Məhkəmə qərarları › İş №1(011)-170/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-170/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-170/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən qarajın giriş qapısının üzərində olan qıfılı sındıraraq qaraja qanunsuz daxil olub oradan dəyəri 50 manat olan “Ford Transit” markalı avtomobilə aid 30 ədəd disk, dəyəri 80 manat olan “Ford Transit” markalı avtomobilə aid 30 ədəd təkər, dəyəri 100 manat olan “Ford Transit” markalı avtomobilə aid 3 ədəd arakəsmə dəmir, dəyəri 100 manat olan 2 ədəd “Mercedes Sprinter” markalı avtomobilə aid arakəsmə dəmir, 4 metr uzunluğunda 1 ədəd 250 manat dəyərində “Mercedes Benz” markalı yük avtomobilinə aid yük yeri döşəməsinin dəmiri, dəyəri 70 manat olan “Ford Transit” markalı avtomobilə aid 3 ədəd qabaq fara, dəyəri 40 manat olan “Ford Transit” markalı avtomobilə aid 6 ədəd yan güzgü, dəyəri 50 manat olan 2 ədəd təkər qaldırıcı qurğu, dəyəri 300 manat olan “Ford Transit” markalı avtomobilə aid 2 ədəd soyuducu qurğu, dəyəri 40 manat olan “Ford Transit” markalı avtomobilə aid 4 ədəd resor, 40 manat dəyərində 1 ədəd “Ford Transit” markalı avtomobilə aid soba, 70 manat dəyərində 1 ədəd “Ford Transit” markalı avtomobilə aid sükan çarxı və dəyəri 50 manat olan “Ford Transit” markalı avtomobilə aid 3 ədəd radiatoru həmin qarajdan hissə-hissə çıxararaq gizli olaraq talayıb yaxınlıqda yerləşən giriş qapısı açıq olan digər qaraja yığmaqla ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 6220 (altı min iki yüz iyirmi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, “Covid 19” pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı olaraq işlər dayandığı üçün heç bir yerdə işləmirmiş və maddi cəhətdən sıxıntı çəkirmiş. Buna görə də maddi ehtiyaclarını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 14 ünvanında yerləşən qarajlar adlanan yerə gəlmişdir. Həmin ərazidə 2 cərgədə olmaqla çoxsaylı qarajlar yerləşir. Həmin vaxt orada yerləşən qarajlardan hansından oğurluq edə biləcəyini yoxlamaq üçün qarajların üzərində olan qıfılları nəzərdən keçirmişdir. Qarajlardan birinin qıfılını asanlıqla sındıra biləcəyini düşünüb yerdən götürmüş olduğu dəmir parçasını qıfılın arasına salıb qanırmaqla qıfılı sındırmış və qapını açıb qarajın içərisinə daxil olmuşdur. Bu zaman üzərində olan özünə məxsus mobil telefonun fanarını yandırıb qarajın içərisinə nəzər salan zaman orada müxtəlif avtomobil ehtiyat hissələrinin və təkər şinlərinin olmasını görmüşdür. Buna görə də həmin ehtiyat hissələrini və təkər şinlərini qarajdan oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra tək olaraq qarajda olan 30 ədəd dəmir diski, 30 ədəd təkər şinini, yük avtomobilinə məxsus 5 ədəd arakəsmə dəmiri, 1 ədəd yük yerinin döşəmə dəmirini, 6 ədəd yan güzgünü, 3 ədəd avtomobil radiatorunu, 2 ədəd avtomobil soyuducusunu, 3 ədəd faranı, 2 ədəd təkər qaldırıcı qurğunu (domkrat), 4 ədəd resoru, 1 ədəd soba və 1 ədəd sükan çarxını hissə-hissə olmaqla qarajdan çıxarmışdır. Daha sonra həmin qarajla üzbəüzdə təxminən 10-15 metr məsafədə yerləşən üzərində “satılır” sözü yazılmış qarajın boş ola biləcəyini düşünüb həmin qaraja yaxınlaşmışdır. Qarajın qapısının üzərində olan qıfılını da həmin dəmir parçası ilə sındırmışdır. Həmin qarajın qapısını açıb əvvəlki qarajdan oğurladığı avtomobil ehtiyat hissələrinin bəzilərini həmin qaraja yığmışdır. Təxminən 2 saat müddətində ehtiyat hissələrinin hamısını tək olaraq qaraja yığmışdır. Təkər şinlərini isə yaxında olan ağacın kənarına yığmışdır. Həmin qarajın qapısına oğurladığı qarajın qıfılını keçirməklə qapını örtüb yaşadığı ünvana getmişdir. Səhər saat 08:30 radələrində oğurladığı ehtiyat hissələrini satmaq məqsədi ilə yaşadığı ünvandan çıxıb oğurladığı əşyaları yığdığı qarajın yanına getmişdir. Yolda olan zaman onunla bir məhəllədə yaşayan tanışı Elnur Əsgərovu görüb onunla görüşmüşdür. Söhbət zamanı Elnura yaxınlıqda yerləşən özünə məxsus qarajın olduğunu, həmin qarajda təmizlik işləri gördüyünü, orada olan əşyaları çıxarıb metal qəbulu məntəqəsinə aparmaqda ona köməklik etməsini xahiş etmişdir. Elnur da aralarında olan qonşuluq və yoldaşlıq münasibətinə görə təmənnasız ona köməklik edəcəyini bildirib etiraz etməmişdir. Bundan sonra Elnurla birlikdə oğurladığı əşyaları yığdığı qarajın qarşısına gəlmişdirlər. O oğurladığı avtomobil ehtiyat hissələrini aparmaq üçün “Ukrayna dairəsi”nə getmiş və orada dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford Transit” markalı avtomobili saxlatmış və sürücüsü ilə avtomobil ehtiyat hissələrini metal qəbulu məntəqəsinə aparmaq üçün 30 manata razılaşmışdırlar. Bundan sonra “Ford Transit” markalı avtomobillə oğurlayıb əşyaları gizlətdiyi qarajın qarşısına gəlmişdirlər. Orada Elnurla birlikdə metaldan olan avtomobil ehtiyat hissələrini həmin yük avtomobilinə yükləmişdirlər. Oğurladığı 3 ədəd avtomobilə məxsus fara, 6 ədəd yan güzgü isə plastmas olduğu üçün onları götürməyib qarajda saxlamışdır. Oğurladığı avtomobil təkər şinləri və digər avtomobil ehtiyat hissələri yük avtomobilinə yerləşmədiyindən və bəziləri yararsız və çox istifadə olunmuş vəziyyətdə olduğuna görə təkər şinlərini ağacın yanında saxlamış, digər ehtiyat hissələrini də qarajda qoymuşdur. Daha sonra həmin yük avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmişdirlər. Orada oğurladığı avtomobil ehtiyat hissələrini metal qəbulu məntəqəsində işləyən şəxsə özünə məxsus olduğunu bildirib dəmir məmulatı olaraq satmışdır. Metal qəbulu məntəqəsində işləyən şəxs gətirilmiş metalları tərəzidə çəkmiş və metalın ümumilikdə təxminən 300 kq olması müəyyən edilmişdir. Həmin ehtiyat hissələrinə görə metal qəbul edən şəxs ona 175 manat məbləğində pul vermişdir. O həmin puldan 30 manatını yük avtomobilinin sürücüsünə vermişdir. Bundan bir neçə gün sonra oğurladığı 03 ədəd avtomobil farasını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “avtomobil bazarı” adlanan bazarda tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 15 manata satmışdır. Oğurladığı avtomobilin yan güzgülərini isə zədəli və çox istifadə olunmuş vəziyyətdə olmasına görə satmayaraq qarajda saxlamışdır. Təkər şinləri isə əvvəldən onları yığmış olduğu ağacın yanında qaldı və onların sonrakı taleyi ilə maraqlanmamışdır. Avtomobil ehtiyat hissələrinin satışından əldə etdiyi bütün pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan qarajdan konkret olaraq 30 ədəd dəmir disk, 30 ədəd təkər şini, 5 ədəd arakəsmə dəmir, 1 ədəd yük yerinin döşəmə dəmirini, 6 ədəd yan güzgü, 3 ədəd fara, 3 ədəd avtomobil radiatoru, 2 ədəd təkər qaldırıcı qurğu, 2 ədəd soyuducu qurğu, 4 ədəd resor, 1 ədəd soba və 1 ədəd sükan çarxı oğurlamışdır. Qeyd etdiklərindən başqa oğurluq etdiyi qarajdan avtomobilə aid digər hər hansı bir ehtiyat hissə və başqa əmlak oğurlamamışdır. Qarajdan oğurladığı avtomobil təkər şinləri əvvəlcə yük avtomobilinə yerləşmədiyindən, digər avtomobil ehtiyat hissələrinin bəziləri xarici görkəmdən çox istifadə olunmuş vəziyyətdə göründüyünə və yararsız vəziyyətdə olduğu üçün onların arxası ilə getməmiş və ümumiyyətlə maraqlanmamışdır. Sonuncu dəfə digər avtomobil ehtiyat hissələrinin bəzilərini isə oğurladığı ehtiyat hissələrini yığdığı qarajda saxlamışdır. 30 ədəd təkər şini isə əvvəldən yığdığım ağacın yanında qalmış və onlarla sonradan maraqlanmamışdır.Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay müddət olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsindəki «Qartal» abidəsinin yanında qeyri-yaşayış sahəsində yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Həmin metal qəbulu məntəqəsində müxtəlif növ metal məmulatlarının topdan qiymətə qəbulunu həyata keçirir. Metal qəbulu məntəqəsində adına olan «VÖEN» əsasında fəaliyyət göstərir. 2022-ci ilin sentyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə əvvəllər tanımadığı və görmədiyi, təxminən 45-50 yaşlarında olan bir nəfər şəxs metal qəbulu məntəqəsinə gələrək özünə məxsus olan qarajda saxladığı yük avtomobilinə aid təxminən 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsməni və dəmirdən olan digər ehtiyat hissələrini satmaq istədiyini bildirmişdir. Həmin şəxs disk, dəmir arakəsmələr və digər dəmir ehtiyat hissələrinin özünə məxsus olmasını bildirib metal olaraq satmaq istəməsini bildirmişdir. Həmin şəxsin yanında əvvəllər tanımadığı və görmədiyi, bir nəfər təxminən 40-45 yaşlarında olan şəxs var imiş. Onlar təxminən 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsməni və dəmirdən olan digər ehtiyat hissələrini dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobili ilə gətirmişdirlər. Həmin şəxsin gətirmiş olduğu təxminən 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsməni və dəmirdən olan digər ehtiyat hissələrini iri həcmli tərəziyə qoyub dəmir məmulatı olaraq çəkiylə hesablamışdır. Hesablama nəticəsində həmin şəxsin gətirmiş olduğu təxminən 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsməni və dəmirdən olan digər ehtiyat hissələrinin ümumi çəkisinin 380 kq olması müəyyən olunmuşdur. Dəmir məmulatının 1 kiloqramının dəyəri 0,47 qəpikdən olduğundan hesablama aparıb həmin şəxsə 178 manat məbləğində pul vermişdir. Bundan sonra həmin şəxs yanındakı şəxslə birlikdə «Qazel» markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdırlar. Alqı-satqı ilə bağlı aralarında hər hansı bir sənədləşmə olmamışdır. Dəmir məmulatlarının qəbulu ilə bağlı özünün metal qəbulu ilə bağlı kitabında qeydiyyat aparmışdır. Həmin kitabın müvafiq vərəqinin kserosurətini istintaqa təqdim etmişdir. Təxminən 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsmə və dəmirdən olan digər ehtiyat hissələrinin cinayət yolu ilə ələ keçirildiyini bilməmişdir. Həmin şəxs bütün disklər, arakəsmələr və dəmirdən olan digər ehtiyat hissələrini özünə məxsus olmasını bildirməklə ona satmışdır. 25-30 ədəd diski, yük avtomobilinə aid təxminən 5-6 ədəd dəmir arakəsmə və dəmirdən olan digər ehtiyat hissələrinin cinayət yolu ilə ələ keçirildiyini bilsəydi almayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan qaraj ona məxsusdur. Həmin qaraj 1986-cı ildən qeyri-yaşayış sahəsi olaraq adına sənədləşdirilmişdir. Qarajı əvvəlki illərdə müxtəlif şəxslərə icarəyə vermişdir. Lakin son 6-7 ay müddətində həmin qaraj icarədə olmamışdır. Həmin qarajdan son vaxtlarda istifadə olunmadığına görə özü də qaraja nəzarət üçün getməmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında qaraja baş çəkib yoxlamışdır. Qarajın içərisi tam olaraq boş vəziyyətdə olmuş və içərisində ona və kiməsə məxsus əmlak olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə günorta saatlarında həmin qarajı icarəyə vermək üçün ünvan 3 ünvana gəlmişdir. Qaraja yaxınlaşanda qarajın giriş qapısının qıfılının sındırıldığını və qapıya digər qıfılın sadəcə keçirildiyini aşkar etmişdir. Qarajın içərisində daxil olmaqdan ehtiyatlandığından ərazi üzrə Xətai RPİ-nin 35-ci PB-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşlarının işitirakı ilə həmin qarajın qarşısına gəlmişdir. Polis əməkdaşlarının iştirakı ilə qapını açıb içəri daxil olduqda qarajın içərisində hansısa avtomobilə aid 6 ədəd yan güzgünün olmasını görmüşdür. Həmin əşyaların ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları da həmin 6 ədəd yan güzgünü maddi sübut kimi götürmüşdürlər. Hadisə nəticəsində sadəcə ona məxsus olan qarajın giriş qapısının qıfılı sındırılmışdır. Qarajın içərisindən ona məxsus hər hansı bir əmlak oğurlanmamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Həmçinin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmə iclaslarında iştirak etməməsini üzrlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsində 14/16 ünvanında qarajı var və həmin qarajdan saxlanc yeri kimi istifadə edir. “Ford Transit” markalı avtomobillərin satışı ilə məşğul olur və həmin avtomobilə məxsus ehtiyat hissələrini həmin qarajda saxlayır. 08 sentyabr 2022-ci il tarixdə özünə məxsus “Ford Transit” markalı avtomobilin ehtiyat hissələrini həmin qaraja aparıb qarajın giriş qapısının qarşısına yığmış və qarajın qapısını çöl tərəfdən qıfılla bağlayıb getmişdir. 09 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində avtomobil ehtiyat hissələrini saxladığı qaraja baş çəkməyə gedən zaman qarajın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan şübhələnib qaraja daxil olan zaman orada saxladığı avtomobil ehtiyat hissələrinin oğurlandığını aşkar etmişdir. Bundan sonra qarajdan dəqiq olaraq nələrin götürüldüyünü dəqiqləşdirmişdir. Nəticədə qarajdan 1 ədədi 50 manat 30 ədəd “Ford Transit” markalı avtomobilə məxsus diskin, 1 ədədi 80 manat olan 30 ədəd “Ford Transit” markalı avtomobilə məxsus təkər şininin, 1 ədədi 100 manat olan 3 ədəd “Ford Transit” markalı avtomobilə məxsus arakəsmə dəmirin, 1 ədədi 100 manat olan 2 ədəd “Mercedes Sprinter” markalı avtomobilə məxsus arakəsmə dəmirin, 1 ədəd 250 manat dəyərində 4 metr uzunluğunda “Mercedes Benz” markalı yük avtomobilinə məxsus yük yerinin döşəmə dəmirinin, 1 ədədi 70 manat olan 3 ədəd “Ford Transit” markalı avtomobilə məxsus qabaq faranın, 1 ədədi 60 manat olan 6 ədəd “Ford Transit” markalı avtomobilə məxsus yan güzgülərin, 1 ədədi 50 manat olan 2 ədəd qaldırıcı qurğunun, 1 ədədi 300 manat olan 2 ədəd soyuducu qurğunun, 1 ədədi 40 manat olan 4 ədəd “Ford Transit” markalı avtomobilə məxsus resorun, 1 ədəd 40 manat dəyərində “Ford Transit” markalı avtomobilə məxsus peçin, 1 ədəd 70 manat dəyərində “Ford Transit” markalı avtomobilə məxsus rolun şturvalını və 1 ədədi 50 manat olan 3 ədəd “Ford Transit” markalı avtomobilə məxsus radiatorun oğurlandığını müəyyən etmişdir. Daha sonra Xətai RPİ-nin 35-ci PB-yə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 6340 manat maddi ziyan dəymişdir. Oğurlanmış «Ford Transit» markalı ehtiyat hissələrinin hamısı «Ford Transit» və digər yük avtomobillərinə məxsus bəziləri çox, bəziləri isə az işlənmiş vəziyyətdə olan ehtiyat hissələri olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ********* nömrəli cinayət işi başlanılmışdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin məsul növbətçisinin raportundan görünür ki, 10 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, “Ford Transit” markalı avtomabilin ehtiyat hissələrini Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən qarajdan oğurlanmasını bildirmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 18:00-da çübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli, 4(011)-552/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus qarajdan baş vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus qaraja baxış keçirilmiş və Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq əməlini hadisə yerində əyani olaraq göstərməklə təsvir etmişdir. Maddi sübut əhəmiyyəti kəsb edən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Ford Transit» markalı yük avtomobilinə aid işlənmiş vəziyyətdə olan 6 ədəd yan güzgüyə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və Faiq Murad həmin yan güzgülərin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 12 radələrinə kimi olan müddət ərzində ünvan 2 ünvanda yerləşən qaraja yerləşdirdiyi “Ford Transit” markalı avtomobilə məxsus ehtiyat hissələrindən olan oğurlanmış yan güzgülər olduğunu təsdiqləmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2022-ci il tarixli 9/8153 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 06 ədəd üzərində qüsurlar olan (şüşəsi qırılmış, arxa gövdələri zədəli) “Ford Tranzit” markalı avtomobilə məxsus yan güzgülərin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 240,00 (6x40m) manat müəyyən olunmuşdur. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, «Ford Transit» markalı yük avtomobilinə aid istifadədə olmuş 6 ədəd yan güzgü maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, təyin olunmuş 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq, 4 (dörd) il müddətinə endirilmiş və 04 sentyabr 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan doğun haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası X3r. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Kanran Vahabovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - «Ford Transit» markalı yük avtomobilinə aid istifadədə olmuş 6 ədəd yan güzgü sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus «Ford Transit» markalı yük avtomobilinə aid istifadədə olmuş 6 ədəd yan güzgü sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar