Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-172/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X11, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs1, onun nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Türkiyə Respublikasının Alanya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Antalya şəhəri, F.Cəddisi küçəsi, ev 67 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, özünü "xxxx" MMC-nin direktoru işləyən Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olduğu müştərisi Zərərçəkmiş şəxs2 Səudiyyə Ərəbistanında yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsi kimi təqdim edərək, əlaqələrinin geniş olmasını və Azərbaycan Respublikasında şirkətlərlə iş birliyi etməsini yalandan bildirməklə, sonuncunu və ailə üzvlərini X10 ziyarətinə göndərəcəyini vəd verməklə, 24 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mixək” adlı kafedə ondan 6.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10.200 manat pul vəsaitini alaraq ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 (altı min) ABŞ dolları, dövrün məzənnəsi ilə 10.200 (on min iki yüz) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, özünü "xxxx" MMC-nin direktoru işləyən Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olduğu müştərisi Zərərçəkmiş şəxs3 Səudiyyə Ərəbistanında yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsi kimi təqdim edərək, əlaqələrinin geniş olmasını və Azərbaycan Respublikasında şirkətlərlə iş birliyi etməsini yalandan bildirməklə, sonuncunu və ailə üzvlərini X10 ziyarətinə göndərəcəyini vəd verməklə, 25 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mixək” adlı kafedə sonuncudan 5.020 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.534 manat və 3.530 manat pul vəsaitini alaraq ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs3 5.020 (beş min iyirmi) ABŞ dolları, dövrün məzənnəsi ilə 8.534 (səkkiz min beş yüz otuz dörd) manat və 3.530 (üç min beş yüz otuz) manat, ümumilikdə isə 12.064 (on iki min altmış dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, özünü "xxxx" MMC-nin direktoru işləyən Zərərçəkmiş şəxs1 Səudiyyə Ərəbistanında yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsi kimi təqdim edərək, əlaqələrinin geniş olmasını və Azərbaycan Respublikasında şirkətlərlə iş birliyi etməsini yalandan bildirməklə, sonuncunun müştərilərini X10 ziyarətinə göndərəcəyini vəd verərək, ilk dəfə 10 dekabr 2021-ci il tarixdə “Azadlıq” metrostansiyasının yaxınlığında 2.800 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.760 manat və 1.950 manat, 11 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mixək” adlı kafedə 6.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10.591 manat və 2.000 manat, 25 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Mixək” adlı kafedə 230 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391 manat və 2.210 manat, sonuncu dəfə isə 28 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Şahid2 vasitəsilə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat pul vəsaitini alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 10.030 (on min otuz) ABŞ dolları dövrün məzənnəsi ilə 17.051 (on yeddi min əlli bir) manat və 6.160 (altı min bir yüz altmış) manat, ümumilikdə isə 23.211 (iyirmi üç min iki yüz on bir) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Türkiyə Respublikasının vətəndaşı olmaqla, daimi olaraq Türkiyədə yaşayır. 20 noyabr 2021-ci il tarixdə “Hacı” kimi tanıdığı Şahid5 dəvəti ilə Bakı şəhərinə gəlmişdir. Gəlməyinin səbəbi Rasifin sahib olduğu şirkəti Səudiyyə Ərəbistanda olan şirkəti ilə viza sözləşməsi olmuşdur. Rasif Bakı hava limanında onu qarşılamış və oteldə yerləşdirmişdir. O, Rasifə bildirmişdir ki, şirkətinin sənədlərini tərcümə etmək lazımdır. Sonra Rasif onu Masallı rayonuna qonaq aparmış, Rasifin evində bir həftə qonaq qalmış və daha sonra birlikdə Bakı şəhərinə qayıtmışdır. Bakıda Rasif ilə bir oteldə yerləşmişlər və həmin otelin yaxınlığında yerləşən “Firuzə” adlı kafedə Rasif ilə birlikdə olan zaman, “Hacı Şücaət” adlı şəxs və yanında adını orada öyrəndiyi Səlbinaz adlı bir qadın gəlmişdir. Həmin şəxslərlə söhbət zamanı, onlara Səudiyyə Ərəbistanda yerləşən otel barədə məlumat vermişdir. Səhəri gün günorta saatlarında Rasif ilə oteldən çıxaraq, sonuncunun sənədləri ilə əlaqədar 1 saylı Notariat Kontoruna, oradan da 5 saylı Asan Xidmətə getmişlər. Rasifin sənədlərini verdikdən sonra çıxmışlar. Bundan bir neçə gün sonra, səhər saatlarında Şücaət Rasifə zəng etmiş və onlar bir neçə dəqiqə danışdıqdan sonra Rasif bildirmişdir ki, Şücaət onları çağırır. Bundan sonra taksi ilə Şücaətin “Nizami” metrostansiyasının yaxınlığında yerləşən ofisinə getmişlər. Ofisdə onları Şücaət və Səlbinaz xanım qarşılamışdır. Ofisdə olarkən, Şücaət və Səlbinaz xahiş etmişlər ki, Səudiyyə Ərəbistanda viza, otel və avtobus transferlərinin qiymətləri ilə maraqlansın. Səudiyyə Ərəbistanda vaxtilə aşbaz işlədiyi şirkətin müdirinə zəng etmiş və turların paket qiymətini soruşmuşdur. Tur paket “4 ulduzlu” otel olacağı halda 540 ABŞ dolları məbləğində olacağı bildirilmişdir. Bu barədə Şücaət, Rasifə və Səlbinaz xanıma bildirmiş, onlar da bununla razılaşmışlar. 540 ABŞ dollarına otel, transfer və viza daxil olmuşdur. Səhəri günü saat 12 radələrində “28 May” metrostansiyasının yaxınlığında yerləşən ofisə getmişlər. Ofisdə olduğu zaman, Səlbinaz xanım zəng etmiş və demişdir ki, onu “Nizami” metrostansiyasının yaxınlığında gözləyir. Taksi ilə həmin yerə getmiş və orada Səlbinaz xanım bildirmişdir ki, şirkət sahibidir, tək işləmək istəyir və ondan viza sistemi açmasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 5-10 nəfər ilə olmaz, ən azından 60- 70 nəfər toplamaq lazımdır. Səlbinaz heç bir problem olmadığını və 100-200 nəfər toplayacağını demişdir. Səlbinazdan şirkətinin sənədlərinin hazır olub-olmamasını soruşmuş, sonuncu da sənədlərinin hazır olduğunu, lakin şirkətinin müvəqqəti fəaliyyət göstərmədiyini bildirmişdir. Səlbinaza şirkəti fəaliyyətə başladıqdan sonra, Səudiyyə Ərəbistanda kontrakt tələb edə biləcəyini və gətirəcəyini demişdir. Səlbinaz da razılaşmış və onlar ayrılmışlar. Bir neçə gün sonra Səlbinaz zəng etmiş və bildirmişdir ki, şirkəti artıq fəaliyyətə başlayıbdır. Səlbinaza demişdir ki, şirkətin nizamnaməsinin və reyestr çıxarışının ərəb dilinə tərcümə olunması və leqallaşması lazımdır. Bundan sonra Səudiyyə Ərəbistana zəng edərək, Səlbinazın şirkəti haqqında məlumat vermiş və kontrakt bağlamaq istədiyini demişdir. Səhəri günü Səlbinaz zəng edərək demişdir ki, sənədlər poçt ilə yaşadığı evə gəlmişdir. Bundan sonra Səlbinaz üç ədəd hazır kontraktın içərisini doldurmuş və öz şirkətinin möhürünü vurmuşdur. Lakin, Səlbinaz sənədləri təsdiq etdirə bilməmişdir. Səlbinaz bildirmişdir ki, başqa bir şirkət var, onlar viza ala bilir. Həmin ərəfələrdə Səlbinaz ilə “Nizami” metrostansiyasının yaxınlığında olan kafedə görüşmüşlər. Həmin vaxt Səlbinazın yanında iki nəfər tanımadığı şəxs olmuşdur. Həmin şəxslərdən biri tur paketi almaq üçün sayaraq 6.000 ABŞ dolları pulu və 24 ədəd pasportu ona vermişdir. Pulu və sənədləri Səlbinaza vermişdir. Lakin, Səlbinaz pasportları və 5.000 ABŞ dollarını qaytarmışdır. Sonradan isə 1.000 ABŞ dollarını da vermişdir. Səlbinazın yanında olmuş şəxslərdən biri Əhməd adlı şəxs 26 dekabr 2021-ci il tarixdə onu yaşadığı evdən götürüb, restorana aparmışdır. Restoranda tur paketi barədə danışıqlar olmuşdur. Belə ki, Əhməd bildirmişdir ki, İsmayıl adlı şəxsdən tur paketi ala bilər. Bundan sonra, Əhməd İsmayıla zəng etmiş və ondan tur paketi qiymətinin 575 ABŞ dolları olmasını öyrənmişdir. Həmin tur paketinə otel, transfer və viza daxil olmuşdur. Razılaşdıqdan sonra, Əhməd onu evə aparmışdır. Evdə Səlbinaz xanımın verdiyi 24 nəfər şəxsin pasportunu və 5.000 ABŞ dollarını Əhmədə vermişdir. Pasportları və pulu Əhmədə kirayə qaldığı evin içərisində vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Pulu və pasportları Əhmədə 24 nəfər şəxsə tur paketi alması üçün vermişdir. Çünki Əhməd əvvəlcədən bildirmişdir ki, İsmayılın vasitəsilə tur paketləri alacaqdır. Əhməd pulu alıb getdikdən sonra zəng edərək demişdir ki, tur paketi 575 ABŞ dolları məbləğindədir. Bundan sonra, tanışı Rasifə zəng etmiş və ondan İsmayılın tur paketini hansı məbləğə satmasını soruşmuş və Rasifdən İsmayıl ilə danışıb ona xəbər verməsini xahiş etmişdir. Bir qədər sonra Rasif zəng edərək bildirmişdir ki, İsmayıl tur paketini 570 ABŞ dollarına satır. Əhmədə zəng edərək İsmayılın tur paketini 570 ABŞ dollarına satmasını öyrəndiyini bildirib, ondan nə üçün vizanı İsmayılın dediyi məbləğdən artıq məbləğə, yəni 575 ABŞ dollarına satmasının səbəbini soruşmuşdur. Əhməd isə demişdir ki, tur paketi 540 ABŞ dollarına verəcəkdir. Bundan sonra, Rasifə zəng edərək xahiş etmişdir ki, İsmayılın ofisinə getsin. Həmin gün Rasif ilə İsmayılın ünvanını bilmədiyi ofisinə getmişlər. Həmin gün İsmayılın yanında öz işçisinə zəng etmiş və öyrənmişdir ki, Əhməd pasportları və pulu geri almışdır. Bundan sonra Əhmədə zəng etmiş, lakin onun telefonu bağlı olmuşdur. Ancaq bir neçə saat keçdikdən sonra Əhməd telefonu açmış və zəng etmişdir. Əhməd ilə danışan zaman söz vermişdir ki, pasportları və pulu Səlbinaza geri verəcəkdir. 03 yanvar 2022-ci il tarixdə Ukraynada işi ilə əlaqədar görüşləri olduğundan, hava limanına getmiş, lakin orada olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 ona 6.000 ABŞ dollarını və 24 nəfər şəxsin xarici pasportunu vermişdir. Zərərçəkmiş şəxs1 6.000 ABŞ dolları pulu və 24 ədəd xarici pasportu tur paketi almaq üçün “Nizami” metrostansiyasının yaxınlığında yerləşən kafedə vermişdir. Zərərçəkmiş şəxs1 pasportları və pulu alan zaman, yanında iki nəfər şəxs olmuşdur. Həmin şəxsləri isə tanımır. Əhməd pasportları və 5.000 ABŞ dollarını verən zaman, yanında heç kim olmamışdır. Pulu və pasportları Əhmədə tur paketi almaq üçün vermişdir. Əhmədin bildirməsinə görə, tur paketlərini İsmayıl adlı şəxsdən alacaq 5.000 ABŞ dollarını Əhmədə vermişdir ki, o, işlərə başlasın. Sonra isə qalan pulu da verəcəkdir. Rövşən adlı şəxsi isə tanımır və 6.000 ABŞ dollarını verən şəxsin Rövşən olub-olmamasını bilmir. 6.000 ABŞ dollarının 5.000 ABŞ dollarını Əhmədə vermiş, 1.000 ABŞ dollarını isə Hacı Rasifə vermişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, "xxxx" MMC-nin direktoru işləyir. Həmin şirkəti 2017-ci ildən təsis etmiş və həmin andan fəaliyyət göstərir. Şirkət turizm sahəsində fəaliyyət göstərir və fəaliyyət istiqaməti Məkkə (ümrə ziyarəti), Kərbəla, Məşəd və Türkiyəyə ziyarət turlar təşkil etməkdir. Yaxın qohumları və tanışları ona Samirə adı ilə müraciət edirlər. 2021-ci ilin dekabr ayında Hacı Rasif və Hacı Şücaət kimi tanıdığı şəxslərin vasitəsilə Türkiyə Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Mehmetlə tanış olma səbəbi - sonuncunun viza və aviabiletlər alması olmuşdur. Rasifin deməsinə görə Mehmetin əlaqələri genişdir, o, Səudiyyə Ərəbistanda yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsidir. Mehmet ilə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Mixək” adlı kafedə görüşmüşlər. Həmin vaxt kafedə Rasif və Şücaət də olmuşdur. Söhbət zamanı, Mehmet Rasim və Şücaətin dediklərini təsdiq edərək demişdir ki, onun aviabilet və vizalar üçün əlaqələri genişdir, uzun illərdir ki, vizaların satışı ilə məşğul olur, Səudiyyə Ərəbistanda yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsidir, Bakı şəhərində çox sayda şirkətlər ilə müqavilə bağlamışdır. O, Mehmetə şirkəti haqqında məlumat vermiş və Mehmet təklif etmişdir ki, Ümrə ziyarətinin təşkil olunması üçün onunla birlikdə iş görsün. Mehmetə inandığı üçün razılaşmışdır. Belə ki, Mehmetin təklif etdiyi turların məbləği daha münasib olmuşdur. Mehmet bildirmişdir ki, turların satışını ucuz məbləğə alınmasını təmin edəcək, otel, aviabilet, Səudiyyə Ərəbistan daxilində nəqliyyatla bağlı bütün xərcləri bank vasitəsilə ödənilməsini təmin edəcəkdir. Mehmetin təklifi onu qane etdiyinə görə, razılıq vermişdir. 25 dekabr 2021-ci il tarixdə şirkətinə aid sənədləri tərcümə etdirib Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzində təsdiq etdirmişdir. Bundan sonra, tanıdığı 25 nəfər şəxslərdən xarici pasportlarını almışdır. Öz xarici pasportunu da həmin pasportların üzərinə qoymuşdur. Həmin pasportları, 10.030 ABŞ dolları və 6.160 manat pulu hissə-hissə olmaqla, Bakı şəhərinin müxtəlif yerlərində Mehmetlə görüşərək ona vermişdir. Sonuncu dəfə isə 28 dekabr 2021-ci il tarixdə ona yaşadığı evin yerləşdiyi binanın həyətində Mehmetlə görüşərək 1.000 ABŞ dolları və 3 ədəd pasport vermişdir. Mehmet həmin günü demişdir ki, artıq işlərə başlayıb və 31 dekabr 2021-ci il tarixdə ziyarətçilər Ümrə ziyarətinə gedəcəklər. Lakin, bir gün sonra Mehmetə zəng edərək ziyarətlə maraqlanmaq istəmiş, lakin onun telefonu söndürülü olmuşdur. Həmin günü Mehmet ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmamışdır. 28 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində tanıdığı Hacı Əhməd zəng edərək, pasportların onda olmasını demişdir. Bundan sonra, Mehmetin onu aldatmasından şübhələnmişdir. Mehmetin Türkiyə Respublikasının vətəndaşı olmasını və Azərbaycanın hüdudlarını tərk edəcəyini fikirləşib, hava limanına getmiş, lakin hava limanında Mehmeti tapa bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində düzgün göstərməmişdir. Mehmet məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə edir. Belə ki, Mehmetə ümumilikdə 21.050 ABŞ dolları və 9.690 manat pul verilmişdir. Həmin pulun 5.020 ABŞ dolları və 3.530 manatı Zərərçəkmiş şəxs3, 6.000 ABŞ dolları Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Qalan 10.030 ABŞ dolları və 6.160 manat isə özünə məxsusdur. Belə ki, həmin pulu özündən vermişdir ki, Mehmet vizaları aldıqdan sonra vizaları verəcəyi şəxslərdən pullarını alacaqdır. Çünki viza alacağı şəxslər ilə razılaşmışdır ki, vizaların pulunu ilkin olaraq özü ödəyəcək, aldıqdan sonra şəxslərə verdikdə pulunu alacaqdır. Mehmetin alacağı vizalar ilə əlaqədar heç bir marağı olmamış, belə ki, müştəriləri ilkin olaraq cəlb edərək toplamaq istəmiş və "xxxx" MMC tanıtdıqdan sonra, gəlir barədə danışıqlar aparacaqdır. Mehmet Rövşənə, onun ailə üzvülərinə, Natavana, onun ailə üzvülərinə və tanıdığı bir neçə nəfər şəxsə viza almalı idi. Hal-hazıradək dəymiş ziyandan yalnız 5.000 ABŞ dolları, yəni dövrün məzənnəsi ilə 8.500 manat pul ona qaytarılmışdır. Qaytarılmayan ziyanın məbləği hazırda 14.711 (məzənnə üzrə 5.030 ABŞ dolları + 6.160 manat) manat təşkil edir. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddiasının təmin olunmasını və eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi X5 bildirdi ki, pulun verildiyi dövrün məzənnəsi nəzərə alaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu aldatmaqla, ümumilikdə 23.211 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş 23.211 manat maddi ziyandan 5.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8.500 manat qaytarılmışdır. Qalan ziyan olaraq 14.711 manat hələ də, ödənilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs 14.711 manat məbləğində pul vəsaitinin alınaraq, Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul olunmasını və iş üzrə təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, uzun illərdir ki, müxtəlif yerlərdə ziyarətlərə gedib-gəlir. Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Səlbinaz ziyarətə getmək üçün turları təşkil etməklə məşğul olmuşdur. O, ailə üzvləri ilə Səudiyyə Ərəbistanda yerləşən Məkkə və Mədinə şəhərlərinə ziyarətə getmək istəmiş və bunun üçün də münasib məbləğə tur axtarmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Səlbinaza müraciət etmişdir. 2021-ci ilin dekabr ayının ortalarından sonra Səlbinaz vizaların alınmasını Mehmet adlı şəxsin təşkil etməsini və sonuncunun ümrə ziyarəti paketini 1.200-1.500 ABŞ dolları arası alacağını demişdir. Səlbinazın deməsinə görə, X8 yerləşən turizm şirkətinin nümayəndəsidir və turların satışı ilə məşğuldur. Məbləğin münasib qiymətə olmasına görə razılaşmışdır. 25 dekabr 2021-ci il tarixdə Səlbinazın deməsi ilə “Mixək” adlı kafeyə getmişdir. Səlbinaz həmin vaxt Şərif adlı şəxs ilə gəlmişdir. Onlar kafedə əyləşib çay içərkən, bir nəfər gəlmiş və özünü Mehmet kimi təqdim etmişdir. Mehmet Türkiyədən gəldiyini demişdir. O, həmin gün Səlbinaza 5.020 ABŞ dolları və 3.530 manat pul vermişdir. Eyni zamanda, özünün və beş nəfər ailə üzvlərinin pasportlarını da vermişdir. Səlbinaz da pulu sayaraq, pasportlarla birlikdə Mehmete vermişdir. Mehmet də pulu götürüb tezliklə turları təşkil edəcəyinə söz vermiş və çıxıb getmişdir. Sonradan isə öyrənmişdir ki, Mehmet onları aldatmışdır. Hal-hazıradək dəymiş ziyandan ona hər hansı bir məbləğdə pul qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 12.064 (məzənnə üzrə 5.020 ABŞ dolları + 3.530 manat) manat pulun tutulmasını xahiş etmişdir. O, mülki iddiasının təmin olunmasını və iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, ibadətlə məşğul olur və ziyarətlərə gedib-gəlir. 2021-ci ilin dekabr ayında ailə üzvləri ilə Səudiyyə Ərəbistana ziyarətə getmək istəmişdir. Bunun üçün münasib məbləğə tur axtarmağa başlamışdır. O, Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Səlbinaz ilə tanış olarkən, onun şirkəti olmasını və həmin şirkətin ümrə ziyarətinə turların təşkil etməsini öyrənmişdir. O, Səlbinazdan xahiş etmişdir ki, ailə üzvlərinin ümrə ziyarətinə getməsi üçün vizalar təşkil etsin. 2021-ci ilin dekabr ayının ortalarından sonra Səlbinaz bildirmişdir ki, vizaların alınmasını Mehmet adlı şəxs təşkil edir və sonuncu altı nəfər şəxs üçün ümrə ziyarəti paketini 1.500 ABŞ dollarından alacaqdır. 2021-ci ilin dekabr ayının 24-də Səlbinaz xanımın deməsi ilə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Mixək” adlı kafeyə getmişdir. Orada Səlbinaz xanımı bir nəfər şəxs ilə görmüdür. Həmin şəxs özünü Türkiyə Respublikasının vətəndaşı kimi təqdim etmiş və adının Mehmet olmasını demişdir. Mehmet Səlbinaz xanımın dediklərini təsdiq etmişdir. Həmin gün Mehmete ailə üzvlərinin və özünün Səudiyyə Ərəbistanda olan Məkkə və Mədinə şəhərlərinə ziyarət etmək üçün paket tur alması üçün 6.000 ABŞ dolları pul vermişdir. Qalan 3.000 ABŞ dollarını isə hava limanında verməyə razılaşmışlar. Pulu Mehmetə verən zaman, mobil telefonu ilə çəkiliş etmişdir. Sonra isə çıxıb getmişdir. Sonradan isə öyrənmişdir ki, Mehmet onları aldatmışdır. Hal-hazıradək dəymiş ziyandan ona hər hansı bir məbləğdə pul qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 10.200 (məzənnə üzrə 6.000 ABŞ dolları) manat pulun tutulmasını xahiş etmişdir. O, mülki iddiasının təmin olunmasını və iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Tüklə kəndində axund kimi fəaliyyət göstərir. Oğlunun Bakı şəhərində evi var və o, mütəmadi olaraq Bakı şəhərinə gedib-gəlir. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından tanımışdır. Belə ki, Mehmet ilə Hacı Rasif vasitəsi ilə tanış olmuşdur. 2021-ci ilin dekabr ayında Rasif zəng edərək bildirmişdir ki, bir nəfər qonağı Bakı şəhərinə gəlir və onu qarşılamaq lazımdır. Bundan sonra o, hava limanına getmiş, ora çatdıqda Rasifi tapmış və onunla gələn qonağı gözləmişlər. Rasifin qonağı gəlmiş, həmin şəxs Mehmet adında olmuşdur. O, Rasif ilə Mehmeti oteldə yerləşdirmişdir. Bir neçə gündən sonra Rasif bildirmişdir ki, “ziyarətə gedən şəxsləri viza alması üçün Mehmetlə tanış etmək lazımdır. Həmçinin, Səlbinaz xanımı da çağırıb görüşərək, ziyarət haqqında danışmaq lazımdır”. Həmin gün Səlbinaz xanıma zəng edərək, sonuncunu olduqları yerə dəvət etmişdir. Bir neçə saat sonra Səlbinaz xanım gəlmişdir. Yaxınlıqdakı kafedə Səlbinaz xanım, Rasif və Mehmet söhbət etmişlər. Səlbinaz xanım Mehmeti tanımamış, Rasifi də ötəri tanımışdır. Kafedə ziyarət haqqında danışıqlar aparılmışdır. Mehmet bildirmişdir ki, viza üçün Rasifə sənədlər düzəldir. Mehmet onlara hansı sənədlərin lazım olmasını demişdir. Belə ki, ziyarətin hansı formada olacağı, vizanın hansı yolla alınacağı və nələrin daxil olacağı barədə məlumatlar vermişdir. Bundan sonra, hər kəs oradan çıxıb getmişdir. Mehmet və Rasif otele getmişlər. 21 dekabr 2021-ci il tarixdə Səlbinaz xanım zəng edərək demişdir ki, “Mixək” adlı kafesdə Mehmet ilə görüşəcəkdir. Səlbinaz xanım xahiş etmişdir ki, Mehmetə pul verməsində iştirak etsin. Dekabr ayının 21 və yaxud 22-də onlar həmin kafedə görüşmüşlər. Orada Mehmetdən vizalara nələrin daxil olmasını və nələr alacağını soruşmuşdur. Belə ki, viza verildikdə otel, yol xərcləri və s. içərisində olur. Mehmet də bildirmişdir ki, bütün sənədlər tam hazır olacaq, məsuliyyəti öz boynundadır, biletləri də danışıbdır və 31 dekabr 2021-ci il tarixdə uçuş olacaqdır. Mehmetə kömək etməyini təklif etmiş, lakin sonuncu razılaşmamış və özünün həll edəcəyini və artıq hazır olmasını demişdir. Həmin gün Səlbinaz xanım pasportları və müəyyən məbləğdə pulu masanın üzərində qoymuşdur. Səlbinaz xanım həmin pulun 6.000 ABŞ dolları olmasını demişdir. Səlbinaz xanım iştirakı ilə Mehmetə 6.000 ABŞ dolları və pasportlar vermişdir. Mehmet də pulu və pasportları götürüb söz vermişdir ki, şəxslərin ziyarətə getməsi üçün vizaları və aviabiletləri tezliklə alacaqdır. Bundan sonra isə, bir daha onları görməmişdir. Sonradan öyrənmişdir ki, Mehmet Səlbinazı aldatmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. Xalası Səlbinaz "xxxx" MMC-nin təsisçisidir. Həmin şirkət Məkkə, Mədinə (ümrə ziyarəti), Kərbəla, Məşəd və Türkiyəyə ziyarət turları təşkil edir. 28 dekabr 2021-ci il tarixdə xalası Səlbinaz zəng edərək demişdir ki, uşaqları xəstədir, evdən çölə çıxa bilmir, bir nəfər şəxsə pul vermək lazımdır. Xalası xahiş etmişdir ki, onlara gəlsin. Heç bir işi olmadığı üçün razılaşmış və xalasının yaşadığı ünvan 3 ünvanına getmişdir. Evdə Səlbinaz 1.000 ABŞ dolları pulu və üç ədəd pasportu ona vermişdir. Həmin pasportların biri xalasına məxsus olmuşdur. Digər iki pasport isə tanımadığı şəxslərə məxsus olmuşdur. Səlbinaz bildirmişdir ki, pulu və sənədləri binanın həyətində gözləyən Mehmet adlı şəxsə vermək lazımdır. Xalası Səlbinazın deməsinə görə pasportlar ziyarətə getmək istəyən şəxslərindir və pulu da Mehmetə həmin şəxslərə viza alması üçün verir. O, pasportları və pulu götürüb, binanın həyətinə düşmüş və həyətdə saxlanmış avtomobilin qarşısında bir nəfər şəxs görmüşdür. Həmin şəxsə yaxınlaşıb “Mehmet sizsiz” sualını vermiş, həmin şəxs də Mehmet olmasını təsdiq etmişdir. O, üç ədəd pasportu və 1.000 ABŞ dollarını Mehmetə vermişdir. Mehmete pulu verməmişdən əvvəl, sayaraq pulu uzatmışdır. Mehmet pulu götürüb avtomobilə əyləşmiş və pulu saymağa başlamışdır. Sonra isə avtomobil hərəkət edib getmişdir. Xalası yanında Mehmete zəng etmiş, sonuncu da pulu və sənədləri götürdüyünü təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Səlbinaz "xxxx" MMC-nin təsisçisidir. Həmin MMC turizm şirkətidir və fəaliyyət istiqaməti Məkkə və Mədinə şəhərləri (ümrə ziyarəti), Kərbəla, Məşəd və Türkiyəyə ziyarət turlar təşkil etməkdir. 2021-ci ilin dekabr ayında Hacı Rasif kimi tanıdığı şəxsin və Səlbinaz xanımın vasitəsilə Türkiyə Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Görüş zamanı Mehmet özünü işgüzar bir şəxs kimi təqdim etmişdir. Belə ki, Mehmetin deməsinə görə o, Səudiyyə Ərəbistanda yerləşən “Sulfako” adlı turizm şirkətinin nümayəndəsidir. Mehmet ilə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Mixək” adlı kafedə görüşmüşlər. Həmin vaxt kafedə Rasif də olmuşdur. Söhbət zamanı Mehmet demişdir ki, onun aviabilet və vizalar üçün əlaqələri genişdir, uzun illərdir ki, vizaların satışı ilə məşğul olur, Bakı şəhərində çox sayda şirkətlər ilə müqavilə bağlamış və onların işlərini görür. Orada məlum olmuşdur ki, Səlbinaz xanım ilə Mehmet əvvəl görüşmüş və danışaraq razılaşmışlar. Belə ki, Mehmet Səlbinaz xanımın dediyi şəxslərə görə ucuz qiymətə turlar təşkil edəcək. Mehmet demişdir ki, turların satışını ucuz məbləğə alınmasını təmin edəcək, turlara otel, aviabilet, Səudiyyə Ərəbistanın daxilində nəqliyyatla bağlı bütün xərcləri bank vasitəsilə ödənilməsi daxildir. Mehmetin təklifi Səlbinaz xanımı qane etdiyinə görə, onun iştirakı ilə onlar bir daha razılaşmışlar. Səlbinaz xanım iştirakı ilə Mehmetin deməsi ilə 25 dekabr 2021-ci il tarixdə şirkətə aid sənədləri tərcümə etdirib, Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzində təsdiq etdirmişdir. Bundan sonra, Səlbinaz tanıdığı 25 nəfər şəxslərdən xarici pasportlarını almış, öz xarici pasportunu da həmin pasportların üzərinə qoyaraq, Mehmetə vermişdir. Mehmet ümumilikdə 21.050 ABŞ dolları və 9.690 manat pul almışdır. Belə ki, 2021-ci ilin dekabr ayının 10 və yaxud 11-də “Azadlıq” metrostansiyasının yaxınlığında Mehmet ilə görüşmüşlər və Səlbinaz xanım onun iştirakı ilə Mehmetə 2.800 ABŞ dolları pul vermişdir. 25 dekabr 2021-ci il tarixdə o, Səlbinaz xanım və onun tanışı Natəvan adlı qadın “Mixək” adlı kafedə görüşmüşlər. Həmin vaxt Natəvan adlı qadın Səlbinaz xanıma 5.020 ABŞ dolları pul vermiş, sonuncu da pulu götürüb sayaraq, Mehmetə vermişdir. Həmin gün bir neçə saatdan sonra, “Mixək” kafesində yenidən onlar Mehmet ilə görüşmüşlər və Səlbinaz xanım Mehmetə 230 ABŞ dolları pul vermişdir. Həmin pullar X2 Məkkə və Mədinəyə getmək üçün turların alınmasından ötrü verilmişdir. Onun iştirakı ilə Səlbinaz özünə məxsus ümumilikdə 10.030 ABŞ dolları və 6.160 manat pulu Mehmete vermişdir. Həmçinin, Natəvana məxsus 5.020 ABŞ dolları və 3.530 manat pulu Mehmete vermişdir. Səlbinaz Mehmete pul verən zaman, orada Natəvan adlı qadın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nin təsisçisidir. Həmin MMC uzun illərdir ki, fəaliyyətdə olmuşdur. Lakin ölkə ərazisində geniş yayılmış virus xəstəliyi ilə əlaqədar şirkətin fəaliyyəti dayandırılmış, 2021ci ilin noyabr ayından isə MMC fəaliyyətə başlamışdır. MMC fəaliyyət göstərsə də, faktiki olaraq heç bir iş görülməmişdir. Təqsirləndirilən şəxs tanıyır, onunla təxminən 2019-cu ildə tanış olmuşdur. 2021-ci ilin oktyabr ayında Mehmet zəng edərək demişdir ki, bir şirkət tapıb razılaşıb və kontraklar göndərəcəklər. Bundan sonra, həmin kontraklar göndərilmişdir. Sənədləri götürüb Mehmete məlumat vermişdir. 21 noyabr 2021-ci il tarixdə Mehmet Türkiyədən Bakıya gəlmişdir. O, tanışı Şahid4 avtomobili ilə hava limanına getmiş və oradan Mehmeti götürüb otelə aparmışlar. Oteldə Mehmeti yerləşdirmiş və Şahid4 getmişdir. Mehmet ilə üç gün müddətinə oteldə qalmışdır. Həmin üç gün ərzində Şahid4 onları ofisinə aparmışdır. Orada olarkən, Zərərçəkmiş şəxs1 da oraya gəlmişdir. X14 ilə tanış olmuş və onlar söhbət etmişlər. Orada ümrə ziyarəti ilə bağlı danışıqlar olmuşdur. Bundan sonra, o, Mehmet ilə birlikdə sənədlərini 6 saylı vergi idarəsində qeydiyyatdan keçirmişdir. 2021-ci ilin dekabr ayında Mehmet ilə Bakıda “Tarqovu” deyilən yerdə olan zaman, Mehmetə zəng gəlmiş və o, bildirmişdir ki, Səlbinaz gəlir. Onlar Səlbinaz və Şücaət ilə görüşüb, yaxınlıqda olan kafeyə getmişlər. Mehmet, Şücaət və Səlbinaz tur paketi barədə söhbət etmişlər. Bundan sonra Səlbinazı və Şücaəti görməmişdir. Mehmetlə qaldığı müddətdə, sonuncu özü sərbəst şəkildə oteldən çıxıb getmiş və gəlmişdir. Mehmetin hara getməsini bilməmişdir. Eyni zamanda, Mehmet həmin müddətdə mobil telefonla danışırmış və kimlə danışmasını deməmişdir. Mehmetlə yalnız oteldə qalmış və bir dəfə yaşadığı kənddə olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Mehmet aşbaz işləyir, onun turizm şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bundan sonra o, artıq Mehmetdən şübhələnməyə başlamış və bir daha Mehmeti görməmişdir. Həmçinin, Mehmetin istər Səlbinazdan, istərsə də, başqa şəxsdən pul almasını görməmiş və bu barədə məlumatı olmamışdır. Mehmetin nə qədər pul ilə Bakı şəhərinə gəlməsini bilməmişdir. 2021-ci ilin dekabr ayında oteldə olarkən, Mehmetdən haraya gedib-gəlməsini soruşmuş, sonuncu da, demişdir ki, Səlbinazın evinə gedib-gəlmiş, sonuncunun evində olmuş, Səlbinazın uşağı xəstədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət işi üzrə Türkiyə Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus bir ədəd “İphone” markalı, “7 Plus” modelli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, telefonun «WhatsApp» proqramına daxil olduqda, orada Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə sms mətnləri vardır, həmin sms mətnlərində Zərərçəkmiş şəxs1 ümrə ziyarəti ilə bağlı Təqsirləndirilən şəxs ilə danışıqlar edir, ona ziyarətdə olan otellərin fotoşəkillərini göndərmiş, Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin və şəxsiyyət vəsiqəsinin sənədlərinin fotoşəkillərini göndərmiş, sms mətinləri isə aşağıdakılardan ibarətdir. - Təqsirləndirilən şəxs “5.000 ABŞ dolları aldım”. - Zərərçəkmiş şəxs1 “5.000 ABŞ dolları sənə verdim ümrə zevar, 31-nə uçak birleştirme oldu, 31-de çıkıyoruz, bu işin sabrımı kaldı ya, ne bilim neler baş verir, Mehmet nerdesin, bende gelirem yanına, ne edeceksen birlikde edek, ne yazacaqsınız birlikde yapak, artıq bu işin şakası kalmadı, beni tutub aparıb beni ne hala koyalar bilirsenmi, ac Mehmet yemin ederim pisem, bu kadar zeng edirəm, boguluram insanlar kalkmiş üsdümü, bu işde şaka yox, demişdim artıq kendimi azala her bir viza sefirliyinen destek olan şirketlere kalkıram sorub-soruşduram, hacı Azərden de viza falan almamısan baba yalan söyledin, paraları alıb kacdin, yalan danışan insan zevarın parasını aparan insan”. Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə sms mətnləri vardır, sms mətnlərində Şahid1 ilə Təqsirləndirilən şəxs ilə danışıqlar aparılır, Təqsirləndirilən şəxs Şahid1 fotoşəkillər göndərmiş, sms mətnləri isə aşağıdakılardan ibarətdir. - Şahid1 “6.000 min riyal edir, 1.600 doll edir, birde 400 dollar sene gore pul verdim, 100 dollarda gelib getmeyime, Samireyede indi zeng edib gorusub senedleri ozune verecem, sen meni avara etdin, Samireden goturersen senedleri, senedler mendedi, bunlar, polise gotururem, seni hebs etdircem, Təqsirləndirilən şəxs Şahid1 ben sana 5.000 dollar verdim, sen saxta sənəd düzəltdirmisən, bunu bilirsən, hepsine cavab vereceksen, Samirənidə çağırıram gəlsin, mən istikparata gidirəm, Samirənidə götürüm, hər şey aydın olacaq gözlə sən bitdin”. İş materiallarında olan Baxış keçirmə haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar bir ədəd yaddaş kartına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş yaddaş kartının içərisində 02 ədəd fayl vardır, həmin faylın içərisində görüntülər olmaqla, həmin görünütlər Təqsirləndirilən şəxs aiddir. Belə ki, birinci videogörüntü 01 dəqiqə 02 saniyədən ibarətdir, görüntüdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 masa arxasında qarşı-qarşıya əyləşmiş, Zərərçəkmiş şəxs2 ilkin 100 manatlıq əskinaslardan ibarət pulları sayaraq masanın üzərinə qoymuş, sonra isə 100 ABŞ dollarını sayaraq masanın üzərinə qoymuş və Mehmetə pulun məbləğini bildirmiş, sonuncuda təsdiqləmiş və problem olmadığını bildirmiş, Zərərçəkmiş şəxs2 yenidən 100 ABŞ dollarını sayaraq Mehmet ilə danışmış, sonuncu Zərərçəkmiş şəxs2 5 ulduzlu oteldə qalacağını soruşmuş, o da təsdiqləmiş, Zərərçəkmiş şəxs2 pulu saydıqdan sonra 6.000 olmasını bildirib Təqsirləndirilən şəxsna vermiş, o da pulu götürmüşdür. İkinci videogörüntüdə Təqsirləndirilən şəxs masa arxasında əyləşmiş və yemək yeyir, kameranı çəkən, lakin görüntüdə görünməyən şəxsin əlində 200 manatlıq pul əskinasları vardır, kənardan X3 danışmış, lakin görüntüyə düşməmişdir. İş materiallarında olan Baxış keçirmə haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar bir ədəd yaddaş kartına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş yaddaş kartının içərisində bir ədəd fayl vardır, həmin faylın içərisində görüntülər olmaqla, həmin görüntülər Şahid1 və Təqsirləndirilən şəxs aiddir. Belə ki, görüntüdə Şahid1 özünü təqdim etmiş, onun əlində pul və xarici pasportlar vardır, sonuncu 100 ABŞ dollarını sayaraq, Təqsirləndirilən şəxs ümrə ziyarətəri ilə əlaqədar viza almaq üçün aldığını bildirmiş, Təqsirləndirilən şəxs təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs görüntülərinin olduğu bir ədəd yaddaş kartı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən, cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı, “7 Plus” modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 07 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdehdən müvafiq olaraq 14.711 (məzənnə üzrə 5.030 ABŞ dolları + 6.160 manat) manat, 12.064 (məzənnə üzrə 5.020 ABŞ dolları + 3.530 manat) manat və 10.200 (məzənnə üzrə 6.000 ABŞ dolları) manat məbləğində pulun alınaraq, onlara ödənilməsini xahiş etmişdirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini və Zərərçəkmiş şəxs1 dəymiş ziyandan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hallar nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 03 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi ilə əlavə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. İş üzrə verilmiş mülki iddialar ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 10.030 ABŞ dolları və 6.160 manat ziyan vurulduğu sübut olunduğundan, həmin məbləğlərdən 5.000 ABŞ dolları hissəsi qaytarıldığından və hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ödənilməmiş borcunun məbləği 14.711 (məzənnə üzrə 5.030 ABŞ dolları + 6.160 manat) manat təşkil etdiyindən, iş üzrə mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 14.711 (on dörd min yeddi yüz on bir) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 5.020 ABŞ dolları və 3.530 manat ziyan vurulduğu sübut olunduğundan və hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ödənilməmiş borcunun məbləği 12.064 (məzənnə üzrə 5.020 ABŞ dolları + 3.530 manat) manat təşkil etdiyindən, iş üzrə mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 12.064 (on iki min altmış dörd) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 6.000 ABŞ dolları ziyan vurulduğu sübut olunduğundan və hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ödənilməmiş borcunun məbləği 10.200 (məzənnə üzrə 6.000 ABŞ dolları) manat təşkil etdiyindən, iş üzrə mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 10.200 (on min iki yüz) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə maddi sübut kimi tanınan bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı, “7 Plus” modelli mobil telefon sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 14.711 (on dörd min yeddi yüz on bir) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 12.064 (on iki min altmış dörd) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 10200 (on min iki yüz) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınan bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı, “7 Plus” modelli mobil telefon sahibinə qaytarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-172/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-172/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver