Məhkəmə qərarları › İş №1(011)-169/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-169/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-169/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X23, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X51, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs “ULTRATEK" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin MMC-yə məxsus Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit üzrə mütəxəssis və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyərkən vəzifə təlimatı üzrə kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək funksiyasını layiqincə yerincə yetirməyib maddi-məsul şəxs olmaqla davamlı olaraq mənimsəməyə yönələn və vahid qəsdlə əhatə olunan niyyətlə cinayət əməllərini törədərək qulluq mövqeyindən istifadə edib xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həmin MMC-yə məxsus "xxxx" mağazalarından nisyə alqı-satqı müqaviləsi əsasında elektronika və məişət texnikaları almış müştərilərə MMC-nin bank hesabı əvəzinə, özünə məxsus "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli şəxsi kart hesablarını təqdim etməklə müştərilər, yəni X109 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Samsung A125” markalı telefon və “Arçelik” markalı televizora görə ödənilmiş 959 manatın 235 manatının, X187 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Arçelik” markalı kondisionerə görə ödənilmiş 1294 manatın 101 manatının, X144 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 05 ədəd “Arçelik” markalı kondisionerə görə ödənilmiş 3745 manatın 962 manatının, X145 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung” markalı televizora görə ödənilmiş 1849 manatın 399 manatının, X29 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Toshiba” markalı televizor və “Arçelik” markalı paltaryuyana görə ödənilmiş 1298 manatın 403 manatının, X30 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı paltaryuyana görə ödənilmiş 989 manatın 376 manatının, X52 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı kondisionerə görə ödənilmiş 1749 manatın 250 manatının, X53 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək “Arçelik” markalı soyuducu və “Samsung A23” markalı telefona görə ödənilmiş 2348 manatın 405 manatının, X188 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung S21 Ultra” markalı telefona görə ödənilmiş 2799 manatın 461 manatının, X110 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Realme” markalı telefon və “Artel” markalı televizora görə ödənilmiş 768 manatın 448 manatının, X189 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “LG” markalı paltaryuyana görə ödənilmiş 1149 manatın 423 manatının, X111 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducu və “LG” markalı televizora görə ödənilmiş 2298 manatın 970 manatının, X146 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducu, “Arçelik” markalı paltaryuyan, “Arçelik” markalı soba və “Arçelik” markalı bişirmə panelinə görə ödənilmiş 2656 manatın 880 manatının, X147 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 649 manatın 350 manatının, X112 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Samsung A13” markalı telefon, “Arçelik” markalı paltaryuyan, “Arnica” markalı tozsoran və “Samsung A23” markalı telefona görə ödənilmiş 1511 manatın 615 manatının, X54 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 929 manatın 520 manatının, X190 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “HP” markalı notbuka görə ödənilmiş 1016 manatın 371 manatının, X113 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Arçelik” markalı kondisionerə görə ödənilmiş 798 manatın 560 manatının, X83 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "Arçelik" markalı kondisionerə görə ödənilmiş 1533 manatın 446 manatının, X218 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Arçelik” markalı paltaryuyana görə ödənilmiş 672 manatın 433 manatının, X114 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək “Arçelik” markalı kondisionerə görə ödənilmiş 1662 manatın 546 manatının, X55 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı televizor və “Samsung” markalı paltaryuyana görə ödənilmiş 1849 manatın 1300 manatının, X84 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A52” markalı telefona görə ödənilmiş 719 manatın 289 manatının, X56 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 999 manatın 607 manatının, X191 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 2149 manatın 665 manatının. X31 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 1869 manatın 699 manatının, X192 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung” markalı soyuducuya görə ödənilmiş 1659 manatın 721 manatının, X32 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı kondisionerə görə ödənilmiş 2259 manatın 1100 manatının, X85 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 2199 manatın 846 manatının, X115 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “LG” markalı televizora görə ödənilmiş 699 manatın 99 manatının, X18 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung” markalı soyuducuya görə ödənilmiş 1659 manatın 459 manatının, X11 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Toshiba” markalı televizor və “Samsung” markalı paltaryuyana görə ödənilmiş 2548 manatın 968 manatının, Məmmədov Mansır oğlu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “HP” markalı notbuka görə ödənilmiş 1199 manatın 119 manatının, X148 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A73” markalı telefona görə ödənilmiş 1227 manatın 487 manatının, X193 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı kondisionerə görə ödənilmiş 899 manatın 587 manatının, X149 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı kondisionerə görə ödənilmiş 899 manatın 399 manatının, X116 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023cii il tarixədək “Arçelik” markalı paltaryuyana görə ödənilmiş 649 manatın 399 manatının, X5 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung” markalı soyuducuya görə ödənilmiş 1479 manatın 544 manatının, X150 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Веко” markalı soyuducu və “Samsung A13” markalı telefona görə ödənilmiş 1753 manatın 906 manatının, X151 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Midea” markalı kondisionerə görə ödənilmiş 999 manatın 551 manatının, X57 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı sobaya görə ödənilmiş 439 manatın 100 manatının, X33 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 699 manatın 582 manatının, X24 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Веко” markalı paltaryuyana görə ödənilmiş 889 manatın 740 manatının, X152 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A13” markalı telefona görə ödənilmiş 389 manatın 191 manatının, X194 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "İphone 1.3 Pro" markalı telefona görə ödənilmiş 2834 manatın 450 manatının, X153 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Xiaomi” markalı telefona görə ödənilmiş 349 manatın 120 manatının, X25 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 1256 manatın 462 manatının, X86 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək “Samsung AQ3” markalı telefon və “Artel” markalı televizora görə ödənilmiş 988 manatın 538 manatının, X117 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Xiaomi” markalı telefona görə ödənilmiş 519 manatın 420 manatının, X118 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Acer” markalı notbuka görə ödənilmiş 1599 manatın 842 manatının, X6 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək “Realme” markalı telefona ödənilmiş 576 manatın 32 manatının, X154 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Hotpoint” markalı soyuducu və “Artel” markalı televizora görə ödənilmiş 1428 manatın 560 manatının, X58 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Xiaomi” markalı telefona görə ödənilmiş 839 manatın 195 manatının, X119 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Samsung” markalı soyuducuya görə ödənilmiş 1258 manatın 126 manatının, X12 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Arçelik” markalı soyuducuya görə ödənilmiş 1500 manatın 400 manatının, X155 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A13” markalı telefona görə ödənilmiş 429 manatın 277 manatının, X87 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Artel” markalı kondisionerə görə ödənilmiş 823 manatın hamısını, X7 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A53” markalı telefon və “Aiwa” markalı naqilsiz qulaqlığa görə ödənilmiş 1016 manatın 400 manatının, X59 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Веко” markalı soyuducu və “Asus” markalı notbuka görə ödənilmiş 2598.25 manatın 538 manatının, X34 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A23” markalı telefona görə ödənilmiş 499 manatın 414 manatının, X26 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A13” markalı telefona görə ödənilmiş 479 manatın 280 manatının, X120 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 624 manatın 450 manatının, X88 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A23” markalı telefona görə ödənilmiş 569 manatın 369 manatının, X89 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A13” markalı telefona görə ödənilmiş 349 manatın 240 manatının, X60 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 699 manatın 110 manatının, X219 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 390 manatın 381 manatının, X121 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung A13” markalı telefona görə ödənilmiş 429 manatın 350 manatının, X220 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Samsung” markalı paltaryuyana görə ödənilmiş 1159 manatın 100 manatının, X27 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024 cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 420 manatın 300 manatının, X90 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək “Веко” markalı soyuducuya görə ödənilmiş 1438 manatın 588 manatının, X61 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Веко” markalı soyuducuya görə ödənilmiş 1559 manatın 366 manatının, X35 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Realme” markalı telefona görə ödənilmiş 533 manatın 353 manatının, X156 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Artel” markalı televizora görə ödənilmiş 672 manatın 199 manatının və X122 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Arçelik” markalı paltaryuyana görə ödənilmiş 546 manatın 207 manatının həmin kart hesablarına köçürülməsinə nail olaraq ümumilikdə 34402 (otuz dörd min dörd yüz iki) AZN məbləğində pul vəsaitini MMC-nin ünvan 2 ünvanında yerləşən kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə əmlak sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011 -2021ci illərdə Gəncə şəhərində yerləşən müxtəlif banklarda kredit mütəxəssisi vəzifəsində işləmişdir. O, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də işləməyə başlamış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cü il tarixodən MMC-yə məxsus Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit mütəxəssisi vəzifəsində, xx.xx.2022-ci il tarixdən isə problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləmişdir. Problemli kreditlər üzrə mütəxəssis kimi xx.xx.2022-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhərində yerləşən "xxxx" mağazasında, xx.xx.2023-cü il tarixdən isə MMC-nin ünvan 3 ünvanında yerləşən baş ofisində işləmişdir. ünvan 4 ünvanında kirayə yaşamışdır. "xxxx" mağazasının fəaliyyət istiqaməti elektronika və məişət texnikalarının satışı olmuşdur. 2022-ci ilin dekabr ayında "xxxx" MMC-nin regionlarda, o cümlədən Gəncə şəhərində yerləşən mağazası bağlanmışdır. O, Gəncə şəhərində işlədiyi dövrdə müştərilərin kredit ödənişilərini ona məxsus "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli şəxsi kart hesablarına köçürmüş, o da həmin ödənişləri kassaya yerləşdimişdir. Həmin dövrdə onun şəxsi kreditləri və ailə xərcləri səbəbindən 40000 manata yaxın borcları yaranmışdır. O da Bakı şəhərində işləməyə başladığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müştərilərin ona göndərdiyi kredit ödənişlərini öz şəxsi kart hesablarına yönləndirib borclarını ödəməyə başlamışdır. Belə ki, problemli kreditlər üzrə mütəxəssis kimi o, kredit borclarını ödəməyən müştərilərə zəng etmiş və onlardan borclarını ödəməyi tələb etmişdir. Bəzən "xxxx" MMC-nin bank hesabında nasazlıqlar yaranmış, həmin hesaba ödəniş etmək mümkün olmamışdır. Bu zaman o, kredit borclarını ödəmək istəyən müştərilərə "xxxx" ASC-də mövcud olan 4169- 7388-2018-4228 və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli şəxsi kart hesablarını verib kredit ödənişlərinin həmin kart hesablarına köçürülməsinə nail olmuşdur. O, kredit ödənişlərinin bir hissəsini kassaya mədaxil etmiş, bir hissəsi ilə də öz borclarını ödəmişdir. Onun məqsədi 40000 manata yaxın pul vəsaiti götürüb borclarını bağlamaq, sonradan həmin pul vəsaitlərini yerinə qoymaq olmuşdur. O, xx.xx.2024-cü il tarixədək kart hesablarına köçən ödənişləri borclarını ödəməyə xərcləmişdir. Həmin tarixdə MMC-nin direktoru Zərərçəkmiş şəxs və kredit deportamentinin direktoru Şahid onun əməllərini aşkara çıxarmış, Zərərçəkmiş şəxslə söhbət zamanı o, 36298 otuz (altı min iki yüz doxsan səkkiz min) manat pul vəsaitini mənimsədiyini etiraf etmiş və bu barədə könüllü surətdə yazılı ərizə yazmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə o, işdən uzaqlaşdırılmışdır. 2024-cü ilin fevral ayında o, MMC-nin baş ofisində Zərərçəkmiş şəxs vurduğu ziyanın bir hissəsi olan 10000 manatı ödəmişdir. O, MMC-yə olan borcunu ödəmək istəmiş, bu səbəbdən xaricə gedib işləməyə qərar vermişdir. xx.xx.2024-cü il tarixdə işləmək üçün X9 şəhərinə gedən zaman Rusiya Federasiyası, Moskva şəhəri, Domodedovo hava limanında saxlanılmış, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Domodedovo şəhər məhkəməsinin qərarı ilə 40 gün müddətinə həbs edilmişdir. xx.xx.2024-cü il tarixdə isə yenidən həmin məhkəmənin qərarı ilə 06 aylıq, yəni xx.xx.2025-ci il tarixədək həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Rusiya Federasiyasında işlədiyi dövrdə vurduğu ziyana görə 6757 manat pul vəsaitini MMC-yə göndərmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin MMC-yə məxsus, Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit üzrə mütəxəssis və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyərkən pul vəsaitini mənimsəmişdir. Onun ailə xərcləri səbəbindən 40000 manata yaxın borcları yaranmışdır. O, müştərilərin ona göndərdiyi kredit ödənişlərini öz şəxsi kart hesablarına yönləndirib borclarını ödəməyə başlamışdır. Belə ki, problemli kreditlər üzrə mütəxəssis kimi o, kredit borclarını ödəməyən müştərilərə zəng etmiş və onlardan borclarını ödəməyi tələb etmişdir. Bəzən "xxxx" MMCnin bank hesabında nasazlıqlar yaranmış, həmin hesaba ödəniş etmək mümkün olmamışdır. Bu zaman o, kredit borclarını ödəmək istəyən müştərilərə "xxxx" ASC-də mövcud olan 4169-7388-2018- 4228 və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062- 3325 nömrəli şəxsi kart hesablarını verib kredit ödənişlərinin həmin kart hesablarına köçürülməsinə nail olmuşdur. O, həmin pullarla öz borclarını ödəməyə başlamışdır. Onun məqsədi 40000 manata yaxın pul vəsaiti götürüb borclarını bağlamaq, sonradan həmin pul vəsaitini yerinə qoymaq olmuşdur. Hazırda onun MMC-yə ödəməli olduğu məbləğ təxminən 11245 manat təşkil edir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, himayəsində azyaşlı və xəstə övladlarının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı qismən ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq o qeyd etmişdir ki, peşmandır, bu cinayəti övladları xəstə olduğu üçün etmişdir. Əldə etdiyi pulu övladlarının sağlamlıqlarında olan problemlərlə bağlı yaranmış borclarına vermişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X157 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də işləmişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək MMC-yə məxsus Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən isə problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləmişdir. Problemli kreditlər üzrə mütəxəssis kimi xx.xx.2022-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhərində yerləşən "xxxx" mağazasında, xx.xx.2023-cü il tarixdən isə MMC-nin ünvan 2 ünvanında yerləşən baş ofisində işləmişdir. "xxxx" mağazasının fəaliyyət istiqaməti elektronika və məişət texnikalarının satışı olmuşdur. 2024-cü ilin yanvar ayında problemli kreditlər şöbəsinin müdiri Şahid ona Təqsirləndirilən şəxs iş fəaliyyətindən şübhələndiyini, müştərilərdən yığdığı borcların miqdarının azaldığını, ödəniş üçün bir neçə müştəriyə zəng etdiyini və həmin müştərilərin borclarını ödədiyini bildirmişdir. O, dərhal həmin halların araşdırılmasına dair göstəriş vermiş, araşdırma zamanı 120-dən çox müştəriyə zəng edilmiş və bütün müştərilər borclarını Təqsirləndirilən şəxs bildirdiyi kart hesablarına köçürdüklərini bildirmişlər. Bundan sonra MMC-nin direktoru xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid və digər işçilərin yanında söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona müştərilərin borclarını ödəmək üçün kart hesabları istəyən zaman öz kartlarının hesablarını müştərilərə bildirdiyini, müştərilərin borclarını onun kartına göndərdiklərini, həmin pulları MMC-nin baş ofisində yerləşən kassasına təhvil verməyərək mənimsədiyini bildirmiş və bu barədə etirafedici izahat yazaraq direktora təqdim etmişdir. Təqsirləndirilən şəxs izahatında 36298 manat mənimsədiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin gün yəni, xx.xx.2024-cü il tarixdə işdən uzaqlaşdırılmışdır. Lakin, o, MMC-də audit yoxlaması təşkil etmiş və audit yoxlaması nəticəsində Təqsirləndirilən şəxs 44402 manat pul vəsaiti mənimsədiyi təsdiq edilmişdir. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs vurduğu ziyanın ödənişi olaraq MMC-nin baş ofisində direktora 10000 manat vermişdir. Həmçinin, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 08 may 2012-ci il tarixli əsasnaməyə əsasən elektronika avadanlıqlarının satışı ilə məşğul olur, hüquqi ünvanı ünvan 5teriallarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də problemli kredit üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrdə, kredit ödənişlərinin yalnız müəyyən edilmiş ödəniş vasitətələri ilə qəbul edildiyinə baxmayaraq, çoxsaylı müştərilərə şirkətə olan borclarını ödəmək üçün özünə məxsus şəxsi kart hesabının məlumatlarını təqdim etmiş və ödənişləri mütəmadi olaraq öz şəxsi kart hesabına ödətdirməklə, "xxxx" MMC-nə məxsus ümumilikdə 34402 manat pul vəsaitini mənimsəmişdir. Hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq başa çatmış və iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, dəymiş ziyan 34402 manat məbləğində müəyyən edilir. Hazırki mərhələyə qədər təqsirləndirilən şəxsin özü və yaxınları tərəfindən vurulmuş maddi ziyan qismən ödənilsə də, 12645 manat pul məbləği hələ də ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nə vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi 12645 (on iki min altı yüz qırx beş) manat təşkil edir. Beləliklə o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nə dəymiş, ödənilməmiş maddi ziyan - 12645 (on iki min altı yüz qırx beş) manat məbləğində pul vəsaiti və 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 12773 (on iki min yeddi yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Daha sonra, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X157 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, "xxxx" MMC-nə dəymiş və ödənilməmiş 12645 manat məbləğində maddi ziyandan 1400 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 2021-ci ildən 2024-cü ilin mart ayınadək “ULTRATEK“ MMC-də kredit departamentinin direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də işləmişdir. Elmir xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC-yə məxsus Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit mütəxəssisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdən isə MMC-nin ünvan 3 ünvanında yerləşən baş ofisində problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləmişdir. "xxxx" mağazasının fəaliyyət istiqaməti elektronika və məişət texnikalarının satışı olmuşdur. Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi şöbənin işçisi olmuşdur. Təqsirləndirilən şəxs problemli kreditlər üzrə mütəxəssis kimi vəzifə öhdəliklərindən biri də kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək olmuşdur. 2024-cü ilin yanvar ayında o, MMC-nin direktoru Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iş fəaliyyətindən şübhələndiyini, müştərilərdən yığdığı borclarının miqdarının azaldığını, ödəniş üçün bir neçə müştəriyə zəng etdiyini və həmin müştərilərin borclarını ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin halların araşdırılmasına dair göstəriş vermişdir. Araşdırma zamanı 120-dən çox müştəriyə zəng edilmiş və bütün müştərilər borclarını Təqsirləndirilən şəxs bildirdiyi kart hesablarına köçürdüyünü bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə onun və digər işçilərin yanında söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onlara müştərilərin borclarını ödəmək üçün kart hesabları istəyən zaman öz kart hesablarını müştərilərə bildirdiyini, müştərilərin borclarını onun kartına göndərdiklərini, həmin pulları MMC-nin baş ofisində yerləşən kassasına təhvil verməyərək mənimsədiyini bildirmiş və bu barədə etirafedici izahat yazaraq Zərərçəkmiş şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs izahatında 36298 manat mənimsədiyini etiraf etmişdir. Lakin MMC-də audit yoxlaması təşkil edilmiş və audit yoxlaması nəticəsində Təqsirləndirilən şəxs 44402 manat pul vəsaiti mənimsədiyi təsdiq edilmişdir. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs vurduğu ziyanın ödənişi olaraq MMC-nin baş ofisində onun yanında Zərərçəkmiş şəxs 10000 manat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1); "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən və həmin tarixli AK 2104/136 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin şirkətdə Kredit üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir (i.v. 6-11); "xxxx" MMC-nin direktoru tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, TK 2209/101 B nömrəli başqa işə keçirilmə barədə əmrdən, əmək müqaviləsinə əlavədən və əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs “problemli kredit üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir (cild 1, i.v. 12-14); Təqsirləndirilən şəxs vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs problemli kreditlər üzrə mütəxəssis kimi əmək funksiyaları borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi, hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması, gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi, kredit ödənişlərinin həyata keçirilməsinin təmin edilməsi, portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub-olmamasının müəyyənləşdirilməsi, sorğu və hesabat formalarının təşkil edilməsi, problemli kreditlərin sağlaşdırılması istiqamətində digər tədbirlərin görülməsi, rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi olmuşdur (cild 1, i.v. 16-17); "xxxx" MMC tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli müstəqil auditorun hesabatından görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş maddi ziyan 44402 manat təşkil edir (cild 1, i.v. 33-37); cinayət işinin icraata qəbul edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 2, i.v. 95); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (cild 2, i.v. 100); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 103); şahid X36 ifadəsindən və ona əlavə edilmiş “PashaPay” və “Mpay” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 50 manat və xx.xx.2023cü il tarixdə 82 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 123-129); şahid X62 ifadəsindən və ona əlavə edilmiş “eManat” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 80 manat və xx.xx.2023-cü il tarixdə 80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 143-146); şahid X19 ifadəsindən və ona əlavə edilmiş “m10” ödəniş tətbiqindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 55 manat və xx.xx.2023-cü il tarixdə 55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 148- 151); şahid X20 ifadəsindən və ona əlavə edilmiş “PashaPay” və “m10” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 28 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 153-159); şahid X91 ifadəsindən və ona əlavə edilmiş “eManat” və “m10” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 240 manat və xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 161-164); şahid X37 ifadəsindən və ona əlavə edilmiş “mPay” və “eManat” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 39 manat, xx.xx.2023cü il tarixdə 39 manat, xx.xx.2023-cü il tarixdə 39 manat, xx.xx.2023-cü il tarixdə 39 manat, xx.xx.2023-cü il tarixdə 39 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 186-194); şahid X63 ifadəsindən və ona əlavə edilmiş “mPay” və “birbank” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 165 manat və xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 201-207); şahid X38 ifadəsindən və ona əlavə edilmiş “eManat” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 39 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 209-221); şahid X1 ifadəsindən və ona əlavə edilmiş “eManat” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 223-228); şahid X21 ifadəsindən və ona əlavə edilmiş “PashaPay” və “birbank” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 52 manat, xx.xx.2022-ci il tarixdə 52 manat, xx.xx.2022-ci il tarixdə 52 manat, xx.xx.2023-cü il tarixdə 52 manat, xx.xx.2022-ci il tarixdə 52 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 229-240); şahid X123 ifadəsindən və ona əlavə edilmiş “PashaPay” və “eManat” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 32 manat, xx.xx.2022-ci il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2024-cü il tarixdə 32 manat və xx.xx.2024-cü il tarixdə 32 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 2, i.v. 246-260); şahid X64 ifadəsindən və ona əlavə edilmiş “m10” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2023-cü il tarixdə 111 manat, xx.xx.2024-cü il tarixdə 36 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 2-11); şahid X65 ifadəsindən və ona əlavə edilmiş “m10”, “mPay”, “eManat” və “expresspay” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 33 manat, xx.xx.2022-ci il tarixdə 37 manat, xx.xx.2022-ci il tarixdə 37 manat, xx.xx.2022-ci il tarixdə 38 manat, xx.xx.2023-cü il tarixdə 37 manat, xx.xx.2023-cü il tarixdə 37 manat, xx.xx.2023-cü il tarixdə 38 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 13-20); şahid X2 ifadəsindən, ona əlavə edilmiş “m10” ödəniş tətbiqindən əldə olunmuş ödəniş qəbzlərindən və “Whatsapp” yazışmalarından görünür ki, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 39 manat, xx.xx.2023-cü il tarixdə 139 manat, xx.xx.2023-cü il tarixdə 139 manat, xx.xx.2023-cü il tarixdə 139 manat və xx.xx.2023-cü il tarixdə 139 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 22-29); şahid X66 ifadəsindən və ona əlavə edilmiş “m10” və “eManat” ödəniş portallarından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023cü il tarixdə 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 31-34); şahid X39 ifadəsindən və ona əlavə edilmiş “eManat” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 51 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 56- 59); şahid X8 ifadəsindən və ona əlavə edilmiş “m10” ödəniş tətbiqindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 173 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 61-69); şahid X176 ifadəsindən və ona əlavə edilmiş “m10” ödəniş tətbiqindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 252 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-cü il tarixdə 117 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 85-91); şahid X13 ifadəsindən və ona əlavə edilmiş “emanat”, “birbank” və “m10” ödəniş tətbiqlərindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 67 manat, xx.xx.2023-cü il tarixdə 26 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 21 manat, xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 37 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (cild 3, i.v. 109- 120); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 3, i.v. 134-135); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-511/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 27 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin qərarın icra edildiyi vaxtdan hesablanması qərara alınmışdır (cild 3, i.v. 147-152); X10 Sistemindən əldə edilmiş xx.xx.2024 tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş maddi ziyandan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 6757 manat məbləğində ödəniş edilmişdir (cild 4, i.v. 62); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Rusiya DİNnin Domodedovo hava limanında şübhəli şəxs qismində tutulmuşdur (cild 4, i.v. 72-73); Moskva vilayəti Domodedovo şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 40 gün müddətinə, yəni 27 noyabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir (cild 4, i.v. 81-86); Moskva şəhəri Babuşkinski Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3/2- 434/24/27/12 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay 20 gün olmaqla, ümumilikdə 6 ay müddətinə, yəni 19 aprel 2025-ci il tarixinədək uzadılmışdır (cild 4, i.v. 92-94); baxış keçirilməsi haqqında 06 fevral 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 nömrəli və "xxxx" ASC-də mövcud olan 4098- 5844-5062-3325 nömrəli kart hesablarının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına, həmin çıxarışlara əlavə edilmiş 01 ədəd “CD” diskə və 01 ədəd “DVD” diskə, həmçinin şahidlər tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə Xətai RPİ-nin X143 baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesabı Təqsirləndirilən şəxs məxsusdur. Həmin kart hesabının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə mədaxil əməliyyatlarının cəmi 221049.11 (iki yüz iyirmi bir min qırx doqquz manat, on bir qəpik) AZN, həmin dövr üzrə mədaxil əməliyyatlarının cəmi isə 220971.89 (iyirmi iki min doqquz yüz yetmiş bir manat səksən doqquz qəpik) AZN-dir. "xxxx" ASC-də mövcud olan 4169-7388- 2018-4228 nömrəli kart hesabı Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı "xxxx" ASCdə mövcud olan 4169-7388-2018-4228 nömrəli və "xxxx" ASC-də mövcud olan 4098-5844- 5062-3325 nömrəli kart hesablarının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışları şahidlər tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə müqayisəli şəkildə təhlil edilmişdir. Müqayisəli təhlil nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesabına X11 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 23:25-də 100 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:51-də 39 AZN, xx.xx.2023-cü il tarixdə, saat 07:55-də 139 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:10-da 139 AZN, xx.xx.2023-cü il tarixdə, saat 17:07-də 139 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:56-da 139 AZN, X147 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 14:57-də 33 AZN, xx.xx.2022-ci il tarixdə, saat 18:17-də 37 AZN, xx.xx.2022-ci il tarixdə, saat 20:21-də 37 AZN, xx.xx.2022-ci saat il tarixdə, saat 09:57-də 38 AZN, xx.xx.2023-cü il tarixdə, saat 14:03-də 37 AZN, xx.xx.2023cü il tarixdə, saat 16:52-də 37 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:01-də 38 AZN, X158 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:14-də 111 AZN, xx.xx.2023-cü il tarixdə saat 11:02-də 111 AZN, xx.xx.2023-cü il tarixdə saat 12:13-də 111 AZN, xx.xx.2023-cü il tarixdə saat 04:10-da 111 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:35-də 111 AZN, xx.xx.2023-cü il tarixdə, saat 09:12-də 111 AZN, xx.xx.2024-cü il tarixdə, saat 08:08-də 36 AZN, X124 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:01-də 50 AZN, xx.xx.2023-cü il tarixdə, saat 17:01-də 32 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:42-də 50 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:44-də 82 AZN, X218 tərəfindən xx.xx.2022-cü il tarixdə, saat 14:18-də 32 AZN, xx.xx.2022-cü il tarixdə, saat 11:11-də 32 AZN, xx.xx.2023-cü il tarixdə saat 07:10-da 32 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:43 32 AZN, xx.xx.2023-cü il tarixdə, saat 08:40-da 64 AZN, xx.xx.2023-cü il tarixdə, saat 18:10-da 32 AZN, xx.xx.2023-cü il tarixdə, saat 08:33-də 32 AZN, xx.xx.2024-cü il tarixdə, saat 16:21-də 32 AZN, xx.xx.2024-cü il tarixdə, saat 12:35də 32 AZN, X40 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 08:21-də 52 AZN, xx.xx.2022-ci il tarixdə, saat 17:47-də 52 AZN, xx.xx.2022-ci il tarixdə, saat 10:54-də 52 AZN, xx.xx.2022-ci il tarixdə, saat 15:19-da 52 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:15-də 52 AZN, xx.xx.2023cü il tarixdə, saat 20:26-da 52 AZN, X14 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:15-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 14:25-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:26da 80 AZN, xx.xx.2023- cil il tarixdə, saat 11:18-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:54-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:59-da 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:05-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:05-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:17-də 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:37-də 80 AZN, X32 tərəfindən, xx.xx.2023-cü il tarixdə, saat 12:54-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 14:14-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:21-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:18-də 252 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:02-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:51-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:01-də 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:59-da 126 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:24-də 117 AZN, X195 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:58-də 240 AZN, X27 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:08-də 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:12-də 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:05-də 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:11-də 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 10:49-da 28 AZN, X60 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:10-da 55 AZN, xx.xx.2023-cü il tarixdə, saat 14:16-da 55 AZN, X154 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:59-da 80 AZN, xx.xx.2022-ci il tarixdə, saat 10:16-da 80 AZN, xx.xx.2023-cü il tarixdə, saat 21:09-da 80 AZN, X219 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 18:47-də 70 AZN, xx.xx.2023-cü il tarixdə, saat 20:47-də 70 AZN, X110 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:33-də 50 AZN, xx.xx.2023-cü il tarixdə, saat 17:30-də 51 AZN, X24 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:10-da 173 AZN, xx.xx.2023-cü il tarixdə, saat 19:06-da 100 AZN, xx.xx.2023-cü ü tarixdə, saat 20:09da 100 AZN, xx.xx.2023-cü il tarixdə, saat 22:04-də 100 AZN, xx.xx.2023-cü il tarixdə, saat 20:27-də 100 AZN, xx.xx.2023-cü il tarixdə, saat 20:28-də 100 AZN, X118 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:34-də 75 AZN və xx.xx.2023-cü il tarixdə, saat 11:14-də 75 AZN köçürülmüşdür. "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 kart hesabına X41 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:41-də 67 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:33-də 26 AZN, xx.xx.2023-cü il tarixdə, saat 19:13- də 75 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:02-də 25 AZN, xx.xx.2023-cü il tarixdə, saat 19:37-də 21 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:20-də 60 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:46-da 25 AZN, xx.xx.2023cü il tarixdə, saat 11:31-də 25 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:43-də 37 AZN, X118 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:46-da 75 AZN, xx.xx.2023-cü il tarixdə, saat 09:57-də 135 AZN, xx.xx.2023-cü il tarixdə, saat 16:29-da 75 AZN, xx.xx.2023-cü il tarixdə, saat 18:49-da 75 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:53-də 75 AZN, X144 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:46-da 200 AZN, xx.xx.2023-cü il tarixdə, saat 15:30-da 200 AZN, xx.xx.2024-cü il tarixdə, saat 19:52-də 165 AZN, xx.xx.2024-cü iİ tarixdə, saat 200 AZN, X92 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:21-də 39 AZN, xx.xx.2023-cü il tarixdə, saat 10:58-də 39 AZN, xx.xx.2023-cü il tarixdə, saat 10:13-də 39 AZN, xx.xx.2023-cü il tarixdə, saat 20:23-də 39 AZN, xx.xx.2023-cü il tarixdə, saat 10:26-da 39 AZN, xx.xx.2023cü il tarixdə, saat 20:41-də 39 AZN, X195 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:34-də 400 AZN, X27 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:19-da 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 12:31-də 28 AZN, xx.xx.2023cü il tarixdə, saat 15:10-da 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:28-də 28 AZN, xx.xx.2023-cü il tarixdə, saat 11:14-də 28 AZN köçürülmüşdür. "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesabının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına əlavə edilmiş 01 ədəd “CD” diskdə həmin dövr üzrə çıxarışlar və kart hesabına dair məlumatlar əks olunmuşdur. "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 kart hesabının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına əlavə edilmiş 01 ədəd “DVD” diskdə Təqsirləndirilən şəxs həmin kart hesabmdakı pulları ATM-lər vasitəsilə nağdlaşdırarkən ATM-lərin kameraları ilə çəkilmiş fotoşəkilləri vardır (cild 4, i.v. 122-124); baxış keçirilməsi haqqında 06 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X42 iştirakı ilə ilkin araşdırma materialına əlavə edilmiş ərizəyə Xətai RPİ-nin X107 baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ərizə 04 (dörd) səhifədən ibarətdir. Həmin ərizədə qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs cənabları həmin şirkətin problemli kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən izahat yazıb bildirir ki, "xxxx" MMC-də problemli kredit mütəxəssisi işlədiyi dövrdə aşağıda adı olunmuş müştərilərdən müxtəlif vaxtlarda kredit ödənişlərini öz şəxsi kart hesablanma (**********184228) "xxxx" və (**********623325) “Leobank” göndərtdirərək göndərilmiş məbləğləri şəxsi ehtiyaclarına xərcləyərək şirkət kassasına mədaxil etməmişdir. Müştərilərin etibarından sui-istifadə edərək şirkətə mədaxil olunmalı 36298 (otuz altı min iki yüz doqsan səkkiz) AZN məbləği mənimsəmişdir. Müştəri adları, müqavilə kodları və məbləğlər aşağıda qeyd olunmuşdur: 1) ******* - 962 AZN - X144, 2) 0075569- 880 AZN - X159, 3) 0081432- 968 AZN - X11, 4) ******* - 846 - X93, 5) ******* - 699 AZN - X125, 6) ******* - 970 AZN - X111, 7) ******* - 730 AZN - X83, 8) ******* - 56 AZN - X94, 9) ******* - 699 AZN - X31, 10) ******* - 544 AZN - X5, 11) ******* - 607 AZN - X56, 12) ******* - 587 AZN - X193, 13) ******* - 39 AZN - X86, 14) ******* - 499 AZN - X86, 15) ******* - 566 AZN - X150, 16)0081404 - 248 AZN - X160, 17) ******* - 551 AZN - X151, 18) ******* - 399 AZN - X145, 19) ******* - 403 AZN - X29, 20) ******* - 823 AZN - X87, 21) ******* - 250 AZN - X52, 22) ******* - 487 AZN - X148, 23) ******* - 399 AZN - X149, 24) ******* - 459 AZN - X18, 25) ******* - 376 AZN - X30, 26) ******* - 371 AZN - X190, 27) ******* - 414 AZN X34, 28) ******* - 420 AZN - X117, 29) ******* - 399 AZN - X126, 30) ******* - 400 AZN - X12, 31) ******* - 289 AZN - X127, 32) ******* - 204 AZN - X22, 33) ******* - 346 AZN - X161, 34) ******* - 115 AZN - X266 35) ******* - 279 AZN - X128, 36) ******* - 149 AZN - X196, 37) ******* - 150 AZN –X15, 38) ******* - 167 AZN - X95, 39) ******* - 239 AZN - X67, 40) ******* - 193 AZN - X96, 41) ******* - 114 AZN - X221, 42) ******* - 238 AZN - X222, 43) ******* - 89 AZN - Bayramov Ədalət islam oğlu, 44) ******* - 119 AZN - X43, 45) ******* - 64 AZN - X68, 46) ******* - 97 AZN - X129, 47) ******* - 138 AZN - X97, 48) ******* - 90 AZN - X197, 49) ******* - 99 AZN X16, 50) ******* - 101 AZN - X187, 51) ******* - 55 AZN - X130, 52) ******* - 113 AZN - X17, 53) ******* - 99 AZN - X162, 54) ******* - 85 AZN - X163, 55) 0078615- 1300 AZN - X55, 56) ******* - 1100 AZN - X32, 57) ******* - 100 AZN - X69, 58) ******* - 168 AZN - X27, 59) ******* - 369 AZN - X88, 60) ******* - 40 AZN - X113, 61) ******* - 170 AZN - X70, 62) ******* - 206 AZN - X53, 63) ******* - 199 AZN - X53, 64) 0091325- 158 AZN - X98, 65) ******* - 100 AZN - X164, 66) ******* - 79 AZN - X165, 67) ******* - 80 AZN - X147, 68) ******* - 588 AZN - X90, 69) ******* - 80 AZN - X166, 70) ******* - 50 AZN - X131, 71) ******* - 260 AZN - X99, 72) ******* - 461 AZN - X188, 73) ******* - 240 AZN - X124, 74) ******* - 184 AZN - X124, 75) ******* - 85 AZN - X124, 76) ******* - 70 AZN - X124, 77) ******* - 196 AZN - X167, 78) ******* - 111 AZN - X100, 79) ******* - 105 AZN - X223, 80) ******* - 45 AZN - X165, 81) ******* - 144 AZN - X44, 82) ******* - 538 AZN - X59, 83) ******* - 42 AZN - X101, 84) ******* - 240 AZN - X71, 85) ******* - 462 AZN - X25, 86) ******* - 423 AZN - X189, 87) ******* - 199 AZN - X72, 88) ******* - 260 AZN - X132, 89) ******* - 37 AZN - X168, 90) ******* - 230 AZN - X169, 91) ******* - 200 AZN - X45, 92) ******* - 364 AZN - X191, 93) ******* - 66 AZN - X152, 94) ******* - 217 AZN - X46, 95) ******* - 216 AZN - X73, 96) ******* - 271 AZN - X133, 97) ******* - 203 AZN - X47, 98) ******* - 239 AZN - X102, 99) ******* - 155 AZN - X170, 100) ******* - 106 AZN - X4, 101) ******* - 546 AZN - X114, 102) ******* - 55 AZN - X60, 103) ******* - 90 AZN X89, 104) ******* - 320 AZN - X33, 105) ******* - 48 AZN - X134, 106) ******* - 168 AZN - X198, 107) ******* - 100 AZN - X192, 108) ******* - 60 AZN - X110, 109) 0073997- 90 AZN - X110, 110) ******* - 152 AZN – X103, 111) 0098408- 353 AZN - X35, 112) ******* - 237 AZN - X218, 113) ******* - 303 AZN - X219, 114) ******* - 184 AZN - X104, 115) ******* - 278 AZN - X120, 116) ******* - 49 AZN - X135, 117) ******* - 50 AZN - X61, 118) ******* - 350 AZN - X121, 119) ******* - 280 AZN - X54, 120) ******* - 130 AZN - Hüseynova Hicran Şöhrəddin oğlu, 121) ******* - 258 AZN - X224, 122) ******* - 75 AZN - X119, 123) ******* - 400 AZN - X24, 124) ******* - 253 AZN - X171, 125) ******* - 240 AZN - X154, 126) ******* - 400 AZN - X7, 127) ******* - 62 AZN - X105. Ümumilikdə Şirkətə vurduğu zərər 36298 (otuz altı min iki yüz doxsan səkkiz min) AZN məbləğin şirkət kassasına qaytarılmağına söz verir. Araşdırma zamanı əlavə çıxacaq digər mənimsəmə faktlarını qəbul edəcəyinə söz verir. xx.xx.2024-cüil tarixinə qədər 21100 AZN (iyirmi bir min yüz) AZN ödəyəcəyinə qalıq 15198 AZN (on beş min yüz doxsan səkkiz) AZN xx.xx.2024cü il tarixə qədər tam ödəyəcəyinə söz verir. Ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunların əsasən (cinayət məcəlləsi) tam cavab verməyə hazırdır. İzahatı özü yazmışdır. İmzası ilə doğruluğunu təsdiq edir. Təqsirləndirilən şəxs xx.xx.2024 (Təqsirləndirilən şəxs imzası). Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərizə xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən baş ofisində MMC-nin direktoru Zərərçəkmiş şəxs, həmin vaxt MMC-nin kredit departamentinin direktoru vəzifəsində işləmiş X3 və digər işçilərin yanında onun tərəfindən yazılmışdır. Həmin ərizənin yazılmasında ona hər-hansı şəxs tərəfindən fiziki və psixi zorakılıq tətbiq edilməmiş, o, qeyd edilən ərizəni könüllü olaraq yazmışdır (cild 4, i.v. 125-127); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-70/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay 21 gün olmaqla, 31 mart 2025-ci il tarixinədək uzadılmışdır (cild 4, i.v. 146- 151); sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilməklə, ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edən "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 nömrəli və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesablarının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına əlavə edilmiş 01 ədəd “CD” disk və 01 ədəd “DVD” disk iş üçün xüsusi əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, iş üzrə əldə olunmuş maddi sübutlar, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, bank hesablarından çıxarışlar, baxış protokolları, müstəqil auditor hesabatı və işdə olan digər istintaq materialları sübut növü kimi qəbul olunmuşdur (cild 4, i.v. 152-180); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələrin edilməsi və yenidən ittihamın ela olunması haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavələr edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 4, i.v. 181- 185); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11560172 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X136 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Tərminə Əhmədovadır (cild 4, i.v. 207); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11560175 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X172 xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Tərminə Əhmədovadır (cild 4, i.v. 208); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X199 xx.xx.2019-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxsdur (cild 4, i.v. 209); “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü övladı X137 vardır; "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai rayon prokurorluğuna ünvanlanmış 28 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş maddi ziyandan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 21757 manat məbləğində ödəniş edilmişdir (cild 4, i.v. 210); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-115/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 4, i.v. 211- 214); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası və Milli Onkologiya Mərkəzinin Patositomorfologiya Laboratoriyası tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs övladı Dəniz Məmmədovaya səs telinin yuvenil papillomatozu və yastı epitel papilloması fraqmenti diaqnozu qoyulmuşdur; “DNK Clinic” tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs övladı Ayla Məmmədovada mülayim kəllə daxili hipertenziya aşkar olunmuşdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Goranboy Rayon Mərkəzi Xəsətəxanası” PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X74 orta ağır formalı şəkərli diabet diaqnozu qoyulmuşdur; zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Ənvər Ənvərlinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X138 tərəfindən hüquqi şəxsə vurulmuş maddi ziyandan 1400 manat ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində ikisi xəstə olmaqla dörd azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), himayəsində xəstə uşaqları və xəstə anasının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı qismən ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan” məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən 07 avqust 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 19 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 nömrəli və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesablarının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına əlavə edilmiş 01 ədəd “CD” və 01 ədəd “DVD” formatlı disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 12645 (on iki min altı yüz qırx beş) manat məbləğində pul vəsaiti və 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 12773 (on iki min yeddi yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X157 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, "xxxx" MMC-nə dəymiş və ödənilməmiş 12645 manat məbləğində maddi ziyandan 1400 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs “ULTRATEK" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin MMC-yə məxsus Gəncə şəhərində yerləşən "xxxx" mağazasında kredit üzrə mütəxəssis və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyərkən vəzifə təlimatı üzrə kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək funksiyasını layiqincə yerincə yetirməyib maddi-məsul şəxs olmaqla davamlı olaraq mənimsəməyə yönələn və vahid qəsdlə əhatə olunan niyyətlə cinayət əməllərini törədərək qulluq mövqeyindən istifadə edib ümumilikdə 34402 (otuz dörd min dörd yüz iki) AZN məbləğində pul vəsaitini MMC-nin ünvan 2 ünvanında yerləşən kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə əmlak sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə taladığından, təqsirləndirilən şəxs də əməlini etiraf etdiyindən, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə ödənilməmiş qalan 11245 (on bir min iki yüz qırx beş) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs X75 xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 11245 (on bir min iki yüz qırx beş) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 123.74 (yüz iyirmi üç manat yetmiş dörd qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin təmin olunması nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 123.74 (yüz iyirmi üç manat yetmiş dörd qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməli, artıq ödənilmiş 4.26 (dörd manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilməlidir. Cinayət mühakimə icraatı üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən 07 avqust 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 19 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 11245 (on bir min iki yüz qırx beş) manat və dövlət rüsumuna görə 123.74 (yüz iyirmi üç manat yetmiş dörd qəpik) manat, ümumilikdə 11368.74 (on bir min üç yüz altmış səkkiz manat yetmiş dörd qəpik) manat pul vəsaiti tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilsin, artıq ödənilmiş 4.26 (dörd manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilsin. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC-də mövcud olan 4169-7388-2018-4228 nömrəli və "xxxx" ASC-də mövcud olan 4098-5844-5062-3325 nömrəli kart hesablarının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə çıxarışlarına əlavə edilmiş 01 ədəd “CD” və 01 ədəd “DVD” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar