Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-173/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi ev 36-da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1999-cu ildə Belarusiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgə əmlakını talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Bakı” marketin qapısını tanışı Təqsirləndirilən şəxs2 fiziki güc tətbiq edərək sındırıb açması ilə hər ikisi birlikdə qanunsuz olaraq içəriyə daxil olmuş və oradan 01 ədədinin qiyməti 3 manat 80 qəpik olmaqla ümumi qiyməti 1330 manat olan 350 ədəd “Sobranie” markalı, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olmaqla ümumi qiyməti 91 manat 20 qəpik olan 38 ədəd “Winçester” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 507 manat 50 qəpik olan 145 ədəd “Kent-4” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 77 manat olan 22 ədəd “Kent mentol” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 49 manat olan 14 ədəd “Neo” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olmaqla ümumi qiyməti 59 manat 40 qəpik olan 18 ədəd “Davidoff” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olmaqla ümumi qiyməti 155 manat 10 qəpik olan 47 ədəd “Winistar” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 55 manat 80 qəpik olan 31 ədəd “Argo” markalı, 01 ədədinin qiyməti 2 manat 90 qəpik olmaqla ümumi qiyməti 78 manat 30 qəpik olan 27 ədəd “LD” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 28 manat 80 qəpik olan 16 ədəd “Kingston” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 19 manat 80 qəpik olan 11 ədəd “Wingston” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 37 manat 80 qəpik olan 21 ədəd “Rothmans” markalı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumi qiyməti 50 manat olan 25 ədəd “West” markalı, 01 ədədinin qiyməti 2 manat 20 qəpik olmaqla ümumi qiyməti 72 manat 60 qəpik olan 33 ədəd “Palmall” markalı, 01 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 24 manat olan 16 ədəd “Want” markalı, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla ümumi qiyməti 68 manat 80 qəpik olan 43 ədəd “Maqna” markalı, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla ümumi qiyməti 560 manat olan 350 ədəd “Prima” markalı, 01 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 19 manat 50 qəpik olan 13 ədəd “Bakı” markalı, 01 ədədinin qiyməti 3 manat olmaqla ümumi qiyməti 36 manat olan 12 ədəd “Camel” markalı siqaret məhsullarını, o cümlədən müxtəlif qəpiklər formasında olan 20 manat pul və 1 manat 20 qəpik qiymətində “Bizon” markalı enerji içkisini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3149 (üç min yüz qırx doqquz) manat, 20 ( iyirmi) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2, özgə əmlakını talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Bakı” marketin qapısını fiziki güc tətbiq etməklə sındırıb açmış və tanışı Təqsirləndirilən şəxs1lə birlikdə qanunsuz içəriyə daxil olaraq oradan 01 ədədinin qiyməti 3 manat 80 qəpik olmaqla ümumi qiyməti 1330 manat olan 350 ədəd “Sobrani” markalı, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olmaqla ümumi qiyməti 91 manat 20 qəpik olan 38 ədəd “Winçestr” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 507 manat 50 qəpik olan 145 ədəd “Kent-4” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 77 manat olan 22 ədəd “Kent mentol” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla ümumi qiyməti 49 manat olan 14 ədəd “Neo” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olmaqla ümumi qiyməti 59 manat 40 qəpik olan 18 ədəd “Davidoff” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olmaqla ümumi qiyməti 155 manat 10 qəpik olan 47 ədəd “Winistar” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 55 manat 80 qəpik olan 31 ədəd “Argo” markalı, 01 ədədinin qiyməti 2 manat 90 qəpik olmaqla ümumi qiyməti 78 manat 30 qəpik olan 27 ədəd “LD” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 28 manat 80 qəpik olan 16 ədəd “Kingston” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 19 manat 80 qəpik olan 11 ədəd “Wingston” markalı, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 37 manat 80 qəpik olan 21 ədəd “Rothmans” markalı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumi qiyməti 50 manat olan 25 ədəd “West” markalı, 01 ədədinin qiyməti 2 manat 20 qəpik olmaqla ümumi qiyməti 72 manat 60 qəpik olan 33 ədəd “Palmall” markalı, 01 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 24 manat olan 16 ədəd “Want” markalı, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla ümumi qiyməti 68 manat 80 qəpik olan 43 ədəd “Maqna” markalı, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla ümumi qiyməti 560 manat olan 350 ədəd “Prima” markalı, 01 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 19 manat 50 qəpik olan 13 ədəd “Bakı” markalı, 01 ədədinin qiyməti 3 manat olmaqla ümumi qiyməti 36 manat olan 12 ədəd “Camel” markalı siqaret məhsullarını, o cümlədən müxtəlif qəpiklər formasında olan 20 manat pul və 1 manat 20 qəpik qiymətində “Bizon” markalı enerji içkisini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3149 (üç min yüz qırx doqquz) manat, 20 ( iyirmi) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020ci il tarixdə dostları ilə Nargilə kafesinin yanında görüşmüşdür. Dostlarının arasında Təqsirləndirilən şəxs2 da olmuşdur. Emin onun qonşusu və tanışı olmuşdur. Belə ki, onlar bir məhlədə yaşamışlar. Dostlarla sağollaşandan sonra Eminlə o söhbət edə-edə piyada şəkildə evlərinə getmişlər. Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsinə çatan zaman “Bakı” marketin qarşısında dayanıb söhbət etməyə başlamışlar. Söhbət əsnasında Emin ona maddi sıxıntısının olduğunu demiş və həmin Bakı marketə girib oğurluq etməyi təklif etmişdir. Onun da pulu olmadığı üçün Eminin bu təklifi ilə razılaşmışdır. Daha sonra ətrafa göz gəzdirib heçkimin olmadığını yəqin etdikdən sonra marketin qapısına yaxınlaşmışlar. Saat təqribən 23 radələri olmuşdur. Marketin qapısı plastik olmuşdur. Emin əli ilə marketin qapısına güc tətbiq edib dartmışdır. Qapı açılmış və onlar içəri girmişlər. İçəri girib mağazanı gəzməyə başlamışlar. O mağazanın baş tərəfində kassanın olduğu yerə yaxınlaşıb axtarış aparmağa başlamışdır. Kassanın yanında içərisində müxtəlif qəpiklər olan qara rəngli qutu olmuşdur. O qutunu əlinə alıb Eminə vermişdir. Emin də həmin qutudakı qəpikləri cibinə doldurmuşdur. Daha sonra ikisi də kassa aparatının digər tərəfinə keçib orada pul tapmaq ümidi ilə axtarış aparmağa başlamışlar. Daha sonra o həmin kassa aparatının yanında olan müxtəlif markalı tütün məmulatlarının olduğu bölməni görmüş və dərhal vitrinlərin arası ilə gəzib həmin tütün məmulatlarını yığmaq üçün sellofan torbalar axtarmağa başlamışlar. Bu əsnada Emin də kassa aparatının yerləşdiyi bölmədə axtarış aparmağa davam etmişdir. O iki ədəd sellofan torba tapıb tütün məmulatlarının olduğu yerə yaxınlaşmış və müxtəlif markalı siqaret qutularını torbalara yığmağa başlamışdır. Daha sonra ikisi də marketin içərisində vitrinlərin arası ilə gəzişib başqa dəyərli əşya axtarmağa başlamışlar. Lakin dükanda ərzaq məhsullarından savayı heçnə olmadığı üçün yenidən pul tapmaq ümidi ilə kassaya yaxınlaşmışlar. Bir qədər axtarışdan sonra kassa aparatının boş olduğunu anlamışlar və heçkəsin nəzərini cəlb etməmək üçün ehtiyyatla marketi tərk etmək qərarına gəlmişlər. O əlində iki ədəd sellofan torba ilə marketin içərisində olan ödəmə terminalının qarşısında çöməlib qapıya tərəf baxıb ətrafda kimsənin olub-olmamasını yoxlamışdır. Daha sonra əli ilə ödəmə terminalını silkələmişdir ki, bəlkə terminalın içərisindən pul tökülər. Lakin bunun mənasız olduğunu anlamış və Emini səsləyərək marketdən çıxmağı tələb etmişdir. Bu əsnada Emin də müxtəlif içki markalarının olduğu soyuducunu açıb içərisindən “Bizon” markalı bir ədəd enerji içkisini götürərək yanına gəlmişdir. O əlindəki torbanın birini yerə qoyaraq Emindən həmin torbanı götürməsini tələb etmişdir. Emin də həmin torbanı götürmüşdür. Daha sonra onlar birlikdə marketə daxil olduqları qapıdan bayıra çıxmışlar. Ümumilikdə 120-yə yaxın içərisi dolu siqaret qutularını torbalara yığmışlar. Mağazadan çıxıb hərəsi öz evlərinə getmişlər. Sellofan torbanın biri onda, biri də Emində qalmışdır. Onun torbasında təxminən 40 ədəd müxtəlif markalı içərisi dolu siqaret qutuları olmuşdur. Oğurladıqları qəpiklər və enerji içkisi də Emində qalmışdır. Yolda gedərkən post-patrul xidmətinin avtomobilini görmüş və dərhal qorxuya düşüb polisə yaxalanmamaq üçün əlindəki torbanın içərisindən 5 ədəd müxtəlif markalı siqaret qutusunu götürüb torbanı da zibil yeşiyinə atmışdır və qaçaraq oradan uzaqlaşıb evinə getmişdir. Həmin o 5 ədəd siqaret qutusunu da özü istifadə etmişdir. Səhəri gün Eminlə görüşüb oğurladıqları qəpik pulları aralarında bölmüşlər. Qəpiklər ümumilikdə 20 manat təşkil etmişdir. Bölgü əsasında yarısı ona, digər yarısı isə Eminə qalmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə isə Xətai RPl-nin 37-ci PŞ-nin əməkdaşları ona zəng edərək oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu PŞ-nə dəvət etmişlər. O artıq hərşeyin ortaya çıxdığını görüb gizlənməyin mənasız olduğunu bilmiş və özü Xətai RPİ-nin 37-ci PŞ-nə yaxınlaşıb etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məhkumluq həyatı yaşadığı üçün heç bir müəssisə onu işə götürməmişdir. Nəticədə o da işsiz qalmış və maddi sıxıntılarla üzləşmişdir. Öz dolanışığnı təmin etmək məqsədi ilə yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə dostları ilə Nargilə kafesinin yanında görüşmüşdür. Dostlarının arasında Təqsirləndirilən şəxs1 də olmuşdur. Ümüd onun qonşusu və tanışı olmuşdur. Belə ki, onlar bir məhlədə yaşamışlar. Dostlarla sağollaşandan sonra Ümüdlə o söhbət edə-edə piyada şəkildə evlərinə gemişlər.. Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsinə çatan zaman “Bakı” marketin qarşısında dayanıb söhbət etməyə başlamışlar. Söhbət əsnasında o Ümüdə maddi sıxıntısının olduğunu demiş və həmin Bakı marketə girib oğurluq etməyi təklif etmişdir. Ümüdün də pulu olmadığı üçün onun bu təklifi ilə razılaşmışdır. Daha sonra ətrafa göz gəzdirib heçkimin olmadığını yəqin etmişlər və marketin qapısına yaxınlaşmışlar. Saat təqribən 23 radələri olmuşdur. Marketin qapısı plastik olmuşdur. O əli ilə marketin qapısına güc tətbiq edib dartmışdır. Qapı açılmış və onlar içəri girmişlər. İçəri girib mağazanı gəzməyə başlamışlar. Ümid mağazanın baş tərəfində kassanın olduğu yerə yaxınlaşıb axtarış aparmağa başlamışdır. Kassanın yanında içərisində müxtəlif qəpiklər olan qara rəngli qutu olmuşdur. Ümid qutunu əlinə alıb ona vermişdir. O da həmin qutudakı qəpikləri cibinə doldurmuşdur. Daha sonra ikisi də kassa aparatının digər tərəfinə keçib orada pul tapmaq ümidi ilə axtarış aparmağa başlamışlar. Daha sonra Ümid kassa aparatının yanında olan müxtəlif markalı tütün məmulatlarının olduğu bölməni görmüş və dərhal vitrinlərin arası ilə gəzib həmin tütün məmulatlarını yığmaq üçün sellofan torbalar axtarmağa başlamışlar. Bu əsnada o da kassa aparatının yerləşdiyi bölmədə axtarış aparmağa davam etmişdir. Ümid iki ədəd sellofan torba tapıb tütün məmulatlarının olduğu yerə yaxınlaşmış və müxtəlif markalı siqaret qutularını torbalara yığmağa başlamışdır. Daha sonra ikisi də marketin içərisində vitrinlərin arası ilə gəzişib başqa dəyərli əşya axtarmağa başlamışlar. Lakin dükanda ərzaq məhsullarından savayı heçnə olmadığı üçün yenidən pul tapmaq ümidi ilə kassaya yaxınlaşmışlar. Bir qədər axtarışdan sonra kassa aparatının boş olduğunu anlamışlar və heçkəsin nəzərini cəlb etməmək üçün ehtiyyatla marketi tərk etmək qərarına gəlmişlər. Ümid əlində iki ədəd sellofan torba ilə marketin içərisində olan ödəmə terminalının qarşısında çömələrək qapıya tərəf baxıb ətrafda kimsənin olub-olmamasını yoxlamışdır. Bu əsnada o da müxtəlif içki markalarının olduğu soyuducunu açıb içərisindən “Bizon” markalı bir ədəd enerji içkisini götürərək Ümidin yanına gəlmişdir. Ümid əlindəki torbanın birini yerə qoyaraq ondan həmin torbanı götürməyini tələb etmişdir. O da həmin torbanı götürmüşdür. Daha sonra onlar birlikdə marketə daxil olduqları qapıdan bayıra çıxmışlar. Ümumilikdə 120-yə yaxın içərisi dolu siqaret qutularını torbalara yığmışlar. Mağazadan çıxıb hərəsi öz evlərinəə getmişlər. Sellofan torbanın biri onda, biri də Ümiddə qalmışdır. Onun torbasında təxminən 80 ədəd müxtəlif markalı içərisi dolu siqaret qutuları olmuşdur. Oğurladıqları qəpiklər və enerji içkisi də onda qalmışdır. O həmin içərisi siqaret qutuları ilə dolu torbayla birlikdə evinə gəlmişdir. Səhəri gün siqaret qutularının bir qismini, daha sonra isə digər qismini müxtəlif vaxtlarda müxtəlif tanışlarına hədiyyə etmişdir. Bir qismini isə özü istifadə etmişdir. Daha sonra Ümidlə görüşüb oğurladıqları qəpik pulları aralarında bölmüşlər. Qəpiklər ümumilikdə 20 manat təşkil etmişdir. Bölgü əsasında yarısı ona, digər yarısı isə Ümidə qalmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə isə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları evinə gələrək oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu PŞ-yə dəvət etmişlər. O artıq hərşeyin ortaya çıxdığını görüb hadisəni boynundan atmağın mənasız olduğunu bilmiş, polis əməkdaşları ilə birgə Xətai RPİ-nin 37-ci PŞ-nə yaxınlaşaraq etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər müxtəlif sahələrdə çalışmışdır. Lakin son zamanlar ticarət sahəsinə baş vurmuş və təxminən 5 il olar ki, “Bakı” marketdə sahibkar kimi işləyir. İki dəfə ailə həyatı qurmuşdur. Dünyaxanım isə onun ögey qızıdır. Dünyaxanım onun işlətdiyi “Bakı” marketdə satıcı kimi işləyir. xx.xx.2020-ci il tarixdə ögey qızı Dünyaxanımla birlikdə komendat saatının tətbiqi ilə əlaqədar saat 21:00-da mağazanı bağlayıb evə getmişlər. Mağaza evə yaxın olduğu üçün qızı Dünyaxanım həmin gün saat 23:30-da mağazada olan aparatdan telefonuna kontur yükləmək üçün marketə getmişdir. Dünyaxanım marketə yaxınlaşan zaman marketin qapısının açıq olduğunu görmüş və dərhal içəri daxil olub marketin içərisinə baxış keçirmişdir. İçəri baxış keçirən zaman marketin içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Dünyaxanım ona zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qızından oğurluq xəbərini eşidən zaman o dərhal marketə gəlmiş və qızı Dünyaxanımın dediklərinin həqiqət olduğunu görmüşdür. Özü də marketin içərisinə baxış keçirmişdir. Baxış zamanı içəridə tütün məmulatlarının olduğu bölməyə yaxınlaşmış və oradan 01 ədədinin qiyməti 3 manat 80 qəpik olan 350 ədəd “Sobrani” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olan 38 ədəd “Winçestr” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 145 ədəd “Kent-4” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 22 ədəd “Kent mentol” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 14 ədəd “Neo” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 18 ədəd “Davidoff” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 47 ədəd “Winistar” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 31 ədəd “Argo” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 90 qəpik olan 27 ədəd “LD” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 16 ədəd “Kingston” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 11 ədəd “Wingston” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 21 ədəd “Rothmans” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat olan 25 ədəd “West” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olan 33 ədəd “Palmall” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 16 ədəd “Want” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 43 ədəd “Maqna” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olan 350 ədəd “Prima” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olan 13 ədəd “Bakı” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 12 ədəd “Camel” markalı siqaret qutularının, müxtəlif qəpiklər formasında olan 20 manat pul və 1 manat 20 qəpik qiymətində “Bizon” markalı enerji içkisinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etdim. Qızı Dünyaxanım dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vurub hadisə yerinə polis əməkdaşlarının gəlməsini istəmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Təqsirləndirilən şəxslər tərəfindən mənə dəymiş ziyan tam olaraq ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yerləşən Bakı marketdə işləyir. “Bakı” market ögey atası Elşada məxsusdur. O da orada satıcı kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə komendat saatının tətbiqi ilə əlaqədar ögey atası Elşadla birlikdə saat 21:00-da mağazanı bağlayıb evə getmişlər. Mağaza evə yaxın olduğu üçün həmin gün saat 23:30-da mağazada olan aparatdan telefonuna kontur yükləmək üçün marketə gəlmişdir. Marketə yaxınlaşan zaman marketin qapısının açıq olduğunu görmüşdür. Dərhal içəri daxil olub marketin içərisinə baxış keçirmişdir. İçəri baxış keçirən zaman marketin içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. İçəridən oğurluq edildiyinin fərqinə varıb dərhal ögey atası Elşada zəng edib bu barədə məlumat vermişdir. Atası dərhal hadisə yerinə gəlmiş və onunla birlikdə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı içəridə tütün məmulatlarının olduğu bölməyə yaxınlaşmışlar və oradan 01 ədədinin qiyməti 3 manat 80 qəpik olan 350 ədəd “Sobrani” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olan 38 ədəd “Winçestr” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 145 ədəd “Kent-4” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 22 ədəd “Kent mentol” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 14 ədəd “Neo” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 18 ədəd “Davidoff” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 47 ədəd “Winistar” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 31 ədəd “Argo” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 90 qəpik olan 27 ədəd “LD” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 16 ədəd “Kingston” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 11 ədəd “Wingston” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 21 ədəd “Rothmans” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat olan 25 ədəd “West” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 2 manat 40 qəpik olan 33 ədəd “Palmall” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 80 qəpik olan 16 ədəd “Want” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 43 ədəd “Maqna” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olan 350 ədəd “Prima” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 1 manat 60 qəpik olan 13 ədəd “Bakı” markalı siqaret qutularının, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 12 ədəd “Camel” markalı siqaret qutularının, müxtəlif qəpiklər formasında olan 20 manat pul və 1 manat 20 qəpik qiymətində “Bizon” markalı enerji içkisinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vurub hadisə yerinə polis əməkdaşlarının gəlməsini istəmişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. İ); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.( i.v. 9-13) İfadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir.(i.v. 40-41) İfadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir.(i.v.45-46) Elektron məlumat daşıyıcısına baxış protokolundan görünür ki, «CD» diskin içərisində 04 ədəd 6_08_R_**********00 adlı, 1_02_R_**********00 adlı, 2_03_R_**********00 adlı, 3_04_R_**********00 adlı 4_05_R_**********00 adlı və 5_07_R_**********00 adlı videogörüntü əks olunmuş fayllar mövcuddur. 6_08_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 48 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin içərisində ərzaq mallarının və kassa aparatının olduğu bölmə əks olunur. Videogörüntü kassa aparatının sağ üst hissəsində quraşdırılmış nəzarətmüşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 01:15-ci saniyəsindən etibarən kassa aparatının olduğu bölməyə 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs yaxınlaşaraq kassada axtarış aparır. İçərisində qəpiklər olan kassa qutusunu əlinə alır. Videogörüntünün 01:27-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də oraya yaxınlaşır. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan həmin şəxs içərisində qəpiklər olan kassa qutusunu axtarış aparan şəxsin əlindən alaraq qəpikləri cibinə doldurur. Videogörüntünün 02:50-ci saniyəsindən etibarən dikburun papaqlı, üzündə maska olan şəxs kassanın yanında yerləşən tütün məmulatlarının yığıldığı bölmədə olan siqaret qutularını sellofan torbaya yığmağa başlayır. Üzündə maska, başında sadə papaq olan şəxs də əyilib kassa aparatının olduğu şkafın siyirmələrini axtarmağa başlayır. Videogörüntünün 07:00-ci saniyəsindən etibarən həmin şəxslər kassanın yanından uzaqlaşıb digər ərzaq məhsullarının olduğu bölməyə yaxınlaşırlar. Videogörüntünün 07:27-ci saniyəsindən etibarən hər iki şəxs yenidən kassanın yanına qayıdıb axtarış aparırlar. Videogörüntünün 07:57-ci saniyəsindən etibarən hər iki şəxs kassanın yanından yenidən uzaqlaşırlar. 1_02_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 48 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin içərisində ərzaq mallarının və kassa aparatının olduğu bölmə əks olunur. Videogörüntü kassa aparatının sol üst hissəsində quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 01:15-ci saniyəsindən etibarən kassa aparatının olduğu bölməyə 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs yaxınlaşaraq kassada axtarış aparır. İçərisində qəpiklər olan kassa qutusunu əlinə alır. Videogörüntünün 01:27-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də oraya yaxınlaşır. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan həmin şəxs içərisində qəpiklər olan kassa qutusunu axtarış aparan şəxsin əlindən alaraq qəpikləri cibinə doldurur. Videogörüntünün 02:50-ci saniyəsindən etibarən dikburun papaqlı, üzündə maska olan şəxs kassanın yanında yerləşən tütün məmulatlarının yığıldığı bölmədə olan siqaret qutularını sellofan torbaya yığmağa başlayır. Üzündə maska, başında sadə papaq olan şəxs də əyilib kassa aparatının olduğu şkafın siyirmələrini axtarmağa başlayır. Videogörüntünün 07:00-ci saniyəsindən etibarən həmin şəxslər kassanın yanından uzaqlaşıb digər ərzaq məhsullarının olduğu bölməyə yaxınlaşırlar. Videogörüntünün 07:27-ci saniyəsindən etibarən hər iki şəxs yenidən kassanın yanına qayıdıb axtarış aparırlar. Videogörüntünün 07:57-ci saniyəsindən etibarən hər iki şəxs kassanın yanından yenidən uzaqlaşırlar. 2_03_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 48 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin içərisində ərzaq mallarının və kassa aparatının olduğu bölmə əks olunur. Videogörüntü kassa aparatının üst tavan hissəsində quraşdırılmış nəzarətmüşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 01:15-ci saniyəsindən etibarən kassa aparatının olduğu bölməyə 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs yaxınlaşaraq kassada axtarış aparır. İçərisində qəpiklər olan kassa qutusunu əlinə alır. Videogörüntünün 01:27-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də oraya yaxınlaşır. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan həmin şəxs içərisində qəpiklər olan kassa qutusunu axtarış aparan şəxsin əlindən alaraq qəpikləri cibinə doldurur. Videogörüntünün 02:50-ci saniyəsindən etibarən dikburun papaqlı, üzündə maska olan şəxs kassanın yanında yerləşən tütün məmulatlarının yığıldığı bölmədə olan siqaret qutularını sellofan torbaya yığmağa başlayır. Üzündə maska, başında sadə papaq olan şəxs də əyilib kassa aparatının olduğu şkafın siyirmələrini axtarmağa başlayır. Videogörüntünün 07:00-ci saniyəsindən etibarən həmin şəxslər kassanın yanından uzaqlaşıb digər ərzaq məhsullarının olduğu bölməyə yaxınlaşırlar. Videogörüntünün 07:27-ci saniyəsindən etibarən hər iki şəxs yenidən kassanın yanına qayıdıb axtarış aparırlar. Videogörüntünün 07:57-ci saniyəsindən etibarən hər iki şəxs kassanın yanından yenidən uzaqlaşırlar. 3_04_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 46 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin içərisində ərzaq mallarının, vitrinlərin olduğu ümumi salonu və marketin foye hissəsindən əsas hissəsinə keçid üçün nəzərdə tutulmuş qapının olduğu bölmə əks olunur. Videogörüntü marketin ümumi salonunun sağ yuxarı hissəsində quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 01:13-cü saniyəsindən etibarən 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs giriş qapıdan marketin ümumi salonuna daxil olur və kassa aparatının olduğu bölməyə yaxınlaşıb axtarış aparmağa başlayır. Videogörüntünün 01:24-cü saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də marketin salonuna daxil olur. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan həmin şəxs içərisində qəpiklər olan kassa qutusunu axtarış aparan şəxsin əlindən alaraq qəpikləri cibinə doldurur. Videogörüntünün 02:50-ci saniyəsindən etibarən hər iki şəxs kassa aparatının digər tərəfinə keçərək videogörüntüdə gözdən itirlər. Videogörüntünün 07:00-ci saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs marketin ümumi salonunda vitrinlərin arası ilə gəzdikdən sonra videogörüntünün 07:27-ci saniyəsindən etibarən yenidən kassanın yanına qayıdır. Videogörüntünün 07:57-ci saniyəsindən etibarən hər iki şəxs marketin ümumi salonunda vitrinlərin arası ilə gəzişir. Videogörüntünün 08:06-cı saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan şəxs müxtəlif içkilərin olduğu vitrinin qapısını açıb oradan bir ədəd içki məhsulu götürüb qapını bağlayır. Videogörüntünün 08:12-ci saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs əlində iki ədəd sellofan torba ilə marketin içərisində olan ödəmə terminalının qarşısına gəlib çöməlir və aparatı silkələməyə başlayır. Videogörüntünün 08:16-cı saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs əlindəki sellofan torbanın birini yerə qoyub qapıdan çıxarkən əli ilə üzündə maska, başında sadə papaq olan şəxsə işarə edərək torbanı götürməyi tələb edir. Videogörüntünün 08:18-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan şəxs sellofan torbanı yerdən götürərək qapıdan çıxır. 4_05_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 47 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin müxtəlif içki vitrinlərin yerləşdiyi foye hissəsinin olduğu bölmə əks olunur. Videogörüntünün 01:08-ci saniyəsindən etibarən 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs giriş qapıdan marketin foye hissəsinə daxil olur və oradan da marketin ümumi salonuna keçir. Videogörüntünün 01:22-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də giriş qapıdan marketin foye hissəsinə daxil olur və oradan da marketin ümumi salonuna daxil olur. Videogörüntünün 08:16-cı saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs əlindəki sellofan torba ilə marketin salonundan foye hissəsinə daxil olur və oradan da marketin ümumi giriş qapısından bayıra çıxır. Daha sonra üzündə maska, başında sadə papaq olan şəxsə əlindəki sellofan torba ilə marketin salonundan foye hissəsinə daxil olur və oradan da marketin ümumi giriş qapısından bayıra çıxır. 5_07_R_**********00 adlı video fayla baxış zamanı videogörüntünün 16 dəqiqə 46 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki videogörüntünün 01-ci saniyəsindən etibarən marketin içərisində ərzaq mallarının, vitrinlərin olduğu ümumi salonu və marketin foye hissəsindən əsas hissəsinə keçid üçün nəzərdə tutulmuş qapının olduğu bölmə əks olunur. Videogörüntü marketin ümumi salonunun sol yuxarı hissəsində quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 01:13-cü saniyəsindən etibarən 1 nəfər dikburun papaq taxmış, üzündə maska olan şəxs giriş qapıdan marketin ümumi salonuna daxil olur və kassa aparatının olduğu bölməyə yaxınlaşıb axtarış aparmağa başlayır. Videogörüntünün 01:24-cü saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan bir nəfər şəxs də marketin salonuna daxil olur. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan həmin şəxs içərisində qəpiklər olan kassa qutusunu axtarış aparan şəxsin əlindən alaraq qəpikləri cibinə doldurur. Videogörüntünün 01:50-ci saniyəsindən etibarən hər iki şəxs kassa aparatının digər tərəfinə keçərək videogörüntüdə gözdən itirlər. Videogörüntünün 02:45-ci saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs marketin ümumi salonunda vitrinlərin arası ilə gəzdikdən sonra videogörüntünün 02:47-ci saniyəsindən etibarən yenidən kassanın yanına qayıdır və videogörüntüdə gözdən itir. Videogörüntünün 08:12-ci saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs əlində iki ədəd sellofan torba ilə marketin içərisində olan ödəmə terminalının qarşısına gəlib çöməlir və aparatı silkələməyə başlayır. Videogörüntünün 08:16-cı saniyəsindən etibarən dikburun papaq taxmış, üzündə maska olan şəxs əlindəki sellofan torbanın birini yerə qoyub qapıdan çıxarkən əli ilə üzündə maska, başında sadə papaq olan şəxsə işarə edərək torbanı götürməyi tələb edir. Videogörüntünün 08:18-ci saniyəsindən etibarən üzündə maska, başında sadə papaq olan şəxs sellofan torbanı yerdən götürərək qapıdan çıxır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin faktı təsdiqləyərək bildirmişlər ki, marketə girən və videogörüntüdə əks olunan şəxslər özləridir. Belə ki, Təqsirləndirilən şəxs2 üzündə maska, başında sadə papaq olan şəxsin özü olduğunu, X5 isə dikburun papaq taxmış, üzündə maska olan şəxsin özü olduğunu bildirdi. Onlar xx.xx.2020-ci il tarixdə saat 23 radələrində aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdiklərini səmimi şəkildə etiraf etmişlər.(i.v. 90-93) İş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 21/30R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktilokopik kartlarının surətləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə Xətai rayonu, S.Əhmədov küçəsi 6 ünvanında yerləşən X1 işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1999-cu ildə Belarusiya Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc, 02 ədədi xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc və sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izinin DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir.(i.v. 190-205) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 56-57); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 73-74); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 31); şəxsin zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir.(i.v. 137-138) zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 141- 142); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.94-95); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 109-110); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-702/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 130-132); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-701/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 133-135); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən 177.2.1, 177.2.3 və 29,177.2.1, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə 500 manat cərimə cəzasından azad edilmiş, xx.xx.2020-ci il tarixdə isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir.(i.v. 162-163, 183-189) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Tağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 185.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 17.2.2, 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.1və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı əsasında üzərində qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)-1339/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 17.2.2, 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə əmlakı müsadirə olunmamaqla 05 (beş) il, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə əmlakı müsadirə olunmamaqla 06 (altı) il, CM-nin 181.2.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə əmlakı müsadirə olunmamaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzalar qismən toplanmaqla üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 17.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən həmin cəza yeni təyin olunmuş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq əmlakı müsadirə olunmamaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır.(i.v.165-166, 177- 182) sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı içərisində videogörüntülər olan 01 ədəd CD formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş, içərisində 01 ədədi Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc, 02 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin ovuc və sağ əlinin orta barmağının əksi ilə eynilik təşkil edən əl izlərinin olduğu 01 ədəd zərf maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir(i.v. 224-236) təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə yeni ittiham elan edilmişdir (i.v 238-240); təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə yeni ittiham elan edilmişdir (i.v 258-260); Xətai rayonun MKTB-nin 66 saylı MKİS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barədə şikayət daxil olmayıb.(i.v. 279) Xətai rayonun MKTB-nin 66 saylı MKİS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barədə şikayət daxil olmayıb.(i.v. 280) Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam həcmdə ödənilmiş, onlarla barışmış, onlara qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cina.yətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini nəzərə alaraq həmin cinayətləri residivin müəyyən edilməsi zamanı nəzərə almır. Bununla belə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğunun götürülmədiyini və onun məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəlki hökmlər üzrə təqsirli bilindiyi cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq həmin cinayətləri residivin müəyyən edilməsi zamanı nəzərə almır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut – cinayət işi üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı içərisində videogörüntülər olan 01 ədəd CD formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş, içərisində 01 ədədi Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc, 02 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin ovuc və sağ əlinin orta barmağının əksi ilə eynilik təşkil edən əl izlərinin olduğu 01 ədəd zərfin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə hər birinə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – cinayət işi üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı içərisində videogörüntülər olan 01 ədəd CD formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş, içərisində 01 ədədi Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc, 02 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin ovuc və sağ əlinin orta barmağının əksi ilə eynilik təşkil edən əl izlərinin olduğu 01 ədəd zərfin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə hər birinə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-173/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-173/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver