Məhkəmə qərarları › İş №1(011)-17/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-17/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-17/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəllər Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun üzərində qəti olaraq 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə, azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ş barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 24.686 (iyirmi dörd min altı yüz süəksən altı) manat ziyan vurmaqla oğurluq etmişdir.. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 15 may 2022-ci il tarixdə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən fəaliyyəti dayandırılmış “X12” inzibati binanının qarşısına gəldikdən sonra, hasarı aşmaqla müəssisənin həyətyanı sahəsinə daxil olub, həyətyanı sahədə yerləşən anbarın giriş qapısı üzərindəki 02 ədəd asma qıfılı özündə olan avtomobil açarından istifadə etməklə sındırıb, anbara qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 75 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid kəmər dartıcını, hər birinin dəyəri 20 manat olan 14 ədəd “İsuzu” markalı avtomobilə aid karter ara qatını, hər birinin dəyəri 125 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid mator kəmər dəstini, hər birinin dəyəri 32 manat olan 35 ədəd “İsuzu” markalı avtomobilə aid kardan xaçını, hər birinin dəyəri 15 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid qapı dəstəyini, hər birinin dəyəri 31 manat olan 16 ədəd “İsuzu” markalı avtomobilə aid kompressor borusunu, hər birinin dəyəri 65 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid starter sarğısını, hər birinin dəyəri 95 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid ön işığı, hər birinin dəyəri 185 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid vıjimnoy dəsti, hər birinin dəyəri 123 manat olan 02 ədəd “Otokar” markalı avtomobilə aid mufta silindirini, hər birinin dəyəri 25 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid termostatı, hər birinin dəyəri 75 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid ön termostatı, 220 manat dəyərində 01 ədəd “İsuzu” markalı avtomobilə aid yağ nasosunu, hər birinin dəyəri 180 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid əyləc dayaq diskini, hər birinin dəyəri 25 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid dartıcını (tyaqa), hər birinin dəyəri 20 manat olan 69 ədəd “İsuzu” markalı avtomobilə aid başlığı (nakoneçnik), hər birinin dəyəri 20 manat olan 02 ədəd “Doblo markalı avtomobilə aid oynaqlığı (şaravoyu), hər birinin dəyəri 20 manat olan 06 ədəd “Doblo markalı avtomobilə aid stabilizator dayağını, hər birinin dəyəri 260 manat olan 03 ədəd “Doblo markalı avtomobilə aid yeni model ön işığı (fara), hər birinin dəyəri 320 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 290 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 450 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 350 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 50 manat olan 44 ədəd “İsuzu” markalı avtomobilə aid sıxıcını (vijimnoy), hər birinin dəyəri 60 manat olan 10 ədəd “Doblo” markalı avtomobilə aid qranatı, hər birinin dəyəri 65 manat olan 08 ədəd “Doblo” markalı avtomobilə aid arxa əyləc bəndini (nakladka), hər birinin dəyəri 195 manat olan 04 ədəd “İsuzu” markalı avtomobilə aid qızdırıcı matorunu, hər birinin dəyəri 45 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid qabaq əyləc bəndini (nakladka), hər birinin dəyəri 65 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid starter yarokunu, hər birinin dəyəri 25 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid yanacaq çənin qapağını, hər birinin dəyəri 55 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid stubiça yatağını, hər birinin dəyəri 65 manat olan 04 ədəd “Tofaş” markalı avtomobilə aid variatoru, hər birinin dəyəri 55 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid podkaçkanı, hər birinin dəyəri 8 manat olan 74 ədəd “İsuzu” markalı avtomobilə aid stubitça kipgəcini, hər birinin dəyəri 32 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 45 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid dönmə işıqlarını (fara), hər birinin dəyəri 75 manat olan 11 ədəd “İsuzu” markalı avtomobilə aid su nasosunu, hər birinin dəyəri 75 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 85 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid şkvornunu, 85 manat dəyərində 01 ədəd “Doblo” markalı avtomobilə aid mator yastığını, hər birinin dəyəri 15 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid siqnal qurğusunu, hər birinin dəyəri 55 manat olan 04 ədəd “Otokar” markalı avtomobilə aid bendiksi və hər birinin dəyəri 1,50 manat olan 258 ədəd “Mitsubishi” markalı avtomobilə aid resor futulkasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 24.686 (iyirmi dörd min altı yüz süəksən altı) manat ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs, Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında, axtarış və götürmə haqqında, əşyanın tanımaya təqdim edilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 22 iyul 2022-ci il tarixli 9/5104 nömrəli rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi qaydada etibarnamə əsasında idarə etdiyi “Mitsubishi” markalı 90NM686 dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücülüyü ilə məşğul olmuş, əvvəllər müxtəlif ardıcıllıqlarla törətdiyi oğurluq, xuliqanlıq və yol hərəkəti qaydalarını pozub, hadisə yerindən qaçma cinayətlərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə, yəni 2018-ci ildə törətdiyi oğurluq cinayətinə görə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhum edilmiş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmış, törədiyi oğurluq cinyətinə görə məhkumluq həyatı yaşamasına baxmayaraq azadlığa çıxdıqdan sonra taksi fəaliyyəti ilə dolana və münasib iş tapa bilmədiyindən təkrar oğurluq cinayəti törətmiş, belə ki, maddi çətinlik çəkdiyindən oğurluq yolu ilə pul əldə etmək qərarına gəldiyi üçün, cinayəti törədəcəyi yer barədə düşünmüş, bu barədə düşünərkən oğurluğu yaşadığı evin yaxınlığında yerləşən, əvvəllər “X17” kimi fəaliyyyət göstərmiş müəssisəsinin hasarla əhatəli həyətyanı sahəsində yerləşən abardan etməyi qərarlaşmış, belə ki, təxminən 2022ci ilin əvvəlləridə evin yaxınlığında olduğu zaman, həmin anbara mütəmadi olaraq avtomobil ehtiyyat hissələrinin gətirilərək yığılmasının, arabir isə oradan ehtiyyat hissələrinin götürülərək aparılmasının şahidi olurmuş, həmçinin anbarın yerləşdiyi müəssisə fəaliyyətsiz olub, yoldan kənarda, dəmiryolu reyslərinin yaxınlığında, gediş-gəliş olmayan yerdə yerləşməsi, anbara daxil olub oradan oğurluq cinayətini törətmək üçün mənə əlverişli şərait yaratmış olurdu, avtomobil ehtiyyat hissələrini oğurlayıb, satmaqla yaxşı gəlir götürə biləcəyini fikirləşdiyindən, elə həmin yerdən oğurluq etmək fikrini qətiyyətləşdirmiş, bu məqsədlə 14 may 2022-ci il tarixdə saat təxminən 03 radələrində tək halda yaşadığı evdən çıxıb, idarə etdiyi “Mitsubishi” markalı 90NM686 dövlət qeydiyyat nişanlı avtomobillə anbarın yerləşdiyi yerin yaxınlığına gəlmiş, avtomobili anbarın yaxınlığında saxlayıb, avtomobildən düşmüş, anbarın giriş qapsının asma qıfılla bağlı olduğunu gördüyü üçün, avtomobildən düşərkən qıfılı sındırmaqdan ötrü özü ilə təkər açmaq üçün nəzərdə tutulmuş qurğunu götürmüş, ardınca ərtafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra, hasar yaxınlığında bitmiş ağacdan istifadə etməklə, hasardan aşıb, anbarın yerləşdiyi həyətyanı sahəyə daxil olmuş, daha sonra özü ilə götürdüyü avtomobil açarından istifadə etməklə, anbarın giriş qapısı üzərində olan 02 ədəd asma qıfılı sındırmış, daha sonra anbarın dəmir materialdan olan qapısını açıb, anbara daxil olmuş, anbara daxil olduqdan sonra, baxış keçirib təxminən iki saat müddət ərzində anbarda saxlanılan avtomobillərə aid starter, dinamo, yağ nasosu, yağ pompaları, mühərrik yastığı və bu kimi adlarını bilmədiyi digər ehtiyyat hissələrini hissə-hissə oğurlayıb, anbardan çıxarmaqla idarə etdiyi avtomobilin yük yerinə yığmış, ardınca avtomobillə oradan uzaqlaşıb, əmisi Şahid yaşadığı Cəlilabad rayonu, Göytəpə kəndinə gəlmiş, qeyd edilən ünvana gəldiyində əmisinin evdə olmadığından istifadə edib, oğurladığı ehtiyyat hissələrini gizli şəkildə evin həyətindəki istifadəsiz zirzəmiyə yığaraq gizlətmiş, oraya hər hansı əşya yığmasının bilinməməsi üçün, içərisi su ilə dolu olan dəmirdən olan su çənini zirzəmiyə girişin qarşısında yerlədirmiş, belə ki, həmin mallara müştəri tapacağı zaman, malları oradan götürməklə müştəriyə satmağı planlaşdırmış, bu barədə isə əmisi Şahid və ya hər hansı digər şəxsə heç bir məlumat verməmiş, daha sonra isə oradan çıxıb, təkrarən yaşadığı evə qayıtmış, səhəri gün törətdiyi əmələ görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. O, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək istəyir. Hesab edir ki, o xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fiziki şəxs olaraq “Abbasoğlu Avto” mağazasının sahibidir. Mağazada “Fiat”, “İsuzu”, “Mitsubishi”, “Tofaş” və Otokar” markalı avtombillərə aid ehtiyyat hissələrinin satışı həyata keçirilir, təxminən bir ilə yaxındır ki, iş fəaliyyəti ilə əlaqədar ünvan 6 ünvanda yerləşən “X18”nin nəzdinində olan bir mərtəbəli tikilini icarəyə götürüb, həmin tikilidən anbar kimi istifadə edir, belə ki, mağada satışının həyata keçirilməsi üçün idxal edilən ehiyyat hissələri tərəfindən həmin anbara yerləşdirilməklə saxlanılır, tələb olunduğu zaman oradan hissə-hissə olmaqla götürülərək, mağazadan satışı həyata keçirilmiş, anbar kimi istifadə ediyim tikilinin sahəsi təxminən 50 kv/m olmaqla, daşdan inşa edilmiş, giriş qapısı dəmir materialdan olan qapıdan olmuş, girişi qapısı tərəfindən 02 ədəd asma qıfıl vasitəsi ilə bağlanılmış, 15 may 2022-ci tarixdə səhər saatlarında anbardan ehtiyyat hissəsi götürmək üçün gəldiyi zaman anbarın giriş qapısı üzərindəki 02 ədəd asma qıfılın sındırılaraq yerindən çıxarıdlığını, qapının isə açıq vəziyyətdə olmasının şahidi olmuş, dərhal anbara daxil olub içərisində saxladığı əşyalara nəzər yetirən zaman, anbardan ona məxsus hər birinin dəyəri 75 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid kəmər dartıcını, hər birinin dəyəri 20 manat olan 14 ədəd “İsuzu” markalı avtomobilə aid karter ara qatını, hər birinin dəyəri 125 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid mator kəmər dəstini, hər birinin dəyəri 32 manat olan 35 ədəd “İsuzu” markalı avtomobilə aid kardan xaçını, hər birinin dəyəri 15 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid qapı dəstəyini, hər birinin dəyəri 31 manat olan 16 ədəd “İsuzu” markalı avtomobilə aid kompressor borusunu, hər birinin dəyəri 65 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid starter sarğısını, hər birinin dəyəri 95 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid ön işığı, hər birinin dəyəri 185 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid vıjimnoy dəsti, hər birinin dəyəri 123 manat olan 02 ədəd “Otokar” markalı avtomobilə aid mufta silindirini, hər birinin dəyəri 25 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid termostatı, hər birinin dəyəri 75 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid ön termostatı, 220 manat dəyərində 01 ədəd “İsuzu” markalı avtomobilə aid yağ nasosunu, hər birinin dəyəri 180 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid əyləc dayaq diskini, hər birinin dəyəri 25 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid dartıcını (tyaqa), hər birinin dəyəri 20 manat olan 69 ədəd “İsuzu” markalı avtomobilə aid başlığı (nakoneçnik), hər birinin dəyəri 20 manat olan 02 ədəd “Doblo markalı avtomobilə aid oynaqlığı (şaravoyu), hər birinin dəyəri 20 manat olan 06 ədəd “Doblo markalı avtomobilə aid stabilizator dayağını, hər birinin dəyəri 260 manat olan 03 ədəd “Doblo markalı avtomobilə aid yeni model ön işığı (fara), hər birinin dəyəri 320 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 290 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 450 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 350 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 50 manat olan 44 ədəd “İsuzu” markalı avtomobilə aid sıxıcını (vijimnoy), hər birinin dəyəri 60 manat olan 10 ədəd “Doblo” markalı avtomobilə aid qranatı, hər birinin dəyəri 65 manat olan 08 ədəd “Doblo” markalı avtomobilə aid arxa əyləc bəndini (nakladka), hər birinin dəyəri 195 manat olan 04 ədəd “İsuzu” markalı avtomobilə aid qızdırıcı matorunu, hər birinin dəyəri 45 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid qabaq əyləc bəndini (nakladka), hər birinin dəyəri 65 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid starter yarokunu, hər birinin dəyəri 25 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid yanacaq çənin qapağını, hər birinin dəyəri 55 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid stubiça yatağını, hər birinin dəyəri 65 manat olan 04 ədəd “Tofaş” markalı avtomobilə aid variatoru, hər birinin dəyəri 55 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid podkaçkanı, hər birinin dəyəri 8 manat olan 74 ədəd “İsuzu” markalı avtomobilə aid stubitça kipgəcini, hər birinin dəyəri 32 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 45 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid dönmə işıqlarını (fara), hər birinin dəyəri 75 manat olan 11 ədəd “İsuzu” markalı avtomobilə aid su nasosunu, hər birinin dəyəri 75 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 85 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid şkvornunu, 85 manat dəyərində 01 ədəd “Doblo” markalı avtomobilə aid mator yastığını, hər birinin dəyəri 15 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid siqnal qurğusunu, hər birinin dəyəri 55 manat olan 04 ədəd “Otokar” markalı avtomobilə aid bendiksi və hər birinin dəyəri 1,50 manat olan 258 ədəd “Mitsubishi” markalı avtomobilə aid resor futulkasını oğurlanmış, bununla da, oğurlanmış əşyaların ümumi dəyəri 24.686 (iyirmi dörd min altı yüz səksən altı) manat təşkil etmiş, oğurluq nəticəsində ona məhz həmin məbləğdə ziyan dəymiş, hadisə zamanı bir qədər həyəcanlı olduğundan, habelə oğurlanmış əşyaları dəqiq qiymətləndirə bilmədiyi üçün, ilkin ərizə və izahatında, habelə ilkin ifadəsində əşyaların dəyərinin səhv bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, fərdi qaydada müxtəlif dükan və mağazalarda fəhlə kimi işləyib çörək pulu qazanmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur, onunla aralarında daim yaxşı münasibətlər olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 17 may 2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları evinə gəlməklə, 15 may 2022-ci il tarixdə qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən ünvan 6 ünvanda yerləşən anbardan oğurluq cinayətinin törədildiyini, dindirmə zamanı onun oğurladığı həmin əşyaları yaşadığı evin zirzəmisində gizlətdiyini deməsi barədə məlumat vermiş, eyni zamanda bununla bağlı evində axtarış aparılması haqqında qəbul edilmiş qərarı ona təqdim edib həmin qərarla tanış edərək, evinin zirzəmisində axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə icazə istəmiş, o, qardaşı oğlu Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi və oğurladığı əşyaları yaşadığı evin zirzəmisinə yığaraq saxlaması barədə məlumatsız olsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq, evində axtarış aparılmasına etiraz bildirməyib, bununla bağlı tərtib edilmiş ərizəyə imza etməklə polis əməkdaşlarına təqdim etmiş, bundan sonra polis əməkdaşları dəvət edilmiş 2 nəfər tanımadığı hal şahidlərinin iştirakı ilə evinin zirzəmisində axtarış aparmağa başlamış, axtarış zamanı evin zirzəmisindən bir neçə qutu və kisələrdə çox sayda müxtəlif növ avtomobil ehtiyyat hissələri aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra aşkar edilənlərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilib, ucadan oxunduqdan sonra tərəfindən imzalanmış, eyni zamanda tərtib edilmiş həmin protokolun bir nüsxəsi ona verilmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq əməlindən və onun oğurluq yolu ilə əldə etdiyi əşyaları necə və hansı şəratdə evinin zirzəmisinə yığılmasından xəbərsiz olmuş, bu barədə o və ya ailə üzvlərinin heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 may 2022-ci il tarixli qərardan görünür ki, Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); Zərərçəkmiş şəxs 15 may 2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 139c ünvanında yerləşən ona məxsus anbardan 25-30 min manat dəyərində avtomobil ehtiyyat hissələrinin oğurlanmasını aşkar etmişdir.(i.v 5) hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 139c ünvanında yerləşən “X17”-nə aid inzibati ərazidə yerləşən anbarda Zərərçəkmiş şəxs, hal şahidləri X10 və X7 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 6-10); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 16 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 11); Şübhəli şəxsin tutulması haqqında 16 may 2022-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 16 may 2022-ci il tarixdə, saat 18:17-də Xətai RPİ-də tutulmuşdur ( i.v. 32); İfadənin yerində yoxlanılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 139c ünvanında yerləşən “X17”-nə aid inzibati ərazidə yerləşən anbarda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.(i.v 43) X4 17 may 2022-ci il tarixli ərizəsindən görünür ki, yaşadığı Cəlilabad rayonu, Göytəpə kəndində yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etmir, istintaq hərəkətinin keçirilməsinə könüllü razılı verir.(i.v 42) Axtarış aparılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai Rpi-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8, Təqsirləndirilən şəxs, hal şahidləri X3 və X5 iştirakları ilə Şahid yaşadığı Cəlilabad rayonu, Göytəpə kənidndə yerləşən fərdi yaşayış evində axtarış aparılmış, evin zirzəmisində Təqsirləndirilən şəxs oğurladığı əşyalar aşkar edilərək götürülmüş, bu barədə müvafiq protokol tərtib edilmiş, protokolun düzlüyü proses iştirakçılarının imzaları ilə təsdiq edilmişdir ( İ cild, i.v. 57-59); İfadənin yerində yoxlanılması haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2944/1, mənzil 10 və ünvan 7 ünvanlarında baş verən oğurluq hadisələri ilə bağlı istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisələrin yerini göstərib, necə baş verməsini əyani təsvir etmişdir ( İ cild, i.v. 49-53); -əşyanın tanınmaya təqdim edilməsi haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan ehtiyyat hissələri Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsində xidməti otaqda eyni növdən olan oxşar formalı ehtiyyat hissələri birgə bir sırada düzülmüş və müvafiq olaraq “1”, “2”, “3”......., “120” ədədləri ilə nişanlanmışdır. Onların arasında “30- 70” ədədləri altında Təqsirləndirilən şəxs gizli olaraq taladığı əşyalar qeyd olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirərək “30-70” ədədləri ilə nişanlanmış ehtiyyat hissələrini göstərərək həmin əşyaların ona məxsus olmasını bildirmişdir.(i.v 54-55) -təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir i.v 56-57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-276/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 may 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 75-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə şərti sınaq müəyyən edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 14 sentyabr 2006-ci ildə Bakı Şəhəri Nərimanov Məhkəməsinin xx.xx.2006-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 70.2.2-ci maddəsinə əsasən 02 il 01 gün müddətinə şərti olaraq azad olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-ci maddələri ilə təqsirli bilinərək, həmin məcəllənin 67.5-ci maddəsinə əsasən 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 01 il 22 gün vaxtından əvvəl şərti azad olunub. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 221.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən 01 il 01 ay müddətinə 02 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən 10 ay 28 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumedilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v91-94) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 1(011)-92/2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xanhüsyen oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3. 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətinə azdalıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası 180.2.1 və 180.2.5-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məkəməsinin 31 iyul 2017-ci il tarixli 7(011)-290/2017 saylı qərarı ilə təyin olunmuş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 7(011)- 529/2018 saylı qərarı ilə dəyişdirilmiş cəzadan 06 ay 06 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən hazirki hökmlə təyin edilmiş 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 7(011)-529/2018 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 06 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq hökmlərin məcmusu üzrə 04 il 06 ay müddətinə azadlıdqan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli hökm üilə təyin edilmiş və 05 oktyabr 2017ci il tarixədək çəkilməmiş qalan 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 04 il 06 ay müddətinə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 05 oktyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur.(i.v95-112) xx.xx.2021-ci il tarixli amnistiya aktının tədbiq edilməsi barədə qərardan görünür ki, 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 ay müddətindən azad olunmuşdur.(i.v113-116) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 9/5104 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmamış avtomobil ehtiyat hissələrinin 2022-ci ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24686,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayırılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.(i.v 116-119) 25 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3 va 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında, axtarış və götürmə haqqında, əşyanın tanımaya təqdim edilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 22 iyul 2022-ci il tarixli 9/5104 nömrəli rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs ünvan 6 ünvandan gizli olaraq taladığı 43 adda olan avtoomobil ehtiyyat hissələri maddi sübut kimi tanınsın, prossesual tərəflər cinayət işi materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq saxlanmalarından ötrü qəbzlə zərəçəkmiş şəxsə təhvil verilməsi, iş üzrə Şahid əməlində Azərbaycan Respublikası CM-in 177.2.1 və 194.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, iş üzrə təqsirləndirilən şexs Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. 180.2.1 və 180.2.5-ci maddələri ilə törətdiyi cinayətə görə məhkumluğunun qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ödənilmədiyindən, həmin cinayətə görə məhkumluğu cinayətin residivi hesab edilməsi qərara alınmışdır. (i.v 120-131) 26 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmışdır(i.v 137-138) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 adlı iki azyaşlı övladları vardır.(i.v 148-149) Qəbzdən görünür ki, 04 ədəd “Doblo” markalı avtomobilə aid kəmər dartıcını, 14 ədəd “İsuzu” markalı avtomobilə aid karter ara qatını, 04 ədəd “Doblo” markalı avtomobilə aid mator kəmər dəstini, 35 ədəd “İsuzu” markalı avtomobilə aid kardan xaçını, 06 ədəd “İsuzu” markalı avtomobilə aid qapı dəstəyini, 16 ədəd “İsuzu” markalı avtomobilə aid kompressor borusunu, 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid starter sarğısını, 06 ədəd “İsuzu” markalı avtomobilə aid ön işığı, 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid vıjimnoy dəsti, 02 ədəd “Otokar” markalı avtomobilə aid mufta silindirini, “İsuzu” markalı avtomobilə aid termostatı, 02 ədəd “Doblo” markalı avtomobilə aid ön termostatı, 01 ədəd “İsuzu” markalı avtomobilə aid yağ nasosunu, 05 ədəd “İsuzu” markalı avtomobilə aid əyləc dayaq diskini, 04 ədəd “Doblo” markalı avtomobilə aid dartıcını (tyaqa), 69 ədəd “İsuzu” markalı avtomobilə aid başlığı (nakoneçnik), 02 ədəd “Doblo markalı avtomobilə aid oynaqlığı (şaravoyu), 06 ədəd “Doblo markalı avtomobilə aid stabilizator dayağını, 03 ədəd “Doblo markalı avtomobilə aid yeni model ön işığı (fara), 08 ədəd “İsuzu” markalı avtomobilə aid starteri, 02 ədəd “Doblo” markalı avtomobilə aid starteri, 08 ədəd “İsuzu” markalı avtomobilə aid dinamonu, 03 ədəd “Doblo” markalı avtomobilə aid dinamonu, 44 ədəd “İsuzu” markalı avtomobilə aid sıxıcını (vijimnoy), 10 ədəd “Doblo” markalı avtomobilə aid qranatı, 08 ədəd “Doblo” markalı avtomobilə aid arxa əyləc bəndini (nakladka), 04 ədəd “İsuzu” markalı avtomobilə aid qızdırıcı matorunu, 03 ədəd “Doblo” markalı avtomobilə aid qabaq əyləc bəndini (nakladka), 03 ədəd “İsuzu” markalı avtomobilə aid starter yarokunu, 02 ədəd “İsuzu” markalı avtomobilə aid yanacaq çənin qapağını, 09 ədəd “İsuzu” markalı avtomobilə aid stubiça yatağını, 04 ədəd “Tofaş” markalı avtomobilə aid variatoru, 03 ədəd “İsuzu” markalı avtomobilə aid podkaçkanı, 74 ədəd “İsuzu” markalı avtomobilə aid stubitça kipgəcini, 05 ədəd “İsuzu” markalı avtomobilə aid stop işıqlarını (fara), 05 ədəd “İsuzu” markalı avtomobilə aid dönmə işıqlarını (fara), 11 ədəd “İsuzu” markalı avtomobilə aid su nasosunu, 03 ədəd “Doblo” markalı avtomobilə aid stop işıqlarını (fara), 09 ədəd “İsuzu” markalı avtomobilə aid şkvornunu, 01 ədəd “Doblo” markalı avtomobilə aid mator yastığını, 02 ədəd “İsuzu” markalı avtomobilə aid siqnal qurğusunu, 04 ədəd “Otokar” markalı avtomobilə aid bendiksi və 258 ədəd “Mitsubishi” markalı avtomobilə aid resor futulkasını zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil almışdır.(i.v 159) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şaikyət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi xüsusi təhlükəli hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüş hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını(CM 59.1.4) zərərçəkmiş şəxsə barışıq əldə etməsini ( CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini (CM-59.1.13),əməlindən səmimi peşmanlıq çəkməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materillarına əlavə edilmiş tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, o. Bakı Şəhəri Xətai Rayo Məhkəməsinin 13 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.1-ci (hər iki cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən törədilən az ağır cinayət hesab olunur) maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2(ehtiyatsızlıqdan törədilən cinayət) və 264-cü(böyük ictimai təhlükə törətməyən cinayət) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci(hökmlərin məcmusu qaydasında) maddələrinə əsasən 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Aəzrbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2.1-ci (qəsdən törədilən az ağır cinayət) maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası 67.1 və 67.5-ci maddələrinə əsasən 01 il 01 ay 02 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5-ci (qəsdən törədilən az ağır cinayət) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən 10 ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16 noyabr 2021ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının müddətinə 02 ay qaldığından cəzasını çəkməkdən azad olunmuş, lakin amnsitiya aktının 7-ci bəndinə əsasən əlavə cəzadan azad olunmadığından məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarından da göründüyü kimi məhkumluq müddəti əsas cəzaya birləşdirilmiş əlavə cəzanı çəkib qurtardıqdan sonra məhkumluq müddətinin axımı başlayır. Yəni şəxs əsas cəzanı çəkib qurtarmış olsa belə, əlavə cəzanı çəkmədiyindən onun məhkumluğu ödənilməmiş hesab edilir. Təqsirləndirilən şəxs dəfələrlə hökmlərin məcmusu qaydasında məhkum olunduğundan onun məhkumluqları ödənilməmiş və götürülməmiş hesab olunur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğundan onun əməlində cinayətin xüsusi təhlükəli residivi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin xüsusi residivi (CM- 61.1.1) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu və müxtəlif növ cinayət əməllərini törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti 04 ay 28 gün müəyyən edilməlidir. Belə ki, iş materillarından da müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuş və 16 may 2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş 10 ay 28 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüuqundan məhrum etmə cəzasının axımı, cəza çəkməkdən azad olunduğu 16 noyabr 2021-ci il tarixdən başlamış, tutulduğu 16 may 2022-ci il tarixdən isə dayanmış hesab olunmalıdır. Azərbaycan Respublikası 68.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 04 ay 28 gün müddəti, hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş 04 ay 28 gün müddəti əsasə cəza ilə hökmlərin məcmusu qaydasında tam toplanmalı və müstəqil icra olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4.), iş üzrə maddi sübut – 04 ədəd “Doblo” markalı avtomobilə aid kəmər dartıcının, 14 ədəd “İsuzu” markalı avtomobilə aid karter ara qatı, 04 ədəd “Doblo” markalı avtomobilə aid mator kəmər dəstinin, 35 ədəd “İsuzu” markalı avtomobilə aid kardan xaçının, 06 ədəd “İsuzu” markalı avtomobilə aid qapı dəstəyi, 16 ədəd “İsuzu” markalı avtomobilə aid kompressor borusunun, 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid starter sarğısının, 06 ədəd “İsuzu” markalı avtomobilə aid ön işığın, 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid vıjimnoy dəstin, 02 ədəd “Otokar” markalı avtomobilə aid mufta silindiri, “İsuzu” markalı avtomobilə aid termostatın, 02 ədəd “Doblo” markalı avtomobilə aid ön termostatın, 01 ədəd “İsuzu” markalı avtomobilə aid yağ nasosun, 05 ədəd “İsuzu” markalı avtomobilə aid əyləc dayaq diskin, 04 ədəd “Doblo” markalı avtomobilə aid dartıcının (tyaqa), 69 ədəd “İsuzu” markalı avtomobilə aid başlığın (nakoneçnik), 02 ədəd “Doblo markalı avtomobilə aid oynaqlığın (şaravoyu), 06 ədəd “Doblo markalı avtomobilə aid stabilizator dayağın, 03 ədəd “Doblo markalı avtomobilə aid yeni model ön işığın (fara), 08 ədəd “İsuzu” markalı avtomobilə aid starterin, 02 ədəd “Doblo” markalı avtomobilə aid starterin, 08 ədəd “İsuzu” markalı avtomobilə aid dinamonu, 03 ədəd “Doblo” markalı avtomobilə aid dinamonun, 44 ədəd “İsuzu” markalı avtomobilə aid sıxıcının (vijimnoy), 10 ədəd “Doblo” markalı avtomobilə aid qranatı, 08 ədəd “Doblo” markalı avtomobilə aid arxa əyləc bəndinin (nakladka), 04 ədəd “İsuzu” markalı avtomobilə aid qızdırıcı motorun, 03 ədəd “Doblo” markalı avtomobilə aid qabaq əyləc bəndinin (nakladka), 03 ədəd “İsuzu” markalı avtomobilə aid starter yarokunun, 02 ədəd “İsuzu” markalı avtomobilə aid yanacaq çənin qapağının, 09 ədəd “İsuzu” markalı avtomobilə aid stubiça yatağının, 04 ədəd “Tofaş” markalı avtomobilə aid variatoru, 03 ədəd “İsuzu” markalı avtomobilə aid podkaçkanın, 74 ədəd “İsuzu” markalı avtomobilə aid stubitça kipgəcinin, 05 ədəd “İsuzu” markalı avtomobilə aid stop işıqlarının (fara), 05 ədəd “İsuzu” markalı avtomobilə aid dönmə işıqlarının (fara), 11 ədəd “İsuzu” markalı avtomobilə aid su nasosunun, 03 ədəd “Doblo” markalı avtomobilə aid stop işıqlarının (fara), 09 ədəd “İsuzu” markalı avtomobilə aid şkvornunun, 01 ədəd “Doblo” markalı avtomobilə aid mator yastığının, 02 ədəd “İsuzu” markalı avtomobilə aid siqnal qurğusunu, 04 ədəd “Otokar” markalı avtomobilə aid bendiksin və 258 ədəd “Mitsubishi” markalı avtomobilə aid resor futulkasınnı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 10(on) ay 28 (iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüuqundan məhrumetmə cəzasının çəkilməmiş 04(dörd) ay 28(iyirmi səkkiz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 04(dörd) ay 28(iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 43 adda olan avtomobil ehtiyyat hissələrinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar