Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-175/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı qarnizonu Mənzil İstismar Hissəsinin 10 saylı Mənzil İstismar Sahəsində lift üzrə elektron mexanik vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı poçt filialının 18 saylı Poçt Şöbəsinə yaxınlaşaraq pəncərədəki dəmir barmaqlıqları özü ilə gətirdiyi dəmir parçası vasitəsi ilə əyib sındıraraq həmin pəncərədən qanunsuz içəri daxil olub oradakı seyfin qapısını poçtun içərisindəki dolabdan tapdığı açarla açaraq saxlanc yeri hesab olunan seyfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 saylı Poçt Şöbəsinə məxsus 1040 manat 25 qəpik nağd pul vəsaitini və Azərlotereyanın hər biri 1 manat dəyərli 293 ədəd “Qızıl”, hər biri 2 manat dəyərli 94 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərli 80 ədəd “Brilliant”, hər biri 5 manat dəyərli 95 ədəd “5X", hər biri 10 manat dəyərli 30 ədəd “40 00 pul yağışı", hər biri 10 manat dəyərli 50 ədəd “10X”, hər biri 5 manat dəyərli 79 ədəd “Zümrüd” və hər biri 2 manat dəyərli 14 ədəd “Ani 50” olmaqla ümumi dəyəri 2579,00 manat (iki min beş yüz yetmiş doqquz manat) olan ani lotereya biletlərini gizli talayaraq ümumilikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3619,25 (üç min altı yüz on doqquz manat iyirmi beş qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvanın yaxınlığında yerləşən 18 saylı poçtdan bir neçə dəfə lotoreya almışdır. Oradan bilet alanda biletleri satan xanımın həmin biletləri hansı seyfdən götürdüyünü görmüşdür. Borcları çox olması səbəbi ilə ailəsini dolandırmaqla əlaqədar maddi sıxıntılardan əziyyət çəkmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 22:10 radələrində 18 saylı Poçt Şöbəsinin yaxınlığından keçərkən həmin Poçt Şöbəsinə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 18 saylı Poçt Şöbəsi istiqamətində yola düşmüşdür. Həmin istiqamətdə gedərkən yerdən dəmir parçası tapmışdır. Həmin dəmir parçası ilə poçtun pəncərəsindəki dəmir barmaqlıqları qırmış, sonra həmin barmaqlıqların arxasındakı pəncərəni dəmir parçası vasitəsi ilə açmış və pəncərədən bir-başa olaraq poçtun seyf olan otağa daxil olmuşdur. Poçtun içində yerləşən pul və hər hansı qiymətli əşyaları axtaran zaman orada yerləşən dolabda açar olduğunu görmüş, həmin açarla otaqdakı seyfi açaraq orada parçaya bənzər materiala bükülmüş pulun və "xxxx" ASC-yə məxsus olan lotereya biletlərinin olduğunu görmüşdür. Həmin parçanı açdıqda içərisində 1040 manat 25 qəpik pul olduğunu görmüş, həmin pulu və lotoreya biletlərini tez götürüb poçta daxil olduğu pəncərədən çıxaraq yaşadığı mənzilə tərəf getmişdir. Həmin pulu və lotoreya biletlərini yaşadığı mənzildə öz otağında gizlətmişdir. Bir qədər sonra oğurlamış puldan götürüb spirtli içki içmək məqsədi ilə restorana getmiş və orada xərcləmişdir. 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında öz yaşadığı evə geri qayıtmış, evdə heç kim olmadığı üçün lotoreya biletlərinin bir qismini pozmuş və pozduğu biletləri yenidən bir yerə yığmışdır. Pozmuş olduğu lotereya biletlərindən uduş əldə edə bilməmiş, buna görə də pozmuş olduğu lotereya biletlərini götürüb evdən çıxaraq işlədiyi yerə getmişdir. Yolda pozmuş olduğu lotereya biletlərini zibil qutusuna atmışdır. İş yerinə çatıb gündəlik işini görmüş və iş saatı bitdikdən sonra yaşadığı mənzilə yola düşmüşdür. Mənzilə qayıtdıqdan sonra gizlətmiş olduğu lotereya biletlərini və qalan 460 manat pulu götürüb evdən çıxmışdır. Yolda olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib ona oğurluq hadisəsində şübhəli olduğunu bildirib Xətai rayonu 35-ci Polis Bölməsinə dəvət etmişlər, həmin bölmədə olan zaman etdiyi əməli etiraf etmiş peşman olduğunu və oğurluq yolu ilə əldə etdiyi 1040 manat 25 qəpik puldan qalıq qalan 460 manat pulu, oğurlamış olduğu lotereya biletlərindən pozulmamış halda olan 88 ədəd 1 manatlıq Azərlotereya “Qızıl” ani lotereya biletini, 34 ədəd 2 manatlıq Azərlotereya "Şans Ulduzu” ani lotereya biletini, 12 ədəci 5 manatlıq Azərlotereya “Biriliant” ani lotereya biletini, pozulmuş halda olan isə 16 ədəd 1 manatlıq Azərlotereya “Qızıl” ani lotereya biletini, 9 ədəd 2 manatlıq Azərlotereya “Şans Ulduzu” ani lotereya biletini, 14 ədəd 5 manatlıq Azərlotereya “Brilliant” ani lotereya biletini, 10 ədəd 10 manatlıq Azərlotereya “10X” ani lotereya biletini, 5 ədəd 5 manatlıq Azərlotereya “5X” ani lotereya biletini polis əməkdaşlarına təhvil vermişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışdığını, onlara vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-nin 3 saylı poçt filialının rəisi vəzifəsində xidmət edir, "xxxx" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Xətai RPİ-də "xxxx" MMC-ni nümayəndə qismində təmsil etmək səlahiyyətləri, bununla əlaqədar bütün sənədlərin imzalanması və zəruri hərəkətlərin edilməsi, o cümlədən ərizələrin, sorğuların imzalanması və təqdim edilməsi, sənədlərin götürülməsi səlahiyyəti ona etibar edilmişdir. Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən "xxxx" MMC-nin 3 saylı poçt filialının 18 saylı Poçt Şöbəsinin fəaliyyətinə nəzarət edir. "xxxx" MMC-nin 3 saylı PŞ-nin 18 saylı Poçt Şöbəsində gündəlik olaraq müxtəlif ödənişlər edilməklə yanaşı ölkə daxili və ölkə xarici pul köçürmələri həyata keçirilir. Bununla yanaşı orada "xxxx"ya aid olan lotoreya biletlərinin satışı həyata keçirilir. Bu hesablaşmalar "xxxx" və "xxxx" arasında bağlanmış iki tərəfli müqavilə ilə həyata keçirilir. 28 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində "xxxx" MMC-nin 3 saylı PŞ-nin 18 saylı Poçt Şöbəsində şöbə rəisi vəzifəsində işləyən Şahid məlumat verərək bildirmişdir ki, Poçt Şöbəsinin xidməti otağındakı seyfdən "xxxx" MMC-yə məxsus 1040 manat 25 qəpik nağd pul və 2579 manat dəyərində olan “Azərlotereya” biletləri oğurlanmışdır. Şahid bu barədə hüquq mühafizə orqanlarına məlumat verməsini istəmişdir. Bundan sonra dəqiq hesablamalar aparmaqla məlum olmuşdur ki, "xxxx" MMC-nin 3 saylı poçt filialının Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən 18 saylı Poçt Şöbəsindən 1040 manat 25 qəpik nağd pul vəsaiti, ümumilikdə 2579,00 AZN (iki min beş yüz yetmiş doqquz manat) dəyəri olan Azərlotereyanın 293 ədəd 1 AZN dəyərli “Qızıl”, 94 ədəd 2 AZN dəyərli “Şans Ulduzu”, 80 ədəd 5 AZN dəyərli “Biriliant”, 95 ədəd 5 AZN dəyərli “5X”, 30 ədəd 10 AZN dəyərli “40 00 pul yağışı”, 50 ədəd 10 AZN dəyərli “10X”, 79 ədəd 5 AZN dəyərli “Zümrüd” və 14 ədəd 2 AZN dəyərli “Ani 50” ani biletləri oğurlanmış və nəticədə "xxxx" MMC-yə ümumilikdə 3619,25 (üç min altı yüz on doqquz manat iyirmi beş qəpik) maddi ziyan dəymişdir. Bununla bağlı dövriyyə cədvəli sistemindən çıxarışlar və zəruri sənədlərin surətləri istintaqa təqdim edilmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2016cı ilin aprel ayından etibarən "xxxx" MMC-nin 3 saylı PF-nın 18 saylı Poçt Şöbəsində şöbə rəisi vəzifəsində işləyir, rəhbərlik etdiyi "xxxx" MMC-nin 3 saylı PF-nin 18 saylı Poçt Şöbəsində gündəlik olaraq müxtəlif işlərlə məşğul olur. Həmçinin o bildirmişdir ki, "xxxx"ya aid olan lotoreya biletlərinin satışını da həyata keçirir. 27 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində iş vaxtının yekunu ilə əlaqədar olaraq "xxxx" MMC-nin 3 saylı PF-nın 18 saylı poçt bölməsində gündəlik hesabatı çıxarmışdır. Həmin günün sonunda 1040 manat 25 qəpik pulun və 2579 manat dəyərində olan “Azərlotereya” biletlərinin qalıq qaldığını görmüşdür. 1040 manat 25 qəpik pulu və 2579 manat dəyərində olan “Azərlotereya” biletlərini xidməti otaqdakı seyfin içərisinə qoymuşdur. Həmin seyfin qapısını kilidləyib açarı otaqda olan dolabın siyirtməsinə qoymuşdur. İş saatı bitdikdən sonra poçtun qapısını kilidləyib yaşadığı ünvana yola düşmüşdür. Növbəti gün səhər saatlarında iş yerinə gəlmiş, giriş qapısını açarla açıb poçtun içərisinə daxil olmuş, birbaşa olaraq poçtda seyfin yerləşdiyi xidməti otağa getmiş, orada pəncərinin dəmir barmaqlıqların əyildiyini, otağın pəncərisinin və seyfin qapısının açıq olduğunu görmüş, seyfin içərisinə baxdıqda həmin yerdə 1040 manat 25 qəpik pulun və 2579 manat dəyərində olan “Azərlotereya" biletlərinin olmadığını görmüşdür. Həmən rəhbərliklə əlaqə saxlamış, daha sonra isə Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə məlumat vermişdir. "xxxx" MMC-nin 3 saylı PF-nın 18 saylı Poçt Şöbəsinə ümumilikdə 3619 manat 25 qəpik maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-nin 18 saylı Poçt Şöbəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 7-9); təqdim etmə və götürmə aparılması haqqında 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilən zaman qara sellofanda olan lotoreya biletlərini və cibində olan 460 manat pulu təqdim edərək həmin pul və lotoreya biletlərini xx.xx.2022-ci il tarixdə P.Həşimov küçəsində yerləşən 18 saylı poçta daxil olaraq orada olan seyfin içərisindən oğurlamasını bildirmişdir. Təqdim edilən lotoreya biletləri və 460 manat pul iş üzrə sübut əhəmiyyətinə malik olduqlarından götürüb qablaşdırılmışlar. Götürmə zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 13-14); şübhəli şəxsin tutulması haqqında 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Milli operatoru tərəfindən Xətai rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan və kommersiya mallarının dövriyyə sistemindən əldə olunmuş xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC-nin 3 saylı poçt filialının 18 saylı poçt şöbəsində xx.xx.2022-ci il tarixində 1040.25 AZN nağd pul vəsaiti və Azərlotoreya biletləri oğurlanmışdır. Azərlotereyanın 293 ədəd 1 AZN dəyərli “Qızıl”, 94 ədəd 2 AZN dəyərli “Şans Ulduzu”, 80 ədəd 5 AZN dəyərli “Biriliant”, 95 ədəd 5 AZN dəyərli “5X”, 30 ədəd 10 AZN dəyərli “40 00 pul yağışı”, 50 ədəd 10 AZN dəyərli “10X”, 79 ədəd 5 AZN dəyərli “Zümrüd” və 14 ədəd 2 AZN dəyərli “Ani 50” ani biletlərinin oğurlanması nəticəsində ümumilikdə 2579.00 manat məbləğində Cəmiyyətə ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar nağd pul vəsaiti və Azərlotoreya biletləri nəzərə alınmaqla ziyanın ümumi məbləği 3619.25 AZN təşkil etmişdir (i.v. 50-52); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 01 noyabr 2022ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində və Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 56-57); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Kənan Bayramlı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsi üçün 2943.25 manat məbləğində pulu istintaqa təqdim etmişdir (i.v. 66); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 67-68); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 86-87); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 01 noyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 88-88a); əşyanın maddi sübut hesab edilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl”, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut hesab edilmələri, maddi sübut hesab edilmiş 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl” ani lotoreya biletlərinin saxlanılmalarından ötrü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilmələri, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin cinayət işinin materiallarına əlavə edilmələri qərara alınmışdır (i.v. 92- 115); 05.11. 2022-ci il tarixli qəbzdən görünür ki, hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl” ani lotoreya biletləri, həmçinin istintaqa təqdim olunmuş 3403 manat 25 qəpik pul zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən qəbul edilmişdir (i.v. 117); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat aşkar olunmamışdır (i.v. 118); ifadənin yerində yoxlanılması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 121-125); sübutların qiymətləndirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl”, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut hesab edilmələri, maddi sübut hesab edilmiş 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl” ani lotoreya biletlərinin saxlanılmalarından ötrü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilmələri, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin cinayət işinin materiallarına əlavə edilmələri, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, təqdim etmə və götürmə barədə protokol, ifadənin yerində yoxlanılması haqqında protokol sübut növü kimi qiymətləndirilmişdir (i.v. 126-132); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş hüquqi şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 30 oktyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl” ani lotoreya biletlərinin saxlanılmalarından ötrü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin cinayət işinin materiallarına əlavə edilməsii nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd 100 manatlıq və 3 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 460 manat nağd pulun, pozulmamış vəziyyətdə olan hər biri 2 manat dəyərində 32 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 12 ədəd “Briliant” və hər biri 1 manat dəyərində 88 ədəd “Qızıl” ani lotoreya biletlərinin saxlanılmalarından ötrü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi, pozulmuş vəziyyətdə olan hər biri 1 manat dəyərində 16 ədəd “Qızıl”, hər biri 2 manat dəyərində 9 ədəd “Şans Ulduzu”, hər biri 5 manat dəyərində 14 ədəd “Briliant”, hər biri 10 manat dəyərində 10 ədəd “10X” və hər biri 5 manat dəyərində 5 ədəd “5X” ani lotereya biletlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-175/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-175/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver