Məhkəmə qərarları › İş №1(011)-168/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-168/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-168/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 qızının, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14, Təqsirləndirilən şəxs və Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜ Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində 36 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsindəki dayanacaq məntəqəsində avtobusdakı sərnişin Gürcüstan Respublikası vətəndaşı Nuripa İsmailovanın əynindəki gödəkçənin cibindən əri Zərərçəkmiş şəxs1 məxsus 362 manat qiymətində “Xiaomi Redmi S2” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 362 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevirəm” park kompleksində Zərərçəkmiş şəxs2 əynindəki gödəkçənin cibindən sonuncuya məxsus 700 manat qiymətində “Samsung Galaxy A7” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində 36 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsindəki yolda avtobusdakı sərnişin Zərərçəkmiş şəxs3 qızının əl çantasından sonuncuya məxsus içərisində 215 manat nağd pul olan 20 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 235 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığındakı dayanacaq məntəqəsində Zərərçəkmiş şəxs4 çantasından sonuncuya məxsus 5 manat qiymətində ***-***-**-** saylı mobil nömrə kartı ilə istifadə edilən 400 manat qiymətində “Samsung A7” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 405 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində 40 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsindəki dayanacaq məntəqəsində avtobusdakı sərnişin Zərərçəkmiş şəxs5 əl çantasından sonuncuya məxsus içərisində həmin dövr üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə nisbətdə 226 manat 10 qəpik təşkil etmiş 133 ABŞ dolları və 270 manat nağd pul olan 10 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 506 manat 10 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində 40 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki yolda avtobusdakı sərnişin Zərərçəkmiş şəxs6 əl çantasından sonuncuya məxsus 2980 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 2980 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində 12 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki yolda avtobusdakı sərnişin Zərərçəkmiş şəxs7 əl çantasından sonuncuya məxsus içərisində 362 manat nağd pul olan 60 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 422 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində 44 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən dayanacaq məntəqəsində avtobusdakı sərnişin Şahid1 əynindəki gödəkçənin cibindən atası Zərərçəkmiş şəxs8 məxsus 671 manat 75 qəpik qiymətində “Redmi Note 7” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 671 manat 75 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində 36 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Nepaol dairəsi yaxınlığındakı dayanacaq məntəqəsində avtobusdakı sərnişin Zərərçəkmiş şəxs9 əynindəki paltonun cibindən sonuncuya məxsus 350 manat qiymətində “Samsung A5” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 350 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində 40 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsidəki dayanacaq məntəqəsində avtobusdakı sərnişin Zərərçəkmiş şəxs10 əl çantasından sonuncuya məxsus 300 manat qiymətində “Samsung J4” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində 40 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki yolda avtobusdakı sərnişin Zərərçəkmiş şəxs11 əl çantasından sonuncuya məxsus içərisində 120 manat nağd pul və 150 manat qiymətində “Samsung J3” markalı mobil telefon aparatı olan 30 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində 81 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsindəki yolda avtobusdakı sərnişin Zərərçəkmiş şəxs12 əl çantasından sonuncuya məxsus içərisində 1700 manat nağd pul olan 50 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 1750 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində 11 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki dayanacaq məntəqəsində avtobusdakı sərnişin Zərərçəkmiş şəxs13 əl çantasından sonuncuya məxsus içərisində 50 manatlıq “Libraff” həddiyyə kartı, həmin dövr üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə nisbətdə 170 manat təşkil etmiş 100 ABŞ dolları və 82 manat nağd pul olan 60 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs13 ümumilikdə 362 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində 49 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki dayanacaq məntəqəsində avtobusdakı sərnişin Zərərçəkmiş şəxs14 əl çantasından sonuncuya məxsus içərisində 200 manat nağd pul olan 20 manat qiymətində pul kissəsini çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 220 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində bir azyaşlı övladı var.Ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün, Bakı şəhərinin Xətai rayonu ərazisindən bir neçə oğurluq cinayəti törətmişdir. Həmin oğurluq cinayətlərini də, o yalnız cibgirlik üsulu ilə etmişdir. Cibgirlik cinayətini o, müxtəlif yerlərdə, müxtəlif şəxslərə qarşı, əksərən isə marşurut avtobuslarında insan sıxlığı yarandığı zaman qadınlara qarşı törətmişdir. Marşurut avtobusunda yaranmış sıxlıqdan istifadə etməklə, qadınların çantasından pul kissəsi və ya mobil telefon aparatlarını çıxarmaq ona rahat və asan gəlmiş, həmçinin marşurut avtobuslarını da, təsadüf əsasında seçməmiş, belə ki, cibgirliyi insanların daha çox istifadə etdiyi xətlərlə hərəkət edən marşurut avtobuslarında törətmişdir. Adətən insanların işdən çıxdıqları vaxt, yəni saat 18-19 radələrində həmin marşurut avtobuslarında sıxlıq yarandığını müşahidə etdiyi üçün, ilk əvvəl insan toplusu ilə birgə avtobus dayanacaq məntəqəsində durub, avtobusun gəlməsini gözləmiş, avtobus məntəqəyə gəldikdən sonra, insan toplusu ilə birgə avtobusa minmiş, avtobusa isə müxtəlif dayanacaq məntəqələrində minmiş, demək olar ki, əsksər hallarda insan sıxlığı metronun “Xalqlar Dostluğu” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrindən sonra yarandığı üçün, cibgirlik cinayətini məhz həmin ərəfədə törətmiş, belə ki, avtobusa mindikdən sonra ilk əvvəl avtobusu nəzərdən keçirirmiş, əgər avtobusda müşahidə kamerası quraşdırılmışdırsa, o həmin avtobusda cinayət törətməmişdir. Geyimi və ya hər hansı bu kimi digər əlaməti ilə onu cəlb etmiş şəxsi müəyyən etdikdən sonra, ehtiyyatla həmin şəxsə yaxınlaşıb, onun ətrafında özünə mövqe seçmiş, şərait yarandıqda ya həmin şəxsin cibindən və ya çantasından pul kissəsi və mobil telefon çıxarmaqla oğurlamış, oğurluğu yalnız pul əldə etmək üçün törətmiş, elə də olmuş ki, pul kissəsini oğurladığı zaman içərisində müxtəlif plastik kartlar, şəxsiyyət vəsiqələri və bu kimi digər sənədlər aşkar etmiş, lakin həmin kart, həmçinin sənədləri oğurlamaq və ya bu kimi sair niyyəti olmadığı üçün onları ya tullamış, ya da sahibinə qaytarılmasından ötrü hər hansı kənar şəxsin tapa biləcəyi bir yerdə qoymuşdur. Mobil telefonları oğurladığı zaman isə ilk növbədə telefonun modelindən asılı olaraq təhciz edilmiş düyməsi vasitəsi ilə ya da arxa qapağını açaraq batareyasını çıxarmaqla söndürmüş, ardınca nömrə kartlarını çaxarmaqla sındırıb atmışdır. Cibgirliyi əksərən qadın çantalarından etmişdir. Sıxlıq zamanı insanlar bir-birlərinə toxunduqları üçün, demək olar ki, cinayəti törətdiyi zaman nə zərərçəkən, nə də ki, ətrafda olan şəxslər bunu hiss etməmiş və görməmiş, bu kimi səbəblərdən də cibgirliyi marşurut avtobuslarında törətməyə üstünlük verməklə, bu cinayətlərin əksəriyyətini göstərdiyi şəraitdə törətmişdir. Belə ki, 2018-ci ilin dekabr ayının sonlarında 36 nömrəli marşurut avtobusunda hərəkətdə olduğu zaman, səhv etməmişsə Sarayevo küçəsində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında cavan bir qadının avtobusa daxil olduğunu müşahidə etmiş, həmin qadını nəzərdən keçirdikə, əynindəki gödəkçənin cibində mobil telefon olması aydın nəzərə çarpmış, belə olan halda, qadına yaxınlaşıb, onun qarşı tərəfində özünə əlverişli mövqe tutmuş, avtobusda sərnişin sayı çox olduğu üçün sıxlıq olmuş, avtobus Telnov küçəsindəki dayanacaqda saxladığı zaman sərnişinlərin avtobusdan enmələri zamanı yaranmış qarışıqlıqdan istifadə edərək, əlini həmin qadının əynindəki gödəkçənin cibinə salıb mobil telefonu çıxarmaqla, elə həmin dayancaqda avtobusdan düşmüş, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra oğurladığı mobil telefona diqqət etdikdə, telefonun “Xiaomi” markalı olduğunu müəyyən etmiş, hadisədən bir neçə gün sonra, həmin mobil telefonu 8-ci PB-nin yaxınlığında yerləşən mobil telefon mağazalarının birinə 130 manat müqabilində satmış, əldə etdiyi pulu da, öz şəxsi ehtiyyaclarıma xərcləmişdir. Həmçinin qeyd etmiş ki, 36 nömrəli marşurut avtobusunda tanımadığı qadına qarşı oğurluq cinayətini törətdiyi gün, yəni 2018-ci ilin dekabr ayının sonlarında axşam saat təxminən 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevgi” parkı adlanan yerdə digər tanımadığı başqa bir qıza qarşı da, cibgirlik üsulu ilə oğurluq törətmiş, belə ki, həmin ərəfədə tək şəkildə “Sevgi” adlanan parkda gəzdiyi zaman 2 nəfər əvvəllər tanımadığı cavan qızların mobil telefon vasitəsi ilə bir-birlərinin şəkillərini çəkməsinə diqqət etmiş, həmin qızlardan birinin mobil telefon vasitəsi ilə şəkil çəkdikdən sonra, telefonu əynindəki gödəkçənin cibinə qoyduğuna diqqət etmiş, telefonu qızdan oğurlamaq qərarına gəldiyindən, başını aşağı istqamətdə salıb, qıza doğru iti yerişlə hərəkətə başlamış, qıza çatarkən özünü görməməzliyə qoyub qəsdən çiyni ilə ona toxunmuş, həmin ərəfdə cəld tərpənib, əli ilə qızın cibinə qoyduğu mobil telefonu çıxarmaqla ələ keçirmiş, həmin qız bunu hiss etmədiyi üçün, üzrxahlıq edərək cəld şəkildə ondan uzaqlaşmış, həmin qızdan kənarlaşdıqdan sonra oğurladığı mobil telefonun markasına diqqət etdikdə, telefonun “Samsung A7” markalı olduğunu müəyyən etmiş, hadisədən bir neçə gün sonra mobil telefonu hazırda xatırlamadığm ünvanda yerləşən mobil telefon mağazalarının birinə satıb, 120 manat pul əldə etmiş, əldə etdiyi pulu da, müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa 2019-cu ilin fevral ayının sonlarında 36 nömrəli maşurut avtobusunda hərəkətə olduğu zaman, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı dayanacaqda çiynindən çanta asılı bir qadının 2 azyaşlı uşağı ilə birgə avtobusa daxil olduğuna diqqət etmiş, həmin qadın avtobusa daxil olduqdan sonra, oturacaqların birində əyləşmiş, qadının başı övladlarına qarışıq olduğu üçün, onun çantasından oğurluq etmək ona əlverişli şərait yaratmış olmuş, bu minvalla qadının əyləşdiyi oturacağa yaxınlaşıb, özünə əlverişli mövqe seçmiş, avtobus M.Rüstəmov küçəsi ilə 7 nömrəli poliklinikanın qarşısı ilə hərəkətdə olan zaman yaranmış sərnişin sıxlığından istifadə edib, əlini qadının çantasına salıb, cəld şəkildə çantadakı pul kissəsini çıxarmış, avtobus dayancaqların birində saxladığı zaman avtobusdan düşərək uzaqlaşmış, oğurladığı pul kissəsini açıb, içərisinə nəzər saldıqda, pul kissəsində 215 manat pul, bir neçə şəxsiyyət vəsiqəsi və plastik kartların olduğuna diqqət etmiş, pul kissəsindəki pulu götürdükdən sonra kisəni içərisindəki sənəd və palstik kartlarla birgə xatırlamadığı yerdə tullamış, əldə etdiyi pulu da, müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xəcləmişdir. Bundan başqa 2019-ci ilin oktyabr ayının sonları olarmış, saat təxminən 18-19 radələrində H.Aslanov metrostansiyası yaxınlığından keçərkən metrostansiya yaxınlığındakı dayanacaqda çox sayda insanın marşurut avtobusu gözləməsini görmüş, avtobusun dayanacağa gəldiyi zaman, sıxlıq yaranacağını bildiyindən, yaranacaq əlverişli şəraitdən istifadə etməklə, oğurluq etməyi qərarlaşmış, bu məqsədlə dayanacağa gəlib, insan toplusu ilə birgə marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, təxminən bir neçə dəqiqə sonra 51 nömrəli avtobus dayanacağa gəldiyindən, insanlar toplu şəkildə avtobusun giriş qapısı istiqamətdə hərəkətə başlamış, avtobusun giriş qapısı tərəfdə qarşıqlıq və sıxılıq yarandığından, həmin zaman təxminən 18-20 yaşalarında olan qızın əlində olan mobil telefon aparatını çiynindən asdığı çantanın yan cibinə yerləşdiridiyini görmüş, bu zaman insan toplusu arasından keçib, arxa hissədən həmin qıza yaxınlaşaraq, heç kimin görmədiyi bir şəraitdə mobil telefonu həmin qızın çantasından çıxarmaqla kənarlaşmış, dayancaqdan bir qədər uzaqlaşdıqdan sonra oğurladığı mobil telefona diqqət etdikdə, telefonun “Samsung A7” markalı olduğunu müəyyən etmiş, səhəri gün mobil telefonu hazırda xatırlamadığı ünvanda yerləşən mağazaların birinə 70 manat pul müqabilində sataraq, əldə etdiyi pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa yenidən həmin ərəfədə, yəni 2019-ci ilin noyabr ayının sonlarında 40 nömrəli marşurut avtobusunda hərəkətə olarkən, təsadüfən hazırda xatırlamadığı yerdə marşurut avtobusunda minmiş orta yaşlarında olan bir qadının “Neapol” dairəsi yaxınlığına çatarkən, yol haqqını ödəmək üçün sürücüyə yaxınlaşaraq, çantasından qəpiklə pul çıxarıb, sürücüyə verməsinin şahidi olmuş, həmin qadın çantasından pul çıxardığı zaman, çantasının ağız hissəsi açıq qaldığı üçün, içərəsində olan səhv etmirsə qırmızı rəngdə olan pul kissəsi diqqətini cəlb etmiş, pul kissəsini oğurlamağı qərarlaşdırdığı üçün, qadının arxasında mövqe tutmuş, avtobus “Neapol” dairəsi yaxınlığındakı dayanacaqda saxladıqda, qadının avtobusdan endiyi zaman fikrinin yayındığından istifadə edib, iki barmağını qadının çantasının içərsinə salıb, pul kissəsini çıxarmış, ardınca heç nə olmamış kimi, oradan uzaqlaşaraq getmiş, dayanacaqdan uzaqlaşdıqdan sonra, oğurladığı pul kissəsini açıb içərisinə nəzər saldıqda pul kissəsində hazırda yadında qalmayan məbləğdə ABŞ dolları və 270 manat pul, elə həmin qadının özünə aid şəxsiyyət vəsiqəsi, bir neçə platik kartların olmasına diqqət etmiş, pulu götürdükdən sonra, pul kissəsini içərisindəki əşyalarla birgə hazırda yadında qalmayan yerdə tullamışdır. Bundan başqa 2019-ci ilin noyabr ayının sonlarında 40 nömrəli marşurut avtobusunda hərəkətə olduğu zaman, 8-ci km bazarının yaxınlığındakı dayancaqda əlində çanta olan orta yaşlarında olan bir qadının avtobusa daxil olduğunu görmüş, qadın avtobusa daxil olduğu zaman, bütün oturacaqlar tutulduğu üçün, o, avtobusun tutacağından tutumaqla ayaq üstə dayanmalı olmuş, avtobusla hərəkətdə olarkən, artıq həmin qadının çantasından oğurluq etməyi qərarlaşdığından, onu izləməyə başlamış, belə ki, metronun “Xalqlar Dolstluğu” stansiyası qarşısında avtobusa çox sayda sərnişin mindiyindən, avtobusda sıxlıq yaranmış, bu vəziyyətdən istifadə edib, qadına yaxınlaşaraq, cibgirlik etmək üçün özünə əlverilşli mövqe tutmuş, rtıq avtobus M.Rüstəmov küçəsi istiqamətdə dönüb, dayanacaqda saxladığı zaman sərnişinlərin düşməsi zamanı yaramış qarışıqlıqdan istifadə edərək, əlini qadının çantasının cib hissəsinə salıb, oradakı pulu götürmüş, pulu ehmalca cibinə qoyduqdan sonra, növbəti dayancaqda avtobusu tərk etmiş, avtobusu tərk etdikdən sonra, oğurladığı pulu saydıqda pulun 2980 manat olduğunu aşkar etmiş, əldə etdiyi pulu da, müxtəlif vaxtlarda öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa 2019-ci ilin dekabr ayının əvvəllərində 12 nömrəli marşurut avtobusunda hərəkətə olduğu zaman, metronun “Əhmədli” stansiyası qarşısındakı dayanacaq məntəqəsində əvvəllər tanımadığı 25-30 yaşlarında olan bir qadının avtobusa daxil olduğuna diqqət etmiş, qadın avtobusa daxil olduqdan sonra tutacaqdan tutmaqla ayaq üstə dayanmış, qadına diqqət etdikdə, əlində çanta saxladığını görmüş, çantanın ağız hissəsi açıq olduğu üçün, qadının çantasından cibgirlik üsulu ilə oğurluq etmək əlverişli şərait yaratmış, belə olan halda, avtobusdakı sıxlıqdan istifadə edib, qadının yanında özünə mövqe seçmiş, avtobus M.Hadi küçəsi ilə hərəkətdə olduğu zaman avtobusdakı sıxlıqdan istifadə edib, iki barmağını qadının çantasına salıb, çantadakı pul kissəsini çıxarmış, ardınca növbəti dayanacaqda avtobusdan enmiş, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra, oğurladığı pul kissəsini açıb, içərisinə nəzər saldıqda, pul kissəsində 362 manat pul və bir neçə plastik karların olduğunu görmüş, pulu götürdükdən sonra, pul kissəsini içərisindəki plastik kartlarla birgə hazırda xatırlamadığı yerdə tullamış, oğurladığı pulu isə bir neçə gün ərzində öz şəxsi ehtiyyaclarıma xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə 44 nömrəli marşurut avtobusunda hərəkətə olduğu zaman, metronun “Xalqlar Dostluğu” stansiyası qarşısındakı dayanacaq məntəqəsində əvvəllər tanmadığı 12-15 yaşlarında olan azyaşlı oğlanın avtobusa daxil olduğuna diqqət etmiş, həmin şəxs avtobusa daxil olduqdan sonra tutacaqdan tutumaqla ayaq üstə dayanmış, əynindəki gödəkçəyə diqqət etdikdə, gödəkçənin cibində mobil telefon aparatının olması aydın nəzərə çarpmış, belə ki, mobil telefonun arxa hissəsi gödəkçənin cibindən bir qədər kənara çıxmış, belə olan halda, həmin şəxsin cibindəki mobil telefon aparatını oğurlamaq qərarına gəlib, həmin azyaşlıya yaxınlaşaraq, yan tərəfində özünə mövqe seçmiş, avtobus metronun “Əhmədli” stansiyası yaxınlığındakı dayanacaqda saxladıqda, sərnişinlərin avtobusdan düşən zaman yaratdıqları çaxnaşmadan istifadə edib, əlinin iki barmağını həmin oğlanın cibinə salaraq mobil telefonu çıxarıb, elə həmin dayanacaqda avtobusdan enmiş, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra, oğurladığı mobil telefonun markasına diqqət etdikdə, telefonun “Redmi Note 7” markalı olduğunu müəyyən etmiş. hadisədən bir neçə gün sonra mobil telefonu “Suraxanı bazarı” adlanan yerdə yerləşən mobil telefon mağazalarının birinə satıb, 150 manat pul əldə etmiş, əldə etdiyi pulu da, müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə 36 nömrəli marşurut avtobusunda hərəkətə olduğu zaman, Ə.Şıxlinki küçəsindəki dayanacaq məntəqəsində əvvəllər tanmadığı əyninə palto geynmiş orta yaşlarında olan bir qadının avtobusa daxil olduğuna diqqət etmiş, avtobusda hərəkətdə olduqları zaman həmin qadının özünə məxsus mobil telelefonu göütürüb, daha sonra əynindəki paltonun cibinə qoymasını müşahidə etmiş, mobil telefonun həmin qadının cibindən çıxarmaqla oğurlamaq münasib olduğundan, hiss etdirmədən, yavaş-yavaş həmin qadına yaxınlaşıb, cinayəti törətmək üçün uyğun mövqe seçmiş, avtobus Neapol dairəsi yaxınlığındakı dayanacaqda saxladığı zaman, sərnişinlərin bir-birirlərini itələyərək, avtobusdan düşərkən süni sıxlıq yaratmalarından istifadə edərək, əlinin iki barmağını həmin qadının əynindəki paltonun cibinə salaraq mobil telefonu çıxarıb, həmin dayanacaqda da avtobusu tərk etmiş, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra, oğurladığı mobil telefonun markasına diqqət etdikdə, telefonun “Samsung A5” markalı olduğunu müəyyən etmiş, hadisədən bir neçə gün sonra mobil telefonu 3-cü MKR dairəsinə yerləşən mobil telefon mağazalarının birinə satıb, 90 manat pul əldə etmiş, əldə etdiyi pulu da, müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa dəqiq yadındadır, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində oğurluq etmək məqəsdi ilə “Xalqlar Dostluğu” metrostasiyası yaxınlığındakı dayacaqda 40 nömrəli marşurut avtobusuna minmiş, avtobusda hərəkətdə olduğu zaman, avtobusda oturacaqların birində əyləşmiş orta yaşlarında olan bir qadının mobil telefonu vasitəsi ilə danışıq apardığına diqqət etmiş, qadında mobil telefon olduğunu gördüyü üçün, onun hərəkətlərini izləməyə başlamış, belə ki, avtobusla hərəkətdə olub, Gen. Mehmandarov küçəsinə çatan ərəfədə həmin qadının əlində saxladığı mobil telefonu çantasına qoyub, çantanın ağız hissəsini bağlamadan ayağa qalxaraq sürücü istiqamətdə hərəkətə başladığına diqqət etmiş, həmin vaxt qadının çantasına qoyduğu mobil telefonu oğurlamaq üçün münasib imkan yarandığını görüb, cəld tərpənərək qadının arxa hissəsində özümə mövqe seçmiş, avtobus həmin küçədəki dayanacaqda saxladıqda, qadının avtobusdan endiyini görüb, əlini ehmalca qadının çantasına salıb, çantasından mobil telefonu çıxarmaqla oğurlamış, qadınla birgə dayanacaqda düşdükdən sonra cəld şəkildə oradan uzaqlaşmış, həmin yerdən kənarlaşdıqdan sonra, oğurladığı mobil telefonun makasına diqqət etdikdə, telefonun “Samsung J4” olduğunu müəyyən etmiş, bir neçə gün sonra mobil telefonu yadında qalmayan ünvanda yerləşən mağazaların birinə satıb, 70 manat pul əldə etmiş, əldə etdiyi pulu da, öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə 40 nömrəli marşurut avtobusunda hərəkətə olduğu zaman, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı dayanacaqda çiynindən çanta asılı orta yaşlarında bir qadının avtobusa daxil olduğuna diqqət etmiş, qadının çantası nisbətən iri olduğu üçün, elə həmin qadının çantasından oğurluq etməyi qərarlaşmış, belə olan halda, avtobusdakı sıxlıqdan istifadə edib, qadının yanında özünə mövqe tutmuş, avtobus Sarayevo küçəsi ilə hərəkətdə olduğu zaman avtobusdakı sıxlıqdan istifadə edib, iki barmağını qadının çantasına salıb, çantadakı ilk əvvəl pul kissəsini, ardınca isə mobil telefonu çıxarmış, qadının heç nə hiss etmədyini gördükdə, Telnov küçəsindəki dayanacaqda avtobusu tərk etmiş, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra, oğurladığı pul kissəsini açıb, içərisinə nəzər saldıqda pul kissəsində 120 manat pul olduğunu aşkar etmiş, oğurladığı mobil telefona diqqət etdikdən isə telefonun “Samsung J3” markalı olduğunu müəyyən etmiş, pulu götürdükdən sonra, pul kissəsini hazırda xatırlamadığı yerdə tullamış, mobil telefonu metronun “Neftçilər” satsiyası yaxınlığında yerləşən hazırda ünvanını dəqiq bilmədiyi mağazaların birinə 50 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə sat 19 radələrində 81 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda hərəkətdə olduğu zaman, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı dayancaq məntəqəsində avtobusa əvvəllər tanımadığı, əlində çanta tutmuş bir qadının avtobusa daxil olduğunu müşahidə etmiş, həmin qadın avtobusun ön qapısı hissəsindəki tutacaqdan tutub, üzü pəncərəyə doğru ayaq üstə durmuş, qadını bir neçə dəqiqə müşahidəyə götürdükdən sonra, qadına yaxınlaşıb, onun arxasında özünə mövqe seçmiş, avtobus S.Ə.Şirvani küçəsi ilə hərəkətdə olan zaman, yaranmış sıxlıqdan istifadə edib, qadının çatnatasını tutacağa dorğu sıxaraq saxlamış, qısa zamanda sağ əlinin iki barmağını qadının çantasına salıb, çantadakı pul kissəsi çıxarmış, növbəti dayanacaqda yol haqqını ödəməklə avtobusundan çıxmış, dayanacaqdan bir qədər kənarlaşdıqdan sonra, oğurladığı pul kissəsini açıb içərisinə nəzər yetirdikdə, kisədə 1700 manat pul, adını xatırlamadığı qadına məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd maaş kartı olmasını aşkar etmiş, pulu götürdükdən sonra pul kissəsini içərisindəki əşyalarla birgə hazırda xatırlamadığı yerdə yerləşən zibil qutsuna tullamış, əldə etdiyi pulu isə müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə sat təxminən 20 radələrində Əbilov küçəsində 11 marşurut avtobusunda hərəkətdə olduğu zaman, Kavdaratlar deyilən ərazidə duracaqda çiynindən çanta asılı cavan bir qızın avtobusa daxil olduğunu görmüş, həmin qız avtobusa mindikdən sonra, yaxınlığında, yəni avtobusun arxa hissəsində tutacaqdan tutub ayaq üstə dayanmış, avtobusla hərəkətdə olub, Sadıqcan küçəsi istiqamətdə gəldikdə, həmin qız sürücü istamətdə hərəkətə başlamış, onun növbəti dayanacaqda düşəcəyini bilib, arxası ilə hərəkət etmiş, avtobus Sadıqcan küçəsindəki dayanacaqda saxladığı zaman onun çantasından pul kissəsini çıxarıb, yol haqqını ödəməklə, pul kissəsini təkrarən çantasına yerləşdirməsini müşahidə etmiş, lakin həmin qızın çantasının ağız hissəsini bağlamamasından istifadə edib, avtobusdan endiyim zaman cəld tərpənib, əlini qızın çantasına salaraq, pul kissəsini çıxarmaqla oğurlamış, nə əmlak sahibi nə də, kənar şəxslər onun oğurluq etdiyini görməmiş, bununla belə oğurluq etdikdən sonra dayanacaqdan kənarlaşıb, pul kissəsinin içərisinə nəzər saldıqda, orada 100 ABŞ dolları, 82 manat pul və bir neçə plastik kartlar olduğunu aşkar etmiş, pulu götürdükdən sonra, pul kissəsini bir qədər kənarda, lakin ünvanını dəqiq bilmədiyi yerdə tullamış, əldə etdiyi pulu isə gün ərzində öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Y.Səfərov küçəsində 49 saylı marşurut avtobusuna minərək, yaşadığı ev istiqamətdə gəlirmiş, avtobusda hərəkətdə olduğu zaman, pula ehtiyyacı olduğu üçün oğurluq etmək qərarına gəlib, avtobusda cavan bir qızın çiynindən asdığı çanta diqqətini cəlb etmiş, qızın hiss etmədiyi şəkildə ona yaxınlaşıb, çantanın içərisində qızılı rəngli pul kissəsi olduğunu görüb, pul kissəsini oğurlamaq qərarına gəlmiş, pul kisəsini çıxararaq gödəkçəsinin içərisinə yerləşdirmiş, avtobus dayanacaqda saxladığı zaman yol haqqını verib, ilk olaraq avtobusdan enmiş, dayanacaqdan kənarlaşdıqdan sonra, oğurladığı pul kissəsini açdıqda, pul kissəsində 200 manat pul və bir neçə kağız kartlar oğlduğunu aşkar etmiş, pulu götürdükdən sonra pul kissəsini içərisindəki əşyalarla birgə Babək prospektində hazırda yadında qalmayan yerdə tullamış, əldə etdiyi pulu isə elə həmin gün öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Daha sonra əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində xidməti iş yerində olduğu zaman arvadı X5 onun mobil telefonuma zəng vurub, həmin gün saat 18 radələrində Yeni Günəşli qəsəbəsi istiqamətdə getməkdən ötrü Sarayevo küçəsində yerləşən “Bazare Store” adlı mağazanın qarşısında 36 saylı marşurut avtobusuna mindiyini, avtobusla Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi istiqamətdə hərəkətdə olduğu zaman əynindəki paltonun cibində saxladığı ona hədiyyə olaraq aldığı ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə kartları altında istifadə edilən “Xiaomi Redmi S2” markalı **********10892 imei kodlu mobil telefon aparatını götürmək istədikdə telefonun cibində olmadığını və naməlum şəxs tərəfindən cibindən çıxarılmaqla oğurlandığını aşkar etdiyini bildirmiş, o bu barədə məlumat aldıqdan dərhal sonra DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, baş vermiş oğurluq cinayəti nəticəsindən ona 362 manat ziyan dəymiş, mobil telefonda istifadə edilən mobil nömrə kartalarının oğurlanması isə onun üçün maddi əhəmiyyət kəsb etməmiş, oğurluq cinayətinin törədilməsində o və ya ailə üzlərinin şübhələdiyi şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini , ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə sat 21 rdaələrində Bakı şəhəri. Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasıının qarşısından ikii azyaşlı uşağı ilə birlikddə evlərinə getmək üçün 36 nömrəli marşurut avtobusuna minmiş, avtobusda oturacaqların birində əlçantası çiynində oturmuşdur. Avtobus hərkət etdikdən bir qədər sonra əl çantasını qucağına qoymuş, Xətai rayonu, Gen. Mehmandarov küçəsi ev 100 ünvana çatanda avtobusdan düşmüş, sürcüyə gediş haqqını vermək istəyərkən pul kissəsinin çantada olmadığını görmüş, pul kissəsində özünə və uşaqlarına məxsus şəxsiyyət vərəqələri, maaş kartı və anasına məxsus pensiya kartı, habelə 215 manat pul olmuş, pul qabının qiyməti 20 manat olmuş, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 235 manat maddi ziyan dəymiş, cinayətin törədilməsində şübhələndiyi şəxs olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə 18 radələrində işdən çıxmış, X4 vasitəsi ilə Neftçilər stansiyasına gəlmiş, daha sonra dövlət qeydiyyat nişanını xatırlamadığı 40 nömrəli marşrut avtobusuna daxil olub, Neapol dairəsi yaxınlığında düşmüş, Neapol dairəsi yaxınlığına çatdıqda avtobusda sürücüyə saxlamasını xahiş etmiş, əl çantamı açıb qırmızı rəngli, “Perragamo” markalı pul kisəsini əl çantasından çıxarmadan içərisindən 30 qəpik pulu götürüb sürücüyə verib, avtobusu tərk etmiş, daha sonra yaşadığı mənzildə olarkən əl çantasında pul kisəsini aşkar etməmiş, bu barədə 102 Zəng Mərkəzinə məlumat vermiş, daha sonra 35-ci PB-də ərizə yazmış, “Perragamo” markalı pul kisəsinin dəyəri 10 manat, pul kisəsinin içərisində isə 1 ədəd 100, 3 ədəd 10, 3 ədəd 1-lik əsginazlardan ibarət 133 ABŞ dolları, müxtəlif əsginazlardan ibarət 270 manat nağd pul, ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd ona məxsus “Atəşgah” Sığorta şirkətinə aid sığorta kartı, 1 ədəd ona məxsus “Azərbaycan Beynəlxalq Bankı”na aid bank kartı, 1 ədəd “Kapital Bank” a aid pensiya kartı, 1 ədəd ona məxsus “Kapital Bank” a aid müavinat kartı, 1 ədəd əri X3 məxsus “Kapital Bank” a aid pensiya kartı, onun adına qeydə alınmış 1 ədəd Araz, 1 ədəd Bravo, 1 ədəd Bazarstore marketlərinə aid bonus kartları olmuş, ümumilikdə ona dəymiş maddi ziyan 506.10 manat təşkil etmiş, oğurlanmış müxtəlif bank kartlarından hər hansı məbləğdə pul çıxarılmadığından həmin kartların, həmçinin digər mağaza kartalarının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində 8-ci kilometr qəsəbəsindəki dayanacaqda 40 nömrəli sərnişin avtobusuna minmiş, həmiz zaman avtobusda sərnişin çoxluğu olduğu üçün ayaq üstə dayanmış, təxminən 10 dəqiqə sonra o Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsində yerləşən “Pətək restoranının yaxınlığında avtbusdan düşüb özünə məxsus əl çantasına baxan zaman çantasının içərisindəki cib hissəyə qoymuş olduğu özünə məxsus 100, 50 və 10 manatlıq əskinaslarla olan ümumilikdə 2980 manat pulunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmiş, oğurluq cinayətinin törədilməsində şübhələndiyi şəxs olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində işdən çıxıb, metro vasitəsi ilə “Əhmədli” metrostansiyasına gəlmiş, metrostansiya yaxınlığındakı dayanacağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, artıq saat 19 radələri olarmış, 12 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun qabaq qapısından içəri daxil olmuş, avtobusda inşan çoxluğu olduğundan sıxlıq yaranmış, avtobusun qabaq qapı hissəsində, tutacaqdan tutub üzü pənəcəryə doğru ayaq üstə dayanmış, avtobusla hərkət edib, yaşadığı evin yaxınlığında, yəni A.Ələsgər küçəsindəki dayanacaqda avtobusdan enmiş, ardınca bazarlıq etmək məqsədi ilə çantada saxladığı pul kissəsi götürmək istədikdə, pul kisəsinin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, oğurlanmış pul kissəsi 60 manat dəyərində olmaqla, pul kissəsinin içərisində 362 manat pul və “Premium” hesab kartı və digər endirim kartaları olmuş, baş vermiş oğurluq cinayəti nəticəsində ona dəymiş ziyanın ümumi məbləği 422 manat təşkil etmiş, plastik kart və digər endirim kartlarının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmiş, oğurluq cinayətinin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur, o, xx.xx.2006-cı il tarixdə Bakı şəhərndə anadan olmuşdur. Səid hazırda Bakı şəhər, Surxanı rayonu ərazisində yerləşən 76 nömrəli tam orta məktbdə 9-cu sinifdə təhsil alır. xx xxxxx 2019-cu il tarixdə oğlu Səidin ad günü olduğundan ona hədiyyə olaraq bir gün əvvəl yəni xx xxxxx 2019-cu il tarixdə kredit müqaviləsi əsasında “Redmi Note 7” markalı **********20442; **********10444 İMEİ kodlu mobil telefon aparatı almış, həmin vaxtdan etibarən Səid mobil telefonu ***-***-**-** mobil nömrə kartı atında istifadə etməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə işdə olduğu zaman məlum olmuş ki, oğlu Səid həmin gün saat 15 radələrində nənəsigildən çxıb metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı dayanacaqda 44 nömrəli marşurut avtobusuna minərək, yaşadıqları ev istiqmətdə hərəkətdə olarkən, Bakı şəhəri, Xətai rayonu, “Panorama Park” yaşayış massivinin qarşısında cibində saxladığı “Redmi Note 7” markalı” mobil telefon aparatını naməlum şəxs tərəfindən cibindən çıxarılmaqla oğurlanmış, oğlu evə gəldikdən dərhal sonra bu barədə arvadı Aidə Məmmədovaya məlumat vermiş, o da, öz növbəsində PB-nə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Qeyd etmiş ki, oğurlanmış mobil telefonun ilkin dəyəri 560 manat olmasına baxmayaraq, həmin telefon kredit müqaviləsi əsasında alındığından telefona görə tərəfindən ümumilikdə 671 manat 75 qəpik ödəmə aparılmış, odur ki, oğurluq nəticəsində ona 671 manat 75 qəpik maddi ziyan dəymişdir, həmçinin mobil telefonda istifadə edilən nömrə kartının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmiş, cinayətinin törədilməsində şübhələdikləri şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində 35-ci PB-ci PB-nin yaxınlığında yerləşən dayanacaqda 36 nömrəli marşurut avtobusuna minib yaşadığı ev istiqamətdə hərəkətə başlamış, avtobusa mindikdən sonra, avtobusun orta hissəsində oturacaqların birində əyləşmiş, avtobusla hərəkət edib, yaşadığı evin yaxınlığında, yəni Şirvani küçəsindəki dayanacağa çatdıqda, yol pulunu ödəyərək avtobusdan enmiş, ardınca ailə üzvlərimə zəng etmək məqsədi ilə əynindəki paltonun cibində saxladığı ona məxsus 350 manat qiymətində “Samsung Galaxy A5” markalı **********72754; **********72752 İMEİ kodlu mobil telfon aparatını götürmək istədikdə, mobil telefonun cibimdə olmadığını və naməlum şəxs tərəfindən cibimdən çıxarılmaqla oğurlandığını aşkar etmiş, avtobusa mindiyi ilkin vaxtlarda mobil telefon onun cibində olmuş, belə ki, həmin ərəfdə mobil telefonundan istfadə etməklə danışıq aparmış, zənn etmiş ki, mobil telefonu avtobusun dayanacaqların birində saxladığı zaman, yaranan sərnişin sıxlığı vaxtı tanımadığı şəxs tərəfindən cibindən çıxarılmaqla oğurlanmış, baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 350 manat ziyan dəymiş, cinayətin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində evə getmək məqsədi ilə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı dayanacağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, 40 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun qabaq qapısından içəri daxil olmuş, avtobusa daxil olduqdan sonra, avtobusun qabaq hissəsindəki oturacaqların birində əyləşmiş, artıq avtobusun yaşadığı evin yaxınlığına yəni, ünvan 2 ünvanına çatdığını gördükdə, əlində saxladığı özünə məxsus ***-***-**-** və ***-***-**-** mobil nörmə kartları ilə istifadə etdiyi 300 manat qiymətində “Samsung J4” markalı mobil telefon aparatını çantasının içərisinə qoyub, pul kissəsini çıxarmış, ardınca oturacaqdan qalxaraq avtobusun qabaq hissəsindəki qapıya yaxınlaşmağa başlamış, həmin zaman avtobusda olan bir neçə sərnişin də, avtobusdan enməyə hazırlaşdıqları üçün, qapı qarşısında sıxlıq yaranmış, avtobus dayanacaqda saxladıqda, yol haqqını ödəməklə avtobusdan enmiş, avtobusdan bir qədər kənarlaşdıqdan sonra çantasında olan mobil telefonumu çıxarıb, zəng vumaq istədikdə, mobil telefonumun yeridə olmadığını və naməlum şəxs tərəfindən çantasından çıxarılmaqla oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 300 manat ziyan dəymiş, mobil nömrə kartlarının oğurlanması isə onun üçün maddi əhəmiyyət kəsb etməmiş, avtobusda hərəkətdə olduğu zaman və ya avtobusdan enərkən ona qarşı cinayəti törədə biləcək hər hansı şübhəli davranışı diqqətini cəlb etməmiş, cinayətin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanın ödənildiyini qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində işdən çıxıb, metro vasitəsi ilə “Xalqlar Dostluğu” metrostansiyasına gəlmiş, metrostansiya yaxınlığındakı dayanacağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, artıq saat 19 radələri olarmış, 81 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun qabaq qapısından içəri daxil olmuş, avtobusda insan çoxluğu olduğundan sıxlıq yaranmış, o avtobusun qabaq qapı hissəsində, tutacaqdan tutub üzü pənəcəryə doğru ayaq üstə dayanmış, avtobusla Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki “Orxan” adlı marektin qarşısı ilə hərəkətdə olduğu zaman əlində saxladığı çantanın dartıldığını hiss etmiş, arxaya çöndüyü zaman çantasının əvvəllər tanımadığı təxminən 33-35 yaşlarında, arıq bədən quruluşlu, yumru sifətli, ağbəniz, qısa qara saçlı, enli qaşlı, üzündə az tük olan, bığsız, saqqalsız, təxminən 175 sm boyu olan bir nəfər şəxs tərəfindən avtobusun salon hissəsindəki tutacağa dorğu sıxıldığını görmüş, həmin zaman güc edərək çantasınə çıxarmağa nail olmuş, həmin ərəfədə avtobus növbəti dayancaqda saxladığından, həmin tanımadığı şəxs avobusdan düşərək getmiş, o isə yoluna davam edib, yaşadığı evin yaxınlığında, yəni Telnov küçəsindəki dayanacaqda avtobusdan enmiş, ardınca bazarlıq etmək məqsədi ilə çantada saxladığı pul kissəsi götürmək istədikdə, pul kisəsinin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, oğurlanmış pul kissəsi 50 manat dəyərində olmaqla, pul kissəsinin içərisində ona məxsus “Beynəlxalq Bank”ın maaş müavinətinə dair **********100108 nöməli plastik kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 1700 manat nağd pul olmuş, baş vermiş oğurluq cinayəti nəticəsində ona dəymiş ziyanın ümumi məbləği 1750 manat təşkil etmiş, baş vermiş oğurluq hadisədən dərhal sonra “Beynəlxalq Bank”a zəng vurmaqla maaş kartının oğurlanadığı barədə bildirib, kartı bağlatdırmış, eyni zamanda kartdan ona məxsus hər hansı məbləğdə pulun çıxarılmadığını məlum etmiş, buna görə də maaş kartının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmiş, həmçinin çantasından ona məxsus pul kissəsinin çıxarılmaqla oğurlanmasında avtobusda onun arxa hissəsində durmuş əvvəllər tanımadığı təxminən 33-35 yaşlarında, arıq bədən quruluşlu, yumru sifətli, ağbəniz, qısa qara saçlı, enli qaşlı üzündə az tük olan, bığsız saqqalsız, təxminən 175 sm boyu olan şəxsdən şübhələnmiş, həmin şəxsi görən kimi tanıyardı. Təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanın ödənildiyini qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində işə getmək məqsədi ilə yaşadığı evdən çıxıb, evin yaxınlığında yəni, İnşaatçılar prospekti, “Kontinental” marketin qarşı tərəfində yerləşən duracaqda 14 saylı marşurut avtobusuna minmiş, avtobusa minərkən əlində saxladığı qara rəngli çantadan qızılı rəngli pul kissəsini çıxarıb, ödəniş etmiş, ardınca pul kisəsini təkrarən çantasına yerləşdirmiş, avtobusla hərəkət edib, metronun “28 may” stansiyası yaxınlığına çatdıqda, avtobusdan enmiş, daha sonra piyada olaraq “Səməd Vurğun” bağı istiqamətdə gəlib, oradakı duracaqda 49 saylı marşurut avtobusuna minmiş, 49 nömrəli avtobusla hərəkətdə olub, saat təxminən 10 radələrində iş yerinin yaxınlığına yəni, Babək prospektində yerləşən “Cahan Motors” şirkətinin qarşındakı duracağa çatdıqda, avtobudan enmək istəmiş, yol pulunu ödəmək üçün çantasında saxladığı pul kissəsini götürmək istədikdə pul kisəsinin yerində olmadığını, naməlum şəxs tərəfindən çantasından çıxarılmaqla oğurlandığını aşkar etmiş, avtobusdan düşdükdən dərhal sonra, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, oğrulanmış pul kisəsi 20 manat dəyərində olmaqla içərisində 200 manat nağd pul və işlədiyi “Bellisa” şirkətinə aid vizit kartlar olmuş, baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 220 manat təşkil etmiş, vizit kartlarının oğurlanması isə ona maddi əhəmiyyət kəsb etməmişdir. Həmçinin baş vermiş oğurluq hadisəsindən bir neçə saat sonra hazırda yadında qalmayan nömrədən əvvəllər tanımadığı bir nəfər şəxs ona zəng vurub, Babək prospektində yerləşən “Günəş” marketin yaxınlığında yerləşən zibil qutusu yaxınlığında ona aid pul kissəsini tapması barədə məlumat vermiş, o həmin şəxslə görüşrərək pul kissəsini ondan götürmüş, pul kisəssini ona təhvil vermiş şəxsin adını və digər anket məlumatlarını bilməmiş, həmin şəxsin xarici görünüşü yadında qalmamış, pul kissəsini götürüb içərisinə nəzər saldıqda, pul kisssində olan 200 manat pulunun oğurlandığını, lakin vizit kartların yerində olduğunu aşkar etmiş, həmin pul kissəsini isə istifadə etmədiyindən bir neçə gün sonra tullamış, 49 nömrəli avtobusda hərəkətdə olduğu zaman ona qarşı cinayəti törədə biləcək hər hansı şəxsin şübhəli davranışı onun diqqətini cəlb etməmiş, cinayətin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Halhazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat verərək bildirmişdir ki, səhhətinə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcək, dəymiş ziyan ödənilməmişdir, lakin bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə gəzmək məqsədi ilə rəfiqəsi ilə birgə Bakı şəhəri, Baş Polis İdarəsinin yaxınlığında yerləşən “Sevirəm” parkı adlanan yerə gəlmiş, saat təxminən 20 radələri olarmış, parkda bir qədər gəzidkədən sonra, park yeni il bayramına uyğun şəkildə bəzədildiyi üçün ***-***-**-** saylı mobil nömrə kartı ilə istifadə etdiyi özünə məxsus 700 manat qiymətində “Samsung Galaxy A7” markalı mobil telefonumu çıxarıb, telefon vasitəsi ilə şəkillər çəkməyə başlamış, telefonla bir neçə şəkil çəkdikdən sonra, telefonu əynindəki qış gödəkçəsinin cibinə yerləşdirib, parkda hərəkətini davam etdirmiş, parkda insan çoxluğöu olduğu üçün bir qədər sıxlıq yaranmış, bunula belə parkda gəzdiyi zaman qəflətən bir nəfər əvvəllər tanımadığı, təxminən 33-35 yaşlarında, arıq bədən quruluşlu, yumru sifətli, ağbəniz, qısa qara saçlı, enli qaşlı, üzündə az tük olan, bığsız, saqqalsız, təxminən 175 sm boyu olan bir nəfər şəxs çiyin hissəsi ilə ona toxunub, aralanaraq getmiş, o ayaq saxlasa da, həmin şəxs dayanmayıb, insan toplusu arasında uzaqlaşmış, bununla belə hadisənin təsadüfi xarakter daşıdığını düşünüb, buna əhəmiyyət verməmiş, parkda bir neçə dəqiqə gəzdikdən sonra, oradan çıxıb, piyada olaraq “X9” istiqamətdə hərəkət etmiş, mərkəzin qarşısına çatıb, əlini gödəkçənin cibinə salıb, mobil telefonunu götürmək istədikdə, telefonunun cibində olmadlığını, naməlum şəxs tərəfindən cibindən çıxarılmaqla oğurlandığını aşkar etmiş, bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng vurmaqla hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 qeyd etmiş ki, baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 700 manat ziyan dəyiş, mobil nömrə kartının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmiş, ona qarşı oğurluq cinayətinin törədilməsində, “Sevirəm” parkında gəzdiyi zaman çiyni ilə ona toxunmuş tanımadığı şəxsdən şübhələnmiş, həmin şəxsi görsə tanıyardı. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat verərək bildirmişdir ki, koronavirus pandemiyasına görə Bakı şəhərinə gedişgəlişə məhdudiyyət olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcək, dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə xalası qızı ilə görüşməkdən ötrü işlədiyi metronun “H.Aslanov” stasiyası yaxınlığında yerləşən mağazaya gəlmiş, onunla görüşüb bir qədər söhbətləşdikdən sonra, mağazadan çıxaraq yaşadığı evə gəlmək məqsədi ilə metronun “H.Aslanov” stansiyası yaxınlığında yerləşən duracağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, artıq saat 19 radələri olarmış, 51 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun arxa qapısından içəri daxil olmağa cəhd etmiş, duracaqda sərnişlərin sayı çox olduğu üçün avtobusa minərkən sıxlıq yaranmış, avtobusa mindiyi zaman, əlində saxaladığı özünə məxsus 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə kartı altında istifadə etdiyi 400 manat dəyərində “Samsung A7” markalı **********98866; **********98863 İMEİ kodlu mobil telefonunu çiyinlərinə keçirdiyi çantanın yan cibində qoymuş, insan toplusu arasında hərəkət edib avtobusa minmək istədiyi zaman, hər ehtimala görə çantanın cib hissəsinə yerləşdirdiyi telefonu götürmək istəmiş, həmin zaman telefonunun yerində olmadığını, naməlum şəxs tərəfindən çantasının cibindən çıxarılmaqla oğurlandığını aşkar etmiş, mobil telefonunu uzun müddət ərzində valideynləri və digər qohumlarının ona ad günlərində, həmçinin digər bayramlarda hədiyyə etdikləri pul hesabına almış, oğurluq cinayəti nəticəsində ona ümumilikdə 405 manat ziyan dəymiş, cinayətinin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs11 məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat verərək bildirmişdir ki, koronavirus pandemiyasına görə Bakı şəhərinə gedişgəlişə məhdudiyyət olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcək, dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində evə getmək məqsədi ilə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı dayanacağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, 40 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun qabaq qapısından içəri daxil olmuş, avtobusda sərnişin çoxluğu olduğundan sıxlıq olmuş, o avtobusun orta hissəsində, tutacaqdan tutub ayaq üstə dayanmış, avtobusda hərkətdə olduğu zaman bir nəfər əvvəllər tanımadığı təxminən 33-35 yaşlarında, arıq bədən quruluşlu, yumru sifətli, ağbəniz, qısa qara saçlı, üzündə az tük olan, bığsız, saqqalsız, təxminən 172-175 sm boyu olan bir nəfər şəxs tərəfindən avtobusun salon hissəsindəki tutacağa dorğu sıxılmış, həmin vaxt tanımadığı şəxsə irad bildirib, bir qədər kənarlaşmasını xahiş etmiş, həmin ərəfədə avtobus növbəti dayancaqda saxladığından, həmin tanımadığım şəxs avobusdan düşərək getmiş, o isə yoluna davam edib, yaşadığı evin yaxınlığında, yəni Neapol küçəsi 41D ünvanında yerləşən dayanacaqda avtobusdan enmiş, avtobusdan endikdən sonra çantasının bir qədər yüngül gəldiyini hiss etmiş, çantasına baxdıqda, çantadan içərisində 120 manat pul olan 30 manat dəyərində boz rəngli pul kissəsinin və ***-***-**-** saylı mobil nömrə kartı altında istifadə etdiyi 150 manat qiymətində “Samsung J3” markalı **********344864 və **********344862 imei kodlu mobil telefonun olmadığını, naməlum şəxs tərəfindən çantasından çıxarılmaqla oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq cinayəti nəticəsində ona 300 manat ziyan dəymiş, mobil nömrə kartının oğurlanması isə onun üçün maddi əhəmiyyət kəsb etməmiş, həmçinin çantasından ona məxsus pul kissəsinin və mobil telefonunun oğurlanmasında avtobusda onun arxa hissəsində durmuş əvvəllər tanımadığım təxminən 33-35 yaşlarında, arıq bədən quruluşlu, yumru sifətli, ağbəniz, qısa qara saçlı, üzündə az tük olan, bığsız saqqalsız, təxminən 172-175 sm boyu olan şəxsdən şübhələnmiş, həmin şəxsi görsə tanıyardı. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs13 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə işdən çıxıb, yaşadığı evə gəlmək məqsədi ilə metronun “H.Aslanov” stansiyası yaxınlığında yerləşən duracağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, artıq saat 20 radələri olarmış, 11 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun arxa qapısından içəri daxil olmuş, o, avtobusun arxa hissəsində, tutacaqdan tutub ayaq üstə dayanmış, avtobusla hərəkətdə olub yaşadığı evin yaxınlığında, yəni Sadıqcan küçəsindəki dayanacağa çatdıqda çiynindən asılı olan çantanda saxladığı qırmızı rəngli dəri materialdan olan pul kissəsini götürüb, yol haqqını ödəməklə avtobusdan enmiş, avtobusdan endiyi zaman pul kissəsini təkrarən çantasının içərisinə yerləşdirmiş, avtobusdan bir qədər aralandıqdan sonra bazarlıq etmək məqsədi ilə çantasında saxladığı pul kissəsini götürmək istədikdə, pul kissəsinin yerində olmadığını aşkar etmiş, həmin vaxt məlum etmiş ki, pul kissəsi onunla eyni zamanda avtobusdan enmiş tanımadığı şəxslərdən biri tərəfindən çantasından çıxarılmaqla oğurlanmış, qeyd etmiş ki, oğurlanmış pul kissəsi 60 manat dəyərində olmaqla, pul kissəsinin içərisində ona məxsus 50 manatlıq “Libraff” həddiyyə kartı, 100 ABŞ dolları, 82 manat pul və “Express Banka” aid maaş kartı olmuş, baş vermiş oğurluq cinayəti nəticəsində ona dəymiş ziyanın ümumi məbləği 362 manat təşkil etmiş, baş vermiş oğurluq hadisədən dərhal sonra “Express Banka”a zəng vurmaqla maaş kartımın oğurlanması barədə məlumat verdikdə, kartdan ona məxsus hər hansı məbləğdə pulun çıxarılmadığını məlum etmiş, ona görə də, bank kartının oğurlanması onun üçün maddi əhəmiyyət kəsb etməmiş, həmçinin çantasından ona məxsus pul kissəsinin oğurlanmasında avtobusdan onunla birgə enmiş təxminən 175 sm boylarında olan, xarici görünüşünü xatırlamadığı şəxsdən şübhələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə ad günü olduğu üçün atası Məmmədov Şövkət Telman oğlu hədiyyə olaraq ona “Redmi Note 7” markalı mobil telefon almış, həmin vaxtdan etbarən mobil telefonu ***-***-**-** mobil nömrə kartı atında istifadə etməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yaşayan nənəmgilin yaşadığı evdən çıxıb, evə getmək məqsədi ilə piyada olaraq metro istiqamətdə gəlmiş, metrostansiya yaxınlığındakı dayanacağa gəlib, marşurut avtobusunun gəlməsini gözləməyə başlamış, saat 15 radələri olarmış, 44 nömrəli marşurut avtobusunun dayanacağa gəldiyini görüb yaxınlaşaraq avtobusun qabaq qapısından içəri daxil olmuş, avtobusda sərnişin çoxluğu olduğundan sıxlıq yaranmış, o avtobusun qabaq qapı hissəsində, sürücünün arxa hissəsində tutacaqdan tutub ayaq üstə dayanmış, artıq avtobusla Bakı şəhəri, Xətai rayonu, “Panorama Park” yaşayış massivinin qarşısından keçərkən əlini əynindəki qış gödəkçəsinin cibinə salıb, cibində saxladığı atasının ona hədiyyə olaraq aldığı “Redmi Note 7” markalı” mobil telefon aparatını çıxrıb, ailə üzvlərinə zəng vurmaq istəmiş, bu zaman mobil telefonun yerində olmadığını, naməlum şəxs tərəfindən cibindən çıxarılmaqla oğurlandığını aşkar etmiş, buna baxmayaraq avtobusla hərəkətini davam etdirib, yaşadığı evin yaxınlığındakı dayanacaqda avtobusdan düşmüş, evə çatıb dərhal anası X1 baş verənlər barədə məlumat vermiş, anası da, öz növbəsində DİN-in 102 xidmətinə zəng vurmaqla hadisə barədə məlumat vermiş, oğurluq cinayətinin törədilməsində şübhələdiyi şəxs və ya şəxslər olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlər Nuripa İsmailova, Şahid3, Şahid4 və Şahid5 ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan AZ-İİİ 450747 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Sabina Kərimova adlı bir azyaşlı uşağı var. İş materiallarında olan Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs10 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsi bağışlamışlar, dəymiş ziyanın ödənildiyini qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, oğurluq nəticəsində vurmuş olduğu zərərlərin böyük qismini ödəməməsini,zərərçəkmiş şəxslərin şikayətlərinin eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci iltarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar