Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-175/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində kirayədə yaşadıqları Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 15 mənzil 9-da olarkən arvadı Zərərçəkmiş şəxs icazə almadan evdən çıxmaq istəməsi ilə əlaqədar qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğub, daha sonra ağız nahiyəsindən tutmaqla sıxaraq sonuncuya üst dodağın selikli qişasının ön səthinin sol yarısında qansızma və həmin qansızmaya uyğun üst çənədə solda bir ədəd kəsici dişin travmatik sınığı kimi ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla xx xxxxxx 2010-cu il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixli Şahid və xx xxxxxxx 2013-cü il tarixli Sadıqzadə Rəvan adlı övladları do. xx xxxxxxx 2020-ci tarixdə səhər tezdən işləri ilə əlaqədar evdən çıxmış, ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar olaraq işlərinin zəif olmasından evə tez getməyi qərarlaşdırmışdır. Təxminən saat 15 radələrində evə çatıb içəri girən zaman arvadı Zərərçəkmiş şəxs hazırlaşıb harasa getdiyinin şahidi olmuşdir. O, Lalədən hara getdiyini və gedəcəyi yer barədə niyə məlumat verməməsini maraqlanmışdır. Lalə isə qonşuları olan Hülya ilə Xətai rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinə getməli olduğunu bildirmişdir. O, Laləyə Hülya ilə heç yerə getməyəcəyini təkidlə bildirib cibindən çıxartdığı açar ilə mənzilin qapısını içəridən bağlamışdır. Bu söhbət əsasında aralarında münaqişə baş vermişdir. Lalə onun üstünə gələrək açarı almağa çalışmışdır. Bu zaman o, əli ilə Lalənin saçlarından və digər əli ilə boğazından tutaraq özündən uzaqlaşdırmağa çalışmışdır. Lalə isə təkidlə evdən gedəcəyini bildirib qapı tərəfə getmişdir. Münaqişənin davamında əsəblərinə hakim ola bilməyib əli ilə Lalənin ağız nahiyəsindən tutub sıxaraq özündən uzaqlaşdırmaq istəmiş, bu zaman Lalənin dişi sınmışdır. Lalə ilə barışıb birlikdə yaşaması mümkün deyildir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə xx xxxxxx 2010-cu il tarixindən rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixli Şahid və xx xxxxxxx 2013-cü il tarixli Sadıqzadə Rəvan adlı övladları doğulmuşdur. 2-ci övladı anadan olduqdan sonra Romanla ailədaxili tez tez münaqişələri olmuşdur. Həmin münaqişələrə səbəb Romanın ailəyə fikir verməməsi və işlədiyi halda demək olar ki evə pul gətirməməsi olmuşdur. Romanla neçə dəfə ayrılmaq qərarına gəlsə də, valideynlərinin təkidindən və övladlarının balaca olduğundan nikahı pozmamışdır. Sonuncu belə münaqişə xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində kirayə yaşadıqları ünvan 2 mənzil 9 ünvanında baş vermişdir. Həmin gün qonşuluğumuzda yaşayan Hülya adlı qadın ona ASAN Xidmət mərkəzinə getmək üçün yol yoldaşı olmağı təklif etmişdir. O, da evdə işləri olmadığından Hülyanın təklifi ilə razılaşmış və əynini geyinib evdən çıxmağa hazırlaşmışdır. Evdən çıxan zaman əri Təqsirləndirilən şəxs evə daxil olub hara getdiyini maraqlanmışdır. O, Romana qonşuları olan Hülya ilə ASAN Xidmətə gedəcəklərini bildirmişdir. Roman ona Hülya ilə heç bir yerə getməyəcəyini və evdə oturacağını bildirmişdir. O, Romandan bunun səbəbini soruşduqda, Roman Hülyanı bəyənmədiyinə görə onu heç yerə buraxmayacağını bildirmiş və qapını arxadan açar ilə bağlamışdır. Bu söhbət əsasında aralarında münaqişə yaranmışdır. Həmin münaqişə zamanı Roman onun saçından tutub, digər əli ilə boğazından tutub boğmağa başlamışdır. O, isə Romanın əlindən qurtarmaq üçün əl-qol hərəkətləri ilə Romanı özündən uzaqlaşdırmağa çalışmışdır. Əlindən çıxıb qaçmaq istəyən zaman Roman yenidən əli ilə ağız nahiyəsindən bərk tutub sıxmış və ağzında olan yeni müalicə etdirdiyi qabaq yuxarı dişlərindən biri sınmışdır. Dişinin sındığını görüb Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat vermiş, əri tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra hadisə baş verən ünvana polis əməkdaşları gəlmiş və onu polis bölməsinə dəvət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs və müəllimin iştirakı ilə dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs və azyaşlı qardaşı X2 ilə birlikdə yaşayır. O, 7 saylı Zəngilan rayon məktəbinin 4-cü sinif şagirdidir. Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Atası ilə anası arasında ailədaxili münaqişələr hər zaman olurmuşdur. Atası Romanın işləri ilə əlaqədar olaraq onlar bir müddət ünvan 3 mənzil 9 ünvanında kirayə yaşayırmışlar. Atası tikinti sahəsində usta kimi fəaliyyət göstərmişdir. xx xxxxxxx 2020-ci il tarixdə anası öz rəfiqəsi ilə evdən çıxıb ASAN xidmətə getmək istəyən zaman atası içəri girmiş və anasının hara getdiyini maraqlanmışdır. Anası da öz rəfiqəsi ilə Asan xidmətə getməli olduğunu bildirmişdir. Atası anasına heç yerə getməyəcəyini, evdə oturacağını bildirmiş və öz cibindən çıxardığı açar ilə qapını bağlamışdır. Bu zaman valideynlərinin arasında mübahisə yaranmışdır. Mübahisənin gedişində anası çölə çıxmağa cəhd etsə də, atası buna imkan verməmiş və bir əli ilə anasının saçından, digər əli ilə boğazından tutmuşdur. Bu vaxt anası atasının əlindən çıxmaq istəsə də, buna nail ola bilməmiş, atası isə əli ilə anasının ağız hissəsindən tutaraq möhkəm sıxmağa başlamış, anasının dişi sınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X3 Xətai rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1134 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın selikli qişasını ön səthinin sol yarısında qansızma və həmin qansızmaya uyğun nahiyədə çənədə solda bir ədəd kəsici dişin travmatik sınığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 10-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona edilməklə, hüquq və vəzifələri izah edilmişdir (i.v. 22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kortatekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumta yoxdur (i.v. 37); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 38); arayışdan görünür ki, Sadıqov X1 rayonu Koroğlu küçəsi ev 59 ünvanında yaşayır (i.v. 39); şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü Firuzə, 2013-cü il təvəllüdlü Rəvan adlı övladları var (i.v. 40); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 128-ci maddəsində nəzərdə tutlmuş ittiham ona elan edilmişdir (i.v. 61-62); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 75); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs, şahidin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAET və TBnin Xətai rayon şöbəsinin rəyi iş üzrə sübut növləri kimi qiymətləndirilmiş, CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 80-84); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi (qismən), zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini növbəli işdə olduğu müddət istisna olmaqla hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-175/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-175/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver