Məhkəmə qərarları › İş №1(011)-17/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-17/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-17/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs13 və onun nümayəndəsi “Qanunçuluq” Vəkil Bürosunun vəkili NümayəndəN, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 199N-ci il tarixdə Zərdab rayonu, Dəliquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Dəli Quşçu Ərazi Dairəsi, Dəli Quşçu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs4 Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 14000 (on dörd min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs4 07 aprel N0NN-ci il tarixdə ünvan 1 ünvanda yerləşən çayxanada 14000 (on dörd min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs13 qohumu X14 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 8000 (səkkiz min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs13 N8 may N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 7500 (yeddi min beş yüz) manat, N9 may N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 500 (beş yüz) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs13 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs13 qohumu X33 Azərbaycan Texniki Universitetində təhsil aldığı müddət ərzində kəsir imtahanlarının həll edilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 1N800 (on iki min səkkiz yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs13 N4 iyun N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 1N800 (on iki min səkkiz yüz) manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs13 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs9 X4nı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 (on min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs9 16 iyun N0NN-ci il tarixdə ünvan 3 ünvanında yerləşən N3 saylı notariat kontorunda 10000 (on min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İV). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxsN0 İntizami oğluna Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 18000 (on səkkiz min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxsN0 16 iyun N0NN-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 53 saylı notariat kontorunda 10000 (on min) manat, 18 iyun N0NN-ci il tarixdə Ağstafa rayonunun inzibati ərazisində yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 18000 (on səkkiz min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxsN0 İntizami oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod V). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs15 Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 1N000 (on iki min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs15 N3 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 8 ünvanında yerləşən “X46 və Radio Şirkəti” MMC-nin qarşısında 1N000 (on iki min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs15 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Vİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1N Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 (on min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs1N Zərərçəkmiş şəxs8 vasitəsilə N4 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “X87” stansiyasının yaxınlığında 10000 (on min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1N xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Vİİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs7 oğlu XN6 Polis Akademiyasına qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 31000 (otuz bir min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs7 N0 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Şıxov” çimərliyi ərazisində yerləşən “Dostluq” restoranında məzənnəsi həmin dövr üçün 10N00 (on min iki yüz) manat təşkil edən 6000 (altı min) ABŞ dolları və 14800 (on dörd min səkkiz yüz) manat, N8 iyun N0NN-ci il terixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Megafun” əyləncə mərkəzinin qarşısında 6000 (altı min) manat olmaqla, ümumilikdə 31000 (otuz bir min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Vİİİ). Bundan başqa, Təqsirləndirilən şəxs əğlu təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs14 qızı XN7 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 (on beş min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs14 04 iyul N0NN-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında 15000 (on beş min) manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İX). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 oğlu X34 Bakı şəhərində fəaliyyət göstərən məhkəmələrin birinə hakim köməkçisi, oğlunun arvadı X15 isə 86 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 31000 (otuz bir min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs11 16 iyun N0NN-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 1000 (bir min) manat, 16 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Mehriban Qonşular küçəsində yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 1000 (bir min) manat, 10 iyul N0NN-ci il tarixdə ünvan 7 ünvanında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 8000 (səkkiz min) manat, N0NN-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” stansiyasının yaxınlığında 15000 (on beş min) manat, N0NN-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə N000 (iki min) manat, N7 iyul N0NN-ci il tarixdə Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 4000 (dörd min) manat olmaqla, ümumilikdə 31000 (otuz bir min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod X). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 oğlu XN8, şagirdləri X3, X58, X35, X16, X36, X17 Bakı-Avropa liseyinə qəbul etdirəcəyinə, tanışı X9 Bakı şəhərində fəaliyyət göstərən bağçaların birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya N0000 (iyirmi min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs11 vasitəsilə N0NN-ci ilin iyun ayının ortalarında ünvan 8 ünvanının qarşısında 9000 (doqquz min) manat, 01 avqust N0NN-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 1000 (bir min) manat, N5 avqust N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs11 vasitəsilə ünvan 8 ünvanının qarşısında 10000 (on min) manat olmaqla, ümumilikdə N0000 (iyirmi min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs19 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Xİ). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs10 Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 (on min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs10 09 avqust N0NN-ci il tarixdə ünvan 10 ünvanın qarşısında məzənnəsi həmin dövr üçün 10030 (on min otuz) manat təşkil edən 5900 (beş min doqquz yüz) ABŞ dolları alıb 15 (on beş) manat geri qaytarmaqla 10015 (on min on beş) manat məbləğində nağd pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Xİİ). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs8 X1Nnu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirəcəyinə, həmçinin Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya N0000 (iyirmi min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs8 N1 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “X87” stansiyasının yaxınlığında 5000 (beş min) manat, N1 iyun N0NN-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “X87” stansiyasının yaxınlığında 1N000 (on iki min) manat, N9 avqust N0NN-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanının qarşısında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 3000 (üç min) manat olmaqla, ümumilikdə N0000 (iyirmi min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod Xİİİ). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Şahid1 oğlu X18 hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4500 (dörd min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Şahid1 14 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən lombardda N500 (iki min beş yüz) manat, 15 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti N7 ünvanında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 500 (beş yüz) manat, 08 oktyabr N0NN-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Şəhidlər xiyabanı”nın qarşısında 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 4500 (dörd min beş yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Şahid1 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XİV). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 Yasamal rayonunda yerləşən sosial evlər layihəsindən mənzil verdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 (on beş min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs17 N0NN-ci ilin oktyabr ayının əvvəllərində ünvan 14 ünvanında 7000 (yeddi min) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs17 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod XV). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 Müdafiə Nazirliyinin Tikinti-Təchizat Mərkəzində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4000 (dörd min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs6 N4 oktyabr N0NN-ci il tarixdə ünvan 15 ünvanında yerləşən “Metro park” ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, N0NN-ci ilin noyabr ayının ikinci on günlüyündə ünvan 16 ünvanında yerləşən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qarşısında N500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XVİ). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs16 oğlu X38 hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Milli Qvardiyasının hərbi hissələrindən birinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 1500 (bir min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs16 N0NN-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən İombardda sonuncunun kart hesabından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 500 (beş yüz) manat, 01 dekabr N0NN-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən İombardda 600 (altı yüz) manat olmaqla, ümumilikdə 1100 (bir min yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs16 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XVİİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 5000 (beş min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs5 N0N3-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsinin yaxınlığında 5000 (beş min) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XVİİİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs18 Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə elektrik vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 1500 (bir min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs18 N3 fevral N0N3-cü tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında 1500 (bir min beş yüz) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs18 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XİX). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qızı X39 Təhsil Nazirliyində hər hansı vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 7000 (yeddi min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs1 09 aprel N0N3-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azadlıq prospekti” stansiyasının yaxınlığında 7000 (yeddi min) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod XX). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 170 saylı uşaq bağçasına müəllim köməkçisi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya N500 (iki min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs3 N6 aprel N0N3-cü il tarixdə ünvan 17 ünvanında yerləşən “Gənclik Mall” ticarət və əyləncə mərkəzinin qarşısında N500 (iki min beş yüz) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ziyan vurmaqla dələduzluq etmişdir (epizod XXİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxsN Azərbaycan Respublikası Təhsil Nazirliyinin 170 saylı uşaq bağçasına müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 5000 (beş min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxsN N6 aprel N0N3-cü il tarixdə ünvan 17 ünvanında yerləşən “Gənclik Mall” ticarət və əyləncə mərkəzinin qarşısında 3100 (üç min yüz) manat, 01 may N0N3-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Əhmədli” stansiyasında quraşdırılmış ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 1900 (bir min doqquz yüz) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxsN ziyan vurmaqla dələduzluq etmişdir (epizod XXİİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 və Şahid6 tanıyır, aralarında düşmənçilik və ədavət olmamışdır. Şahid6la münasibətləri normal olmuşdur, belə ki, Cehunla görüşü zamanı o, Cehundan dövlət hesabına mənzil alıb-almaması ilə maraqlanmışdır. Cehun da ona Məhəmmədi kəndində yerləşən binadan iki otaqlı mənzil aldığını bildirmişdir. O isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində işlədiyini, mənzil almadığı təqdirdə mənzil verilməsini təşkil edə biləcəyini bildirmişdir. Cehun da ona mənzili hansı əsaslarla təşkil edə bildiyini maraqlandıqda o, həmin idarədə işlədiyini və mənzil verilmə prosedurunda köməklik edə bildiyini bildirmişdir. Şahid6 ondan əlaqə nömrəsini istəmiş, həmçinin o, Cehunun mobil nömrəsini özündə qeyd etmişdir. Bundan sonra aralarında münasibət yaranmış və növbəti söhbəti zamanı Şahid6 almış olduğu mənzilin dörd otaqlı mənzillə dəyişilə biləcəyini maraqlanmışdır. O, bunu həll edə biləcəyini bildirmiş və həmin işin hansı məbləğlə həll olunacağını maraqlanıb deyəcəyini bildirmişdir. O, bilərəkdən bir neçə gün gözləmişdir ki, Cehun onun dələduzluq niyətindən şübhə etməsin. Bir neçə gündən sonra o, Cehunla əlaqə saxlayaraq 4000 (dörd min) manat lazım olduğunu bildirmişdir. Cehun da onunla razılaşaraq N0NN-ci ilin mart ayının əvvəllərində “Space” televiziyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə gəlmişdir. O, Cehunu qarşılamaqla idarəyə aparmış və ərizə forması verməklə doldurmağını istəmişdir. Cehun həmin ərizəni doldurub verilmiş mənzilin 4 otaqlı mənzillə dəyişdirilməsini xahiş etmişdir. Daha sonra Şahid6 Müdafiə Nazirliyinin binasında ərizəni, həmçinin 4000 (dörd min) manat nağd şəkildə pul vəsaitini ona vermişdir. O da həmin ərizə və pul vəsaitini götürüb N6 iyun N0NN-ci il tarixdə N otaqlı mənzilinin əvəzi olaraq Bakı şəhərinin mərkəzinə yaxın hissədə 4 otaqlı mənzilin veriləcəyini bilə-bilə yalan vədlər edərək bildirmişdir. N0NNci ilin mart ayının sonlarında Şahid6 onun mobil telefonuna zəng edərək Əbilağa adında iş yoldaşının olduğunu və mənzil verilməsi məsələsini həll etməyini xahiş etmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklinin göndərilməsini xahiş etmişdir. Hazırda xatırlamadığı nömrədən Əbilağanın şəxsiyyət vəsiqəsinin şəklini onun nömrəsinə göndərmişlər. O da Əbilağa barəsində tanışlarından maraqlanıb qısa məlumat əldə etdikdən sonra Şahid6 zəng edib, Əbilağaya mənzil verilməsinin çətin olduğunu, xidmətə uyğunsuzluğa görə tərxis olunduğunu bildirmişdir. Əbilağa da ona köməklik etməyini xahiş etmişdir. O da bu işin çətin olacağını, lakin əlindən gələni edərək mənzil verilməsini təşkil edə biləcəyini bildirmişdir. Odur ki, bunun üçün 17000 (on yeddi min) manat lazım olduğunu demişdir. Əbilağa bu məbləğin çox olmasını və bir qədər aşağı etməyini xahiş etmiş, o da 14000 (on dörd min) manat verməsi müqabilində həmin şəxsə mənzil verilməsini həll edəcəyini bildirmişdir. Bu söhbətdən təxminən iki gün sonra Əbilağa onunla əlaqə saxlayaraq münasibət yaratmış və bu barədə söhbətlər etməyə başlamışlar və bu işə görə danışdığı məbləği Əbilağadan almaq üçün görüş təyin etmişdir. 07 aprel N0NN-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində onlar, yəni o, Şahid6 və Zərərçəkmiş şəxs4lə görüşmüşlər və orada Əbilağa üzərində olan 14000 (on dörd min) manat nağd pul vəsaitini çıxarıb saymaqla ona təqdim etmişdir. O, həmin miqdarda pul vəsaitini götürüb yenidən saymaqla cibinə qoymuşdur. Bundan sonra o, bilə-bilə yalan vədlər verərək N6 iyun N0NNci il tarixdə Əbilağanın mənzillə təmin ediləcəyini demişdir. N6 iyun N0NN-ci il tarixdə mənzillər verilmədiyindən Əbilağa onunla əlaqə saxlayaraq görüşməli olduğunu bildirmişdir. O da görüşüb pulu geri tələb edəcəyini bildiyindən, Cehun və Əbilağanı özünə daha inandırmaq və güvən qazanmaq üçün pullarla birlikdə gəlib “Neftçilər” metrostansiyasının yaxınlığındakı çayxanada görüşmüşdür. Orada bir ədəd sellofanda nağd pul vəsaiti gətirib işin həll olmadığından geri qaytarmaq istədiyini demişdir. Belə ki, həmin sellofanda Ceyhuna məxsus 4000 (dörd min) manat, Əbilağaya məxsus isə 14000 (on dörd min) manat olduğunu bildirmişdir. O, həmin pul vəsaitini Əbilağaya narahat adam olmasını deməklə geri qaytarmaq istəmişdir. Əbilağa isə pulu özünə götürməyəcəyini, götürdüyü halda onun işi həll etməyəcəyini bildirmişdir. Belə olan halda o, pul vəsaitini Cehuna verəcəyini, işin həll olunduğu ərəfədə bir saat ərzində ona çatdırmalı olduqlarını demişdir. Belə olan halda Əbilağa da onun fikri ilə razılaşmış və bir ədəd sellofanda olan ümumilikdə 18000 (on səkkiz min) manat nağd pul vəsaiti sayılmaqla Şahid6 təhvil vermişdir. N0NN-ci ilin avqust ayının əvvəllərində o, Cehunla əlaqə saxlayaraq işin həll olunduğunu, təcili pul vəsaitinin verilməli olduğunu, bir nəfər şəxsi göndərib ondan alacağını qeyd etmişdir. Cehun isə onunla razılaşmayıb mütləq qaydada görüşməyini və bu halda pul vəsaitini ona qaytara biləcəyini demişdir. Bu şərt qarşısında çıxılmaz vəziyyətdə qalıb məcbur olaraq özü Cehunla görüşməyə getmiş və ünvan 18 ünvanda yerləşən çayxananın qarşısında görüşmüşlər. Görüş zamanı Şahid6 sellofanın içində olan 18000 (on səkkiz min) manat nağd pul vəsaitini ona vermiş və o da pul vəsaitini sayaraq götürmüşdür. Aldığı pulun müqabilində yenidən o, yalan vədlər verərək işin 14 sentyabr N0NN-ci il tarixədək həll olunacağını bildirmişdir. Göstərdiyi tarixdən sonra Cehun onunla əlaqə saxlayıb 5000 (beş min) manat pul vəsaiti lazım olduğunu, əgər vardırsa borc verməsini xahiş etmişdir. O isə həmin miqdarda pul vəsaitinin olmadığını, yalnız ondan aldığı 4000 (dörd min) manatı geri qaytara biləcəyini, lakin iş həll olunduqda dərhal ona çatdırmağı xahiş etmişdir. Odur ki, o, yenidən “Neftçilər” metrostansiyasmm yaxınlığında Cehunla görüşüb həmin 4000 (dörd min) manat pul vəsaitini qaytarmışdır. Bundan sonra N5 sentyabr N0NN-ci il tarixdə müddət tamam olduqda yenidən onlar üçün Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında görüşdükdə Cehun və Əbilağa ondan işin hansı səbəblərdən həll olunmadığını soruşduqda, o, yalan danışaraq pulu guya başqa bir nəfər şəxsə verdiyini, həmin şəxsin isə Türkiyə Respublikasında müalicədə olduğunu, gəldikdən sonra pulu qaytaracağını qeyd etmişdir. Bir müddət sonra Əbilağa onunla əlaqə saxlayaraq krediti ödəyə bilmədiyini və 600 (altı yüz) manat pul vəsaiti lazım olduğunu bildirdikdə həmin miqdarda pulu “Nərimanov” metrostansiyasının yaxınlığında Əbilağaya təqdim etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs4 ilə barışmışdır, ona törətdiyini cinayət əməli nəticəsində dəymiş ziyanı tam olaraq ödəmişdir, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İ). Bundan başqa, Zərərçəkmiş şəxs13 o, N0NN-ci ilin may ayında ŞahidN görə tanımışdır. Belə ki, Sabirə Nahidənin qohumu Fərrux adlı şəxsi 7500 (yeddi min beş yüz) manata Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə düzəltməsini bildirmişdir. İtiiham aktında onun guya Nahidənin qohumu olan hansısa tələbənin kəsrlərinin düzəldilməsi üçün də razılaşmaları qeyd edilsə də, o, heç kimlə bu barədə danışmamışdır. Cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs13 ümumilikdə 1N800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınmışdır, lakin həmin pulları Sabirə almış və ona həmin puldan 500 (beş yüz) manat pul vermişdir. Bu işlərdə Sabirənin ona iki dəfəyə verdiyi 1000 (bir min) manat pulu qardaşı X55 xalası oğlu Nikbinin bank kartına köçürmüşdür. Qalan 10000 (on min) manata gəldikdə isə həmin pulu Sabirə özü Nahidədən almışdır, sonra isə həmin məbləği özü Nahidəyə qaytarmışdır (epizod İİ-İİİ). Bundan başqa, iş yoldaşı ŞahidN vasitəsi ilə Zərərçəkmiş şəxs9 ilə tanış olmuşdur. Həmin şəxs öz arvadı Elnurə Quliyevanı işsiz olduğu üçün Həmkarlar İttifaqında işə düzəltmək istəmişdir. Onun barəsində isə Sabirədən maraqlandıqda yaxın qohumlarının Həmkarlar Konfederasiyasında işlədiyini bildirmişdir. Odur ki, Əlimərdan onunla danışdıqda artıq bunlardan məlumatlı kimi qohumlarının vasitəsi ilə arvadının işə düzəlibdüzəlməyəcəyini ondan maraqlanmışdır. O da həmin vaxtlarda pul vəsaitinə ehtiyacı olduğundan həmin şəxslə xx.xx.N0NN-ci il tarixdə Sabirənin göstərişi ilə “Lider TV”-nin yaxınlığında yerləşən notariat ofisində Zərərçəkmiş şəxs9 ilə görüşüb 10000 (on min) manat nağd şəkildə pulu almış və Əlimərdanın xahişi ilə həmin məbləğə dair borc müqaviləsi bağlamışdır. O, Sabirəyə inandığı üçün Əlimərdanla borc müqaviləsi bağlamışdır. Əlimərdandan aldığı 10000 (on min) manat pulu Sabirəyə iş yerində vermişdir. Sabirə həmin puldan ona zəhmət haqqı kimi 800 (səkkiz yüz) manat pul vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs9 ilə barışmışdır, ona törətdiyini cinayət əməli nəticəsində dəymiş ziyanı tam olaraq ödəmişdir, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İV). Bundan başqa, Sabirənin vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxsN0 adlı şəxs ona müraciət edərək Müdafiə Nazirliyindən mənzil verilməsi üçün şərait yaratmağını xahiş etmişdir. Sabirə ona həmin şəxslə görüşüb guya Müdafiə Nazirliyindən mənzil verdirəcəyinə dair vəd verməyini həmin şəxsdən alacağı pul vəsaitini isə Sabirəyə verməyini xahiş etmişdir. Onun da pula ehtiyacı olduğundan həmin şəxslə xx.xx.N0NN-ci il tarixdə 53 saylı notariat kontorunda görüşüb 10000 (on min) manatı, xx.xx.N0NN-ci il tarixdə isə ona göndərmiş olduğu 8000 (səkkiz min) manat pul vəsatini götürüb Sabirəyə təqdim etmişdir. Həmin ümumilikdə 18000 (on səkkiz min) manat pul vəsaitindən Sabirə ona 1000 (bir min) manat pul vermişdir (epizod V). Bundan başqa, Zərərçəkmiş şəxs15 ilə ŞahidN vasitəsilə tanış olmuşdur. ŞahidN N0NN-ci ilin iyun ayında ona zəng edərək Vüqar adlı şəxslə görüşüb sonuncudan 1N000 (on iki min) manat pulu alıb gətirməyi demişdir. O da Sabirənin dediyi kimi etmişdir. Vüqarla N0NN-ci ilin iyun ayında Yasamal rayonu ərazisində yerləşən “Space” TV-nin yaxınlığında görüşüb 1N000 (on iki min) manat pul vəsaitini götürmüş və həmin pulu həmin gün iş yerində Sabirəyə vermişdir. Sabirə də həmin puldan ona 800 (səkkiz yüz) manat pul vermişdir. Hal-hazırda zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmişdir (epizod Vİ). Bundan başqa, Zərərçəkmiş şəxs1N tanımır və ümumiyyətlə görüşməmişdir. O, 6-cı Polis Bölməsinə düşən zaman həmin şəxs ona zəng edib demişdir ki, guya ona pul borcludur. Eminin onun barəsində dediyi fikirlər həqiqəti əks etdirmir. Emin Sabirənin tanışıdır və onun N-ci izahatında verdiyi guya onlar Xalqlar dostluğu metrostansiyasının yaxınlığında görüşüblər düzgün deyil (epizod Vİİ). Bundan başqa, o, Zərərçəkmiş şəxs7 iş yoldaşı Sabirənin vasitəsi ilə tanımışdır. N0NN-ci ilin yay aylarında Sabirə ona demişdir ki, Nadir adlı biri var və onun oğlu DİN-in Polis Akademiyasına qəbul olunmaq istəyir, lakin N0NN-ci ilin yayında verdiyi imtahanda Akademiyaya qəbul olunmaq üçün kifayət qədər bal toplaya bilməmişdir. Sabirə ondan Zərərçəkmiş şəxs7 oğlu X7 qəbul olunmasında köməklik göstərməyini xahiş etmişdir. O bu haqda uzun müddətdir ki, tanıdığı Elnur Hüseynova demişdir. Elnur bu işi 14000 (on dörd min) manat müqabilində görə biləcəyini demişdir. Sonra bu haqda Sabirəyə demişdir, Sabirə isə həmin məbləğin üzərinə 11000 (on bir min) manat qoyub Nadirdən oğlunun işinə görə N5000 (iyirmi beş min) manat istəyəcəyini demişdir. O, etiraz etməmişdir. xx.xx.N0NN-ci il tarixdə o, Şıxovda yerləşən “Dostluq” restoranında Nadir sonuncunun arvadı və oğlu ilə görüşüb söhbət etmiş və orada Nadirdən 6000 (altı min) ABŞ doİları və 14800 (on dörd min səkkiz yüz) manat pul almışdır. Həmin puldan o, Elnura 14000 (on dörd min) manat pul vermişdir. Abdulla tibbi komissiyadan keçəndə məlum olmuşdur ki, gözlərində zəiflik var. Abdullanın tibbi komissiyadan keçirilməsi üçün Elnur 6000 (altı min) manat pul istəmiş, o da Nadirlə danışıb Elnura 6000 (altı min) manat verməyini demişdir. Nadir Elnurla görüşüb 6000 (altı min) manat pul vermiş, lakin sonradan Elnur uşağın işinin alınmadığını bildirmişdir. Nadir ondan pulunu tələb etməyə başlamışdır. Elnur Nadirin N0000 (iyirmi min) manatını sonradan qaytarmışdır. Lakin qalıq qalmış 11000 manat məbləğində pul vəsaiti Sabirə tərəfindən alınmış və qaytarılmamışdır. İttihamda aktında onun Nadirlə Tamella xanım vasitəsilə tanış olması, 11000 manat məbləğində pul vəsaitinin Tamella xanım tərəfindən alınması və onda olması qeyd edilsə də, həmin məlumatlar düzgün deyil və pul hal-hazırda Sabirədədir (epizod Vİİİ). Bundan başqa, Zərərçəkmiş şəxs14 ŞahidN vasitəsilə tanımışdır. Sabirənin göstərişi ilə 04 iyul N0NN-ci il tarixdə Elmlər Akademiyasının yaxınlığında yerləşən kafedə Zərərçəkmiş şəxs14 ilə görüşməklə aldığı 15000 (on beş min) manat pulu Sabirəyə vermişdir. Sabirə də həmin puldan ona 1000 (bir min) manat zəhmət haqqı kimi pul vermişdir. Sabirənin dediyi vaxtda adını bilmədiyi tanışının vasitəsilə o, Zərərçəkmiş şəxs14 qızına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müsahibəyə getməsini bildirmişdir. Zərərçəkmiş şəxs14 qızının işi ona məlum olmayan səbəbə görə alınmadığı üçün Zərərçəkmiş şəxs14 alınan pulunu tələb etməyə başlamışdır. Baxmayaraq ki, həmin pulun 1000 (bir min) manatı onda, 14000 (on dörd min) manatı Sabirədədir (epizod İX). Bundan başqa, Zərərçəkmiş şəxs11 ilə oğlunun və gəlininin işə qəbulu ilə bağlı aralarında heç bir danışıq və sövdələşmə olmamışdır. Tamellanın onun barəsində dedikləri həqiqiəti əks etdirmir. Belə ki, Tamellanın ona 31000 (otuz bir min) manat pul verməsi ilə bağlı göstərdikləri yalandır. Tamella bu işə görə istər nağd, istərsə də bank hesabına köçürmə yolu ilə ona hər hansı məbləğdə pul verməmişdir (epizod X). Bundan başqa, Zərərçəkmiş şəxs19 Tamella Rosulovanın vasitəsi ilə tanımışdır. Həmin vaxt Tamella ona Çiçəyin oğlu və bir neçə tələbəni Avropa Liseyinə qəbul etdirməsini xahiş etmişdir. O bu işi həll edə biləcəyini söylədikdən sonra Zərərçəkmiş şəxs19 Tamellanın vasitəsi ilə N0NN-ci ilin iyun ayında N700 (iki min yeddi yüz) manat pul göndərmiş və həmin pul vəsaitini Tamella ona təqdim etmişdir. 01 avqust N0NN-ci il tarixdə isə onun kart hesabına Çiçək tərəfindən 1000 (bir min) manat pul vəsaiti göndərilmişdir. Sonradan isə həmin vəd etdiyi məsələ alınmadığı üçün Çiçəkdən Tamella vasitəsilə almış olduğu 3700 (üç min yeddi yüz) manat pul vəsaitini geri qaytarmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs19 ilə barışmışdır, ona törətdiyini cinayət əməli nəticəsində dəymiş ziyanı tam olaraq ödəmişdir, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Xİ). Bıından başqa, Zərərçəkmiş şəxs10 iş yoldaşı Elçin Əliyevin vasitəsilə N0NN-ci ilin iyun ayında tanımışdır. Nahid hərbçilər üçün Yasamal rayonu ərazisində, keçmiş “Lider” TVnin yaxınlığında inşa ediləcək binadan mənzil almaq istəmiş və ondan bu işdə köməklik göstərməyini xahiş etmişdir. O, Nahidlə 09 avqust N0NN-ci il tarixdə danışıq aparıb bu işi 17000 (on yeddi min) manata görə biləcəyini demiş, lakin sonuncu pulu yarı-yarıya endirmək istədiyi üçün razılaşa bilməmişlər və ondan pul almamışdır (epizod Xİİ). Bundan başqa, Zərərçəkmiş şəxs8 iş yoldaşı olmuş Sabirənin əridir. Fərhadın ifadəsində göstərdikləri yalandır. Belə ki, o, Fərhadın oğlunun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmasında köməklik göstərmək üçün pul almamışdır. Həmçinin Sabirəyə hərbçilər üçün nəzərdə tutulmuş binadan mənzil alınmasında köməklik göstərmək adı ilə pul almamışdır. Sabirə onunla eyni idarədə işlədiyindən onun Sabirəyə Müdafiə Nazirliyindən mənzil verilməsi ilə bağlı köməklik göstərməyi barədə fikirləri gülüncdür və məntiqsizdir. Necə Emini gətiriblər ki, pul borcludur ona, buda eyni qaydada baş vermişdir (epizod Xİİİ). Bundan başqa, Şahid1 Zərərçəkmiş şəxs16 vasitəsi ilə tanımış və ondan pul vəsaitini almışdır. Həmin pulu o, İslamın oğlunun xidmət yerinin Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hərbi hissəsinə dəyişdirilməsi üçün almışdır. (epizod XİV). Bundan başqa, Zərərçəkmiş şəxs17 tanısa da, ona Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil almaq məqsədilə köməklik edəcəyinə dair vəd verib 7000 (yeddi min) manat pul vəsaitini ələ keçirməsi ilə bağlı ifadəsində göstərdikləri həqiqəti əks etdirmir və bu tamamilə yalnış məlumatdır (epizod XV). Bundan başqa, Zərərçəkmiş şəxs6 Müdafiə Nazirliyində işə düzəlməsi üçün ona müraciət etdiyindən o, həmin işi həll edə biləcəyini vəd etmiş və pul vəsaitinə ehtiyacı olduğundan N4 oktyabr N0NN-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, N0NN-ci ilin noyabr ayının ikinci on günlüyündə isə həmin dövrdə işlədiyi Binəqədi rayonu ərazisində yerləşən idarənin qarşısında N500 (iki min beş yüz) manat nağd pul vəsaitini alıb ələ keçirmiş və həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan həmin işə düzəlməklə bağlı məsələ vəd etdiyi tarixdə həllini tapmadığından Hicran ondan vermiş olduğu pul vəsaitini geri istəmişdir. O da həmin vəsaiti Hicrana qaytarmışdır (epizod XVİ). Bundan başqa, Zərərçəkmiş şəxs16 uzun müddətdir ki, tanıyır. Belə ki, Sevdanın işlədiyi lombarda qızıl qoyaraq pul götürmüşdür. N0NN-ci ilin mart ayında Zərərçəkmiş şəxs16 ona zəng vuraraq oğlu Tuncayın hərbi xidmətə çağırıldığını, bu səbəbdən övladının Bakı şəhərində Milli Qvardiyanın N Saylı hərbi hissəsində hərbi xidmət keçməsini istədiyini bildirmişdir. Bu zaman Sevdaya köməklik göstərmək istəmişdir. Belə ki, əvvəllər işlədiyinə görə bu işi edə biləcəyini düşünmüşdür. Sevda ilə bu məsələni ümumilikdə 1500 (bir min beş yüz) manata həll edəcəyi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs16 N0NN-ci ilin mart ayında onun kartına 500 (beş yüz) manat pul köçürmüş, lakin sonradan vermiş olduğu vədə əməl edə bilməyəcəyini görüb həmin 500 (beş yüz) manat pul vəsaitini Sevdanın işlədiyi lombardda qaytarmışdır (epizod XVİİ). Bundan başqa, Zərərçəkmiş şəxs5 ona müraciət edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider” TV-nin yaxınlığındakı binada mənzil təşkil etməyini xahiş etmiş, o isə həmin xahişi icra edə biləcəyini və bunun üçün 5000 (beş min) manat pulun lazım olduğunu bildirmişdir. Odur ki, N0N3-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Biləcəri dairəsi” adlanan yerdə görüşüb pul vəsaitini almış və həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir (epizod XVİİİ). Bundan başqa, Zərərçəkmiş şəxs18 Xəqani adlı tanışı vasitəsi ilə tanımış və həmin şəxs Müdafiə Nazirliyində elektrik işinə düzəlmək istəmişdir. O, həmin işi həll edə biləcəyini qeyd etdikdən sonra öncədən aralarında olan razılaşmaya əsasən N3 fevral N0N3-cü il tarixdə Yasamal rayonu, “N0 Yanvar” metrostansiyasının qarşısında görüşməklə nağd pul vəsaitini almışdır. Əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etmişdir (epizod XİX). Bundan başqa, Zərərçəkmiş şəxs1 Pakizə adlı tanışı vasitəsilə tanımış, həmin şəxs onunla 09 aprel N0N3-cü il tarixdə görüşüb qızının Təhsil Nazirliyində işə düzəlmək istəməsi ilə bağlı söhbət etmişdir. Lakin, həmin görüş zamanı hər hansı miqdarda pul vəsaiti almamış, həmçinin bundan sonrakı tarixlərdə də Faiqlə görüşməmiş, yəni Faiqin ifadəsində qeyd etdiyi 7000 (yeddi min) manat pul vəsaiti Faiq tərəfindən ona təqdim edilməmişdir (epizod XX). Bundan başqa, Zərərçəkmiş şəxs3 170 saylı uşaq bağçasına müəllim köməkçisi kimi işə düzəltmək üçün köməklik edəcəyinə dair vəd verib N500 (iki min beş yüz) manat pul vəsaitini ələ keçirməsi ilə bağlı ifadəsində göstərdikləri həqiqəti əks etdirmir və bu tamamilə yalnış məlumatdır (epizod XXİ). Bundan başqa, Zərərçəkmiş şəxsN ilə 170 saylı uşaq bağçasına müəllim kimi işə qəbul etdirəcəyi barədə işinin həll edilməsi üçün görüşsə də, Firuzədən nağd pul vəsaiti almamışdır. Lakin Zərərçəkmiş şəxsN 01 may N0N3-cü il tarixdə “Əhmədli” metrostansiyasının girişində olan ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47N4-94N5- N60N-8469 nömrəli “Exspress Bank” kart hesabına 1900 (bir min doqquz yüz) manat pulu köçürmə yolu ilə göndərmişdir və həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir (epizod XXİİ). Həmçinin o, məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 4000 manat və Şahid1 4500 manat məbləğində ziyan vurulmasıni etiraf edir və həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, hazırda “Azvest” asfalt zavodunda texnik işləyir. 07 aprel N0N3-cü il tarixdə saat təxminən 18 radələrində arvadı X10 qonşuluqda yaşayan Eldar adlı qonşusunun evində olmuş, həmin vaxt qonşu Eldar özünə sürücülük işi tapmaqdan ötrü Mehdiabad qəsəbəsində yaşayan Pakizə adlı qadınla telefonla danışmışdır. Pakizə adlı qadın ona sürücülük işinin olmadığını bildirmişdir. Həmin danışıq zamanı Pakizə adlı qadın ali təhsilli şəxslərə iş olduğunu bildirmişdir. Pakizə adlı qadının bu sözündən sonra arvadı Təranə həmin Pakizə adlı qadının əlaqə nömrəsini qonşusu Eldardan almışdır. XN ali təhsilli olduğundan və həmin vaxt heç bir yerdə işləmədiyindən işə düzəltmək üçün Pakizə ilə əlaqə saxlamağı demişdir. O da Pakizə adlı qadının ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. O, danışıq zamanı Pakizə adlı qadına övladı Fəridə Ələkbərlinin Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı fakültəsini bitirdiyini dedikdə, Pakizə adlı qadının onun övladı Fəridə Ələkbərlini tanışı Təqsirləndirilən şəxs köməkliyi ilə işə düzəldəcəyinə söz vermişdir. Sonra Pakizə adlı qadın ona tanışı Təqsirləndirilən şəxs nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış, Abbasa övladının ali təhsilli olduğunu demiş, Abbas isə ona övladını Azərbaycan Respublikası Təhsil Nazirliyinə aparıcı mütəxəssis kimi işə düzəldə biləcəyini demişdir. Hətta ona tez bir zamanda razılığını bildirməsini, Abbasın gecə ilə lazımi adamlarla əlaqə saxlayıb danışa biləcəyini demişdir. Təqsirləndirilən şəxs ondan həmin işə görə ümumilikdə 7000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs fikirləşmək üçün vaxt istəmiş və 7000 manat pulu verməkdə tərəddüt etmişdir. Təqsirləndirilən şəxsla danışandan təxminən N saat sonra Pakizə adlı qadın onunla telefon əlaqəsi saxlamış, ona israrla Təqsirləndirilən şəxsla görüşüb 7000 manat pulu verməyini bildirmişdir. Pakizə adlı qadın onu Təqsirləndirilən şəxs onun övladının işini həll edəcəyini bildirmişdir. O, Pakizə adlı qadının sözünə inanıb 09 aprel N0N3-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs ilə "xxxx" QSC-nin “Azadlıq Prospekti” stansiyasının yaxınlığında görüşmüşdür. O, həmin görüşə qudası Şahid4 və kürəkəni Şahid5t Elmar oğlu ilə getmişdir. Metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən yaşayış binasının qarşısında idarə etdiyi avtomobili saxlamış, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşmiş və Pakizənin onları göndərməsini, narahat olmamalarını, övladını aylıq maaşı 1350 manat olan Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. O da qohumlarının yanında Təqsirləndirilən şəxs 7000 manat pul vermişdir. Abbas pulu aldıqdan sonra ona və qohumlarına N5 gün ərzində övladının işə çıxacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs pulu verdikdən sonra N1 gün əlaqə saxlayıb işin gedişatı haqqında maraqlanmışdır. Abbas onu işin həll olunduğuna tam inandırmışdır. N1 gün keçdikdən sonra Abbasla əlaqə saxlaya bilməmiş, buna görə də Pakizə adlı qadınla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yerini soruşduqda, Pakizə ona Təqsirləndirilən şəxs həbs edilməsi barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində bildirmişdir ki, o, ixtisası üzrə müəllim olsa da, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanışı, həm də rəfiqəsi olan Fəridə Məcidovanın vasitəsi ilə tanımışdır. Fəridə ilə bir dəfə görüşən zaman onu müəllim kimi işə düzəltmək üçün bir tanışının olub-olmadığını soruşduqda sonuncu belə bir tanışının olduğunu, həmin şəxsin Təhsil Nazirliyində işlədiyini, adının isə Təqsirləndirilən şəxs olduğunu demişdir. Fəridə həmin şəxslə danışaraq iş olub-olmadığını soruşub ona xəbər edəcəyini demişdir. Bir müddət sonra Fəridə onunla əlaqə saxlayaraq 170 saylı bağçada müəllim kimi işə düzəlməyin mümkün olduğunu bildirmiş və ona Abbasın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O, həmin şəxsə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazmışdır. O, Fəridənin adamı olduğunu bildirmiş və işə düzəlmək istədiyini qeyd etmişdir. Abbas ona bağçada müəllim və müəllimin köməkçisi işinin olduğunu bildirmişdir. O, özü müəllim kimi işə düzəlmək istədiyini demişdir. Əlavə olaraq isə evdə müəllim köməkçisi işi olduğunu demişdir və həmin vaxt bir evdə yaşadığı qaynının yoldaşı Zərərçəkmiş şəxs3 həmin işdə işləmək istədiyini demişdir. Abbasla əlaqə saxlayaraq qaynının yoldaşını da müəllim köməkçisi kimi işə düzəlmək istədiyini bildirmişdir. Abbas, müəllim kimi işə düzəlmək üçün 5000 manat, müəllim köməkçisi kimi işə düzəlmək üçün isə N500 manat pul lazım olduğunu bildirmişdir. O, Südabəyə bu barədə demiş və oda bununla razılaşmışdır. Həmin məbləği Təqsirləndirilən şəxs vermək üçün N6 aprel N0N3cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mail” ticarət mərkəzinin qarşısında görüş təyin etmişlər. O, 5000 manat düzəldə bilmədiyi üçün 3100 manat, qaynının yoldaşı Südabə isə N500 manat məbləği həmin gün və tarixdə Təqsirləndirilən şəxs vermişlər. Abbasa pulu tam düzəldə bilmədiyini, 3100 manat verə biləcəyini, digər hissəsini isə yaxın müddət ərzində verə biləcəyini demişdir. Abbas heç bir problem olmadığını bildirmişdir. Abbas 01 may N0N3-cü il tarixdə əlaqə saxlayaraq qalıq pulun bu gün təcili çatdırılmasını bildirmiş, o da 1900 manat pulu düzəltdikdən sonra həmin gün Abbasla əlaqə saxlayaq bu barədə məlumat vermişdir. Abbas həmin məbləği istifadəsində olan 47N4-94N5-N60N- 8469 nömrəli “Exspress Bank” kart hesabına göndərməyini bildirmişdir. O, həmin məbləği Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının girişində yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə Abbasın kart hesabına göndərmişdir. Abbas pulun ona çatdığını bildirmiş və həmin məbləğin lazımi şəxsə göndərildiyini demişdir. Həmçinin işin bir həftəyə həll olunacağını qeyd etmişdir. Bundan sonra Abbasla əlaqə saxlamaq istəsə də, Abbasla əlaqə saxlamaq mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 5000 manat pul vermiş, həmin məbləğin 3100 manat hissəsini N6 aprel N0N3-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında, 1900 manat hissəsini isə 01 may N0N3-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının girişində yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47N4-94N5-N60N-8469 nömrəli “Exspress Bank” kart hesabına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonunda yerləşən N0N saylı uşaq bağçasında müəllim köməkçisi vəzifəsində işləyir. Onun qaynının həyat yoldaşı olan Zərərçəkmiş şəxsN ona Abbas adlı şəxsin Təhsil Nazirliyində işlədiyini və həmin şəxsin bağçada müəllim və müəllimin köməkçisi işinə düzəldə biləcəyini bildirmişdir. O özü müəllim köməkçisi işləsə də bir evdə yaşadıqları qaynının yoldaşı Firuzə ilə eyni yerdə və eyni işdə işləmək qərarına gəlmiş və həmin təkliflə razılaşmışdır. Firuzə həmin işi təşkil edəcək şəxs olan Abbasla əlaqə saxlayaraq onun da müəllim köməkçisi kimi işə düzəlmək istədiyini bildirmişdir. Abbas onun qaynının yoldaşı olan Firuzəyə müəllim kimi işə düzəlmək üçün 5000 manat, müəllim köməkçisi kimi işə düzəlmək üçün isə N500 manat pul lazım olduğunu demişdir. Firuzə ona bu barədə dedikdə o, bununla razılaşmışdır. Həmin məbləği Təqsirləndirilən şəxs vermək üçün Firuzə N6 aprel N0N3-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüş təyin etmiş və onlar birlikdə həmin yerə getmişlər. Firuzə 5000 manat düzəldə bilmədiyi üçün 3100 manat, o isə N500 manat məbləğində pulu tam olaraq həmin gün və tarixdə Təqsirləndirilən şəxs vermişlər. Firuzə qalan 1900 manatı düzəltdikdən sonra 01 may N0N3-cü il tarixdə “E-manat” ödəmə terminalı vasitəsi ilə Abbas adlı şəxsin kart hesabına göndərmişdir. O, həmin şəxslə qaynının yoldaşı Zərərçəkmiş şəxsN vasitəsi ilə tanışsa da, həmin şəxslə aralarında heç bir telefon danışığı baş tutmamış və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Abbas Firuzəyə işlərinin bir həftəyə həll olunacağını bildirmiş, bundan sonra Firuzə onunla əlaqə saxlamaq istəsə də, Abbasla əlaqə saxlamaq mümkün olmamışdır. O və qaynının yoldaşı Firuzə aldadıldıqlarını başa düşərək baş vermiş hadisə barədə polisə ərizə ilə müraciət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs konkret olaraq ona N500 manat maddi ziyan vurmuşdur. Belə ki, N6 aprel N0N3-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında qaynının yoldaşı Firuzə ilə birlikdə Təqsirləndirilən şəxs ümumilikdə N500 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, N0NN-ci ilin mart ayının sonlarında Şahid6 ilə söhbət edən zaman Cehun ona dövlətdən ev alıb-almaması ilə maraqlanmış, o da Azərbaycan Ordusunda xidmətinin N0 il tamamlanmadığına görə ev düşməyəciyini bildirmişdir. Cehun onun yanında Abbas adlı şəxsə zəng vuraraq onun barəsində məlumat vermiş, həmin şəxs bir neçə sual verdikdən sonra bu işin həll olunacağını, bunun üçün 17000 manat pul lazım olduğunu bildirmişdir. O, Cehuna bu qədər pulunun olmadığını demişdir. Cehun isə Abbasla danışaraq onunla yaxın olduğunu bildirərək qiyməti bir az endirməsini istəmiş və Abbas isə 14000 manata həll edə biləcəyini bildirmişdir. Bundan sonra Abbasın nömrəsini Cehundan almışdır. N0NN-ci ilin aprel ayının əvvəllərində Abbasla əlaqə saxlayaraq görüşdükdən sonra bankdan kreditə pul vəsaiti götürməklə bağlı məsələni həll edib 07 aprel N0NN-ci il tarixdə ünvan 18 ünvanda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çayxanada hər üçü görüşməklə orada həmin miqdarda, yəni 14000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və söz verilən tarixdə, yəni N6 iyun N0NNci il tarixdə mənzil verilmədiyindən yenidən Abbasla həmin çayxanada görüşdükdə Abbas hal-hazırda Cehunun 5000 manatını və ona məxsus 14000 manatı, həmçinin tanımadığı digər şəxslərə məxsus pul vəsaitlərini masanın üzərinə qoymuşdur və məsələni həll edə bilmədiyindən pul vəsaitini geri qaytarmaq istədiyini bildirmişdir, lakin bu işin düzələn olduğunu, bir qədər səbrli olmaqlarını qeyd etmişdir. Orada Abbas evi təhvil verdikdən sonra gəlib pulu götürəcəyini bildirmişdir və Cehun onun dostu olduğu üçün pulun Cehunun özündə qalmasını demişdir. Təxminən 15 gün sonra Cehunla növbələrini dəyişərkən sonuncu ona pulu Abbasa verdiyini bildirmişdir. O bunu niyə ondan xəbərsiz və evin açarlarını təhvil almadan etdiyini sorışduqda Cehun işin həll olunacağına az qaldığını, son müddətin 14 sentyabr olduğunu bildirmişdir. Sonradan Abbasla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, pulunu geri istədikdə Abbas ondan almış olduğu pulun 600 manatını N0NN-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında, Cehun isə N0NN-ci ilin oktyabr ayında 600 manatı işlədikləri ünvanda ona qaytarmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o, Cəmşid Naxçıvanski adına hərbi liseydə zabit qismində xidmət edir. Təqsirləndirilən şəxs Azərbaycan Koorperasiya Universitetində oxuyan zaman tələbə yoldaşı olmuşdur. O, Abbasın Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində işlədiyini öyrənmiş, bir neçə dəfə də əyləşib söhbətləşib yemək yemişlər. Söhbət əsnasında Abbas Müdafiə Nazirliyində hərbçilərə evlərin verilməsindən danışmışdır. O, Sumqayıt şəhərində yaşadığı üçün Bakı şəhərinə köçmək istəmiş və Abbasdan Bakıda ona ev təşkil edə biləcəyini soruşduqda Abbas bunun mümkün olduğunu bildirmişdir. Abbas ona evin Yasamal rayonu, “Lider TV” adlanan yerlə üzbəüz yerləşən binanın 4-cü mərtəbəsində olduğunu, 3 otaq olmaqla ümumi sahəsinin 105 kvadratmetr olduğunu bildirmişdir. Bunun üçün 5000 manat pul lazım olduğunu ona demiş və o, bununla razılaşmışdır. N0N3-cü ilin fevral ayının əvvəllərində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Biləcəri dairəsi” adlanan yerdə qaynatası Allahyarov İlhamla birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onun idarə etdiyi **-FP-*** dövlət qeydiyyat nişanlı “KİA Optima” markalı avtomobilin içərisində Abbasa 5000 manat pul vermişdir. Abbas pulu ondan təhvil aldıqdan sonra aprel ayının 5nə qədər evin açarlarını ona təhvil verəcəyini bildirmişdir. Həmin tarixin gəlib çatmasına baxmayaraq Abbas müxtəlif bəhanələr gətirərək evin veriləcəyini bildirsə də, sonradan aldadıldığı ona məlum olmuş və o, baş vermiş hadisə ilə əlaqədar olaraq şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, N0NN-ci ilin mart ayından Təqsirləndirilən şəxs Fərhəd oğlunu tanımış və Abbasın Müdafiə Nazirliyində işlədiyini bilmişdir. Belə ki, o, özünə iş tapmaq məqsədi ilə N0NN-ci ilin mart ayının əvvəllərində Müdafiə Nazirliyinə getmiş, orada Abbasla təsadüfən rastlaşmış və söhbət zamanı ali təhsilli olduğunu və işə düzəlmək istəyini bildirmişdir. Həmin söhbət zamanı Abbas ona Müdafiə Nazirliyində Tikinti Təchizat Mərkəzinə işə düzəlməsi üçün köməklik edə biləcəyini demiş və həmin məqsədlə 10000 manat pul verməli olacağını demişdir. O, şəhid ailəsi olduğunu və həmin məbləğdə imkanı olmadığını, 4000 manata imkanının çatacağını demişdir. Nəticədə Abbas onunla razılaşmış və o, N0NN-ci ilin mart ayının əvvəlləri sənədləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Özbəkistan səfirliyinin yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin inzibati binasının giriş qapısının qarşısında Abbasla görüşmüş və sənədlərlə birlikdə 4000 manat vermişdir. Həmin vaxt Abbas ona sənədlərin yoxlanması üçün 30-35 gün vaxt tələb olunduğunu, həmin müddətdən sonra işə düzələcəyini və nəticəsini biləcəyini demişdir. Abbasın dediyi müddət keçmiş, lakin heç bir xəbər çıxmamışdır. O, Abbasla hər dəfə əlaqə saxlayanda ona sənədlərin yoxlanışda olduğunu bildirib onu arxayın salmışdır. Lakin artıq xeyli müddət keçmiş, o, işinin alınmadığını başa düşüb Abbasdan pulunu geri istəmişdir. N0NN-ci ilin iyun ayının axırlarında Abbas onunla əlaqə saxlayaraq Hökməli qəsəbəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında olduğunu və şəxsi işləri olduğu üçün Biləcəri qəsəbəsinə gələ bilməyəcəyini deyib, həmin yerə onu dəvət etmişdir ki, gedib ondan pulunu geri alsın. O da dərhal Abbasın dediyi ünvana getmiş, orada onunla görüşmüş və Abbas onun 4000 manat pulunu geri qaytarmış və sənədlərin yoxlanışının heç vaxt belə uzanmadığını, sənədlərinin hazırda yoxlanışda olduğunu demişdir. O da heç nə demədən oradan qayıdıb evinə gəlmişdir. Həmin vaxtdan sonra Abbasla heç bir əlaqəsi olmamışdır. Lakin N0NN-ci ilin oktyabr ayının N1-də təxminən saat 17 radələrində Abbas onunla həmişə olduğu kimi “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq ona sənədlərinin gəldiyini bildirmiş və ondan işləmək istəyini soruşduqda öz fikrində qaldığını demişdir. Abbas ona əvvəlki kimi 4000 manat pul verməli olduğunu, ilkin olaraq həftənin 1-ci günü, yəni N4 oktyabr N0NN-ci il tarixdə 1500 manat pul vəsaitini, qalan N500 manatı isə təxminən 1 ay müddətində verməli olacağını demişdir. O yenədə razılaşmış və N4 oktyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, «Metro park» ticarət mərkəzinin qarşısında Abbasla görüşmüş, Abbas yenə də onu arxayın salıb ilkin olaraq sənədlərin imzalanması üçün 1500 manat pul istədiyindən, həmin pulu oradaca Abbasa vermişdir. Abbas ona gözləməyini, xəbər verəndə qalan N500 manatı gətirməyini bildirmişdir. Bundan sonra ayrılıb getmişdir. Həmin vaxtdan sonra Abbasla heç bir əlaqə saxlamamışdır. Lakin N0NN-ci ilin noyabr ayının ikinci ongünlüyündə Abbas ona “Whatsapp” proqramı vasitəsi ilə yazaraq ondan 3x4 ölçüdə 3 ədəd şəkil və qalan N500 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Müdafiə Nazirliyinin Mənzil Tikinti Təminatı Baş İdarəsinin qarşısında gözlədiyini bildirmişdir. Təxminən saat 1N radələrində həmin ünvana getmiş və orada Abbasla görüşərək N500 manat pulu, 3 ədəd şəkilləri Abbasa vermişdir. Abbas onu yenə də arxayın salaraq yaxın günlərdə işə başlayacağını bildirmişdir. O, razılığını bildirib ayrılıb getmişdir. Həmin vaxtdan bir neçə gün keçmiş, lakin bir xəbər çıxmadığı üçün Abbasla əlaqə saxlamağa çalışmış, lakin Abbas onunla əlaqə saxlayanda yalançı vədlərlə bir-iki gün ərzində işlərinin bəlli olucağını bildirmişdir. Hər dəfə Abbasla əlaqə saxlayanda gah 0N dekabr N0NN-ci ildə, gah 09 dekabr N0NN-ci ildə, sonuncu dəfə isə N6 dekabr N0NNci il tarixdə işdə olacağını bildirmişdir. Lakin Abbasın dediklərinin hamısının yalan olduğunu, aldadılaraq 4000 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini başa düşmüşdür. Ona görə də məcbur olub polisə ərizə ilə müraciət etmişdir. Həmin müraciətindən sonra N7 yanvar N0N3-cü il tarixdə Abbas onun kart hesabına 1000 manat pul göndərmiş və qalan pulu da verəcəyinə vəd versə də hazırkı vaxta kimi onu aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, onun oğlu X43 N0NN-ci ildə Laçın rayonu, Kəmallı kənd orta məktəbini bitirmişdir. Həmin məktəb müvəqqəti olaraq Xətai rayonu ərazisində fəaliyyət göstərmişdir. X85 Akademiyasında müdavim olmaq arzusunda olduğu üçün həmin təhsil müəssisəsinə hazırlaşmışdır. Bu məqsədlə müvafiq sənədləri hazırlayaraq N0NN-ci ilin fevral ayında Xətai RPİ-nin kadrlar şöbəsinə təqdim etmişdir. Abdulla fiziki hazırlıq imtahanını və mandat komissiyasını keçsə də, N0NN-ci ilin yayında test imtahanını verərək Polis Akademiyasına qəbul olunmaq üçün lazım olan balı toplaya bilməmişdir. Bundan sonra arvadı Samirə oğlu Abdullanın topladığı balları dəqiq saydırmaq üçün ortancıl oğlunu hazırlaşdıran müəllim Zərərçəkmiş şəxs11 yanına getmişdir. Həmin vaxt Tamella müəllimə oğlunun ballarını hesabladıqda məlum olmuşdur ki, oğlunun imtahan nəticələrinə əsasən Polis Akademiyasına qəbul edilməsinə balları kifayət etmir. Tamella müəllimə onun arvadına tanışının olmasını və həmin balları artıra biləcəyi barədə təklif vermiş, arvadı Samirə də həmin şəxsdən bu məsələni maraqlanmağı xahiş etmişdir. Tamella sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs zəng edərək bu barədə soruşmuş və X48 qəbul üçün N5000 manat pulun lazım olduğunu demişdir. Arvadı Samirə bu barədə ona dedikdan sonra o, arvadı ilə birlikdə Tamella müəlliməni götürüb N0 iyun N0NN-ci il tarixdə Şixov çimərliyində yerləşən “Dostluq” adlanan restorana getmişlər. Orada Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ona təqdim edərək işlərin həmin şəxs tərəfindən yerinə yetiriləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə kənara çəkilərək avtomobilə oturmuş, avtomobilin içində 6000 ABŞ dolları və 14803 manat nağd şəkildə pulu Təqsirləndirilən şəxs vermişdir. Abbas isə pulları sayıb götürdükdən sonra axın müddət ərzində işin düzələcəyini bildirərək çıxıb getmişdir. Növbəti gün oğlu Abdulla tibbi komissiyadan keçmək üçün DİN-nin müvafiq qurumuna getmiş, iki-üç saatdan sonra ona zəng edərək gözündə zəiflik olduğu üçün komissiyadan keçə bilmədiyini demişdir. O, Abbasa zəng edib bu barədə bildirmiş, Abbas isə əmisi oğlunun qonşusunun həmin qurumda həkim işlədiyini və 1500 manat pul müqabilində bu işi həll edə biləcəyini demişdir. O da Abbasla razılaşmış və təxminən N8 iyun N0NN-ci il tarixdə Abbas ona zəng vurub komissiyadan keçmək üçün 6000 manat pul tələb olunduğunu bildirmişdir. Eyni zamanda, ona 051 ***-**-** saylı mobil nömrəni verib Elşən müəllim olduğunu və onunla danışmalı olduğunu demişdir. O, həmin nömrəyə zəng edərək Elşən adlı şəxslə danışmışdir. Həmin şəxs ona sürücüsü Elnur adlı şəxsi göndərəcəyini və 6000 manat pulu sürücüyə verməsini demişdir. Elnur adlı şəxs ona zəng edərək özünü təqdim etmiş və «Megafun» əyləncə mərkəzinin qarşısında görüşmüşlər. Görüş zamanı o, Elnura 6000 manat pulu vermişdir. Həmin günün səhəri Elnur ona zəng edib, oğlu Abdullanın yenidən tibbi komissiyadan keçmək üçün gəlməyini demişdir. Oğlu Abdulla da yenidən tibbi komissiyadan keçmək üçün getmiş, lakin komissiyaya daxil ola bilməmişdir. Belə olan halda Elnur ona, oğlu Abdullanın DİO-ya qəbul etmələri üçün ərizə yazmalı olduğunu demişdir. Oğlu Abdulla da ərizəni yazıb Elnura vermiş və Elnur isə sənədlərin elektron qaydada Xətai RPİ-nə göndəriləcəyini bildirmişdir. Buna baxmayaraq bir neçə gün keçmiş, lakin xəbər çıxmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə zəng edib əlaqə saxlamış və Abbas da müxtəlif tarixlər deyərək işin həll olunacağını bildirmişdir. Təxminən bir ay keçməsinə baxmayaraq iş düzəlməmiş və o, Abbasla görüşüb pulunu geri tələb etmişdir. Abbas da ona, verdiyi pulun N0000 manatının Elnurda, 5000 manatının Tamellada, 6000 manatının isə Abbasın özündə olmasını demişdir. Sonradan ona məlum olmuşdur ki, onunla Elşən adı ilə danışan şəxs səsini dəyişdirərək danışan Elnurun özü olmuşdur. Təxminən N0NN-ci ilin avqust ayının son günlərində Elnurun atası kimi özünü təqdim edən Qəşəm adlı şəxs ona zəng edib, Elnurun götürdüyü N0000 manat pulu qaytaracağını demişdir. N0NN-ci ilin sentyabr ayının əvvəllərində o, Elnurla «Günəş» yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüş və Elnur ona 4N00 ABŞ dolları pul vermişdir. Təxminən N0NN-ci ilin oktyabr-noyabr ayları ərzində Elnur ona hissə-hissə olmaqla ümumilikdə 1N860 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs isə bu günə kimi 11000 manatı ona qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, arvadı Sabirə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində arxivçi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs isə onun arvadının iş yoldaşı olmuşdur. X1N N0NN-ci ildə N64 nömrəli orta məktəb-liseyi bitirmişdir. Oğlu Fuad 11-ci sinifdə oxuyanda hazırlığa getsə də N0NN-ci ilin aprel ayında abituriyentlər üçün keçirilmiş imtahanda çox az bal toplamışdır. Buna görə o və arvadı çox narahat olmuş və arvadı bu haqda işdə də danışmışdır. Təxminən N0NN-ci ilin may ayının ortalarında Sabirə ona iş yoldaşı Təqsirləndirilən şəxs oğlunu İdman Akademiyasına qəbul olunmasında köməklik edə biləcəyini demişdir. O, razılıq vermiş və Abbasla telefonla danışaraq razı olduqlarını bildirmişlər. Abbas oğlunun həm qabilliyyət imtahanlarından keçməsinə, həm də ki, əsas imtahanlardan keçməsinə köməklik edəcəyini demişdir. N0 iyun N0NN-ci il tarixdə oğlu qabilliyyət imtahanını vermiş və bu barədə o, Abbasa zəng edərək bildirmişdir. Abbas isə ona, oğlunun 70 bal yığmasını, lakin tanışlarının onun oğlunun balını 89 bala qaldırmasını demişdir. Daha sonra Abbas, ona oğlunun əsas imtahanlardan da keçməsi üçün 5000 manat pul verməli olduğunu bildirmişdir. Onlar razılaşmışlar və N1 iyun N0NN-ci il tarixdə Sabirə ilə birlikdə Abbasla «Xətai» metrostansiyasının yanında görüşmüşlər. O, Abbasla bir xeyli söhbət etmiş və Abbas onu əmin etmişdir ki, yüksək vəzifədə olan qohumlarının vasitəsilə bu işi düzələcək və oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunacaqdır. Ona görə də o, həmin vaxt 5000 manat pulu Abbasa vermişdir. Abbas işin tezliklə həllini tapacağına söz verərək çıxıb getmişdir. Növbəti gün oğlunun qabilliyyət imtahanlarından keçməsi barədə cavab gəlmiş və onun Abbasa inamı artmışdır. Təxminən N3 iyun N0NN-ci il tarixdə Sabirə ona, Abbasın dövlət hesabına hərbi qulluqçulara «Lider» televiziyasının yaxınlığında Yasamal rayonu ərazisində mənzillər verilməsi barədə dediyini və istədikləri təqdirdə onların da mənzil ala biləcəyini demişdir. Həmçinin 3 otaqlı mənzilin ayrılması üçün Abbasın rəisi olan Tural adlı şəxsə 15000 manat pul vermək lazım olduğunu bildirmişdir. Tural adlı şəxs Mənzil İstismar İdarəsində xidməti mənzillər bölməsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda Abbas, baldızı Aytac və qayınatası XN3 işlədiklərini və yüksək maaşla qurumda vakant mütəxəssis yerlərinin mövcud olduğunu, istədikləri halda tanışlarını həmin quruma işə qəbul etdirə biləcəyini demişdir. İşə qəbul olunmaq üçün Abbas 10000 manat pul istəmişdir. Bu iş məsələsini ailəvi dostu olan Zərərçəkmiş şəxs1N bildirmişlər. Emin isə işə qəbul olunmaq istədiyini demişdir. Həmin vaxt Eminin əlində 5000 manat pul olmuş və xahiş etmişdir ki, yerdə qalan 5000 manat pulu borc versin ki, işə düzələ bilsin. Onlar razılıq vermiş və N4 iyun N0NN-ci il tarixdə o, Sabirə və Emin birlikdə Abbasla «Xətai» metrostansiyasının yanında görüşmüşlər. Emin avtomobildə oturmuş, o isə Sabirə ilə Abbasla görüşmüş və Abbasa iki zərf vermişdir, bir zərfdə mənzilə görə 1N000 manat pulu, digər zərfdə isə 10000 manat pulu X3N mütəxəssis qismində işə düzəlməsinə görə vermişdir. Mənzilə görə Abbasa 3000 manat borclu qalmışdır. Eminin işinə görə Abbas Emindən heç bir sənəd istəməmiş, onlara mənzilin verilməsi ilə bağlı da Abbas ondan heç bir sənəd istəməmişdir. Təxminən N9 avqust N0NN-ci il tarixdə Abbas Sabirəyə zəng edərək mənzilə görə borclu qaldığı 3000 manat pulu istəmiş, o da 3000 manat pulu həmin gün Gəncə prospekti 63 ünvanın qarşısında fəaliyyət göstərən «Bazarstore» supermarketində quraşdırılmış pos-terminal vasitəsilə Abbasın ona verdiyi bank kartına göndərmişdir. Bir neçə gün sonra imtahanların cavabları çıxmış, lakin oğlu Akademiyaya qəbul olunmamışdır. Sabirə bu barədə Abbasa bildirmiş və Abbas demişdir ki, pulu Təhsil Nazirliyində işləyən Nəcməddin adlı şəxsə vermiş, ondan götürüb qaytaracaqdır. Buna baxmayaraq Abbas onun verdiyi pulları qaytarmamış, oğlunu Akademiyaya düzəltməmiş, mənzilin verilməsini təmin etməmiş və Emini də Həmkarlar İttifaqına işə düzəltməmişdir. Abbasın qanunazidd hərəkətləri nəticəsində ona N0000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs N0NN-ci ilin iyun ayında tanışı ŞahidN vasitəsilə tanımışdır. Sabirəni N016-cı ildən tanımış və N nömrəli hərbi hissədə birlikdə işləmişlər. N0N0-ci ilin may ayında xidmət yerini dəyişsə də, Sabirə ilə arabir zəngləşib hal-əhval tutmuşdur. Təxminən N0NN-ci ilin iyun ayında tanışlarından eşitmişdir ki, MN-nin Mənzil-İstismar İdarəsində Təqsirləndirilən şəxs adlı şəxs işləyir və yaxın qohumları isə Həmkarlar Konfederasiyasında yüksək vəzifələrdə işləyirlər və Abbas yaxın qohumlarının vasitəsilə Həmkarlar Konfederasiyasına işə qəbul olunmaqda köməklik göstərə bilər. X4 işsiz olduğu üçün fikirləşmişdir ki, Abbasın vasitəsilə Həmkarlar Konfederasiyasına işə düzəldər. Sabirə də MN-nin Mənzil-İstismar İdarəsində işlədiyi üçün zəng edib Abbas haqda maraqlanmışdır. Sabirə ona Abbasın iş görən adam olduğunu, Abbasın oğlunun İdman və X13 qəbul olunmasına köməklik göstərdiyini bildirmiş və Abbasla əlaqə saxlamaq üçün mobil nömrəsini vermişdir. O, Abbasa zəng edib danışmış, Abbas ona 10000 manat müqabilində arvadını Həmkarlar Konfederasiyasına mütəxəssis kimi işə qəbul etdirə biləcəyini demişdir. Abbas bu işi Həmkarlar Konfederasiyasında işləyən yaxın qohumlarının vasitəsilə görəcəyini bildirmiş və 10000 manat pulu çatdırağını demişdir. Abbasla aralarında olan “WhatsApp” yazışmalarında Abbas ona 10000 manat pulu və arvadının sənədlərini verəcəyi halda Həmkarlar Konfederasiyasında arvadı üçün yeni ştatın açılacağını bildirmişdir. O, Abbasın təklifini qəbul etmiş və özünü xoşagəlməz hallardan sığortalamaq üçün Abbasa formal olaraq notariat ofisində borc müqaviləsi bağlamağı təklif etmişdir. Abbas isə etiraz etməmişdir. 16 iyun N0NN- ci il tarixdə Yasamal rayonu, keçmiş «Lider TV»nin binası ilə üzbəüz yerləşən, N3 saylı notariat ofisində «Günay Bankın nümayəndəsinə 10000 manat ödəniş etmiş, notarius borc müqaviləsini tərtib edib həmin müqaviləni təsdiq etdikdən sonra Təqsirləndirilən şəxs bankın nümayəndəsindən 10000 manat pulu götürmüşdür. Notariat və bank xərcləri olan təxminən 300 manat pulu isə o, vermişdir. Abbas arvadını Həmkarlar Konfederasiyasına 30 avqust N0NN-ci il tarixədək işə qəbul etdirəcəyini dediyi üçün, onlar aralarında formal olaraq bağlanmış borc müqaviləsində pulu Abbasa həmin tarixədək borca verəcəyini yazdırmışdır. Həmçinin, həmin gün notariat ofisində o, Abbasa arvadının şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun surətlərini, tərcümeyi-halını və iki ədəd 3x4 ölçüdə fotoşəkilini vermişdir. N0NN-ci ilin avqust ayına qədər arabir Abbasa zəng edib arvadının işi ilə maraqlanmış, Abbas ona narahat olmamağı və hər şeyin qaydasında olduğunu demişdir. Təxminən N3 avqust N0NN-ci il tarixdə Abbasa "WhatsApp”da yazmış və arvadının işi ilə maraqlanmışdır, Abbas vaxtı uzatmağa başlamışdır. Növbəti dəfə Abbasa “WhatsApp”da yazıb artıq ondan pulunu geri tələb etməyə başlamışdır. Lakin Abbas müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamışdır. Sonradan məlum olmuşdur ki, Abbas müxtəlif adlarla başqa şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Abbas yalan danışmışdır. Arvadının işi ilə bağlı Sabirə ona heç bir vəd verməmiş, arvadının işi məsələsini Abbas özü öhdəsinə götürmüş, hətta ona arvadını Həmkarlar Konfederasiyasına və Bakı Apellyasiya Məhkəməsinə işə qəbul etdirə biləcəyini demişdir. Təhqiqata təqdim etdiyi Abbasla aralarında olan «WhatsApp» yazışmalarından da göründüyü kimi, arvadının işə qəbul olunma məsələsi ilə Abbas özü məşğul olmuş və Sabirənin bu işə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs arvadının işə qəbul olunması ilə bağlı aldığı 10000 AZN pul vəsaitini verəcəyi konkret olaraq vəzifəli şəxsin adını çəkməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs N0NN-ci ilin iyul ayının sonlarında tanışı, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində işləyən Elçin adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, həmin vaxt o, Elçinə Perekeşkül qəsəbəsində xidməti mənzildə yaşadığını, mənzil şəraitinin yaxşı olmadığını və xidməti mənzilini dəyişmək istədiyini bildirmişdir. Elçin isə ona iş yoldaşı Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini demiş və Abbasla danışıb mobil nömrəsini ona verəcəyini bildirmişdir. Növbəti gün Elçin ona Abbasın mobil nömrəsini verərək onun mənzil məsələsilə bağlı Abbasla danışdığını bildirmişdir. O, Abbasa zəng etmiş, Abbas onu söhbət etmək üçün Şıxov qəsəbəsində yerləşən «Dostluq» restoranına dəvət etmişdir. O, həmin restorana gəlib Abbasla görüşmüş, Abbasa yaşadığı xidməti mənzili dəyişib iş yerinin yanına - Yasamal rayonu, keçmiş «Lider TV»-nin binasının yaxınlığında olan Hərbi şəhərciyə köçmək istədiyini bildirmişdir. Abbas isə ona xidməti deyil, birbaşa üç otaqlı çıxarışlı mənzil təşkil edə biləcəyini demiş və bunun üçün NN000 manat pul istəmişdir. Lakin o, Abbasa bu məbləğə imkanının olmadığını bildirmişdir. Sonra Abbas ona Elçinin xətrinə bu işi 18000 manata görə biləcəyini demişdir. O, Abbasa bu haqda fikirləşib bir xəbər verəcəyini demişdir. Belə ki, həmin məbləğ onda olmamışdır və fikirləşmişdir ki, həmin məbləği necə tapa bilər. Evə qayıdanda Elçinə zəng etmiş və Abbasın təklifi haqda Elçinə danışmış, Elçin isə Abbasın dediyi binadan çıxarışlı mənzillərin olduğunu və Abbasın onun işini görə biləcək adam olduğunu bildirmişdir. Həmin gün axşam o, ailəsi ilə məsləhətləşib qərara gəlmişdir ki, Abbasın dediyi 18000 manat məbləği toplaya bilməyəcək və Abbasa zəng edib bu haqda məlumat vermişdir. Abbas isə ona 18000 manatı hissə-hissə ödəməsi ilə bağlı bu işi görəcək, Tural müəllimlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Abbas ona Turalın həmin İdarədə şöbə müdiri işlədiyini və işini həmin şəxslə həll edəcəyini demişdir. Növbəti gün Abbas ona zəng edərək Tural müəllimlə danışdığını və mənzilə görə 18000 manatı hissə-hissə ödəyə biləcəyini bildirmiş və ondan ilkin ödəniş kimi nə qədər pul ödəyə biləcəyini soruşmuşdur. O isə Abbasa bir az vaxt lazım olduğunu demişdir. Bir neçə gündən sonra o, dostu Ayazdan borca 5900 ABŞ dolları pul götürmüş və bu haqda Abbasa demişdir. 5900 ABŞ dolları məzənnəyə əsasən 10030 AZN etmişdir. O, Abbasa ilkin ödəniş kimi 10000 manat verə biləcəyini demişdir. Abbas etiraz etməmiş və ondan əlavə olaraq ailə tərkibi haqda arayış, özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamənin surətlərini də verməyini tələb etmişdir. Abbas ona alacağı mənzili göstərməsə də, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, Hərbi Şəhərcikdə inşa edilən girişdən ikinci binanın birinci blokunda 7-ci mərtəbədə olan üç otaqlı mənzilin ona veriləcəyini demişdir. Ailə tərkibi haqda arayışı gec aldığı üçün 09 avqust N0NN-ci ildə Abbasla işlədiyi Yasamal rayonu ərazisində, «Şüşəli bazarıın yanında, MN-nin Mənzil-İstismar İdarəsinin qarşısında görüşmüş, orada Abbasın xahişi ilə avtomobillə yaxınlıqda olan «Space TV»-nin binasının qarşısına gəlmişlər. O, avtomobilində Abbasa 5900 ABŞ dolları pulu və sənədləri vermişdir. Abbas 10 sentyabr N0NN-ci il tarixədək yeni mənzilə köçəcəyini demişdir. 10 sentyabt N0NN-ci il tarixdən başlayaraq Abbasa zəng edərək və «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə səsli mesajlar ataraq mənzil məsələsinin nə vaxt həll olunacağını soruşmuşdur. Abbas isə hər dəfə müxtəlif bəhanələr gətirərək, bu gün-sabah deyərək vaxtı uzatmışdır. Artıq 15 sentyabr N0NN-ci il tarixdən sonra Abbasdan pulunu tələb etməyə başlamış, Abbas NN sentyabr N0NN-ci il tarixdə mənzilin ona veriləcəyini və bununla bağlı müvafiq əmrin imzalanacağını deyərək həmin tarixə kimi gözləməyi demişdir. O, həmin tarixədək gözləmiş, lakin mənzil məsələsi həllini tapmamışdır. Həmin tarixdən sonra bir neçə dəfə Abbasa zəng etsə də, Abbas ona cavab verməmişdir. Artıq başa düşmüşdür ki, Abbas onu aldadaraq pulunu ələ keçirib. Ona görə də N0NN-ci ilin oktyabr ayının ortalarında hüquqmühafizə orqanlarına şikayət etmişdir. Abbasın qanunazidd əməlləri nəticəsində ona 10030 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 10030 manat məbləğində pul vəsaitinin və 1N0,09 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, o, 1998-ci ildən Xətai rayonunda yerləşən 86 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. O, evində ixtisası üzrə şagirdlərə fərdi qaydada dərslər keçir. Mütəmadi olaraq şagirdlərin valideynləri onun evində keçdiyi dərslərdə iştirak edirlər. Onun abituriyent olan şagirdinin anası onunla dostluq münasibəti olan ŞahidN övladının dərsləri ilə maraqlanmaq üçün onun evinə gəlmişdir. Sabirə oğlu Fuadın dərsləri barədə maraqlanmış və Universitetə qəbul olunması ilə bağlı onlayn qeydiyyatdan keçirmədə köməklik etməyini ondan xahiş etmişdir. O, Sabirəyə oğlu Fuadın dərslərdən geri qalması barədə məlumat vermişdir. Bu danışıqlar əsnasında Sabirə özünün iş yoldaşı olan Təqsirləndirilən şəxs olduğunu və həmin şəxsin Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostlarının olduğunu söyləmiş, Abbas adlı şəxsin isə Sabirəyə oğlunun imtahanlardan aşağı bal toplayarsa, topladığı balın artırılmasına və Universitetə qəbul olunmasına köməklik göstərəcəyinə dair söz verdiyini demişdir. Həmin müddətdə onun gəlini Gülbikə Rəsulova müəllimlərin işə qəbulu üçün test imtahanlarına hazırlaşmış, ona görə də Sabirəyə həmin Abbas adlı şəxsin onun gəlininin test imtahanlarından müvəffəqiyyətlə keçməsinə köməklik edə bilərmi deyə soruşmuşdur. Sabirə Abbasın bir çox yerdə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək bu barədə danışıb məlumat verəcəyini söyləmişdir. Bu görüşdən bir neçə gün sonra Sabirə ona zəng edərək Abbasla danışdığını qeyd etmiş və telefon nömrəsini ona vermişdir. O, Abbasa zəng edərək özünü Sabirənin tanışı kimi təqdim etmiş və gəlini Gülbikə Rəsulovanı MİQ imtahanından keçməsinə köməklik etməsini xahiş etmişdir. O da onun xahişini müsbət qarşılayaraq gəlininə köməklik göstərəcəyinə söz vermişdir. Həmin danışıqdan bir müddət sonra Abbas ona zəng edərək bu işlə bağlı görüşməyini istəmişdir. O, öz növbəsində razılaşmış və beləliklə Abbasın dediyi ünvanda Səbail rayonu ərazisində yerləşən Bibiheybət məscidinin yaxınlığında olan “Dostluq” restoranında görüşmüşdür. O, gəlininə necə və hansı qaydada köməklik göstərəcəyini soruşmuşdur. Abbas öz növbəsində Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostlarının olduğunu deyərək onların vasitəsi ilə gəlini Gülbikə Rəsulovanı imtahandan keçirərək və Bakı şəhərində istənilən məktəbdə müəllimə kimi işlə təmin edəcəyini bildirmişdir. Bunun qarşılığında ondan 17000 manat məbləğində pul istəmişdir. Eyni zamanda söhbət əsnasında oğlu Rəsulov Toğrulun ali təhsilli olmasını, lakin iş tapa bilməməsini demiş, Abbas da Həmkarlar Komitəsində adi işçi, məhkəmədə hakim köməkçisi işlərinin olduğunu və oğlu Toğrulu qeyd edilən yerlərə işə düzəldə biləcəyini söyləmişdir. O da sevinərək oğlu Toğrulu hakim köməkçisi düzəltməsini xahiş etmişdir. Abbas bunun qarşılığında ondan 14000 manat pul istəmişdir. Beləliklə hər iki iş üçün ümumilikdə 31000 manata razılaşmış və müəyyən vaxt istəyərək oradan ayrılmışdır. Bu görüşdən təxminən 4-5 gün sonra 16 iyun N0NN-ci il tarixdə Abbas ona zəng edib, oğlu Toğrulun işi üçün şəxsiyyət vəsiqəsini və sənədlərin toplanması üçün ilkin olaraq N000 manat pul istəmişdir. O, Abbasın dediklərini müsbət qarşılamış və N000 manat pulu necə çatdıracağını soruşmuş, Abbas isə adına olan bank kartına köçürməyini istəmiş və “Expressbank”ın kartının şəklini göndərmişdir. O da öz növbəsində həmin kartın şəklini həyat yoldaşı Vətən Rəsulovun telefonuna göndərmişdir. Yoldaşı Vətən də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mehriban qonşular küçəsində olan «Oba» marketin içində yerləşən “E-manat” aparatından Təqsirləndirilən şəxs kartına 1000 manat, həmin gün ünvan N0 ünvanında yerləşən ödəniş terminalından 1000 manat pulu göndərmişdir. Beləliklə, o, Abbasla tez-tez telefon əlaqəsi saxlamış və bir neçə dəfə görüşmüş və görüşlərin birində oğlu ilə gəlininin şəxsiyyət vəsiqələrinin surətlərini Abbasa vermişdir. Bir müddət sonra Abbas yenidən ona zəng edərək gəlininin və oğlunun işlərinin hazır olduğunu deməklə pulun qalan hissəsini də ondan istəmişdir. O, N0NN-ci ilin iyul ayının sonlarında Xətai rayonu, «Həzi Aslanov» metrostansiyasınm yaxınlığında yerləşən «Natural» aptekin yanında Abbasla görüşərok 15000 manat pulu vermiş, işin nə zaman düzələcəyini soruşduqda Abbas gəlininin adının sistemə yerləşdirildiyini söyləyərək yaxın günlərdə gəlininin telefonuna mesaj gələcəyini bildirmişdir. Bundan sonra 14000 manat məbləğində pul vəsaitini müxtəlif vaxtlarda bir qismini Abbasın adına olan “Azərbaycan Beynəlxalq Bankı” kartının hesabına, bir qismini isə əlbəəl vermişdir. Həmin gündən bu günə kimi Təqsirləndirilən şəxs oğlu Toğrul Rəsulovun və gəlini Gülbikə Rəsulovanın işini düzəltməmiş və onu verdiyi ümumilikdə 31000 manat məbləğində pulunu geri qaytarmamışdır. Hər dəfə verdiyi pulu geri istədikdə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Həmçinin o, Təqsirləndirilən şəxs pul verən ərəfədə aralarında heç bir problem olmadığı vaxtda yaxın tanışı olan Zərərçəkmiş şəxs19 günlərin birində onun evinə gəlmişdir. Çiçək riyaziyyat müəlliməsi olduğu üçün öz ixtisası üzrə söhbət etmişlər. Zərərçəkmiş şəxs19 oğlunu Bakı Avropa liseyinə düzəltmək istədiyini amma imtahanların çətin olduğunu və oğlunun bu imtahanlardan keçə bilməyəcəyi barədə danışmışlar. Həmin vaxt Çiçəyə, Təqsirləndirilən şəxs barədə danışmışdır. Abbasın Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və onların vasitəsi ilə Çiçəyin oğlunu imtahansız Bakı Avropa liseyinə qəbil etdirə biləcəyini qeyd etmiş və bu barədə Abbasla danışacağını söyləmişdir. Çiçək də bu barədə Abbasla danışıb məlumat verməyini xahiş etmişdir. Beləliklə bir neçə gün sonra o, Abbasla bu barədə danışmış, Abbas isə heç bir problemin olmadığı barədə ona məlumat vermişdir. Sonra Çiçəyə zəng vuraraq Abbasla danışdığını və oğlunu Bakı Avropa liseyinə imtahansız qəbul etdirə biləcəyini söyləmişdir. Çiçək özünün fərdi məşğul olduğu şagirdlərinin olduğunu, onların da Bakı Avropa liseyinə İmtahan verib qəbul ola bilmədiklərini, Abbasın onlara da köməklik edə biləcəyini ondan soruşmuşdur. O, Çiçəkdən vaxt istəyərək Abbasa zəng etmiş və liseyə qəbul olmaq istəyən Çiçəyin oğlu ilə birlikdə daha altı nəfərin olduğunu söyləmişdir. Abbas heç bir problemin olmadığını deyərək bunun qarşılığında hər bir uşaq üçün 1500 manat pul istəmişdir. Beləliklə bu barədə o, Çiçəyə məlumat vermişdir. Təxminən N0NN-ci ilin iyun ayında Çiçək onun ünvanına gələrək 9000 manat pul vəsaitini ona vermişdir. O, da həmin gün Abbasla yaşadığı evin yaxınlığında görüşərək 9000 manat pulu və uşaqların sənədlərini vermişdir. Sonra o, Abbasın telefon nömrəsini Çiçəyə vermiş, onlar özləri mütəmadi zəngləşmişlər. Bundan sonra günlərin birində Çiçək onun evinə gələrək Abbasla danışdığını, Çiçəyin rəfiqəsi olan Şəfiqəni Abbasın Bakı şəhərində yerləşən bağçaların birinə işə düzəldəcəyini bildirmiş və bunun qarşılığında ondan 10000 manat pul istəmişdir. Çiçək də Şəfiqədən pulu alaraq Abbasa verməyi üçün ona vermişdir. O, da öz növbəsində qeyd edilən məbləği Abbasa vermişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1N ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən N0NN-ci ilin may ayında ailəvi dostları olan Zərərçəkmiş şəxs8 və sonuncunun arvadı ŞahidN vasitəsilə tanımışdır. Belə ki, o, həmin vaxt işsiz olmuş və özünə münasib bir iş axtarmışdır. Sabirə ona iş yoldaşı Təqsirləndirilən şəxs geniş əlaqələrə malik olduğunu, oğlunun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaqda köməklik göstərdiyini və zərurət olarsa onu da dövlət işinə qəbul etdirə biləcəyini demişdir. O, Sabirəyə Abbasla işi haqda danışmağı demiş, Sabirə Abbasla danışandan sonra onu Azərbaycan Həmkarlar Konfederasiyasına mütəxəssis kimi işə qəbul etdirə biləcəyini, baldızının da həmin Konfederasiyada işlədiyini, qaynatasının isə Həmkarlar İttifaqında işlədiyini bildirmişdir. Sabirə Abbasın onu sözügedən quruma işə qəbul etdirmək üçün 10000 manat pul istədiyini bildirmişdir. O, Sabirəyə məbləğin böyük olduğunu və Abbasın ona güzəşt etməsini xahiş etmişdir. Sonra isə Zərərçəkmiş şəxs8 mobil telefonu ilə Abbasla danışıb ona güzəşt etməsini xahiş etlmişdir. Lakin Abbas 10000 manat pul vəsaitindən az pul qalacağını və həmin məbləği Konfederasiyada işləyən adamına verəcəyini deyərək məbləğdə güzəşt etməmişdir. Həmçinin, Abbas ona aylıq əmək haqqının 1N00-1500 manat olacağını və işə qəbul olunmaq üçün verdiyi pulu tez bir zamanda çıxardacağını demişdir. Həmin vaxt yalnız 5000 manat toplaya bildiyi üçün Fərhad və Sabirədən xahiş etmişdir ki, ona işə qəbul olunmaq üçün borca 5000 manat pul versinlər, işə qəbul olunandan sonra həmin pulu hissə-hissə onlara qaytaracağını bildirmişdir. Fərhadgil uşağının işinə görə Abbasa 5000 manat pul vermişlər. N4 iyun N0NN-ci il tarixdə o, “Xətai” metrostansiyasının yaxınlığında Fərhadla görüşüb 5000 manat pulu vermiş, Fərhad da ona borca verdiyi 5000 manat pulu həmin pulun üstünə qoyub 10000 manatı ayrı zərfə qoymuş, mənzilə görə Abbasa verəcəyi 15000 manat puldan 1N000 manatı isə Fərhad başqa zərfə qoymuşdur. Sonra Sabirə həmin zərfləri Fərhaddan götürüb çantasına qoymuşdur. Orada o, Sabirə və Fərhad sonuncunun idarə etdiyi “Nissan” markalı avtomobildə əyləşib Abbası gözləmişlər. Təxminən 10-15 dəqiqədən sonra Abbas gəlmiş, Fərhad və Sabirə avtomobildən düşüb Abbasla görüşmüşlər. O isə avtomobildən düşməmişdir. Onlar avtomobildən təxminən 4-5 metr aralıda dayandıqları üçün onların danışıqlarını eşitmişdir. Sabirə çantasından iki zərf çıxardıb Fərhada vermiş, Fərhad isə zərfləri Abbasa vermişdir. Abbas zərflərdə olan pulları gözdən keçirib cibinə qoymuşdur. Abbas Fərhadgilə mənzil məsələsinin artıq həll olunduğunu, sadəcə yerdə qalan 3000 manat pulu da çatdırmaq lazım olduğunu, onun işinin də həll olunduğunu və uzağı 10 günə müsahibəyə çağırılacağını bildirmişdir. Sonra Abbas aralanıb getmişdir. 10 gün keçsə də onu Həmkarlar Konfederasiyasına çağırmamışlar. O bu haqda Fərhadla danışmışdır. Fərhad Abbasa zəng etmiş, Abbas isə narahat olmamağı və gözləməyi bildirmişdir. Abbas Fərhada mənzil məsələsinin təxminən iki ay çəkəcəyini demişdir. Növbəti gün o özü Abbasın istifadə etdiyi 050 *** ** ** mobil nömrəsinə zəng edib işi ilə maraqlanmış, Abbas da ona narahat olmamağmı və iki-üç günə onu Konfederasiyadan çağıracaqlarını bildirmişdir. Lakin ona heç kim zəng etməmişdir. Təkrar Abbasa zəng etmiş, Abbas bu dəfə də ona gözləməyi demişdir. N0NN-ci ilin sentyabr ayına kimi gözləmiş, belə ki, Fərhadgilin də mənzil məsələsi həllini tapmamışdır, ümid etmişdir ki, onun da iş məsələsi həll olunacaqdır. Sentyabr ayında isə ona məlum olmuşdur ki, Abbas bir neçə şəxsi, o cümlədən də onu və Fərhadı aldadaraq verdiyi pulları ələ keçirib. Dəfələrlə Abbasa zəng etsə də, Abbas zənglərinə cavab verməmişdir. Bundan sonra o və Fərhad kollektiv şəkildə Xətai RPİ-nə Abbasdan şikayət etmişlər. Hadisə nəticəsində ona 10000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, Abbasın qaynatası X71 Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X8 rayon Həmkarlar İttifaqı Komitəsinin sədridir. O, Sabirə xanımın vasitəsilə Abbasa yalnız şəxsiyyət vəsiqəsinin surətini vermiş, Abbas ondan başqa sənəd istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, o, N0NN-ci ilin may ayında xalası qızı Aytən İsmayılovaya iş axtardığını söyləmiş, Aytən isə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində işləmişdir. Aytən ona iş yoldaşı Əlimərdanın Sabirə adlı tanışının olduğunu və Sabirənin ona iş tapmaqda köməklik göstərə biləcəyini demişdir. Aytən ona Sabirə xanımın nömrəsini vermişdir. Sonradan öyrənmişdir ki, ŞahidN Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində kargüzar işləyir, eyni zamanda ehtiyatda olan hərbi qulluqçudur. Sabirə xanıma yığıb danışmaq istəsə də bildirmişdir ki, telefon söhbəti deyil telefonda danışa bilmir və onu “Qara Qarayev”də “Elit” aptekin yanına çağırmışdır. O da Sabirə ilə orada görüşən zaman Sabirə ona demişdir ki, Apellyasiya Məhkəməsində və Sabunçu Rayon Məhkəməsində köməkçi vəzifəsi üzrə vakant yerlər var, istəsə onu həmin vakansiyaların birinə işə düzəldə bilər, bunun müqabilində ancaq 8500 manat pul lazım olacaqdır. O, kredit götürərək 18 may N0NN-ci il tarixdə Yasamal rayonunda “Space TV” kanalının yanındakı parkda xalası oğlu ilə birgə Sabirə ilə görüşüb, 8500 manatı Sabirə xanıma vermişdir. Sabirə ona Apellyasiya Məhkəməsində işə qəbul üçün sənədlərini toplamasını dedikdə, o, etibarlı adam olub-olmamasını soruşmuş, cavabında Sabirə isə etibarlı adamlar olduqlarını, narahatçılığa heç bir əsas olmadığını, həll ediləcəyini bildirmişdir. Evə qayıdan zaman xalası qızına zəng edib Sabirə xanıma 8500 manat pul verdiyini, onu Apellyasiya Məhkəməsinə işə düzəldəcəyini demişdir. Xalası qızı bunu bilən kimi, ondan xəbərsiz Sabirə xanıma zəng edərək onların vəziyyətinin pis olmasını, atasının və onun xəstə olduqlarını, eyni zamanda atasının 1-ci Qarabağ müharibəsi qazisi olduğunu bildirib pulu geri qaytarmasını xahiş etmişdir. N0 may N0NN-ci il tarixdə Sabirə xanım ondan aldığı 8500 manatı “Space TV” yanındakı parkda geri qaytarmışdır ki, iş alınmamışdır. Onda isə güvən yaranmışdır ki, etibarlı adamlardır. İki gündən sonra axşam Sabirə xanım ona zəng edib iki yerdə iş olduğunu demişdir. Biri Ekologiya və Təbii Sərvətlər Nazirliyində ağaclara akt yazmaq işinin olduğunu, maaşının isə 715 manat olmasını, həmin işə düzəlmək üçün 7500 manat pul lazım olduğunu demişdir. Digəri isə Həmkarlar İttifaqında oturaq işdir - Təşkilat şöbəsində kiçik təlimatçı vəzifəsi, maaşı isə 1030 manat olmaqla həmin işə düzəlmək üçün 10000 manat lazım olduğunu bildirmişdir. Evdə məsləhətləşib 1500 manat da borca götürüb N3 may N0NN-ci ildə Yasamal rayonu “Space TV” yanındakı parkda Sabirə xanımla görüşüb 10000 manatı vermişdir. Təkrarən etibarlı olduğunu soruşarkən Sabirə ona, oğlunun da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirdiyini demişdir. DİM-də oğlunun telefonuna mesaj gəlmişdir ki, müsabiqədən keçmişdir. Həmçinin, Sabirə ona bağçada, müəllimlik, MİQ sertifikasiyadan keçmək istəyən olsa, universitetə qəbul olmaq istəyən olsa bu barədə ona deyilə biləcəyini demişdir. Sabirə narahatçılığını görüb, ona işini iş yoldaşının vasitəsilə həll edəcəyini və özünün cavabdeh olduğunu bildirmişdir. Sağollaşarkən Sabirə ona, sirr saxlamağı bacarmasını, heç kimin yanında heç bir şey deməməsini, eşitmədim-görmədim-bilmirəm deməsini, xalası qızı Aytənə də heç nə deməməsini tapşıraraq, onun araşdırılacağını və avqust ayı işə başlayacağını bildirmişdir. Sabirə xanımın sözlərinə əməl edib heç xalası qızına da işi ilə bağlı heç bir şey deməmişdir. Fikirləşmişdir ki, yəqin ağzı bütövlüyünü yoxlayırlar. Sabirə xanım mütəmadi olaraq ona zəng edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyində olan işə tanışda, qohumda etibarlı adam olsa düzəldə biləcəyini demişdir. Həmin gündən təkrar-təkrar Sabirə xanım onu yığaraq Ekologiyada iş istəyən olsa ona deməsini və bunun təcili olmasını bildirmişdir. İki gündən sonra Sabirə xanım onu yığarkən evdə yasdan gələn qonaqlar olmuş, həmin qohumlar da onun bu danışığını eşidib ondan xahiş etmişlər ki, anasının xalası nəvəsi Fərruxu da Sabirə xanım Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə düzəltsin. Özlərinin yanında Sabirə xanımın zəngini geri qaytarıb bəzi sualları vermiş, Sabirə isə cavabında çox yaxşı iş olduğunu demişdir. N7 may N0NNci ildə Sabirə xanım yenidən onu yığaraq Ekologiyada olan işdə təcili işçi axtarıldığını demişdir. Fərruxun nənəsi qonşuluqda olduğundan gedib soruşmuş, Fərrux da dayısı oğlunun adına kredit götürüb N8 may N0NN-ci ildə anası Pərvanə xanım, babası Adışirin müəllim və onunla birlikdə Yasamal rayonu ərazisində “Space TV” yanındakı parka getmişlər. Sabirə xanım zəng edib işdən çıxa bilmədiyini, Təqsirləndirilən şəxs adında şəxsin gələcəyini, pulu da sənədləri də Abbasa verməsini demişdir. Soruşduqda Sabirə iş yoldaşı olduğunu, narahat olmamağını, işləri Abbasla birlikdə həll etdiyini demişdir. Bundan sonra Abbas adlı şəxs gəlmiş, sənədləri və 7500 manat pulu təhvil vermişlər. Yenidən bəzi sualları Abbas adlı şəxsə verərkən Abbas, işləri Sabirə xanımla birlikdə apardığını demişdir. Abbas onlara, onun qaynatası Əli Bağırovun deputatla dostluq etdiyini, onun əli ilə iş gördüyünü, baldızı XN4 İttifaqında şöbə müdiri olduğunu, yoldaşı Aygün Bağırzadənin isə Əmək və Sosial Münasibətlər Akademiyasında TEC-in sədri olmasını, X49 Nəcməddin müəlimin əli ilə də təhsillə bağlı işləri gördüklərini qeyd etmişdir. Abbas onun Füzulidən olduğunu bilən kimi Füzulinin İcra Başçısı Alı Alıyevin atasının çox vaxt qonağı olduğunu bildirmişdir. Sağollaşıb evə çatanda Sabirə xanım yenidən ona zəng edərək puldan 500 manat az olduğunu demişdir. O, da 7500 manat pulu sayıb paketə qoyduğunu demişdir. Sabirə xanım axı 8000 manat dediyini bildirdikdə o, yəqin səhv eşitdiyini demişdir. Səhəri gün N9 may N0NN-ci ildə Fərrux 500 manatı Abbas adlı şəxsə çatdırmışdır. O gündən Sabirə xanım demək olarki, hər gün onu yığıb təhsillə bağlı problem olsa universitetə tələbə qəbulu, tələbə kəsrlərinin həlli, MİQ sertifikasiyadan keçmək istəyən olsa, bağçaya və müəllim işləmək istəyən olsa deməsini bildirmişdir. Fərruxun dayısı gəlini bu zaman onlarda olduğundan xalası oğlu Vaqifin kəsrlərini həll etmək üçün xalası Samirə xanıma demişdir ki, onunla əlaqə saxlasın. Samirə xanımın oğlunun Azərbaycan Texniki Universitetində 16 kəsrinin olması üçün onu yığsa da tanımadığı nömrədən zəng olduğu üçün açmamışdır. Bir müddət sonra “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında təsadüfən rastlaşarkən problemini ona danışmışdır ki, Sabirə xanım yenə onu yığmışdır ki, təhsillə bağlı kimin nə işi olsa deyər. İmtahan vaxtları olduğundan demək olar ki, Sabirə xanım hər gün onu yığmışdır. Samirə xanım yanında olduğundan Sabirə xanıma bu problemi deyən kimi demişdir ki, Abbas müəllimlə əlaqə saxlasın. Abbas adlı şəxslə əlaqə saxlayan zaman demişdir ki, həll edər. Hər bir imtahan 800 manat olmaqla, cəmi 1N800 manat pul edir. Samirə xanım və o, N4 iyun N0NN-ci il tarixdə “Space TV”-nin yanındakı parkda 1N800 manat pulu Abbas adlı şəxsə təhvil vermişlər. O, Sabirə və Abbas adlı şəxsə cəmi 30800 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Sabirə xanım Samirə xanımın verdiyi 1N800 manatdan 500 manat pulu ona geri qaytarmışdır. O isə Samirə xanıma çatdırmışdır. Avqust ayı tez-tez yığsa da heç birinin danışığı onun xoşuna gəlməmişdir. Verilən 30800 manatın 500 manatını Sabirə xanım qaytardığından yerdə qalan 30300 manat pulunu geri istəmişdir. Abbas adlı şəxs ona dəqiq vaxt deyərək 08 sentyabr N0NN-ci il tarixdə Fərruxun, 1N sentyabr N0NN-ci ildə isə onun işə çıxacağına söz vermişdir. 08 sentyabr N0NN-ci ildə isə artıq başa düşmüşdür ki, Sabirə və Abbas onun və yaxınlarının etibarından sui istifadə edərək, pullarını dələduzluq yolu ilə ələ keçirmişlər. O, Abbas və Sabirəyə dəfələrlə yığaraq bildirmişdir ki, onda səs yazıları, dəlil-sübutlar, şahidlər və mesajlar qalmışdır, lazımi dövlət orqanlarına müraciət edəcəkdir. Bundan sonra 1N sentyabr N0NN-ci ildə Sabirə xanım 10000 manatı ona geri qaytarmışdır. 30300 manatdan 10000 manat geri qaytarılsa da N0300 manatı geri götürə bilməmişdir. Məsələdən xəbərdar olan Abbasın ailəsi onunla görüşüb vəd vermişlər ki, pulunu qaytaracaqlar. 03 oktyabr N0NN-ci ildə Abbasın qardaşı Elton Zərdabdan qohumunun bank kartına elektron ödəmə terminalı vasitəsilə 1000 manat pul köçürtmüşdür. N0300 manatdan 1000 manat geri qaytarsalar da yerdə qalan 19300 manatı Sabirə və Abbas adlı şəxsdən geri götürə bilməmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək aldatma yolu ilə qohumu X14 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ondan N8 may N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 7500 (yeddi min beş yüz) manat, N9 may N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 500 (beş yüz) manat, ümumilikdə 8000 (səkkiz min) manat nağd pul vəsaitini ələ keçirmiş, sonradan isə həmin məsələni həll etmədiyindən o, məcbur olub Fərrux Hüseynliyə vermiş olduğu pul vəsaitini qaytarmışdır, odur ki, faktiki olaraq həmin ziyan ona dəymişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək aldatma yolu ilə qohumu X33 Azərbaycan Texniki Universitetində təhsil aldığı müddət ərzində kəsir imtahanlarının həll edilməsinə dair yalan vəd verib aldadaraq ondan N4 iyun N0NN-ci il tarixdə ünvan N ünvanında yerləşən istirahət parkında 1N800 (on iki min səkkiz yüz) manat nağd pul vəsaitini alıb ələ keçirmiş, sonradan isə həmin məsələni həll etmədiyindən o, məcbur olub Vaqif Abbasova vermiş olduğu pul vəsaitini qaytarmışdır, odur ki, faktiki olaraq həmin ziyan ona dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində bildirmişdir ki, o, 9 saylı uşaq poliklinikasında tibb bacısı işləyir. N0NN-ci ilin iyun ayının sonlarında iş yerində həkim Ofeliya xanımın yanında olan zaman tanışı, adını sonradan bildiyi Sabirə adlı qadın zəng edərək qohumlarını və ya dost-tanışlarını dövlət qurumlarına işə düzəldə biləcəyini demişdir. Ofeliya xanım qızı X19 işsiz olduğunu bildiyi üçün ondan qızının ixtisası ilə maraqlanmışdır. Qızı ixtisasca dizaynerdir. Ofeliya xanım Sabirəyə mesaj yazaraq qızının dövlət işinə qəbul olunması üçün köməklik göstərməsini xahiş etmiş və onun mobil nömrəsini Sabirəyə vermişdir. Sabirə xanım isə cavab mesajı yazaraq bu işi görən tanışının onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 15 dəqiqədən sonra ona bir nəfər şəxs 050 *** ** ** mobil nömrəsindən zəng edərək adının Abbas olduğunu və mobil nömrəsini Sabirədən götürdüyünü bildirmişdir. Abbas ona mobil telefonda qızını işə qəbul etdirə biləcəyi dövlət qurumları sadalamış - DİN, Memarlıq və İnşaat Universiteti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və s. O, Abbasa qızının dizayner olduğunu və həmin dövlət qurumlarında işləyə bilməyəcəyini demişdir. Abbas isə qızının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə kabinet işinə düzəldə biləcəyini və qızının 1N50 manat əmək haqqı alacağını, hətta gələcəkdə də əmək haqqının arta biləcəyini demişdir. Abbas onun qızını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 15300 manata qəbul etdirə biləcəyini demişdir. Abbasa fikirləşib qərarını deyəcəyini bildirmişdir. 3-4 gündən sonra Abbasa zəng edib bu məbləğə imkanının çatmadığını bildirmişdir. Eyni zamanda, Ofeliya xanım Sabirəyə zəng edərək Abbas haqqında maraqlanmış, Sabirə xanım isə Abbasın onun da işini də düzəltdiyini və Abbasın yaxşı oğlan olduğunu bildirmişdir. Bundan sonra fikirləşmişdir ki, dost-tanışlarından borca 15000 manat götürüb qızının işini Abbasın vasitəsilə həll edər. 01 iyul N0NN-ci il tarixdə o, Sabirə və Abbas Yasamal rayonu ərazisində bir kafedə görüşüb qızının işi ilə bağlı söhbət etmişlər. O, pulu Sabirəyə verəcəyini desə də, Sabirə Abbasın işi düzəltdiyi üçün pulu da Abbasa verməyini demişdir. Abbas da bunu eşitmişdir. O, Abbasdan pulu toplamaq üçün 15 gün vaxt istəmiş, lakin Abbas vaxtın olmadığını və iki günə pulu çatdırmayacağı halda, həmin vəzifəyə başqa şəxsi qəbul etdirəcəyini bildirmişdir. O, məcbur olub iki günə 15000 manat toplamışdır. 04 iyul N0NN-ci il tarixdə o, qızı Arzu ilə birlikdə «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində Abbasla görüşmüşdür. Orada Abbasa qızının yanında 15000 manat pulu və Abbasın öncədən istədiyi diplomun notariat qaydasında təsdiqlənmiş surətini, qızının şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı, yaşayış yeri üzrə arayışı və 3x4 ölçüdə fotoşəklini vermişdir. Abbas qızının 10 günə işə çıxacağını bildirmişdir. Qızının işinə görə çox narahat olduğu üçün teztez Abbasa zəng edib işlə maraqlanmışdır. Abbas isə ona narahat olmamağı demişdir. 10 gün keçsə də qızının əmri verilməmişdir. Abbasdan bu haqda soruşmuş, Abbas isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yoxlamanın olduğunu və N-3 həftə gözləmək lazım olduğunu bildirmişdir. Buna baxmayaraq o, mütəmadi olaraq Abbasla əlaqə saxlamış, Abbas da hər dəfə ona qızının işinin 100% alınacağını demişdir. Günlərin birində Abbas onun qızını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısına çağırmışdır. Arzunu orada qarşılayıb Nazirliyin Kadrlar şöbəsinə aparmışdır. Orada qızını sorğu-sual etmişlər, lakin işə qəbulla bağlı bir cavab verməmişlər. O, bu haqda Abbasa demiş, Abbas isə narahat olmamağını bildirmişdir. Sonda Abbas qızının işə qəbulla bağlı əmrinin 01 sentyabr N0NN-ci ildə veriləcəyini və həmin tarixədək gözləməyi demişdir. O və qızı həmin tarixədək gözləsələr də Abbas həmin gün axşam saatlarında ona zəng edərək bir az da gözləməyini demişdir. O, artıq Abbasdan şübhələnməyə başlamış və Abbasdan pulunu tələb etmişdir. Abbas isə ona pulu işi görən adama verdiyini və pulu ondan götürə bilməyəcəyini demişdir. Abbas onu sakitləşdirərək qızının işini düzəldən adamla görüşdürəcəyini desə də, sonradan bunu da etməmişdir. Abbasdan pulunu tələb etsə də, Abbas hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Abbasın onu aldatdığını görüb N0NN-ci ilin oktyabr ayında DİN-nə elektron müraciət ünvanlayaraq Abbasdan şikayət etmişdir. Eyni zamanda, o, Sabirəyə də zəng edib Abbasın qanunazidd əməlləri haqqında məlumat vermiş, Sabirə isə Abbasın onu və bir neçə şəxsi də aldatdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, N015-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Hazırda ümumi terapevt kimi MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasında baş həkim-mütəxəssis vəzifəsində işləyir. Tibb sahəsində konkret ixtisas üzrə işləmək istədiyi üçün o, 18 iyun N0NN-ci ildə Azərbaycan Tibb Universitetinin rezidenturasına X69 vasitəsilə birinci tur imtahanı vermişdir. İki gün sonra məlum olmuşdur ki, imtahanı keçə bilməmiş, belə ki, birinci imtahanı keçmək üçün N balı çatmamışdır. X50 Xətai rayonu, 98 saylı orta məktəbdə coğrafiya fənni üzrə müəllimə işləyir. Söhbətlərin birində Arifə xanım ona bir şagirdinin anasının övladını Abbas adlı şəxs vasitəsilə ali məktəbə qəbul etdirdiyini, uşağın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına hazırlaşdığını, artıq birinci mərhələdən keçdiyini və lazım olarsa Abbasın test imtahanlarında istənilən şəxsə köməklik göstərə biləcəyini demişdir. Qaynanasına imtahandan kəsildiyini deməmiş, yalandan dostunun rezidentura imtahanında az bal topladığını bildirib Abbas adlı şəxsin mobil nömrəsini istəmişdir. Qaynanası da Sabirədən Abbasın mobil nömrəsini alıb ona vermişdir. Sabirə də onun barəsində Abbasa məlumat vermişdir. O, Abbasa zəng etmiş, Abbasa rezidentura imtahanından kəsildiyini bildirmişdir və ona birinci turda olan imtahanı keçməkdə köməklik göstərməsini xahiş etmişdir. Abbas onunla əlaqə saxlayacağını demişdir. Təxminən bir saatdan sonra Abbas ona zəng edərək birinci tur imtahanında 47 bal, ikinci tur imtahanında isə 70 balın yazıla biləcəyini və nəticədə imtahanları keçmiş olacağını bildirmişdir. O isə Abbasa yalnız birinci turun imtahanını vermək istədiyini bildirmiş, belə ki, ikinci tur imtahanını özü verə biləcəkdir. Abbas təkrar onunla əlaqə saxlayaraq ona yalnız bir imtahanın verilməsinə köməklik edə bilməyəcəyini və imtahan məsələsinin yalnız kompleks şəkildə (iki imtahan verməklə) həll oluna biləcəyini bildirmişdir və bunun müqabilində ondan 1N000 manat pul istəmişdir. Məbləğ böyük olduğu üçün ona fikirləşəcəyini demişdir. Dost-tanışlarından borca pul istəyib 1N000 manatı toplayandan sonra Abbasa zəng edib təklifini qəbul etdiyini bildirmişdir. Abbas N3 iyun N0NN-ci ildə günorta saatlarında onu Yasamal rayonu ərazisində fəaliyyət göstərən «Space TV»nin qarşısına dəvət etmişdir. Orada yolun əks tərəfində Abbasla görüşüb söhbət etmiş və orada 1N000 manat pulu vermişdir. Abbas ona N5 iyul N0NN-ci il tarixədək birinci tur imtahanının nəticəsinin məlum olacağını, ikinci tur imtahanın da avqust ayında olacağını, imtahana girib istənilən cavabı yazacağını və nəticənin onun üçün müsbət olacağını bildirmişdir. Abbas ona işini kimin vasitəsilə həll edəcəyini deməmişdir. N5 iyul N0NN-ci il tarixədək Abbasa iki-üç dəfə zəng edib işi ilə maraqlanmış, Abbas isə hər şeyin qaydasında olduğunu demişdir. Eyni zamanda, Abbas ona işlədiyi idarədə şöbə rəisi olan Tural adlı şəxsin vasitəsilə istəyən hərbçi şəxslərə ucuz qiymətə mənzil alıb verə biləcəyini, adam taparsa ona da «hörmət» edəcəyini demişdir. O, isə Abbasa bu haqda maraqlanacağını, mənzil almaq istəyən şəxsləri ona yönəldəcəyini demişdir. N5 iyul N0NN-ci ildə X51 veb saytında yaratdığı kabinetə daxil olub balının hələ də 38 olduğunu görmüşdür. Abbasa zəng edib bu baqda demişdir. Abbas maraqlanıb ona zəng edəcəyini desə də zəng etməmişdir. O, təkrar Abbasa zəng etmiş, Abbas 03 avqust N0NN-ci il tarixədək gözləməyini və həmin tarixdə birinci tur imtahanının nəticələrinin sistemə yerləşdiriləcəyini bildirmişdir. O, Abbasın dediyi tarixədək gözləmiş, lakin həmin gün də imtahanın nəticəsi sistemə yerləşdirilməmişdir. Abbasa zəng etsə də, “WhatsApp” mesenceri vasitəsilə mesajlar yazsa da, Abbas ona cavab verməmişdir. Həmin gün Sabirənin istifadə etdiyi mobil nömrəni öyrənmiş və zəng edib Abbasın işini həll etmədiyini bildirmişdir və Abbasdan pulunun alınmasında köməklik göstərməsini xahiş etmişdir. Sabirə Abbasla bu haqda danışacağını desə də, heç bir nəticə olmamışdır. Növbəti dəfə Abbasa zəng etmiş, nəhayət Abbas ona cavab vermiş, o, Abbasdan pulunu istəmiş, Abbas pulunu qaytara bilməyəcəyini və işini N0 avqust N0NN-ci il tarixədək Tural müəllimin vasitəsilə həll edəcəyini bildirmişdir. Lakin bu dəfə də Abbas onu aldatmışdır. Hər dəfə pulunu tələb edəndə Abbas müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Abbasın onu aldatdığını başa düşüb polisə şikayət etmək qərarına gəlmişdir. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək ona mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş 1N 000 (on iki min) manat pulun tutulub ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, N004-cü il təvəllüdlü oğlu Samir Mustafayev N0NN-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, Şuşa rayonunun ətrafında yerləşən hərbi hissələrin birində xidmət etmişdir. N0NN-ci ilin sentyabr ayında xalası qızı XN0 ilə söhbət edən zaman, Fatma ona Binəqədi rayonu, «Sulutəpə dairəsi»nin yanında lombard işlədən Sevda adlı tanışının olduğunu və həmin qadının bir tanışının vasitəsilə zərurət olarsa oğlunu hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrin birinə saldıra biləcəyini dediyini bildirmişdir. Fatma onun oğlunun N0NN-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılacağını bildiyi üçün istədiyi təqdirdə onu Sevda ilə tanış edə biləcəyini demişdir. O, etiraz etməmişdir. Fatma ona Sevdanın istifadə etdiyi mobil nömrəni verəndən sonra 14 sentyabr N0NN-ci ildə Sevdaya zəng etmiş, Sevda ona Müdafiə Nazirliyində işləyən Abbas adlı tanışının olduğunu, həmin şəxsin vasitəsilə öz oğlunu hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hərbi hissəsinə saldırdığını və Abbasın onun oğlunun məsələsində ona köməklik edə biləcəyini deyib əlaqə saxlamaq üçün Abbasın istifadə etdiyi 050 *** ** ** saylı mobil nömrəsini vermişdir. Sevda ilə danışandan sonra Abbasa zəng etmiş, Abbas ona «WhatsApp» mesenceri vasitəsilə zəng etməyini demişdir. O bu cür də Abbasa zəng etmişdir. Söhbət zamanı Abbas ona oğlunu 5000 manat müqabilində Daxili Qoşunların Bakı şəhəri, Nərimanov və Xətai rayonları ərazisində yerləşən hərbi hissələrinə saldıra biləcəyini, Nərimanov rayonu ərazisində yerləşən hərbi hissədə şəraitin yaxşı olduğunu və oğlunu həmin hərbi hissəyə saldırmağa çalışacağını bildirmişdir. O, Abbasa 5000 manata imkanının olmadığını bildirmiş, Abbas isə həmin məbləğdən yalnız 500 manat keçə biləcəyini demiş, o şərtlə ki, pulu həmin gün çatdırmalıdır. O, dost-tanışlarından borca pul götürüb cəmi N500 manat düzəldə bilmiş, eyni zamanda, Abbası tanımadığı üçün pulu verməkdə tərəddüt etmişdir. Bu haqda Sevdaya demiş, Sevda isə bir daha Abbasla danışacağını bildirmişdir. Bir qədər sonra Sevda ona «WhatsApp» mesenceri vasitəsilə Abbasın göndərdiyi səsli mesajı ona göndərmişdir. Həmin mesajda Abbas heç bir narahatçılığa əsas olmadığını bildirmişdir. Bundan sonra Abbasa zəng edib cəmi N500 manat toplaya bildiyini, qalan N000 manatı isə bankdan kredit götürüb verəcəyini demişdir. Abbas etiraz etməmişdir. Abbas onu görüşə çağırmış, lakin o, N500 manat pulu Abbasa təklikdə verməyə tərəddüt etmişdir. Abbas bunu başa düşüb ona Sevdanın işlətdiyi lombarda gəlməyi demişdir. 14 sentyabr N0NN-ci ildə saat 19 radələrində Sevdanın Binəqədi rayonu ərazisində «Sulutəpə dairəsi»nin yanında işlətdiyi lombarda gəlmiş, lombarda daxil olandan Abbasın Sevda ilə söhbət etdiyini görmüşdür. Orada Sevdanın yanında Abbasla oğlunun məsələsi ilə bağlı bir daha söhbət etmişlər. Abbas çox əminliklə danışaraq narahat olmamağını və oğlunun məsələsini tez bir zamanda həll edəcəyini bildirmişdir. Həmçinin, Abbas ona oğlunun mobil nömrəsinə hərbi xidmət keçəcəyi hərbi hissə haqqında mesaj gələcəyini bildirmişdir. Bundan sonra onda Abbasa qarşı güvən yaranmış və Sevdanın yanında N500 manat pulu sayıb Abbasa vermişdir. Qalan puldan 500 manatı isə Abbasa növbəti gün bankdan kredit götürüb həmin pulu Sevdaya verəcəyini demişdir. Abbas isə etiraz etməmişdir. Növbəti gün Abbas bir neçə dəfə ona zəng edərək bankdan kredit götürüb-götürmədiyini soruşmuş, o isə bankda olduğunu və pulu götürən kimi məlumat verəcəyini demişdir. Abbas ona «WhatsApp» mesenceri vasitəsilə bank kartının fotoşəklini göndərərək həmin bank kartına 500 manat pulu köçürtməyi demişdir. 15 sentyabr N0NN-ci ildə «Accessbank»ın «Azadlıq» metrostansiyasının yaxınlığında olan filialından 8600 manat kredit götürmüş, belə ki, 8600 manat puldan “Yelobank»a 7000 manat borcunu ödəyəndən sonra ona 1600 manat pul qalmışdır. Həmin gün saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, N7 ünvanında fəaliyyət göstərən «Bravo Express» marketində quraşdırılmış «Milliön» elektron ödəmə sistemi vasitəsilə Abbasın Azərbaycan Beynəlxalq Banka aid olan 55NN 0993 571N 7851 nömrəli bank kartına bağlı olan bank hesabına 500 manat pul köçürmüşdür və bu haqda Abbasa demişdir. Abbasa qalan 1500 manat pulu N0NN-ci ilin sentyabr ayının sonunda verəcəyini demişdir. Belə ki, o, tam əmin olmaq istəmişdir ki, oğlunun işi düzələcək. Abbas etiraz etməmişdir. Səhv etmirsə N3 və ya N5 sentyabr N0NN-ci illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalından öyrənmişlər ki, oğlu hərbi xidməti Müdafiə Nazirliyinin N01 saylı hərbi hissəsində keçəcək. Halbuki Abbas onun oğlunu Daxili Qoşunlara aid olan hərbi hissəyə saldırmalı idi. O, Abbasa zəng edib bu haqda demiş, Abbas isa məsələ ilə maraqlanıb ona zəng edəcəyini bildirmişdir. Bir qədər sonra Abbas ona zəng edərək bunun bir texniki səhv olduğunu və oğlunun məsələsinə yenidən baxılacağını bildirmişdir. 07 oktyabr N0NN-ci ildə Abbas ona «WhatsApp» mesenceri vasitəsilə «işiniz düzəlir» mesajı yazmışdır. 08 oktyabr N0NN-ci ildə isə Abbas ona «WhatsApp» mesenceri vasitəsilə mesaj yazaraq onu Müdafiə Nazirliyinin arxa girişinin yanına çağırmışdır. Belə ki, Abbasa qalan 1500 manat pulu orada verməli idi. Həmin gün saat 1N radələrində o, Abbasın dediyi yerə gəlmiş, orada görüşüb söhbət edə-edə Şəhidlər Xiyabanının qarşısına gəlmişlər. Abbas bu dəfə də ona narahat olmamağı ondan 1500 manat pulu götürüb hərbi çağırışçılann bölgüsünə baxan şəxsə aparıb verəcəyini və iş vaxtının sonuna kimi oğluna həbi xidmətlə bağlı mesaj gələcəyini bildirmişdir. Abbasa inanıb Şəhidlər Xiyabanının qarşısında 1500 manat pul vermişdir. Lakin həmin gün oğlunun mobil nömrəsinə mesaj gəlməmişdir. Abbasa bir neçə dəfə zəng etmiş, lakin Abbas müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. 13 oktyabr N0NN-ci ildə isə oğlu karantin keçmək üçün Gəncə şəhərinə getmişdir. Abbasın onu aldatdığını başa düşüb bir neçə dəfə pulunu geri tələb etmiş, lakin Abbas müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. 13 noyabr N0NN-ci ildə isə o, DİNnin 10N zəng mərkəzi xidmətinə zəng edərək Abbasdan şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “dördyol ayrıcı” adlanan yerdə lombard ofisini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs təxminən 5-6 il əvvəl tanımışdır. Belə ki, o, bir neçə dəfə onun işlədiyi lombard ofisinə gələrək qızıl zinət əşyasını girov qoyub əvəzində pul götürmüşdür. Hətta bir dəfə təxminən N00 manatlıq hal hazırda xatırlamadığı qızıl əşyasını girov qoyub pul götürmüş, lakin sonra özü zəng vuraraq pulu qaytara bilmədiyini bildirib qızılı sata biləcəyini bildirmişdir. Onu tanıdığı müddət ərzində özünü Yasamal rayonu ərazisində yerləşən hərbi hissələrdən birində işləyən vəzifəli şəxs kimi təqdim etmişdir. Onu müştəri kimi tanıyan zaman qohumdaailədə hər hansı bir şəxsin hərbi xidmət ilə bağlı hər hansı bir məsələsini həll edə biləcəyini ona demişdir. Lakin o, Abbası tanıyan zaman oğlu Tuncay hələ məktəbdə oxumuşdur. N0NN-ci ilin mart ayında oğlu Tuncay Qasımov hərbi xidmətə çağırılmışdır. Oğlu Tuncay yeganə övladıdır və uzun illər idmanla məşğul olmuşdur. O, oğlunun Milli Qvardiyada xidmət etməsini arzulamışdır. O, oğlunun hərbi xidmət yerinin təyin olunması ilə əlaqədar müvafiq şəxs axtaran zaman yadına Abbasın dediyi söz düşmüşdür. Bu zaman o, Abbas ilə əlaqə saxlayıb vəziyyəti izah etmişdir. Danışıq zamanı Abbas ilkin olaraq ondan bu işi öz rəhbərliyi vasitəsi ilə N500 manata həll edə biləcəyini bildirmişdir. O, bu qədər imkanının olmadığını bildirdikdə Abbas onu uzun müddət tanıdığını bildirib 1500 manata bu məsələni həll edəcəyini bildirmişdir. O, Abbasla razılaşmış, lakin pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Abbas onunla razılaşaraq ilkin olaraq 500 manat pul istəmişdir. Oğlunun işi həll olunduqdan sonra qalan hissəsini verməyini bildirmişdir. Belə ki, N0NN-ci ilin mart ayının ortalarında Abbasın kartına oğlu Tuncayın işi üçün istədiyi 500 manat pulu göndərmişdir. Pulu aldıqdan sonra Abbas ona narahat olmamağını hər şeyin yaxşı olacağını bildirmişdir. N0NN-ci ilin aprel ayında oğlu hərbi xidmətə çağırılmışdır. X84 Milli Qvardiyaya yox Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə çağırılmışdır. O bu barədə Abbasa zəng vurub soruşan zaman Abbas Tuncayın sənədləşməsində texniki səhvin olduğunu bildirib ona narahat olmamağını 7-8 ay keçdikdən sonra oğlunu Milli Qvardiyaya keçirdəcəyinə söz vermişdir. O bu zaman Abbasdan vermiş olduğu pulu geri tələb etmişdir. Abbas onunla razılaşmış və pulu rəhbərliyə verdiyini, onlardan alıb geri qaytaracağını, lakin rəhbərliyin bu məsələyə narazılıq edəcəyini, ola bilərki Bakı şəhərində xidmət edən oğlu Tuncayı rayonlarda yerləşən hərbi hissələrdən birinə keçirəcəyini bildirmişdir. Bu zaman o, oğlunun respublikanın rayonlarında yerləşən hərbi hissələrdən birinə gedəcəyindən narahatçılıq keçirmiş və Abbasdan nə olacağını soruşmuşdur. Abbas onu bir daha inandıraraq narahat olmamağını, 7-8 ay keçdikdən sonra oğlunun hərbi xidmət yerini Milli Qvardiyaya köçürəcəyinə söz vermişdir. O, məcbur Abbasın dedikləri ilə razılaşmışdır. Belə ki, Abbasın oğlunun işini korlayacağından və hətta oğlunun hərbi xidmət yerinin rayona dəyişdirəcəyindən qorxmuşdur. Bundan sonra Abbas bir neçə dəfə onunla əlaqə saxlayaraq guya oğlu ilə maraqlanmış və həmçinin qalan pulu düzəltməyini bərk bərk tapşırmışdır. N0NN-ci ilin sentyabr ayında tanışı Fatma ilə oğlunun hərbi xidmət məsələsini danışan zaman bu barədə danışmışdır. Bir gün sonra Fatma ona öz qohumu İslamın oğlunun hərbi xidmətə çağırıldığını bildirərək İslamın onun telefon nömrəsini istədiyini bildirmişdir. Bir neçə gün sonra özünü Fatmanın qohumu kimi təqdim edən İslam adlı şəxs ona zəng vuraraq Abbasın telefon nömrəsini istəmişdir. İslamın danışığından başa düşmüşdür ki, İslam da oğlunu Nərimanov rayonunda yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldırmaq istəyir. Bir neçə gün sonra İslam və Abbas onun işlədiyi lombard ofisinə gəlmişlər. Ofisdə söhbət zamanı ona məlum olmuşdur ki, Abbas İslamdan oğlunun məsələsi üçün ümumilikdə 4500 manat pul istəmişdir. Həmin vaxt İslam onun yanında Abbasa N500 manat pul vermişdir. Abbas pulu alıb qalan hissəsini məsələ həll olunandan sonra verəcəyini bildirmişdir. Bu zaman İslama zəng gəlmişdir. O, telefonla danışan zaman Abbas ona yaxınlaşaraq alçaq səs tonu ilə onun xətrinin guya əziz olmasını bu səbəbdən oğlu Tuncay üçün deyilən pulun digərlərindən qat-qat aşağı olmasını bir daha vurğulamışdır. Həqiqətəndə o, bu zamanlarda fikirləşmişdir ki, ondan 1500 manat pul istəyib, lakin İslam öz oğlu üçün 4500 manata razılaşıb, hal hazırda isə N500 manat pul vermişdir. Bu söhbətdən sonra onun Abbasa inamı daha da artmışdır. İslamın sonradan Abbasa pul verən zaman o, yanlarında iştirak etməmişdir. N0NN-ci ilin noyabr ayının sonlarında Abbas ona zəng vuraraq artıq Tuncayın hərbi xidmət vaxtından 8 ay keçdiyini bildirib pulun qalan hissəsini verməyini tələb etmişdir. Bu zaman maddi imkanı yaxşı olmadığına görə o, Abbasa vəziyyətini izah etmişdir. Abbas onunla sağollaşıb və bir qədər sonra təkrar zəng vuraraq Tuncayın sənədlərinin köçürülməsi üçün hazır olduğunu bildirib 600 manat tapıb verməyini bildirmişdir. Köçürmə prosesi həll olunduqdan sonra qalıq 400 manatı verə biləcəyini bildirmişdir. Bu zaman o, məcbur Abbasla razılaşmışdır. 01 dekabr N0NN-ci il tarixdə günorta radələrində Abbas onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki lombard ofisinə gələrək ondan 600 manat pulu almışdır. Pulu alan zaman aparıb adını çəkmədiyi aidiyyəti vəzifəli şəxsə verəcəyini və köçürmə prosesindən sonra, yəni oğlunun Milli Qvardiyaya əmri olanda əlavə 400 manat pulu da gəlib ondan götürəcəyini bildirmişdir. O, Abbasdan oğlunun Milli Qvardiyaya nə vaxt köçürüləcəyini soruşduqda an uzağı iki həftəyə qədər əmrin veriləcəyini bildirmişdir. Həmçinin Abbas onu bir daha arxayın edərək yüksək vəzifədə olan şəxslər ilə əlaqəli olduğunu heç bir narahatçılığa əsas olmadığını demişdir. Aradan iki həftədən çox vaxt keçməsinə baxmayaraq oğlu Tuncayın əmri olmamışdır. O bu barədə narahat olub Abbasa mütəmadi zəng vurub məlumat almış, Abbas isə müxtəlif bəhanələr ilə onu aldadıb yaxın vaxtlarda əmrin olacağına inandırmağa çalışmışdır. O isə Abbasa inanmayaraq vermiş olduğu 1100 manat pulu geri tələb etmişdir, Abbasa mütəmadi olaraq zəng etməyinə baxmayaraq telefonlarına cavab verməmiş və sonradan isə onun telefonunu blok etmişdir. N0N3-cü ilin yanvar ayında Fatma ilə təsadüfən rastlaşıb danışan zaman ona məlum olmuşdur ki, Abbas Fatmanın qohumu İslamdan 4500 manat pul almış, oğlunun əsgərlik işini həll etməyərək aldatmışdır. O, ilkin olaraq 500 manat pulu Abbasın kartına öz iş yerindən N0NN-ci ilin mart ayında göndərmiş, ikinci dəfə 600 manat pulu isə 01 dekabr N0NN-ci il tarixdə işlədiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki lombard ofisində vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 333 saylı bağçada tərbiyəçi vəzifəsində işləyir. N0NN-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “Dostluq” adlı restoranın açılışı zamanı təsadüf nəticəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Abbas özünü ona dövlət işində işləyən adam olaraq təqdim edib bildirmişdir ki, hazırda Bakı şəhərində aparılan tikinti-quruculuq işlərinə nəzarət edən orqanda mühüm vəzifədə işləyir. Bir qədər söhbət etdikdən sonra onlar birbirilərinə əlaqə nömrələrini vermişlər və keçən müddət ərzində Abbasla aralarında dost münasibəti yaranmışdır. Onlar yalnızca telefon vasitəsilə əlaqə saxlamışlar. Təqribən N0NN-ci ilin sentyabr ayında o, Abbasla telefon əlaqəsi saxlayan zaman ordan-burdan söhbət edərkən ipoteka ilə ev almaq istədiyini bildirmiş, bu zaman Abbas ona bildirmişdir ki, bu işlə birbaşa əlaqəsi var və onun üçün bu məsələni həll etmək çox asandır. Ona təklif etmişdir ki, 15000 manat müqabilində ona Yasamal rayonunda yerləşən sosial evlər adlanan lahiyədən mənzil alacaqdır. O, cavabında Abbasın bu təklifini fikirləşəcəyini bildirmişdir. Həmin vaxt təcili olaraq evə ehtiyacı olduğu üçün Abbasın bu təklifi ona olduqca münasib olmuşdur. Bundan sonra Abbas, onunla dəfələrlə telefon əlaqəsi saxlayıb müxtəlif vədedici sözlərlə onu özünə inandırmışdır. Hətta ondan müəyyən sənədləri toplayıb verməyini istəmişdir. O, Abbasın vədlərinə inanıb özünə aid olan şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış alaraq vermişdir. Qeyd olunan sənədləri ondan alan Abbas guya ki, həmin sənədləri müvafiq dövlət orqanına göndərib onun sosial layihədən ev alıb-ala bilməyəcəyini yoxlatdırmalı idi. Bundan bir müddət sonra Abbas, ona zəng edib sənədlərini yoxlatdırdığını bildirmiş və qeyd etmişdir ki, asanlıqla həmin yerdən ev ala bilər. O, Abbasın bu xəbərinə inanmış və Abbasın təklifi ilə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs Farhad oğlu həmin söhbət əsnasında ona demişdir ki, hələlik 7000 manat versə bəs edər, qalan 8000 manatı isə evi aldıqdan sonra verməlidir. O, Abbasa aldanmış və N0NN-ci ilin oktyabr ayının əvvəllərində öncədən razılıq əsasında Abbasa 100 manatlıq pul əsginasları ilə olan 7000 manat nağd pul vəsaitini Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 4 ünvanında vermişdir. O, pulu verən zaman Abbas ona söz vermişdir ki, ən geci dekabr ayının 15-nə qədər onun ev məsələsi həll olunacaqdır. Bundan sonra Abbasın dediyi vaxtı gözləməyə başlamış, bu əsnada onlar tez-tez telefon əlaqəsi saxlamışlar. Təqribən dekabr ayının sonlarında o, Abbasla telefonda danışan zaman ev məsələsinin alınmayacağından narahat olduğunu bildirmişdir. Abbas isə ona bildirmişdir ki, müəyyən sənəd problemləri var və tezliklə həll olunacaqdır. N0N3-cü ilin mart ayında isə artıq işinin alınmadığını görüb Abbasa zəng edib pulunu geri istəmiş, Abbas isə bildirmişdir ki, pulu ev məsələsinin həlli məqsədilə müəyyən şəxslərə vermişdir, buna görə də həmin pulu geri qaytara bilmir, lakin ev məsələsini tezliklə həll edəcək. Bu bəhanələrlə Abbas hər dəfə onu aldadaraq bu günə qədər nə ev məsələsini həll etmiş, nə də onun pulunu qaytarmışdır. Bundan sonra anlamışdır ki, Təqsirləndirilən şəxs Farhad oğlu onu aldatmışdır. Pul vəsailini 100 manatlıq əsginaslarla Abbasa vermiş və həmin zaman yanında kənar heç bir şəxs olmamışdır. Onun Yasamal rayonunda yerləşən sosial evlər adlanan lahiyədən mənzil verilmə işini konkret hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamış, lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələnin Abbas tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində bildirmişdir ki, N0N3-cü ilin fevral ayında əvvəl çalışdığı yerdə Xəqani adlı iş yoldaşı olmuş və onun yeni iş axtardığını bildiyi üçün ona Abbas adlı tanışının olduğunu bildirdikdə o, Abbasın mobil nömrəsini alıb zəng etmişdir. Şəxsiyyəti istintaq zamanı ona məlum olan Təqsirləndirilən şəxs ila danışıb iş axtardığını bildirmişdir. Təqsirləndirilən şəxs isə yaxşı vəzifələrdə tanışının olduğunu, onu Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrin birində elektrik kimi işə qəbul etdirə biləcəyini və 570 manat əmək haqqı alacağını demişdir. Abbas özünə arxayın olaraq danışmış və onu özünə inandırmağı bacarmışdır. Bu minvalla o, N3 fevral N0N3-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona yalan vədlər verərək onu işə qəbul etdirəcəyini demiş və o, Abbasa həmin vaxt 1500 manat pul vermişdir. Bundan bir müddət keçdikdən sonra işə qəbul edilmək məsələsinin həll olunmadığını görüb, Təqsirləndirilən şəxs zəng etməyə, "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə yazışmağa başlamış və məsələni həll etməsini tələb etmişdir. Abbas isə hər dəfəsində ona yalan vədlər verərək işini həll edəcəyini bildirmişdir. O, işinin bəli olunmadığını görüb Təqsirləndirilən şəxs verdiyi 1500 manat pulunu tələb elmişdir. Abbas da müxtəlif bəhanələr gətirərək işini həll etməkdən və pulunu geri qaytarmaqdan yayınmağa başlamışdır. Bundan sonra o, Yasamal rayon Polis İdarəsinin N9-cu polis şöbəsinə yaxınlaşıb bu barədə ərizə vermişdir. Vermiş olduğu 1500 manat pul vəsaiti 100 manatlıq əsginaslarla olmuş və həmin zaman yanında kənar heç bir şəxs olmamışdır. Onun Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrindən birində işə qəbul edilmək məsələsini konkret olaraq hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələnin Abbas tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. “Whatsapp” proqramı yeniləndiyindən aralarında olan yazışmalar silindiyi üçün həmin yazışmanı istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində bildirmişdir ki, o, N004-cü ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 37 nömrəli Ağdam məktəbində riyaziyyat müəlliməsi işləyir. O, öz ixtisası üzrə 5- 10-cu sinif şagirdləri ilə fərdi olaraq məşğul olur. Günlərin birində onun öz müəlliməsi və yaxın rəfiqəsi olan X5 ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evində dərs müzakirə etmək üçün görüşmüşdür. O, ümumiyyətlə Tamella müəllimə ilə tez-tez dərs müzakirə etmək və müəyyən məsləhətlər almaq üçün görüşür. Tamella söhbət zamanı onunla Bakı-Avropa liseyində dərslərin yüksək səviyyədə olduğunu müzakirə etmiş və o, öz növbəsində söhbət əsnasında X1n qeyd edilən məktəbdə təhsilini davam etdirməsini istədiyini demişdir. Bakı-Avropa liseyində təhsil almaq üçün xüsusi imtahandan keçmək lazım olduğunu və onun oğlu Hamletin qeyd edilən imtahana hazırlıqsız olması barədə danışmışdır. Həmin vaxt Tamella müəllimənin fərdi qaydada hazırlaşdırdığı şagirdin valideyni Sabirə adlı şəxsin olduğunu və ona yaxın təhsil sahəsində bütün məsələləri həll edə biləcək yüksək vəzifədə işləyən tanışı olduğunu söyləmişdir. X1 imtahansız Bakı- Avropa liseyinə qəbul etdirə biləcəyini ondan soruşacağını nəzərinə çatdırmışdır. O, Tamella müəllimədən xahiş etmişdir ki, bu barədə Sabirə adlı şəxslə danışıb ona xəbər etsin. Bu danışıqdan bir neçə gün keçdikdən sonra Tamella müəllimə ona zəng edərək Sabirə adlı şəxslə danışdığını və Sabirənin yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs adında tanışı olduğunu, bu işdə ona köməklik göstərə biləcəyini bildirmişdir. Hətta onun yanına fərdi gələn və imtahandan keçməyən şagirdləri də imtahansız Bakı-Avropa liseyinə qəbul etdirə biləcəyini demişdir. O da öz növbəsində Tamella müəlliməyə təşəkkürünü bildirib və onun oğlu ilə birlikdə 7 nəfər 5-ci sinif şagirdi olduğunu söyləmiş və bu məsələnin hansı qiymətə həll olunacağını soruşmuşdur. Tamella da bir neçə dəqiqə ondan vaxt istəmişdir ki, Abbasla qiymət barədə danışıb ona bildirsin. Bir neçə dəqiqədən sonra Tamella müəllimə Abbasla danışıb ona zəng vurmuş və Abbas hər uşaq üçün 1500 manat, onun oğlunu isə endirimlə 1000 manat qarşılığında Bakı-Avropa liseyinə qəbul etdirəcəkdir. Sonra o, həmin liseyə imtahan verib keçməyən öz şagirdlərinin birinin valideynləri ilə bu barədə danışıb onlarında hər biri 1500 manat müqabilində uşaqlarını qeyd edilən liseyə imtahansız qəbul etdirməyə razı olmuşlar. N0NN-ci ilin iyun ayının ortalarında o, 6 şagirdinin valideynlərindən (Qasımova Fatimeyi-Zəhra Ramin qızı, X58, X35, X16, X36, X41) hər birindən 1500 manat olmaqla, ümumilikdə 9000 manat almış və həmin günü şəxsiyyət vəsiqələri ilə birlikdə yuxarıda qeyd etdiyi Tamella müəllimin ünvanında sonuncuya vermişdir. Tamella müəlliməyə bildirmişdir ki, hal-hazırda onun oğlunun ödənişini etmək üçün pulu yoxdur bir müddət sonra 1000 manatı çatdıracağını söyləmişdir. Həmin vaxtdan bir ay sonra o, Tamella müəlliməyə zəng vurub oğlu Hamletin pulunun hazır olduğunu demiş və Tamella ona Təqsirləndirilən şəxs adına olan “Beynəlxalq Bankın” kartını və Abbasın telefon nömrəsini göndərmişdir ki, qeyd edilən məbləği həmin kartın hesabına göndərsin. 01 avqust N0NN-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Ballı” marketin içərisində yerləşən bankomat vasitəsi ilə qeyd edilən karta 1000 manat pulu köçürmüş və Abbasa pulu köçürməsi barədə məlumat vemişdir. Beləliklə mütəmadi olaraq liseyə qəbulla bağlı internetdə çıxan məlumatları Abbasla telefonda müzakirə etmişdir, imtahana az vaxt qalmış internet portalında uşaqların qeydiyyatdan keçmədiyini görmüş və bu barədə Abbasa məlumat vermişdir. Abbas isə ona, bu işlərin nəzarətində olduğunu və narahatçılığa səbəb olmadığını demişdir. N0NN-ci ilin avqust ayının ortalarında liseyə imtahan olmuş və həmin ayın sonunda imtahandan keçənlərin cavabları çıxmışdır. Onun oğlu Hamletin və digər 6 şagirdin adı sistemdə çıxmamışdır. O, Abbasa zəng vuraraq imtahanın nəticələrinin açıqlandığını və uşaqların sistemdə adlarının çıxmadığını söyləmişdir. Abbas ona narahat olmamasını və dərslər başlayana qədər uşaqların adlarının sistemə yerləşdiriləcəyini bildirmişdir. Dərslərin başlamasına az qalmış o, yenə Abbasla danışmış yenə Abbas eyni sözlərlə onu razılaşdırmışdır. N0NN-ci ilin 15 sentyabr tarixində dərslər başlamış o, liseyə müraciət edərək uşaqların qəbulu ilə bağlı soruşduqda oradan bildirmişlər ki, ümumiyyətlə bu ad soyadlarda müraciət olunmamışdır. Ona məlum olmuşdur ki, Abbas onu aldadıb uşaqların liseyə qəbul olmaları üçün heç bir iş görməmişdir. O bu barədə Tamella müəlliməyə məlumat vermiş və Tamella ilə birlikdə Abbasın işlədiyi Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinə getmişlər. Orada Abbasla görüşmüş və verdiyi pulu ondan geri istəmiş, Abbas isə ona yaxın vaxta pulu geri qaytaracağına dair söz vermişdir. O, şagirdlərinin valideynlərindən alıb Abbasa verdiyi 9000 manat pul vəsaitini onların hər birinə öz vəsaiti hesabına geri qaytarmışdır. Bundan başqa o, Abbasla tanış olduğu ərəfədə yaxın rəfiqəsi olan XN9 Bakı şəhərində yerləşən bağçaların birində işə düzəlmək istəməsi barədə hər zaman ona bu barədə danışmış, o da Abbasın deməsinə görə Təhsil Nazirliyində yüksək vəzifədə olan dostu olduğunu bildiyi üçün bu barədə Abbasa demişdir. Abbas da ona Bakı şəhərində olan bağçaların hansına istəyirsə problemsiz işə düzəldə biləcəyini demişdir. Bunun qarşılığında ondan 10000 manat məbləğində pul istəmişdir. O da bu barədə rəfiqəsi Şəfiqəyə dedikdə, o da öz növbəsində 10000 pulu işə düzəlmək üçün verməyə razılaşmışdır. Beləliklə N0NN-ci ilin avqust ayının N5-də Şəfiqədən 10000 manat pul vəsaitini, diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini alaraq Abbasa zəng vuraraq pulun və sənədlərin onda olması barədə məlumat vermişdir. Abbas da ona 10000 manat pulu və sənədləri Tamella müəlliməyə verməyini bildirmidir. Yenə eyni qaydada 10000 manat pulu və sənədləri yuxarıda qeyd etdiyi kimi N0NN-ci ilin avqust ayının N5-də Tamella müəllimənin ünvanında sonuncuya vermişdir. Onda olan məlumata əsasən Tamella müəllimə həmin 10000 manat pulu həmin tarixdə Abbasa vermişdir. Abbas bu günə kimi rəfiqəsi Şəfiqənin də işini düzəltməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs ümumilikdə ona N0000 manat maddi ziyan vurmuşdur. Belə ki, 9000 manat şagirdlərin valideynlərindən aldığı vəsait, 1000 manat öz oğlunun liseyə qəbul edilməsi üçün verdiyi vəsait və 10000 manat isə rəfiqəsi Şəfiqənin işə qəbul edilməsi üçün verdiyi vəsait olmuşdur və beləliklə o, Təqsirləndirilən şəxs ümumilikdə N0000 manat pul vəsaiti vermişdir. Vermiş olduğu pul vəsaitləri 50 və 100 manatlıq əsginaslarla olmuşdur. Qeyd edilən işlərin konkret olaraq hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələlərin Abbas tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN0 İntizami oğlu ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində zabit qismində hərbi xidmət edir. N0NN-ci ilin iyun ayında o, mənzillə təmin olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin ərəfələrdə Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətində işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş və Abbasla söhbət əsnasında Abbas ona mənzil verilməsində köməklik edə biləciyini və mənzil verilməsi məsələsini tezləşdirəcəyini bildirmişdir. O da Abbasa inanıb razılaşmış və bu işin müqabilində Təqsirləndirilən şəxs ondan 18000 manat pul vəsaiti istəmişdir. Gələcəkdə hər hansı neqativ hadisə baş verərsə sübut məqsədi ilə 53 saylı notariat kontorunda Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağlayaraq 16 iyun N0NN-ci il tarixdə 10000 manat pulu ünvan 4 ünvanında Abbasa vermişdir. 18 iyun N0NNci il tarixdə qalan 8000 manat pul vəsaitini Ağstafa rayonunda yerləşən adı yadında qalmayan marketlərin birində “E-manat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına köçürmə yolu ilə göndərmişdir. Bir müddət keçdikdən sonra tez-tez Abbasa zəng edib mənzilin nə vaxt veriləcəyi ilə maraqlandıqda, Abbas hər dəfəsində müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra o, Abbasdan pulunu tələb etsə də, Abbas onun 18000 manat pulu qaytarmamış və vəd etdiyi işi görməmişdir. Vermiş olduğu pul vəsaitləri 50 və 100 manatlıq əsginaslarla olmuşdur. Müdafiə Nazirliyindən ona mənzil verilməsi məsələsini konkret olaraq hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələlərin Abbas tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN bildirmişdir ki, hərbi qulluqçu kimi ehtiyata buraxılmış, N0N0-ci ilin avqust ayından isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində arxivçi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ilə Mənzil İstismar İdarəsində tanış olmuşdur. Abbas həmin idarədə mühəndis işləmişdir. Abbasla münasibətləri normal olmuşdur. Oğlu Fuad N0NN-ci ildə N64 nömrəli orta məktəb-liseyi qurtarmışdır. Oğlu 11-ci sinifdə oxuyanda hazırlığa getsə də N0NN-ci ilin aprel ayında abituriyentlər üçün keçirilmiş imtahanda çox az bal toplamışdır. Buna görə o və ailəsi çox narahat olmuşlar. Oğlunun imtahanda az bal toplaması haqda iş yoldaşlarına da danışmışdır. Təxminən N0NN-ci ilin may ayının ortalarında Abbas ona oğlunun İdman Akademiyasına qəbul olunmasında köməklik edə biləcəyini demişdir. O bu haqda evdə əri Fərhada demiş, əri isə razılıq verdiyi üçün Abbasla oğlunun işi haqda telefonla danışmışdır. Abbas, oğlunun həm qabilliyyət imtahanlarından keçməsinə, həm də ki, əsas imtahanlardan keçməsinə köməklik edəcəyini demişdir. N0 iyun N0NN-ci il tarixdə oğlu qabilliyyət imtahanını vermiş və bu barədə əri Abbasa zəng edərək bildirmişdir. Abbas isə ərinə, oğlunun 70 bal yığmasını, lakin tanışlarının hesabına oğlunun ballarını 89 bala qaldırılmasını bildirmişdir. Daha sonra Abbas oğlunun əsas imtahanlardan da keçməsi üçün 5000 maaat pul verməli olduqlarını demişdir. Onlar razılaşmışlar və N1 iyun N0NN-ci il tarixdə əri ilə birlikdə Abbasla «Xətai» metrostansiyasının yanında görüşmüşdür. Əri Abbasla xeyli söhbət etmiş və Abbas onları əmin etmişdir ki, yüksək vəzifədə olan qohumlarının vasitəsilə bu işi düzəldəcəkdir və oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunacaqdır. Ona görə də əri Fərhad orada 5000 manat pulu Abbasa vermişdir. Abbas işin tezliklə həllini tapacağına söz verərək çıxıb getmişdir. Növbəti gün oğlunun qabilliyyət imtahanlarından keçməsi barədə cavab gəlmiş və onların Abbasa inamı artmışdır. Təxminən N3 iyun N0NN-ci il tarixdə Abbas ona, dövlət hesabına hərbi qulluqçulara Yasamal rayonu ərazisində «Lider» televiziyasının yaxınlığında mənzillər verilməsini və istədiyi təqdirdə mənzil ala biləcəyini demişdir. 3 otaqlı mənzilin ayrılması üçün Abbasın rəisi olan Tural adlı şəxsə 15000 manat pul vermək lazım olduğunu bildirmişdir. Eyni zamanda, Abbas, baldızı Aytacın və qayınatası XN3 işlədiklərini və yüksək maaşla qurumda vakant mütəxəssis yerlərinin mövcud olmasını, tanışlarını həmin quruma işə qəbul etdirə biləcəyini bildirmişdir. İşə qəbul olunmaq üçün Abbas 10000 manat pul istəmişdir. Bu iş məsələsini ailəvi dostu olan Zərərçəkmiş şəxs1N bildirmişlər. Emin isə işə qəbul olunmaq istədiyini demişdir. Həmin vaxt Eminin əlində 5000 manat pul olmuş və onlardan yerdə qalan 5000 manat pulu borc vermələrini xahiş etmişdir ki, işə düzələ bilsin. N4 iyun N0NN-ci il tarixdə o, əri və Emin birlikdə Abbasla «Xətai» metrostansiyasının yanında görüşmüşlər. Emin avtomobildə oturmuş, o və əri Abbasla görüşmüşlər və əri Abbasa bir zərfdə mənzilə görə 1N000 manat pulu, digər zərfdə isə 10000 manat pulu X3N mütəxəssis qismində işə düzəlməsinə görə vermişdir. Mənzilə görə Abbasa 3000 manat borclu qalmışlar. Abbas Eminin işinə görə, mənzilin verilməsi ilə bağlı da onlardan heç bir sənəd istəməmişdir. Təxminən N9 avqust N0NN-ci il tarixdə Abbas ona zəng edərək mənzilə görə borclu qaldığı 3000 manat pulu istəmişdir. Əri isə 3000 manat pulu həmin gün Gəncə prospekti 63 ünvanın qarşısında fəaliyyət göstərən «Bazarstore» supermarketində quraşdırılmış pos-terminal vasitəsilə Abbasın bank kartına göndərmişdir. Bir neçə gün sonra imtahanların cavabları çıxmış, lakin oğlu Akademiyaya qəbul olunmamışdır. O bu barədə Abbasa bildirmiş, Abbas isə pulu Təhsil Nazirliyində işləyən Nəcməddin adlı şəxsə verdiyini və götürüb qaytaracağını demişdir. Buna baxmayaraq Abbas verdikləri pulları qaytarmamış, oğlunu Akademiyaya düzəltməmiş, mənzilin verilməsini təmin etməmiş və Emini də Həmkarlar İttifaqına işə düzəltməmişdir. Abbasın qanunazidd hərəkətləri nəticəsində ailəsinə N0000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, Abbas oğlunun riyaziyyat fənni üzrə hazırlıq müəlliməsi olan Zərərçəkmiş şəxs11 da aldadaraq gəlinini və oğlunu işə düzəltmək adı ilə böyük məbləğdə pulunu ələ keçirmişdir. Eyni zamanda, Abbas tanışı olan Aynur xanımın qızını Rabitə və Texnologiyalar Nazirliyinə işə qəbul etdirmək adı ilə 15000 manat pulunu alıb ələ keçirmişdir. Tamellanı və Aynuru Abbasla o, tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, N018-ci ilin may ayından N0N1-ci ilin fevral ayına kimi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil şöbəsində mühəndis-müfəttiş vəzifəsində işləmiş, N0N1-ci ilin fevral ayından isə həmin İdarənin Mənzil şöbəsinin rəisi vəzifəsində işləyir. Mənzil şöbəsinin fəaliyyəti hərbçilərə müvəqqəti verilmiş mənzillərə nəzarətdən ibarətdir, hər hansı hərbi qulluqçuya müvəqqəti və ya daimi olaraq mənzil vermək səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanyır. Abbasla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Abbas MN-nin Mənzil-İstismar İdarəsinin lahiyə-smeta şöbəsində mühəndis vəzifəsində işləmişdir. Abbasla yaxın münasibəti olmamış, aralarında yalnız salam-sağol münasibətləri olmuşdur. Abbası tanıdığı müddətdə Abbas ondan hər hansı bir işin xahişini etməmişdir. Abbasın öz çirkin əməllərində onun adından istifadə etməsi əsassızdır və yalandır. Abbasdan hər hansı məbləğdə pul vəsaiti almamış və istəməmiş, ümumiyyətlə Abbasın kimlərə hansı vədlər verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qudasıdır, münasibətləri nomaldır. 08 aprel N0N3-cü il tarixdə Faiq onunla əlaqə saxlayaraq qızı X30 Təhsil Nazirliyində hər hansı bir vəzifəyə qəbul olunması üçün Təqsirləndirilən şəxs adlı şəxslə danışıb razılaşdığını, bunun üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O bir qədər tərəddüd etdiyindən Faiqlə birlikdə görüş yerinə gedəcəyini qeyd etmişdir. 09 aprel N0N3-cü il tarixdə o, oğlu və Faiq birlikdə razılaşdıqları ünvana, yəni “Azadlıq prospekti” metrostansiyasının çıxışının yaxınlığına getmişlər və orada həmin Abbas adlı şəxslə görüşmüşlər. Həmin Abbas adlı şəxs Faiqdən 7000 manat pul vəsaitini götürüb N5 gün müddət ərzində Fəridə Sayadovanın işə qəbul olunacağını bildirmişdir. Bir qədər də ümumi mövzular haqqında söhbət etdikdən sonra Abbas həmin ünvandan uzaqlaşmış, onlar da öz yaşadıqları ünvana qayıtmışlar. Sonradan isə həmin Abbas adlı şəxsin törətdiyi dələduzluq əməllərinə görə həbs olunması barədə Faiqdən məlumat almışdır. Təqsirləndirilən şəxs təqdim olunmuş pul vəsaiti müxtəlif əsginaslardan, əsasən 50 və 100 manatlıq əsginaslardan ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verərək onun qeyd etdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, orta təhsilini Ağdaş rayonu, Xosrov kənd tam orta məktəbində almış, 1985-ci il tarixdə Ukraynada yerləşən Ali Hərbi məktəbə daxil olub 1989-cu il tarixdə məzun olmuşdur. 1989-cu il tarixdə hərbi məktəbi bitirdikdən sonra Almaniya Federativ Respublikasında zabit olaraq xidmət etməyə başlamış, 199N-ci il tarixdə Qarabağ müharibəsinin başlanması ilə əlaqədar Azərbaycan Respublikasına gəlmiş və Azərbaycan ordusunda xidmət etməyə başlamaqla Qarabağ müharibəsində iştirak etmişdir. N016-cı il tarixdə yaş həddi ilə əlaqədar Ali Hərbi məktəbdə baş müəllim vəzifəsindən təqaüdə çıxmışdır. N019-cu il tarixdən Naxçıvanski adına Hərbi liseyin Mühafizə Bölməsinin növbə rəisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs4 N0N0-ci il tarixdən tanıyır, onun kimi Mühafizə Bölməsinin növbə rəisi vəzifəsində çalışır. Bu müddət ərzində münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində qohumları ilə qonşuluqda yaşadığı vaxtdan, yəni N0N1-ci il tarixdən tanıyır. Abbasla da münasibətləri normal olmuşdur, belə ki, Abbasla görüşü zamanı Abbas ondan dövlət hesabına mənzil alıb-almaması ilə maraqlanmışdır. O da Abbasa Məhəmmədi kəndində yerləşən binadan iki otaq mənzil aldığını bildirmişdir. Abbas isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində işlədiyini, mənzil almadığı təqdirdə ona mənzil verilməsini təşkil edə biləcəyini bildirmişdir. O, Abbasa mənzili hansı əsaslarla təşkil edə bildiyini maraqlandıqda həmin şəxs həmin idarədə işlədiyini və mənzil verilmə prsedurunda köməklik edə bildiyini bildirmişdir. O, həmin şəxsdən əlaqə nömrəsini istəmiş, həmçinin həmin şəxs də ona məxsus mobil nömrəni özündə qeyd etmişdir. Bundan sonra aralarında münasibət yaranmış və növbəti söhbət zamanı o, həmin şəxsdən almış olduğu mənzilin dörd otaqlı mənzilə dəyişilə biləcəyini maraqlanmışdır. Abbas bunu həll edə biləcəyini bildirmiş və həmin işin hansı məbləğlə həll olunacağını maraqlanıb ona deyəcəyini demişdir. Bir neçə gündən sonra Abbas onunla əlaqə saxlayaraq 4000 (dörd min) manat lazım olduğunu bildirmişdir. O, Abbasın fikri ilə razılaşaraq N0NN-ci ilin mart ayının əvvəllərində Abbasın dedikləri əsasında “Space” televiziyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində görüşmüş, qapıda mühafizəçilərə telefonlarını təqdim etməklə içəri Abbas onu qarşılamaqla daxil olmuşdur. Orada Abbas ona ərizə forması verməklə doldurmağını istəmişdir. O, həmin ərizəni doldurub ona verilmiş mənzilin 4 otaqlı mənzillə dəyişilməsini xahiş etmiş və həmin ərizə formasını yazıb yekunlaşdıqdan sonra elə həmin Müdafiə Nazirliyinin binasında ərizəni, həmçinin üzərində gətirdiyi 4000 (dörd min) manat nağd pul vəsaitini Abbasa təqdim etmişdir. Abbas həmin ərizə və pul vəsaitini ondan götürüb N6 iyun N0NN-ci il tarixdə N otaqlı mənzilin əvəzi olaraq Bakı şəhərinin mərkəzinə yaxın hissədə 4 otaqlı mənzilin ona veriləcəyini bildirmişdir. N0NN-ci ilin mart ayının sonlarında iş yerində olduğu zaman Əbilağa ilə dövlət tərəfindən verilən mənzillərlə bağlı söhbəti yaranmış, o, həmin Abbas tərəfindən ona edilmiş təklif barədə Əbilağaya da məlumat vermişdir. O, Əbilağaya mənzili dəyişməyə görə Abbas adlı həmin şəxsə 4000 manat pul verdiyini bildirmişdir. Əbilağa da Abbas adlı şəxslə tanış etməyi ondan xahiş etmişdir. Həmin vaxt Abbasla əlaqə saxlamış və bir iş yoldaşının olduğunu, mənzil almaq istədiyini bildirmişdir. Abbas ona həmin şəxsin vəsiqəsinin şəklinin göndərilməsini xahiş etmişdir. Hal-hazırda xatırlamadığı nömrədən Abbasın istifadəsində olan nömrəyə Əbilağanın şəxsiyyət vəsiqəsinin şəklini göndərmişlər. Bir qədər sonra Abbas əlaqə saxlayaraq Əbilağaya mənzil verilməsinin çətin olduğunu, xidmətə uyğunısuzluqla tərxis olunduğunu bildirmişdir. Əbilağa Abbasın bu məlumatı düzgün qeyd etdiyini və köməklik etməsini xahiş etmişdir. Abbas belə olan halda da mənzil verilməsini təşkil edə biləcəyini qeyd etmişdir. Odur ki, bunun üçün 17000 manat lazım olduğunu bildirmişdir. Əbilağa 17000 manatın çox olduğunu bir qədər aşağı etməsini xahiş etmiş, o da həmin xahişi Abbasa çatdırmışdır. Abbas da belə olan halda 14000 manat verməsi müqabilində həmin şəxsə mənzil verilməsini həll edəcəyini bildirmişdir. Bu söhbətdən təxminən iki gün sonra Əbilağa onunla əlaqə saxlayaraq Abbasla görüşdüyünü və aralarında səmimi münasibət formalaşdığını qeyd etmişdir. Bundan bir neçə gün sonra Əbilağa ona yenidən Abbasla görüşdüyünü və birlikdə Abbasın köməkliyi ilə bankdan 10000 manat kredit götürdüyünü, 4000 manat pul vəsaitinin isə özündə olduğunu və yaxın günlərdə görüşüb həmin miqdarda pul vəsaitini Abbasa verəcəyini bildirmişdir. O, Əbilağaya tək getməməsini, bir nəfər yanında şahid qismində götürməsini bildirmişdir. Həmin günün səhəri Əbilağa ona zəng etməklə birlikdə getməyi xahiş etmişdir. O, xəstəliyi ilə əlaqədar kənar yerə gedə bilməyəcəyini qeyd etmiş, belə olan halda Əbilağa görüş yerini onun yaşadığı ünvanın yaxınlığına təyin etmişdir. 07 aprel N0NN-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində onlar üçü görüşmüş və orada Əbilağa üzərində olan 14000 manat nağd pul vəsaitini çıxarıb saymaqla Abbasa təqdim etmişdir. Abbas həmin miqdarda pul vəsaitini götürüb yenidən saymaqla cibinə qoymuşdur. Bundan sonra N6 iyun N0NN-ci il tarixdə Əbilağaya mənzilin veriləcəyini bildirmişdir. N6 iyun N0NN-ci il tarixdə mənzillər verilmədiyindən Əbilağa Abbas ilə əlaqə saxlayaraq görüşməli olduğunu bildirmişdir. Odur ki, onlar üçü yenidən “Neftçilər” metrostansiyasının yaxınlığındakı çayxanada görüşmüşlər. Orada Abbas bir ədəd sellofanda nağd pul vəsaiti gətirmiş və işin həll olunmadığından geri qaytarmaq istədiyini bildirmişdir. Belə ki, həmin sellofanda ona məxsus 4000 manat, Əbilağaya məxsus 14000 manat olduğunu bildirmişdir. Abbas həmin pul vəsaitini Əbilağa narahat adam olduğundan geri qaytarmaq istədiyini bildirmişdir. Əbilağa isə pulu özünə götürməyəcəyini, götürdüyü halda Abbasın işi həll etməyəcəyini bildirmişdir. Belə olan halda Abbas pul vəsaitini ona verəcəyini, işin həll olunduğu ərəfədə bir saat ərzində ona çatdırmalı olduğunu qeyd etmişdir. Belə olan halda Əbilağa da Abbasın fikri ilə razılaşmış və bir ədəd sellofanda olan ümumilikdə 18000 manat nağd pul vəsaiti Abbas tərəfindən və onlar tərəfindən sayılmaqla ona verilmişdir. O, Abbasın gətirmiş olduğu sellofanda həmin pul vəsaitini oradan götürüb yaşadığı ünvanda saxlamışdır. Bu müddət ərzində Əbilağa pul vəsaitinin onda olmasını bilmişdir. N0NN-ci ilin avqust ayının əvvəllərində Abbas onunla əlaqə saxlayaraq işin həll olunduğunu, təcili pul vəsaitinin verilməli olduğunu, bir nəfər şəxs göndərib ondan götürtdürəcəyini qeyd etmişdir. O, pul vəsaitini ondan aldığını və yalnız ona geri qaytara biləcəyini, hər hansı bir digər şəxsə verə bilməyəcəyini qeyd etmişdir. Belə olan halda Abbas özü həmişə görüşdüyü yerə gələcəyini bildirib bir neçə dəqiqədən sonra həmin ünvan 18 ünvanda yerləşən çayxananın qarşısında görüşmüşlər və orada sellofanın içində olan 18000 manat nağd pul vəsaitini Abbasa təqdim etmiş, Abbas da həmin pul vəsaitini sayaraq ondan götürmüş və işin 14 sentyabr N0NN-ci il tarixədək həll olunacağını bildirmişdir. Bundan sonra o, Əbilağaya zəng vurub pul vəsaitini Abbasa təcili olaraq verdiyini bildirmişdir. Əbilağa “çox şükür, işimiz düzəlir” deyə qeyd etmişdir. Sonradan 14 sentyabr N0NN-ci il tarixdə işləri həll olunmadıqda və müddət uzandıqda o, Əbilağaya pulu Abbasdan geri almağı təklif etmişdir. Əbilağa pulu geri almamağı, Abbasın işi həll edəcəyini bildirmiş, o isə özünə məxsus pul vəsaitini Abbasdan geri istəyəcəyini bildirmişdir. Odur ki, Abbasla əlaqə saxlayıb ona 5000 manat pul vəsaiti lazım olduğunu, əgər vardırsa borc verməsini xahiş etmişdir. Abbas isə həmin miqdarda pul vəsaitinin olmadığını, yalnız ondan aldığı 4000 manatı geri qaytara biləcəyini, lakin iş həll olunduqda dərhal çatdırmağını xahiş etmişdir. Odur ki, o, Abbasla razılaşmaqla yenidən “Neftçilər” metrostansiyasının yaxınlığında görüşməklə həmin 4000 manat pul vəsaitini ona qaytarmışdır. Bundan sonra N5 sentyabr N0NN-ci il tarixdə müddət tamam olduqda yenidən Abbas ilə üçü Naxçıvanski hərbi liseyinin yaxınlığında görüşdükdə Abbasla işin həll olunmaması səbəbi ilə maraqlanmışlar. Abbas isə pulu guya bir nəfər şəxsə verdiyini, həmin şəxsin Türkiyə Respublikasında müalicədə olduğunu, gəldikdən sonra pulu qaytaracağını qeyd etmişdir. Bir müddət sonra Əbilağa Abbas ilə əlaqə saxlayaraq krediti ödəyə bilmədiyini və ona 500 manat pul vəsaiti lazım olduğunu qeyd etmişdir və Abbas da həmin miqdarda pulu “Nərimanov” metrostansiyasının yaxınlığında təqdim etmişdir. Bundan bir-iki ay sonra Əbilağanın pulu Abbas tərəfindən qaytarılmadığından Əbilağa ona kredit ödənişində çətinlik çəkdiyini və ondan bir dost kimi borc pul istəmişdir. O, Əbilağaya üzərində N00 manat olduğunu bildirdikdə o, həmin miqdarda pul vəsaitinin az olduğunu, kredit ödənişi olaraq 600 manat lazım olduğunu qeyd etmişdir. O da bundan bir neçə gün sonra Əbilağa ilə görüşdükdə Əbilağa ona “necə dostsan, mənə kömək etmirsən, 600 manat mənə pul ver, Abbas pulu qaytardıqda sənə verərəm” deyə bildirdikdə o, həmin miqdarda pul vəsaitini tanışlarından borc almaqla vermişdir. Sonradan isə Abbasın pulu ümumiyyətlə qaytarmadığı, həmin miqdarda pul vəsaitini ələ keçirdiyi ona məlum olmuşdur. Ona və Zərərçəkmiş şəxs4 mənzilin verilməsi işini konkret olaraq hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələnin onun tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07 avqust N0N3-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.N.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 7000 manat məbləğində pulu verdiyi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinə baxış keçirilmiş və videogörüntü çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 17-N3); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında N0 may N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 3N); hadisə yerinə baxış keçirilməsi haqqında 05 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu verdiyi Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən "xxxx" ASC-nin qarşısına baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 53-56); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 70); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 07 avqust N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında aparılmışdır (cild 1, i.v. 77-81); zərərçəkmiş şəxs qismində tanınma haqqında N0 may N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsN ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 91-9N); götürmə və baxış keçirilməsi haqqında N0 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsN təqdim etdiyi “Whatsapp” mesajlarına baxış keçirilmiş və həmin yazışma zamanı zərərçəkmiş şəxsin işə qəbul olunması, həmçinin işə qəbulla bağlı pul vəsaitinin tez bir zamanda Təqsirləndirilən şəxs çatdırılması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxsN təqdim etdiyi “Whatsapp” mesajlarının siyahısı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 1, i.v. 103-139); zərərçəkmiş şəxs qismində tanınma haqqında N0 may N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 141-14N); zərərçəkmiş şəxs qismində tanınma haqqında N0 may N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 154-155); zərərçəkmiş şəxs qismində tanınma haqqında N0 may N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 167-168); ifadənin yerində yoxlanılması haqqında N1 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 14000 (on dörd min) manat məbləğində pulu ünvan 1 ünvanda yerləşən çayxanada Təqsirləndirilən şəxs verməsi ilə bağlı hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və texniki səbəblərə görə fotoşəkillər protokola əlavə edilməmişdir (cild 1, i.v. 179-180); ifadənin yerində yoxlanılması haqqında N1 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 5000 (beş min) manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsi adlanan yerin girişində Təqsirləndirilən şəxs verməsi ilə bağlı hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və texniki səbəblərə görə fotoşəkillər protokola əlavə edilməmişdir (cild 1, i.v. 181-18N); ifadənin yerində yoxlanılması haqqında N1 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 N500 (iki min beş yüz) manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs verməsi ilə bağlı hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilməmişdir (cild 1, i.v. 183-184); ifadənin yerində yoxlanılması haqqında N1 may N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsN 3100 (üç min yüz) manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında və 1900 manat pulu Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının girişində Təqsirləndirilən şəxs verməsi ilə bağlı hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilməmişdir (cild 1, i.v. 185-187); “eManat” ödəniş portalından əldə olunmuş çıxarışdan görünür ki, xx.xx.N0N3-cü il tarixdə 1900 manat məbləğində pul vəsaiti ********N60N8469 nömrəli karta köçürülmüşdür (cild 1, i.v. 188); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında NN may N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v. 195-199); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-513/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli NN may N0N3-cü il tarixdən hesablanmaqla 0N ay N8 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. NN5- N33); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 iyun N0N3-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. N44-N45); cinayət işinin icraata qəbul edilməsi haqqında N5 iyul N0N3-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild N, i.v. 1-6); cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında NN may N0N3-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild N, i.v. 8-13); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 31 yanvar N0N3-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild N, i.v. 15); hadisə yerinə baxış keçirilməsi haqqında 06 aprel N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 4000 manat məbləğində pulu verdiyi ünvana baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild N, i.v. N4-N7); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 yanvar N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********** nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild N, i.v. 38); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında N7 mart N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişir (cild N, i.v. 46); cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 03 noyabr N0NN-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild N, i.v. 50-51); götürmə və baxış keçirilməsi haqqında N7 oktyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 təqdim etdiyi “Whatsapp” mesajlarına baxış keçirilmiş və həmin yazışma zamanı Zərərçəkmiş şəxs9 ilə arvadının işə qəbul olunması, həmçinin işə qəbulla bağlı pul vəsaitinin tez tir zamanda Təqsirləndirilən şəxs çatdırılması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxs9 təqdim etdiyi “Whatsapp” mesajlarının siyahısı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək materiallara əlavə edilmişdir (cild N, i.v. 107- 114, 116-118); Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.N0NN-ci il tarixli borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs9 10000 manat məbləğində pul vəsaitini borc olaraq Təqsirləndirilən şəxs vermişdir (cild N, 115); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 noyabr N0NN-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (cild N, i.v. 1N3); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 noyabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild N, i.v. 1N4); zərərçəkmiş şəxs qismində tanınma haqqında N4 noyabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild N, i.v. 137); götürmə və baxış keçirilməsi haqqında N8 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, ŞahidN təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səsli zəng danışığının qeydə alındığı DVD diskinə baxış keçirilmiş və həmin səsli zəng danışığı zamanı Zərərçəkmiş şəxs14 qızının işə qəbul olunması, həmçinin işə qəbulla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çatdırılması istiqamətində söhbətlər aparılmışdır. ŞahidN təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səsli zəng danışığının qeydə alındığı “DVD- R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild N, i.v. 148-148a); hadisə yerinə baxış keçirilməsi haqqında 16 oktyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 10000 manat məbləğində pulu verdiyi ünvan 10 ünvana baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild N, i.v. 17N-174); hadisə yerinə baxış keçirilməsi haqqında 14 oktyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs və ŞahidN pulu verdiyi ünvana baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild N, i.v. N1N-N16); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 15 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraatla birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrəsi altında davam etdirilmişir (cild N, i.v. N45-N46); cinayət işinin başlanılması haqqında 14 noyabr N0NN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 3, i.v. 3); “milliön” və “eManat” ödəniş sistemindən əldə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs bank hesabına xx.xx.N0NN-ci il tarixdə 1000 manat, 1000 manat, xx.xx.N0NN-ci il tarixdə 4000 manat, N000 manat, N000 manat, xx.xx.N0NN-ci il tarixdə 500 manat, N000 manat, 1500 manat məbləğində ödəniş edilmişdir (cild 3, i.v. 18-N4); cinayət işinin icraata qəbul edilməsi haqqında 1N dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (cild 3, i.v. N6); zərərçəkmiş şəxs qismində tanınma haqqında N1 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. N8); götürmə və baxış keçirilməsi haqqında N1 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 təqdim etdiyi söhbətləşmə zamanı qeydə alınmış səs yazıları köçürülmüş “DVD-R” diskinə baxış keçirilmiş və həmin səs yazıları zamanı Zərərçəkmiş şəxs9 arvadının işə qəbul olunması, həmçinin işə qəbulla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çatdırılması, eləcə də işin alınmaması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxs9 təqdim etdiyi söhbətləşmə zamanı qeydə alınmış səs yazıları köçürülmüş “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. 36-36a); zərərçəkmiş şəxs qismində tanınma haqqında N1 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 37); götürmə və baxış keçirilməsi haqqında N1 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” diskinə baxış keçirilmiş, həmin yazışma və səsli mesajlar zamanı Zərərçəkmiş şəxs10 Müdafiə Nazirliyinin balansından mənzil verilməsi, həmçinin bununla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çaldırılması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxs10 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. 45-59); zərərçəkmiş şəxs qismində tanınma haqqında N5 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 60); zərərçəkmiş şəxs qismində tanınma haqqında N1 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1N ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 7N); hadisə yerinə baxış keçirilməsi haqqında N9 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs 1N000 manat məbləğində pulu verdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Space” TV-nin qarşısında yerləşən “Araz” marketin yanına baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 3, i.v. 1N1-1NN); zərərçəkmiş şəxs qismində tanınma haqqında NN dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 1N3); zərərçəkmiş şəxs qismində tanınma haqqında N3 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 135); götürmə və baxış keçirilməsi haqqında N3 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” diskinə baxış keçirilmiş və həmin yazışma və səsli mesajlar zamanı Zərərçəkmiş şəxs14 qızı XN7 Rabitə və Texnologiyalar Nazirliyində hər hansı bir vəzifəyə işə düzəldəcəyi, həmçinin bununla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çatdırılması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxs14 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. 143-153); N7 dekabr N0NN-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs8 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 3, i.v. 159- 161); N7 dekabr N0NN-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və şahid X45 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 3, i.v. 16N-164); N7 dekabr N0NN-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs11 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 3, i.v. 165-167); N7 dekabr N0NN-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs9 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 3, i.v. 168- 170); N7 dekabr N0NN-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs14 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 3, i.v. 171-173); zərərçəkmiş şəxs qismində tanınma haqqında N9 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 174); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında N9 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Nümayəndə1 ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs15 nümayəndəsi qismində tanınmışdır (cild 3, i.v. 177); götürmə və baxış keçirilməsi haqqında N9 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” diskinə baxış keçirilmiş və həmin yazışma və səsli mesajlar zamanı Zərərçəkmiş şəxs15 Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul etdirəcəyi, həmçinin bununla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çatdırılması, eləcə də işin alınmamasından sonrakı dövrdə ziyanın qaytarılması istiqamətində söhbətlər aparılmışdır. Zərərçəkmiş şəxs15 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. 185-186); hadisə yerinə baxış keçirilməsi haqqında 13 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs 4500 manat məbləğində pulu verdiyi ünvana baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 3, i.v. 197-198); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 31 dekabr N0NN-ci il tarixli qərardan görünür ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. N08); götürmə və baxış keçirilməsi haqqında 31 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və bir-birilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” diskinə, eləcə də ödəniş qəbzinin surətinə baxış keçirilmiş və həmin yazışma və səsli mesajlar zamanı zərərçəkmiş şəxs Şahid1 övladı X18 hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə qəbul etdirəcəyi, həmçinin bununla bağlı pul vəsaitinin Təqsirləndirilən şəxs çatdırılması istiqamətində söhbətlər aparılmışdır. Şahid1 təqdim etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmanın surətini və birbirilərinə göndərmiş olduqları səsli mesajların qeydə alındığı “DVD-R” diski, eləcə də ödəniş qəbzinin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. N16-NN0); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 yanvar N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə ona ittiham elan edilmişdir (cild 3, i.v. NN9-N3N); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 yanvar N0N3-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 3, i.v. N44-N45); cinayət işinin icraata qəbul edilməsi haqqında 08 fevral N0N3-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (cild 4, i.v. N3- N5); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 fevral N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. N9); ifadənin yerində yoxlanılması haqqında 1N fevral N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs16 1100 (min yüz) manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki 4 yol ayrıcı adlanan yerləşən lombard ofisində Təqsirləndirilən şəxs verməsi ilə bağlı hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilməmişdir (cild 4, i.v. 40-4N); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 17 fevral N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 4, i.v. 46-49); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 17 fevral N0N3-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 4, i.v. 61-63); cinayət işinin icraata qəbul edilməsi haqqında 17 fevral N0N3-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (cild 4, i.v. 7N- 73); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında N7 mart N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri (cild 4, i.v. 83-87); cinayəti törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında 0N may N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində tutulmuşdur (cild 4, i.v. 109-110); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 04 may N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 4, i.v. 113-116); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-461/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (cild 4, i.v. 141-150); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 04 may N0N3-cü il tarixli qərardan görünür ki, NümayəndəN ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 4, i.v. 153); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 08 may N0N3-cü il tarixli qərardan görünür ki, X53 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 4, i.v. 157); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-614/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 0N ay olmaqla, 19 oktyabr N0N3-cü il tarixədək uzadılmışdır (cild 4, i.v. 175-178); cinayət işinin icraata qəbul edilməsi haqqında NN avqust N0N3-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (cild 4, i.v. 180); cinayət işinə materialın birləşdirilməsi haqqında 08 sentyabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edilərək pul vəsaitinin ələ keçirilməsi barədə daxil olmuş material üzrə baş vermiş hadisə Təqsirləndirilən şəxs tərəfindən törədildiyindən həmin material ********* saylı cinayət işinə birləşdirilmişdir (cild 4, i.v. N00); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. N18); götürmə və baxış keçirilməsi haqqında N1 dekabr N0NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 təqdim etdiyi Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səs yazısı, həmçinin Abbas Abbasimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon danışığının video görüntüsü olan DVD diskinə baxış keçirilmiş və həmin səs yazısı və video görüntü zamanı Zərərçəkmiş şəxs17 qızma mənzil verilməsi ilə bağlı işin alınmaması səbəbindən pul vəsaitinin tez bir zamanda Təqsirləndirilən şəxs tərəfindən qaytarılmalı olması barədə danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs17 təqdim etdiyi “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 4, i.v. NN7-NN8); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 sentyabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. NN9); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə istintaq olunan N30040531, NN0116N00, NNN0N6377, ********* saylı cinayət işləri Binəqədi RPİ-nin icraatındadır (cild 4, i.v. N36); zərərçəkmiş şəxs qismində tanınma haqqında N0 sentyabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. N37); götürmə və baxış keçirilməsi haqqında NN sentyabr N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 təqdim etdiyi Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səs yazısı, həmçinin keçirilmiş görüşlər zamanı yazılmış səs yazıları, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazılmış mesajların mətnlərinə baxış keçirilmiş və həmin səs yazıları və mesaj mətnləri zamanı Zərərçəkmiş şəxs13 işə qəbul edilməsi və bununla bağlı işin alınmaması səbəbindən pul vəsaitinin tez bir zamanda Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmalı olması barədə danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs13 təqdim etdiyi səs yazılarının olduğu bir ədəd “DVD-R” disk və “Whatsapp” mesajlaşma proqramı vasitəsilə yazılmış mesajların mətnləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, i.v. 10N-108; cild 5, i.v. 1-8); 11 oktyabr N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 və Zərərçəkmiş şəxs4 aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 5, i.v. N7- 31); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-78N/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 0N ay olmaqla, 19 dekabr N0N3-cü il tarixədək uzadılmışdır (cild 5, i.v. 46-5N); 17 noyabr N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 5, i.v. 73-74); 18 noyabr N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1N və Təqsirləndirilən şəxs aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 5, i.v. 75-76); N9 noyabr N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 və Təqsirləndirilən şəxs aralarında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 5, i.v. 83-84); Zərərçəkmiş şəxs4 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi **********699 saylı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 5, i.v. 86); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsN0 İntizami oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 5, i.v. 88); sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 07 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməllərinin Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə tövsif edilməsi doğru hesab edilmiş, ona CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 178.3.N, 310, 3N.4, 31N-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15 qızı və Zərərçəkmiş şəxs19 əməlində AR CM-nin N9, 31N-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, N8 noyabr N0NN-ci il tarixli protokol əsasında ŞahidN, N1 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs9, N1 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs15, N3 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs14, N9 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs10, 31 dekabr N0NN-ci il tarixli protokol əsasında Şahid1, 09 sentyabr N0N3-cü il tarixli protokol əsasında Zərərçəkmiş şəxs17, NN sentyabr N0N3-cü il tarixli protokol əsasında Zərərçəkmiş şəxs13 götürülmüş 08 ədəd “DVD-R” disk və N7 oktyabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs9, N1 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs10, N1 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs15, N3 dekabr N0NN-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs14, 31 dekabr N0NN-ci il tarixli protokol əsasında Şahid1, N0 may N0N3cü il tarixli protokol əsasında Zərərçəkmiş şəxsN, NN sentyabr N0N3-cü il tarixli protokol əsasında Zərərçəkmiş şəxs13 götürülmüş “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazılmış mesajların mətnləri maddi sübut hesab edilmiş və cinayət işin əlavə edilmişdir (cild 5, i.v. 96-137); cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 07 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqla araşdırılan şəxslər barəsində CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 5, i.v. 139-141); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 08 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 5, i.v. 150-156); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-98N/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 03 yanvar N0N4-cü il tarixədək uzadılmışdır; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 5000 manat, Zərərçəkmiş şəxs6 4000 manat və Şahid1 4500 manat məbləğində ziyan vurulmasıni etiraf edir və həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs9 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs19 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.N019-cu il təvəllüdlü X31 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat məbləğində, Zərərçəkmiş şəxsN 5000 (beş min) manat məbləğində, Zərərçəkmiş şəxs3 N500 (iki min beş yüz) manat məbləğində, Zərərçəkmiş şəxs8 N0000 (iyirmi min) manat məbləğində, Zərərçəkmiş şəxs10 10015 (on min on beş) manat məbləğində, Zərərçəkmiş şəxs11 31000 (otuz bir min) manat məbləğində, Zərərçəkmiş şəxs1N 10000 (on min) manat məbləğində, Zərərçəkmiş şəxs16 1100 (bir min yüz) manat məbləğində və Zərərçəkmiş şəxs17 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmaması və etibarlarından suiistifadə edərək onları aldatmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qızı X39 Təhsil Nazirliyində hər hansı vəzifəyə işə düzəldəcəyinə; Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 170 saylı uşaq bağçasına müəllim vəzifəsinə işə düzəldəcəyinə; Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 170 saylı uşaq bağçasına müəllim köməkçisi vəzifəsinə işə düzəldəcəyinə; Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ona X1Nnu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirəcəyinə, həmçinin Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə; Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin balansından mənzil verilməsinə; Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ona oğlu X34 Bakı şəhərində fəaliyyət göstərən məhkəmələrin birinə hakim köməkçisi, oğlunun arvadı X15 isə 86 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldəcəyinə; Zərərçəkmiş şəxs1N Təqsirləndirilən şəxs onu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hər hansı bir vəzifəyə işə düzəldəcəyinə; Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs ona oğlu X38 hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Milli Qvardiyasının hərbi hissələrindən birinə qəbul etdirəcəyinə; Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən sosial evlər layihəsindən mənzil verdirəcəyinə dair vəd verməsini, lakin sonuncu tərəfindən verilən vədlərə əməl edilmədiyini və pullarının geri qaytarılmadığını qeyd edərək, Təqsirləndirilən şəxs bu minvalla onların etibarlarından sui-istifadə etdiyini və onlara maddi ziyan vurmaqla pullarını ələ keçirdiyini bildirmişlər. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş ŞahidN, Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında verdikləri ifadələri ilə də Təqsirləndirilən şəxs dələduzluq əməli törədərək zərərçəkmiş şəxslərə maddi ziyan vurması sübuta yetirilmiş və bununla da zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini bir daha tapmışdır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət etdiyini hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart N0NN-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.N-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.N-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.N-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 4N və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.N.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Şahid1 oğlu X18 hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4500 (dörd min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Şahid1 14 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən lombardda N500 (iki min beş yüz) manat, 15 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti N7 ünvanında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 500 (beş yüz) manat, 08 oktyabr N0NN-ci il tarixdə ünvan NN ünvanında yerləşən “Şəhidlər xiyabanı”nın qarşısında 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 4500 (dörd min beş yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Şahid1 ziyan vurmaqla dələduzluq etməsinə dair XİV epizod üzrə, həmçinin onun xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 Müdafiə Nazirliyinin Tikinti-Təchizat Mərkəzində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4000 (dörd min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs6 N4 oktyabr N0NN-ci il tarixdə ünvan 15 ünvanında yerləşən “Metro park” ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, N0NN-ci ilin noyabr ayının ikinci on günlüyündə ünvan 16 ünvanında yerləşən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qarşısında N500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ziyan vurmaqla dələduzluq etməsinə dair XVİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, ittiham aktında qeyd olunan XİV və XVİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 0N (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin N0NN-ci ilin oktyabr və noyabr ayında baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan əlavə, məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs16 1100 (min yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etməsinə dair XVİİ epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodun xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 44.N-ci maddəsinə əsasən həmin epizod üzrə cəza təyin edilməməli, bu hal təqsirləndirilən şəxsə ümumilikdə cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.N-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında N5 iyun N003-cü il tarixli qərarının N-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs19 Zahiq qızı ilə barışıq əldə etməsini və onlara dəymiş ziyanı tam olaraq ödəməsini CM-59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun N015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan” məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.N-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 0N may N0N3-cü il tarixdən 04 may N0N3-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 0N (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), ittiham aktında qeyd olunan XİV və XVİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, XVİİ epizod üzrə CPM-nin 44.N-ci maddəsinə əsasən cəza təyin edilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.N), cəzasının əvvəli NN may N0N3-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən ŞahidN, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Şahid1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13 götürülmüş 08 ədəd “DVD-R” diskin və Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs13 götürülmüş “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazılmış mesajların mətnlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır (CPM-13N). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddia ərizələrinə münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs15 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialar təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N4 dekabr N0N1-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.N-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: N1.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs10 mülki iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 10030 manat məbləğində pul vəsaitinin və 1N0,09 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 10030 manat məbləğində maddi ziyan vurması təsdiq edildiyindən, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 10030 (on min otuz) manat məbləğində pul vəsaiti və mülki iddianın verilməsi üçün ödənilmiş 1N0,09 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməlidir. Bundan əlavə, iş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs15 mülki iddia ilə məhkəməyə müraciət edərək ona mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş 1N000 (on iki min) manat pulun tutulub ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs15 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 1N000 manat məbləğində maddi ziyan vurması təsdiq edildiyindən, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 1N000 (on iki min) manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs15 xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.N-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxsN0 İntizami oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.N-ci maddəsi tətbiq olunmaqla 0N (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən XN1 0N may N0N3-cü il tarixdən 04 may N0N3-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 0N (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 0N (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Şahid1 oğlu X18 hərbi xidmət keçmək üçün Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4500 (dörd min beş yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından suiistifadə edərək bu adla Şahid1 14 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən lombardda N500 (iki min beş yüz) manat, 15 sentyabr N0NN-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti N7 ünvanında yerləşən ödəniş terminalından özünə məxsus kart hesabına köçürmə vasitəsilə 500 (beş yüz) manat, 08 oktyabr N0NN-ci il tarixdə ünvan NN ünvanında yerləşən “Şəhidlər xiyabanı”nın qarşısında 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 4500 (dörd min beş yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Şahid1 ziyan vurmaqla dələduzluq etməsinə dair XİV epizod üzrə, həmçinin onun xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mülki işçi vəzifəsində qulluq edərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 Müdafiə Nazirliyinin Tikinti-Təchizat Mərkəzində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 4000 (dörd min) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs6 N4 oktyabr N0NN-ci il tarixdə ünvan 15 ünvanında yerləşən “Metro park” ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, N0NN-ci ilin noyabr ayının ikinci on günlüyündə ünvan 16 ünvanında yerləşən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qarşısında N500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ziyan vurmaqla dələduzluq etməsinə dair XVİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli NN may N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 10030 (on min otuz) manat və dövlət rüsumuna görə 1N0.09 (yüz iyirmi manat doqquz qəpik) manat olmaqla, ümumilikdə 10150.09 (on min yüz əlli manat doqquz qəpik) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs10 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 1N000 (on iki min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs15 xeyrinə ödənilsin. İş üzrə maddi sübut - ŞahidN, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Şahid1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13 götürülmüş 08 ədəd “DVD-R” diskin və Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs13 götürülmüş “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazılmış mesajların mətnlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs14, Şahid1, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxsN0 İntizami oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan N0 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar