Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-175/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Önder Tulumbacı və onun nümayəndəsi «Presedent» Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, 11 aprel 1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı Önder Tulumbacının xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Önder Tulumbacı ərizə ilə müraciət edərək X6 Azərbayan Respublikası Cinayət məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasinda şikayət ərizəsik onunla əsaslandırılmışdır ki, X2" və sair sosial şəbəkələrdə yalan məlumat yayaraq illərlə çəkdiyi əziyyətlər nəticəsində cəmiyyətdə hörmət görən şəxs kimi göstərdiyi fəaliyyətinə kölgə düşürmüş, eyni zamanda onu fırıldaqçılıq və dələduzluqla ittiham edərək işgüzar nüfuzunu ciddi şəkildə zədələmişdir. Belə ki, X10 heç bir hüquqi əsası olmadan, barəsində 2021-ci ildə bütün məhkəmə instansiyaları tərəfindən təsdiqlənmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olan bir məsələ haqqında cəmiyyətdə ikrah hissi yaradacaq ifadələr işlətmiş, yaydığı yalan ifadələr və eyni zamanda cəmiyyətin həssas olduğu mövzuları öz mövqeyinə uyğun (bəlkə də şəxsi çıxarları, populyarlıq qazanmaq istəyi və ya mənafeyi uğruna) və yalan-yanlış təhrif edərək qanundan irəli gələn fəaliyyət nəticəsində süni mayalanmadan doğulan uşaqları "BİCBALA" adlandıraraq həm bu üsulla övlad sahibi olan ailələri, həm də bu uğurda bir həkim kimi gərgin əmək sərf edən onun fəaliyyətini ciddi ləkə və şübhə altında buraxaran ifadələr işlətmiş, anlaşılmaz mövqə sərgiləmişdir. Əkrəm Həsənov xx.xx.2024cü il tarixli həmin paylaşımda aşağıdakı mövqeyini müzakirəyə çıxartmışdır: "BİCBALALİĞİN LEQALLAŞDİRİLMASİ (Ali Məhkəmənin təəccüblü mövqeyi: süni mayalanmaya gedən kişilər, ehtiyatlı olun!) Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər. Bu halda klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar. Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Həmin yalan və böhtan ifadələrlə dolu olan paylaşıma eyni şəbəkə üzərindən 40-a yaxın paylaşma və 100 yaxın rəy gəlib. Əkrəm Həsənov rəylərin altında özü birbaşa onun fırıldaqçılıqla məşğul olduğunu, lakin məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırmaq, rüşvət və s.) bu hala haqq qazandırıldığını ifadə etmişdir. X1 paylaşımını görən bir neçə kütləvi informasiya vasitəsi (internet qəzetləri, jurnalistlər və s.) həmin xəbərə istinad edərək fərqli-fərqli paylaşım vasitələri ilə məlumatı geniş oxucu kütləsinə yaymışdılar. Bunun da nəticəsində onun işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Əkrəm Həsənovun paylaşımı, paylaşımında və etdiyi şərhlərdə (kommentariya) onu fırıldaqçılıqla ittiham etməsi 20 illik fəaliyyəti ərzində müalicə almış pasyentlərində ciddi narahatçılıqlar yaratmışdır. Bununla əlaqədar hər kəs ona zəng vuraraq öz uşaqları, süni mayalanma ilə əlaqədar narahat olduqlarını və eyni zamanda təşvişdə olduqlarını bildirərək onun iş fəaliyyətini kəskin şəkildə yarıtmaz vəziyyətə qoymuşdur. Şəxs heç bir hüquqi əsası olmadığı halda 20 ildir Azərbaycanda şərəflə fəaliyyət göstərib övladı olmayan yüzlərlə, minlərlə ailənin övladı olmasına vasitəçilik edən həkim kimi onun əməyini heç etmiş və ciddi olaraq işgüzar nüfuzuma zərər yetirib fəaliyyətini ləkələmiş, töhmət altında buraxmışdır. Hesab edir ki, şəxs bunu məqsədli olaraq etmişdir. Hazırda demək olar ki, pasiyentləri və cəmiyyət nəzdində fəaliyyətinə şübhə ilə yanaşılan, dələduz, yarıtmaz və fırıldaqçı həkim töhməti almış vəziyyətdədir. Keçmiş illər ərzində tibbi xidmət almış hər kəs göstərdiyi xidmətlərə dair sənədləri tələb edir, özlərinin də sanki fırıldağa qurban getdiyini düşünərək onu haqsız olaraq qınayırlar. Bütün bunlar onun həkim kimi şərəfli fəaliyyətinə ciddi ziyan yetirmiş, hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalmışdır. Pasiyentlərin hər gün müxtəlif telefon nömrələrindən yayılan məlumatları və onu fırıldaqçılıqla ittiham etmələri barədə yaydıqları şər-böhtan məlumatlarını görəndə, bütün əhvalı alt-üst edərək izdirab çəkməyimə səbəb olurlar. Hesab edir ki, X10 bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmişdir və bu əməlinə təkidlə davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, O min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, vətəndaş X10 barəsində AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ünvanıma işlətdiyi şərəf və ləyaqətimizi alçaldan həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatları yaymağı nəticəsində cəmiyyətdə mənim barəmdə olduqca mənfi rəy formalaşdırmış, bununla da o, nəzərə alsaq ki - həm uzun iiləri əhatə edən əmək fəaliyyətim, həm də teleməkanda tanınan şəxs olmağımla əlaqədar mənim İşgüzar nüfuzuma və ictima mövqeyimə ciddi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətinin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin dispozisiya “yalan olduğunu bilə-bilə” “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi infomasiya vasitəsində” “şərəf və ləyaqəti və ya onu nüfuzdan salan məlumatları yayma” və s. ayrılıqda götürülən xüsusatları müəyyənləşdirmək və təqsirləndirilən şəxsin əməlinə istinad etmək xüsusi ittihamçının sübutetmə vəzifəsinə aiddir. Bundan başqa, ona qarşı böhtan hesab etdiyi hərəkətlərə münasibətdə xüsusi ittihamçıların şəxsiyyəti və cəmiyyətdə tutduğu mövqə də əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, şikayətə əlavə olunmuş çıxarışlarda və video diskdə "CD" yer alan Əkrəm Həsənovun hərkəsə açıq facebook paylaşımı, həmin paylaşıma istinad edilən şərhlər və digər KİV paylaşımları (Medicina.az saytı -xx.xx.2024 buraxılışı, Haqqın.az saytı - xx.xx.2024 buraxılışı, Showxeber saytı – xx.xx.2024 buraxılışı) mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məcəllənin 7-ci maddəsinə görə isə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuşdur. Belə ki, göstərdiyimiz sübutlarla təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyamnaməsində, 1966-cı il "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz."İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında" 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən "İfadə” anlayışına genişləndirici təsvir verilir. X4rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinazsız qəbul edilən "məlumat" və "ideyaları", həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran "məlumat" və "ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir.“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinə müvafiq olaraq “məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir”. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 37.2, 74.3, 88, 293.3, 298-ci maddələrinin tələblərinə əsasən, 2024-cü il tarixdə yayımlanan "BİCBALALİĞİN LEQALLAŞDİRİLMASİ" başlıqlı paylaşımdakı şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların şər, böhtan olduğuna görə X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılması xahiş olunmuşdur Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Önder Tulumbacı vermiş olduğu şikayətin məzmununa uyğun izahat verərərək həmin şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Önder Tulumbacı verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşağı olmayan ailələr ona müraciət edən zaman o, prosedur barədə tərəflərə məlumat verir və tərəflər qeyd edilən halı imzaları ilə razı olmaların təsdiq edirlər. X6 postunda yazdığı məsələ barəsində də məhkəmə iclas zalında şahid qismində ifadə vermişdir. Uşağın olmaması kişi ilə bağlı olduqda o, donor spermadan istifadə etməklə süni mayalanma həyata keçirmiş və bu hal qanunla icazə verilir. Lakin uşağın olmaması qadınla əlaqədar olduqda başqa qadının yumurtalığından istifadə edilməsi isə qanunla tənzimlənməmişdir. Lakin göstərilən hal da onun tərəfindən icra edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15mart 2021-ci il tarixli Qərarında (surəti əlavə olunur) olanları (o cümlədən həmin iş üzrə Ali məhkəmənin Mülki Kollegiyasının 2(102)-1019/2020 saylı 28 fevral 2020-ci il tarixli Qərarında surəti əlavə olunur) ümumiləşdirilmiş şəkildə ictimailəşdirmiş, yekunda da həmin Qərardakı mövqeyə öz münasibətimi bildirmişdir. Ali Məhkəmənin Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 6-cı bəndində deyilir: "Məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur". Facebook postunda yazılan faktlar X12 əsaslanır. Onların doğru və ya yalan olmasını bilmir, bilə də bilməz. Nədir burada böhtan? O ki qaldı Qərardakı mövqeyə münasibətinə, bu, onun fikirləridir. Yəni onlar ümumiyyətlə böhtan ittihamının predmeti ola bilməz. Qısaca işin mahiyyəti belədir, o, Ali Məhkəmənin Qərarına əsasən nələri yazmışdır?
1. Ali Məhkəmənin belə bir Qərarı var? Var! Deməli, böhtan deyil!
2. Həmin Qərar publikdir? Publikdir! Deməli, böhtan deyil!
3. Qərarda tərəflərdən fərqli olaraq şikayətçinin adı anonimləşdirilməyib. düzdür? Düzdür! Deməli, böhtan deyil! Ötən iclasda şikayətçinin nümayəndəsi Ali Məhkəmənin Qərarında onun adının anonimləşdirilməməsindən də narazılıq etdi. Sanki buna görə də o cavabdehdir.
4. Həmin Qərarda şikayətçi tərəfindən donor spermasından istifadə edilməklə qadını doğuzdurması faktı var? Var! Deməli, böhtan deyil!
5. Həmin Qərarda göstərilir ki, kişinin dediyinə görə o, donor spermasından istifadəyə razılıq verməyib və həkimlə arvadı onu aldadıblar, elədir? Elədir! Deməli, böhtan deyil!
6. Məhkəmə sübutetmə yükünü kişinin üzərinə qoyaraq iddiasını təmin etməyib və mən bunu yazmışam? Yazmışam! Deməli, böhtan deyil! Yazmamışam ki, məhkəmə kişini haqlı, həkimi və arvadı isə haqsız çıxarıb? Yazmamışam. Deməli, böhtan deyil! Bəli, bu mövqe ilə razı olmadığımı da bildirmişəm. Bu, artıq mənim fikrimdir!
7. Yəni mən Ali Məhkəmənin Qərarını dərc etmişəm, orada olanları qısaca təsvir etmişəm, yekunda da mövqeyimi bildirmişəm. Yəni yazımı oxuyan hər kəs özü qərar verə bilər ki, məhkəmənin qərarı ədalətli olub, ya yox. Yeri gəlmişkən, postuma şərh verənlərin bir qismi (məsələn, "Руфат Бабаев", "Anar Tagizadeh" - tanış olmaq olar) Qərarın doğru olduğunu da yazıblar (amma nədənsə şikayətdə bu barədə heç nə deyilmir). Mənim mövqeyimlə razılaşmayıblar. Belə olduğu halda, deməli, yazımı oxuyan hər kəs şikayətçi haqda pis zənndə olmayıb. Axı niyə şikayətçi hesab edir ki, yazımı oxuyan hər kəs məhkəmə ilə deyil, mənimlə razılaşmalıdır? Təbii ki, belə deyil. Bu da onu göstərir ki, öz adımdan mən ortaya yalnız fikir qoymuşam. O, bunu niyə etmişdir? Həmin Qərardakı tərəfləri tanımır. Şikayətçini də indiyədək tanımamışdır. Ümumiyyətlə, süni mayalanma məsələləri ilə heç vaxt toqquşmamışdır. Sadəcə belə bir Qərarın olduğunu təsadüfən bilmiş, onunla tanış olmuş və ictimailəşdirmək qərarını vermişdir. Niyə? Ona görə ki, bu, onun vətəndaşlıq, hüquqşünaslıq borcudur. İnsanları maarifləndirmək, onlara tövsiyələr vermək. Daim belə edir. Həm apardığı, həm də ona aidiyyəti olmayan xeyli məhkəmə aktı barədə yazmış, münasibətini bildirmişdir. Dövlət başçısı X14 daim çıxışlarında bizə müraciət edərək dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməyə səsləyir. "Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Prezidentin 3 aprel 2019- cu il tarixli 604 saylı Fərmanının 7.5.2-ci hissəsində Ədliyyə Nazirliyinə tapşırılmışdı ki, "Elektron məhkəmə" informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün". Niyə? Çünki elə həmin Fərmanın preambula hissəsində deyilir ki, "məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı"dır. Axtarış sistemi də şəffaflığa xidmət edir. Qərarları tapmaq, onları ictimailəşdirmək mənim hüququmdur. Hüquq üzrə istənilən normal elmi dissertasiyasını oxusaz, görərsiz ki, orada məhkəmə qərarları təhlil və tənqid olunur. Bəs başqa cür elm necə inkişaf etsin? İndi araşdırmayaq, yazmayaq? Cinayət işləri üzrə dəfələrlə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları, hökmləri Ali Məhkəmə tərəfindən ləğv edilib mülki işlərdə Ali Məhkəmənin mülki və digər işlər üzrə qanuni qüvvəyə minmiş qərarları Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib, bu işlər üzrə və ya Konstitusiya Məhkəməsinin iclaslarından əvvəl bir çox işlər üzrə, o cümlədən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırdığı işlər üzrə əvvəlcədən hüquqşünasların fikri öyrənilib, hüquqi rəylər alınıb. Bu onu göstərir ki, hüquqi fikri ifadə etmək vətəndaş cəmiyyəti və hüquqi dövlət təsisatlarının vacib elementi kimi qiymətləndirilir. Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. O da bu azadlığından istifadə etmişdir. Ali Məhkəmənin Qərarındakı faktları sadalamış və ona münasibət bildirmişdir. Bu Qərarı həmçinin ona görə ictimailəşdirmişdir ki, Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Boşanmaların sayı artır, ailələr dağılır. Bu onu narahat edir. Ailə institutunun salamatlığına təhlükə olan elementlərlə mübarizə aparılmalıdır. Ailə üzvünün birinin razılığı olmadan və ya razılığı olsa da belə məsələnin ən azı şübhəli, müəmmalı qaldığı şəraitdə kənar şəxsdən uşağın doğulması nə dərəcədə ailə institutunun möhkəmlənməsinə xidmət edir? Bu Qərarı həmçinin ona görə ictimailəşdirmişdir ki, orada iddiaçı olmuş kişi böyük ehtimalla bunu utanc hissindən etməmişdir. Burada milli mentalitet məsələsi önəmlidir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Razılığı olmadan belə hal baş veribsə də, bu məsələni ictimailəşdirmək onun üçün ağırdır. Həya məsələsidir. Cənab Prezident bu ilin fevralı 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən demişdir: "Əlimi "Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam." Bundan sonra demişdir: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, təkcə son 30 il ərzində yox, torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli- mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük". O, bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinədir. Bu, milli dəyərlərimizə ziddir. Həmçinin gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki, həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Nə bilək donorlar kimdir? Bəlkə ermənilərdir? Səhiyyə nazirliyi də bu məsələyə nəzarət etmir. Kişinin verdiyi (əgər verilibsə) razılıq ərizəsi belə tapılmır. Gör indi başqa sənədlərin vəziyyəti necədir! Söhbət nə az, nə çox, milli genofonddan gedir. Bunamı görə ermənilərlə vuruşduq, nə qədər şəhid verdik ki, indi torpaqlarımızda doğulanların atası belə bilinməsin? Ən azı nəzarət olmalıdır. Nəzarət də yoxdur. Buna görə Qərarı dərc etmişdir. Ən azı bundan sonra klinikalar və həkimlər ərlərin razılıq məsələsinə daha ciddi yanaşacaqlar. Təbii, bu, şikayətçinin xoşuna gəlməyib. Yazır ki, "Keçmiş illər ərzində tibbi xidmət almış hər kəs göstərdiyimiz xidmətlərə dair sənədləri tələb edir". Buna dair sübut təqdim etməyib. Tutaq ki! Sənəd tələb etmək həmin vətəndaşların haqqı deyilmi? Yazır ki, "hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciətim demək olar ki əhəmiyyətli dərəcədə azalmışdır". Buna dair də sübut təqdim olunmayıb. Amma o başa düşə bilmirəm, bir həkin gün ərzində yüzlərlə xəstəni necə qəbul edə bilər axı? Hər bir halda mən şikayətçinin potensial müştərilərinə sadəcə Ali Məhkəmənin Qərarı barədə məlumat vermişdir. Yazır ki, "həm uzun illəri əhatə edən əmək fəaliyyətm, həm də teleməkanda tanınan şəxs olmağımla əlaqədar mənim işgüzar nüfuzuma və ictima mövqeyinə ciddi zərbə vurulmuşdur" (olduğu kimi yazmışam, qrammatik səhvlərlə). Axı Ali Məhkəmənin Qərarını dərc etməklə şəxsə necə böhtan atmaq olar? Olmayıb belə Qərar? Qərar şikayətçinin əleyhinə olmayıb axı, nədən narahatdır? Tutaq ki, bu iş üzrə mən bəraət aldım və ya işə xitam verildi (elə belə də olmalıdır). Sabah onu kimsə dərc etsə və yazsa ki, əslində cinayət məsuliyyətinə cəlb olunmalı idim, mən həmin şəxsi böhtanda ittiham edə bilərəmmi? Əlbəttə ki, yox! Heç kəs, barəsində mənfi rəy yarada biləcək hadisələrin (fərqi yoxdur təqsiri var, yoxsa yoxdur, barəsində deyilənlər həqiqətdir ya yox) ictimailəşməsini istəmir. Amma insanların da məlumatlı olmaq haqqı var. Tibb sahəsi də biznesdir. Həkimlərin "xəstə" adlandırdığı şəxs istehlakçıdır. İstehlakçının isə müştərisi olduğu şəxs barədə hər şeyi bilmək haqqı var. O cümlədən məhkəmə qərarlarını. Qərar sənin xeyrinə olsa da belə, sən onun ictimailəşdirilməsini istəmirsən. Niyə? Bax, elə bu "niyə"yə görə belə qərarlar xalqa məlum olmalıdır. Qərarı isə hər kəs özü versin. Bizim işimiz belə qərarları yayıb münasibət bildirməkdir. Münasibətlər təbii ki, fərqli ola bilər. Qeyd etdiyim kimi, şikayətdə konkret olaraq postumda nəyin böhtan olması qeyd olunmayıb. Sadəcə postumdan sitatlar gətirilib. Buna görə də o əvvəlcə postumu izah edəcək, sonra isə şikayətdəki arqumentlərə münasibət bildirəcəkdir. İ. xx.xx.2024-cü il tarixli "BİCBALALİĞİN LEQALLAŞDİRİLMASİ (Ali Məhkəmənin təəccüblü mövqeyi: süni mayalanmaya gedən kişilər, ehtiyatı olun!)" adlı Facebook postumun təhlili. 1.1. "Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir. İşin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub. Onu dərc edir və işin mahiyyətini qısaca izah edirəm." Bu, postumun giriş hissəsidir. Burada aşkar şəkildə bəyan edirəm ki, danışacağım hadisə Ali Məhkəmənin Qərarından götürülüb. Yəni işin faktiki halları həmin Qərara əsaslanır. Şikayətdə postumun bu hissəsi qeyd olunmayıb. Şikayətçi bu hissəni buraxaraq, birbaşa ondan sonra yazılanlardan sitat gətirir. Sanki yazdıqlarım Ali Məhkəmənin Qərarından götürülməyib. 1.2. "Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər." Burada şikayətçiyə aid hissə sonuncu iki cümlədir: "Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər." Aşkar görünür ki, mən bu faktları Ali Məhkəmənin Qərarına istinadən, xüsusilə kişinin (həmin iş üzrə iddiaçının) sözlərini başa düşdüyüm tərzdə ifadə edirəm ("Kişinin dediyindən belə çıxır ki..."). Yəni mən kişinin dediyinin doğru və yalan olduğunu bilə bilmərəm. Sadəcə kişinin Ali Məhkəmənin hər iki qərarında təsbit olunmuş mövqeyinin mahiyyətini yazmışam. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1019/2020 saylı 28 fevral 2020-ci il tarixli Qərarında deyilir: "iclas protokoluna əsasən həkimin izahatından həmçinin görünür ki, «prosedur belə olur ki, problem olan kişilərdən sperma götürülür və süni mayalanma metodundan istifadə edilir. Bu, xəstənin öz uşağının olması üçün edilir. Şəxsin özündən götürülə bilmədikdə isə qadına və kişiyə bu hal izah edilir və donordan istifadə oluna biləcəyi halı izah edilir. Bu hal tərəflərə şifahi izah edilir və hətta onların yazılı razılıqları mütləq alınır. Onlar razı olduqlarını imzaları ilə təsdiq edirlər və həmin sənəd klinikanın arxivində saxlanılır. Yəni şikayətçi (Tulumbacı) özü məhkəmədə deyir ki, kişi sonsuz olduqda qadına (fikir verin qadını birinci qeyd edir!) və kişiyə izah edilir ki, donordan, yəni başqa kişinin spermasından istifadə edilə bilər. Elə həmin Qərarda qeyd olunur: "İddiaçının izahatından isə görünür ki, onun üzərində əməliyyatı Öndər həkim etmiş, ona demişdir ki sənin uşağın olacaq. Hətta həkim xəstəxanada otaqdan çıxanda qohumlarını da təbrik etmişdi ki, onun uşağı olacaq". Yəni kişi deyir ki, şikayətçi onun sonsuz olduğunu ona deməyib, əksinə, ata olacağını vəd edib. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında yazılıb: "Artıq iddiaçıya məlum olmuşdur ki, bu günə kimi aldanmış və onun hisləri ilə oynanılmışdır. Bütün bunları dəqiqləşdirməkdən ötrü iddiaçı ünvan 1 ünvanda yerləşən «Bioloji Təbabət» Klinikasına müraciət etdi və məlum oldu ki, onun heç vaxt övladı ola bilməz.
12. İddiaçı bunu cavabdehə bildirəndə artıq cavabdeh özü etiraf etdi ki, iddiaçı uşaqların bioloji atası deyildir. Başqa insanın isə donor olmasına iddiaçı razılıq verməmişdir. Həkim cavabdehlə birlikdə iddiaçıya oyun qurmuşlar." Fikir verin, kişi həkimin (şikayətçinin) adını birinci çəkir, sonra isə arvadının. Yəni onun sonsuz olduğunu arvad dəqiq bilə bilməzdi. Yalnız həkim bilə bilərdi. Həkim isə kişiyə ata olacağını vəd etmişdi. Həkim isə məhkəmədə bunun əksini (sonsuz olduğunu) deyir. Eyni zamanda da həkim bildirir ki, belə hallarda cütlüklərə donor variantını izah edir. Kişi deyir ki, ona izah edilməyib. Lakin bəllidir ki, donordan istifadə olunub və arvad doğub. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1019/2020 saylı 28 fevral 2020-ci il tarixli Qərarında həmçinin göstərilir: "İş materiallarından göründüyü kimi süni mayalanma prosesini həyata keçirən həkim birinci instansiya məhkəməsinə göndərdiyi ərizədə cavabdeh üzərində göstərilən əməliyyatı 2009-cu ildə apardığını, həmin əməliyyatın qanunauyğun şəkildə aparıldığını, ər və arvadın razılığının alındığını, tibbi xidmət müqaviləsinin bağlandığını, həmin müqavilənin 2 nüsxədə tərtib edildiyini, bir nüsxəsinin xəstədə, digər nüsxənin isə tibb müəssisəsində saxlanıldığını və onun hazırda həmin tibb müəssisəsi ilə əməkdaşlıq etmədiyindən həmin sənədləri də götürmək hüququnun olmadığını bildirmişdir." Fikir verin, həkim burada ikinci nüsxənin "xəstədə" qaldığını deyir. Xəstə kimdir bu halda? Əlbəttə ki, arvad. Yəni iş üzrə cavabdeh. O da müqaviləni təqdim etməyib. Yəni ortada nəinki ərizə, müqavilə də yoxdur. Müqavilənin nüsxələri klinikada və arvadda ola-ola Ali Məhkəmə sübutetmə yükünü kişinin üzərinə qoyub. Həmin Qərarda həmçinin kişiyə dair deyilir: "cavabdehin izahatında uşaqların ondan olmasa da onlara öyrəşməsi, hətta uşaqlardan birinin onda, birinin isə cavabdehdə qalmasının istəməsinə". Yəni kişi uşağın birinin onda qalmasını istəyib boşananda. Əslində, bu elə ona dəlalət edir ki, uşaqların bioloji atası olmadığını bilməyib. Əks halda, sonradan niyə iddia verib ki?! Deməli, kişinin dediyindən belə çıxır ki, həkim arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb, amma bunu kişidən gizlədiblər. Bu, kişinin yanaşmasıdır və mən sağlam məntiq əsasında bu yanaşmanı qısaca izah etmişəm. Burada böhtan nədən ibarətdir? 1.3. "Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi. Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar." Postunun bu hissəsi artıq faktların izahı deyil, Ali Məhkəmənin mövqeyinə münasibətidir, fikridir. Özü də fikir verin ki, burada mən birinci dəfə deyirəm ki, "klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib". Yəni təsdiq edirəm ki, kişinin razılıq ərizəsi doktorda deyil, klinikada olmalı idi (əgər olubsa). İkinci dəfə isə vurğulayır: "Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar". Yəni kişi yalnız həkimi ittiham etdiyi halda o əvvəlcə klinikanı qeyd edir və alternativ kimi həkimi mötərizədə vurğulayır. Çünki hadisənin əslində necə baş verdiyini bilmir. Sadəcə məntiqi nəticəyə gəlir: klinika razılığı məhkəməyə təqdim edə bilməyibsə, məhkəmə üçün razılıq olmamış kimidir və kişinin aldadılmasını rəhbər tutaraq qərarı onun xeyrinə verməli idi. Yəni burada o məhkəmənin işə əslində necə baxmalı olduğuna münasibət bildirir. Və bu əsnada həkimdən daha çox klinikanın adını çəkir. Çünki ərizəni klinika alıb saxlamalı idi. Həkim (şikayətçi) deyir ki, razılıq olub. Deməli, onu görüb. Ola bilərmi? Ola bilər. Bu halda belə çıxır ki, klinika razılıq ərizəsini qoruyub saxlamayıb. Amma o da ola bilər ki, əslində razılıq olmayıb. Bu halda kişi düz deyir, həkim isə yox. Biz bunu artıq bilə bilmərik. Yalnız yaranmış vəziyyətdə məhkəmənin işə necə yanaşmalı olduğuna dair fikir yürüdə bilərik. O da fikrimi yürütmüşdür. Özü də o bu Qərarla sırf süni mayalanma müstəvisində razı deyil. Ümumən təhlükəli presedentdir. Axı şəxs etmədiyini necə sübut etsin? Məsələn, ərin adına olan və nikah dövründə əldə edilmiş daşınmaz əmlak satılanda arvadı razılıq verməlidir. Sabah arvad mübahisə açsa ki, razılıq verməmişəm, ona deyəcəklər ki, bunu sübut et? Ona deyəcəklər ki, xeyr, razılıq verməsəydin notairus heç zaman belə əqdi təsdiq etməzdi? Absurddur, eləmi? Amma Ali Məhkəmənin Qərarında məhz bu yanaşma təsbit olunub! Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1019/2020 saylı 28 fevral 2020-ci il tarixli Qərarında həmçinin göstərilir: "İş materiallarından göründüyü kimi süni mayalanma prosesini həyata keçirən həkim birinci instansiya məhkəməsinə göndərdiyi ərizədə cavabdeh üzərində göstərilən əməliyyatı 2009-cu ildə apardığını, həmin əməliyyatın qanunauyğun şəkildə aparıldığını, ər və arvadın razılığının alındığını, tibbi xidmət müqaviləsinin bağlandığını, həmin müqavilənin 2 nüsxədə tərtib edildiyini, bir nüsxəsinin xəstədə, digər nüsxənin isə tibb müəssisəsində saxlanıldığını və onun hazırda həmin tibb müəssisəsi ilə əməkdaşlıq etmədiyindən həmin sənədləri də götürmək hüququnun olmadığını bildirmişdir." Fikir verin, həkim burada ikinci nüsxənin "xəstədə" qaldığını deyir. Xəstə kimdir bu halda? Əlbəttə ki, arvad. Yəni iş üzrə cavabdeh. O da müqaviləni təqdim etməyib. Yəni ortada nəinki ərizə, müqavilə də yoxdur. Müqavilənin nüsxələri klinikada və arvadda ola-ola Ali Məhkəmə sübutetmə yükünü kişinin üzərinə qoyub. Eyni zamanda onu da qeyd edək ki, oxşar işlər üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının fərqli qərarları da mövcuddur. Məsələn, xx.xx.2019-cu il tarixli 2(102)-3486/2019 saylı Qərarda (surəti əlavə olunur) kişinin analoji iddiası təmin olunmuşdur. Orada deyilir: "Cavabdeh uşağın Gəncə şəhərində süni mayalanma və embrionun implantasiyası prosesinin aparılması nəticəsində doğulduğunu bu prosedurun aparılmasına iddiaçının razılığının olmasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bu vəziyyətdə isə MPM- nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşür". Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1252/2023 saylı Qərarı (surəti əlavə olunur) isə demək olar ki, tam oxşar iş üzrədir. Orada da kişi boşanandan sonra uşaqların bioloji atası olmadığını bilib. Məhkəməyə müraciət edib. Klinika onun razılıq verdiyini bildirib və hətta ərizəni təqdim edib. Lakin ekspertiza ərizədəki imzanın kişiyə mənsub olmadığını müəyyən edib. Əslində, bu Qərar şikayətçi üzrə Qərardakı mövqeyi tam təkzib edir. Əvvəla, ərizəni məhz klinika təqdim edib. Çünki ərizə kişidə deyil, klinikadadır. Deməli, sübutetmə yükü də kişinin üzərində ola bilməz. İmza saxta çıxıb. Başqa sözlə, kişinin razılığı olmadan donordan istifadə etməklə süni mayalanma həyata keçirilib. Bəs əvvəlki Qərarda onda niyə deyilir ki, guya belə razılıq olmadan süni mayalanma ola bilməz?."Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə- dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var!" Postun bu yekun hissəsi ümumi maarifləndirmə xarakteri daşıyır. Şikayətçi burada xatırlanmır. Çağırış həm kişilərə, həm də qadınlara edilərək məsləhət verilib: necə etsinlər ki, onları aldatmasınlar, onlara dair fırıldaq etməsinlər. Çünki istinad etdiyim Qərarda aşkar yazılıb ki, razılıq vermədiyini kişi sübut etməlidir. İİ. Şikayətin təhlili Şikayətin birinci səhifəsinin birinci abzasında deyilir: "məni fırıldaqçılıq və dələduzluqda ittiham edərək işgüzar nüfuzumu ciddi şəkildə zədələmişdir". Mənim postumda "dələduzluq" sözü ümumiyyətlə yoxdur (bu mənə qarşı aşkar qərəz və böhtanıdır). "Fırıldaqçılıq" sözü də yoxdur. Bu Etirazımın 1.4-cü bəndində qeyd edildiyi kimi, postun yekununda belə maarifləndirici çağırış var: "süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər". Yəni burada "fırıldaqçılıq" deyil, "fırıldaq" sözü var və o, şikayətçiyə münasibətdə işlədilməyib. İşlədilsəydi belə, bu sözün lüğəti mənası belədir: "Hiylə, kələk, dolab, badalaq, biclik" ("Azərbaycan dilinin izahlı lüğəti", İİ cild, Bakı, 2006, s. 190 surəti əlavə olunur). Və bu kişinin mövqeyinin izahı mənasını verərdi hər bir halda. Çünki kişi deyir ki, həkimlə arvadı onu aldadıblar. Mən də bu misalda deyirəm hamıya ki, müqaviləni oxuyun və s. ki, sizə münasibətdə fırıldaq etməsinlər. Şikayətin birinci səhifəsinin ikinci abzasında deyilir: "süni mayalanmadan doğulan uşaqları "BİCBALA" adlandıraraq həm bu üsulla övlad sahibi olan ailələri, həm də bu uğurda bir həkim kimi gərgin əmək sərf edən mənim fəaliyyətimi ciddi ləkə və şübhə altında buraxan ifadələr işlətmiş, anlaşılmaz mövqe sərgiləmişdir". Şikayətin bu hissəsi də ona qarşı qərəzdən və böhtandan xəbər verir. "Bic" sözünün lüğəti mənalarından biri "Rəsmi nikah olmadan doğulan uşaq"dır ("Azərbaycan dilinin izahlı lüğəti", İ cild, Bakı, 2006, s. 295 - surəti əlavə olunur). Mən də nikahdan olmayan süni mayalanması yolu ilə doğulanlara şamil etmişdir. Hamısına yox. Hər bir halda burada böhtandan söhbət gedə bilməz. Şikayətin ikinci səhifəsinin səkkizinci abzasında deyilir: "Əkrəm Həsənov rəylərin altında özü birbaşa mənim fırıldaqçılıqla məşğul olduğumu, lakin məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.) bu hala haqq qazandırıldığını ifadə etmişdir". Əvvəla, mən şikayətçini fırıldaqçı adlandırmamışam. Bir daha qeyd edirəm ki, postdakı "fırıldaq" sözü kişinin (iddiaçının) mövqeyinin ifadəsidir. Eyni zamanda razılıq ərizəsinin olmaması hər bir halda şübhənin aradan qalxmadığını təsdiqləyir. Axı Ali Məhkəmə də deməyib ki, ərizə olub. Deyib ki, kişi ərizənin olmadığını sübut edə bilməyib. Yəni ola bilər ki, kişi haqlıdır, amma mövqeyini sübut edə bilməyib. Belə ki, Qərarın 52-ci bəndində deyilir: "Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü süni mayalanma zamanı donor ola biləcəyini, bilmədiyi təqdirdə isə digər donorun hüceyrəsindən istifadə edilməklə bu barədə yazılı razılığının, buna dair müqavilənin olmamasını sübut edilməsidir". Qərarın 79-cu bəndində isə vurğulanır ki, "iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir". Ən əsası isə mən heç yerdə məhkəmə qərarının "maraqlandırma, rüşvət və s." səbəblər çıxarıldığını qeyd etməmişəm. Şikayətçi mənə böhtan atır. Bütün göstərilənlərə əsasən verilmiş şikayət əsassız olduğundan və onun heç bir təqsiri olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: “Express.Xəbərlər”-də dərc edilən-Bakıda məşhur klinikada süni mayalanma fırıldağı: “Kişi uşağının atası olmadığını öyrəndi”(Express Xəbərlər qeyd edilən xəbəri yayarkən, bunu hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb) Barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs Həsənov Əkrəmin “facebook” sosial şəbəkəsində özünə məxsus profilində xx.xx.2024-cü il tarixli yazılanlardan görünür ki, "BİCBALALİĞİN LEQALLAŞDİRİLMASİ (Ali Məhkəmənin təəccüblü mövqeyi: süni mayalanmaya gedən kişilər, ehtiyatı olun!)" ,"Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir. Ali Məhkəmənin Mülki Kollegiyasının (102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qərarında əks olunub. Onu dərc edir və işin mahiyyətini qısaca izah edirəm. Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib ve alıb da). Sən demə, kişi tam sonsuzdar. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər. Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi. Barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs Əkrəm Həsənovun “facebook” sosial şəbəkəsində yazılan postun altında özünün yazdığı şərhlərdən görünür ki, “Çünki onun bioloji ata olmadığı işin mübahisəsiz halıdır. Mübahisəli məqam buna vaxtilə razılıq verib-verməməsidir”, “Onun uşaqların bioloji atası olmaması işin mübahisəsiz halıdır. Sadəcə boynuna qoyublar ki, razılıq vermisən. Amma ortada sənəd yoxdur”, “Məhkəmələrin mövqeyi ümumiyyətlə dəhşərtdir. Görünən odur ki, klinika yaman canfəşanlıq edib... Kişi boşananda uşaqları bölmək istəyib, həmin anda ata olmadığını bilməyib”,”Çünki məhkəmə fırıldağa haqq qazandırıb” “Yalnız aliment məsələsi deyil. Kişi ata kimi qalmaq istəmir.”, “O bunu bilmirdi. Onlar klinikaya getdilər və orada genetik materiallardan istifadə edərək EKO edəcəyinə söz verdilər və ona problemlərinin texniki olmadığını, tamamilə sonsuz olduğunu demədilər(rus dilindən tərcüməsi)”, “Məhkəmə buna haqq qazandırıb axı təəsüf ki”, “Edə bilər əlbəttə. Amma məhkəmə qərarı ola-ola inanmıram ki, baxsınlar. Hər halda cəhd etsə yaxşıdır.” “Medicina.az” saytında Əkrəm Həsənovun “facebook” sosial şəbəkəsində yazılan postunu paylaşmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X10 oğlunun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, X6 əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, xüsusi ittiham qaydasında verilən şikayətdə qeyd edilən hallar həqiqəti əks etdirmir və heç bir böhtan cinayətinin tərkib əlamətləri mövcud deyil. Belə ki, X6 “Facebook” sosial şəbəkəsində yazdığı post Ali Məhkəmənin Mülki Kollegiyasının (102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qərarında qeyd edilən halların əks etdirilməsindən ibarətdir. Ə.Həsənov yazdığı postda heç kimə qarşı böhtan atmamışdır. Həmin postdan da görünür ki, o, yazmış olduğu yazısını tamamilə işdə iddiaçı və cavabdehin cümlələrinə istinad etmiş, daha sonra isə özünün subyektiv fikirlərini əsaslandırmışdır. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin adı isə adı çəkilən qərarda əka olunmuşdur. Əkrəm Həsənovun yazmış olduğu postun altında ki, şərhlərdə isə böhtan cinayətinin tərkib əlamətləri müəyyən edilməmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Ə.Həsənovun xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi fırıldaqçılıqda ittiham etməsi qeyd edilmiş olsa belə, göstərilən hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarına əsasən haqlı qənaətə gəlir ki, X10 “məhkəmə fırıldağa haqq qazandırıb” şərhi isə onun adı çəkilən qərarı tənqidi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə X6 xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dələduzluqda ittiham etməsi və ya onu dələduz adlandırması, həmçinin məhkəməyə təsir etməsi(rüşvət və s.) tam əsassız ittihamlardı və qeyd edilənlər öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin- 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtanla bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, böhtan cinayətinin bilavasitə obyekti başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə mətdir. ona verilən ictimai qiy. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşü- nə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfə, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Məhkəmənin qiymətləndirməsinə görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sübutlara əsasən kütləvi şəkildə yayılan məlumatda böhtan müəyyən olunmamışdır. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə İş üzrə verilmiş mülki iddia baxaılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş maddi sübut olan fotoşəkillər iş materillarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Sülhanə Hacıyeva