Məhkəmə qərarları › İş №1(011)-169/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-169/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-169/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qzının sədrliyi, Məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 X5 vasitələri ilə daşınmasında X9nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağmədən X10 X5 vasitələri ilə daşınmasında X9nə nəzarət müfəttişliyinin baş məsləhətçibaş müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etmiş olduqları müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək olan müddətdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 inzibati binasının 7-ci mərtəbəsində yerləşən 712 nömrəli xidməti otağında olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X9 və Dağ-Mədən X10 rəisi S.Qurbanov” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etməklə, o cümlədən, KamAz-532150 ATS-10" markalı, 99-JU- 114 qeydiyyat nişanlı, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı, “KamAz- 53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı, “KamAz- 53229 DS-138” markalı, **- MJ-*** qeydiyyat nişanlı, “KamAz-6520 DS-138” markalı, **-KM-*** qeydiyyat nişanlı, “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı və “Mercedes Axor” markalı, **-KD- *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSCin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün ümumilikdə 10 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2019-cu ilin sentyabr ayında müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 16 sentyabr 2019-cu il tarixdən 28 aprel 2021-ci il tarixədək olan müddət ərzində "xxxx" QSC-nin ünvan 3 ünvanında yerləşən neft bazasının qarşısında hər bir şəhadətnamə üçün 800 manat olmaqla ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağmədən X10 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında Elmir Abdullayev və sonuncunun oğlu Zaur Abdullayevin adlarını qeyd etməklə 2019-cu ilin sentyabr ayında “Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, 2019-cu ilin sentyabr ayında “KamAz- 532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, 2019-cu ilin oktyabr ayında "Kamaz-53229 DS-138” markalı, **-MJ- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, 2019-cu ilin dekabr ayında “KamAz- 6520 DS-138" markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0919 nömrəli, 2020-ci ilin aprel ayında “Mercedes Axor" markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, 2020-ci ilin sentyabr ayında “KamAz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, 2020-ci ilin oktyabr ayında “KamAz-532150 ATS-10" markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, 2020-ci ilin dekabr ayında “KamAz- 532150 ATS-10” markalı, 99-JU 114 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor" markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli və 2021-ci ilin aprel ayında “Mercedes Axor” markalı, **-CS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli hüquq verən rəsmi sənəd olan Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq X8 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Elmir Abdullayevə məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamış, təkrarən, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı, “Kamaz-5410” markalı, **-KG-*** qeydiyyat nişanlı və “AS-10 Kamaz” markalı, **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 5 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnamə almaq istəməsinə dair 2019-cu ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 2019-cu ilin dekabr ayından 4 iyun 2021-ci il tarixədək olan müddət ərzində "xxxx" QSC-nin ünvan 3 ünvanında yerləşən neft bazasının qarşısında bir ədədi 200 (iki yüz) manat olmaqla, vahid niyyətlə ümumilikdə 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında vahid niyyətlə 2019cu ilin dekabr ayında sürücü Şahid4 adını qeyd etməklə “AÇ-46-xx-xx-01000 markalı, **- VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, 2020-ci ilin iyun ayında “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, 2020-ci ilin dekabr ayında “AÇ-46-53" markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, sürücü Şahid3 adını qeyd etməklə 2021-ci ilin may və iyun aylarında “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli və Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs3 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamış, təkrarən, “Kamaz-5320’ markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "Socar Petroleum” QSC-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair 2020-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 2020-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 inzibati binasının qarşısında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən 2020-ci ilin dekabr ayında həmin inzibati binanın 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli Şəhadətnaməni qeyd edilən formada qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs2 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş müfəttiş kimi vəzifəsi təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin Agentlik tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin olub- olmamasına nəzarət etmək, şəhadətnaməsi olmayan və ya vaxtı bitmiş nəqliyyat vasitələrini şəhadətnamə almağa və şəhadətnamə almaq üçün müraciət edən fiziki və ya hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini Agentliyin nəzdində olan Azərbaycan X19 və X11-Tədqiqat İnstitutunda qanuna müvafiq qaydada baxışdan keçməyə yönləndirməkdən ibarət olmuşdur. Təhlükəli yüklərin daşınmasını həyata keçirən fiziki və ya hüquqi şəxslər nəqliyyat vasitələrinə “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması barədə” şəhadətnamə almaq üçün Sənayedə X9 və Dağ X21 Agentliyinə müraciət etdikdən sonra zəruri sənədlər yığılaraq ümumi şöbəyə verilir, nəqliyyat vasitəsi isə baxışdan keçirilməsi və çənin yuyulması üçün Azərbaycan X19 və X11-Tədqiqat İnstitutunun bazasına göndərilir. İnstitut tərəfindən texniki müayinə və çənin yuyulması ilə əlaqədar avtomobilin sahibinə verilmiş hesab nömrəsinə rüsum ödənildikdən sonra akt tərtib olunur, hər hansı çatışmamazlıq olduğu halda aradan qaldırılması sürücüyə bildirilir, olmadığı halda isə akt təsdiq olunaraq müqavilə bağlanmaqla toplanmış sənədlər Agentliyə göndərilir. Pandemiya ilə əlaqədar olaraq sürücülər ondan xahiş etmişlər ki, onların neftbazaya keçməsi üçün onlara sözügedən şəhadətnamələri versin. Zərərçəkmiş şəxs1 2 dəfə şəhadətnamə verib. Zərərçəkmiş şəxs3 200 manat pul alıb. Həmin şəxslərin şəhadətnamələrin onun tərəfindən saxta yolla hazırlanmasından məlumatları olmamışdır. O, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Həmçinin CM-nin 320.1-ci maddəsi ilə cinayət məsluyyətinə cəlb etmə müddəti keçmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri aparılan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X25 X3 şöbəsində baş məsləhətçi - baş müfəttiş vəzifəsində işləmiş, 2021-ci ilin dekabr ayında isə öz ərizəsi ilə işdən azad olunmuş, hazırda heç bir yerdə işləmir. Avtonəqliyyat şöbəsinin baş məsləhətçisi - baş müfəttişi kimi vəzifəsi təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin Agentlik tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” şəhadətnamələrin olub- olmamasına nəzarət etmək, şəhadətnaməsi olmayan və ya vaxtı bitmiş nəqliyyat vasitələrini şəhadətnamə almağa və şəhadətnamə almaq üçün müraciət edən fiziki və ya hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini Agentliyin nəzdində olan Azərbaycan X19 və X11-Tədqiqat İnstitutunda qanuna müvafiq qaydada baxışdan keçməyə yönləndirməkdən ibarət olmuşdur. Təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin bu barədə şəhadətnamələrinin olub-olmamasına nəzarəti rəhbərliyin tapşırığına əsasən həmin yüklərin satışını həyata keçirən müəssisələrə gedərək orada olan maşınlara baxış keçirməklə şəhadətnaməsi olmayan və ya müddəti bitən şəhadətnamə ilə yük daşıyan sürücülərdən Agentliyə müraciət edib şəhadətnamə almalarını bildirmişdir. Təhlükəli yüklərin daşınmasını həyata keçirən fiziki və ya hüquqi şəxslər nəqliyyat vasitələrinə “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması barədə” şəhadətnamə almaq üçün Sənayedə X9 və Dağ X21 Agentliyinə müraciət etdikdən sonra zəruri sənədlər yığılaraq ümumi şöbəyə verilir, nəqliyyat vasitəsi isə baxışdan keçirilməsi və çənin yuyulması üçün Azərbaycan X19 və X11-Tədqiqat İnstitutunun bazasına göndərilir. İnstitut tərəfindən texniki müayinə və çənin yuyulması ilə əlaqədar avtomobilin sahibinə verilmiş hesab nömrəsinə rüsum ödənildikdən sonra akt tərtib olunur, hər hansı çatışmamazlıq olduğu halda aradan qaldırılması sürücüyə bildirilir, olmadığı halda isə akt təsdiq olunaraq müqavilə bağlanmaqla toplanmış sənədlər Agentliyə göndərilir. Sənədlər Agentlikdə yoxlanıldıqdan sonra qaydasında olduğu halda bir neçə günə nəqliyyat vasitəsinin sahibinə Agentliyin rəisinin imzası və möhürü ilə təsdiq edilmiş şəhadətnamə verilir. 2019-cu ilin dekabr ayında yük maşını sürücüsü Zərərçəkmiş şəxs3 özünə məxsus “AÇ-46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün "Lukoyl-Azərbaycan” QSC-nin neft bazasından yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istədiyini bildirərək həmin Şəhatənamənin qısa zamanda verilməsi üçün ondan köməklik istəmişdir. Belə ki, Sahib yanacaq daşınması üçün sifariş aldığını və 2-3 gün ərzində həmin yanacağı aparmağa məcbur olduğunu, lakin Şəhadətnaməsi olmadığı üçün neft bazaya daxil ola bilmədiyini deyərək, çörək pulu qazanmaq üçün köməklik etməyini ondan xahiş etmişdir. Sahib ona veriləcək Şəhadətnamədə sürücü kimi Şahid4 adının qeyd edilməsini deyərək sonuncunun sənədlərinin surətini ona vermişdir. Neftbazalarda yalnız Şəhadətnamənin surətinin istənildiyini, həmin Şəhadətnamələrin yalnız neftbazaya daxil olmaq üçün istifadə edildiyini və yalnız Agentliyin müfəttişliyi tərəfindən yoxlanıldığını bildiyi üçün şəhadətnamənin saxta olmasının müəyyən edilməsi riskinin az olduğunu nəzərə alaraq Zərərçəkmiş şəxs3 saxta şəhadətnamə hazırlayıb vermək qərarına gəlmişdir. Bu məqsədlə o, 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3 "xxxx" QSC-nin ünvan 4 ünvanında yerləşən neft bazasının qarşısında 200 (iki yüz) manat pul vəsaiti almış və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağmədən X10 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında olan komyuter, kserokopiya və laminasiya aparatlarından istifadə etməklə sürücü Şahid4 adını qeyd etməklə “AÇ-46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və Dağ-Mədən X10 adından saxta 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” şəhadətnamələri hazırlayıb Sahibə vermişdir. Bu minvalla Sahibin maşınlarına Şəhadətnamə lazım olduğu təqdirdə sonuncu ona bu məqsədlə müraciət etdikdə hər dəfəsində hər Şəhadətnaməyə görə 200 manat pul vəsaiti alaraq saxta şəhadətnamə hazırlayıb Sahibə vermişdir. 2019-cu ilin dekabr ayından 2021-ci ilin iyun ayınadək Sahibdən ‘AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı, “AS-10 Kamaz” markalı, **-TG-*** qeydiyyat nişanlı və “Kamaz-5410” markalı 90-KG 393 qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 5 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnamələr almaq istəməsinə dair etdiyi xahişləri ilə əlaqədar "xxxx" QSC-nin ünvan 4 ünvanında yerləşən neft bazasının qarşısında bir ədədi 200 (iki yüz) manat olmaqla ümumilikdə 1.000 (bir min) manat pul vəsaiti almış və 712 nömrəli xidməti otağında “AÇ- 46-53-12-010C0 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410" markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53" markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli saxta şəhadətnamələri hazırlayıb istifadə etmək məqsədilə Sahibə vermişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sürücü Şahid4 adı qeyd edilmiş “AÇ-46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, sürücü Şahid3 adı qeyd edilmiş “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli və Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli şəhadətnamələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağımda olan kompyuter, kserokopiya və laminasiya aparatlarından istifadə etməklə hazırlamış və hər birinə görə Sahibdən 200 manat olmaqla ümumilikdə 5 ədəd şəhadətnaməyə görə 1.000 manat pul vəsaiti almışdır. X5 vasitələri ilə daşınmasında X9nə nəzarət müfəttişliyinin 712 nömrəli otağında həm müfəttişlər, həm də müfəttişliyin dəftərxana işçiləri əyləşir. Həmin otaqda 4 ədəd kompyuter mövcuddur və həmin komyuterlərdə hazır Şəhadətnamələrin blankları mövcuddur. Kompyuterdə olan şəhadətnamə blankında müvafiq qrafaları doldurararaq, yəni tarixi, maşının markasını, qeydiyyat nömrəsini, sürücünün ad soyadını, şəhadətnamənin etibarlılıq müddəti qrafasını qeyd edərək imzasız çap etmiş, daha sonra otaqda saxlanılan və sahiblərinə verilməsi nəzərdə tutulmuş “Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və dağ X21 Agentiliyinin rəisi” imzası və möhürü ilə təsdiq edilmiş hazır şəhadətnamənin otaqda olan kserokopiya qurğusu vasitəsi ilə surətini çıxartmış, həmin surətdə “Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və dağ X21 Agcntiliyi”nin rəisinin imzası vo möhürü ilə təsdiq edilmiş hissəni və tarix qeyd edilmiş hissələri qayçı vasitəsi ilə kəsib götürərək özünün çap etdiyi şəhadətnamənin müvafiq qrafalarına kağız kley vasitəsi ilə yapışdırdıqdan sonra görünən izləri gizlətmək məqsədilə ağardıcı ləvazimatından istifadə etmiş, daha sonra şəhadətnamədə görünən xətt izlərini itirmək məqsədilə yenidən kserokopiya qurğusu vasitəsi ilə surətini bir neçə dəfə çıxardaraq otaqda olan laminasiya qurğusu vasitəsi ilə üzlənməsini həyata keçirməklə saxta şəhadətnənamə hazırlamışdır. Bundan əlavə o, qeyd olunan ifadəsində göstərmişdir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş “KamAz-5320" markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli şəhadətnamənin surətini 2020-ci ilin dekabr ayında onun tərəfindən qeyd etdiyi üsulla saxta olaraq hazırlanaraq yanacaq daşınması üçün Şahid2 verilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayında Şahid2 idarə etdiyi “Kamaz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "Socar Petroleum” QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” şəhadətnamə almaq istədiyini və şəhadətnamədə sürücü kimi Zərərçəkmiş şəxs2 adının qeyd edilməsini ondan xahiş etmişdir. Bu məqsədlə Şahid2 ünvan 5 ünvanında yerləşən neft bazasının qarşısında 1.100 (bir min yüz) manat pul vəsaiti almış və 2-3 gün ərzində Şəhadətnamənin hazır olacağını bildirmişdir. Pulu aldıqdan sonra yenidən göstərdiyi qaydada ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli otaqda “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020- ci il tarixli, 0894 nömrəli şəhadətnaməni kompyuter, printer və laminasiya aparatlarından istifadə etməklə hazırlamış və bir neçə gün sonra Şahid2la görüşüb həmin saxta Şəhadətnaməni sonuncuya vermişdir. Şahid2 Şəhadətnamənin qanuni olduğunu bilmiş və saxta olmasından məlumatı olmamışdır. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, “Kamaz-53229 DS-138" markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, “Kamaz- 53229 DS-138" markalı, 99- MJ-595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz-6520 DS-138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0919 nömrəli, “Mercedes Axor” markalı, **- KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138" markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “KamAz-532150 ATS- 10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor" markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli və xx.xx.2021-ci il tarixli, 0234 nömrəli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" şəhadətnamələr onun tərəfindən qeyd etdiyi qaydada hazırlanaraq yük maşını sürücüsü Elmir Abdullayevə verilmişdir. Belə ki, 2019-cu ilin sentyabr ayında Elmir Abdullayev özünə məxsus “KamAz- 532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı və “Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" şəhadətnamə lazım olduğunu ona bildirmiş və ondan qısa zamanda Şəhadətnamə alınması üçün köməklik göstərməsini xahiş etmişdir. Şəhadətnamənin hər biri üçün Elmirdən 800 manat olmaqla ümumilikdə 1.600 manat pul vəsaiti istəmiş və neft bazanın qarşısında həmin məbləği alaraq göstərdiyi qaydada xidməti otağında “KamAz- 532150 ATS-10" markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli və “Kamaz-53229 DS-138" markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli Şəhadətnamələri hazırlayaraq neft bazanın qarşısında Elmirə vermişdir. Bu minvalla Elmir Abdullayevin xahişi ilə 2019-cu ilin oktyabr ayında ondan 800 manat alaraq “Karıaz-53229 DS-138” markalı, **-MJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, 2019-cu ilin dekabr ayında 800 manat alaraq “KamAz-6520 DS-138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0919 nömrəli, 2020-ci ilin aprel ayında 800 manat alaraq “Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, 2020-ci ilin sentyabr ayında 800 manat alaraq “KamAz- 53229 DS-138" markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, 2020-ci ilin oktyabr ayında 800 manat alaraq “KamAz- 532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, 2020-ci ilin dekabr ayında 1600 manat alaraq “KamAz-532150 ATS- 10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli və “Mercedes Axor" markalı, 99-OS-50G dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, 2021-ci ilin aprel ayında 800 manat alaraq “Mercedes Axor" markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrrəli şəhadətnamələri qeyd edilən formada saxtalaşdırmaqla hazırlayaraq həmin şəxsə vermişdir. X6 8.000 manat pul vəsaiti alaraq 10 ədəd saxta Şəhadətnamə hazırlayaraq sonuncuya vermişdir. O, həmçinin qeyd olunan ifadəsində göstərmişdir ki, heç kimin, o cümlədən Zərərçəkmiş şəxs3, Şahid2 və Elmir Abdullayevin qeyd olunan şəhadətnamələrin onun tərəfindən saxta yolla hazırlanmasından məlumatları olmamış, həmin şəxslərə Şəhadətnamələrin həqiqi olduğunu və Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi olaraq verildiyini demişdir. Zərərçəkmiş şəxs3, Şahid2 və Elmir Abdullayevdən aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləmişdir. (cild 2 i.v 131-140). Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yük maşınlarını alıb-satmaqla və aldığı bəzi yük maşınları ilə yanacaq daşımaqla məşğul olur. İstifadəsində olan nəqliyyat vasitələri ilə yanacaq daşınması üçün onun İqtisadiyyat Nazirliyindən alınmış lisenziyası vardır, bundan əlavə isə qeyd olunan avtomobillərə Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almışdır. Əvvəlki illərdə şəhadətnamələrin alınması üçün Agentlikdə işləyən müfəttiş Təqsirləndirilən şəxs müraciət etmişdir. 2019- cu ilin sentyabr ayında ona məxsus olan “KamAz-53229 DS-138" markalı, **-TF-*** dövlət nömrə nişanlı və "KamAz-532150 ATS- 10” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobillərin şəhadətnamələri olmadığı üçün ona Agentliyə müraciət edərək şəhadətnamə almağını bildirmişdir. O, ona ödənişləri etdikdən sonra Təqsirləndirilən şəxs “Bakı” kinoteatrının yanında qəbzləri ona vermişdir. Onun Təqsirləndirilən şəxs verdiyi məbləğ yadında deyildir. Lakin qeyd edir ki, 600 manat və 700 manat verdiyi də olub. Həmin şəhadətnamələr əsasında neftbazadan yanacaq daşımış, şəhadətnamələrin müddəti bitdikdən sonra özündə saxlamamışdır. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1 və 329.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yük maşınlarını alıb-satmaqla və aldığı bəzi yük maşınları ilə yanacaq daşımaqla məşğul olur. Hazırda istifadəsində olan nəqliyyat vasitələri “Mercedes Benz 2528” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı və “X26” markalı, 99-OS- 509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələridir və həmin avtomobilləri oğlanları Zaur və Elnur Allahverdiyevlər idarə etməklə yanacaq daşımaqla məşğul olurlar. İstifadəsində olan nəqliyyat vasitələri ilə yanacaq daşınması üçün onun İqtisadiyyat Nazirliyindən alınmış lisenziyası vardır, bundan əlavə isə qeyd olunan avtomobillərə Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almışdır. Qeyd olunan şəhadətnamənin alınma qaydası hazırda belədir ki, bunun üçün ilkin müraciət FHN Sənayedə X9 və Dağ Mədən X10 Azərbaycan X19 və X11-Tədqiqat İnstitutuna olunur. Bundan sonra sənədlərin qəbul edilməsi barədə "Təhvil-qəbul aktı” və görüləcək xidmətlərə görə müqavilə göndərilir. Həmin müqavilədə də göstəriləcək xidmətlərin haqqı qeyd olunur, hansı ki, həmin haqq sonuncuların müqavilədə əks olunmuş bank hesabına köçürülür. Köçürmə icra edilən kimi avtomaşınlara İnstitut tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri və lazımi xidmətlər göstərilir, normativlərə cavab verən avtomaşınların siyahısı yekun sənəd olan şəhadətnamənin və daşınma marşrutunun verilməsi üçün Agentliyə göndərilir. Agentlik tərəfindən də şəhadətnamə və daşınma marşrutu hazırlanaq imzalanıb möhürlənir və bu barədə rəsmi məktubla məlumat verilir, sonra da Agentliyə gedilərək sənədlər götürülür. Həmin sənədlər bir il müddətinə verilir. Bir il tamam olduqdan sonra isə köhnə şəhadətnamə təhvil verilərək yenidən eyni prosedurdan keçirilməklə şəhadətnamələr yenilənir. Əvvəlki illərdə şəhadətnamələrin alınması üçün Agentlikdə işləyən müfəttiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Belə ki, sonuncu həmişə neft bazaların giriş hissəsində dayanaraq gələn maşınların Şəhadətnaməsi olub-olmadığını yoxlamış və 2019-cu ilin sentyabr ayında ona məxsus olan “KamAz-53229 DS-138" markalı, 99- TF-309 dövlət nömrə nişanlı və "KamAz-532150 ATS-10” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobillərin Şəhadətnamələri olmadığı üçün ona Agentliyə müraciət edərək Şəhadətnamə almağını bildirmişdir. O, maraqlanaraq Şəhadətnamələrin 10-15 gün müddətinə veriləcəyini öyrənmiş və Təqsirləndirilən şəxs ona köməklik etməsini xahiş etmişdir. Zahid iki avtomaşına 2-3 gün ərzində Şəhadətnamə verilməsi üçün hər birinə görə ondan 800 manat olmaqla ümumilikdə 1.600 manat pul istəmişdir. Zahidlə razılaşaraq "xxxx" QSC-in neft bazasının qarşısında təklikdə sonuncuya iki ədəd qeyd etdiyi maşınları üçün Şəhadətnamə alınması məqsədilə 1.600 manat pul vəsaiti vermişdir. Bundan sonra Zahidin sözü ilə FHN-nin Ziya Bünyadov prospektində yerləşən idarələrində maşınların çənlərini yuduzdurmuş və təxminən 2 gün sonra yenidən Zahidlə "xxxx" QSC-in neft bazasının qarşısında görüşərək 2 ədəd Şəhadətnamə almış və həmin şəhadətnamələrin surətini çıxardaraq neft bazanın giriş hissəsinə təqdim edərək 1 il müddətinə yanacaq daşımışdır. Bu minvalla o, Təqsirləndirilən şəxsla tanış olmuş və 2019-2021-ci il ərzində onun və oğlu Şahid1 istifadəsində olan yük maşınlarına təhlükəli yüklərin daşınmasına icazə verilməsi ilə əlaqədar Şəhadətnamələri Təqsirləndirilən şəxs almış və hər bir Şəhadətnaməyə görə sonuncuya neft bazanın qarşısında 800 manat pul vəsaiti vermişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 7 ədəd, o cümlədən ona məxsus olan “KamAz-532150 ATS-10’ markalı, **-JU-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “KamAz-532150 ATS- 10” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş 25.C9.2020-Cİ il tarixli, 0664 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz- 532150 ATS-10” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, :‘KamAz-6520 DS-138” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2019-cu il tarixli, 0919 nömrəli və “KamAz-53229 DS-138" markalı, **-TF-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2019- cu il tarixli, 0640 nömrəli şəhadətnamələri Təqsirləndirilən şəxs qeyd etdiyi qaydada hər birinə görə Lukoyl QSC-in neft bazasının qarşısında 800 manat pul vəsaiti verərək almışdır. Qeyd olunan avtomaşınlar həmin müddətlərdə onun istifadəsində olmuş, hazırda yalnız həmin maşınlardan 2-si qalmış, qalanlarını satmışdır. Şəhadətnamələrin alınması ilə əlaqədar müqavilə bağlamamış və rəsmi olaraq Agentliyə müraciət etməmişdir. O, Təqsirləndirilən şəxs inanaraq sonuncuya 7 şəhadtənaməyə görə 800 manat olmaqla ümumilikdə 5.600 pul vəsaiti verib almışdır. Şəhadətnamələrin surətlərini çıxardaraq sonradan neftbazaya təqdim etməklə yanacaq daşımışdır. Həmin Şəhadətnamələr əsasında yalnız "xxxx" QSCin neftbazasından yanacaq daşımış, şəhadətnamələrin müddəti bitdikdən sonra özündə saxlamamışdır. Oğlu Şahid1 məxsus olan “Mercedes Axor” markalı, 99-OS- 509 dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, xx.xx.2021-ci il tarixli, 0234 nömrəli və “Mercedes Axor” markalı, 90- KD-024 dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0220 nömrəli şəhadətnamələri də Təqsirləndirilən şəxs almışdır. Şahid1 qeyd olunan maşınlara Şəhadətnamə lazım olması ilə bağlı ona bildirdikdən sonra o, da öz növbəsində Zahidlə neft bazanın qarşısında görüşərək həmin maşınlara dair sənədlərin surətini Zahidə vermiş və sonuncuyla razılaşdıqları kimi hər bir Şəhadətnaməyə görə 800 manat olmaqla ümumilikdə 2.400 manat pul vəsaiti vermişdir. Zahidə pulları həmişə olduğu kimi neft bazanın qarşısında təklikdə vermiş və 2-3 gün sonra yenidən həmin yerdə sonuncuyla görüşərək Şəhadətnamələri alıb surətini çıxaradaraq neft bazaya təqdim etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 10 ədəd Şəhadətnamə alaraq 8.000 manat pul vəsaiti vermişdir. İstintaq dövründə Zahid onunla əlaqə saxlayaraq ondan 10 ədəd Şəhadətnaməyə görə aldığı 8.000 manat pul vəsaitini tam şəkildə qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. (cild 02, i.v. 5-10). Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı, **-UK-*** dövlət nömrə nişanlı yük maşını ilə fərdi qaydada neft bazadan yanacaq daşınması işi ilə məşğul olmuşdur. Həmin avtomobili Şahid2 adlı tanışından almış, 2021-ci ildə isə pula ehtiyacı olduğundan həmin maşını hazırda xatırlamadığı şəxsə satmışdır. 2019-cu ildə “KamAz-5320” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobili tanışı Şahid2 etibarnamə ilə almışdır. 2020-ci ilin son aylarında yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğu üçün Şahid2 FHN-də işləyən tanışı Zahid adlı şəxsə müraciət edərək bu barədə soruşmuş, Zahid adlı şəxs isə Şəhadətnamə üçün sonuncudan 1.100 manat pul vəsaiti istəmişdir. Nicat ona bu barədə bildirdikdən sonra razılaşaraq Şəhadətnamə alınması üçün 1.100 manat pul vəsaitini Zahidə çatdırılması üçün Nicata vermişdir. Təxminən bir neçə gün sonra Nicatdan Şəhadətnamənin artıq hazır olduğunu və surətini neft bazaya təqdim etdiyini öyrənmişdir. Nicatın deməsinə görə həmin Şəhadətnaməni Zahid adlı şəxsə 1.100 manat verərək almışdır. Lakin özü Təqsirləndirilən şəxs tanımır, sadəcə olaraq Nicat adlı şəxs bütün bu işləri həyata keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1 və 329.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin son aylarınadək özünə məxsus “Kamaz” markalı, **-UK-*** dövlət nömrə nişanlı yük maşını ilə fərdi qaydada “SOCAR”-ın Bakı Neft Bazasından yanacaq daşınması işi ilə məşğul olmuşdur. Həmin avtomobili 2019-cu ildə Şahid2 adlı tanışından almış, 2021-ci ildə isə pula ehtiyacı olduğundan həmin maşını hazırda xatırlamadığı şəxsə satmışdır. 2019-cu ildə “KamAz-5320” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobili tanışı Şahid2 alsa da, sonuncuya etibarnamə vermiş və onun işləri olduqda Nicat avtomobili idarə edib yanacaq daşımışdır. 2020-ci ilin son aylarında yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğu üçün Şahid2 FHN-də işləyən tanışı Zahid adlı şəxsə müraciət edərək bu barədə soruşmuş, Zahid adlı şəxs isə Şəhadətnamə üçün sonuncudan 1.100 manat pul vəsaiti istəmişdir. Nicat ona bu barədə bildirdikdən sonra razılaşaraq Şəhadətnamə alınması üçün 1.100 manat pul vəsaitini Zahidə çatdırılması üçün Nicata vermişdir. Təxminən bir neçə gün sonra Nicatdan Şəhadətnamənin artıq hazır olduğunu və surətini neft bazaya təqdim etdiyini öyrənmişdir. Nicatın deməsinə görə həmin Şəhadətnaməni Zahid adlı şəxsə 1.100 manat verərək almışdır. Ona təqdim edilən KamAz-5320” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0894 nömrəli şəhadətnamə 2020-ci ildə Nicatın ona aldığı şəhadətnamədir. Zahid adlı şəxsi tanımadığı üçün Nicatın şəhadətnaməni Agentlikdən alıb-almaması barədə məlumatı olmamışdır. Hazırda Zahid adlı şəxs 1.100 manat pul vəsaitini ona geri qaytardığı üçün heç bir şikayəti və tələbi yoxdur. (cild 02, i.v. 19-22). Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vəkili və nümayəndəsi Müdafiəçi1 öz izahatında göstərmişdir ki, istintaq zamanı verilmiş ifadə ilə kifayətlənir. Onun təmsil etdiyi şəxsə dəymiş ziyan tamamilə ödənildiyi üçün heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1 və 329.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun illərdir yük maşınları idarə etməklə ölkədaxili müxtəlif yüklərin daşınması ilə məşğul olmuşdur. 2017-ci ildə AÇ-46- xx-xx-01000 markalı, **-VJ- *** qeydiyyat nişanlı, “AS-10 Kamaz" markalı **-TG-*** qeydiyyat nişanlı və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq müxtəlif yüklərin daşınmasını həyata keçirmişdir. 2020-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün AÇ- 46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobili Şahid4, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrini isə etibarnamə əsasında Şahid3 idarə edilməsi üçün icarəyə vermişdir. Hazırda nəqliyyat vasitəsinə təhlükəli yüklərin daşınmasına buraxılması barədə şəhadətnamə alınması üçün FHN-nin Sənayedə X9 və Dağ Mədən X10 Azərbaycan X19 və X11-Tədqiqat İnstitutuna müraciət olunur. Bundan sonra sənədlərin qəbul edilməsi barədə “Təhvil-qəbul aktı” və görüləcək xidmətlərə görə müqavilə göndərilir. Həmin müqavilədə göstəriləcək xidmətlərin haqqı müqavilədə əks olunmuş bank hesabına köçürüldükdən sonra avtomaşına İnstitut tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri və lazımi xidmətlər göstərilir, avtomaşın normativlərə cavab verdiyi üçün yekun sənəd olan şəhadətnamənin və daşınma marşrutunun verilməsi üçün sənədlər Agentliyə göndərilir. Sonra isə Agentlik tərəfindən şəhadətnamə və daşınma marşrutu hazırlanaq imzalanıb möhürlənir, sonra isə onun tərəfindən şəhadətnamə və marşrut vərəqi Agentlikdən götürülür. Əvvəllər isə Şəhadətnaməni yalnız Təqsirləndirilən şəxs müraciət edərək almışdır. Belə ki, istintaq materiallarına əlavə edilmiş və ona təqdim edilən Şahid4 adı qeyd edilmiş AÇ-46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı **-KG- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli və AÇ-46-53-12-01 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli Şəhadətnamələrin hər biri üçün FHN-in X12 Görülməsi və Dağ X21 Agentiliyində işləyən Təqsirləndirilən şəxs 200 manat məbləğində pul vəsaiti vermişdir İlk dəfə ona məxsus olan “AÇ-46-xx-xx-01000” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2019-cu ildə idarə edilməsi üçün etibarnamə ilə Şahid4 vermiş, 2019-cu ilin dekabr ayında "Lukoyl-Azərbaycan” QSC-in Neft bazasından yanacaq daşınması ilə əlaqədar sifariş almış, lakin Sərxanın idarə etdiyi maşının “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnaməsi olmamışdır. Sərxan həmin Şəhadətnamə olmadan neft bazaya buraxılmayacağını bildirdiyi üçün o, neft bazanın qarşısına gedərək həmişə bazanın giriş hissəsində dayanan və gələn maşınların sənədlərini yoxlayan FHN-in X12 Görülməsi və Dağ X21 Agentiliyində işləyən Təqsirləndirilən şəxs yaxınlaşmış və sonuncuya “AÇ-46-xx-xx-01000” markalı, 99-VJ- 393 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün yanacaq daşınmasına icazə verən Şəhadətnamə lazım olduğunu bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Zahid 200 manat məbləğinə FHN-in X12 Görülməsi və X25 X4 ala biləcəyini bildirmişdir. Zahid həmin Agentliyin əməkdaşı olduğu üçün sonuncuya inanmış və ilk dəfə "xxxx" QSC-in Neft bazasının qarşısında maşına və Şahid4 məxsus sənədləin surətini və 200 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs təklikdə vermişdir. Bu barədə Sərxanın məlumatı olmamışdır. Zahid bir neçə gün ərzində Şəhadətnaməni hazır edərək ona verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra neft bazanın qarşısında yenidən Zahidlə görüşərək 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli Şəhadətnaməni almış və həmin gün Sərxana vermişdir. Şəhadətnamənin verilməsi ilə əlaqədar Agentliyə müraciət etməmiş və getməmiş, onunla hər hansı müqavilə bağlanmamışdır. Yalnız Zahidin sözü ilə Ziya Bünyadov prospektində maşının çəninin yuduzdurulması ilə bağlı ödəniş etmişdir. Həmin Şəhadətnamədən yalnız bir dəfə istifadə edərək onunla birlikdə işləyən Şahid4 tərəfindən "Lukoyl-Azərbaycan” QSC-in Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən neft bazasından yanacaq daşınmışdır. Eyni qaydada o, Təqsirləndirilən şəxs hər birinə görə 200 manat pul vəsaiti verərək “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli və AÇ-46-53-12-01 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli Şəhadətnamələri almışdır. Hər dəfə pulları neft bazanın qarşısında Zahidlə görüşüb təklikdə vermiş, hər hansı hesaba ödəniş etməmiş, Zahid tərəfindən ona verdiyi pullarla əlaqədar qəbz verilməmişdir. Zahid həmin Şəhadətnamələrin tam qanuni olduğunu demişdir. Zahidin ona verdiyi Şəhadətnamələri müddətləri bitdiyi üçün saxlamamışdır. Həmin Şəhadətnamələrin surətlərini neft bazaya təqdim etmiş və Sərxan tərəfindən bir il ərzində yanacaq daşınmışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Şahid3 adı qeyd edilmiş “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 03 may 2021-ci il tarixli 0296 nömrəli və Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 04 iyun 2021- ci il tarixli 0406 nömrəli Şəhadətnamələri də eyni qaydada Təqsirləndirilən şəxs almışdır. 03 may 2021-ci il tarixli 0296 nömrəli Şəhadətnaməyə görə 2021-ci ilin may ayında “Socar”ın neft bazasının qarşısında Zahidə yaxınlaşaraq sonuncuya 200 manat pul vermişdir. 04 iyun 2021-ci il tarixli 0406 nömrəli Şəhadətnaməyə görə 2021-ci ilin iyun ayında neft bazanın qarşısında Zahidə yaxınlaşaraq Şəhadətnamə lazım olduğunu bildirmişdir. Bundan sonra Zahidin sözü ilə avtomaşını FHN-in EİM tədqiqat institutunda müvafiq yuduzdurma prosesini keçdikdən sonra Şəhadətnaməyə görə 200 manat pul vermişdir. Həmin məbləği Zahidə verdikdən bir neçə gün sonra neft bazanın qarşısında yenidən sonuncuyla görüşərək Şəhadətnamələri almışdır. Həmin Şəhadətnamlərin surətini sürücülərə vermiş və 1 il ərzində neft bazadan onun maşınları vasitəsi ilə yanacaq daşınmışdır. Şəhadətnamələrə görə Zahidə 200 manat verdiyini heç kim, o cümlədən sürücülər bilməmişdir. Hazırda müddətləri bitdiyi üçün Zahidin ona verdiyi Şəhadətnamələri saxlamamışdır. (cild 01, i.v. 191-196). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və Dağ X21 Agentliyində işləməklə, 2020-ci ildən Agentliyin Dövlət reyestrinin aparılması və məlumat şöbəsinin müdiri vəzifəsində işləyir. Şöbə müdiri kimi vəzifəsi ölkə ərazisində yerləşən təhlükə potensiallı obyektlərin reyestrini aparmaqdan ibarətdir. “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında Şəhadətnamə” alınması barədə Agentliyə müraciət edirlər. Qeyd olunan müraciətə Agentliyin X5 vasitəsi ilə daşınmasına nəzarət müfəttişliyi tərəfindən baxılır və avtomobil Elm-Tədqiqat İnstitutunda müvafiq prosedurlardan keçdikdən sonra Agentlik tərəfindən Şəhadətnamə verilir və Şəhadətnamələrin verilməsi ilə bağlı qeydiyyat jurnalında qeydiyyat aparılaraq həmin məlumat Agentliyin məlumat bazasında da yerləşdirilir. Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlə bağlı bildirmişdir ki, Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması sahəsində nəzarətin gücləndirilməsi məqsədilə neft məhsullarının satışı ilə məşğul olan və təhlükəli yüklərin daşınması həyata keçirilən digər müəssisələrə sorğular göndərilmişdir. Göndərilmiş sorğular əsasında Agentliyə daxil olmuş bəzi müəssisələrdən neft məhsulları alan hüquqi və fiziki şəxslər və onların nəqliyyat vasitələrinin şəhadətnamələri barədə məlumatlar olan siyahı yoxlanılması üçün onun şöbəsinə göndərilmişdir. Həmin siyahıda avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı, hüquqi və ya fiziki şəxsin adı və verilən şəhadətnamənin nömrəsi ilə tarixi qeyd olunmuşdur. Qeyd olunan siyahılar onun tərəfindən Agentliyin məlumat bazasında yoxlanılan zaman bəzi şəhadətnamələrin məlumat bazasında olmadığı aşkar edilmiş və aşkar olunmayan şəhadətnamələrin siyahısı Agentliyin rəisinə təqdim edilmiş və qeyd olunan siyahı Agentliyin X5 vasitəsi ilə daşınmasına nəzarət müfəttişliyi tərəfidən şəhadətnamələrin illər üzrə olan qeydiyyat jurnalı ilə yoxlanılmış və qeydiyyat üzrə də aparılan yoxlama zamanı qeydiyyatda olmayan şəhadətnamələrin siyahısı tərtib edilərək 156 ədəd şəhadətnamənin FHN tərəfindən verilmədiyi və saxta olduqlarına şübhə yarandığı üçün araşdırılması məqsədilə göstəriş verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Agentlik tərəfindən xx.xx.2021 -ci il tarixdə neft məhsullarının satışı ilə məşğul olan və təhlükəli yüklərin daşınması həyata keçirilən digər müəssisələrə sorğular göndərilmişdir. Göndərilmiş sorğular əsasında Agentliyə daxil olmuş bəzi müəssisələrdən neft məhsulları alan hüquqi və fiziki şəxslər və onların nəqliyyat vasitələri barədə məlumatlarda pozuntular aşkar edilmiş və həmin Şəhadətnamələrin Agentlik tərəfindən verilmədiyi müəyyən edilmişdir. Bütün bu hallar araşdırılarkən qeyd olunan şəhadətnamələrin saxtalaşdırıldığı qənaətinə gəlindiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər neftbazadan yanacaq daşımaqla məşğul olmuşdur. Daha sonra öz kamazını Zərərçəkmiş şəxs2 satmışdır. Həmin avtomobil üçün ilk dəfə 1.100 manat ödəməklə Zahid adlı şəxsdən şəhadətnamə almışdır. Daha sonra Zahid adlı şəxsdən nəqliyyat vasitəsini texniki baxışdan keçirməsinə dair yardım istəmiş və Zahid ona texniki baxışdan keçirməyə yardımçı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda öz şəxsi avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Əvvəllər özünə məxsus “Kamaz” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada “SOCAR”-ın Bakı Neft Bazasından yanacaq daşınması işi ilə məşğul olmuş, 2019-cu ildə iş zəiflədiyindən həmin avtomobili Zərərçəkmiş şəxs2 adlı şəxsə satmışdır. Anar ondan avtomobili aldıqdan sonra həm özü idarə etmiş, həm də ona etibarnamə vermişdir ki, işi olduqda avtomobili idarə edib yanacaq daşısın. 2021-ci ildə isə Anar həmin nəqliyyat vasitəsini satmışdır. İlk dəfə həmin avtomobilə “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnaməni 2020-ci ilin dekabr ayında FHN-in Zahid adlı əməkdaşına 1.100 manat verməklə almışdır. Belə ki, 2020-ci ilin dekabr ayında **-UK-*** nömrəli avtomobilə şəhadətnamə lazım olduğu üçün Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyinə müraciət etdikdə orada Zahid adlı şəxslə tanış olmuş, Zahidə “KamAz- 5320” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobilə yanacaq daşıması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğunu bildirmiş və sonuncu bunun üçün ondan 1.100 manat pul vəsaiti istəmişdir. Anarla bu barədə danışaraq sonuncudan gedib həmin məbləği götürmüş və yenidən qayıdaraq Zahidlə görüşüb razı olduğunu bildirmişdir. Zahidlə razılaşdıqdan sonra avtomobili FHN-in Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən idarələrində texniki müayinədən keçirilməsi üçün aparmışdır. Zahidin sözü ilə həmin ünvana getmiş və avtomobilə baxılaraq çəninə su və müvafiq maddələr vurulmuşdur. Bundan sonra isə bu barədə ona akt verilmişdir. Həmin aktı gətirib Zahidə iş yerində verdikdə çöldə gözləməyini bildirmiş və Zahid bir neçə dəqiqədən sonra aşağı düşərək Agentliyin binasının yan tərəfində ondan 1.100 manat pulu alaraq Şəhadətnamənin bir həftə sonra hazır olacağını demişdir. Bir həftə sonra Zahidlə Agentliyin qarşısında görüşərək ondan “KamAz-5320” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobilin yanacaq daşıması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnaməni almış və həmin gün Anarla görüşərək sonuncuya vermişdir. Şəhadətnamənin verilməsi ilə bağlı heç bir müqavilə bağlamamış və ödəniş barədə ona Zahid tərəfindən qəbz verilməmişdir. Cinayət işinin materiallarında olmaqla təqdim edilmiş “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli Şəhadətnamə ona Zahid tərəfindən verilən Şəhadətnamənin surətidir. Həmin şəhadətnaməni Zahidə 1100 manat verib almış, lakin, Şəhadətnamənin saxta olduğunu bilməmişdir. (cild 01, i.v. 96-99). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qeyd olunan Şəhadətnamələrin alınmasında iştirak etməmiş, yalnız maşına və özünə məxsus sənədləri atası Elmirə vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, özünə və atasına məxsus yük maşınları ilə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Hazırda “X26” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir, “X26” markalı nəqliyyat vasitəsini də 2020-ci ilin noyabr ayınadək **-KD-*** qeydiyyat nişanı olmuşdur. 2020-ci ilin noyabr ayında həmin nömrə yolda düşüb itdiyi üçün **-OS-*** nömrəsini almışdır. 2020-2021-ci ildə “Socar” və "xxxx"-un neft bazalarından mütəmadi olaraq yanacaq daşımış və həmin illər ərzində “X26” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı və “X26” markalı, 99-OS- 509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələri olmuşdur. Həmin Şəhadətnamələri atası Zərərçəkmiş şəxs1 tanışı və həmyerlisi Zahid adlı FHN-ın əməkdaşı vasitəsi ilə almışdır. Qeyd olunan Şəhadətnamələrin alışında iştirak etməmiş, yalnız maşına və özünə məxsus sənədləri atası Elmirə vermişdir. Atası Elmirin deməsinə görə isə hər Şəhadətnaməyə görə Zahid adlı şəxsə 800 manat pul vermişdir. “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, xx.xx.2021-ci il tarixli, 0234 nömrəli və “Mercedes Axor” markalı, **-KD-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0220 nömrəli şəhadətnamələrin surətləri ilə tanış olaraq göstərmişdir ki, həmin şəhadətnamələr Zahid tərəfindən ona verilən Şəhadətnamələrdir. (cild 01, i.v. 120-122) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qeyd olunan şəhadətnamələrdə onun adı qeyd olunsa da, həmin şəhadətnamələr avtomobillərin sahibi olan Zərərçəkmiş şəxs3 tərəfindən alınmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində ifadə verərək Şahid4 bildirmişdir ki, qardaşı X15 məxsus “Kamaz” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada yanacaq daşıma ilə məşğuldur. Yanacağı əsasən SOCAR-ın Bakı Neft Bazasından və "xxxx" QSC-dən daşıyır. Belə ki, yanacaq daşınması ilə bağlı onlara müraciət olunur və bağlanmış müqavilə əsasında yanacaq doldurma mənətəqələrinə yanacaq daşıyır. Kamaz-5410 ATS-10” markalı, **-KG-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0430 nömrəli, “AÇ46 53 12 01 YÜK” markalı, 99- VJ-393 dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2020-ci il tarixli, 0897 nömrəli və “AÇ46 53 12 010000” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə verilmiş xx.xx.2019-cu il tarixli, 0994 nömrəli şəhadətnamələrlə bağlı göstərmişdir ki, qeyd olunan şəhadətnamələrdə onun adı qeyd olunsa da, həmin şəhadətnamələr avtomobillərin sahibi Zərərçəkmiş şəxs3 tərəfindən alınmışdır. (cild 01, i.v. 100-103) Məhkəməyədək icraat dövründə şahid qismində Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onu heç vaxt görməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə proses iştirakçılarını fikri öyrənildikdən sonra Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində ifadə verərək o bildirmişdir ki, uzun illərdir ki, yük maşınları idarə etməklə ölkədaxili müxtəlif yüklərin daşıması ilə məşğul olur. 2021-ci ildən Zərərçəkmiş şəxs3 məxsus olan “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı yük maşınlarını etibarnamə əsasında idarə etməklə müxtəlif sifarişlər əsasında yanacaq və sair yüklərin daşınmasını həyata keçirməklə ailəsini dolandırır. 2021ci ilin may və iyun aylarında Sahibə məxsus “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı maşınlara dair etibarnamə aldıqdan sonra ilk dəfə yanacaq daşımağa başladığı üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğundan bu barədə Sahibə bildirmiş, sonuncu isə Nazirliyin Sənayedə X9 və X18 Agentliyində hazırda adını xatırlamadığı tanışı olduğunu bildirmiş və o, özünə məxsus maşının sənədlərini Sahibə vermişdir. Bundan bir müddət sonra Sahib Şəhadətnamənin hazır olduğunu və nüsxəsinin Socarın neft bazasında giriş hissəyə verildiyini bildirmiş və əslini ona təqdim etmişdir. Hazırda həmin Şəhadətnamələrin müddəti bitdiyi üçün saxlamamışdır. Qeyd olunan Şəhadətnamələr əsasında 1 il müddətində ayda 1 reys etməklə neft bazadan müxtəlif yerlərə yanacaq daşımışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, istintaq materiallarına əlavə edilmiş onun adı qeyd edilmiş “AS-10 Kamaz" markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 0296 nömrəli və “Kamaz-5410” markalı 90- KG-393 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 0406 nömrəli şəhadətnamələri maşınların sahibi Zərərçəkmiş şəxs3 almışdır, lakin kimdən və hansı məbləğə aldığından məlumatı olmamış, ona bu barədə heç bir söz deməmişdir. (cild 01, i.v. 104-107) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-08402 nömrəli məktub və məktuba əlavə edilmiş siyahıdan görünür ki, olmuş Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **- OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, “Kamaz-53229 DS-138” markalı, **-MJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz-6520 DS- 138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019- aı il tarixli, 0919 nömrəli, “Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “KamAz- 532150 ATS-10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci tarixli, 0220 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı əqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli, “AÇ-46-xx-xx- 01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat " şanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli, Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli və “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə alınması ilə əlaqədar Agentliyə müraciət edilməmiş və həmin nəqliyyat vasitələrinə Agentlik tərəfindən Şəhadətnamə verilməmişdir (cild 01, i.v. 153-158). İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-07984 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 X5 vasitələri ilə daşınmasında X9nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsinə təyin edilmiş, 08 dekabr 2021-ci il tarixli, 1764/ş nömrəli əmri ilə dövlət qulluğuna xitam verilmişdir (cild 01, i.v. 150). İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “İstintaq eksperimenti aparılması haqqında” protokoldan görünür ki, İstintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs X5 vasitələri ilə daşınmasında X9nə nəzarət müfəttişliyinin inzibati binasında 712 nömrəli otaqda «HP» markalı kompyuteri işə salaraq, həmin kompyuterdə “Fiziki şəxs mək.” papkasına daxil olaraq həmin papkada olan “Şəhadətnamə” faylını açaraq şərti olaraq “tarix” qrafasında bu günki tarixi, yəni “13 dekabr 2022-ci il” tarixini, “nömrə” qrafasında 0652 №-sini, “Etibarlıdır” qrafasında “13 dekabr 2022-ci il” tarixini, “Nəqliyyat vasitəsinin markası və modeli” qrafasında “MAN” sözlərini, “nəqliyyat vasitəsinin dövlət nömrə nişanı” qrafasında **-JY-*** qeydiyyat nişanını, ”Avtonəqliyyat müəssisənin və ya avtonəqliyyat vasitəsini istifadə edən hüquqi şəxsin adı, ünvanı” qrafasında "xxxx" MMC, Bakı şəhəri, Moskva prospekti, 3001-ci məhəllə. Sürücü: X16” sözlərini qeyd etdikdən sonra printer qurğusu vasitəsi ilə çap etdi. Daha sonra xidməti otaqda saxlanılan və sahibinə verilməsi nəzərdə tutulmuş “Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və dağ X21 Agentiliyinin rəisi Vüsay Ağayevin” imzası və möhürü ilə təsdiq edilmiş hazır Şəhadətnamənin otaqda olan “İ-sensys” markalı kserokopiya qurğusu vasitəsi ilə surətini çıxardıb, həmin surəti “Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və dağ X21 Agentiliyinin rəisi Vüsay Ağayevin” imzası və möhürü ilə təsdiq edilmiş hissəni və tarix qeyd edilmiş hissələri qayçı vasitəsi ilə kəsib götürərək özünün çap etdiyi Şəhadətnamənin müvafiq qrafalarına kağız kley vasitəsi ilə yapışdırdıqdan sonra görünən izləri gizlətmək məqsədilə ağardıcı ləvazimatdan istifadə etdiyini bildirdi, lakin həmin ləvazimat olmadığı üçün həmin vaxt istifadə etmək mümkün olmadı. Daha sonra hazırladığı Şəhadətnamədə görünən xətt izlərini itirmək məqsədilə yenidən kserokopiya qurğusu vasitəsi ilə surətini çıxardaraq otaqda olan “GBC” markalı Laminasiya qurğusu vasitəsi ilə üzlənməsini həyata keçirərək saxta şəhadətnaməni hansı yolla hazırladığını nümayiş etdirmişdir (cild 01, i.v. 197-213). İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli 2020-cu il tarixli qeydiyyat jurnalı göy rəngli olmaqla 124 vərəqədən ibarətdir. Baxış zamanı 2020-ci ildə 382 fiziki və hüquqi şəxsə ümumilikdə 969 Şəhadətnamə verildiyi müəyyən edildi. xx.xx.2020-ci il tarixə hər hansı Şəhadətnamə, o cümlədən "Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020- ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138" markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli,“KamAz-532150 ATS-10” markalı **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli və “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli Şəhadətnamələr barədə hər hansı qeyd aşkar edilmədi. Bundan əlavə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli 2021-ci il tarixli qeydiyyat jurnalı göy rəngli olmaqla 139 vərəqədən ibarətdir. Baxış zamanı 2021 -ci ildə 467 fiziki və hüquqi şəxsə ümumilikdə 1082 Şəhadətnamə verildiyi müəyyən edildi. Baxış zamanı “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli, “AS-10 Kamaz" markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli, Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli Şəhadətnamələr barədə hər hansı qeyd aşkar edilmədi. (cild 02, i.v. 27-29). İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, “Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, “KamAz- 532150 ATS-10” markalı, **- OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, “Kamaz-53229 DS-138” markalı, **-MJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz-6520 DS-138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat :əsi üçün xx.xx.2019-cu il tarixli, 0919 nömrəli, “Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il 0680 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-JU-*** qeydiyyat şanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli, AÇ-46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı 99-KG- 133 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli, Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli və “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli Şəhadətnamələrin surətləri, 2019-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X7 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 20 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 2019-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 65-68). İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 140-144). Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sadix oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsinə, barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli, 11207 nömrəli qəbzinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2 ,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25%-ni, yəni 2.525 (iki min beş yüz iyirmi beş) manat dövlət büdcəsinə (büdcə təsnifat kodu: 143300) ödənilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyan Zərərçəkmiş şəxs1 8000 manat, Zərərçəkmiş şəxs2 1100 manat və Zərərçəkmiş şəxs3 1000 manat olmaqla, ümumi məbləğ 10.100 manat olmuşdur. Həmin məbləğin iyirmi beş faizi 2.525 (iki min beş yüz iyirmi beş) təşkil edir. Azərbaycan Respublikası CM-nin maddəsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş meteriallarına əlavə olunan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 355/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-ci maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Həmçinin o, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmü ilə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilənədək olan müddətlərdə törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, o Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini 2019-cu ildən başlayaraq 2021-ci ilin iyun ayınadək olan müddətlərdə törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmiş və CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması halları olmamışdır. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə olan ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən, CM-nin 320.1-cü maddəsi ilə elan edilmiş ittiham üzrə isə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. İş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, “Kamaz-53229 DS-138” markalı, **-MJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz-6520 DS- 138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019- aı il tarixli, 0919 nömrəli, “Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **- OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci tarixli, 0220 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı əqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli, “AÇ- 46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat " şanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli, Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli və “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli Şəhadətnamələrin surətləri, 2020-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X7 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 20 dekabr 2022-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 2019-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 39.1.3, 75.1.1, 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş Kamaz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0640 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-cu il tarixli, 0669 nömrəli, “Kamaz-53229 DS-138” markalı, **-MJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019-ci il tarixli, 0718 nömrəli, “KamAz-6520 DS- 138” markalı, **-KM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2019- aı il tarixli, 0919 nömrəli, “Mercedes Axor” markalı, **-KD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0220 nömrəli, “KamAz-53229 DS-138” markalı, **-TF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0664 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **- OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0680 nömrəli, “KamAz-532150 ATS-10” markalı, **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0968 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci tarixli, 0220 nömrəli, “Mercedes Axor” markalı, **-OS-*** qeydiyyat nişanlı əqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0234 nömrəli, “AÇ- 46-xx-xx-01000 markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 10 dekabr 2019-cu il tarixli, 0994 nömrəli, “Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 29 iyun 2020-ci il tarixli, 0430 nömrəli, “AÇ-46-53” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18 dekabr 2020-ci il tarixli, 0897 nömrəli, “AS-10 Kamaz” markalı **-TG-*** qeydiyyat " şanlı nəqliyyat vasitəsi üçün 03 may 2021-ci il tarixli, 0296 nömrəli, Kamaz-5410” markalı **-KG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 04 iyun 2021-ci il tarixli 0406 nömrəli və “KamAz-5320” markalı, **-UK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0894 nömrəli şəhadərnamələrin surətləri, 2019-2021-ci illər ərzində şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X1muş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 20 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və Dağ-mədən X10 2019-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxaışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar