Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-170/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X14, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X21 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X9 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1974-cü il təvəllüdlü X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək G.A.Adışirinovanın həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək F.Y.Adışirinovun həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2001-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək İ.F.Adışirinovun həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1987-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək R.B.Borcəliyevin həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 fevral 2024-cü tarixdə saat 09:30-da Bakı şəhərində bu xüsusi ittiham qaydasında şikayətin tərtib olunması başlanmışdır. O, Azərbaycan Tibb Universitetindən məzun olmuşdur. Kanadanın “Makmaster” Universitetində rezidentura təhsili almışdır. Həmçinin, o, Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət etmiş və ehtiyatda olan tibb xidməti kapitanıdır. Eyni zamanda, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. Hal- hazırda Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən Kəpəz Hospitalda ("xxxx" MMC-də) göz həkimi vəzifəsində işləyir. Onu da qeyd edir ki, sosial internet şəbəkələrində və teleradio kanallarında o, “X29” kimi tanınmışdır. X4 və X5 onun barəsində “Gülşən Adışirinovanın gözlərinin düzgün əməliyyat olunmaması nəticəsində sol gözünün görməməsi” barədə Nəsimi rayon prokuroruna etdikləri şikayətlər əsasında Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlının xx.xx.2023-cü il tarixli, 366c-23 nömrəli qərarı əsasında AR SN “Məhkəmə Tibbi Ekspertiza və X17” PHŞ 652/KEŞ nömrəli xx.xx.2023-cü - xx.xx.2023-cü il tarixləri arasında aparılmış G.A.Adışirinovanın məhkəmə-tibbi ekspertizası üzrə ekspert rəyinə əsasən Gülşən Adışirinovanın aparılmış müayinələri təyin olunmuş diaqnoza uyğun olmuşdur və Gülşən Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Bundan başqa X4 özünün Nəsimi rayon prokurorluğuna təqdim etdiyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən də onun G.A.Adışirinovanın həkimi olaraq onun sol gözü ilə əlaqədar düzgün cərrahiyyə əməliyyatı, müayinə və müalicə apardığı görünür. Beləliklə, X4 göz həkimi kimi onun təqsirsiz olduğu və Adışirinovların onun barəsində etdikləri şikayətlərin əsassız olduğu hüquqi baxımdan da sübut olunmuşdur. "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video vazı yayılmışdır və hal-hazırda da yayılır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram). Həmin video yazı birinci dəfə 28 dekabr 2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində yayılmaya başlayır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram yayılması 28 dekabr 2023). Sözügedən video yazıda əvvəldən axıradək ekranda “Növbəti həkim səhlənkarlığı” yazısı qeyd olunur. Həmin video yazıdan görünür ki, İ.Adışirinov, F.Adışirinov və G.Adışirinova “Kəpəz Hospital” Klinikasına zorla daxil olaraq Klinikada hay-küy salırlar. X11 ona qarğış edərək belə deyir: “(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi.” Bu zaman onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində X8 belə deyir: “Doktor bizə rüşvət verib, pul verib.” Daha sonra X12 belə deyir: “Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq”. “TV8” internet kanalında “Kəpəz Hospitala basqın” adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 İİİ video) yayılır. Həmin video yazı ilk dəfə 30 dekabr 2023-cü il tarixdən etibarən “TV8” internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 İİİ videonun yayılması 30 dekabr 2023). Qeyd olunan video yazıdan görünür ki, İ.Adışirinov, F.Adışirinov və G.Adışirinova “Kəpəz Hospital” Klinikasına gələrək Klinikada hay-küy salırlar. Həmin video yazının əvvəlində X8 belə deyir: “Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib”. Sözügedən video yazının davamında X11 ona qarğış edərək belə deyir: “(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, ne edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi. Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı”. Həmin video yazının sonrakı hissəsində X8 belə deyir: “Doktor bizə rüşvət verib, pul verib.” Qeyd olunan video yazının davamında X12 belə deyir: “Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq”. Sözügedən video yazının sonrakı hissəsində X11 onun barəsində belə deyir: “Məni beş dəfə kor eləyib, onun yanına gəlməsinlər, Mehriban xanım (Birinci vitse-prezident) xahiş edirəm belə həkimləri yığışdırın”. Qeyd olunan video yazının sonrakı hissəsində X8 belə deyir: “Benjamini Klinikadan rədd eləyin”. Həmin video yazının sonunda İ.Adışirinov, F.Adışirinov və G.X18 Klinikasından çıxaraq Klinikanın qabağına gəlirlər və həmin yerdə X11 onun barəsində belə deyir: “Ay millət, dünya şöhrətli göz həkimi Benjamin Kərimov ananı (Gülşən Adışirinovanı) kor eləyib, 7 aydır ana küçələrdədi”. Həmin video yazı yayıldıqdan sonra 30 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 2 – İMG_7415) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazır: “Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azər Kərimov). X32 verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini”. Bundan başqa “TV8” internet kanalında yayılır “Kəpəz Hospitala basqın” adlı video yazı, video yazı “Kanal 13 tv” internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİ video) yayılır. Həmin video yazı ilk dəfə 02 yanvar 2024-cü il tarixdən etibarən “Kanal 13 tv” internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Kanal 13 tv video yayılması 02 yanvar 2024). Eyni zamanda, X5 “TV8” internet kanalında video yazısı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk video) yayımlanır. Həmin video yazı ilk dəfə 21 dekabr 2023-cü il tarixdən etibarən “TV8” internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk videonun yayılması 21 dekabr 2023). Qeyd olunan video yazıda əvvəldən axıradək ekranda bu yazı qeyd olunur: “Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi”. Qeyd olunan video görüntüdə F.Y.Adışirinov belə deyir: “İnsanları aldadaraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor Azər Kərimov cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi rəy verib. Tibbi rəyi verəndə yazmayıblar ki, bunu kim edib, doktor Benjamin edib. Bu zaman ekranda göz şəkli və onun şəkli görüntülənir. Daha sonra F.Y.Adışirinov belə söyləyir: “İndi də deyir ki, yaxşı eləmişəm. Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (Azər Kərimovun) qohumlarına güllə atıb. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (Azər Kərimov) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmdə, Bakı Mecical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlar. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldatılır. Oğlum (İsmayıl Adışirinov) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, sən niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir”. Həmin video yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 1 - İMG_7138) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazmışdır: “Şərəfsiz Benjamin, neçə nəfər şikayətçidi bu həkimdən, bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən”. Qeyd olunan yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 1 - İMG_7140) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) digər şərhində belə yazır: “Hə Ləman xanım. Onun (Azər Kərimovun) pox işlərini təmizləyən videonu atdım sizə Vhatsappda. Siz də gəldiniz. Hər şəy qarşısında cavab verərsiz, elə sən də özün də”. Həmin video yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə İ.Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - WhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): “İnşallah mən gedəsiyəm, getmişdik yalannan dedilər yoxdu burda 6.8 olacaq onu belə buraxmaram onu zəlil edəcəm”. Qeyd olunan video görüntü yayılmağa başladıqdan sonra 21 dekabr 2023cü il tarixdə İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp İmage 2023-12-29 at 10.11.46 (16)): “Xahiş edirəm siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azər Kərimov) məhv edəyin. Bəsdir tay. Sabaha görüşəyin bu gedəyin”. WhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 14:55:01) X8 belə deyir: “Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib”. WhatsApp-da yayılan digər video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) X11 belə deyir: “Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı”. Həmin videonun davamında X12 belə deyir: “Doktor (Azər Kərimov) prokuror köməkçisi Aytən Ramazanlıya rüşvət verib”. Beləliklə, "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində yer alan video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram) X4 onun haqqında dediyi “Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi” ifadələri ilə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. X4 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayətinə uyğun gəlir. “TV8” internet kanalında “Kəpəz Hospitala basqın” adlı video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 İİİ video) G.A.Adışirinova onun haqqında dediyi “Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı. Məni beş dəfə kor eləyib, onun yanına gəlməsinlər. Ay millət, dünya şöhrətli göz həkimi Benjamin Kərimov ananı (Gülşən Adışirinovanı) kor eləyib” ifadələri ilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. X4 bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş “böhtan” cinayətinə uyğun gəlir. X12 “TV8” internet kanalında (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk video) onun barəsində “Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (Azər Kərimovun) qohumlarına güllə atıb” deməklə dolayı yolla Azərbaycanın düşməni olan ermənilərin onu qohumları olduğunu, başqa sözlə onun da erməni olduğunu söyləyir, bu isə Azərbaycan cəmiyyətində təhqir mənasında işlədilir. F.Y.Adışirinov “Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (Azər Kərimovun) qohumlarına güllə atıb” - ifadələri ilə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X5 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayətinə uyğun gəlir. X12 “TV8” internet kanalında (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk video) “Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi. İnsanları aldadaraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor Azər Kərimov cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. İndi də deyir ki, yaxşı eləmişəm. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (Azər Kərimov) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmdə, Bakı Medical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlar. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldadılır. “Oğlum (İsmayıl Adışirinov) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, sən niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir" ifadələri ilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. X5 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş “böhtan” cinayətinə uyğun gəlir. X5 “TV8” internet kanalında (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk video) və WhatsApp-da yayılan video yazısında (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) X12 “Doktor (Azər Kərimov) prokuror köməkçisi Aytən Ramazanlıya rüşvət verib” deməklə və “TV8” internet kanalında yayılan video yazısında (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 ilk video) “Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir” - deməklə onu ağır cinayət olan rüşvət vermədə (passiv rüşvətxorluqda) ittiham edərək ona böhtan atır. F.Y.Adışirinovun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş “ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayətinə uyğun gəlir. İsmayıl Adışirinov onun barəsində yazdığı aşağıda göstərilən şərhlərdə “Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azər Kərimov)” (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 2 - İMG_7415), “Şərəfsiz Benjamin, neçə nəfər şikayətçi di bu həkimdən” (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 1 - İMG_7138), “Hə Ləman xanım. Onun (Azər Kərimovun) pox işlərini təmizləyən videonu atdım sizə” (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): “Xahiş edirəm siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azər Kərimov) məhv edəyin_(Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp İmage 2023-12-29 at 10.11.46 (16)) - deməklə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X2 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayətinə uyğun gəlir. “TV8” internet kanalında “Kəpəz Hospitala basqın” adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 İİİ video) və WhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 14:55:01) X8 “Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib”, yazdığı şərhdə “X32 verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini” (Diskdə yerləşmə yeri: Lazımlı fayllar kommentlər 2 - İMG 7415), yazdığı şərhdə “bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən (Azər Kərimov)” (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlər 1 - İMG 7138) ifadələri ilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. X5 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş “böhtan” cinayətinə uyğun gəlir. "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram) və “TV8” internet kanalında yayılan eyni video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv 8 İİ video) və WhatsApp-da yayılan video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) görünür ki, X8 “Doktor bizə rüşvət verib, pul verib” - deyərək məni ağır cinayət olan rüşvət vermədə (passiv rüşvətxorluqda) ittiham edərək mənə böhtan atır. İ.F.Adışirinovun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş “ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayətinə uyğun gəlir. "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X10r. "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində yayılan həmin video yazıda ekranda göstərilən “Növbəti həkim səhlənkarlığı” yazısına və yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan qeyd olunan video yazının (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram) "xxxx" MMC-nin (X30.az) instaqram səhifəsində yayılmasına görə R.B.Borcəliyev məsuliyyət daşıyır. X7 qeyd olunan əməlləri Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinə uyğun gəlir. "xxxx" MMC-nin (Kəpəz Hospitalın) 01 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən onun əleyhinə sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar əsasında 33 nəfər pasiyentlər onun müayinə və müalicəsindən imtina etmişlər və nəticədə ona 15600 (on beş min altı yüz) manat maddi zərər dəymişdir. O, iş (xidmət) həyatı boyunca işlədiyi (xidmət etdiyi) müəssisələrdə heç vaxt intizam tenbehi almamış, yalnız medallar, fəxri fərmanlar, təşəkkürlər və mükafatlar almışdır. Ən önəmlisi, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. G.Adışirinova, F.Adışirinov, İ.Adışirinovun və R.Borcəliyevin əməlləri nəticəsində, həmçinin qeyd olunan əməllərin internet informasiya ehtiyatında, o cümlədən "xxxx" MMC-də yayılması nəticəsində onu şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunub, o, sarsıntı, iztirab keçirmiş və bununla da mənəvi təhqirə məruz qalmışdır. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi simvolik olaraq 10000 (on min) manat məbləğində qiymətləndirilməlidir. Yuxanda qeyd olunan cinayət əməllərinin X11, X12 və X8, eləcə də X15 tərəfindən törədildiyi şikayətə əlavə olunmuş video və audio yazılar, eləcə də şərhləri əks etdirən disk və sənədlər ilə sübut olunur. Bundan başqa 2023-cü ilin dekabr ayından etibarən X12, X8 və X8 ona qarşı daha da aktiv aqressiv hərəkətlər etməyə başlamışlar. Belə ki, adı çəkilən şəxslər dəfələrlə onun iş yeri olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz Hospitalına” hücum edərək ony öldürməklə hədələmişlər, “Kəpəz Hospital” təhlükəsizlik kameralarında Adışirinovların törətdikləri bu əməllərin hamısının audio və video yazısı qeydə alınmışdır. O, məzuniyyətdə olduğu üçün həmin vaxt iş yerində olmamışdır. Həmçinin, adı çəkilən şəxslər dəfələrlə şəxsi mobil telefonuna və “Kəpəz Hospital”ın telefonlarına zənglər edərək onu öldürməklə hədələyir və ondan pul tələb edirlər, həmçinin onu öldürəcəkləri barədə şəxsi mobil telefonuna mesajlar göndərirlər. Bu barədə tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət olunmuşdur. Barəsində şikayət etdiyi Adışirinovlar ailəsinin üzvləri X2 Vətən Müharibəsi iştirakçısı olduğunu iddia edərək ona qarşı rahatlıqla böhtan və təhqir cinayətlərini törədəcəklərini və toxunulmaz olduqlarını hesab edirlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X16 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X22 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X5 müdafiəçisi X3 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X7 müdafiəçisi X27 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq onun doğulduğu tarix qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-170/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-170/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver