxil olaraq pul oğurladığı görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünü olmasını, 12 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanında yerləşən “Medimart” aptekin kassasından oğurluq etdiyini bildirdi. İş materiallarında olan 089197 nömrəli Lisenziyadan görünür ki, "xxxx" MMC-yə müddətsiz dərman vasitələrinin pərakəndə satışı üçün lisenziya verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 20 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, hadisənin video görüntüsünü özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini və onun şikayətçi olmasınıda nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq: HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-165/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-165/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver