Məhkəmə qərarları › İş №1(011)-174/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-174/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-174/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, tərcüməçi X3 dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X6 hüquqi varisi Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqinda itizam" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 23 oktyabr 2022-ci il tarixdə saat 03:40 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ila idarə etdiyi «Toyota Prius (Hibrid)» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospekti tərəfdən Cavanşir körpüsü istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkan Y Səfərov küçəsi, 7 saylı ünvanın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yolu soldan sağa keçən piyada X9 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə ümumilikdə cani şəxslərdə hayat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan alın, hər iki təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq sınıqları, baş-beyinə qansızma, baş-beyin əzilməsi, sağ alın-təpə nahiyəsinin əzilmiş yarası, qabırğaların ikitərəfli, hər iki bazu sümüklərinin, sağ bud sümüyünün qapalı sınıqlan xəsarətlərini yetirməklə, İqor Petryakovun başın küt travması nəicəsində başbeyin əzilməsi səbəbindən hadisə yerində ölməsilə, yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin varisinin və şahidin ifadələri, videogörüntülərə baxış protokolları ilə, məhkəmə-tibbi və yol-nəqliyyat hadisələri üzrə ekspertizalanının rəyləri, işin digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, «Toyota Prius markalı ** CK *** qeydiyyat nişanlı avtomobili dostu X5 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olurmuş. Belə ki, avtombili gün ərzində saat 18:00-dan 06:00-dək olan müddət ərzində idarə edirmiş və buna görə Ruslana hər gün 25 manat verirmiş. 23 oktyabr 2022-ci il tarixdə həmin texniki cəhətdən saz olan avtomobillə müştəri götürmək üçün saat təxminən 03.40-da ünvan 2 ünvanında yerləşən «Trump» hotelin qarşısına çatıb körpüyə qalxmadan sol hərəkət yolu ilə sağ zolaqla hərəkət etdiyi zaman, təxminən 12-13 metrdən sol tərəfində olan aynca zolağın üstündən bir kişinin asta yerişlə hərəkət edib sağ tərəfinə doğru keçməyə başladığını görmüşdür. Piyadanı vurmamaq üçün ayağını tormoz əyləcinə basmış, lakin avtomobili saxlamağa macal tapmamış, piyada yolu təxminən 5-5,5 metr keçdikdən sonra avtomobilin sağ qabaq hissəsi ilə onu vurmuşdur. Sonra avtomobili 3-4 metr qabaqda saxlayıb vurulmuş piyadanın yanına gəlmişdir. Piyadanın özündə olmadığını görüb TTYS-nə zəng etmişdir. Bir neçə dəqiqə sonra oraya yol polisinin əməkdaşları ve bundan sonra TTYS-nın işçiləri də gəlmişlər. Həkim piyadanı müayinə edildikdə piyadanın ölməsini bilmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və ona qarşı heç bir şiakyət və tələb yoxdur. Mərhumun bütün yas xərcləri çəkilmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin keçimini təmin edirmiş. Atası və anası xəstədir və onun himayəsindədir. Törətdiyi əməldən səmimi peşmandır. Azadlıqda qalacağı təqdirdə işləyib ailəsinin xərclərini qarşılamaq, xəstə atası və anasının dərman xərclərini qarşılamaq istəyir. Ona verilmiş ittihamda yalnızca azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin cəzaya məhkum olunacağı təqdirdə isə heç cür işləyə bilməyəcək və ailəsinin çətin olan maddi rifahı daha da pisləşəcəkdir. Göstərilənləri nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 qardaşıdır. İqor ünvan 3 ünvanında yaşayırmış, «Ağ şəhər» adlanan ərazisdə tikintilərdə fəhləliklə məşğul olurmuş. 22 oktyabr 2022-ci ildə səhər işə çıxıb getmiş, xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında bilmişdir ki, adını sonra bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə İqor Petryakovu vurmuş və aldığı bədən xəsarətlərindən qardaşı ölmüşdür. X10 meyitini Xətai rayon meyitxanasından götürmüş və dəfn etmişlər. Halhazırda təqsirləndirilən şəxsə qarşı heç bir şiakyət və tələbi yoxdur. Belə ki, təqsirləndirilən şəxs mərhum qardaşının dəfn xərcləri ilə bağlı bütün xərcləri qarşılamış, onların çətin günündə daim yanlarında olaraq səmimi peşmançılığın bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə orta məktəbdə bir sinifdə təhsil alırmış və o vaxtdan onu tanıyır, münasibətləri yaxşıdır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində özünə maxsus «Toyota Prius (Hibrid)» markalı ** CK *** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs icarəyə vermişdir. Bilirdi ki, o, həmin avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün idarə edəcək. Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə həmin avtomobili idarə edərkən Bakı şəhəri, Yusif Səfərov küçəsində adını sonra bildiyi piyada X11 vurmuş və həmin hadisə nəticəsində piyada ölmüşdür. Bu hadisə barədə həmin gün bilmişdir. Həmin hadisə nəticəsində avtomobilə vurulmuş təxminən 400 manat məbləğində maddi ziyan sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və avtomobil düzəltdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v. 1); xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Xətai rayonu Cavanşir körpüsü istiqamətində hərəkətdə olan zaman ünvan 4 ünvanında yerləşən Trump» otelinin qarşısında yerləşir. (i.v 3-13) 23 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən Toyota Prius (Hibrid)» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşın texniki cəhətdən saz vəziyyətdədir, avtomaşının ön sağ hissəsi və qabaq ön şüşənin sağ aşağı hissəsi yad predmetlə toqquşma nəticəsində zədələnmiş vəziyyətdədir.(i.v 14-15) Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş AE023262 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, vəsiqə xx.xx.2026-cı il tarixədək etibarlıdır (i.v. 20); 03.10.22-ci il tarixli etibarnamədən görünür ki, 2007-ci ildə buraxılmış “Toyota Prius(Hibrid)” minik markalı maşının mülkiyyətçisi Şahid tərəfindən həmin avtomobili idarə etmək hüququ 03 il 05 ay 7 gün müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir(i.v 21) xx.xx.2022-ci il tarixli, 2/25984 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs müayinədən keçərkən ayıq vəziyyətdə olmuşdur.(i.v 24) Azərbaycan Respublikası DİN-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 33) Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2022-ci il tarixli 016-141087-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cü il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 023262 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.(i.v 37) "Videogörüntüyə baxış keçirilməsi haqqında" 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in X12 etmə xidmətindən alınmış Təhlükəsiz Şəhər Xidmətinin TS 5-023 nömrəli kamerası tərəfindən qeydə alınmış 23 oktyabr 2022-ci il tarixli saat 03:00-dan 04:00-a qədər olan müddətin görüntülərinin 43-cü dəqiqəsinin 40-c saniyəsində Bakı şəhəri, ünvan 5 ünvanındakı hissəsindən əks istiqamətdə keçmək üçün adi yerişlə ayrıcı zolağa doğru gəlib birqədər gözlədikdən sonra həmin yolda hərəkət edən sürücülərə nisbətdə soldan sağa doğru yolu adi yerişlə keçməyə başladığı müşahidə olunur. Videogörüntülərin 44-cü dəqiqəsində görünür ki, ünvan 6 ünvanının qarşısı ilə Cavanşir körpüsü istiqamətdə bir neçə nəqliyyat vasitesi hərəkət edir, videogörüntülərin 44-cü dəqiqə 10-cu saniyəsındə yolun sol hərəkət zolağında hərəkətdə olan nəqliyyat vasitəsi sürətini yavaşıdır və həmin piyada onun qarşısından ötüb keçdikdə yolun sağ hərəkət zolağıyla hərəkətdə olan avtomobil piyadanı vuraraq yolun sağ kənarına atır. Həmin nəqliyyat vasitələri qəza işıq siqnallarını yandırmaqla sağ hərəkat zolağına keçib yolun kənarında avtomobili saxlayırlar.(i.v 42) «Videogörüntüyə baxış keçirilməsi haqqında» 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in X12 etmə xidmətindən alınmış Təhlükəsiz Şəhər Xidmətinin TS 6-142 nömrəli kamerası tərəfindən qeydə alınmış 23 oktyabr 2022-ci il tarixli saat 03:00-dan 04:00-a qədər olan müddətin görüntülərinin 43-cü dəqiqəsinin 40-cı saniyasındə ünvan 7 ünvanının qarşısınlakı hissəsindən bir nəfər piyadanın əks istiqamətə keçmək üçün yavaş addımlarla aynı zolağa doğru gəlib birqədər gözlədikdən sonra həmin yolda hərəkət edən sürücülərə nisbətdə soldan sağa doğru keçməyə başladığı müşahidə olunur. Videogörüntülərin 44-cü dəqiqəsində görünür ki, ünvan 6 ünvanının qarşısı ilə Cavanşir körpüsü istiqamətdə bir neçə nəqliyyat vasitəsi hərəkət edir, videogörüntülərin 44-cü dəqiqə 10-cu saniyasında yolun sol hərəkət zolağında hərəkətdə olan nəqliyyat vasitəsi qaza işıq siqnallarını yandırmaqla sağ hərəkət zolağına keçib yolun kənarında avtomobili saxlayır.(i.v 47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 18 noyabr 2022-ci il tarixli 89 nömrəli rəyindən görünür ki, X8 meyitinin məhkəmə-tibbi ekspertizasına, ilk məlumata və qərarda qoyulmuş suallara əsasın aşağıdakı nəticəyə gəlinmişdir:

1. X6 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Alın, hər iki tapa-gicgah sümüklərinin kəllə əsasına keçən açıq sınıqlan, baş-beyinə qansızma, baş-beyin əzilməsi, sağ alın-təpə nahiyəsinin əzilmiş yarası, qabırğalanın ikitərəfli, har iki bazu sümüklərinin, sağ bud sümüyünün qapalı sınıqlanı. Qeyd edilən xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindan törənmişlər. xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin qabaq hissalarinin təsirindən törənə bilərdi, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidirlər. 2. X6 ölümünə səbəb başın küt travması nəticəsində beş-beyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. 3. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqat nəticəsində 2,2 % etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (Əsas MKŞ-nin 3981/K saylı akti).(i.v 55-59) xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qardaşı, ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi kimi tanınması qərara alınmışdır(i.v 69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 8/3629 saylı rəyindən görünür ki, İstintaq tərəfindən verilən məlumatlara əsasən: Toyota Prius markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur (ekspertiza xərci 85 manat)(i.v 81-83) 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan edilməsi qərara alınmışdır(i.v94-96) Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurulmuş zərər ona tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs tərəf Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş, zərərin ödənildiyini, heç bir iddia və şikayətin olmadığını bildirmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıının 14129 saylı epikriz XT-dən görünür ki, İmanov İslam klinikaya 11 oktyabr 2017-ci il tarixində daxil olmuş və 25 oktyabr 2017-ci il tarixində xaric olmuşdur. Kliniki diaqnoz xəstəlik: Hər iki beyin yarımkürəsində çoxocaqlı işemik insult, hemorragik komponentlərlə, arterial hipertenziya İİİ d, çox yüksək risklə sol ətraflarında zəiflik, keylik hərəkət məhdudluğu, başağrısı baş gicəllənmələr müəyyən olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıının 2501 saylı epikriz XT-dən görünür ki, İmanov İslam klinikaya 11 fevral 2018-ci il tarixində daxil olmuş və 21 fevral 2018-ci il tarixində xaric olmuşdur. Kliniki diaqnoz xəstəlik: Hər iki beyin yarımkürəsində çoxocaqlı işemik insult, hemorragik komponentlərlə, arterial hipertenziya İİİ d, çox yüksək risklə sol ətraflarında zəiflik, keylik hərəkət məhdudluğu, başağrısı baş gicəllənmələr müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüququ varisinin ifadəsi, hadisə yerinə baxış, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. [83] 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(CM59.1.11), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması(CM59.1.13); ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli səmimi etiraf etməsi və törətdiyi əməldən səmimi peşman olmasını(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, atasının xəstəliyini və ailənin yeganə gəlir gətirən şəxs olmasını,şəxsiyyətini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalı, müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, əlavə cəza qismində təyin olunmuş nəqliyyat vasitəsni idarə etmək hüuqundan məhrumetmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid verilmiş “Toyota Pirius(Hibrid)” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməli və maddi sübut kimi tanınmış iki ədəd DVD disklər iş materiallarında saxlanılmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid verilmiş “Toyota Pirius(Hibrid)” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış iki ədəd DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar