Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-17/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs guya Mənzil X15nin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən Yeni X4 güzəştli mənzil almaqda kömək edəcəyini yalandan vəd edib aldadaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində 3500 manat pulu, xx.xx.2020-ci il tarixdə yenə həmin ünvanda 6800 manat pulu Şahid1 vasitəsi ilə almış, xx.xx.2020-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafesində elektrofotoqrafik çoxaldıcı çap qurğusu olan surətçıxaran və ya lazer printer vasitəsi ilə saxta sənəd olaraq hazırlanmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilədən istifadə edib Zərərçəkmiş şəxs imza etdirmiş, bundan sonra 2020-ci ilin oktyabr ayının ortalarında hər dəfə eyni ünvanda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 7 manat və 2500 manat Şahid1 vasitəsilə ona məxsus 4500 manat pulu, ümumilikdə isə 14800 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs guya Mənzil X15nin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu ərazisinə inşa edilən Yeni X4 güzəştli mənzil almaqda kömək edəcəyini yalandan vəd edib aldadaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində 3500 manat pulu, xx.xx.2020-ci il tarixdə yenə həmin ünvanda 6800 manat pulu Şahid1 vasitəsi ilə almış, xx.xx.2020-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafesində Təqsirləndirilən şəxs1 elektrofotoqrafik çoxaldıcı çap qurğusu olan surətçıxaran və ya lazer printer vasitəsi ilə saxta sənəd olaraq hazırlanmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilədən istifadə edib Zərərçəkmiş şəxs imza etdirmiş, bundan sonra 2020-ci ilin oktyabr ayının ortalarında hər dəfə eyni ünvanda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 7 manat və 2500 manat Şahid1 vasitəsilə ona məxsus 4500 manat pulu, ümumilikdə isə 14800 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs guya Mənzil X15nin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu ərazisinə inşa edilən Yeni X4 güzəştli mənzil almaqda kömək edəcəyini yalandan vəd edib aldadaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində 3500 manat pulu, xx.xx.2020-ci il tarixdə yenə həmin ünvanda 6800 manat pulu Şahid1 vasitəsi ilə almış, xx.xx.2020-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafesində Təqsirləndirilən şəxs1 elektrofotoqrafik çoxaldıcı çap qurğusu olan surətçıxaran və ya lazer printer vasitəsi ilə saxta sənəd olaraq hazırlanmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilədən istifadə edib Zərərçəkmiş şəxs imza etdirmiş, bundan sonra 2020-ci ilin oktyabr ayının ortalarında hər dəfə eyni ünvanda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 7 manat və 2500 manat Şahid1 vasitəsilə ona məxsus 4500 manat pulu, ümumilikdə isə 14800 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu qeyd edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 Tağı və Şəhriyarın vasitəsilə tanımışdır. Tağı və Şəhriyar MİDA-da ev növbəsi ilə ayrı-ayrı şəxslərə ev alacaqlarını demişlər. Həmin şəxslərdən biri də Mehribanın tanışı Zərərçəkmiş şəxs olmuşdur. Mənzilin alınmasında isə Tağı və Şəhriyarla əvvəlcədən danışıb əlaqə yaratmışdır. Bir müddət sonra Şəhriyar onunla danışıb Fərhadın Mehribana inanmadığını, ona görə də onun Fərhadla danışıb inandırmalı olduğunu bildirmişdir. Bu məqsədlə də o, 2020-ci ilin oktyabr ayında Fərhadla Səbail rayonu, İstiqlaliyyət küçəsində görüşmüş və ona özü haqqında məlumat verməklə özünün də MİDA-da ev alacağını deyib sonuncunu inandıraraq, öz növbəsində ona bu işdə köməklik edəcəyini demişdir. Fərhad onun sözlərinə inanmış və Mehribanın vasitəsi ilə ona 6800 manat pul vermişdir. O da 6800 manat pulu Şəhriyara vermişdir. O həmçinin qeyd etmişdir ki, MİDA-ya aid saxta sənədləri “Çaplin” kafesində Fərhada imza etdirmişdir. Fərhaddan ümumilikdə 14800 manat pul alınmışdır, həmin pulun kiçik bir hissəsi ona qalmış, o da öz ehtiyyaclarına xərcləmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, törətdiyi saxta sənədlərdən istifadə etmə cinayəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini bildirərək həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu qeyd edərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2020-ci ilin yay aylarından tanış olmuş, belə ki, kirayə ev axtaran zaman o, Mehribana ev almaq istəyərsə dayısı oğlu Şəhriyara müracət edə biləcəyini demiş, həmçinin Şəhriyarın mobil nömrəsini Mehribana vermişdir. Bundan sonra Mehribanla Şəhriyarın danışıqları barədə heç bir məlumatı olmamışdır. Şəhriyar onun xalası oğludur. 2020-ci ilin sentyabr ayının ortalarında Şəhriyar ona Mehribanın yaşadığı Xətai rayonu, Xocalı prospektinə getməyi təklif etmiş, beləcə onlar birlikdə Mehribanın yaşadığı ünvana getmişlər. X12 söhbət edib sonuncunun tanışı Zərərçəkmiş şəxs MİDA-da ev almaq məqsədilə 3500 manat pul götürmüş, dərhal həmin puldan 400 manatını elə orada Mehribana vermişdir. Bundan sonra o, Şəhriyarla birlikdə Nizami rayonu, Neftçilər metrostansiyasına tərəf gedərək orada Təqsirləndirilən şəxs1la görüşmüşlər, Şəhriyar Mehribandan aldığı 3500 manat puldan qalıq qalan 3000 manatdan 800 manat ona, 800 manat Anara vermiş, qalan pul isə özündə qalmışdır. Fərhaddan ümumilikdə 14800 manat pul alınmışdır, həmin pulun kiçik bir hissəsi ona qalmış, o da öz ehtiyyaclarına xərcləmişdir. Təxminən bir neçə ay sonra o, Anar və Şəhriyarın xahişi ilə Fərhada zəng edib ona işlərin yaxşı olacağını bir qədər səbr etməsini, evin yaxın günlərdə alınacağını demişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu qeyd edərək ifadəsində göstərmişdir ki, Şahid1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tanıyır, heç biri ilə əvvəllər ədavəti və düşmənçiliyi olmamış, əksinə münasibətləri həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs2 isə onun bibisi oğludur, Şahid1 və Təqsirləndirilən şəxs1 Tağının vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs isə Mehribanın vasitəsilə tanımışdır. Bibisi oğlu Tağı guya ev alqı satqısı ilə məşğul olduğunu deyib ofis icarəyə götürmüş, onu da həmin ofisə işçi kimi götürmüşdür. Tağı, Mehriban və Anar guya MİDA-da tanışlarının olduğunu, həmin tanışları vasitəsilə də ayrı-ayrı şəxslərə ev düzəldəcəklərini demişlər. Bu məqsədlə 2020-ci ilin sentyabr ayının əvvəllərində Mehriban Tağı ilə ona demişdir ki, Zərərçəkmiş şəxs adlı şəxs MİDA evlərindən mənzil almaq istəyir, həmin evin alınması üçün nə qədər pul veriləcəyini isə o, dəqiq bilməmişdir. Həmin ərəfədə Mehriban Tağıya zəng edib onda 3500 manat pul olduğunu demiş, o, Tağı və Anarla birlikdə Mehribanın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən evinə getmişdir. Onlar Tağı ilə evə daxil olsalar da Anar kənarda dayanıb onları gözləmişdir. Evdə olan zaman Mehriban Tağı ilə ona 3500 manat pul göstərmiş, sonra isə o, həmin pulun üstündən 400 manat götürüb Mehribana vermiş, həmçinin 100 manat da Mehribana borc vermiş, 3000 manatı onda qalmışdır. Onlar Tağı ilə pulu götürüb Mehribanın evindən çıxmışlar, həmin gün pul onda qalmışdır. Səhəri gün Anar və Tağı ilə 3000 manat pulu aralarında bölmüşlər, belə ki, həmin puldan 1400 manat ona, 800 manat Tağıya, 800 manat isə Anara çatmış, ümumilikdə 2400 manat pulu aralarında bölmüşlər, qalan 600 manat pulu isə özü götürmüşdür. Onlar həmin pulu Mehribandan ona görə almışlar ki, guya Mehribanın tanışı Zərərçəkmiş şəxs MİDA-da ev almağa kömək edəcək. Lakin sonradan ona məlum olmuşdur ki, MİDA-da ev yoxdur. Belə ki, həmin evin düzəlməsini Anar təşkil edəcəkdir. Lakin sonradan bilmişdir ki, ev olmayacaq. Həmçinin, Mehribandan pulu götürməyi Anar demiş, o da Anarın sözü ilə həmin pulu götürmüşdür. Bundan başqa Mehribanın evin olmamasından, ümumiyyətlə onların məqsədinin həmin pulu ələ keçirmək olmasından heç bir məlumatı olmamışdır. Bundan başqa o, Fərhadı şəxsən görməmiş, iş alınmayanda Anar və Tağının təkidi ilə o, bir neçə dəfə Fərhadla danışmış, evin yaxın vaxtlarda alınacağı ilə bağlı vədlər vermişdir. Ancaq o, konkret olaraq hansı evin alınacağını bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid1 təxminən iki ildir ki, qonşusu X2 vasitəsilə tanımışdır. Belə ki, onun evi olmadığı üçün özünə ev almaq istəmiş və bu məqsədlə müxtəlif axtarışlar etməyə başlamışdır. Bu zaman qonşusu Aygün Novruzova ona bu işlərdən anlayan tanışı olduğunu, onun vasitəsilə ev almaqda köməklik edə biləcəyini demişdir. O, razılaşdıqdan sonra Aygün onu tanışı Şahid1 ilə tanış etmişdir. Beləcə o, ilk dəfə 2020-ci ilin avqust ayının sonlarında Mehribanın Xətai rayonu, Xocalı prospektindəki kirayə götürdüyü mənzilində tanış olub söhbət etmişlər. O, ev almaq niyyətini bildirəndə, Mehriban ona ev məsələsini həll edəcəyini bildirmiş və bunun üçün 15000 manat pul lazım olduğunu qeyd etmişdir. Ona görə də o, xeyli vaxtdır yığdığı 8000 manat pulu 2020-ci ilin sentyabr ayının 07-də qonşusu Aygünün iştirakı ilə Mehribanın Xocalı prospektində kirayədə qaldığı evdə sonuncuya vermişdir. Lakin Mehribanla onun arasında evlə bağlı sövdələşmədən qonşusu Aygün məlumatsız olmuş, ona hər hansı pul verməmiş, eləcə də Mehribana verdiyi puldan Aygünə pul çatmamışdır. İkinci dəfə 2020-ci ilin sentyabr ayının 14-də Mehribanın evində 6800 manat pulu o, Mehribana vermiş, bu dəfə onların yanında üçüncü bir şəxs olmamışdır. Pulu ona verdikdən sonra Mehriban bir ay ərzində onu evlə təmin edəcəyini demiş, lakin bir ay keçdikdən sonra işin alınmadığını görüb Mehribandan evi tələb edən zaman Mehriban onu Təqsirləndirilən şəxs1 ilə tanış edərək mənzil işini Anarın təşkil edəcəyini bildirmişdir. Bundan sonra o, Anarla danışıb görüşməyi planlaşdırmış, ilk görüşləri də 2020-ci ilin oktyabr ayının əvvəllərində Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafesində olmuşdur. Görüş zamanı Anar ona mənzilin təşkil edilməsində iştirakının zəruri olduğunu bildirərək müxtəlif qara kağızlardan ibarət müqavilələrə imza etməli olduğunu bildirmişdir. Həmin müqavilə guya MİDA-ya məxsus mənzilin müqaviləsi olmuşdur. O, müqavilə nümunəsi olan sənədlərə imza etdikdən sonra Anar oradan getmiş, son olaraq bir ay ərzində ona təşkil edilən mənzilə köçə biləcəyini qeyd etmişdir. Təxminən noyabr ayının 28-də onun artıq yeni mənzilində olacağını vəd edib inandırmışdr. Bundan əlavə Anarın ona imzalaması üçün təqdim etdiyi müqavilədə 6700 manat pul ödənişi ilə bağlı qəbz də olmuş, o, həmin pulun əvvəlcədən Mehribana verdiyi məbləğ olduğunu düşünmüşdür. Həmin görüşdə mənzilin qiyməti ilə bağlı Anarla olan söhbəti zamanı, Anar Mehribana nə qədər pul verəcəyini ondan soruşduqda, o, Mehribana artıq 14800 manat pul verdiyini bildirmişdir. Mehriban və Anarla danışıqlarından təxminən bir ay keçdikdən sonra o, işin alınmadığını görüb Mehribandan və Anardan pulunu geri tələb etməyə başlamışdır. O, mənzilin alınması ilə bağlı Anara şəxsən pul verməsə də, sonuncu ilə söhbəti zamanı Anar Mehribana verilən puldan məlumatlı olduğunu, birlikdə ona evə təşkil edəcəklərini deyib onu inandırmışdır. Lakin vəd edilən vaxtda mənzillə təmin olunmadığını görüb Mehriban və Anar tərəfindən aldadıldığını düşünmüşdür. Həmin ərəfələrdə, yəni dəqiq gününü xatırlamasa da təxminən 2020-ci ilin dekabr ayında özünü Tağı kimi təqdim edən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib MİDA-dan alacağı mənzillə bağlı narahat olmamağını, tezliklə işlərin həll olacağını demişdir. Lakin o, həmin şəxsə də inanmamış xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, beləcə Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılmışdır. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2005-ci ildən təsisçisi və direktoru olduğu "xxxx" MMC-ni yaratmışdır. Həmin MMC-nin fəaliyyəti lisenziya əsasında ciddi hesabat blanklarının və digər blankarı çap etməkdən ibarətdir. Tərtib edilmiş sənədləri əvvəllər üç il ərzində saxlayıb sonradan aktlaşdırmaqla həmin sənədləri məhv edirlər. Həmçinin sonradan həmin müddət 6 ilə qədər uzadıldığına görə müvafiq sənədləri 6 il ərzində saxlayıb sonradan aktla məhv edirlər. Qeyd edilən "X13" MMC-nin sənədlərinin çap edilmə tarixi xx.xx.2009- cu ilə aiddir və həmin sənədlərin çap edilməsi üçün tələb olunan şəxsiyyət vəsiqəsinin surətləri, eləcə də həmin çap üçün tələb olunan digər sənədlər təqdim edilmiş 2009-cu ilə aid olduğuna görə sonradan həmin sənədləri müvafiq akt tərtib edərək məhv etmişlər. Ona görə də həmin "X13" MMC-ni kimin təhvil alması barədə məlumat verə bilməz, lakin həmin blanklarda olan VÖEN müvafiq qaydada Vergilər və Maliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin Bakı şəhəri Xətai RPİnin 37-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid1 məcburi qaydada məhkəməyə gətirilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs rəfiqəsinin xalası qızı Aygünün vasitəsilə tanımışdır. Belə ki, Fərhad Aygünün qonşusudur. Münasibətləri yaxşı olduğu üçün Fərhad Aygünün yanında ev axtardığını demiş, Aygün isə ona bu barədə bildirəndə o, tanışı Tağıya bildirmişdir. O, özü Təqsirləndirilən şəxs2 kirayə ev axtaran zaman tanımışdır. Həmçinin Tağının vasitəsilə də Təqsirləndirilən şəxs1 tanımışdır. Belə ki, Tağı ilə söhbət edən zaman Tağı ona bibisi oğlu Şəhriyarın MİDA-da ev ala bildiyini, tanışı olduğunu demişdir. O da bu barədə Aygünün yanında söhbət etmiş, Aygün ona qonşusu Fərhadın da ev axtardığını bildirmişdir. O, 2020-ci ilin avqust ayının sonlarında Aygünün vasitəsilə Zərərçəkmiş şəxsla tanış olmuş və MİDA-da daha ucuz ev almaq üçün tanışlarının olduğunu bildirmişdir. Fərhad ona razılıq verdikdən sonra o, Təqsirləndirilən şəxs1la danışıb bir tanışının ev almaq istədiyini ona demiş, Anar da öz növbəsində öz tanışları vasitəsilə Fərhada MİDA-da mənzil təşkil edəcəyini bildirmişdir. Bundan sonra Fərhad onun evinə gələrək 2020-ci ilin sentyabr ayının 7-də ona 8000 manat pul vermişdir. O, həmin pulu aldıqdan sonra Tağıya zəng edib pulun onda olduğunu demişdir. Tağı həmin gün Şəhriyarla birlikdə onun evinə gəlmiş, Şəhriyar ondan 3500 manat pul alıb mənzil almağın “şirinliyi” kimi götürmüşdür. Həmçinin həmin pulu verməmişdən əvvəl o, Anara zəng edib pulu Şəhriyara verəcəyini demiş, Anar isə pulu Şəhriyara verməsini təsdiqləmişdir. Fərhadın verdiyi 4500 manat pul isə onda qalmışdır. Sonradan Fərhad ona əlavə olaraq 6800 manat pul vermiş, həmin pulu da Fərhadla birlikdə Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “Çaplin” kafesində Anara vermişdir. Anar isə həmin pulu alıb Fərhada müqavilələrə imza etdirmişdir. Bir müddətdən sonra mənzil işinin düzəlmədiyini görüb yenidən Anarla görüşmüş və 4500 manat pulu Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafedə Anara vermişdir. O, Fərhadı tanış etdiyi üçün Anar və Tağı ona da guya MİDA-da mənzil təmin etmək üçün növbədə qabağa salacaqlarını vəd etmişlər. Ona görə də o, Fərhaddan pulu alıb onlara vermişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, ilk dəfə Şəhriyara 3500 manat pul verən zaman, həmin puldan Anar ona 400 manat pul qaytarmış, ikinci dəfə Anara 4500 manat pul verən zaman isə, yenə həmin puldan ona 400 manat pul vermişdir. Onun Zərərçəkmiş şəxs aldatmaq məqsədi olmamış, əsas niyyəti cəlb etdiyi müştəriyə görə özünə mənzil almaq üçün güzəştdən yararlanmaq olmuşdur. Məhz bunun üçün də Fərhadla Anarı və Tağını tanış etmişdir. Özünün isə şəxsən MİDA-da heç bir tanışı olmamışdır. Həmçinin Şahid1 Zərərçəkmiş şəxs 14800 manatı guya Zərərçəkmiş şəxs 3 otaqlı ev alacaqlarını dedikləri üçün Anar və Şəhriyarın təkidi ilə aldığını, eyni zamanda Şəhriyar və Anarın ondan pulu hissə-hissə götürəcəklərini dedikləri üçün Fərhaddan aldığı pulun bir müddət onda qaldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanması haqqında 23 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əkbər Hacıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair 04 dekabr 2021-ci il tarixli qərarın ləğv olunaraq fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (cild 1, i.v. 1); “X14” MMC tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli, 138622 nömrəli mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mənzil üçün 10% ilkin ödəniş olaraq 6700 manat məbləğində ödəniş edilmişdir (cild 1, i.v. 9-10); "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs X4 16 saylı binada tikintisi həyata keçirilən 9 mərtəbəli yaşayış binasında, bina 26, blok 2, mənzil 29, mərtəbə 6 yaşayış binasındakı mənzili öz vəsaiti əsasında razılaşdığı qiymətlə 10% ilkin ödənişlə illik 4% olmaqla almağı öz öhdəliyinə götürmüşdür (cild 1, i.v. 19-21); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 31); 03 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 42-43); "xxxx" MMC tərəfindən verilmiş 19 iyun 2022-ci il tarixli məktubdan görünür ki, “X14” MMC şirkəti üçün xx.xx.2009-cu il tarixindən sonra heç bir ciddi hesabat blankı çap edilməmişdir (cild 1, i.v. 46); 08 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 54-55); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Taleh Şamilov tərəfindən tərtib edilmiş 11 iyun 2022-ci il tarixli pulun təqdim edilməsi barədə protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş zərərdən 3000 manat pul Təqsirləndirilən şəxs1 qardaşı X16 tərəfindən istintaq orqanına təqdim edilmişdir (cild 1, i.v. 56); 11 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qardaşı X16 tərəfindən istintaq orqanına təqdim edilmiş 3000 manat pul Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (cild 1, i.v. 57); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Taleh Şamilov tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli pulun təqdim edilməsi barədə protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş zərərdən 2000 manat pul Təqsirləndirilən şəxs1 qardaşı X16 tərəfindən istintaq orqanına təqdim edilmişdir (cild 1, i.v. 66); 05 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qardaşı X16 tərəfindən istintaq orqanına təqdim edilmiş 2000 manat pul Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (cild 1, i.v. 67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 30 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 73); şübhəli şəxsin tutulması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 78-79); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha birbirilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 94-95); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 96-97); Azərbaycan Respublikasının Mənzil X15 tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ilə Agentlik və tabeliyində olan "xxxx" MMC arasında güzəştli şərtlərlə mənzil alqı-satqısına dair müqavilənin bağlanması faktı aşkar edilməmişdir (cild 1, i.v. 98); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 99-100); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 111); Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 678837 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X3r (cild 1, i.v. 112); Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 452923 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X3r (cild 1, i.v. 112); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 122-123); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 129-130); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 141); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Taleh Şamilov tərəfindən tərtib edilmiş 09 sentyabr 2022-ci il tarixli pulun təqdim edilməsi barədə protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş zərərdən 800 manat pul Təqsirləndirilən şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş və zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (cild 1, i.v. 142); 09 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha birbirilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 143-144); 10 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha birbirilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 145-146); 29 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 154-155); 01 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha birbirilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 156-157); təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 162-163); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 174); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 5/901 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli müqavilənin surəti elektrofotoqrafik çoxaldıcı çap qurğusunda (surətçıxan, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli müqavilənin surəti ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sərbəst nümunəsi ilə tərtibatına görə eynilik təşkil etmir (cild 1, i.v. 200-203); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 218-219); sübutların qiymətləndirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4cü maddələri elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, ekspertiza rəyi, üzləşdirmə haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilənin surəti, Azərbaycan Respublikasının Mənzil X5 daxil olmuş 24 avqust 2022-ci il tarixli, 04-04/12/130 saylı məktub maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v. 224-234); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v. 236- 237); ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Taleh Şamilov tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Xətai RPİ-nin İŞ-nə qaytarılmışdır (cild 2, i.v. 4- 10); cinayət işinin icraata qəbul edilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 2, i.v. 11); baxış və götürmə keçirilməsi haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi ödəniş qəbzləri və icra vərəqəsindən göründüyü kimi o və Təqsirləndirilən şəxs3 tərəfindən onlara məhkəmə hökmü ilə təyin edilmiş cərimə məbləği və dövlət rüsumu tam olaraq ödənilmişdir (cild 2, i.v. 41-45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 2, i.v. 62-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, i.v. 64-65); sübutların qiymətləndirilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, ekspertiza rəyi, üzləşdirmə haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilənin surəti, Azərbaycan Respublikasının Mənzil X5 daxil olmuş 24 avqust 2022-ci il tarixli, 04-04/12/130 saylı məktub, Təqsirləndirilən şəxs2 təqdim etdiyi ödəniş qəbzləri və icra vərəqəsi maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, i.v. 66-76); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 16 yanvar 2024-cü il tarixli, 3-16-17/38/2-283/2024 saylı məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 16 yanvar 2024-cü il tarixli, 3-16-17/38/2-284/2024 saylı məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 02 mart 2024-cü il tarixli, 55-4/1-125-24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 1(011)-223/2023 saylı cinayət işi üzrə axtarışda olan xx.xx.1987-ci ill təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X18 və xx.xx.2021-ci il təvəllüdlü X21 vardır; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X10 vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Çaplin kafesində elektrofotoqrafik çoxaldıcı çap qurğusu olan surətçıxaran və ya lazer printer vasitəsi ilə saxta sənəd olaraq hazırlanmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilədən istifadə edib Zərərçəkmiş şəxs imza etdirərək bilə-bilə saxta sənədlərdən istifadə etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk öncə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməsinə dair hissədə cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Cinayət məsuliyyətindən azad olunma və cinayət təqibinə xitam verilmə ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hissədə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində qeyd edilən əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün 22 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 2020-ci ilin sentyabr ayında törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 03 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün 22 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 2020-ci ilin sentyabr ayında törətməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək, 12 yanvar 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 tərəfindən 500 (beş yüz) manat məbləğində cərimə cəzasının tam olaraq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalı, onun 02 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 30 (otuz) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs3 tərəfindən 500 (beş yüz) manat məbləğində cərimə cəzasının tam olaraq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalı, onun 12 yanvar 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilənin surəti, Azərbaycan Respublikasının Mənzil X5 daxil olmuş 24 avqust 2022-ci il tarixli, 04-04/12/130 saylı məktubun cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). İş üzrə aparılmış məhkəmə-texniki ekspertizası tədqiqatının dəyəri 18 (on səkkiz manat) manat Təqsirləndirilən şəxs1, 16 (on altı manat) manat Təqsirləndirilən şəxs2, 16 (on altı manat) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinin nəfinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək, 12 yanvar 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 07 (yeddi) ay 16 (on altı) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq saxlanılmış 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tərəfindən 500 (beş yüz) manat məbləğində cərimə cəzasının tam olaraq dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 30 (otuz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs3 07 (yeddi) ay 16 (on altı) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq saxlanılmış 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 tərəfindən 500 (beş yüz) manat məbləğində cərimə cəzasının tam olaraq dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 12 yanvar 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ********** nömrəli müqavilənin surətinin və Azərbaycan Respublikasının Mənzil X5 daxil olmuş 24 avqust 2022-ci il tarixli, 04-04/12/130 saylı məktubun cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-texniki ekspertizası tədqiqatının dəyəri 18 (on səkkiz manat) manat Təqsirləndirilən şəxs1, 16 (on altı manat) manat Təqsirləndirilən şəxs2, 16 (on altı manat) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-17/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-17/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver