Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-172/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə üçün tanışı Şahid6 məxsus hüquq verən rəsmi sənəd olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini alaraq niyyətlərini ona bildirmədən özünə məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək vəsiqənin üz qatının plyonkasını aralayıb fotoşəkilin üzərinə yapışdırdıqdan sonra vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Şahid6 aid, hüquq verən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb 02 oktyabr 2017ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı paltaryuyan maşını, 1.099 (bir min doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı qabyuyan maşını, ümumilikdə 2098 (iki min doxsan səkkiz) manat dəyərində məişət texnikasını kreditə götürərək həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə üçün tanışı Zərərçəkmiş şəxs adına olan hüquq verən rəsmi sənəd olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq niyyətlərini ona bildirmədən özünə məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək vəsiqənin üz qatının plyonkasını aralayıb fotoşəkilin üzərinə yapışdırdıqdan sonra vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Zərərçəkmiş şəxs aid olan, hüquq verən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb 11 oktyabr 2017-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşı Şahid2 təqdim edərək, 2.198 (iki min yüz doxsan səkkiz) manat dəyərində bir ədəd "xxxx" markalı soyuducunu kreditə götürərək həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs adına olan hüquq verən rəsmi sənəd olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq niyyətlərini ona bildirmədən özünə məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək vəsiqənin üz qatının plyonkasını aralayıb fotoşəkilin üzərinə yapışdırdıqdan sonra vəsiqənin üz qatının plyokasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Zərərçəkmiş şəxs aid olan, hüquq verən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb 11 oktyabr 2017-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək, 2199 (iki min yüz doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı soyuducunu kreditə götürərək həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa o, 20 dekabr 2017-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yerləşən «Kosmos» kafesində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs söyüb təhqir etməklə yanaşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət arasında bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq ictimai asayişi pozub hər kəsin gözü qarşısında silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə vurub ona sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X4 ilə bir məhəllədə qonşuluqda yaşamışdır. Şahid6 isə onun sinif yoldaşıdır. Onların hər ikisi ilə arasında yoldaşlıq münasibəti olmuşdur. 2017-ci ilin sentyabr ayında onun pula ehtiyacı olduğu üçün bu barədə tanışı Niyaməddinə bildirib ona borc pul tapmasını xahiş etmişdir. Niyaməddin də ona məsləhət vermişdir ki, hər hansı bir tanışından şəxsiyyət vəsiqəsini alıb ona versin, o isə saxta sənəd düzəltsin və elektrik malları mağazasından başqa adla və soyad ilə bahalı əmlak götürüb satıb pul əldə etsinlər. O da razılaşmışdır. Lakin, o, hər hansı tanış tapa bilmədiyi üçün Niyaməddin ortaq tanışları olan Şahid6 sürücü kimi işə düzəltmək adı ilə Asifin şəxsiyyət vəsiqəsini alıb gətirmişdir. Bundan sonra Niyaməddin ona məxsus 3x4 ölçülü şəkilini də ondan götürüb çıxıb getmişdir. Təxminən bir saat sonra Niyaməddin qayıdıb gələrək adı və soyadı Şahid6 olan, lakin şəkli ona məxsus olan şəxsiyyət vəsiqəsini ona vermişdir. Elməddin Asifə məxsus şəxsiyyət vəsiqəsinin surətini rəngli printerdə hər iki üzünü çap edərək ona məxsus fotoşəkili həmin sənədin üzərinə qoyaraq laminasiya etdirmişdir. Həmin sənəd şəxsiyyət vəsiqəsinin əslindən fərqləndirmək çox çətin olmuşdur. Sənədin əsli isə Niyaməddinin özündə qalmışdır. Bundan sonra 02 oktyabr 2017-ci il tarixdə saat 13 radələrində o, Niyaməddinlə birlikdə həmin şəxsiyyət vəsiqəsini götürüb ünvan 3 ünvanda yerləşən "xxxx" mağazasına getmişdir. Onlar Elməddinin ona düzəldib verdiyi saxta vəsiqəni mağazanın işçisi olan cavan oğlana özünün vəsiqəsi kimi təqdim etmişlər. Həmin işçi Şahid6 adına kredit olub-olmadığını yoxlayan zaman Niyaməddin həmin işçini söhbətə tutaraq vəsiqəyə diqqətlə baxmasına imkan yaratmamışdır. Daha sonra Şahid6 adına kredit olmadığı bilinmiş və həmin işçi onun istədiyi malların sənədləşməsinə başlamışdır. O, həmin mağazadan 999 manat dəyərində bir ədəd "xxxx" markalı paltaryuyan maşın və 1001 manat dəyərində bir ədəd "xxxx" markalı qabyuyan maşın kreditə götürmək istədiyini demişdir. Həmin şəxs də ona qeyd olunan məişət avadanlıqlarını 13 ay müddətinə kreditlə verəcəyini bilirmişdir. Daha sonra həmin məişət əşyalarını götürmək üçün bir nəfər zamin tələb olunduğundan, o da Şahid7 Xanəli oğluna zəng edib ünvan 6 ünvanda yerləşən "xxxx"dan paltaryuyan və qabyuyan maşını kreditə götürmək istədiyini demişdir. Buna görə ona zamin durmasını xahiş etmişdir. Namaz da etiraz etməmiş və iki saatdan sonra Namazla yaşadığı məhəllədə görüşüb ünvan 3 ünvanda yerləşən "xxxx" mağazasına getmişdir. Orada Namaz hazırlanmış sənədlərə qol çəkərək vəsiqəsinin surətini mağazaya verib getmişdir. Namaz onların həmin vəsiqəni saxtalaşdırdıqlarını və həmin malları aparıb satacaqlarını bilməmişdir. O, mağazanın işçisi həmin cavan oğlan və bir nəfər qadın sənədləri imzaladıqdan sonra mağazadan ona ödəniş cədvəli və kredit müqaviləsini təqdim etmişlər. Həmin sənədlər ona lazım olmadığına görə verilən sənədləri cırıb atmışdır. Sonra o, Niyaməddinlə birlikdə «Qərasim» marketin ünvanını vermiş və mallar qazellə həmin ünvana gəlmişdir. Onlar malları onlardan mağazanın qarşısında təhvil almışlar. Sonra Niyaməddinlə birlikdə başqa bir “Qazel” markalı maşın tutub Sədərək Ticarət mərkəzinə getmişdir. Orada qeyd olunan məişət əşyalarını ümumilikdə 1600 (min altı yüz) manata satmışlar və həmin pulu öz aralarında bölüşdürmüşlər. Həmin mağazanın kreditini də hadisədən sonra ödəmişdir. Bundan sonra, pula ehtiyacı olduğundan yenə də Niyaməddinlə qərara gəlmişlər ki, tanışlarından şəxsiyyət vəsiqəsini alıb Niyaməddinə versin, Niyaməddin də saxta sənəd düzəltsin və elektrik malları mağazasından başqa ad və soyadla bahalı əmlak götürüb satıb pul əldə etsinlər. O, sinif yoldaşı Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini alaraq saxtalaşdırıb kreditk götürmək qərarına gəlmişdir. Lakin, Aydından vəsiqəni almaq üçün yollar axtarmağa başlamışdır. 09.10.2017-ci il tarixdə o, sinif yoldaşı Aydına "xxxx" mağazasından kredit götürmək istədiyini, lakin zamin tələb olunduğu üçün ona kredit götürən zaman zamin durmasını xahiş etmişdir. Aydın da ona adına olan kreditə görə gecikmə düşdüyünü və adının qara siyahıya salındığını, buna görə də kredit götürmək üçün ona zamin dura bilməyəcəyini bildirmişdir. Həmin vaxt o, Aydından bir neçə saatlıq şəxsiyyət vəsiqəsini ona verməsini və "xxxx" mağazasından adını yoxlatdırıb qaytaracağını bildirmişdir. Aydın da ona inandığı üçün özünə məxsus olan şəxsiyyət vəsiqəsini ona vermiş və o da həmin vəsiqəni aparıb Niyaməddinə vermişdir. Niyaməddin də ona məxsus 3x4 ölçülü şəkilini də götürüb çıxıb getmişdir. Bundan təxminən bir saat sonra Niyaməddinlə görüşdür. Həmin vaxt Niyaməddin adı və soyadı Zərərçəkmiş şəxs Əhəd oğlu olan şəkili ona məxsus özünün hazırladığı şəxsiyyət vəsiqəsini ona vermişdir. X12 məxsus şəxsiyyət vəsiqəsinin əslini də ona vermişdir. Bundan sonra o, Aydından aldığı şəxsiyyət vəsiqəsinin əslini Aydının özünə geri qaytarmışdır. 11 oktyabr 2017-ci il tarixdə saat 11 radələrində o, Niyaməddinlə birlikdə ünvan 7 ünvanında yerləşən "xxxx" adlı mağazaya getmişdir. Mağazada o, Elməddinin ona düzəldib verdiyi saxta şəkli ona məxsus, lakin anket məlumatları Zərərçəkmiş şəxs məxsus olan sənədi mağazanın işçisi olan oğlana öz vəsiqəsi kimi təqdim etmişdir. Həmin işçi Zərərçəkmiş şəxs adına kredit olub olmadığını yoxlayan zaman Niyaməddin həmişəki kimi həmin işçini söhbətə tutaraq vəsiqəyə diqqətlə baxmasına imkan yaratmamışdır. Daha sonra Zərərçəkmiş şəxs adına kredit olmadığı bilinmiş və həmin işçi onun istədiyi malların sənədləşməsinə başlamışdır. O, həmin mağazadan 2198 manat dəyərində "xxxx" markalı soyuducu ilkin ödəniş kimi 268 manat ödəniş edərək 18 ay müddətinə kreditlə almışdır. Razılaşmaya əsasən kreditə götürdüyü "xxxx" markalı soyuducu iki günə ünvan 8 ünvanında gətirilərək təhvil veriləcəkmiş. Onlar ünvan 7 ünvanında yerləşən "xxxx" mağazasından çıxdıqdan sonra qərara gələrək "xxxx" mağazasına gedərək oradan da Zərərçəkmiş şəxs adına kreditə soyuducu götürmüşlər. Buna görə də, həmin gün saat 14 radələrində Elməddinlə ünvan 9 ünvanında yerləşən "xxxx" mağazasına getmişlər. O, həmin mağazada Elmədinin düzəldib ona verdiyi Zərərçəkmiş şəxs adına olan saxta vəsiqəni mağazanın işçisi olan cavan oğlana öz vəsiqəsi kimi təqdim etmişdir. Həmin işçi Zərərçəkmiş şəxs adına kredit olub olmadığını yoxlayan zaman Niyaməddin yenə də mağazada işləyən işçini söhbətə tutaraq vəsiqəyə diqqətlə baxmasına imkan yaratmamışdır. Həmin vaxt mağazada işləyən işçi Zərərçəkmiş şəxs adına kredit olmadığını bildirib istədikləri elektrik əşyasını kreditlə ala biləcəyini bildirmişdir. Bundan həmin vaxt onlar mağazadan 2199 manat dəyərində "xxxx" markalı soyuducunu kreditlə götürmək istədiklərini bildirmişlər və həmin işçi almaq istədikləri soyuducunu sənədləşdirməyə başlamışdır. Həmin vaxt onlar həmin mağazadan 2199 manat dəyərində "xxxx" markalı soyuducunu ilkin ödəniş edərək 18 ay müddətinə kreditlə almışlar. Lakin, həmin vaxtdan çox vaxt keçdiyi üçün o nə qədər ilkin ödəniş etdiyini xatırlamamışdır. Razılaşmaya əsasən kreditə götürdüyü "xxxx" markalı soyuducu iki günə gətirilib ünvan 8 ünvanında təhvil veriləcəkdir. İki gün sonra, yəni 13 oktyabr 2017 tarixində "xxxx" mağazanın işçiləri "xxxx" markalı, "xxxx" mağazasının işçiləri isə "xxxx" markalı soyuducunu ünvan 8 ünvanına gətirmişlər. O, Niyaməddinlə birlikdə "xxxx" və "xxxx" markalı soyuducunu qəbul etmiş və malı qəbul etməyi barədə təqdim olunmuş sənədləri imza etmişdir. Səhəri gün, yəni 14 oktyabr 2020-ci il tarixdə Elməddinlə birlikdə Zərərçəkmiş şəxs adına "xxxx" adlı mağazadan kreditlə götürdükləri "xxxx" markalı və "xxxx" mağazasından kreditlə götürdükləri "xxxx" markalı soyuducunu birlikdə «Sədərək» ticarət mərkəzinə aparmışlar. Orada "xxxx" markalı soyuducunu 1600 manata, "xxxx" markalı soyuducunu isə 1700 manat tanımadığı şəxslərə satmışlar. Əldə etmiş olduqları 3300 manat puldan Niyaməddin ona 500 manat vermiş, qalan 2800 manat pulu isə özünə götürmüşdür. Bundan sonra onlar Asif və Aydının adına "xxxx" və "xxxx" mağazasından götürdüyü krediti ödəmədikləri üçün mağazadan Aydın və Asifə zəng olunmuşdur. Buna görə də, Aydınla arasında bir neçə dəfə sözlə mübahisə baş vermiş və hər dəfə də Aydın nə üçün onu aldatdığını bildirib ona iradını bildirmişdir. O da Aydına hər dəfə götürdükləri krediti ödəyəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq maddi imkanı olmadığı üçün Aydının adına götürmüş olduğu məişət əşyalarının pulunu ödəyə bilməmişdir. Sonra mağazadan Aydına zəng vuraraq krediti ödəməsini tələb etdikləri üçün 19 dekabr 2017-ci il tarixdə Aydın yenidən ona zəng vuraraq pulu ödəməyini tələb edərək ünvanına nalayiq ifadələr işlətmişdir. Telefonda onların arasında mübahisə baş vermişdir. 20 dekabr 2017-ci il tarixdə təxminən saat 21:00 radələrində o, yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yerləşən «Kosmos» kafesinə getmiş və həmin vaxt kafedə olan ümumi zalda əyləşib pivə sifariş verib içməyə başlamışlar. Daha sonra kabinetlər tərəfə küçəndə Aydının həmin kabinetlərdən birində dostları ilə əyləşdiyini görmüşdür. Həmin vaxt o, kafenin həyətində səs gəldiyini eşidib həyətə çıxmışdır. O, kafenin həyətində Elçinlə tanışı Nadir Məmmədovun sözlə mübahisə etdiyini görüb onlara yaxınlaşıb nə məsələ olduğunu soruşdur. Elçinlə Nadir ona heçnə olmadığını bildirib söhbət etdiklərini demişlər. O, ayrılıb həyətdə olan sanitar qovşağına getmişdir. O, sanitar qovşağından çıxan zaman Elçinlə Nadirin dalaşdığını, Elçinin qardaşı Şahinin isə onları ayırmaq istədiyini görmüşdür. Həmin vaxt Nadir yerə yıxıldığı üçün o, ayırmaq məqsədi ilə yaxınlaşan zaman Aydın arxa tərəfdən onun paltarından tutub özünə tərəf çəkmişdir. O, geri dönən zaman Aydın ilk olaraq yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, özünü itirib yerə yıxılmışdır. Həmin vaxt o, orada olan taxta oturacaqdan (skameyka) yapışıb ayağa qalxmaq istəyərkək Aydın bir dəfə də təpik zərbəsi ilə onun sinə nahiyəsindən zərbə ilə vuraraq ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Orada olan şəxslər onları ayırmışdır. Aydın onunla söhbət etmək istədiyini bildirdiyi üçün onlar kafenin həyətindən çıxaraq yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinin qarşı hissəsinə getmişlər. Həmin vaxt Elçin də onların yanlarında olmuşdur. Orada Aydınla arasında yenidən mübahisə baş vermiş və mübahisə zamanı onlar əlbəyaxa olsalar da, yanlarında olan Elçin onları ayıraraq dalaşmağa qoymamışdır. Buna baxmayaraq Aydın yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Aydının ailə üzvlərinin ünvanına söyüş söydüyü üçün o, yaşadığı evə gedərək mətbəxdə istifadə etdikləri bıçağı götürüb yenidən metal qəbulu məntəqəsinin qarşısına qayıtmışdır. Həmin vaxt Aydının orada olduğunu görüb Aydına yaxınlaşaraq nə üçün ailə üzvlərinin ünvanına söyüş söydüyünü soruşmuşdur. Həmin vaxt Aydın ona cavab verməyərək üzərinə gəlib ona təpik zərbəsi atmışdır. O da əlində olan bıçaqla Aydının sağ ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. həmin vaxt Aydın ayağını tutaraq ondan uzaqlaşıb kənara çəkmişdir. Elçin və Şahin yaxınlaşaraq Aydını Mehdi adlı şəxsin idarə etdiyi “Niva” markalı avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. O, Aydını bıçaqla vurduqdan sonra tanışı Şahid8 da onların yanlarında gəlmişdir. Bundan sonra Elməddin onu götürüb yaşadığı evə aparmışdır. Həmin hadisə zamanı Aydının onu vurması nəticəsində üst dodağı içəri hissədən partlamış və üstdə olan dişindən bir ədədi qırılmış, sifəti qan içində olmuşdur. Elməddinin yaşadığı evdə əl üzünü yuyub özünə gəldikdən sonra yaşadığı evə getmişdir. 20 dekabr 2017-ci il tarixdə «Kosmos» kafesinin ümumi zalında əyləşib pivə içmişdir. Aydının əyləşdiyi kabinetə daxil olmamışdır. O, həyətdə Elçinlə Nadirin dalaşdığını görüb onları ayıran zaman Aydın onun paltarından tutub özünə tərəf çəkərək ilkin olaraq yumruq zərbəsi ilə ağız nahiyəsindən vurmuş, o, yerə yıxıldığı üçün yerdən qalxan zaman bir dəfə təpik zərbəsi ilə sinə nahiyəsindən vurmuşdur. Bundan sonra yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinin qarşısında baş vermiş mübahisə zamanı Aydın onun ünvanına nalayiq söyüşlər söydüyü üçün o, yaşadığı evə gedərək mətbəxdə istifadə etdikləri bıçağı özü ilə götürüb geri qayıtmışdır. Həmin vaxt Aydın ona təpik zərbəsi atdığı üçün o, bir dəfə bıçaqla Aydının sağ ayağının bud nahiyəsindən vurmuşdur. Həmin bıçağı yaşadığı evdən mətbəxdən götürmüş və bıçaq həmin vaxt əlində olmuşdur. Onun belində heç bir bıçaq olmamışdır. İlkin olaraq kafenin həyətindən baş vermiş münaqişə zamanı orada o, Aydın, Elçin, Şahin və Nadir olmuşdur. Sonradan metal qəbul məntəqəsinin qarşısında baş vermiş hadisə zamanı o, Aydın və Elçin olmuşdur. Bıçaqla Aydını vuran zaman isə yanlarında heç kim olmamışdır. Sonradan həmin yerə Elçin, Şahin və Elməddin gəlmişdir. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs adına kredit götürməyinə görə aralarında qabaqcadan bir neçə dəfə söz mübahisənin olması, həmçinin Elçinlə Nadir dalaşan zaman onları ayırmaq istəyən zaman Aydının onu özünə tərəf çəkərək yumruqla ağız nahiyəsindən vuraraq söyüş söyməsi olmuşdur. Həmin mübahisə zamanı Aydın ilk olaraq onun ağız nahiyəsindən yumruq zərbəsi ilə vurmuş və o, özünü itirib yerə yıxılmışdır. Yerdən qalxan zaman isə Aydın bir dəfə təpik zərbəsi ilə onun qarın nahiyəsindən vurmuşdur. Əməlindən peşmandır, zərərçəkənlərdən Zərərçəkmiş şəxs ilə barışmışdır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Afir oğlu onun sinif yoldaşıdır və Çingizlə orta məktəbdə bir sinifdə oxumuşdur. 20 dekabr 2017-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yerləşən «Kosmos» kafesində sinif yoldaşı Elçin və Elçinin qardaşı Şahinlə birlikdə masa arxasında əyləşib pivə içmişlər. Şahin onlarla birlikdə bir bakal pivə içdikdən sonra yorğun olduğunu bildirib çıxıb getmişdir. O isə Elçinlə birlikdə pivə içməyə davam etmişdir. Həmin gün saat 22 radələrində Çingiz əlində pivə bakalı ilə onların əyləşdikləri kabinetə daxil olmuşdur. Həmin vaxt Çingiz sərxoş vəziyyətdə olmuş və Çingiz onunla zarafat edən zaman aralarında sözlə mübahisə baş vermişdir. O, Çingizə onların oturduqları masaya əyləşməyərək kabinetdən çıxmasını bildirmişdir. Həmin vaxt Çingiz söhbət etmək üçün onu kafenin həyətinə çağırmışdır. O da kabinetdən çölə çıxan zaman kafenin həyətində aralarında mübahisə baş vermiş və mübahisə zamanı onlar əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Həmin vaxt kafedə olan tanımadığı şəxslər onları ayırmış və Çingiz çıxıb getmişdir. O, Elçinlə kafeyə daxil olub bir qədər söhbət etdikdən sonra Elçin də sağollaşıb çıxıb getmişdir. O da evə getmək üçün kafenin həyətindən küçəyə çıxan zaman Çingizin kafenin giriş qapısının qarşısında dayanıb onu gözlədiyini görmüşdür. Həmin vaxt Çingiz onu yanına çağırdığı üçün o, Çingizə tərəf getməyə başlamışdır. Çingiz onunla söhbət edəcəyini bildirib ondan təxminən 1 metr irəlidə getmişdir. Onlar kafenin qarşı hissəsində olan yoldan ara küçədə dönən zaman Çingiz anidən əlini belinə ataraq bıçaq çıxarıb həmin bıçaqla bir dəfə sağ ayağının içəri bud tərəfindən vurmuşdur. Yaranmış səs-küylə əlaqədar olaraq kafenin qarşı hissəsində olan tanımadığı 3-4 nəfər şəxs Çingizin onu vurduğunu görüb yaxınlaşaraq Çingizi ondan uzaqlaşdırmışlar və Çingiz oradan çıxıb getmişdir. O, ayağından qan axdığını görüb qanın axmasının qarşısını almaq üçün əli ilə ayağında olan yaranı sıxmağa başlamışdır. Həmin vaxt Elçinin kafedə qalan əl çantasını götürmək üçün geri qayıtdığını görüb Elçini yanına çağırıb Çingizin onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Elçin yoldan keçən dövlət qeydiyyat nişanını bilmədiyi “Niva” markalı avtomobili saxladaraq onu həmin avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. O, avtomobildə olan zaman çox qan itirdiyi üçün artıq huşunu itirmiş və özünə gələn zaman artıq Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər xəstəxanasında olduğunu görmüşdür. Həmin vaxt o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir vəzifəsində işlədiyi üçün onu həmin xəstəxanadan hərbi hospitala aparmışlar. Həmin hadisə baş verən zaman o, hərbi geyimdə olduğu üçün tutduğu vəzifədən azad edilmişdir. Bundan başqa, 2017-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı məhəllədə Çingizlə birlikdə görüşüb söhbət edən zaman Çingiz ona "xxxx" mağazasından kreditlə məişət əşyası götürmək istədiyini bildirib ona zamin durmağını xahiş etmişdir. O da Çingizə onun adının kredit alanlar siyahısında qara siyahıya salındığını və ona zamin dura bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq Çingiz israr edərək şəxsiyyət vəsiqəni ona verməyini, tanışı olduğunu və həmin tanışının vasitəsi ilə adının qara siyahıya salınıbsalınmadığını yoxlatdırıb geri qaytaracağını bildirmişdir. O da Çingizə inandığı üçün özünə məxsus olan AZE-0******* seriyalı şəxsiyyət vəsiqəsini Çingizə vermişdir. Bundan təxminən 2 gün sonra Çingiz verdiyi ona məxsus olan şəxsiyyət vəsiqəsini ona geri qaytararaq adının həqiqətən də qara siyahıda olduğunu və onun zamin dura bilməyəcəyini bildirmişdir. Bundan sonra 2018-ci ilin sonralarında "xxxx" mağazasından onunla əlaqə saxlayaraq adına krediti olduğunu və bununla bağlı "xxxx" mağazasının baş ofisinə yaxınlaşmağını demişlər. O, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən "xxxx" mağazasının baş ofisinə getmişdir. Həmin vaxt orada ona 11 oktyabr 2017-ci il tarixdə "xxxx" mağazasının ünvan 7 ünvanında yerləşən filialından 2198 manat dəyərində "xxxx" markalı soyuducunu kreditə götürüb pulunu ödəmədiyini bildirmişlər. O da heç bir kredit götürmədiyini bildirmişdir. Onun adına 11 oktyabr 2017-ci il tarixdə tərtib edilmiş kredit müqaviləsi gətirilib ona göstərilən zaman o, onun şəxsiyyət vəsiqəsinin surətinin üzərində Çingizin şəklinin olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Çingiz onun şəxsiyyət vəsiqəsinin üzərinə öz foto şəklini yapışdırıb onun adından kredit götürmüşdür. O, Çingizlə görüşüb Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən "xxxx" mağazasının baş ofisinə getmişdir. Orada Çingiz onun xəbəri olmadan şəxsiyyət vəsiqəsinin üzərinə fotoşəkil olan hissəsinə öz foto şəklini yapışdırıb 11 oktyabr 2017-ci il tarixdə "xxxx" mağazasının ünvan 7 ünvanında yerləşən filialından 2198 manat dəyərində "xxxx" markalı soyuducunu onun adına kreditə götürdüyünü bildirmişdir. Bundan bir müddət sonra isə onu Xətai rayon məhkəməsinə dəvət etmişlər və orada Çingizin bu əməli Niyaməddin Rüstəmovla birlikdə etmiş olduğunu bildirmişdir. Bundan sonra 2020-ci ilin iyun ayında onu yenidən Xətai rayon məhkəməsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Çingiz ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin “Vestel-Bakıxanov” mağazasından onun xəbəri olmadan şəxsiyyət vəsiqəsinin üzərinə fotoşəkil olan hissəsinə öz foto şəklini yapışdırıb 11 oktyabr 2017-ci il tarixdə "xxxx" markalı soyuducunu kreditə götürmüşdür. Bundan sonra Xətai Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və hər iki müqavilələrin onun adından atılmış imzaların ona məxsus olmadığı müəyyən edilmişdir. O, bu hadisə barədə Çingizlə maraqlandıqda Çingiz ona həmin hadisələri tanışı Niyaməddin Rüstəmovla birlikdə etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Çingiz ilkin olaraq onu kafenin həyətində əlbə-yaxa olaraq yumruqla vurmuşdur və orada olan şəxslər onları ayırmışdır, sonra isə Çingiz kafenin qarşı hissəsində olan yoldan ara küçədə belindən çıxartdığı bıçaqla bir dəfə sağ ayağının içəri bud nahiyəsindən vurmuş, həmin vaxt orada tanımadığı kafeyə müştəri kimi gələn 4-5 nəfər şəxslər və sinif yoldaşı Şahid3 olmuş, dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 10 dəqiqə davam etmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin əsas fəaliyyəti müxtəlif markalı məişət əşyalarının nağd və kredit yolu ilə satışını həyata keçirməkdən ibarətdir. 02 oktyabr 2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasından Şahid6 şəxsiyyət vəsiqəsini təqdim etməklə mağazadan ümumilikdə 2098 manat dəyərində 1 ədəd "xxxx" markalı paltaryuyan və 1 ədəd "xxxx" markalı qabyuyan maşın kreditlə götürülmüşdür. Lakin sonradan Şahid6 MMC-dən götürmüş olduğu məişət əşyalarının kreditini ödəmədiyi üçün Nərimanov filialında işləyən işçilər Şahid6lə əlaqə saxlayaraq götürdüyü məişət əşyalarının aylıq kredit pulunun gecikdiyini bildirən zaman Asif MMC-yə məxsus mağazadan kreditə heç bir əşya götürmədiyini bildirmişdir. Buna görə də, Asif əməkdaşlar tərəfindən MMC-nin Nərimanov rayonunda yerləşən mağazasına dəvət edilmiş və həmin vaxt müəyyən edilmişdir ki, kredit götürülən zaman Şahid6 adından təqdim olunmuş şəxsiyyət vəsiqəsinin üzərində olan foto şəkil Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs Şahid6 məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxarıb öz foto şəklini yapışdırmaqla saxtalaşdırıb 02 oktyabr 2017-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasına təqdim etmiş və Şahid6 adına tərtib olunmuş sənədləri özü imza edərək 2098 manat dəyərində "xxxx" markalı paltaryuyan və 1 ədəd "xxxx" markalı qabyuyan maşın kreditə götürmüşdür. Bundan başqa, 11 oktyabr 2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 10 ünvanında yerləşən mağazasından Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə mağazadan ümumilikdə 2199 manat dəyərində 1 ədəd "xxxx" markalı soyuducunu kreditə götürmüşdür. Lakin, Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazadan kreditlə aldığı soyuducunun kreditini ödəmədiyi üçün Bakıxanov filialında işləyən işçilər Zərərçəkmiş şəxs əlaqə saxlayaraq götürdüyü soyuducunun aylıq kreditini ödəməsini bildirən zaman Aydın mağazadan kreditə heç bir əşya götürmədiyini bildirmişdir. Bundan sonra Aydın əməkdaşlar tərəfindən MMC-nin Sabunçu rayonu Bakıxanov yerləşən mağazasına dəvət edilmiş və orada müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adından mağazaya təqdim olunmuş şəxsiyyət vəsiqənin surətinin üzərində olan fotoşəkil Zərərçəkmiş şəxs məxsus deyildir. Aydın onun anket məlumatları əks olunmuş mağazaya təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətinin üzərində olan foto şəklin tanışı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs adına götürülmüş kredit ödənilmədiyi üçün MMC-nin Bakıxanov qəsəbəsində yerləşən mağazasından Zərərçəkmiş şəxs adına olan sənədlər toplanaraq Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli 42C ünvanında yerləşən "xxxx" MMC-nin baş ofisinə məhkəməyə müraciət edilməsi üçün göndərilmişdir. Bundan sonra MMC-nin hüquqi departamenti 11.10.2017-ci il tarixdə Zərərçəkmiş şəxs adına götürülmüş kredit pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə müraciət etmiş və 31.08.2020-ci il tarixdə məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, o, ünvan 14 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. 27.08.2020-ci il tarixdən "xxxx" MMC-nin hüquq şöbəsində icraçı hüquqşünas kimi işləmişdir. "xxxx" mağazalar şəbəkəsi "xxxx" MMC-yə məxsus mağazalardır. İşlədiyi MMC-nin əsas fəaliyyəti müxtəlif markalı məişət əşyalarının nağd və kredit yolu ilə satışını həyata keçirməkdən ibarətdir. 11 oktyabr 2017-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin ünvan 7 ünvanında yerləşən mağazasından Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə mağazadan 2198 manat dəyərində 1 ədəd "xxxx" markalı soyuducunu 268 manat ilkin ödəniş etməklə qızıl zəmanətlə kreditlə götürülmüşdür. Sonrakı gün soyuducu onun yaşadığı ünvan 15 ünvana çatdırılmışdır. Lakin, sonradan Zərərçəkmiş şəxs MMC-dən götürmüş olduğu soyuducunun kreditini ödəmədiyi üçün Sabunçu filialında işləyən işçilər Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq götürdüyü soyuducunun aylıq kredit pulunun gecikdiyini bildirən zaman Aydın MMC-yə məxsus mağazadan kreditə heç bir əşya götürmədiyini bildirmişdir. Buna görə də, Aydın əməkdaşlar tərəfindən MMC-nin Sabunçu rayonda yerləşən mağazasına dəvət edilmiş və həmin vaxt müəyyən edilmişdir ki, kredit götürülən zaman Zərərçəkmiş şəxs adından təqdim olunmuş şəxsiyyət vəsiqəsinin üzərində olan foto şəkil Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxarıb öz foto şəklini yapışdırıb saxtalaşdırıb 11 oktyabr 2017-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin ünvan 7 ünvanında yerləşən mağazasına təqdim etmiş və Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədləri özü imza edərək 2198 manat dəyərində "xxxx" markalı soyuducunu kreditə götürmüşdür. Bundan sonra MMC-nin hüquq departamenti 11.10.2017-ci il tarixdə Zərərçəkmiş şəxs adına götürülmüş kredit pulunun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə müraciət etmiş və məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin dekabr ayından "xxxx" mağazasında ünvan 16 ünvanında yerləşən filialında kredit mütəxəssisi işləmişdir. 11.10.2017 tarixində saat 13:10 radələrində o, işdə olarkən əvvəllər tanımadığı, adının əslini sonradan öyrəndiyi Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinə öz şəklini laminasiya elətdirən Təqsirləndirilən şəxs ona yaxınlaşmış, adına kreditin verilib-verilmədiyini soruşmuşdur. O, da sistemlə yoxlamış və Zərərçəkmiş şəxs adına kredit verilə biləcəyini demişdir. Sonra Çingiz ona "xxxx" markalı RB34K6220S4/WT modelli soyuducunu almaq istədiyini demişdir. O da şəxsiyyət vəsiqəsi ilə Çingizin sifətinin cizgilərini eyniləşdirmiş, sənədləşdirməyə başlamışdır. İlkin olaraq 218 manat ödəyən Təqsirləndirilən şəxs ümumi dəyəri qızıl zəmanətlə 2198 manata başa gələcək soyuducunu imzalar çəkib almışdır. Soyuducunu ünvan 17 ünvana çatdırılmasını istəmişdir. Sonra həmin şəxs oradan çıxıb getmiş, sonrakı 3 gün ərzində soyuducu həmin şəxsin ünvanına çatdırılmışdır. Sonradan bilmişdir ki, həmin şəxs firmanı aldadıb və tanışı Zərərçəkmiş şəxs saxta şəxsiyyət vəsiqəsi ilə adına kredit götürmüş, əmlakı ələ keçirmişdir. Həmin soyuducunun qiyməti 1770 manat olmuşdur. Lakin kreditlə və qızıl zəmanətlə 2198 manata başa gəlmişdir. Çingiz kassaya 218, sonra isə daha 50 manat ödəmiş, ümumi 268 manat ödəmişdir. Həmin şəxs aylıq 110 manat olmaqla, 18 ay ödəniş etmək öhdəliyini götürmüşdür. Lakin Çingiz verdiyi vədi yerinə yetirməmiş, şirkəti aldatmışdır. Şirkətə ümumilikdə 2198 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Aydın və Elçin hər ikisi ilə münasibətləri normal olmuşdur. 20 dekabr 2017-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq, Qobustan rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 19 radələrində o, qardaşı Şahin və sinif yoldaşı Aydın Xətai rayonu, NZS qəsəbəsində yerləşən «Kosmos» kafesində oturub pivə içmişlər. Həmin gün saat 22 radələrində Çingiz əlində pivə bakalı ilə onların əyləşdiyi kabinetə daxil olmuşdur. Çingiz həmin vaxt sərxoş vəziyyətdə olmuş və Çingiz Aydınla zarafat edən zaman aralarında sözlə mübahisə baş vermişdir. Aydın Çingizə oturduqları masaya əyləşməyib kabinetdən çıxmasını bildirmişdir. Həmin vaxt Çingiz söhbət etmək üçün Aydını kafenin həyətinə çağırdığı üçün Aydın Çingizin arxasınca kafenin həyətinə çıxmışdır. Kafenin həyətində Aydınla Çingizin arasında mübahisə baş vermiş və mübahisə zamanı Aydınla Çingiz əlbəyaxa olaraq dalaşmağa başlamışlar. O və kafedə olan tanımadığı şəxslər araya girib onları ayırmış və Çingiz çıxıb getmişdir. Bundan sonra Aydınla kafeyə daxil olub bir qədər söhbət etdikdən sonra kafedən çıxıb yaşadığı evə getmişdir. Yolda olan zaman özünə məxsus əl çantasının kafedə uşaqların yanında qaldığını xatırlamışdır. Buna görə də çantasını kafedən götürmək üçün təxminən 15-20 dəqiqə ərzində kafeyə qayıtmışdır. Həmin vaxt o, kafenin yaxınlığında Aydının tək halda dayandığını və ayağından qan axdığını görmüşdür. Aydın əli ilə qanaxma olmasın deyə ayağını tutmuşdur. Aydın onu görən kimi tez onu xəstəxanaya aparmağını xahiş etmişdir. Həmin vaxt ətrafda tanımadığı başqa şəxslər də orada olmuşdur. O, əl edib yoldan keçən ağ rəngli, dövlət qeydiyyat nömrəsini görmədiyi “Niva” markalı maşını saxlatdırıb həmin maşınla Aydını özü tək Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışdır. Orada Aydına ilkin tibbi yardım göstərilmişdir. Aydınla Çingiz əvvəllərdən mehriban olmuş, aralarında hər hansı ədavət də olmamışdır. Kafedə olan kabinetdə ilkin olaraq Aydınla Çingizin arasında sözlə mübahisə olmuş və həmin mübahisə zamanı Aydınla Çingiz bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Bundan sonra isə Aydınla Çingiz kafenin həyətinə çıxaraq orada əlbəyaxa olaraq dalaşmışlar. Sonradan isə əl çantasını kafedə qaldığı üçün geri qayıdan zaman Aydının kafenin yaxınlığında əli ilə ayağını tutduğunu və ayağından qan axdığını görmüşdür. Aydın ona kafedən çıxıb evə getmək istəyən zaman Çingizin onu çağıraraq ayağından bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. O, Aydını yaralı görəndə Aydın kafenin həyətində tək halda dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, O, Şahid6 taksi sürücüsü kimi, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanımışdır. X4 onun əmisi oğludur, münasibətləri yaxşı olmuşdur. Boş vaxtlarında hərdən bir Niyaməddinlə görüşmüşlər. 2017-ci ilin avqust ayının axırları, sentyabr ayının əvvəlləri işdə olmuşdur, təxminən saat 12-13 radələrində məhəllə uşağı kimi tanıdığı Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı mobil telefonla onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib ondan xahiş etmişdir ki, Optimal marketdən paltaryuyan və qabyuyan məişət texnikası kreditə götürür, ona zamin lazımdır, o, zamin dursun. O da Çingiz ilə məhəllə uşağı olduğundan ona etiraz edə bilməmiş, idarə etdiyi Tofaş markalı ** ZT *** dövlət qeydiyyat nömrəli avtomobillə işdən məhəlləyə gəlmiş, Təqsirləndirilən şəxs məhəllədən avtomobilə götürüb ikisi birlikdə Nərimanov rayonu Təbriz küçəsində yerləşən "xxxx" mağazasına getmişlər. Orada ilkin olaraq Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini kredit verilən şöbəyə təqdim etmiş, kredit götürülməsi üçün sənədlər hazırlanandan sonra zamin kimi onun şəxsiyyət vəsiqəsini istəmişlər, o da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sənədləşmə aparılandan sonra Təqsirləndirilən şəxs bir ədəd paltaryuyan və bir ədəd qabyuyan məişət texnikasını kreditə götürdüyündən o da zamin kimi sənədlərə imza etmişdir. Sonra da o, Çingiz ilə birlikdə yaşadığı məhəlləyə getmişdir, Təqsirləndirilən şəxs avtomobilə harada götürmüşdürsə orda da avtomobildən düşürdüb çıxıb öz işinə getmişdir. Təqsirləndirilən şəxs kreditə götürdüyü paltaryuyan maşını və qabyuyan maşını nə etməsi barədə məlumatı olmamışdır. Mağazadan da kreditə götürülən məişət texnikasının hansı ünvana aparılmasını bilməmiş və bununla maraqlanmamışdır. Həmçinin Şahid7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, işdən məhəlləyə gələrək Çingizi NZS-də məhəllədən götürmüş, həmin vaxt Çingiz tək olmuş, yanında heç kim olmamış, ikisi birlikdə onun idarə etdiyi avtomobillə birbaşa Optimal Elektronika mağazasına getmişlər və orada Çingizə o, zamin durmaqla kredit alması sənədləşdirilmişdir. O, Təqsirləndirilən şəxs sənədi, yəni Şahid6 şəxsiyyət vəsiqəsindəki fotoşəkilin yerinə öz fotoşəkilini yapışdırmaqla Şahid6 şəxsiyyət vəsiqəsini saxtalaşdırmasından xəbəri olmamış, nə də Təqsirləndirilən şəxs bu barədə ona heç nə bildirməmişdir. O, zamin kimi öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, sənədləşmə aparılandan sonra sənədlərə imza etmiş, şəxsiyyət vəsiqəsini geri verildikdən sonra çıxıb getmişdir. Bir müddətdən sonra ona Şahid6 zəng vurub bildirmişdir ki, o, Çingizə zamin duranda Çingiz sənədini saxtalaşdırıbmış. O da Şahid6 onun həmin sənəddən məlumatı olmadığını bildirmişdir. Asif ona Çingiz ona məxsus şəxsiyyət vəsiqəsini saxtalaşdırıb, kredit götürdüyünü demişdir. O, özü öz şəxsi vəsaitindən 1700 manat əmisi oğlu Şahid8 vermişdir ki, aparıb krediti bağlasın. Şahid8 da həmin 1700 manat pulu Optimal Elektronika mağazasına ödəməklə krediti bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X4 onun qardaşıdır. Şahid6 uşaqlıqdan tanımış, bir məhəllədə böyümüşlər, münasibətləri yaxşı olmuşdur. Şahid7 onun əmisi oğludur. Bakı şəhəri Xətai rayonu Süleyman Əhmədov küçəsi 17 nömrəli evin həyətində onların «Qərasim» adlı marketləri var və həmin market anasının adınadır. Marketdə gündüzlər bir nəfər qız, gecə isə Ramin adlı oğlan işləmişdir. Market 24 saat fəaliyyət göstərmişdir. Şahid6 onun bildiyinə görə Bankdan pul götürərək özünə Mercedes markalı nömrəsini xatırlamadığı avtomobil alaraq taksi kimi işləmişdir. O, eşitdiyinə görə Asif həmin bankın kreditini ödəyə bilmədiyindən yenidən haradansa özünə pul götürmək istəmiş, lakin kreditin ödəməsi ilə əlaqədar gecikməsi olduğundan ona kredit verməmişlər. Təqsirləndirilən şəxs ilə mağazanın qarşısında dayanan zaman Şahid6 onlara yaxınlaşaraq salamlaşmışdır. Həmin vaxt Asifin kefi olmamışdır. O, maraqlanan zaman Asif ona bankdan kredit götürdüyünü, krediti vaxtında ödəyə bilmədiyindən gecikmələri olduğunu və bu səbəbdən yenidən krediti götürə bilmədiyini demişdir. Avtomaşınla da taksi kimi işləməklə kreditini vaxtında ödəyə bilməmişdir. Söhbət zamanı Çingiz istəyirsə ona kredit götürə biləcəyini demişdir. Çingiz Şahid6 şəxsiyyət vəsiqəsini verməsini və ona kredit götürəcəyini demişdir. Bundan sonra o, mağazaya içəri daxil olmuş, Çingiz və Şahid6 mağazanın qarşısında ikisi qalmışdır. Aradan nə qədər keçməsini bilməmiş Asif ona zəng edərək ona Optimal mağazadan zəng vurub demişlər ki, onun adına kreditə məişət texnikası götürülmüşdür. Maraqlananda mağazadan ona kredit götürməsini demişlər. Sonra mağazaya gedib və orada ona məlum olmuşdur ki, Çingiz onun şəxsiyyət vəsiqəsinə öz fotoşəkilini yapışdırmaqla paltaryuyan və qabyuyan maşın 2000 manat dəyərində kredit götürmüşdür. O, Asifə niyə ona zəng vurmasını, Çingizə zəng vuraraq danışmasını demişdir. Asif ona Çingizə zəng çatmadığını, Çingiz 2000 manat dəyərində paltaryuyan və qabyuyan maşınlar kreditə götürəndə əmisi oğlu Namazın da Çingizə zamin durduğunu demişdir. Çingiz Şahid6 şəxsiyyət vəsiqəsini gətirib onların mağazasında qoymuş və əmisi oğlu Namaz da mağazadan şəxsiyyət vəsiqəsini götürüb Şahid6 vermişdir. Çingizin ona deməsinə görə kreditə götürdükləri məişət texnikasını satıblar, pulun çoxunu da Şahid6 özünə götürmüşdür. Kreditə götürdükləri məişət texnikasını harada kimə və kimin satmasını bilməmişdir. Asif sənədlərini qardaşı Niyaməddinə işə düzəlməsi üçün verməsi yalandır. Belə bir iş olmamışdır, onun qardaşı iş tapan olsa ona və özünə iş taparmış. Asif özü də bilir ki, o, işsizdir, Asif sənədlərini özünün razılığına əsasən «Qərəsim» marketində qoyub Çingiz götürüb və sonra da satıcı işləyən Ramil adlı cavan oğlandan Namaz sənədi götürüb Asif vermişdir. Asifin şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnaməni və kağıza yazılmış Asifin yaşadığı evin telefonunun marketdə Ramil adlı oğlandan 2017-ci ilin sentyabr ayının 11-də səhər saatlarında Çingiz götürmüşdür. Asifin şəxsiyyət vəsiqəsindəki fotoşəkilin üzərinə öz fotoşəklini özünün deməsinə görə yapışdırmaqla «Optimal» mağazasına getmiş, sonra da Şahid7 da zamin kimi ora çağırmış və bundan sonra mağazada sənədləşmə getmişdir. Mağazada şəxsiyyət vəsiqəsində Asifin fotoşəkilinin üzərinə Çingizin özünə məxsus fotoşəkilin yapışdırılmasını sənədləşmə aparanda müəyyən edə bilməmişlər. Həmin kredit pulunu əmisi oğlu Namaz işə getdiyindən ona vermiş və o da aparıb ödəmişdir. Namazın kreditin pulunun verməsinin səbəbi ondan ibarət olmuşdur ki, Namazın adı heç bir yerdə hallanmasın, çünki Namaz dövlət işində işləmişdir. Namaz zamin durduğuna görə pulu özü ona vermişdir. O da Namazın verdiyi pulu ödəyərək çekini Namaza vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, X4 və Şahid8 onun bacısı oğludur, bir məhəllədə yaşamışlar. Şahid6 tanımamışdır. Təqsirləndirilən şəxs tanımış, Asiflə qohumluğu və ədavəti olmamışdır. Şahid7 onun qohumudur, bacısının qaynı oğludur və bacısı uşaqları ilə bir məhəllədə yaşamışdır. Bakı şəhəri Xətai rayonu Süleyman Əhmədov küçəsi 17 nömrəli evin həyətində bacısının adına «Qərəsim» adlı marketi olmuş və həmin marketdə işləyən satıcı Ramin gecə növbəsində işləmiş, gündüz növbəsində bir qız işləmişdir. Şahid6 sənədlərini bacısı oğlu Niyaməddinə işə düzəlməsindən ötrü verməsi yalandır. Belə bir iş olmamışdır, onun bacısı oğlu Niyaməddin iş tapan olsa qardaşı Elməddinə və özünə iş taparmış. Asif özü də bilmişdir ki, bacı oğlu Elməddin işsizdir, özünə iş tapa bilməmişdir. O, Çingizə zamin durmamış və Çingiz onun zamin durmağı ilə Optimal marketdən paltaryuyan maşın və qabyuyan maşın kreditə götürməmişdir. Onun bu işdən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Optimal Elektronika MMC-nin filial müdiri işləmişdir. Əvvəl isə ünvan 18 ünvanda yerləşən "xxxx" MMC-nin Nərimanov filialında kredit şöbəsində işləmişdir, 2017-ci ilin noyabr ayının 7-də əmri verilib və müdir təyin olunmuşdur. 02 oktyabr 2017-ci il tarixdə onun yanına bir nəfər oğlan gələrək kredit üçün müraciət etmişdir. O, kredit verilməsi üçün həmin şəxsdən onun şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs ona Şahid6 olmasını təsdiq edən şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O da şəxsiyyət vəsiqəsinə baxanda görmüşdür ki, vəsiqənin üzərində olan şəkil həmin şəxsin şəkilidir. Vəsiqənin üzərinə plyonka örtük, yəni laminasiya çəkilmişdir. O da həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb vəsiqəni həmin şəxsə qaytarmışdır. O, həmin vəsiqə əsasında cəmi dəyəri 2098 manat təşkil edən 1 ədəd «Bosch » markalı paltaryuyan və həmin markadan 1 ədəd qabyuyan almışdır. İlkin 200 manat pul ödənilmişdir. Pulun qalan, hissəsi isə həmin şəxsin xahişi ilə 12 ay kreditə verilmişdir. Həmin müqavilə onun tərəfindən tərtib olunmuş və hər ikisi tərəfindən imzalanmışdır. Verilən kreditin etibarlı olması üçün o, həmin şəxsin atasına zəng vuraraq atası Yusifağa ilə danışmışdır. Həmin şəxs də telefon danışığı zamanı Yusifağa olmasını təsdiq etmiş və oğulunun həmin məişət avadanlıqlarını kreditə götürməsindən xəbərdar olduğunu bildirmişdir. Kreditə götürülən malların miqdarı 2000 (iki min ) manatdan artıq olduğundan bir nərəf zamin tələb olunmuşdur. Kredit mal götürən şəxs səhəri günü Şahid7 ilə birlikdə mağazaya gəlmiş və şəxsiyyət sənədini təqdim edib həmin müqaviləni imzalamışdır. Zamin duran şəxs isə həmin müqaviləni oxumadan imzalamışdır. Kredit götürən şəxsə və zamin duran şəxsin ümumi kredit yoxlanışından, yəni kredit ödənişi vəziyyətini yoxlamaq üçün onlara ərizə blanklarını doldurmuşlar. Həmin yoxlamanın nəticəsi müsbət olduğundan kredit ayrılması təsdiqlənmişdir. Oktyabr ayının 3 və yaxud dördü günü Optimal elektronika Şahid6 şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan 20 ünvana həmin kreditə götürülən məişət avadanlıqları çatdırılmışdır. Həmin məişət avdanlıqlarının birinci ayının ödənişi ilə bağlı son gün həmin müştəriyə zəng vurmuşdur. Kredit götürən şəxsin və zaminin vermiş olduğu ev və mobil telefon nömrəsini müqaviləyə qeyd olunmuşdur. Həmin nömrələdən istifadə edərək o, kredit götürən şəxsə zəng vurmuşdur. Həmin şəxs də 2-3 gün ərzində kreditin ödəniləcəyini bildirmişdir. Noyabr ayını 5-də o, yeni iş yerinə getdiyindən ödəniş barədə məlumatı olmamışdır. Təxminən bir-iki gün sonra eşitmişdir ki, ona təqdim olunan vəsiqə saxta sənəddir. Orada şəxsin fotoşəkili saxtalaşdırılmışdır. Şahid6 «Opitmal Elektironika» mağazasına gəlib şikayət etmişdir ki, o mağazadan krediti almamışdır. Asif şəxsiyyət vəsiqəsi təqdim edəndə məlumatı olmuşdur ki, Asifin anket məlumatı olan vəsiqənin surətində başqa şəxsin şəkli olmuşdur. Asif də həmin şəxsi tanıdığını bildirmişdir. Asif vəsiqəsini işə düzəltmək adı ilə vermiş və ondan istifadə edib onun şəxsiyyət vəsiqəsi saxtalaşdırılıb adına kredit götürmüşlər. Götürülən kredit sonradan zamin duran Şahid7 tərəfindən ödənilmişdir. Həmin ödənişi isə onun adından Şahid8 Xanvəli oğlu həyata keçirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin "xxxx" mağazasında işləmiş və həmin MMC-nin nümayəndəsidir. 2018-ci ilin sonlarına yaxın mağazanın problemli kreditlər şöbəsində Zərərçəkmiş şəxs 11 oktyabr 2017-ci il tarixində mağazadan kredit yolu ilə 2198 manata başa gələcək "xxxx" markalı qızıl zəmanətli soyuducu alaraq pulunu ödəməməsi barədə araşdırma getmişdir. Sonra kredit ödənmədiyindən Xətai Rayon Məhkəməsinə iddia vermişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adından onun şəxsiyyət vəsiqəsinə öz şəkilini yapışdıran Təqsirləndirilən şəxs 11 oktyabr 2017 tarixində S.Qocayev küçəsi 27c ünvanında yerləşən mağazaya daxil olub, 268 manat ilkin ödəniş etməklə satıcı-kredit mütəxəssisi Şahid2 təqdim etdiyi sənədlərə imza çəkmişdir. Çingiz özünü Zərərçəkmiş şəxs kimi təqdim edərək saxta sənəd təqdim etmiş, 2198 manata başa gələcək əsl dəyəri 1770 manat olan Samsung markalı soyuducunu almışdır. Sonrakı gün soyuducu onun yaşadığı ünvan 15 ünvana çatdırılmışdır. Məhkəmə zamanı Zərərçəkmiş şəxs da oraya gəlmiş, şəxsiyyət vəsiqəsini bir müddətlik tanışı Təqsirləndirilən şəxs vermiş, lakin onun bu əməli törətməsindən xəbəri olmamış, məhkəmə zamanı belə hərəkət etməsini bildirmişdir. Sonrakı prosesə Təqsirləndirilən şəxs da gəlmiş, əməli etdiyini etiraf edib, pulu ödəyəcəyini desə də verdiyi vədə əməl etməmişdir. 20 dekabr 2018 tarixində isə məhkəmə bu barədə qərardad çıxarmışdır. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, özünə məxsus şəxsi avtomobili taksi kimi istifadə etməklə ailəsini dolandırmışdır. O, X2 uşaqlıqdan tanımışdır. Onlar Bakı şəhəri Xətai rayonu 194 saylı orta məktəbdə təhsil almışlar, Niyaməddin ondan bir sinif yuxarı oxumuşdur. O, həmişə Xətai rayonu NZS qəsəbəsi Süleyman Əhmədov küçəsində «Qərəsim» marketin qarşısında əks tərəfdə dayanıb orada sərnişin gözləmişdir. Təxminən 2017-ci ilin sentyabr ayının axırlarında günorta saatlarında Niyaməddin Rüstəmov ona yaxınlaşaraq BPİ şirkətinə sürücü kimi onu düzəldə biləcəyini demişdir. O, sevinərək Niyaməddindən bu işə görə kiməsə hörmət etmək lazım olduğunu soruşmuşdur. Niyaməddin də ona demişdir ki, birinci əmək haqqını alanda ona deyəcəyək ki, kimə yaxınlaşıb hörmət etmək lazımdır. Niyaməddin ona yaxın dostunun həmin şirkətdə kadrlarda işlədiyin demişdir. Niyaməddin ona bildirmişdir ki, şəxsiyyət vəsiqəni versin ki, şirkətə təqdim etsin. O da Niyaməddinə şəxsiyyət vəsiqəsinin surətini çıxarıb versə də Niyaməddin razı olmamışdır. Niyaməddin ona vəsiqənin özünü tələb etiklərini, surətini özləri çıxarıb 3-4 günə qaytaracaqlarını bildirmişdir. Həmin söhbət ikisinin arasında olmuşdur. O, inanıb üzərində olan şəxsiyyət vəsiqəsini çıxarıb Niyaməddinə vermişdir. Təxminən bir ay sonra o, Gürcüstan Respublikasından Bakı şəhərinə qayıdarkən yolda Niyaməddin zəng edərək ona bildirmişdir ki, BPİ şirkətinin işçiləri guya onun ünvana zəng edib onun həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuşlar. Ailə üzvləri onun həmin ünvanda yaşamadığını demişlər. Niyaməddinin bu sözünü dəqiqləşdirmək üçün evlə əlaqə saxlamışdır. Evdən ona xəbər vermişlər ki, onlardan onu yox, başqa bir ad soruşmuşlar. O, dərhal Niyaməddinin mobil nömrəsini yığıb evə zəng edənlərin onu yox, başqa bir adı soruşduqlarını bildirmişdir. Niyaməddin ondan şəxsiyyət vəsiqəsini alanda yaşadığı evin nömrəsini, təhsilini, ailəsini, kimlərlə yaşadığını kağıza yazıb ona verməsini, BPİ şirkətində «SVİ » istəyəcəklərini, həmin məlumatları ora təqdim etməli olduğunu bildirmişdir. O, səhəri günü bütün bu məlumatları kağızda yazıb Niyaməddinə vermişdir. O, Niyaməddinə zəng edənlərin onu yox, başqa bir adamı soruşmasını bildirdikdə Niyaməddin ona “yaxşı mən zəng edərəm” demişdir. Niyaməddin yarım saat sonra ona zəng vuraraq həmin şirkətlə danışdığını, onun hərbi bileti və nigah haqqında şəhadətnaməsi tələb olunduğunu demişdir. O, həmin sənədləri qaynı Şahid10 vermişdir ki, Niyaməddinə çadırsın. O, Niyaməddinə zəng vuraraq sənədi göndərdiyini və götürməsini bildirmişdir. Niyaməddin də sənədi atasının «Qərasim » marketində satıcıya verməsini demişdir. O, bunu qaynına demiş və Mahir də bunu yerinə yetirmişdir. Bir müddət sonra uşağının birinci sinfə qəbul olunması ilə əlaqədar ona şəxsiyyət vəsiqəsi lazım olmuşdur. O, Niyaməddinə zəng vurub sənədini tələb etmişdir. Niyaməddin ona bildirmişdir ki, birinci gün sənədi ona çatacaq, lakin dediyini yerinə yetirməmişdir. Hər dəfə zəng vurduqda Niyaməddin «sabah, birisi gün verəcəyəm» desə də yerinə yetirməmişdir. 11 noyabr 2017-ci il tarixdə saat 14:30 radələrində ona evdən zəng gələrək bildirilmişdir ki, «Optimal» elektronika mağazasından evə zəng vurub demişlər ki, Şahid6 aylıq kredit ödənişini yerinə yetirməmişdir. Həyat yoldaşı soruşanda bildirmişlər ki, mağazadan paltaryuyan maşın və qabyuyan olmaqla cəmi 2000 (iki min) manat dəyərində kreditə mal götürmüşdür. O da belə bir şey ola bilmədiyini bildirmişdir. O, dərhal evə getmiş və evlərinə zəng olunan həmin nömrəyə zəng etmişdir. Mağazadan ona əşyaları almağına dair görüntülərin olduğunu bildirib mağazaya dəvət etmişlər. O da Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən "xxxx" mağazasına gedərək sənədləri tələb etmişdir. Sənədlər gətiriləndə onun şəkilinin yerinə onun sinif yoldaşı Təqsirləndirilən şəxs şəkli vurulduğunu görmüşdür. O, özünün sürücülük vəsiqəsini çıxarıb göstərmişdir. Buna görə də o, zəng vurub DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin sənədin surətini mağazadan çıxarıb ona vermişlər. Bundan sonra onu Nərimanov rayonu 18-ci PB-nə dəvət etmişlər, o, bununla əlaqədar izahat vermişdir. Həmin malların kreditin götürülməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Niyaməddinin əmisi oğlu Rüstəmov X20 zamin durmuşdur. Onun şikayətindən sonra kredit Şahid7 tərəfindən ödənilmişdir. O, Namazdan niyə belə saxta işə zamin durduğunu soruşmuş və Namaz ona imza edərkən ada, soyada fikir vermədən inanıb imza etdiyini bildirmişdir. Onun Çingiz ilə kredit barədə heç bir söhbəti olmamışdır. Çingiz kreditə götürdüyü məişət texnikasını nə etməsini bilməmiş, Çingiz ona 800 manat pul verməmişdir. O, Çingizə nə üçün onun sənədini saxtalaşdırdığını soruşan zaman Çingiz bütün bunları Niyaməddin etdiyini demişdir. Müqavilədə göstərilən ***-***-**-** nömrəli ev telefonu onun qeydiyyatda olduğu qayınatasının evinin telefon nömrəsi olmuşdur. Çingiz kredit götürəndən sonra həmin nömrəyə zəng edilmiş və zəngə qayınatası cavab vermişdir. Zəng edən şəxs Asifi, yəni onu soruşmamışdır, Natiq və ya Namiq adlı şəxsi soruşmuşlar. Qayınatası ona burda belə bir şəxs yaşamadığını demişdir. Qayınatasının evinə zəng olanda arvadı Gülnar Paşayeva da atası evində olmuşdur. Arvadı Gülnar ona “Optimal”dan evə zəng edib kreditin ödənilməməsinin səbəbini soruşmuşlar. O da heç bir kreditinin olmadığını demişdir. Sonra Optimala getmiş və bilmişdir ki, Çingiz onun şəxsiyyət vəsiqəsini öz fotoşəkilini yapışdırıb məişət texnikası kreditə götürmüşdür. ***-***- **-** mobil nömrə Niyaməddinin mobil nömrəsi olmuşdur. Şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, X4 və onun-qardaşı Şahid8 onun anasının qohumlarıdır və o, Bakı şəhərinə gəlib qalanda onların həyət evində müvəqqəti 5-10 gün qalmış, sonra Tərtər rayonunda yaşadığı evinə getmişdir. Şahid6 tanımamış, Asiflə heç bir qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Qərəsim marketində gecələr işləyəndə bir müştəri kimi tanımışdır. O, qohumlarının evində Bakı şəhərində qalanda hərdənbir gecələr qohumlarına məxsus «Qərəsim» marketində qalaraq işləmişdir. Market yolun kənarında evə bitişik olmaqla səhərə kimi işləmişdir. Dəqiq tarixi və vaxtını xatırlamadığı tanımadığı bir cavan oğlan şəxsiyyət vəsiqəsini açıq vəziyyətdə gətirib ona verərək Təqsirləndirilən şəxs gəlib götürəcəyini demişdir. O da tanımadığı şəxsdən aldığı şəxsiyyət vəsiqəsinə baxmamış, şəxsiyyət vəsiqəsinin kimə məxsus olmasını bilmədən marketdə kassanın siyirməsinə qoymuşdur. Həmin gün Təqsirləndirilən şəxs marketə gəlib şəxsiyyət vəsiqəni ondan götürüb çıxıb getmişdir. O, marketdə işdə olan zaman tanımadığı şəxs ona şəxsiyyət vəsiqəsini açıq vəziyyətə verib bildirmişdir ki, Çingiz gəlib götürəcək. Elə həmin günü də Çingiz marketə gəlib şəxsiyyət vəsiqəsini ondan götürmüşdür. Tanımadığı şəxs ona hərbi bilet və nikah haqqında şəhadətnamə verməmiş, ona ancaq şəxsiyyət vəsiqəsi verilmiş və şəxsiyyət vəsiqəsini də Təqsirləndirilən şəxs marketdən götürmüşdür. Aradan xeyli keçəndən sonra o, bilmişdir ki, tanımadığı şəxsin marketə gətirib ona vermiş olduğu şəxsiyyət vəsiqəsi Şahid6 məxsus olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmış, tanımadığı şəxs ona şəxsiyyət vəsiqəsini vermiş və həmin şəxsiyyət vəsiqəsini Çingiz marketdən götürmüşdür. Çingiz marketdən şəxsiyyət vəsiqəsini götürəndə onun yanında marketdə Elməddinin anası Asya Rüstəmova olmuşdur. Çingiz odan nikah haqqında şəhadətnamə və Asifin evlərinin kağıza yazılmış nömrəsini götürməmişdir. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Şahid6 onun bacısının həyat yoldaşıdır, ünvan 21 ünvanında, yəni onun valideyinləri ilə birlikdə yaşadığı ünvanda qeydiyyatdadır, Xəzər rayonu Qala qəsəbəsi Südçülük tərəvəzçilik sovxozunda ailəsi ilə birlikdə yaşamışdır. 2017-ci ilin hansı ayı və tarixi olmasını dəqiq xatırlamır, o, Xəzər rayonu Qala qəsəbəsi Südçülük tərəvəzçilik sovxozunda bacısının əri Şahid6 evində olmuşdur. Şahid6 ona xatırlamadığı sənədlər vermişdir ki, aparıb verərsən onun oxuduğu 194 nömrəli Tam orta məktəbin yaxınlığında yerləşən «Qərəsim» marketində verərsən deyərsən ki, Niyaməddinə versinlər. O da həmin axşamı bacısının əri Şahid6 evindən yaşadığı evə gəlmiş,axşam sənədlər onda qalmışdır. Səhəri günü təxminən 09:35 radələrində Asifin ona verdiyi sənədləri «Qərəsim» marketində işləyən adını bilmədiyi qıza vermişdir. O, Şahid6 ona verdiyi xatırlamadığı sənədləri «Qarəsim» marketində verəndə marketdə iki qız olmuşdur. O, Şahid6 ona verdiyi xatırlamadığı sənədləri satıcı qıza verəndə demişdir ki, Asifin deməsinə görə sənədlər Niyaməddinə çatacaq. Satıcı qız sənədləri ondan alandan sonra o, çıxıb getmişdir. Həmin sənədləri marketdən kimin götürməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05.10.2020-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır (İ cild, i.v. 1-2); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2020 saylı, 31.08.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı “pul” tələbi barədə iddiasına dair e-2(011)-1032/2020 saylı mülki işə məhkəmə baxışı zamanı dələduzluq (Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan) və rəsmi sənədlərin saxtalaşdırılması (Azərbaycan Respublikası CM-in 320-ci maddəsində nəzərdə tutulan) cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə Bakı şəhəri Xətai rayon prokuroruna xəbər verilməsi qərara alınmışdır (İ cild, i.v. 5-7); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı –cavabdehdən 11.10.2017-ci il tarixli VSBK00637 nömrəli nisyə satış müqaviləsi üzrə 1920,59 manat əsas borcun və 300 manat cərimə borcu olmaqla, cəmi 2220,59 manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsi barədə iddiası təmin edilməmişdir (İ cild, i.v.8-9); 11.10.2017-ci il tarixli, VSBK00637 nömrəli nisyə satış müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında nisyə satış müqaviləsi bağlanmışdır (İ cild, i.v. 10) 11.10.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, nisyə satış müqaviləsində nəzərdə tutulan avadanlıq alıcıya təhvil verilmişdir (İ cild, i.v. 11); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/48 nömrəli, 8 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 52-ci vərəqəsində Zərərçəkmiş şəxs adına olan 11 oktyabr 2017-ci il tarixli №VSBK00637 nömrəli nisyə satış müqaviləsində “Alıcı” hissəsində imza qrafasındakı imza-Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir (İ cild, i.v. 12- 14); 08 oktyabr 2020-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (İ cild, i.v. 21-22); 12 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi, icraata qəbul edilməsi və birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və eyni bir icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılmışdır (İ cild, i.v. 25- 29); 09 mart 2019-cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 320.1, 320.2-ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə fakta görə ********* saylı cinayət işi başlanılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (İ cild, i.v. 32); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5210/2018 saylı, 20 dekabr 2018-ci il tarixli xüsusi qərardaddan görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı-borc tələbi barədə iddiasına dair e-2(011)-5210/2018 saylı mülki işə məhkəmə baxışı zamanı dələduzluq (Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan) və rəsmi sənədlərin saxtalaşdırılması (Azərbaycan Respublikası CM-in 320-ci maddəsində nəzərdə tutulan) cinayət əməlinin əlamətlərinin aşkara çıxarılması barədə Bakı şəhəri Sabunçu rayon prokuroruna xəbər verilməsi qərara alınmışdır (İ cild, i.v.35); 11.10.2017-ci il tarixli, H 253613 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında müqavilə bağlanmışdır (İ cild, i.v. 40-41); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5210/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı-1930 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddiası rədd edilmişdir (İ cild, i.v. 53-54); 26 dekabr 2017-ci il tarixli cinayət işi başlama və icraata götürmə barədə qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür (İ cild, i.v. 99); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27946 nömrəli, 15 noyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 28-29-cu vərəqlərində "xxxx" MMC ilə Zərərçəkmiş şəxs adına bağlanmış olan H253613 nömrəli 11 oktyabr 2017-ci il tarixli müqavilənin 1-ci vərəqəsinin aşağı sağ küncündəki, 2-ci vərəqəsində “Zərərçəkmiş şəxs” və “Zamin” hissələrindəki imzalar; mülki işin 32-ci vərəqəsində olan 11 oktyabr 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktında “İmza” qrafalarındakı imzalar- Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (İ cild, i.v. 108-110); 04 aprel 2019-cu il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (İ cild, i.v. 120); 04 aprel 2019-cu il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (İ cild, i.v. 123); 08 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (İ cild, i.v. 126); 08 aprel 2019-cu il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İ cild, i.v. 127); 08 aprel 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 137); 09 aprel 2019-cu il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddəsi ilə olan cinayət əməli həmin məcəllənin 320.1, 320.2, 178.2.1-ci maddəsinə tövsif edilmiş və həmin şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild, i.v. 151); 10 aprel 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.2.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (İ cild, i.v. 153-154); 10 aprel 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir (İ cild, i.v. 170-171, 172-173) 10 aprel 2019-cu il tarixli cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1, 320.2, 178.2.1-ci maddəsinin əlamətləri ilə olan ********* saylı cinayət işi Xətai RPİ İŞ-nin icraatında olan ********* saylı ciyət işinə birləşdirilib bir icraatda istintaq edilməsindən ötrü aidiyyatı üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (İ cild, i.v. 175-176); 10 aprel 2019-cu il tarixli cinayət işləri üzrə icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********** nömrə altında istintaqı davam etdirilmişdir (İ cild, i.v. 180-181); 20.12.2017-ci il tarixli Xətai RPİ-nin 37-ci PB-yə ünvanlanan raportdan görünür ki, “KOSMOS” marketin qarşısında 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin kəsilmş deşilmiş yarası ilə müraciət etmişdir (İ cild, i.v. 188); 03 yanvar 2018-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmışdır (ı cild, i.v. 208); 30 yanvar 2018-ci il tarixli ittiham elan etmək məqsədilə şübhəli şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilənə qədər cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (İ cild, i.v. 224); 06 fevral 2018-ci il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2018-ci il tarixdə, saat 18:30-da keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi yaxınlığında tutulmuşdur (İ cild, i.v. 229); 06 fevral 2018-ci il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir (İ cild, i.v. 230); 08 fevral 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v. 245); 08 fevral 2018-ci il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Xətai RPİnin MSY-dən azad olunmuşdur (İ cild, i.v. 256); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2018-ci il tarixli, 2755 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş hərbi şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Şalvarın səthində olan “a” və “b” zədələri bir tərərfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir (İİ cild, i.v. 33-36); 01 mart 2018-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (İİ cild, i.v. 39); 01 mart 2018-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (İİ cild, i.v.42); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin 36/77 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ bud nahiyəsində kəsilmiş-deşilmiş yara deşicikəsici əşyanın, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20.12.2017-ci il tarixdə və şaritdə əçələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (İİ cild, i.v. 47-49); 31 mart 2018-ci il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir (İİ cild, i.v. 51); 31 mart 2018-ci il tarixli cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir (İİ cild, i.v. 53-54); 10 yanvar 2018-ci il tarixli cinayət işi başlanılması haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır (İİ cild, i.v. 58); 18 yanvar 2018-ci il tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, X5 və X9 iştirakları ilə Şahid6 təqdim etdiyi öz adına olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu şəxsiyyət vəsiqəsi seriya AZE №******** olmaqla Şahid6 Yusif oğlunundur. Solda onun fotoşəkili, sağda xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmasına dair məlumatlar vardır. Vəsiqənin arxa hissəsində onun evli, hərbi mükəlləfiyyətli, qan qrupunun (1 +), gözlərinin rənginin qəhvəyi, boyunun 176 sm, yaşayış yerinin Bakı şəhəri ünvan 20 D qeydiyyatda olması, Asan 2 orqan tərəfindən 10.06.2017-ci il tarixdə verilməsi və 10.06.2021-ci ilə kimi etibarlı olmasına dair məlumatlar vardır. Şəxsiyyət vəsiqəsi səlahiyyətli şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur. Şahid6 bildirdi ki, vəsiqəni X3 təqdim edərkən adi qaydada üzlənmiş formada olmuş, lakin geri qaytarılarkən üzlüyü pozulmuş vəziyyətdə olmuşdur (İİ cild, i.v. 73); 02.10.2017-ci il tarixli, BNK03728 nömrəli nisyə satış müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Şahid6 arasında müqavilə bağlanmışdır (İİ cild, i.v. 92); 02.10.2017-ci il tarixli, BNK0372-Z nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Şahid7 Xanəli oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır (İİ cild, i.v. 93); 17 fevral 2018-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (İİ cild, i.v. 120); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Elspertizası Mərkəzinin 2 mart 2018-ci il tarixli, 3194/5312 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid6 adına AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blankdan ibarət olmaqla mətbəə çap üsulu vasitələrlə hazırlanmışdır və “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi şəxsiyyət vəsiqəsinin nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim olunmuş Şahid6 adına AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin fotoşəkil olan hissəsində yapışqan maddənin izləri yoxdur (İİ cild, i.v.128-131); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 27.02.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 135-136); 14 mart 2018-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət üzrə icraat dayandırılmışdır (İİ cild, i.v. 137); 14 mart 2018-ci il tarixli cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə başlanılmış ********* nömrəi cinayət işi üzrə törədilmiş əməl həmin Məcəllənin 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v. 142-143); 14 mart 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (İİ cild, i.v. 150-151); 14 mart 2018-ci il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham olunduğu ********* saylı cinayət işi üzrə barəsində 08 fevral 2018-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi bu iş üzrə nəzərə alınmışdır (İİ cild, i.v. 160-161); 31 mart 2018-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.3, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v. 173-174); 31 mart 2018-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (İİ cild, i.v. 176-177); 10 aprel 2019-cu il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3, 320.1 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işinin btidai istintaqı təzələnmişdir (İİ cild, i.v. 180-181); 10 aprel 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 320.1 və 320.2-ci maddələrindən həmin məcəllənin 178.2.1, 221.3, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v. 183-184); 10 aprel 2019-cu il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin tarixdə tutulmuşdur (İİ cild, i.v. 203); 11 aprel 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 221.3, 320.1 və 320.2-ci maddələrindən, həmin Məcəllənin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v. 212- 213); 12 aprel 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild, i.v 215-216); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-206/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 10 aprel 2019-cu il tarixdən hesablanmışdır (İİ cild, i.v. 240-242); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-326/2019 saylı, 08 iyun 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla, 04 (dörd) ayadək, yəni 10 avqust 2019-cu il tarixədək uzadılmışdır (İİİ cild, i.v. 4- 6); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-456/2019 saylı, 06 avqust 2019-cu il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay olmaqla, 05 (beş) ayadək, yəni 10 sentyabr 2019-cu il tarixədək uzadılmışdır (İİİ cild, i.v. 41-43); 28 avqust 2019-cu il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, X6 ərizəsi əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmişdir (İİİ cild, i.v. 53-54); 22 iyul 2019-cu il tarixli cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, toplanmış material RPİ-nin İŞ-ə göndərilmişdir (İİİ cild, i.v. 65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-506/2019 saylı, 07 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay olmaqla 06 (altı) ayadək, yəni 10 oktyabr 2019-cu il tarixdək uzadılmışdır (İİİ cild, i.v. 154- 156); 09 oktyabr 2019-cu il tarixli məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi və təqsirləndirilən şəxsin azad olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından azad olunmuşdur (İİİ cild, i.v. 185-186); 09 oktyabr 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan-polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İİİ cild, i.v. 187-191); 23 oktyabr 2019-cu il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır (İİİ cild, i.v. 194-200); 13 oktyabr 2020-ci il tarixli zərərçəkmişin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (İİİ cild, i.v. 211-212); Zərərçəkmiş şəxs 27.10.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona yüngül bədən xəsarəti yetirməsi barədə heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Ərizəsinin nəzərə alınmasını xahiş edir (İİİ cild, i.v. 251); 18 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (İV cild, i.v. 17-19); 18 noyabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İV cild, i.v.20-22); Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 20.11.2021-ci il tarixli, 101-22401-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 noyabr 2020-ci il tarixdə axtarış işi açılmışdır (İV cild, i.v. 27); 14 yanvar 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməkdə şübhəli bilinərək barəsində Xətai RPİ tərəfindən axtarış elan olunduğu üçün saxlanılmışdır (İV cild, i.v. 28); 14 yanvar 2021-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir (İV cild, i.v. 29-30); 14 yanvar 2021-ci il tarixli zərərçəkmişin nümayəndəsi qismində tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, Nümayəndə2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (İV cild, 38-39); 14 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbacan Respublikası CM-in 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (İV cild, i.v. 53-55); 14 mart 2018-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir (İV cild, i.v. 63); 16 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İV cild, i.v. 71-73); 03 fevral 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 27.03.2018-ci il tarixli 36/77 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının 02.03.2018-ci il tarixli, 3194/5212 saylı, 15.11.2018-ci il tarixli, 27946 saylı və 08.06.2020-ci il tarixli, 4/48 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Şahid6, Şahid7 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikasının CM-nin 128, 228.4 və 326.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd hərbi şalvar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-in saxlanc anbarına təhvil verilmiş, iş üzrə zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC-yə dəymiş maddi ziyan 4297 manat və "xxxx" MMC-yə dəymiş maddi ziyan 2198 manat hesab olunmuş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işindən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə başqa cinayət işi ayrılmış, zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla ayrılmış cinayət işinə əlavə olunmuş və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmış, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 zərərçəkmiş statusuna xitam verilmiş və onun ifadəsi şahid ifadəsi kimi nəzərə alınmışdır (İV cild, i.v. 79-112); Bakı şəhəri Xətai rayon məhkəməsinin iş üzrə 23.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq 23.07.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 20 dekabr 2017-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs sinif yoldaşı olublar. Təqsirləndirilən şəxs X17 tanışı Aydının şəxsiyyət vəsiqəsini alıb, ona məlumat vermədən sənədi saxtalaşdırmaqla sonuncunun adına "xxxx" MMC və "xxxx" MMC-dən müxtəlif elektron məişət cihazlarını kreditə götürmüş, həmin məişət cihazlarını satıb pulunu mənimsəməklə yanaşı, tanışı Zərərçəkmiş şəxs adına kreditə götürdüyü məişət cihazlarının pulunu ödəməmişdir. Bu səbəbdən də "xxxx" MMC və "xxxx" MMC-dən Zərərçəkmiş şəxs zəng olunaraq kredit borcunu ödəməsi tələb olunduqda ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs onun adına kredit götürmüş və pulunu ödəməmişdir. Bu səbəbdən də onlar arasındakı münasibətlər korlanmışdır. 19 dekabr 2017-ci il tarixdə Aydın yenidən ona zəng vuraraq pulu ödəməyini tələb edərək ünvanına nalayiq ifadələr işlətmişdir. Telefonda onların arasında mübahisə baş vermişdir. 20 dekabr 2017-ci il tarixdə “Kosmos” kafesində olan zaman isə onlar yenidən qarşılaşdıqda yenidən aralarında sözlü mübahisə yaranmış, Aydın Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən də təqsirləndirilən şəxs evə gedərək mətbəxdən bıçaq götürüb qayıtmış, küçədə Zərərçəkmiş şəxsı gözləmişdir. Aydın isə kafedən çıxan zaman Çingizin kafenin giriş qapısının qarşısında dayanıb onu gözlədiyini görmüşdür. Həmin vaxt Çingiz onu yanına çağırdığı üçün o, Çingizə tərəf getməyə başlamışdır. Çingiz onunla söhbət edəcəyini bildirib ondan təxminən 1 metr irəlidə getmişdir. Onlar kafenin qarşı hissəsində olan yoldan ara küçədə dönən zaman Çingiz anidən əlini belinə ataraq bıçaq çıxarıb həmin bıçaqla bir dəfə sağ ayağının içəri bud tərəfindən vurmaqla sağlamlığına yüngül zərər vurmuş, yaranmış səs-küylə əlaqədar olaraq kafenin qarşı hissəsində olan 3-4 nəfər şəxs Çingizin onu vurduğunu görüb yaxınlaşaraq Çingizi ondan uzaqlaşdırmışlar və Çingiz oradan çıxıb getmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 20 dekabr 2017-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbini düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıq əməli kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, şahid ifadəsi, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi kimi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə bıçaqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü və onun dostu Şahid3la məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan bıçaq da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satm üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır: Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsi üzrə cinayət hadisəsinin 02.10.2017-ci il və 11.10.2017-ci il tarixdə törədilməsini, cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilmələrinə razılığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair hissədə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri üzrə əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onuın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı (06.02.2018-ci il tarixdən 08.02.2018-ci il tarixədək, 08.04.2019-cu il tarixdən 10.04.2019cu il tarixədək, 10.04.2019-cu il tarixdən 09.10.2019-cu il tarixədək, 14.01.2021-ci il tarixdən 16.01.2021-ci il tarixədək) 06 (altı) ay 05 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut –Bakı şəhəri Xətai RPİ-də saxlanılan 1 ədəd hərbi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 61,52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 318, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsi hissəsində iş üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.02.2018-ci il tarixdən 08.02.2018-ci il tarixədək, 08.04.2019-cu il tarixdən 10.04.2019cu il tarixədək, 10.04.2019-cu il tarixdən 09.10.2019-cu il tarixədək, 14.01.2021-ci il tarixdən 16.01.2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Bakı şəhəri Xətai RPİ-də saxlanılan 1 ədəd hərbi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 61,52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-172/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-172/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver