Məhkəmə qərarları › İş №1(011)-170/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-170/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-170/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bərdə rayonu, İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bərdə rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Zümürxan ərazi dairəsi, İmamqulubəyli kəndi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istiladə edərək guya sonuncuya ünvan 1 ünvanda yerləşən 5 sol ölçüdə torpaq sahəsinə çıxarış alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə öz istifadəsində olan Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçirilmiş son səkkiz rəqəmi 2304-3874 hesab nömrəli bank kartına Zərərçəkmiş şəxs tərəfindən lelefondakı mobil tətbiqdən 29 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanda köçürülmüş 450 manat, 30 aprel 2024-cü il tarixdə həmin ünvanda eyni qaydada köçürülmüş 1.000 manat. 2024-cü ilin may ayınınl-dən 3-dək həmin ünvanda eyni qaydada hissə-hissə köçürülmüş cəmi 1.490 manat, 03 may 2024-cü il tarixdə Nizami rayonu, metronun "Neftçilər” stansiyası yaxınlığında yerləşən ‘’Rahat” supermarketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürülmüş 2.500 manat. 2024-cü ilin may ayının ortalarında ünvan 3 ünvanda mobil tətbiq vasitəsi ilə eyni kart hesabına köçürülmüş 560 manat, cəmi 6.000 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. 2024-cü ilin aprel ayında ortaq tanışlarının Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində adgünü münasibəti ilə keçirilən şənlik zamanı Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin gün danışıq zamanı Məlahət bildirmişdir ki, Bakıxanov qəsəbəsində bacısına məxsus torpaq sahəsi mövcuddur, torpaq sahəsinə etibarnaməsi var və çıxarış almaq istəyir. Abşeron rayon X6 Birliyinin üzvü olduğundan mütəmadi olaraq Abşeron Rayon İcra Hakimiyyətinə gedir və bu səbəbdən orada tanıdığı şəxslər var. Bu səbəbdən Məlahətə köməklik etmək üçün çalışacağını demişdir. Bir gün sonra ortaq tanışları Cahid və Məlahətlə birlikdə Abşeron rayon İcra Hakimiyyətinə getmişdir. Həmin gün İcranın binasının qarşısında olarkən öz dövlət rüsumu ödənişi ilə bağlı icranın işçisinin avtomobilinə əyləşmişdir. İcraya daxil olub Məlahətin torpaq sahəsinin sənədləşməsinə köməklik edilməsini də xahiş etmişdir. Torpaq sahəsinin çıxarışının alınması üçün lazım olan rüsumlar olmasını Məlahətə bildirmişdir. 29 aprel 2024-cü il tarixdə xahişi üzrə Məlahətin torpaq sahəsinin ölçüləri götürülmüşdür. Bu işin görülməsi vədi ilə Məlahətdən hissə-hissə olmaqla öz kart hesabına köçürülmə yolu ilə ümumilikdə 6.000 manat pul almışdır. Sonradan müəyyən olmuşdur ki, torpaq sahəsinin Məlahətə heç-bir aidiyyatı yoxdur və sənədləri düzgün deyil. Buna görə də Məlahətə kömək edə bilməmişdir. Əldə eldiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək ona dəyən zərərin tam şəkildə ödənildiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, 2024-cü ilin yanvar ayında Bərdə rayonuna ailə üzvlərinin qəbirlərini ziyarətə gedərkən yolda Xumar adlı xanımla tanış olmuşdur. Sonradan tanışlığı davam elmiş və mütəmadi olaraq telefonla əlaqə saxlamışlar. Həmin ilin aprel ayının sonlarında Xumar əlaqə saxlayıb bildirmişdir ki, rayondan gəlibdir və onu evinə qonaq dəvət edir. İşdən tanışı Şahid1la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Xumarın evinə qonaq getmişdir. Bir qədər vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs adlı şəxs oraya gəlmiş və Xumarın həyat yoldaşı Ziyad bildirmişdir ki, Xəyal onun tanışıdır. Danışıq zamanı qulaq şahidi olmuşdur ki, Ziyadla, Xəyal torpaq sənədləşməsi ilə bağlı danışıqlar aparırlar. Həmin vaxt bildirmişdir ki, Sabunçu rayonu, ünvan 4 ünvanda təxminən 5 sol ölçüdə içərisində köhnə tikili olan torpaq sahəsi var və həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Bu zaman Xəyal bildirmişdir ki, bu işdə kömək edə bilər, Abşeron rayonunda icra hakimiyyətində “Abidin” adlı vəzifədə işləyən tanışı var. Sabunçu icra hakimiyyətinə zəng etdirib bu məsələni həll edəcək. Təkliflə razılaşdığı üçün Xəyal bildirmişdir ki, tanışı ilə danışıb məlumat verəcək. Bir gün sonra Xəyal onunla əlaqə saxlayıb demişdir ki, tanışı “Abidin” adlı şəxslə danışıb, işin həlli üçün 12.000 manat pul lazımdır. Həmin gün iş yoldaşı Cahidlə birlikdə Xəyalla görüşüb Abşeron icra hakimiyyətinə getmişlər. İcranın binasının qarşısıda olarkən Xəyal avtomobildən düşərək bildirmişdir ki, tanışı gəlir, görüşüb Abidin müəllimin qəbuluna girəcəkdir. Bundan sonra Xəyal avtomobildən düşmüş və **-LY-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə əyləşib icranın binasının həyətinə daxil olmuşdur. Şübhələndiyi üçün Cahidə bildirmişdir ki, “Xəyal sanki bizi aldadır”. “Ford” markalı avtomobil Xəyalı düşürdükdən sonra dərhal çıxıb getmişdir. Xəyal təxminən 40 dəqiqə sonra yanlarına gəlib demişdir ki məsələni danışıb, icra hakimiyyətindən nümayəndə gələcək torpaq sahəsini ölçəcək. 29 aprel 2024-cü il tarixdə birlikdə Bakıxanovda yerləşən torpaq sahəsinə getmişlər və torpaq sahəsinin ölçüləri hesablanmışdır. Həmin vaxt Xəyal demişdir ki, “Abidin müəllim sağolsun dedi ki. bugün torpaq sahəsi miilləq ölçülməlidir”. Xəyal bildirmişdir ki, lopraq ölçüldüyü üçün 450 manat pul lazımdır. O, 450 manat pulu Xəyalın adına qeydiyyatdan keçmiş son səkkiz rəqəmi 2304-3874 olan kart hesabına köçürmüşdür. Bir gün sonra Xəyal zəng edib demişdir ki,” sənəd üçün pulu ödəmək lazımdır”. Xəyala bildirmişdir ki, karlında 1.000 manat pulu var. göndərə bilər. Bu səbəbdən 30 aprel 2024-cü il tarixdə yaşadığı evdə olarkən Xəyalın həmin kart hesabına 1.000 manat pul köçürmüşdür. May ayının 3-nə dək olan müddət ərzində yaşadığı evdə olarkən Xəyalın həmin kart hesabına hissə-hissə yəni 800 manat və 690 manat olmaqlaq ümumilikdə 1.490 manat pul köçürmüşdür. 03 may 2024-cü il tarixdə Xəyal bildirmişdir ki, “pul ödənişi etmək lazımdır”. Pulu olamdığı üçün evdə olan qızıl-zinət əşyasını götürüb lombarda girov qoyaraq 2.500 manat pul götürmüş və həmin pulu Bakı şəhəri, Nizami rayonu. Neftçilər metrosu yaxınlığında “Rahat” supermarketdəki ödəmə terminalından Xəyal ilə telefonda danışıb həm də videoqeydiyyat aparmaqla Xəyalın kart hesabına göndərmişdir. Bundan bir neçə gün sonra may onlarında Xəyal bildirmişdir ki, 500 və 60 manat pullar qalıq qalıb. Həmin gün yaşadığı evdə olarkən 500 manat və 60 manat pulu da Xəyalın kart hesbaına köçürmüşdür. Şahid1la birlikdə işləyirlər. Cahidin Təqsirləndirilən şəxs torpaq sahəsinə çıxarış almaq üçün 6.000 manat pul verilməsindən məlumatı vardır. Eyni zamanda Təqsirləndirilən şəxsla, Şahid1 arasında əvvəldən tanışlıq var və aralarında borc məsələsi əvvəldən olmuşdur. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədi üçün artıq pul istəsə də cəmi 6.000 manat pulu öz hesabına düzəldə bilmiş və Xəyala bu məqsədlə vermişdir. Cahiddən isə xahiş etmişdir ki, pulu çalmasa ona köməklik etsin. Cahid razılaşıb əlavə hər hansı ödəniş lazım olarsa köməklik edəcəyini bildirmişdir. Həmin ərəfədə Cahidin, Təqsirləndirilən şəxs 6.000 manat pul verməsini səhvən onun əvəzindən verilmiş pul kimi bildiyindən ilkin ərizə və ifadəsində bu cür qeyd etmişdir. Sonradan Cahidlə əlaqə yaradıb həmin pulun ona dəyən maddi ziyana heç bir aidiyyatı olmadığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 09 dekabr 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyəti üzrə RPİ-yə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 22); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 24); götürülmə haqqında 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının sonundan may ayının 8-dək olan müddət ərzində göndərdiyi ümumilikdə 12.000 manat verməsinə dair məlumatın götürüldüyü 01 ədəd disk götürülmüşdür (i.v. 37); zərərçəkmiş şəxsin iştirakı ilə diskı baxış keçirilmısi haqqında 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində fotolar, videogörüntülər və çoxsaylıtelefon telefon danışığı barədə səs yazısı mövcuddur. Belə ki, səs yazısı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış telefon danışığından ibarətdir. Videogörüntülərdə Təqsirləndirilən şəxs yalandan hərbi xidmətdə iştirak edib aldığı zədə ilə bağlı qazi statusunda əsa adlanan köməkçi əşya ilə gəzsə də bunun real olmadığını əks etdirən Təqsirləndirilən şəxs restoranda fiziki sağlam vəziyyətdə rəqs etməsi, 2-ci videogörüntüdə Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi "Milli Ön" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçirilmiş son səkkiz rəqəmi 2304-3874 olan 30.05 bitmə tarixli kart hesabına 2.500 manat pul köçürməsinə dair görüntü əks olunur, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu göndərməsini pulun ona çatıb çatmadığını bildirir, Təqsirləndirilən şəxs isə pulun kartına köçməsini təsdiq edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sənədin hazır olması barədə məlumat gözləyəcəyini bildirdikdə Təqsirləndirilən şəxs deyir ki," yaxşı narahat olma məsələləri yoluna qoyub sənə xəbər edəcəm". 3-cü videogörüntüdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin ölçülərini hesablatmağa gəlməsi əks olunur, belə ki, Təqsirləndirilən şəxs deyir ki, "Abidin müəllim sağolsun bayaq getdim yanına dedi bugün ora ölçülməlidir". Bundan sonra telefon danışıqlarına dair çoxsaylı səs yazıları tərəfimdən dinlənildi. Səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs danışıqda deyir ki, "Məlahət mənə deyirsən şikayətimi geri götürəcəm ayba-ay verərsən pulumu lakin şikayətini götürmürsən, götürmürsən eybi yoxdur qanun var şikayətə istintaqda baxılar verilər məhkəməyə, məmin sənə 6.000 manat verəcəyim var". Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs deyir ki, "mən sənə ümumilikdə 12.000 manat pul vermişəm, bu pulun 6.000 manatını Cahiddən borc alıb göndərmişəm, 2.500 manat aparatla göndərmişəm, 800 manat bir vermişəm, xülasə mən sənə Razinin sənədinə görə Asan Xidmətə gedənədək belə 4.200 manat pul vermişdim. Xəyal 12.000 manatdan 500 manat əksik idi yadındadır tələb etdin ki, tez pulu çatdır adamlara pulu çatdırmaq lazımdır. Xəyal deyir ki, 6.000 manatı Cahid bilər mən bilərəm sənə aidiyyatı yoxdur". Sonda Zərərçəkmiş şəxs əsəbləşərək ağlayıb qışqırdığı üçün Təqsirləndirilən şəxs 12.000 manat verdiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs telefon danışığını yarımçıq bitirir. Zərərçəkmiş şəxs yenidən zəng edib deyir ki, "mən 12.000 manatı borc götürmüşəm, sənə vermişəm, 6.000 manat pulu mən Cahiddən borc kimi alıb sənə vermişəm. Təqsirləndirilən şəxs isə Cahidin verdiyi 6.000 manat pulu Cahiddən aldığı üçün Cahidə borclu olduğunu, qalan 6.000 manatı isə Məlahətə verməli olduğunu deyir. Zərərçəkmiş şəxs səs yazılarında Təqsirləndirilən şəxs 12.000 manat verməsini həmin pulun 6.000 manatını özündə olan pul qalan 6.000 manatını isə Cahiddən borc alaraq verməsini təkrar təkrar bildirir. Təqsirləndirilən şəxs 6.000 manat pulu Məlahətdən qəbul etməsini etiraf edir, lakin geriyə qalan 6.000 manat pulu isə bəhanə edərək Cahiddən borc almasını deyir. Zərərçəkmiş şəxs səs yazısındakı danışıq aparan şəxsin özü digər şəxsin isə Təqsirləndirilən şəxs olmasını, Xəyalın onu aldadaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsinə 12.000 manat pul qəbul etməsini sonradan vədinə əməl etmədiyi üçün Təqsirləndirilən şəxsla danışıq aparıb pulunu ondan geriyə tələb etdiyini bildirdi. Bundan başqa istintaqa təqdim edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində Təqsirləndirilən şəxsla aparılan danışıqlara dair fotolar olmasımüəyyən edildi. Cinayət işinin istintaqı ilə əlaqədar olaraq təqdim edilmiş 01 ədəd “DVD-R” formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğu üçün cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 38-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 3788 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Üzvi (kontuziya nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən "üzvi şəxsiyyət pozuntusu" öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlan idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirildiyindən və törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmadığından onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur Təqsirləndirilən şəxs bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir (i.v. 86-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-288/2024 saylı hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir (i.v. 70; 72-85); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 99); Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Ailəlidir, 2 övladı var (i.v. 115); şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı 02 övladı vardır (i.v. 116-117); qətimkan tədbirinin seçilməsi haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 120-121); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, əməlində AR CM-nin 178.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 123-129); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tariixli, **********012 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmişdir; "xxxx" ASC-nin 31 iyul 2025-ci il tarixli, 4963 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-i olaraq 1.500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 731.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği 6.000 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadələrini dinləyərək, zərərçəkmiş şəxsin ərizəsini və iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar