Məhkəmə qərarları › İş №1(011)-173/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-173/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-173/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Xətai Rayon İcra Hakimiyyətinin 90 saylı MKTİ mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X10 Dadaşzadə küçəsi, ev 27, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 302.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq vahid niyyətlə satış məqsədilə əldə etməklə vahid niyyətlə satmışdır. Belə ki o, «Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin İX hissəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları"nin 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in 13-cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində istifadəsində olan «X5» ASC-nin internet bankçılığı "xxxx"-ın bank kartından istifadə etməklə ümumilikdə 375,77 manat məbləğdə ödəniş etməklə adına “ALİEXPRESS” alış-veriş internet platformasından cinayət tərkibi yaratmayan məişət əşyalarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən, 47,86 manat məbləğində 1 ədəd "markasız" qələm, 81,34 manat məbləğində 4 ədəd Çin istehsallı, markasız eynək, 75,77 manat məbləğində 1 ədəd Çin istehsallı, markasız eynək, 32,18 manat məbləğində 1 ədəd "markasız" qələm, 74,38 manat məbləğində 1 ədəd "markasız" qələm, 45,62 manat məbləğində 1 ədəd stolüstü elektron saat, ümumilikdə 375.77 manat dəyərində 3 adda 9 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib beynəlxalq poçt göndərişləri yolu ilə özünə göndərilməsinə və Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42d ünvanında yerləşən "xxxx" MMC-nin 33 saylı poçt şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin bağlamaları götürüb satış məqsədilə əldə edərək, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən həmin texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə internet üzərindən Tik-Tok sosial şəbəkəsində qeydiyyatdan keçərək ayrı-ayrı alıcılara satış üçün elan qismində yerləşdirməklə, həmin satış elanı üzrə 2023-ci ilin sentyabr ayında özünə 1 ədəd Çin istehsallı, markasız, loqosuz qələmin (gizli qaydada informasiya alınması üçün texnika) alınması ilə bağlı ***-***-**-** saylı mobil nömrə ilə müraciət etmiş Şahid qeyd edilən malın 200 manat məbləğində pula satılmasına dair razılığını alıb, sonuncu tərəfindən qeyd edilən məbləğin 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanında nağd almağa nail olub, texniki vasitəni Şahid təqdim etməklə, eyni niyyətlə, 9 oktyabr 2023-cü il tarixdə özünə 1 ədəd stolüstü elektron saata bənzər gizli kameranın alınması ilə bağlı ***-***-**-** saylı mobil nömrə ilə müraciət etmiş Şahid qeyd edilən malın 150 manat məbləğində pula satılmasına dair razılığını alıb, sonuncu tərəfindən qeyd edilən məbləğin 9 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 90 saylı MKİS-in qarşısında 150 manat məbləğində nağd pulu əldə edib texniki vasitəni təqdim etməklə, habelə, 21 noyabr 2023-cü il tarixdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan 3 ədəd eynək, 2 ədəd qələm formalı qurğuları, cəmi 5 ədəd gizli texniki vasitə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 4 ünvanında park edilmiş ona məxsus “BMW” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 302.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 302.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o video kameramandır, yəni toylarda, şənliklərdə video kamera ilə çəkiliş aparır, bu səbəbdən kameralara marağı olmuşdur. Maaşı az olduğundan və ailə üzvləri xəstə olduğundan ailəsini dolandırmaq üçün kameralar gətizdirib sataraq beş-üç manat pul qazanmaq istəmişdir. İlk dəfə sifariş verəndə gömrükdə saxlanılacağını bildiyindən “102” xidmətinə zəng edərək həmin kameralardan gətizdirmək istədiyini demiş, cavab olaraq ona bu məsələlərə baxmadıqlarını, bununla başqa orqanın məşqul olduğunu, həmin orqanla onu calaşdıracaqlarını bildirmişlər. Bir müddət sonra ona zəng gəlmiş, o həmin şəxsə kameralı eynəklər və qələmlər gətizdirmək istədiyini, bunda hər hansı cinayət tərkibinin olub-olmamasını soruşmuş, həmin şəxs ona gömrük xidməti həmin əşyanı buraxdığı təqdirdə heç bir cinayət tərkibinin olmadığını, lakin kimisə çəkdiyi və ya şantaj etdiyi təqdirdə məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. İlk sifarişindən sonra Vüqar adlı şəxs onunla əlaqə saxlayaraq mərmər sexində işlədiyini, işçilərin ondan oğurluq etdiyini, bununla bağlı həmin kameraların onda olub-olmadığını soruşmuş, o kameraların onda olduğunu, lakin kimisə çəkdiyi və ya şantaj etdiyi təqdirdə məsuliyyətə cəlb ediləcəyini dedikdə, sonuncu bu barədə məlumatlı olduğunu bildirmişdir. İlk dəfə həmin şəxslə “Günəş” petrolun yanında görüşərək qələmi 180 (bir yüz səksən) manat qarşılığında Vüqara satmış, daha sonra sonuncu ilə yenidən işlədiyi ünvanda görüşərək ona stolüstü saatı göstərmiş və beləliklə kameranı həmin şəxsə 130 (bir yüz otuz) manat qarşılığında satmışdır. O bu əməlin cinayət tərkibi yaratdığından məlumatsız olmuş, bundan ötrü cinayət məsuliyyətinə cəlb ediləcəyini bilməmişdir. Əlavə olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, işlədiyi mərmər sexində tez-tez oğurluqlar olduğundan “Tiktok” sosial şəbəkəsində kamera axtarmış, həmin vaxt Təqsirləndirilən şəxs əlaqə nömrəsi olan profil onun qarşısına çıxmış, onunla əlaqə saxlayar görüşmüş və bir ədəd üzərində kamera olan qələm almışdır. Həmin qələmin qiymətini üzərindən çox vaxt keçdiyi üçün xatırlamasa da, təxminən 150 (bir yüz əlli) -180 (bir yüz səksən) manat olmuşdur. Daha sonra dostları həmin qələmin cinayət məsuliyyətinə səbəb olduğunu bildirdiklərindən o Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, ərizə yazdıqdan sonra əməliyyat keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs saat almışdır. Daşqından həmin qələm və saatın cinayət məsuliyyətinə səbəb olub-olmamasını soruşduqda, sonuncu ona hamının bunlardan aldığını, bunun heç bir cinayət məsuliyyətinə səbəb olmadığını bildirmişdir. Həmçinin aldığı qələmi ərizə ilə müraciət edərkən təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid “TİK-TOK” sosial saytında tanış olduğu, gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin üzərində gizli kamera yerləşdirilmiş qol saatı, qələm və s. əşyaların satışı ilə məşğul olan Təqsirləndirilən şəxs stol üstü saatı 150 (bir yüz əlli) manata ona sata biləcəyini bildirməsi barədə məlumat vermişdir (i.v. 9); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)- 2124/2023 nömrəli qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən başlayaraq 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərini keçirilməsi üçün qərar qəbul edilməsi barədə verilmiş təqdimat təmin edilmiş, qərarın icra olunması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir (i.v. 14); Baxış keçirilməsi və götürmə aparılması haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru kiçik ədliyyə müşaviri X4 tərəfindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Ənvər Qasımovun, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadənin və vətəndaş Təqsirləndirilən şəxs iştirakları ilə “İphone” markalı rəqəmsal tipli video kamera ilə video çəkiliş aparılaraq sonuncunun istifadəsində olan “BMW” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobil ünvan 4 ünvanında park edilmiş, orada Təqsirləndirilən şəxs özünü və iştirakçıları təqdim etməklə sonuncuya qeyd olunan araşdırma ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını təqdim etməklə baxış və götürmə aparılmasına dair etiraz olmaması müəyyən edildikdən sonra qeyd olunan avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə avtomobili açaraq gizli 3 ədəd eynəyi və 2 ədəd qələmi baxış iştirakçılarına təqdim edərək bildirmişdir ki, təqdim etdiyi texnika gizli çəkiliş aparılması üçün nəzərdə tutulmuşdur. Gizli çəkiliş aparılması üçün nəzərdə tutulmuş 3 ədəd eynək və 2 ədəd qələm gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyindən müvafiq qaydada götürülmüşdür. Bununla da baxış təbii işıq şəraitində keçirilmiş, baxış yerinin video çəkilişi aparılmaqla CD diskə yazılaraq protokol əlavə edilmişdir. Protokol baxış iştirakçılarına ucadan oxunmuş, istintaq hərəkətinin gedişatına və protokolun məzmununa dair əlavələr və düzəlişlər daxil olmamış, protokol baxış iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir (i.v. 19); baxış keçirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, DVD diskdə olan video faylındakı video görüntüdə Təqsirləndirilən şəxs müraciət olunur. Sonuncu video çəkən şəxslə dialoq quraraq stolüstü kameranın funksiyalarını izah edərək ona həmin qurğuda gizli kameranın necə çalışdırılacağını izah edir. Texniki qurğunu 150 (bir yüz əlli) manat mənləğində pula satılmasına dair razılıq əldə olunur və Təqsirləndirilən şəxs həmin texniki vasitə alınır. Baxış gündüz vaxtı, xidməti otağında, təbii və elektrik lampası işığında keçirilməklə, saat 15:15-də başlanmış, saat 16:20-də başa çatmışdır (i.v. 32); Həmçinin məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə hadisənin baxış keçirilməsi və götürmə aparılması haqqında 21 noyabr 2023-cü il tarixli və baxış keçirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli protokollarda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmişdir. könüllü təqdim etmə və baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* №-li cinayət işi üzrə istintaq idarəsinin prokuror-kriminalisti, kiçik ədliyyə müşaviri X3 tərəfindən cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına köməklik edə biləcəyi nəzərə alınaraq, araşdırma zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi özünə məxsus “Xiaomi” markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefona baxış keçirilərkən telefon vasitəsi ilə Təqsirləndirilən şəxs “TikTok” sosial mediasında qeydiyyatdan keçməklə həmin sosial mediada müxtəlif elanlar yerləşdirmişdir. Həmin elanlarda cinayət tərkibi yaratmayan məişət əşyalarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələr olmuşdur. Bundan başqa “ALİEXPRESS” alış-veriş internet platformasında qeydiyyatdan keçməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, 47,86 manat məbləğində 01 ədəd “markasız” qələm, 81,34 manat məbləğində 4 ədəd Çin istehsalı, markasız eynək, 75,77 manat məbləğində 01 ədəd Çin istehsalı, markasız eynək, 32,18 manat məbləğində 01 ədəd “markasız” qələm, 74,38 manat məbləğində 01 ədəd “markasız” qələm, 45,62 manat məbləğində 01 ədəd stolüstü elektron saat, ümumilikdə 375,77 manat dəyərində 3 adda 9 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş etdiyi müəyyən olundu. “Xiaomi” markalı telefona baxış keçirilən zaman smart telefonun ekran görüntüsü şəkil və video formatda qeydiyyata alınaraq CD çarx iş materiallarına əlavə edilməsi üçün protokola əlavə edilmişdir (i.v. 35-36); Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 03 (üç) ədəd qələm formalı, 03 (üç) ədəd eynək formalı və 01 (bir) ədə stolüstü elektron saat formalı qurğular (əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin Siyahısı”na əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə aid edilir (i.v. 39); Baxış keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* №-li cinayət işi üzrə istintaq idarəsinin prokurorkriminalisti, kiçik ədliyyə müşaviri X3 tərəfindən cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına köməklik edə biləcəyi nəzərə alınaraq, araşdırma zamanı Təqsirləndirilən şəxs məxsus **-CO-*** markalı avtomaşınından götürülmüş və Şahid təqdim etdiyi gizli kamera funksiyalı texniki avadanlıqlara baxış keçirilmiş, həmin zaman keçirilən əşyalar 03 ədəd diyircəkli qələm, 01 ədəd stolüstü saat olması müəyyən edildi. Hər bir avadanlığın üzərində micro SD kartı yerləşdirmək üçün slot müəyyən olunmuşdur. Texniki avadanlıqların üzərində obyektivə bənzər kiçik ölçülü kamera olması ehtimalı olan dəliklər aşkar edilmişdir. Hər bir cihaza micro sd kart yerləşdirməklə cihazlar işə salındı. Hər bir cihazın işlək olması və HD formatda video qeydiyyata alması funksiyaları aşkar edilmişdir. Qeyd olunan cihazların “Xiaomi” markalı smartfonla foto şəkilləri çəkilib protokola əlavə edilmişdir (i.v. 58); Baxış keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* №-li cinayət işi üzrə istintaq idarəsinin prokurorkriminalisti, kiçik ədliyyə müşaviri X3 tərəfindən cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına köməklik edə biləcəyi nəzərə alınaraq, araşdırma zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi adına olan bank kartından verilmiş çıxarışa baxış keçirilmiş, çıxarış "xxxx" ASC tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “X5” ASC-nin internet bankçılığı "xxxx"-ın bank kartından istifadə edilməklə “Aliexpress” alış-veriş internet platformasından cinayət tərkibi yaratmayan məişət əşyalarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən istirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən, 47,86 manat məbləğində 01 ədəd “markasız” qələm, 81, 34 manat məbləğində 04 ədəd Çin istehsalı, markasız eynək, 75,77 manat məbləğində 01 Çin istehsalı, markasız eynək, 32,18 manat məbləğində 01 ədəd “markasız” qələm, 74,38 manat məbləğində 01 ədəd “markasız” qələm, 45,62 manat məbləğində 01 ədəd stolüstü elektron saat, ümumilikdə 375,77manat dəyərində 03 adda 09 ədəd texniki vasitələr sifariş edilmişdir. Baxış gündüz vaxtı, xidməti otağında, təbii və elektrik lampası işığında keçirilməklə, saat 09:15-də başlanmış, saat 09:40-da başa çatmışdır (i.v. 61); qətimkan tədbirinin seçilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 87-88); sübutların qiymətləndirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs “Xiaomi” markalı mobil telefonuna baxış keçirilən zaman baxışı əks etdirən mobil telefonun ekran şəkilləri və ekran video yazılarının köçürüldüyü CD disk, Təqsirləndirilən şəxs əməliyyat axtarış fəaliyyəti zamanı gizli çəkiliş üçün nəzərdə tutulmuş qurğunu satan zaman aparılmış çəkilişin əks olunduğu DVD disk, cinayət işində saxlanılmaqla, əməliyyat axtarış tədbirləri nəticəsində götürülmüş 03 ədəd eynək formalı və 01 ədəd stolüstü elektron saat formalı olan cihaz və qurğular Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminat İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmışdır (i.v. 99); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli məktubuna baxılaraq bildirilmişdir ki, sorğu edilən rekvizitlər üzrə Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, beynalxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamaların qəbulu, emalı, daşınması və çatdırılmasını milli poçt operatoru ("xxxx" MMC) təmin edir və həmin proseslərə dair məlumatlar sözügedən poçt operatoru tərəfindən emal olunur. Bunula əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmək məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 34); Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir (i.v. 55); xx.xx.2016-cı il tarixli AZ-İİİ № 704331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs və anası X2r (i.v. 57); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qələm formalı, eynək formalı və stolüstü elektron saat formalı qurğular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin Siyahısı”na əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə aid edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 132.1.4-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iş yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3 ədəd qələm formalı, 3 ədəd eynək formalı və 1 ədəd stolüstü elektron saat formalı cihaz və qurğular hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilməli, İş üzrə maddi sübut 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 302.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3 ədəd qələm formalı, 3 ədəd eynək formalı və 1 ədəd stolüstü elektron saat formalı cihaz və qurğular hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (bir yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar