Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-166/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1959-cu ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun qızı X3 Bakı şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla həmin məqsədlə 14 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında 5.000 manat və 15 yanvar 2022-ci il tarixdə eyni ünvanda 515 (beş yüz on beş) manat olmaqla, cəmi 5515 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5.515 (beş min beş yüz on beş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində onun keçmiş tanışı, vəfat etmiş X1 qardaşı oğlu Şahid ona zəng edərək, sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs qızı X2 Bakı Sənayev Pedoqoji Kollecində texnologiya ixtisası üzrə təhsil aldığını, həmin kollecin diplomu ilə müəllimlərin işə qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən keçirilmiş imtahandan keçdiyini, lakin onun nəticələrinin Bakı şəhərinə deyil, Respublikanın digər rayonlarında müəllimə kimi işləməyə kifayət etdiyini bildirmişdir. Həmçinin Cəlal ona demişdir ki, X4 Respublikanın hər hansı rayonunda deyil, Bakı şəhərində yerləşən məktəblərdən birində müəllimə kimi işə qəbul olunmaq istəyir. Bununla bağlı Cəlal ondan həmin işi düzəldib düzəldə bilməyəcəyini soruşmuş, o isə maraqlanıb cavab verəcəyini bildirmişdir. Həmin ərəfədə şəxsi ehtiyacları üçün ona pul lazım olduğundan Cəlala bu işi bacara biləcəyini deyib pul almaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin təxminən 06 və ya 07 oktyabr tarixində Cəlalla aralarında olan telefon danışığı zamanı bu işin görülməsi üçün 5.000 (beş min) manat məbləğində pulun, X2 şəxsiyyət vəsiqəsinin, diplomunun surətləri və yaşayış yerindən arayışın lazım olmasını bildirmişdir. Həmçinin Cəlala demişdir ki, bu işi 03 ay müddətində həll edəcəkdir. Cəlal onunla razılaşmış və 14 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhərində olan zaman Cəlal və onun iş yoldaşı Ayazla Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının üzərində görüşmüşlər. Həmin görüş zaman Ayaz ona 5.000 manat məbləğində pul və istədiyi sənədləri təqdim etmişdir. O, həmin pul məbləğini və sənədləri aldıqdan sonra Ayaza da bildirmişdir ki, bu məsələ 03 ay müddətində həllini tapacaqdır. Ayazdan pulu aldıqdan sonra sonunculardan uzaqlaşaraq yaşadığı İmişli rayonu, Qızılkənd kəndinə getmiş və Ayazdan aldığı pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin müddət ərzində Ayaz onunla mütəmadi olaraq telefonla əlaqə saxlayıb iş barədə məlumat almış və o, sonuncuya yalandan işlərin qaydasında olduğunu bildirib nəticə əldə edən kimi məlumat verəcəyini demişdir. Bundan sonra yenə ona pul lazım olduğu üçün düşünmüşdür ki, Ayazdan yenidən pul ala bilər və bu məqsədlə sonuncuya zəng edərək Günayın Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə qəbul olunması üçün sertifikat lazım olduğunu və bununla bağlı 515 (beş yüz on beş) manat məbləğində pul tələb edildiyini bildirmişdir. Ayaz razılaşmış və 15 yanvar 2022-ci il tarixdə Ayazla yenə də Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının üzərində görüşmüşlər. Həmin görüş zamanı Ayaz istədiyi 515 manat məbləğində pulu ona vermişdir. Ayazdan pulu aldıqdan sonra sonuncudan uzaqlaşıb yaşadığı İmişli rayonu, Qızılkənd kəndinə getmiş və həmin pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Ayaza söz verdiyi 03 ay müddət yekunlaşdıqdan sonra Ayaz ona zəng edərək işlə bağlı maraqlanmağa başladıqda müxtəlif bəhanələr deməklə yaxın vaxtlarda işin həllini tapacağını demiş, daha sonra isə zənglərə cavab verməmişdir. Həmçinin maddi imkanı olmadığından və Ayazdan alaraq xərclədiyi pulu geri qaytara bilməmişdir. Cəlal ondan Ayazın qızını Bakı şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə kimi düzəltməsini xahiş etmiş, lakin həmin ərəfədə pula ehtiyacı olduğu üçün həmin pul məbləğini hissə-hissə alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun kiçik qızı X4 Bakı Sənaye Kollecinin texnologiya ixtisası üzrə təhsil almış və həmin ixtisası ilə bağlı əldə etdiyi diplom ilə müəllimlərin işə qəbulu ilə əlaqədar Təhsil Nazirliyində keçirilmiş imtahandan keçmişdir. Lakin qızı Günayın imtahan nəticələri Bakı şəhərinə deyil, Respublikanın digər rayonlarına kifayət etmişdir. Ancaq o və qızı Günay Bakı şəhərində yaşadıqlarından qızının Bakı şəhərində müəllimə kimi işləməsini istəmişdir. Bu minvalla, tanışı Şahid ilə bu barədə söhbət etmiş və ona kömək edə biləcək şəxslər barədə soraqlaşmışdır. Bundan sonra Cəlal ona əmisinin tanışı olan Təqsirləndirilən şəxs adlı şəxsin olmasını və həmin şəxsin qeyd olunan məsələ ilə bağlı kömək edə biləcəyi barədə bildirmişdir. Beləliklə də 06 və ya 07 oktyabr 2021-ci il tarixlərdə Cəlal onun iştirakı ilə Kərimxana zəng etmiş, söhbət zamanı onun dediklərini, yəni qızının toplamış olduğu 3 balın Bakı şəhərinə deyil, Respublikanın digər rayonlarına kifayət edəcəyini, həmçinin buna görə də qızının Bakı şəhərində müəllimə kimi işləmək istədiyini demişdir. Kərimxan da ondan qızının şəxsiyyət vəsiqəsini, təhsili ilə bağlı diplomu və yaşayış yerindən arayışı istəmişdir. Həmçinin Kərimxan qeyd olunan sənədləri istədikdən sonra ondan qızının Bakı şəhərində müəllimə kimi işə əmrini aldıracağına dair 5.000 manat pul istəmişdir. O da sonuncu ilə razılaşmış və xx.xx.2021-ci il tarixdə Cəlalın iştirakı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrosunun üzərində görüşmüşlər. Görüş zamanı qızına məxsus şəxsiyyət vəsiqəsini, təhsil aldığına dair diplomu və yaşayış yerindən arayışı Kərimxana təqdim etmişdir. Ardınca Kərimxandan soruşmuşdur ki, qızı Bakı şəhərində hansı təhsil müəssisəsində müəllimə kimi işləyəcəkdir. Bundan sonra Kərimxan onun istədiyi rayonun tam orta məktəbində müəllimə kimi işə əmrini verdirəcəyini bildirmişdir. O da yaşadığı Günəşli qəsəbəsində yerləşən tam orta məktəblərin birində müəllimə kimi işləməsini istədiyini bildirmişdir. Kərimxan da bir neçə nəfəri bugünədək müəllimə kimi əmrinin alınmasını həyata keçirdiyini bildirərək, onun qızını da Günəşli qəsəbəsində yerləşən tam orta məktəblərin birində müəllimə kimi işlə təmin olunacağını bildirmişdir. Bunun üçün isə 5.000 manat pulun lazım olduğunu ona demişdir. O da razılaşaraq Cəlalın iştirakı ilə 5.000 manat pulu həmin yerdə və vaxtda Kərimxana vermişdir. Kərimxan ona qeyd olunan məsələni 3 aya həll edəcəyini bildirmişdir. Bundan sonra daimi olaraq Kərimxanla əlaqə saxlamış və Kərimxan da qısa zaman ərzində həll edəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayında Kərimxan ona zəng edərək qızının işinin həll olması üçün ibtidai sinif müəlliməsi kimi təhsil alması barədə sertifikatın lazım olduğunu bildirmiş və bunun üçün 515 manat pulun lazım olduğunu demişdir. O da Kərimxanla razılaşaraq 15 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostanasiyasının üzərində sonuncu ilə görüşüb 515 manat məbləğində pulu Kərimxana vermişdir. Lakin sonradan Kərimxanı tapa bilməmiş, Kərimxan mobil telefonu götürməmiş və ona qarşı dələduzluq edərək vurduğu ziyanı qaytarmamışdır. Həmçinin o, ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayətinin olmadığını qeyd etmiş və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir birlikdə işləyir. Bu ərəfələrdə Ayaz ilə söhbətləşən zaman sonuncu ona qızı X2 təhsil almağına baxmayaraq müəllim kimi işləmək istəməsini bildirmişdir. Lakin Ayaz qızını Bakı şəhərində müəllim kimi işə başlamasını istəmişdir. Çünki Ayaz bildirmişdir ki, qızının toplamış olduğu bal Bakı şəhərində deyil, Azərbaycan Respublikasının digər rayonlarında müəllim kimi işləməsinə kifayət edir. Bu zaman həmin vaxt vəfat etməsə də, hazırda vəfat etmiş əmisi X1 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin olmasını və həmin şəxsin köməklik edə biləcəyi barədə bildirmişdir. Bu minvalla, 06 və ya 07 oktyabr 2021-ci il tarixlərdə o, Ayazın iştirakı ilə Kərimxana zəng etmiş, söhbət zamanı Ayazın dediklərini Kərimxana bildirmişdir. Kərimxan da bu barədə köməklik edəcəyini bildirərək, ilkin olaraq şəxsiyyət vəsiqəsini, təhsillə bağlı diplomu və yaşayış yerindən arayışı istəmişdir. Həmçinin Kərimxan qeyd olunan sənədlərdən başqa 5.000 manat məbləğində pula həmin işi həyata keçirəcəyini bildirmişdir. Ayaz da bununla razılaşmış və xx.xx.2021-ci il tarixdə onun iştirakı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının üzərində Kərimxanla görüşmüşlər. Görüş zamanı Ayaz qızının şəxsiyyət vəsiqəsini, təhsili ilə bağlı diplomu və yaşayış yerindən arayışı Kərimxana təqdim etmişdir. Bundan başqa Ayaz Kərimxandan qızının hansı məktəbdə müəllimə kimi işləyəcəyi barədə soruşmuş, Kərimxan isə öz növbəsində Ayazın yaşadığı Günəşli qəsəsəbəsində olan tam orta məktəblərin birində müəlimə kimi işə başlayacağını söyləmişdir. Həmçinin Kərimxan bugünədək bir neçə nəfəri müəllimə kimi işə düzəltdiyini bildirmişdir. Bunun üçün isə Kərimxan 5.000 manat məbləğində pulun lazım olduğunu söyləmişdir. Həmin yerdə və vaxtda Ayaz razılaşaraq 5.000 manat məbləğində pulu onun iştirakı ilə Kərimxana vermişdir. Sonradan onun iştirakı olmasa da, 2022-ci ilin yanvar ayında Ayaz ona zəng edərək, Kərimxanın ondan əlavə 515 manat məbləğində pul istəməsini və Ayazın həmin pulu Kərimxana verməsini bildirmişdir. Bundan sonra Ayaz və o, işin hansı yerdə olması barədə Kərimxana zəng etdikdə mobil telefonları götürməməyə başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25-26); götürmə aparılması və baxış keçirilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyi nəzərə alınaraq Zərərçəkmiş şəxs 13 oktyabr 2023-cü il tarixdə ifadəsində qeyd etdiyi daxilində Təqsirləndirilən şəxs və Şahidla telefon danışıqları zamanı qeydə alınmış 03 ədəd səs yazısı olan CD disk götürülmüşdür (i.v. 36-37); CD diskə baxış keçirilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs pul alması faktı öz təsdiqini tapmışdır (i.v. 38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 88-1 və 172-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq olunmaqla əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 559 saylı Əfv etmə fərmanına əsasən cəzadan azad olunmuşdur (i.v. 43-44); axtarışda olan şəxsin tutulması haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 68); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 82-83); qətimkan tədbirinin seçilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 95-97); CD diskə baxış keçirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs pul alması faktı öz təsdiqini tapmışdır (i.v. 99); sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 312-ci maddələri ilə, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zəzərçəkmiş şəxsin və şahidin ifadələri, diskə baxış protokolu iş üzrə sübut kimi qiymətləndirilmişlər (i.v. 128-134); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını qeyd etməklə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilmiş və diskdə olan görüntünün 21 noyabr 2023-cü il tarixli protokolun məzmununda göstərilən hallara uyğun olması müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı tam olaraq ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə şübhəli qismində tutulduğu 01 (bir) gün müddət, 07 iyun 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün müddət, ümumilikdə 02 (iki) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən 01 ədəd “CD-R” formatlı diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə şübhəli qismində tutulduğu 01 (bir) gün müddət, 07 iyun 2024cü il tarixdən 14 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün müddət, ümumilikdə 02 (iki) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-166/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-166/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver