Məhkəmə qərarları › İş №1(011)-171/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-171/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-171/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, evli, əvvəllər məhkum olunan, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 29 avqust 2023-cü il tarixdə, saat 18:43-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel mağazasında olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zər tətbiq olunması ilə müşay hərəkətlər edib, özünü, həyat müşayiət edilən qərəzli və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub, uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, sol qulaqarxası nahiyənin dərialtı hematoması fonunda sıyrığı, sol qulaq seyvanının əzilməsi və qançırı, üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, iç sətihinin qansızması, üst çənədə sol İ- İİ dişlərin travmatik laxlaması, sağ bayır topuq nahiyəsinin zəif şişkinliyi ilə müşayiət edilən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, "xxxx" MMC-də təsisçisidir. Təxminən 03 il əvvəl Zərərçəkmiş şəxs özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 40 A ünvanında yerləşən «Lazzone» mebel mağazasının avtomobil parkı üçün ondan şlaqbaun almış və həmin şlaqbaun qeyd olunan yerdə quraşdırılmışdır. Quraşdırılmış şlaqbaunun bir il zəmanət müddəti olmuşdur. 29 avqust 2023-cü il tarixdə Seymur ofisə zəng edərək şlaqbaunun təmiri üçün müraciət etmiş, lakin ofisin işçisi Şahid3 Zərərçəkmiş şəxs işçilər boş olmadığı üçün servis üçün vaxt olmadığını bildirmişdir. Həmin vaxt Seymur onun işçisi Şahid3 söyərək təhqir etmiş və Şahid3 bu barədə ona məlumat vermişdir. O da bu səbəbdən Zərərçəkmiş şəxs zəng edərək harada olduğunu soruşmuş və sonuncu yolda olduğunu, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel mağazasına gəldiyini bildirmişdir. O da bu səbəbdən qeyd olunan ünvana gedərək Seymuru gözləmişdir. Bir neçə dəqiqədən sonra Seymur mağazaya gəlmiş və birlikdə mağazaya daxil olmuşlar. Mağazada olan zaman o, Seymurla bir qədər danışıb işçiyə dediyi sözlərə görə üzr istəməsini tələb etmiş, lakin Seymur üzr istəməyəcəyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı o, bir dəfə sillə ilə Seymurun üz nahiyəsindən vurmuşdur. Bundan sonra işçilər gələrək onları ayırmışlar və o, mağazadan çıxaraq getmişdir. Sonradan ona məlum olmuşdur ki, Seymur baş vermiş hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclas zalında Zərərçəkmiş şəxs fadəsində göstərmişdir ki, ona məxsus «Natuzzi» va «Lazzone» adlı mebel mağazaları vardır. «Natuzzi» mebel mağazası Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E İnvanında «Lazzone» mebel mağazası isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 10 A ünvanında yerləşir. 29 avqust 2023-cü il tarixdə təxminən saat 16 radələrində Lazzone mebel mağazasının parkının elektron şlaqbaunu gazasının qarşısında olan va mağazaya məxsus avtomobil nasaz olduğundan, həmin parklanma sahəsində avtomobillər qaldığı üçün o, həmin şlaqbaunu quraşdıran şirkətə zəng edərək bu barədə məlumat verib müdiriyyətin nömrəsini istəmişdir. Onunla telefonda danışan xanım əlaqə saxlanacığını dəyib dəstəyi asmışdır. Bundan təxminən 30 qəqiqə sonra həmin şirkətdən onunla telefon əlaqəsi saxlanılmış və həmin xanım ona bildirmişdir ki, 15 gündən sonra şlaqbaun təmir ediləcəkdir. Bu zaman o, əsəbləşib həmin xanıma iradını bildirərək “bu nə axmaq sözdü” deyib dəstəyi asmışdır. Bundan sonra o, özü usta gətirərək kustar üsulla həmin şlaqbaunu açmış və avtomobilləri oradan çıxarmışlar. Təxminən bir saatdan sonra o, digər mağazaya, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel mağazasına gedən zaman yolda olanda Ülvi adlı şəxs ona zəng edərək harada olmasını soruşmuş, o isə yolda olduğunu və «Natuzzi» mebel mağazasına getdiyini bildirmişdir. O, mağazaya çatdıqda Ülvi adlı şəxs mağazanın qarşısında avtomobildə oturub onu gözləmişdir. O, Ülvi ilə görüşdükdən sonra onlar birlikdə mağazaya daxil olmuş və o, sonuncuya əyləşib gözləməsini, əlini yuyub gələcəyini bildirmişdir. Daha sonra o, əllərimi yuyub Ülvinin yanına qayıtdıqda onlar mağazada oturub söhbət edən zaman Ülvi ondan nə məsələ olduğunu soruşmuş, o isə baş verənləri danışmışdır. Bu zaman Ülvi əsəbləşərək uca səslə onu təhqir etməyə başlamış və ə isə Ülviyə öz iradını bildirdikdə sonuncu onun üzərinə hücum etmişdir. Bu zaman mağazada satıcı işləyən Şahid1 onlara yaxınlaşaraq Ülvini sakitləşdirmək istəsə də, Ülvi hərəkətlərinə davam edərək yenə də üzərinə hücum edib əlləri ilə onu vurmağa başlamışdır. Daha sonra mağazada satıcı işləyən Elçin də onlara yaxınlaşmış və sonuncular Ülvini ondan ayırmışlar. Daha sonra Ülvi mağazanı tərk edərək getmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə görə peşman olması səbəbindən ona ən yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşər “Natuzzi” mebel mağazasında satıcı işləyir.29 avqust 2023-cü il tarixdə təxminən saat 15 radələrində o, işlədiyi «Natuzzi» mebel mağazasında olan zaman bir nəfər əvvəllə tanımadığı adı sonradan ona məlum olan Ülvi adlı şəxs mağazaya gələrək mağazanın sahibi Zərərçəkmiş şəxs barədə maraqlanıb harada olmasını soruşmuşdur. Onlar is Zərərçəkmiş şəxs bir neçə dəqiqədən sonra mağazaya gələcəyini demişlər. Həmin vax Ülvi adlı şəxs mağazanı tərk edərək mağazanın qarşısında dayanmış avtomobilə əyləşib gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs mağazaya gəlmiş və o, mağazanın qarşısında Ülvi adlı şəxslə görüşüb birlikdə mağazaya daxil olmuşlar. Bir neçə dəqiqədən sonra mağazada səs-küy eşitmiş və o, həmin yerə yaxınlaşan zaman görmüşdür ki, Ülvi adlı şəxs əsəbi halda uca səslə Zərərçəkmiş şəxs əhqir edir və sonuncunun üzərinə hücum etməyə çalışır. Həmin vaxt o, sonunculara yaxınlaşıb araya girərək aralaşdırmağa çalışsa da, Ülvi hərəkətlərinə davam edərək, Zərərçəkmiş şəxs üzərinə hücum edib əlləri ilə onu vurmağa başlamışdır. Bu zaman digər satıcı Elçin də onlara yaxınlaşaraq Ülvini sakitləşdirməyə başlamış və onunla birlikdə sonuncuları aralaşdırmışlar. Daha sonra Ülvi mağazanı tərk edərək getmişdir. Zərərçəkmiş şəxs də baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verib, ərizə ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək iş üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, həmin şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində toplanmış HK- 1/2448 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v 1) Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən “Natuzzi” mebel mağazasında Ülvi adlı şəxslə arasında yaranmış mübahisə zamanı qəsdən əl və ayaqla bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür.Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. ( i.v. 7); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin 01 sentyabr 2023-cü il tarixli, 1009 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, sol qulaqarxası nahiyənin dərialtı hematoması fonunda sıyrığı, sol qulaq seyvanının əzilməsi və qançırı, üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, iç sətihinin qansızması, üst çənədə sol İ-İİ dişlərin travmatik laxlaması, sağ bayır topun nahiyəsinin zəif şişkinliyi müəyyən edildi. Xəsarətlər bərk - küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur.(i.v 13-14) 08 sentyabr 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən “Natuzzi” mebel mağazasında baş vermişdir.(i.v 18-20) 27 noyabr 2023-cü il tarixli diskin yaddaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, yaddaş kartının yaddaşında 01 ədəd video fayl müəyyən edilmiş, həmin bir ədəd fayla baxış keçirilən zaman 02:15 dəqiqədən ibarət olan görüntüdə 1 nəfər şəxsin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən mebel salonunda Zərərçəkmiş şəxs döyülməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüləri diqqətlə izləyib videogörüntülərdə qeydə alınmış hadisə zamanı xəsarətlər alan şəxsin özünün olmasını təsdiq etdi.(i.v 35) 27 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.41-42) Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək hər ay dövlət nəfinə 20 (iyirmi faiz) məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.4 bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir.(i.v 58-59) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-225/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından hər ay dövlət dövlət nəfinə 20 (iyirmi faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə qazancından hər ay dövlət dövlət nəfinə 20 (iyirmi faiz) məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qazancından hər ay dövlət dövlət nəfinə 20 (iyirmi faiz) məbləğində pul tutulmaqla 01(bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. (i.v 60-62) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır.(i.v 71) 29 dekabr 2023-cü il video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 18:35:53-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən “Natuzzi” mebel mağazasında Aeymur İsayevlə üzbəüz oturduğu masadan qalxaraq sonuncunun üzərinə hücum edir və həmin vaxt mağazanın işçiləri Ramin və Elçin onları aralaşdırmaq üçün gəlirlər.Daha sonra 18:43:08-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək bir neçə dəfə ona yumruq zərbələri endirir. Baxış zamanı iş üzrə şahid Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə görünən özüdür,lakin,o Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq zərbələri endirsə də, həmin zərbələr Seymura dəyməmiş yalnız sonradan Seymura bir dəfə sillə vurmuşdur. (i.v 76) 09 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardn görünür ki,Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v.101-102) 09 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 122-123) xx.xx.2024-cü il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı onlar istintaq zamanı verdikləri ifadələrini bir birlərinin üzünə qarşı təsdiq etmişlər.(i.v 125-127) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azəarbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi,ona həmin maddə ilə yenidən ittiham olunması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən üzərində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə Şahid1 vurması xüsusatı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs hazırki iş üzrə əməli cinayətlərin residivi kimi qəbul edilməməsi və o əvvəllər məhkum edilmiş, lakin məhkumluğunun ödənilmiş hesab olunması, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən “Natuzzi” mebel mağazasına baxış zamanı götürülmüş cinayət hadisəsinin qeydə alındığı video çəkiliş əks olunan 01 ədəd “CD” disk iş üzrə maddi sübut qismində tanınması və materiallara əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən,Zərərçəkmiş şəxs ifadəsi,hadisə yerinə baxış keçirilməsi barədə protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Xətai rayon şöbəsinin 01 sentyabr 2023-cü il tarixli, 1009 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v.128-132). 16 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v 134-135) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs Xətai Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ən yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş 01 ədəd CD diskdə olan görüntülərə baxış keçirilmiş, baxış zamanı diskə baxış protokolunda qeyd edilənlər öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 29 avqust 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 29 avqust 2023-cü il tarixdə, saat 18:43-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel mağazasında Zərərçəkmiş şəxs "xxxx" MMC-yə zəng vuraraq şlaqbaunun təmir edilməsi ilə bağlı iradını kobud surətdə ifadə etməsi səbəbindən qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. "xxxx" MMC-yə zəng vuraraq şlaqbaunun təmir edilməsi ilə bağlı iradını kobud surətdə ifadə etməsi səbəbindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Natuzzi” mebel mağazasında sağlamlığına yüngül xəsarət vurması ilə nəticələnən hadisənin baş verməsidir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 29 avqust 2023-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs cinayətə sövq edən amil müstəsna olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin işçisi Şahid3 ilə kobud danışması olmuş, həmçinin təqdim edilmiş görüntülərdən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Natuzzi” mebel mağazasının içərisində vurmuş, həmin vaxt orada kənar şəxslər olmamış sadəcə hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 olmuşdur. Cinayətkar əməlin ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına, başqasının mülkiyyətinə qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özüözlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə istintaq orqanı xuliqanlıq motivini yanlış olaraq müəyyən etmiş, şəxsi xarakterli konkret səbəbin olmasına (borcun qaytarılması ilə bağlı) baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formula ilə əvəz etmişdir. “Xuliqanlıq işlər üzrə” Ali Məhkəminin müvafiq plenum qərarına əsasən müəyyən edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Təqdim edilmiş sübutlara əsasən məüyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına “Natuzzi” mebel mağazasının içərində yüngül xəsarət yetirmiş, hadisə yerində mağazanın işçiləri olan Şahid1 və Şahid2 kənar heç kəs olmamış, hadisə mağazanın kənarında cərəyan etməmiş, qeyd edilən əməl nəticəsində ictimai qaydaya qarşı laqeydlik, etinasızlıq göstərilməsi müəyyən edilməmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı özü belə mübahisənin tərəflərin aralarında olan borc pula görə yarandığını müəyyən edərək bunu təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham təkzib olmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş materiallarla tam təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs hadisənin “Natuzzi” mebel mağazasının içərisində baş verməsini, hadisə baş verən zaman mağazada sadəcə olaraq satıcıların olmasını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs ictimai qaydanın kobud sürətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə səbəb olan hərəkərlərinin nədən ibarət olması nə istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Şahid1 və Şahid2 eyni məzmunlu vermiş ifadəsindən də müəyyən olunur ki, baş vermiş hadisə “Natuzzi” mebel mağzasının içərisində baş vermiş, hadisə baş verən zaman kənar şəxslər mağazada olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cərimə cəzasına məhkum edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə cərimə cəzasının verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılamalıdır. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ndən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar