Məhkəmə qərarları › İş №1(011)-169/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-169/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-169/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 27 sentyabr 1980-cı ildə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Seyidsaraclı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1982-ci ildə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Seyidsaraclı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 2020-ci ilin oktyabr ayı ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti “Koroğlu” metrostansiyasının qarşısından “Heydər Əliyev adına X5” istiqamətində avtomobil yolunun sağ kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 39 ədəd, Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun sağ və sol kənarlarında quraşdırılmış 97 ədəd, bununla da hər birinin qiyməti 127 manat 90 qəpik təşkil edən ümumilikdə 136 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını (kanalizasiya qapaqları) gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 17394.4 (on yeddi min üç yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1lə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 2020-ci ilin oktyabr ayı ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti “Koroğlu” metrostansiyasının qarşısından “Heydər Əliyev adına X6” istiqamətində avtomobil yolunun sağ kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 39 ədəd, Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun sağ və sol kənarlarında quraşdırılmış 97 ədəd, bununla da hər birinin qiyməti 127 manat 90 qəpik təşkil edən ümumilikdə 136 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını (kanalizasiya qapaqları) gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol istismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 17394.4 (on yeddi min üç yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının axırlarında qardaşı Nizam Bakı şəhəri ərazisində yerləşən yol kənarlarında, əsasən də avtomagistral, şosse və əsas təyinatlı yolların kənarlarında olan yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlayıb metal qəbulu yerlərinə satmaqla yaxşı gəlir əldə edə biləcəklərini, yalnız oğurluq malı daşımaq üçün nəqliyyat vasitəsinin çatışmamasını demiş, buna görə ona taksi kimi idarə etdiyi “Ravon Nexia R3” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobildən vasitə kimi istifadə etməklə birlikdə oğurluq etmələrini təklif etmiş, gəliri də bərabər böləcəklərini demişdir. O, öncə tərəddüd etmiş, qardaşı Nizami isə hər şeyi planlaşdırdığını, həmin dəmir barmaqlıqlara nəzarət edən şəxs və ya şəxslərin olmadığını, oğurluğu heç kimin aşkar etməyəcəyini bildirmişdir. O, bu fikrin haradan ağlına gəldiyini Nizamidən soruşanda, sonuncu, qaraçıların metal qəbulu yerinə metal satdıqlarını gördüyünü və belə niyyətinin yarandığını, həmin dəmir barmaqlıqları hara sata biləcəklərini maraqlandığını, bir neçə xırda metal qəbulu yerlərinə gedib soraqlaşdığını, Bakı şəhəri Nərimanov rayonu Ziya Bunyatzadə prospektində yerləşən “X8” MMC-nin qarşısında metal qəbulu ilə məşğul olan maklerlərə böyük həcmdə metal sata biləcəklərini demişdir. Öncə tərəddüd etmiş, sonda isə razılaşmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq o və qardaşı Nizami bir yerdə “Ravon Nexia R3” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobildən vasitə kimi istifadə edərək Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun kənarında quraşdırılmış yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamağa başlamışlar. O, avtomobili idarə etmiş, qardaşı isə dəmir barmaqlıqları oğurlamış, bəzən çəkisi ağır olanda o da düşüb kömək etmiş və birlikdə həmin barmaqlıqları yerindən çıxarıb oğurlamışlar. Təxminən bir həftə və ya on gün həmin ərazidən oğurluq etdikdən sonra, ara vermək üçün və yaxalanmamaqdan ötrü Heydər Əliyev prospektinin Sabunçu rayonu ərazisinə düşən hissəsindən, yəni “Koroğlu” metrostansiyasının qarşısından “Heydər Əliyev adına X5” istiqamətində aparan magistral yoldan da, yol kənarından müəyyən qədər yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamışlar. Təxminən 20-22 gün ərzində onlar ikisi hissə-hissə 60-a yaxın belə barmaqlıq oğurlamışlar. Sonucu dəfə 2020-ci ilin oktyabr ayının 20-25 arası Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun kənarında quraşdırılmış sayını xatırlamadığı yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamışlar. Hansı tarixlərdə və hansı sayda dəmir barmaqlıq oğurladıqlarını artıq xatırlamır. Oğurladıqları dəmir barmaqlıqları gündəlik olaraq ünvanı yadında qalmayan, lakin Nərimanov rayonu Ziya Bünyatzadə prospektinin yaxınlığında yerləşən tikililərin arxasında gizlədirmişlər. 2020-ci ilin oktyabr ayının 20-25 arası artıq 60-a yaxın barmaqlıq topladıqdan sonra onları bir dəfəyə satmaq üçün yoldan keçən yük avtomobili tutmaqla həmin yük avtomobilinə yükləyib Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyatzadə prospektində yerləşən “X8” MMC-nin qarşısına gətirmişlər və həmin ərazidə yerləşən tikinti materialları dükanlarının birində metal alışı ilə məşğul olan şəxslər barədə maraqlananda onlara Niyazi adlı şəxsin mobil telefon nömrəsini vermişlər. Qardaşı Nizami həmin nömrəyə zəng vurub Niyazi ilə danışmış, metal satmaq istədiyini demiş, bir neçə dəqiqə sonra Niyazi gəlmiş, “X8” MMC-nin qarşısında onunla görüşmüşlər. Niyazi mala baxıb haradan əldə etdiklərini soruşub özü dəmir barmaqlıqların yol kənarında quraşdırıldığını və oğurluq mala oxşadığını demişdir. Niyazinin malın oğurluq olmasını başa düşdüyünü görüb qardaşı Nizami həqiqətən də malın oğurluq mal olmasını etiraf etmiş, lakin yalandan onların da bu malı başqasından ucuz qiymətə əldə etdiklərini bildirmişdir. Niyazi gələcəkdə həmin malla bağlı problem olsa, bunun işə aidiyyətinin olmayacağını demiş, onlar da Niyazini əmin etmişlər ki, heç bir problem olmayacaq, adını heç bir halda verməyəcəklər. Daha sonra Niyazinin sözü ilə həmin malı “X8” MMC-nin həyətində tərəzidə çəkdirdikdən sonra ora boşaltmışlar və Niyazi hər bir kiloqramına görə 0.29 manatdan ümumilikdə 61 ədəd dəmir barmaqlığa görə pulu onlara verəndən sonra oradan çıxıb getmişlər. Həmin pulu ehtiyaclarına xərcləmişlər. xx xxxxxxx 2020-ci il tarixdə qardaşı Nizamiyə polisdən zəng gəlmiş və 37-ci Polis Şöbəsinə çağırılmışlar. Həmin günün ertəsi, yəni xx xxxxxx 2020-ci il tarixdə o və qardaşı Nizami polisə getmiş və həmin tarixdə polis tərəfindən saxlanılmışlar. Oğurluğu günün müxtəlif saatlarında etmiş, gündüz vaxtı adam olmayan yerlərdən oğurluq etmiş, hərəkətlərini görən olmamış, gizli şəraitdə dəmir barmaqlıqları talamış, bununla bağlı onlara yaxınlaşan və ya oğurluq etdiklərini bildirən şəxs olmamışdır. Əməlindən peşmandır, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün öz maddi ehtiyaclarını ödəməyə çətinlik çəkmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında qaraçıların metal qəbulu yerinə metal satdıqlarını görmüş, küçələrdəki, əsasən də avtomobil yollarının kənarında quraşdırılmış yağış və qrunt su ötürücüsünün dəmirdən olan barmaqlıqlarını oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin dəmir barmaqlıqları hara sata biləcəyini maraqlanmış, bir neçə xırda metal qəbulu yerlərinə gedib soraqlaşmış və ona məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Ziya Bunyatzadə prospektində yerləşən “X8” MMC-nin qarşısında metal qəbulu ilə məşğul olan maklerlərə böyük həcmdə metal satmaq mümkündür. Oğurluq etmək istədiyi yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını daşımaq üçün ona nəqliyyat vasitəsi lazım olmuş, həmin ərəfədə qardaşı Şahmalı “xxxx” MMC-yə məxsus “Ravon Nexia R3” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili taksi kimi idarə etmişdir. Buna görə qardaşı Şahmalıya niyyəti barədə məlumat vermiş və birlikdə oğurluq etmələrini təklif etmiş, qazancı da bərabər böləcəklərini demişdir. Şahmalı öncə tərəddüd etmiş, sonda razılaşmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq o və qardaşı Şahmalı bir yerdə “Ravon Nexia R3” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobildən vasitə kimi istifadə edərək Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun kənarında quraşdırılmış yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamağa başlamışlar. Təxminən bir həftə və ya on gün həmin ərazidən oğurluq etdikdən sonra, ara vermək üçün və yaxalanmamaqdan ötrü Heydər Əliyev prospektinin Sabunçu rayonu ərazisinə düşən hissəsindən, “Koroğlu” metrostansiyasının qarşısından “Heydər Əliyev adına X5” istiqamətində magistral yoldan da, yəni yol kənarından müəyyən qədər yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamışlar. Təxminən 20-22 gün ərzində onlar ikisi hissə-hissə 60-a yaxın belə barmaqlıq oğurlamışlar. Sonucu dəfə 2020-ci ilin oktyabr ayının 20-25 arası Xətai rayonu Nobel prospektindəki avtomobil yolunun kənarında quraşdırılmış sayını xatırlamadığı yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamışlar. Hansı tarixlərdə və hansı sayda dəmir barmaqlıq oğurladıqlarını artıq xatırlamır. Oğurladıqları dəmir barmaqlıqları gündəlik olaraq ünvanı yadında qalmayan, lakin Nərimanov rayonu Ziya Bünyatzadə prospektinin yaxınlığında yerləşən tikililərin arxasında gizlədirmişlər. 2020-ci ilin oktyabr ayının 20-25 arası artıq 60-a yaxın barmaqlıq topladıqdan sonra onları bir dəfəyə satmaq üçün yoldan keçən yük avtomobili tutmaqla həmin yük avtomobilinə yükləyib Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyatzadə prospektində yerləşən “X8” MMC-nin qarşısına gətirmiş və həmin ərazidə yerləşən tikinti materialları dükanlarının birində metal alışı ilə məşğul olan şəxslər barədə maraqlananda onlara Niyazi adlı şəxsin mobil telefon nömrəsini vermişlər. O, həmin nömrəyə zəng vurub Niyazi ilə danışmış, metal satmaq istədiyini bildirmiş, ondan nə metal olduğunu soruşanda, çuqun olduğunu demiş, metalın harada olduğunu soruşanda, “X8” MMC-nin qarşısına gətirdiyini söyləmişdir. Bir neçə dəqiqə sonra Niyazi gəlmiş, “X8” MMC-nin qarşısında görüşmüşlər. Niyazi mala baxıb haradan əldə etdiklərini soruşub özü dəmir barmaqlıqların yol kənarında quraşdırıldığını və oğurluq mala oxşadığını demişdir. Niyazinin malın oğurluq olmasını başa düşdüyünü görüb həqiqətən də malın oğurluq mal olmasını etiraf etmiş, lakin yalandan onların da bu malı başqasından ucuz qiymətə əldə etdiklərini bildirmişdir. Niyazi gələcəkdə həmin malla bağlı problem olsa, bunun işə aidiyyətinin olmayacağını demiş, onlar da Niyazini əmin etmişlər ki, heç bir problem olmayacaq, adını heç bir halda verməyəcəklər. Daha sonra Niyazinin sözü ilə həmin malı “X8” MMC-nin həyətində tərəzidə çəkdirdikdən sonra ora boşaltmışlar və Niyazi hər bir kiloqramına görə 0.29 manatdan ümumilikdə 61 ədəd dəmir barmaqlığa görə pulu onlara verəndən sonra oradan çıxıb getmişlər. Həmin pulu ehtiyaclarına xərcləmişlər. xx xxxxxxx 2020-ci il tarixdə ona polisdən zəng gəlmiş və 37-ci Polis Şöbəsinə çağırılmışdır. Həmin günün ertəsi, yəni xx xxxxxx 2020-ci il tarixdə qardaşı Şahmalı ilə polisə getmiş və həmin tarixdə polis tərəfindən saxlanılmışlar. Oğurluğu günün müxtəlif saatlarında etmiş, gündüz vaxtı adam olmayan yerlərdən oğurluq etmiş, hərəkətlərini görən olmamış, gizli şəraitdə dəmir barmaqlıqları talamış, bununla bağlı onlara yaxınlaşan və ya oğurluq etdiklərini bildirən şəxs olmamışdır. Əməlindən peşmandır, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, hüquqşünası olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «xxxx» MMC ona həvalə edilmiş və Bakı şəhərinin inzibati ərazisi daxilində yerləşən dövlət əhəmiyyətli və xüsusi təyinatlı avtomobil yollarını saxlamaq, tunel və körpüləri təmir, bərpa etmək, onları qorumaq, yol kənarı qurğularının vəziyyətinə nəzarət etmək və yollarda bu tipli digər xidmətləri göstərməklə məşğul olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «xxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Xətai Rayon Polis idarəsinə müraciət göndərilərək Xətai rayonu Nobel prospektinin yol kənarlarında quraşdırılmış ümumilikdə 44 ədəd su ötürücüsünün dəmir barmaqlıqlarının oğurlanması barədə məlumat verilmişdir. Sonrakı müddətdə, yəni 2020-ci ilin oktyabr ayının ortalarına qədər olan müddətdə Xətai rayonu Nobel prospektinin yol kənarlarında quraşdırılmış daha 46 ədəd su ötürücüsünün dəmir barmaqlıqları oğurlanmış və ümumilikdə sayı 90 ədəd təşkil etmişdir. Bundan əlavə, Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti “Koroğlu” metrostansiyasının qarşısından “Heydər Əliyev adına X5” istiqamətində avtomobil yolunun sağ kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 39 ədəd dəmir barmaqlıqları oğurlanmışdır. 61 ədəd dəmir barmaqlıqları istintaq orqanı tərəfindən geri qaytarılmış, 9592,50 manat zərər ödənilmədən qalmışdır. Depozitə qoyulmuş pul vəsaiti zərərin ödənilməsi üçün kifayət edir və pul vəsaitinin 9592,50 manat hissəsinin zərərin ödənilməsinə yönəldilməsini xahiş edir. Depozitə qoyulmuş 9592,50 manat pul vəsaiti zərərin ödənilməsi üçün yetərli olduğundan təqsirləndirilən şəxslərə barışaraq onlaraq qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Taptıq oğlu ifadəsində göstərmişdir ki, 2008-ci ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «xxxx» MMC-də yol ustası kimi işləyir. Onun funksional vəzifəsi «xxxx» MMC-nin balansında olan və ona ayrılmış inzibati sahə üzrə yollarda təmir-bərpa işlərini, yəni sınmış və ya zədələnmiş bordürləri, yol nişanlarını, digər yol elementlərini əvəz etmək və ya təmirini təşkil etmək, yollarda quraşdırılmış su ötürücüsünün dəmir barmaqlıqlarını açaraq su axını yerlərini təmizləmək, sair bu kimi işləri təmin etməkdir. Bundan ötrü o, bu işi bilavasitə yerinə yetirən fəhlələrlə birlikdə gündəlik olaraq ona ayrılmış sahədə olub həmin işləri fəhlələrə gördürür və işlərinə bilavasitə nəzarət edib bu işi təşkil edir. Ona ayrılmış sahə Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki iki tərəfli avtomobil yolunu əhatə edir, daha dəqiq Nobel prospektinin Neftçilər prospekti ilə kəsişməsindən başlayır və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısındakı dairəyə qədərdir. 2020-ci ilin oktyabr ayının 1-dən başlayaraq ona ayrılmış sahə üzrə, yəni Nobel prospektində su ötürücüsünün dəmir barmaqlıqlarının oğurlanmasını aşkar etməyə başlamış və aşkar etdikcə bu barədə rəhbərliyə şifahi məlumat verirmiş, dəqiq olaraq hansı gündə, nə qədər su ötürücüsünün dəmir barmaqlıqlarının oğurlanmasını bilməmişdir. xx.xx.2020-ci il tarixədək həmin yol boyunca, yəni Nobel prospektindəki avtomobil yolunun kənarında quraşdırılmış və oğurlanmış su ötürücüsünün dəmir barmaqlıqlarının sayı 44 ədəd təşkil etmiş və bu barədə xidməti məktub yazaraq rəhbərliyə məlumat vermişdir. Sonrakı tarixlərdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona yarılmış qeyd etdiyi sahədə ümumilikdə 53 ədəd su ötürücüsünün dəmir barmaqlıqları oğurlanmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona ayrılmış Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki iki tərəfli avtomobil yolunda, yol kənarında quraşdırılmış və oğurlanmış su ötürücüsünün dəmir barmaqlıqlarının sayı 97 ədəd təşkil etmişdir. Həmin cinayət əməlini törədən bir qrup şəxs tutulduqdan sonra, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «xxxx» MMC-yə maddi sübut olaraq götürülmüş 61 ədəd su ötürücüsünün dəmir barmaqlıqları polis tərəfindən qaytarılmışdır. Onlar, həmin barmaqlıqları Bakı şəhəri Xətai rayonu Nobel prospektindəki iki tərəfli avtomobil yolunun kənarlarındakı yerlərinə quraşdıran vaxt onlardan ölçülərinə görə cəmi 22 ədəd su ötürücüsünün dəmir barmaqlıqları yerlərinə uyğun gəlmiş, qalan 39 ədədi isə ölçülərinə görə uyğun gəlməmiş və o onları idarəyə təhvil vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin 39 ədəd su ötürücüsünün dəmir barmaqlıqları Koroğlu metrostansiyasından Heydər Əliyev adına X5 istiqamətində aparan yoldan oğurlanmış su ötürücüsünün dəmir barmaqlıqları olmuşlar, onlar ölçülərinə görə yerlərinə uyğun gəlmiş və yerinə quraşdırılmışlar. Onun sahəsi üzrə oğurlanmış və çatışmayan, yəni tapılmamış və müvafiq olaraq yerinə quraşdırılmamış su ötürücüsünün dəmir barmaqlıqlarının sayı bu günə 75 ədəd təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «xxxx» MMCnin xx.xx.2020-ci il tarixli 316 nömrəli məktubunda texniki səhvə yol verilərək yerinə quraşdırılmış su ötürücüsünün dəmir barmaqlıqlarının sayı 21 göstərilmişdir. Onun ifadədə verdiyi məlumat doğrudur, çünki o quraşdırma işlərini aparmış, idarəyə təhvil verilmiş 61 ədəd barmaqlıqdan 22 ədədi ölçülərinə görə uyğun gəldiyindən Nobel prospektində quraşdırılmış, hazırda çatışmayan barmaqlıqların sayı 75 ədəd təşkil edir. Hər bir yolda fərqli ölçüdə su ötürücüsünün dəmir barmaqlıqlar: quraşdırlmış, yəni Heydər Əliyev prospekti boyunca quraşdırlmış dəmir barmaqlıqlar bir ölçüdə, Nobel prospekti boyunca quraşdırılmış barmaqlıqlar digər ölçüdə, Neftçilər prospekti boyunca quraşdırılmış barmaqlıqlar digər ölçüdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «xxxx» MMC-də yol ustası, 2010-cu ildən isə sahə rəisi kimi işləyir. Onun funksional vəzifəsi «xxxx» MMCnin balansında olan və ona ayrılmış inzibati sahə üzrə yollarda təmir-bərpa işlərini, yəni sınmış və ya zədələnmiş bordürləri, yol nişanlarını, digər yol elementlərini əvəz etmək və ya təmirini təşkil etmək, yollarda quraşdırılmış su ötürücüsünün dəmir barmaqlıqlarını açaraq su axını yerlərini təmizlətdirmək, sair bu kimi işləri təmin etməkdir. Bundan ötrü o, bu işi bilavasitə yerinə yetirən fəhlələrlə birlikdə gündəlik olaraq ona ayrılmış sahədə olub həmin işləri fəhlələrə gördürür və işlərinə bilavasitə nəzarət edib bu işi təşkil edir. Ona ayrılmış sahə Bakı şəhəri Nərimanov və Nizami rayonlarının sərhədlərini ayıran «Mircəfər Bağırov» adına körpünün altından başlayaraq Xəzər rayonu, Bilgəh qəsəbəsi daxil olmaqla iki tərəfli avtomobil yolunu əhatə edir, həmin avtomobil yolu Nərimanov, Nizami, Sabunçu, Suraxanı və Xəzər rayonlarının inzibati ərazisindən keçir. Ona ayrılmış sahə üzrə Suraxanı rayonunun inzibati ərazisindən 88 ədəd, Sabunçu rayonunun inzibati ərazisindən 87 ədəd, Xəzər rayonunun inzibati ərazisindən 15 ədəd su ötürücüsünün dəmir barmaqlıqları oğurlanmışdır və o bu barədə rəhbərliyə şifahi məlumat vermişdir. Həmin oğurluqlar 2017-ci ildən başlayaraq 2020-ci ilin noyabr ayına qədər olan müddət ərzində davam etmişdir. Sabunçu rayonunun inzibati ərazisindən ümumilikdə 39 ədəd su ötürücüsünün dəmir barmaqlıqları 2020-ci ilin oktyabr ayı ərzində oğurlanmış, lakin bu barədə onların Sabunçu RPİ-yə müraciəti olmamış, belə ki, həmin oğurluqların barələrində Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılan şəxslər tərəfindən, yəni Əzimovlar qardaşları tərəfindən törədilməsi təsdiqini tapdığından onlar bu barədə Bakı Şəhər BPİ-nə müraciət etmişlər. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 №li Xüsusi Təyinatlı Yol İstismar: MMC-yə polis tərəfindən maddi sübut olaraq götürülmüş 61 ədəd su ötürücüsünün dəmir barmaqlıqları qaytarılmışdır. Qaytarılmış həmin barmaqlıqlardan 22 ədədi ölçülərinə görə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektindəki yola uyğun olduğundan və oradan oğurluq olması təsdiqini tapdığından yerinə quraşdırılmışdır. Qalan 39 ədədini o, götürmüş və onlar Sabunçu rayonu, Heydər Əliyev prospekti, Koroğlu metrostansiyasının qarşısından Suraxanı rayonunun inzibati ərazisinə qədər olan yola uyğun olduğundan və oradan oğurlanması təsdiqini tapdığından onların tərəfindən yerinə qoyulmuşdur. Yerinə quraşdırdığı 39 ədəd su ötürücüsünün dəmir barmaqlıqları ölçülərinə görə yalnız onun inzibati sahəsinə aiddir, yəni Sabunçu rayonu, Heydər Əliyev prospektindəki iki tərəfli maqistral avtomobil yolundan oğurlanmışdır. Həmin ölçüdə su ötürücüsünün dəmir barmaqlıqları Bakı şəhərinin digər yerlərində yoxdur, yəni bir sözlə həmin 39 ədəd su ötürücüsünün dəmir barmaqlıqları birmənalı və şübhə olmadan Sabunçu rayonu, Heydər Əliyev prospektindəki iki tərəfli maqistral avtomobil yolundan oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxın bir müddətdir ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində Ziya Bünyatzadə prospektinin kənarında yerləşən “X9" MMC-nin qarşısında makler kimi qeyri rəsmi olaraq fəaliyyət göstərir. Onun işi metal təhvil vermək istəyən vətəndaşlardan metal almaq, sonra metalı “X8” MMC-yə satmaqdır. Metal satmaq istəyən vətəndaş özü də malını birbaşa “X9” MMC-yə sata bilir, lakin burada müəyyən problemlər vardır. Belə ki, gündəlik olaraq “X9” MMC-nin kassasına pul saat 18:00 radələrində daxil olur, bəzən isə bir neçə gün pul olmur. Malı satmaq istəyəri vətəndaş isə mahnı tez təhvil verib pulunu almaq üçün onun kimi maklerlərlə iş görürlər. Onun işi məhz həmin andan başlayır, belə ki, əlində nağd pul kütləsi olduğundan o, vətəndaşdan nağd pulunu ödəməklə metalı alır, sonra isə həmin metalı “X9” MMC-yə satır və kassadan, ora pul mədaxil olandan sonra pulunu alır. Hər belə əməliyyatdan ona gəlir olaraq 5-10 manat qazanc pul qalır. Onun burada qazancı hər kiloqram metala görə cəmi 1 qəpik təşkil edir. Belə ki, vətəndaşdan metalın bir kiloqramını 0.29 manata alıb “X9” MMC-yə 0.30 manata satır. Vətəndaşla razılaşdıqdan sonra sonuncunu satmaq istədiyi malla birgə “X9” MİVİC-nin ərazisində yerləşən tərəziyə yönləndirir, tərəzidə mal çəkiləndən sonra bu barədə malı təhvil verən vətəndaşa “X9” MMC tərəfindən möhürlü qəbz verilir, qəbzdə malın çəkisi göstərilir, vətəndaş həmin qəbzi ona təqdim edir və o qəbzdə qeyd edilən çəkiyə uyğun hər bir kiloqramına görə 0.29 manatdan olmaqla vətəndaşın pulunu ödəyir. Sonra kassada pul olan kimi ora yaxınlaşıb qəbzi təqdim edərək hər kiloqram metala görə 0.30 manatdan pulunu alır. Beləliklə qazancı hər kiloqram metalda 1 qəpik təşkil edir. Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ifadəsində göstərəcəyi hadisə baş verənə kimi tanımamış, ədavət və düşmənçiliyi olmamışdır. 2020-ci ilin oktyabr ayının sonlarına yaxın bir nəfər şəxs ona zəng vuraraq metal satmaq istədiyini bildirmiş, hansı növ metal satmaq istədiyini soruşanda, çuqun olduğunu demiş, malın harada olduğunu soruşanda və mala baxmaq lazım olduğunu deyəndə isə ona “X9” MMC-nin qarşısında olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra “X9” MMC-nin qarşısına çatıb həmin şəxslərlə görüşmüşdür. Onlardan biri, yəni Təqsirləndirilən şəxs2 onunla söhbət edib metal satmaq istədiyini bildirmiş, həmin mala baxanda yol kənarında dövlət tərəfindən quraşdırılan su axıntısı üçün barmaqlıq formasında qapaqlar olmasını görmüş, dəmir barmaqlıqların yol kənarında quraşdırıldığını və oğurluq malı olduğunu demişdir. Nizami malın həqiqətən də oğurluq mal olduğunu, özləri də bu malı başqasından ucuz qiymətə əldə etdiklərini demişdir. O, gələcəkdə həmin malla bağlı problem olsa, bunun işə aidiyyəti olmayacağını demiş, onlar da heç bir problem olmayacağını, onun adını heç kimə verməyəcəklərini demişlər. Daha sonra qiymət barədə söhbət etmiş, çuqun metalın bir kiloqramının 0.29 manatdan alacağını demiş, razılaşmışlar. Nizami və Təqsirləndirilən şəxs1lar qardaşları malı “X8” MMC-nin həyətində tərəzidə çəkdirmiş, o, qəbzə əsasən hər bir kiloqramına görə 0.29 manatdan ümumilikdə 61 ədəd dəmir barmaqlığa görə pulunu onlara ödəyib yola salmışdır. Səhv etmirsə xx.xx.2020-ci il tarixdə Nizami ona zəng vurub polisə çağırıldıqlarını demiş, onu arxayın etmişdir ki, həmin məsələ ilə bağlı olsa onun adını verməyəcəklər. Ertəsi gün polis onu saxlamış və 37-ci PŞ- yə dəvət olunmuşdur. Etdiyi əməldən peşmandır, birinci dəfə idi ki, belə bir əməl törədirdi və bir daha belə əməl törətməyəcəyinə söz verir. Zərərin ödənilməsi üçün istintaq orqanına 11511 manat pul təqdim etmiş, həmin pul depozitə qoyulmuş, pulun 9592,50 manat hissəsinin təqsirləndirilən şəxslərin əvəzinə zərərin ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsini, qalan 1918 manatın isə ona qaytarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür (İ cild, i.v. 1); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin, Təqsirləndirilən şəxs2 və Şahid3 iştirakları ilə Bakı şəhəri, Z.Bünyatzadə prospektində yerləşən “X8” MMC-nin ərazisinə baxış keçirilərkən talamanın predmeti olmuş ümumilikdə 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqları aşkar edilərək götürülmüşdür (İ cild, i.v. 16-18); şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 35-36); şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 54-55); şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 74-75); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (İ cild, i.v. 90); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (İ cild, i.v. 95-97); arayışdan görünür ki, «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmət göstərdiyi yollar üzrə su ötrücüsü dəmir barmaqlığnğn bir ədədinin dəyəri 127,90 manat təşkil edir (İ cild, i.v. 114); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şahid3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v. 177-178); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v. 186-187); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v. 195-196); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-662/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 218-221); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-660/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 222-225); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-661/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid3 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 226-229); üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1lə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 qarşı tərəfin üzünə səsləndirmişdir ki, sonuncu onlardan çuqun metalı alarkən oğurluq yolu ilə əldə edilməsini bilmişdir. Şahid3 onun üzünə səsləndirilənləri eşitdikdən sonra etiraf edib bildirmişdir ki, malı alanda oğurluq yolu ilə əldə edildiyini bilmişdir. Belə ki, mala baxanda görmüşdür ki, yol kənarında dövlət tərəfindən quraşdırılan su axıntısı üçün barmaqlıq formasında qapaqlardır. Özü demişdir ki, bu dəmir barmaqlıqlar yol kənarında quraşdırılır və oğurluq maldır. Nizami də etiraf etmişdir ki, həqiqətən də oğurluq maldır, demişdir ki, özləri də bu malı başqasından ucuz qiymətə əldə etmişlər. O, demişdir ki, o şərtlə malı alır ki, gələcəkdə həmin malla bağlı problem olsa, bu işə aidiyyəti olmayacaq, onlar da onu əmin etmişlər ki, heç bir problem olmayacaq, adını heç kimə verməyəcəklər. Daha sonra onlara demişdir ki, malı “X8” MMC-nin həyətində tərəzidə çəkdirsinlər, bunu etdikdən sonra o qəbzə əsasən hər bir kiloqramına görə 0.29 manatdan ümumilikdə 61 ədəd dəmir barmaqlığa görə pulu verib onları yola salmışdır (İ cild, i.v. 230-232); xx.xx.2020-ci il tarixli qərardan görünür ki, götürülmüş 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqları maddi sübut hesab edilmiş və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir (İ cild, i.v. 236); aktdan görünür ki, 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqları zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən təhvil alınmışdır (İ cild, i.v. 237); zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi üçün pul vəsaitinin qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi zərərin ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 11511 manat pul təhvil alınmışdır (İ cild, i.v. 245); pul vəsaitinin depozitə qoyulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi zərərin ödənilməsi üçün istintaq orqanı tərəfindən protokolla götürülmüş 11511 manat pul vəsaiti hökm çıxarılıb qüvvəyə minənədək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına verilmişdir (İ cild, i.v. 247-248); Bakı şəhər Baş Polis İdarəsinin təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzindən görünü ki, 11511 manat pul vəsaiti Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına qəbul edilmişdir (İ cild, i.v. 250); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 19); pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü Kənan adlı övladı var (İİ cild, i.v. 27); doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2007-ci il təvəllüdlü İlkin, 2017-ci il təvəllüdlü Rəsul adlı övladı var (İİ cild, i.v. 31-32); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(011)-28/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin müddəti xx xxxxx 2021-ci il tarixdək uzadılmışdır (İİ cild, i.v. 82-86); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(011)-88/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddəti xx xxxxx 2021-ci il tarixdək uzadılmışdır (İİ cild, i.v. 88-92); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrlə yeni ittiham elan edilməklə barələrində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Şahid3 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 194.1-ci maddəsinə tövsif edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, hazırki cinayət işinin materiallarından Şahid3 barəsində CM-in 194.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə cinayət təqibinin başlanması əməllərində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, onlar tərəfindən oğurlanmış əmlakın ümumi dəyəri 17394.4 (on yeddi min üç yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində qəbul edilərək xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq, yəni CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilməsi əsaslı hesab edilmiş, “X8” MMC-nin ərazisinə baxış keçirilərkən aşkar edilib götürülmüş talamanın predmeti olan ümumilikdə 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarının iş üzrə maddi sübut hesab edilərək zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin hadisə yerində əyani yoxlanılması zamanı tərtib edilmiş protokollar və onlara əlavə edilmiş fotoşəkillər sübutetmə predmeti baxımından cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən ittihamedici sübut mənbəyi kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri “birgə icraçılıq” hesab edilmiş və törədilmiş əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyacın olmaması nəzərə alınmış, Suraxanı rayonu ərazisindən 2018-2019-cu illər ərzində 88 ədəd, Sabunçu rayonu ərazisindən 2020-ci ilin aprel-may ayları ərzində 48 ədəd və Xəzər rayonu ərazisindən 2018-2019-cu illər ərzində 15 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarının oğurlanması epizodları üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət təqibinin başlanması əməllərində həmin cinayətin tərkibi olmadığından rədd edilmiş və həmin epizodlar üzrə cinayət faktlarının qeydiyyatının aparılması, cinayət işlərinin başlanıb istintaq aparılaraq bu cinayət əməllərini törətmş şəxsləri müəyyən etmək mümkün olmadığından cinayət işləri üzrə icraatların dayandırılması nəzərə alınmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış ümumilikdə 136 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarından 75 ədədini müəyyən etmək mümkün olmaması halı nəzərə alınmış, cinayət işinin bəzi ibtidai istintaq materiallarında texniki səhvə yol verilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarının 2020-ci ilin iyul ayından həmin ilin oktyabr ayının sonunadək olan dövr ərzində oğurlanmasının qeyd edilməsi halı nəzərə alınmış və cinayət işinin bütün ibtidai araşdırma materiallarında oğurluq cinayətinin 2020-ci ilin oktyabr ayı ərzində törədilməsi şəklində oxunmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu cinayət hərəkətini 23-xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektindəki avtomobil yolundan törətdiklərindən və cinayət əməlinin başa çatma yeri Xətai rayonunun inzibati ərazisinə aid olduğundan cinayət işinin baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi nəzərə alınmışdır (İİ cild, i.v. 106- 118); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild, i.v. 170-171); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild, i.v. 129-130); cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraatın ayrılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin matriallarından Şahid3 barəsində CM-in 194.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (İİ cild, i.v. 137- 138); Şahid3 ərizəsindən görünür ki, o, zərərin ödənilməsi üçün istintaq orqanına 11511 manat pul təqdim etmiş, həmin pul depozitə qoyulmuş, pulun 9592,50 manat hissəsinin zərərin ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsini, qalan 1918 manatın isə ona qaytarılmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümüyəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə Təqsirləndirilən şəxs2 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi üçün pul vəsaitinin qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi zərərin ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 11511 manat pul təhvil alınmış, pul vəsaitinin depozitə qoyulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi zərərin ödənilməsi üçün istintaq orqanı tərəfindən protokolla götürülmüş 11511 manat pul vəsaiti hökm çıxarılıb qüvvəyə minənədək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda sonuncuların ümumilikdə 136 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını talaması qeyd edilmiş, 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqları zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, 75 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqları müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi depozitə qoyulmuş pul vəsaitinin 9592,50 manat hissəsinin zərərin ödənilməsinə yönəldilməsini xahiş etmiş, Şahid3 zərərin ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 11511 manat pulun 9592,50 manat hissəsinin təqsirləndirilən şəxslərin əvəzinə zərərin ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsini, qalan 1918 manatın isə ona qaytarılmasını xahiş etmişdir. Məhkmə Şahid3 depozitə qoyulmuş pul vəsaitinin 9592,50 manat hissəsinin təqsirləndirilən şəxslərin əvəzinə zərərin ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsinə razılığını nəzərə alaraq hesab edir ki, 11511 manat pulun 9592,50 manat hissəsi cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, 9592,50 manat pul Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməli, qalan 1918,5 manat Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabından sahibi Şahid3 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan 11511 manat pul vəsaitinin 9592,50 manat hissəsi cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilsin və 9592,50 manat pul Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə- Plan şöbəsinin depozit hesabından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin, qalan 1918,5 manat pul vəsaiti Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabından sahibi Şahid3 geri qaytarılsın. 61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar