Məhkəmə qərarları › İş №1(011)-174/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-174/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-174/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1999-cu ildə Ağdam rayonu, Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.2000-ci ildə Ağdam rayonu Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də fəhlə işləmiş, məhkum olunmamış, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də mühafizə rəisi işləmiş, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “Asan” xidmət mərkəzinin inşası ilə əlaqədar dəmir arakəsmələrlə təcrid edilmiş tikinti ərazisinin, habelə ərazidəki əmlakın mühafizəsini təşkil etmiş “xxxx” MMC-nin mühafizəçisi Təqsirləndirilən şəxs3 inşaat zamanı istifadə ediləcək elektrik kabellərinin talanması üçün onun və Təqsirləndirilən şəxs2 əraziyə qanunsuz daxil olmalarından ötrü orada quraşdırılmış müşahidə kameralarını söndürüb arxa giriş qapısını açaraq şərait yaratmış, 2020-ci ilin noyabr ayının ortalarından 2020-ci ilin dekabr ayının əvvəllərinə qədər olan müddət ərzində onlar hissə-hissə olmaqla 1 metri 35 (otuz beş) manat olmaqla, 24.605 (iyirmi dörd min altı yüz beş) manat dəyərində 703 metr uzunluğunda N2XY 1x240 0.6/1 kv markalı elektrik kabelini və 1 metri 21 (iyirmi bir) manat olmaqla, 5418 (beş min dörd yüz on səkkiz) manat dəyərində 258 metr uzunluğunda N2XY 1x120 0.6/lkv markalı elektrik kabelini oradan götürdükləri armatur qayçısı ilə kəsib hissələrə bölərək kisələrə yığmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 30023 (otuz min iyirmi üç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “Asan” xidmət mərkəzinin inşası ilə əlaqədar dəmir arakəsmələrlə təcrid edilmiş tikinti ərazisinin, habelə ərazidəki əmlakın mühafizəsini təşkil etmiş “xxxx” MMC-nin mühafizəçisi Təqsirləndirilən şəxs3 inşaat zamanı istifadə ediləcək elektrik kabellərinin talanması üçün onun və Təqsirləndirilən şəxs1 əraziyə qanunsuz daxil olmalarından ötrü orada quraşdırılmış müşahidə kameralarını söndürüb, arxa giriş qapısını açaraq şərait yaratmış, 2020-ci ilin noyabr ayının ortalarından 2020-ci ilin dekabr ayının əvvəllərinə qədər olan müddət ərzində onlar hissə-hissə olmaqla 1 metri 35 (otuz beş) manat olmaqla, 24.605 (iyirmi dörd min altı yüz beş) manat dəyərində 703 metr uzunluğunda N2XY 1x240 0.6/1 kv markalı elektrik kabelini və 1 metri 21 (iyirmi bir) manat olmaqla, 5418 (beş min dörd yüz on səkkiz) manat dəyərində 258 metr uzunluğunda N2XY 1x120 0.6/lkv markalı elektrik kabelini oradan götürdükləri armatur qayçısı ilə kəsib hissələrə bölərək kisələrə yığmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 30023 (otuz min iyirmi üç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, mühafizəçi işlədiyi “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “Asan” xidmət mərkəzinin inşası ilə əlaqədar dəmir arakəsmələrlə təcrid edilmiş tikinti ərazisinə inşaat zamanı istifadə ediləcək elektrik kabellərinin talanması üçün qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əraziyə qanunsuz daxil olmalarından ötrü orada quraşdırılmış müşahidə kameralarını söndürüb, arxa giriş qapısını açaraq sonunculara şərait yaratmış, 2020-ci ilin noyabr ayının ortalarından 2020-ci ilin dekabr ayının əvvəllərinə qədər olan müddət ərzində onlar hissəhissə olmaqla 1 metri 35 (otuz beş) manat olmaqla, 24.605 (iyirmi dörd min altı yüz beş) manat dəyərində 703 metr uzunluğunda N2XY 1x240 0.6/1 kv markalı elektrik kabelini və 1 metri 21 (iyirmi bir) manat olmaqla, 5418 (beş min dörd yüz on səkkiz) manat dəyərində 258 metr uzunluğunda N2XY 1x120 0.6/lkv markalı elektrik kabeli oradan götürdükləri armatur qayçısı ilə kəsib hissələrə bölərək kisələrə yığmış vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 30023 (otuz min iyirmi üç) manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 noyabr 2018-ci il tarixdən 05.11.2020-ci il tarixə kimi “xxxx” MMC-də anbardar köməkçisi kimi işləmişdir. O, ilk dəfə Ağcabədi rayonunda “xxxx” MMC tərəfindən xxxxə məxsus inşa olunan binada anbar fəhləsi kimi işə düzəlmiş və orada işlər yekunlaşdığı üçün 2019-cu ilin noyabr ayından etibarən “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binada 05.11.2020-ci il tarixə kimi anbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Fədai ilə uşaqlığı bir yerdə keçmiş və aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 “xxxx” MMC-yə işə düzəldikdən sonra tanımışdır. Mübariz Ağcabədi rayonunda “xxxx” MMC tərəfindən inşa olunan binada mühafizə rəisi işləmişdir. Həmin vaxt da Mübarizi tanımışdır. O, Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binada anbardar işlədiyi zaman Fədai də həmin anbarda fəhlə kimi işləmişdir. 05.11.2020-ci il tarixdə Fədai verdiyi materialı təhvil almadığı üçün aralarında bu mövzuda mübahisə baş vermişdir. Buna görə də MMC-nin rəhbərliyi tərəfindən o, həmin gün işdən çıxarılmışdır. Buna baxmayaraq Fədai ilə yoldaşlığı davam etmişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında saat 19 radələrində Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində yerləşən “Heydər Əliyev” adına parkda Fədai ilə görüşmüşdür. Fədai ilə görüşməzdən iki-üç gün əvvəl telefonla danışan zaman Fədai ona pula ehtiyacı olduğunu bildirdikdə, o da işsiz olduğu üçün pula ehtiyacı olduğunu demişdir. Həmin vaxt Fədai ona görüşməyi təklif etdiyi üçün onlar Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində yerləşən “Heydər Əliyev” adına parkda görüşmüşlər. Həmin vaxt aralarında olan söhbət zamanı Fədai ona maddi imkanı olmadığını bildirib əvvəllər işlədiyi “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binadan elektrik kabelini kəsərək oğurlamağı təklif etmişdir. O da maddi imkanı olmadığı üçün Fədainin bu təklifini qəbul etmişdir. Onlar oradan “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində tikinti işləri aparılan yerə getmişlər. Orada həmin tikintidə mühafizə rəisi işləyən Mübarizlə görüşərək söhbət etmişlər. Söhbət zamanı o, Mübarizə tikinti sahəsinin həyətində olan elektrik kabelindən kəsib oğurlayaraq satmağı və əldə ediləcək puldan ona da verməyi təklif etmişdir. Mübariz onun təklifini qəbul etdikdən sonra onlara binanın qarşı hissəsini kamera çəkdiyi üçün binanın digər tərəfində olan qapını açaraq onları içəri buraxacağını bildirmişdir. Onlar binanın ərazisinə daxil olmaq üçün olan digər qapıya yaxınlaşdıqları zaman Mübariz içəridən qapını açaraq onları tikinti sahəsinin ərazisinə buraxdıqdan sonra mühafizəçi köşkünə getmişdir. O da Fədai ilə birlikdə armatur doğranan hissəyə gedərək orada armatur kəsmək üçün istifadə olunan qayçını götürüb tikinti sahəsinin ərazisində, yəni qazanxananın yanında olan elektrik kabelinin barabanına yaxınlaşmışlar. Həmin vaxt orada bir böyük, digəri kiçik olmaqla iki ədəd üzərində elektrik kabeli olan baraban olmuşdur. O, Fədai ilə birlikdə böyük barabanda olan elektrik kabelini hissə-hissə açaraq qayçı ilə təxminən 0,80 və 1 metr uzunluğunda doğrayaraq tikinti sahəsindən tapdıqları 06 ədəd kisələrə yığmağa başlamışlar. Onlar kabelləri kəsib doğrayan zaman Mübariz onların yanına gəlib-getmişdir. Aralarında olan razılaşmaya əsasən onlar kabelləri kisələrə yığdıqdan sonra Mübariz giriş hissədə olan kameraları söndürməli olmuş, onlar da kisələrdə olan kabelləri giriş qapıdan çölə çıxarıb taksi çağıraraq aparmalı olmuşlar. Buna görə də Mübariz tikinti sahəsində olan kameraları söndürdükdən sonra Fədai ilə birlikdə içərisində elektrik naqili olan 06 ədəd kisəni nəzarət buraxılış məntəqəsinə aparıb mühafizəçi köşkünün yanına yığmışlar. Bundan sonra saat 20 radələrində o, yola çıxıb dövlət qeydiyyat nişanını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobili saxlatmış və avtomobilin sürücüsü ilə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinə aparmaq üçün 8 manata razılaşmışdır. Bundan sonra o və Fədai birlikdə oğurlayaraq 6-7 ədəd kisələrə yığdıqları elektrik kabelini “Opel” markalı avtomobilə yükləmişlər. Fədai və o birlikdə taksi ilə Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinə gedərək orada olan boş sahədə kabeli avtomobildən yerə boşaltmışlar. O, "Opel” markalı avtomobilin sürücüsünə 8 manat pul verdikdən sonra həmin sürücü çıxıb getmişdir. Həmin gün saat təxminən 21 radələrində Fədai ilə birlikdə oğurladıqları elektrik kabellərinin üzərində olan qoruyucu qatı oboy bıçağı (rezakla) soyaraq içərisində olan mis naqilləri götürüb kisələrə yığaraq görünməyən yerdə üst-üstə yığaraq gizlətdikdən sonra birlikdə yaşadığı evə getmişlər. Həmin gecəni Fədai ilə birlikdə yaşadığı evdə gecələmişlər. Səhər tezdən, yəni saat 07 radələrində Fədai yaşadığı evdən çıxaraq işlədiyi “xxxx” MMC tərəfindən Bakı şəhəri Xəta rayonu Vunq-Tau küçəsində tikinti işləri aparılan binaya işə getmişdir. Həmin gün saat 11 radələrində o, taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Xəzər” markalı avtomobili saxlatmış və oğurladıqları elektrik kabelindən əldə etdikləri misin 3 kisəsini avtomobilə yükləyərək Bakı şəhəri Sabunçu rayonu ərazisində səyyar formada, yəni avtomobillərdə metal qəbul edən şəxslərə aparıb vermişdir. Həmin vaxt səyyar formada metal qəbul edən şəxsə yaxınlaşaraq mis naqillər olduğunu demişdir. Həmin şəxs ondan misin oğurluq olub-olmadığını soruşan zaman o, oğurluq olmadığını bildirmişdir. Bundan sonra taksi sürücüsünə razılaşdıqları kimi 10 manat pul verib yola salmış və gətirdiyi misi tərəzidə çəkən zaman 53 kiloqram olduğunu görmüşdür. Həmin vaxt orada işləyən şəxs misin 1 kiloqramını 7 manatdan qəbul etdiyini bildirib gətirdiyi mis naqillərə görə ona 370 manat pul vermişdir. Bundan sonra o, yenidən yaşadığı Sabunçu rayonuna getmiş və orada gizlətdiyi qalan mis naqillərini də götürüb, yenə də səyyar formada metal qəbul edən müxtəlif şəxslərə satmışdır. O, ikinci dəfə satdığı metaldan 470 manat pul əldə etmişdir. Budan sonra, həmin gün saat təxminən 19 radələrində Bakı şəhəri Nizami rayonu “Neftçilər” metro stansiyasının yaxınlığında Fədai ilə görüşmüş və orada oğurlayaraq satdıqları misdən əldə etdikləri 840 manat puldan 50 manatını Mübarizə vermək üçün ayırmışlar. Qalar 790 manat pulu öz aralarında bölərək hər biri 395 manat pul götürmüşlər. Bundan sonra, bir dəfə də özü tək eyni üsulla oğurluq etmiş, həmin oğurluqdan Fədainin xəbəri olsa da, Fədai iştirak etməmiş, qazancından Mübarizə pul versə də Fədaiyə verməmişdir. 17.12.2020-ci il tarixdə saat 17 radələrində ilk gün işə çıxdığı “Markus” adlı mağazada olan zaman polis əməkdaşları mağazaya gələrək onu 35-ci PB-nə dəvət etmişlər. O, polis bölməsində olan zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Ümumiyyətlə həmin ərazidən iki dəfə oğurluq etmiş, bir dəfə Fədai ilə, bir dəfə isə tək olmuşdur. Oradan təxminən 300 metr kabel kəsərək oğurlamışlar. Qalan kabelin hansı qaydada azalması barədə məlumatı yoxdur. Hazırda maddi durumu zərəri ödəmək üçün yetərli deyildir. Əməlindən səmimi peşman olduğunu, gənc olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13 avqust 2020-ci il tarixdən “xxxx” MMC-nin anbarında fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. İlqar ilə uşaqlığı bir yerdə keçmiş və aralarında dostluq münasibəti olmuşdur. Onun həmin MMC-yə işə düzəlməyinə də İlqar köməklik etmişdir. İlqarın özü 2018-ci ildən “xxxx” MMC-də işləmişdir. İlqar özü MMC-də anbardar köməkçisi işləmişdir. Təqsirləndirilən şəxs3 “xxxx” MMC-yə işə düzəldikdən sonra tanımışdır. 05.11.2020-ci il tarixdə onunla İlqarın arasında mübahisə baş vermişdir. Buna görə də MMC-nin rəhbərliyi tərəfindən həmin gün İlqar işdən çıxarılmışdır. Buna baxmayaraq, İlqar ilə yoldaşlığı davam etmişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında saat 19 radələrində Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində yerləşən “Heydər Əliyev” adına parkda İlqar ilə görüşmüşdür. İlqar ilə görüşməzdən iki-üç gün əvvəl telefonla danışan zaman o, İlqara pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt İlqar da ona işsiz olduğu üçün pula ehtiyacı olduğunu demişdir. Aralarında olan söhbət zamanı o, İlqara maddi imkanı olmadığını bildirib “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binadan elektrik kabelini kəsərək oğurlamağı təklif etmişdir. İlqar da onun bu təklifini qəbul etmişdir. Bundan sonra onlar oradan “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində tikinti işləri aparılan yerə getmişlər. Orada həmin tikintidə mühafizə rəisi kimi işləyən Mübarizlə görüşərək söhbət etmişlər. Söhbət zamanı İlqar Mübarizə tikinti sahəsinin həyətində olan elektrik kabelindən kəsib oğurlayaraq satacaqlarını və əldə ediləcək puldan ona da vərəcəklərini demişdir. Mübariz İlqarın təklifini qəbul etdikdən sonra binanın qarşı hissəsini kamera çəkdiyi üçün binanın digər tərəfində olan qapını açaraq onları içəri buraxacağını bildirmişdir. Buna görə də onlar binanın ərazisinə daxil olmaq üçün digər qapıya yaxınlaşdıqları zaman Mübariz içəridən qapını açaraq onları tikinti sahəsinin ərazisinə buraxdıqdan sonra mühafizəçi köşkünə getmişdir. O da İlqar ilə birlikdə armatur doğranan hissəyə gedərək orada armatur kəsmək üçün istifadə olunan qayçını götürüb tikinti sahəsinin ərazisində, yəni qazanxananın yanında olan elektrik kabelinin barabanına yaxınlaşmışlar. Həmin vaxt orada bir böyük, digəri kiçik olmaqla iki ədəd üzərində elektrik kabeli olan baraban olmuşdur. O, İlqar ilə birlikdə böyük barabanda olan elektrik kabelini hissə-hissə açaraq qayçı ilə təxminən 0,80 və 1 metr uzunluğunda doğrayaraq tikinti sahəsindən tapdıqları 06 ədəd kisələrə yığmağa başlamışlar. Onlar kabelləri kəsib doğrayan zaman Mübariz onların yanına gəlib-getmişdir. Aralarında olan razılaşmaya əsasən onlar kabelləri kisələrə yığdıqdan sonra Mübariz giriş hissədə olan kameraları söndürməli olmuş və onlar kisələrdə olan kabelləri giriş qapıdan çölə çıxarıb taksi çağıraraq aparmalı olmuşlar. Mübariz tikinti sahəsində olan kameraları söndürdükdən sonra İlqar ilə birlikdə içərisində elektrik naqili olan 06 ədəd kisəni nəzarət buraxılış məntəqəsinə aparıb mühafizəçi köşkünün yanına yığmışlar. Bundan sonra İlqar yola çıxaraq taksi kimi fəaliyyət göstərən dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı avtomobili gətirmişdir. O, İlqar və Mübariz birlikdə oğurlayaraq 06 ədəd kisələrə yığdıqları elektrik kabelini “Opel” markalı avtomobilə yükləmişlər. Oradan İlqar və o, taksi ilə Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinə gedərək orada olan boş sahədə elektrik kabelini avtomobildən yerə boşaltmışlar. İlqar “Opel” markalı avtomobilin sürücüsünə 8 manat pul vermiş və həmin sürücü çıxıb getmişdir. Həmin gün saat təxminən 21 radələrində İlqar ilə birlikdə oğurladıqları elektrik kabellərinin üzərində olan qoruyucu qatı oboy bıçağı (rezakla) soyaraq içərisində olan mis naqilləri götürüb kisələrə yığaraq görünməyən yerdə üst-üstə qoyub gizlətdikdən sonra birlikdə İlqarın yaşadığı evə getmişlər. Həmin gecəni İlqarın evində gecələmişlər. Səhər tezdən, yəni saat 07 radələrində o, evdən çıxaraq işlədiyi “xxxx” MMC-yə işə getmişdir. Onların razılaşmalarına əsasən İlqar aparıb kabelləri satmalı və əldə olunan pulu bölməli olmuşdur. Həmin gün saat təxminən 19 radələrində Bakı şəhəri Nizami rayonu “Neftçilər” metro stansiyasının yaxınlığında o, İlqar ilə görüşmüş və onlar orada oğurlayaraq satdıqları misdən əldə etdikləri 840 manat puldan 50 manatını Mübarizə vermək üçün ayırmışlar. Qalan 790 manat pulu öz aralarında bölərək hər biri 395 manat pul götürmüşlər. O, həmin pulları şəxsi işlərinə xərcləmişdir. 17.12.2020-ci il tarixdə saat 17 radələrində işdə olan zaman polis əməkdaşları iş yerinə gələrək onu 35-ci PB-nə dəvət etmişlər. O, polis bölməsində olan zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Ümumiyyətlə həmin yerdən bir dəfə İlqarla birlikdə oğurluq etmiş, ikinci dəfə İlqar oğurluq edəcəyini ona desə də, o, həmin oğurluqda iştirak etməmiş, İlqar ona həmin oğurluqdan əldə etdiyi puldan verməmişdir. Əməlindən səmimi peşman olduğunu, gənc olduğunu, zərərçəkən şəxslə barışmağa cəhd etdiyini nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən “xxxx” MMC-də işləmiş, həmin MMC əvvəllər Ağcabədi rayonu ərazisində fəaliyyət göstərmişdir. O, işlədiyi “xxxx'“ MMC tərəfindən hal-hazırda Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx”' üçün 4 mərtəbəli bina inşa etmişlər və 2019-cu ilin iyun ayında onu Bakı şəhərinə işləməyə göndərmişlər. O, MMC-də mühafizə rəisi vəzifəsində işləməyə başlamışdır. Ondan başqa MMC tərəfindən inşa olunan binada Hidayət və Vüqar mühafizəçi kimi işləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işlədiyi MMC-dən tanımışdır. O, Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binada mühafizə rəisi vəzifəsində işlədiyi zaman İlqar həmin tikintidə anbardar köməkçisi, Fədai isə anbar fəhləsi kimi işləmişdir. 2020-ci ilin noyabr ayında Fədai ilə İlqarın arasında mübahisə baş verdiyinə görə İlqar rəhbərlik tərəfindən işdən azad edilmişdir. Buna baxmayaraq İlqarla Fədai həmkəndli olduqları üçün dostluq etmişlər. 2020-ci ilin noyabr ayının ortalarında saat 19 radələrində “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində tikinti işləri aparılan iş yerindən olan zaman Fədai ilə İlqar yanına gəlmişdir. Söhbət zamanı İlqar ona tikinti sahəsinin həyətində olan elektrik kabelindən kəsib oğurlayaraq satmağı, əldə ediləcək puldan ona da verəcəyini demişdir. O da İlqarla Fədaini tanıdığından, həmçinin həmin vaxt pula ehtiyacı olduğu üçün İlqar və Fədainin bu təklifini qəbul etmişdir. Lakin, o, İlqar və Fədaiyə binanın qarşı hissəsini kamera çəkdiyi üçün binanın digər tərəfində olan qapını açaraq onları içəri buraxacağını bildirmişdir. Bundan sonra Fədai ilə İlqar tikinti sahəsinə daxil olmaq üçün digər tərəfdə olan giriş qapıya tərəf getmişdir. O isə binanın həyəti ilə gəzə-gəzə digər tərəfdə olan giriş qapısına getmiş və qapını içəri tərəfdən arxadan açaraq onları tikinti sahəsinə buraxmışdır. Özü isə yenidən tikinti sahəsinin əsas giriş hissəsində olan mühafizə köşkünə getmişdir. Fədai ilə İlqar isə tikinti sahəsində olan armaturlar olan hissədən armatur kəsmək üçün istifadə edilən qayçını götürüb həyətdə, yəni qazanxana hissəsində üzərində elektrik kabelləri olan barabana tərəf getmişlər. Bundan sonra o da mühafizə köşkündən çıxaraq gəzə-gəzə bir neçə dəfə İlqar və Fədainin yanına gedib qayıtmışdır. O, İlqarla Fədainin yanına gedən zaman onlar binanın həyətində olan böyük ölçülü barabandan elektrik kabelini hissə-hissə açaraq qayçı ilə təxminən 0,80 və 1 metr uzunluğunda doğrayaraq yanlarında olan kisələrə yığdıqlarını görmüşdür. Aralarında olan razılaşmaya əsasən İlqarla Fədai kabelləri kisələrə yığdıqdan sonra o, giriş hissədə olan kameraları söndürməli olmuş, İlqar və Fədai kisələrdə olan kabelləri giriş qapıdan çölə çıxarıb taksi çağıraraq aparmalı olmuşlar. Buna görə də o, tikinti sahəsində olan kameraları söndürdürdükdən sonra İlqar ilə Fədai birlikdə içərisində elektrik naqili olan 06 ədəd kisəni nəzarət buraxılış məntəqəsinə gətirib mühafizəçi köşkünün yanına yığmışlar. İlqar taksi sifariş etmiş və sifariş əsasında dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı avtomobil göndərilmişdir. Bundan sonra İlqar və Fədai birlikdə 06 ədəd kisələrə yığılmış elektrik kabelini “Opel” markalı avtomobilə yüklədikdən sonra həmin avtomobilə əyləşib çıxıb getmişlər. Bundan sonra o, Fədaini iş yerində görsə də, Fədaidən bu barədə heç bir söz soruşmamışdır. İlqar oğurladıqları mis naqillərin satışından əldə edilmiş puldan 50 manatını ona verərək yenidən tikinti sahəsindən kabel oğurlayaraq satmağı təklif etmişdir. O, da etiraz etməmiş və İlqarı bir dəfə də binanın digər tərəfində olan qapıdan içəri buraxacağını bildirmişdir. Eyni üsulla İlqar bir dəfə də oradan oğurluq etmişdir. 12 dekabr 2020-ci il tarixdə o, işə gedən zaman kabellərə baxmış və kabelin kəsilməyindən oradan yenidən oğurluq olmasını bilmişdir. Belə ki, İlqar və Fədai kabelləri oğurlayan zaman armatur qayçısı ilə kəsmiş, həmin vaxt isə kabelin başqa nə iləsə kəsildiyini görmüşdür. Buna görə də o, saat 17 radələrində tikintidə sahə rəisi vəzifəsində işləyən Nümayəndə istifadəsində olan mobil nömrəyə zəng vuraraq həyətdə olan elektrik kabelinin oğulanması barədə məlumat vermişdir. Bundan bir qədər sonra Bahadur işlədikləri tikinti sahəsinə gəlmiş və onlar birlikdə binanın həyətində üzərində elektrik kabeli olan barabana yaxınlaşmışlar. Həmin vaxt Bahadur barabanın üzərinə baxsa da barabanda nə qədər elektrik kabeli olduğunu bilmədiyini, iş günü işçilər gələndən sonra bu barədə maraqlanacağını bildirmişdir. 17.12.2020-ci il tarixdə işdə olan zaman polis əməkdaşları gələrək onu 35-ci PB-nə dəvət etmişlər. O, polis bölməsində olan zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Fədai və İlqarla birlikdə razılaşaraq “xxxx” MMC tərəfindən inşa olunan binadan iki dəfə elektrik kabelləri kəsərək oğurlamışlar, ona 50 və 100 manat olmaqla, cəmi 150 manat pul verilmişdir. O, əraziyə baxan zaman ordan kabel kəsildiyini və həmin kabellərin kəsilmək formasından kabelin İlqar və Fədainin kəsmədiyini müəyyən etdiyi üçün Bahadura məlumat vermiş, İlqar və Fədai ordan təxminən 300 metrə yaxın kabel oğurlamışlar. Hesab edir ki, iki dəfəyə ittihamda göstərilən qədər ziyan vurmaq mümkün deyil. Mühafizəçi kimi üç nəfər olmuşlar, iki gündən bir işə çıxmış, ondan başqa Hidayət və Vüqar da mühafizəçi kimi işləmişlər. Dekabrın 12-si növbəni Hidayətdən təhvil almış, əlavə oğurluq olmasını axşam aşkar etmiş, kabelin kəsilməsi barədə Hidayətə demiş, sonuncu xəbərinin olmadığını bildirmişdir. İlqar və Fadəi onun fikrincə 300-320 metr kabel kəsə bilərdilər. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, zərərçəkən şəxslə barışmağa cəhd etdiyini nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə tikinti şirkəti olan “xxxx” MMC-də sahə rəisi vəzifəsində işləmişdir. Nümayəndəsi olduğu “xxxx” MMC “xxxx” üçün binalarının tikintisi ilə məşğul olmuş və hal-hazırda “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün 4 mərtəbəli bina inşa olunmuşdur. Həmin binanın tikintisi başa çatsa da, binanın həyətində abadlıq işləri görülmüşdür. Təqsirləndirilən şəxs3 nümayəndəsi olduğu “xxxx” MMC tərəfindən inşa olunan binanın mühafizə rəisi, Təqsirləndirilən şəxs2 isə anbardar fəhləsi kimi işləmişdir. Onlar həftənin 5 günü işləsələr də, şənbə və bazar günləri istirahət etmişlər. İş saatları 08:00-da başlamış və həmin gün axşam saat 18:00-da başa çatmışdır. 12 dekabr 2020-ci il tarixdə saat 17:30 radələrində nümayəndəsi olduğu “xxxx” MMC tərəfindən inşa olunan binanın mühafizə rəisi vəzifəsində işləyən Mübariz telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq inşa olunan binanın həyətində oğurluq hadisəsi baş verdiyini bildirmişdir. O, Mübarizdən bu barədə ətraflı soruşduqda Mübariz ona inşa olunan binanın həyətində barabanda olan elektrik kabelinin bir hissəsinin kəsilərək oğurladığını bildirmişdir. Həmin gün şənbə günü olduğu üçün onlar istirahət etmişlər. Buna baxmayaraq o, yaşadığı evdən çıxaraq işlədiyi MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün bina inşa edilən binaya getmişdir. Həmin vaxt Mübariz onu girişdə qarşılamış və onlar birlikdə inşa olunan binanın həyətində üzərində elektrik kabeli olan barabanın yanına getmişdir. Barabanın üzərində ümumilikdə 1141 metr uzunluğunda elektrik kabeli olmuş və həmin kabelin üzərində hər bir metrdən bir istehsal edilmiş zavod tərəfindən ölçü nişanı qoyulmuşdur. Onlar kabeli istifadə etdikdən sonra kabelin üzərinə kəsilən zaman bilinməsi üçün nişan kimi boya vurmuşlar. Həmin vaxt Mübariz barabanda olan elektrik kabelini ona göstərib kabelin üzərində işçilər tərəfində nişan kimi çəkilmiş boyanın olmadığını, kabelin oğurlanmasından şübhələndiyini bildirmişdir. Həmin gün iş günü olmadığı üçün o, tikinti sahəsindən nə qədər kabelin oğurlanmasını dəqiqləşdirə bilməmişdir. Bu səbəbdən də bu barədə rəhbərliyə məlumat verməmişdir. 14 dekabr 2020-ci il tarixdə iş günü olduğu üçün saat 08 radələrində işlədiyi Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binaya getmişdir. Həmin vaxt o, işlədiyi MMC-də elektrik mühəndisi vəzifəsində işləyən Şahid məlumat verərək tikinti sahəsində olan barabandan elektrik kabelinin oğurlandığını bildirmişdir. O, Elsevərlə birlikdə tikinti sahəsində olan elektrik barabanın qoyulduğu yerə gedərək barabana baxış keçirmişlər. Baxış zamanı 1x240 mm2 N2 XH markalı barabanın üzərində olan kabelin üzərində ölçü nişanını 167 metr olduğunu müəyyən etmişlər. Hər bir barabanlarda istifadə olunmuş elektrik kabelinin ölçüsü və istifadə olunma tarixi işçilər tərəfində barabanın üzərinə qeyd edilmişdir. Həmin vaxt barabanın üzərinə baxan zaman həmin barabandan 17.10.2020-ci il tarixdə 272 metr istifadə olunduğunu görmüşlər. Həmin vaxt onlara məlum olmuşdur ki, 1x240 mm2 N2 XH markalı elektrik kabelinin olduğu barabandan 702 metr elektrik kabeli kəsilərək oğurlanmışdır. 1 ədəd elektrik barabanının üzərində ümumilikdə 1141 metr uzunluğunda elektrik kabeli olmuş həmin kabeldən 272 metr istifadə olunduğu üçün barabanın üzərində 869 metr qalmalı olduğu halda, 167 metr qalıq qalmışdır. Bundan sonra onlar 1x120 mm2 N2 XH markalı elektrik kabeli olan barabana baxış keçirən zaman həmin barabandan da, 258 metr elektrik kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Bundan sonra bu barədə işlədiyi və nümayəndəsi olduğu “xxxx” MMC-nin rəhbərliyinə məlumat vermişdir. Həmçinin o, mühafizəçi işləyən Mübariz, Vüqar və Hidayətdən bu barədə maraqlansa da, heç bir nəticə əldə edə bilməmişdir. 15 dekabr 2020-ci il tarixdə 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Daha sonra onlara məlum olmuşdur ki, həmin oğurluq hadisəsini MMCdə mühafizə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3, anbardar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və əvvəllər MMC-də anbardar kimi işləmiş Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq törətmişlər. Təqsirləndirilən şəxslər əvvəllər zərəri ödəmək istəsələr də, sonra ödəməmişlər. Rəhbərlik təqsirləndirilən şəxslərdən ziyan əvəzi pul tələb etməmiş, oğurladıqları kabeli alaraq qaytarmalarını demişdir. Lakin, bu günədək kabel alınıb MMC-yə qaytarılmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Hüseynov Elsəvər Şahid oğlu ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən hazırki vaxta kimi tikinti şirkəti olan “xxxx” MMC-də sahə elektrik mühəndisi vəzifəsində işləmişdir. İşlədiyi “xxxx” MMC “xxxx” üçün binalarının tikintisi ilə məşğuldur və hal-hazırda “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün 4 mərtəbəli bina inşa olunmuşdur. Həmin binanın tikintisi başa çatsa da, binanın həyətində abadlıq işləri görülmüşdür. Təqsirləndirilən şəxs3 “xxxx” MMC tərəfindən inşa olunan binanın mühafizə rəisi, Təqsirləndirilən şəxs2 isə anbardar vəzifəsində işləmişdir. Nümayəndə isə işlədiyi MMC-də sahə rəisi vəzifəsində işləmişdir. 14 dekabr 2020ci il tarixdə saat 08 radələrində işlədiyi Bakı şəhəri Xətai rayonu Vunq-Tau küçəsində “xxxx” üçün inşa olunan binada işdə olan zaman sahə rəisi vəzifəsində işləyən Bahadur ona yaxınlaşaraq işlədikləri tikinti sahəsində olan barabandan elektrik kabelinin oğurlandığını bildirmişdir. Bahadur ona mühafizə rəisi işləyən Mübarizin ona tikinti sahəsində olan elektrik barabanından elektrik kabelinin oğurlanması barədə məlumat verərək birlikdə elektrik kabeli olan barabana baxış keçirməyi təklif etmişdir. Bahadur ilə birlikdə tikinti sahəsinə gedərək elektrik barabanına baxış keçirtmişlər. Baxış zamanı 1x240 mm2 N2 XH markalı barabanın üzərində olan kabelin üzərində ölçü nişanını 167 metr olduğunu müəyyən etmişlər. Hər bir barabanlarda istifadə olunmuş elektrik kabelinin ölçüsü və istifadə olunma tarixi işçilər tərəfindən barabanın üzərinə qeyd edilmişdir. Həmin vaxt barabanın üzərinə baxan zaman barabandan sonuncu dəfə 17.10.2020-ci il tarixdə 272 metr istifadə olunduğunu görmüşlər. Həmin vaxt onlara məlum olmuşdur ki, 1x240 mm2 N2 XH markalı elektrik kabelinin olduğu barabandan 702 metr elektrik kabeli kəsilərək oğurlanmışdır. 1 ədəd elektrik barabanının üzərində ümumilikdə 1141 metr uzunluğunda elektrik kabeli olmuş və həmin kabeldən 272 metr istifadə olunduğu üçün barabanın üzərində 869 metr qalmalı olduğu halda, 167 metr qalıq qalmışdır. Bundan sonra onlar 1x120 mm2 N2 XH markalı elektrik kabeli olan barabana baxış keçirən zaman həmin barabandan da, 258 metr elektrik kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Bundan sonra bu barədə işlədiyi MMC-nin rəhbərliyinə məlumat vermişlər. Onlar mühafizəçi işləyən Mübariz, Vüqar və Hidayətdən bu barədə maraqlansalar da, heç bir nəticə əldə edə bilməmişlər. Buna görə də, 15 dekabr 2020-ci il tarixdə sahə rəisi Bahadur 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Daha sonra onlara məlum olmuşdur ki, həmin oğurluq hadisəsini MMC-də mühafizə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3, anbardar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və əvvəllər MMC-də anbardar kimi işləmiş Təqsirləndirilən şəxs1 birlikdə əlbir olaraq törətmişlər. Oğurluq hadisəsi olan müddətdə Gəncə şəhərində olmuş, kabeldən istifadə etdikcə bu barədə üzərində qeyd edilmiş, kəsik isə rənglənmişdir. Kabelin bir topundan nə qədər kabelin olması sifarişdən aslı olmuş, oğurlanan barabanda 1141 metr kabel ollmuş, 272 metr istifadə olunmuş, qalan hissə qalmışdır. Kabelin həcmi böyük olmuş, fikrincə bir insan 40-50 kq kabeli götürə bilər. O qədər kabelin bir dəfəyə oğurlanması inandırıcı deyil, lakin hissə-hissə oğurlanması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində gösərmişdir ki, o, “xxxx” MMC-də mühafizəçi işləyir. İşi növbəlidir, bəzən Mübarizdən, bəzən isə Hidayətdən növbəni təhvil alır. Onların işi giriş qapısında dayanmaq, kənar şəxsləri içəri buraxmamaq, binanı mühafizə etmək, material gələndə sayıb təhvil almaq, çıxışda çıxan şəxsləri və avtomobilləri yoxlamaqdır. Bildiyinə görə əraziyə gələn naqillər qaimə əsasında gəlir və təhvil alınır. Oğurlanan kabelin əraziyə gətirilməsini görməmiş, ola bilər onun növbəsinə düşməmişdir. Növbəni dəyişəndə təhvil-təslim olmuş, əraziyə baxış keçirimişlər. Təhvil-təslim zamanı kabellərdən oğurlanmasını ola bilər hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində gösərmişdir ki, o, “xxxx” MMC-də mühafizəçi işləyir. İşi növbəlidir, bəzən Mübarizdən, bəzən isə Vüqardan növbəni təhvil alır. Onların işi giriş qapısında dayanmaq, kənar şəxsləri içəri buraxmamaq, binanı mühafizə etmək, material gələndə sayıb təhvil almaq, çıxışda çıxan şəxsləri və avtomobilləri yoxlamaqdır. Əraziyə daxil olan hər şey, o cümlədən kabel qeydiyyata alınır, işçilər barmaq izi ilə işə buraxılır, bu barədə məlumat verilir. Kabeldən nə qədər işlədilməsi barədə məlumatı olmamış, kabelin azalmasına fikir verməmişdir. Oğurluq olması barədə ona Mübariz zəng edərək demiş, həmin vaxt axşam olmuşdur. Qeydiyyat kitabı oğurluq olduqdan sonra olmuş, ona qədər sadəcə təhvil-təslim olmuşdur. İlqar və Fədai ona kabeldən oğurlamaları barədə təklif etməmiş, etsələr belə razı olmazdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01, İ cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 35, İ cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 58, İ cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 77, İ cild); ifadənin yerində yoxlanması haqqında 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və müdafiəçisi X2 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 hadisə yerini göstərmiş və hadisəni əyani təsvir etmişdir. Hadisə yerində çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir (i.v. 88-91, İ cild); ifadənin yerində yoxlanması haqqında 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və müdafiəçisi X3 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs2 hadisə yerini göstərmiş və hadisəni əyani təsvir etmişdir. Hadisə yerində çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir (i.v. 92-97, İ cild); “xxxx” MMC-nin məktubundan görünür ki, tikinti sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, N2XY 1x240 0.6/1 kv – 703 m* 31.2188 manatdan cəmi 25889.95 manat (21940.63+3949.32 ƏDV ilə) və N2XY 1x120 0.6/lkv – 258 m* 167909 manatdan cəmi 5111.83 manat (4332.05+779.78 ƏDV ilə) dəyərində kabellər əskik gəlir. Cəmi dəymiş zərər 31001,78 AZN (26272,68+4729.10) təşkil edir ( i.v. 98-99, İ cild); zərərçəkmişin nümayəndəsi qismində tanınma haqqında 18 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs “xxxx” MMC zərəçəkmiş şəxs qismində tanınmış, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır ( i.v. 105-106, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 121, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 138, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Vaqid oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 154, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-709/2020 saylı, 19.12.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 dekabr 2020ci il tarixdən hesablanmışdır (i.v. 182-184, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-710/2020 saylı, 19.12.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 dekabr 2020ci il tarixdən hesablanmışdır (i.v. 185-188, İ cild); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 dərhal tutulmadan azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 189-190, İ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v. 204, İ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v. 206, İ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v. 208, İ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2021-ci il tarixli, 6/168-9/174 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: bir ədəd, istifadə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 18 sm, üzəri qara rəngli iki qat izolasiyalı, ümumi diametri 26,0 mm olan çox simli (d-2,5) kabel nümunəsinin keçici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır, istifadəyə yararlıdır. Kabelin 1 metrinə düşən misin çəkisi təxminən 2,400 kq-dır; bir ədəd istifadə olunmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 17 sm, üzəri qara rəngli izolasiyalı, ümumi diametri 19,0 mm olan çox simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metal mis əsaslı ərintisindən hazırlanmışdır, istifadəyə yararlıdır. Kabelin 1 metrinə düşən misin çəkisi təxminən 1,200 kq-dır. Tədqiqata təqdim edilmiş kabellərin 1 metrinin 2020-ci ilin noyabr-dekabr aylarına olan bazar qiyməti: bir ədəd, istifadə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 18 sm, üzəri qara rəngli iki qat izolasiyalı, ümumi diametri 26,0 mm olan çox simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır, istifadəyə yararlıdır. Kabelin 1 metrinə düşən misin çəkisi təxminən 2,400 kq-dır - 35,0 manat; bir ədəd, istifadə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 17 sm, üzəri qara rəngli izolasiyalı, ümumi diametri 19,0 mm olan çox simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metal mis əsaslı ərintisindən hazırlanmışdır, istifadəyə yararlıdır. Kabelin 1 metrinə düşən misin çəkisi təxminən 1,200 kq-dır - 21,0 manat müəyyən edilir (i.v. 210-214, İ cild); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-kimyəvi ekspertizasının Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.02.2021-ci il tarixli 6/168-9/174 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi, naməlum şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun “işin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, iş üzrə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMCyə dəymiş maddi ziyanın məbləği 30023 manat hesab edilmiş, iş üzrə nümunə kimi götürülmüş N2XY 1x240 0,6/1 kv markalı 18 uzunluğunda və N2XY 1x120 0,6/1 kv markalı 17 sm uzunluğunda elektrik kabelləri sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 229-241, İ cild); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 1, İİ cild); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 19, İİ cild); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 36, İİ cild); 04 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, sifarişçi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, icraçı “xxxx” MMC-dir, sifarişçi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Bakı şəhəri Xətai rayonu ərazisində “xxxx” mərkəzinin tikintisi üçün icraçının təklifini qəbul etmiş, icraçı tikintini həyata keçirməyi öhdəsinə götürmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici (qismən) ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilmələrin barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 işlədiyi ərazidən bir dəfə İlqarla birlikdə oğurluq etdiyini bildirsə də, ilkin izahatında işlədiyi yerdən İlqarla birlikdə 50 kq mis kəsib oğurladığını, bundan sonra bir neçə dəfə tikintidən kabel oğurlayaraq apardırlarını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istintaq zamanı dəfələrlə ifadəsi alınmış, həmin ifadələrində iki dəfə işlədiyi əraziyə İlqarla birlikdə daxil olaraq oğurluq etməsini göstərmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslər oğurlanmış elektrik kabelinin uzunluğunun təxminən 300 metr olduğunu, qalan kabelin onlar tərəfindən oğurlanmadığını bildirmişlər. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsin nümayəndəsinə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, həmin şəxslərin ibtidai istintaq dövründə və məhkəmə iclasında vermiş olduqları ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələri təkzib edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin nümayəndəsinə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ciddi ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, oğurluq baş verən zaman Təqsirləndirilən şəxs1 həmin MMCdə işləməmiş, həmçinin, iş saatı 18-00-da başa çatdığından Təqsirləndirilən şəxs2 həmin yerə hüquqamüvafiq qaydada daxil olmamış, onların tamah niyyəti daxil olmadan əvvəl yaranmış, həmin şəxslər oğurluq məqsədi ilə oraya daxil olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mühafizə ilə təmin edilmiş yerə qanunsuz daxil olmuş, oğurluq xeyli miqdarda ziyan vurmaqla törədilmiş, Təqsirləndirilən şəxs3 onlarla qabaqcadan əlbir olduğundan sonuncunun da əməlinin digər maddələrlə yanaşı qanunsuz daxil olma kimi qiymətləndirilməsi düzgün olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), habelə Təqsirləndirilən şəxs2 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), habelə Təqsirləndirilən şəxs2 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli və «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş N2XY 1x240 0.6/1 kv markalı 18 sm uzunluğunda və N2XY 1x120 0.6/lkv markalı 17 sm uzunluğunda elektrik kabelləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərci 109,50 (bir yüz doqquz, əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 17 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş N2XY 1x240 0.6/1 kv markalı 18 sm uzunluğunda və N2XY 1x120 0.6/lkv markalı 17 sm uzunluğunda elektrik kabelləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci 109,50 (bir yüz doqquz, əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar