Məhkəmə qərarları › İş №1(011)-176/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-176/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-176/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 28A saylı binanın 53 nömrəli mənzilinin mətbəx otağında olarkən kirayə pulunu ondan almaq məqsədi ilə aralarında əmlak mübahisəsi olan keçmiş əri Şahid1 ilə birlikdə gəlmiş, onun qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı mətbəxdəki su qabını sonuncunun üzərinə ataraq və daha sonra onunla dalaşaraq Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağ baldırın aşağı 1/3-nin ön səthinin yumşaq toxumasının hematomasından və başın təpə nahiyəsinin qançırlarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynı Şahid1 keçmiş həyat yoldaşıdır. Fizzə ilə Ehtiram hazırkı hadisə baş verməmişdən bir neçə ay əvvəl boşanmış, məhkəmənin qərarına görə iki azyaşlı uşaqları anası Fizzədə qalmışdır. Həmçinin, Fizzə ilə Ehtiram arasında əmlak mübahisəsi olmuş, onların yaşadığı Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi ev 28A, 53 saylı mənzil, “NİSSAN SUNNY” markalı avtomobil aralarında bölünmüşdür. Fizzənin atası ona zəng edərək Ehtiramın kənarda kirayə ev tutmasını, ayda həmin kirayə üçün 300 manat pul verəcəyini demiş, onunla razılaşmışlar. Fizzə Ehtirama bir ay kirayə pulunu ödəməsinə baxmayaraq digər ayların pulunu ödəməmiş, bununla əlaqədar münasibətləri pozulmuşdur. Bu mübahisəni həll etmək və pulu almaq üçün o, Ehtiramla birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Fizzənin yaşadığı mənzilə getmiş, Ehtiram binanın həyətində onu gözləmişdir. Mənzildə Fizzə və bacısı Sevinc olmuşdur. O, mənzilin mətbəxində oturmuş, Fizzədən Ehtiramın kirayə pulunu istədikdə Fizzə verməyəcəyini söyləmişdir. Fizzə Ehtiramın alimenti ödəməli olduğunu bildirmiş, o isə Ehtiramın hazırda işləmədiyini, pul tapa bilmədiyini demişdir. O, telefon vasitəsi ilə Ehtiramı mənzilə çağırmış, Ehtiram oturduqları mətbəxə gəlmişdir. O, Ehtirama sabahdan haqqı olduğu mənzilində yaşamağı bildirmiş və kirayə pulunu Fizzənin ödəmək istəmədiyini demişdir. Fizzə işıq pulunun, qaz pulunun Ehtiram tərəfindən ödənilməsini şərt qoymuş, onlar arasında mübahisə yaranmışdır. Bu zaman Sevinc qəflətən mətbəx mebelinin üstündən bir ədəd boşqabını götürərək Ehtiramın üstünə atmış, boşqab Ehtiramın çiyninə dəymişdir. O Sevincə sakit olmağını bildirmiş, Fizzə aqressivləşərək ona söyüş söymüş o isə söyüşü qaytarmışdır. Bu zaman Fizzə mətbəxdəki masanın üstündən ağır çəkili su qabını onun baş nahiyəsinə tərəf atmış, həmin vaxt masanın arxasında əyləşmiş, su qabı başına dəyməsin deyə masanı itələyərək geriyə çəkilmiş və həmin su qabı onun sağ ayağının ön tərəfinə dəyərək ona xəsarət yetirmiş, həmin qab yerə düşüb sınmışdır. Sonra Fizzə onun üzərinə hücum çəkərək saçından tutmuş, o, Fizzənin əlindən kənara çəkilmişdir. Fizzə və bacısı Sevinc Ehtiramı söyməyə başlamış, bundan sonra Fizzə və Sevinc yataq otağına girmişlər. O isə Ehtiramla birlikdə həmin mənzildə qalmış və 102 zəng mərkəzinə bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. Hadisə bir neçə saniyə içərisində anidən baş vermişdir və həmin hadisəyə Fizzənin bacısı Sevinc və qaynı Ehtiram şahid olmuşlar. Polis əməkdaşları mənzilə gələrkən həmin qırıqlar yerdə olmuş, hadisə yerinə baxış protokoluna əlavə edilmiş foto cədvəldə yerdə şəffaf rəngli şüşə qırıntılarının niyə görünməməsinin səbəbi ona məlum deyildir. Hazırda Fizzə ilə barışmamış, ondan şikayətçidir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Fizzə qabı atanda oturmuş vəziyyətdə olmuş, istintaq zamanı butulka deməmiş, elə bir izahat verməmiş, hadisədən 15-20 dəqiqə sonra polislər gəlmiş, polislər hadisə yerinə baxaraq şəkillər çəkmiş, polislər gələndə şüşə qırıntıları yerdə olmuş, xəsarətlə bağlı xəstəxanaya müraciət etmiş, qab dəyəndən sonra ayağından az qan axmış, ayağının qanamasını polis görmüş, başındakı qançırlar Fizzənin saçından tutması nəticəsində yaranmış, hadisədən sonra Sevinc sonra Fizzə yataq otağına getmiş və polislər gələndə çıxmış, boşqabı Sevinc atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2008-ci il tarixdə Fizzə ilə nikaha daxil olmuş, bu nikahdan iki övladı doğulmuşdur. 2019-cu ilin noyabr ayında məhkəmə yolu ilə nikaharına xitam verilmiş, məhkəmə qərarına görə uşaqlar anası ilə birlikdə yaşamalı olmuşlar. Həmçinin, məhkəmə qərarına əsasən yaşadığı ev, bir ədəd “Nissan Sunny” avtomobili Fizzə ilə aralarında yarı bölünmüşdür. Bundan sonra aralarında münasibətlər pozulmuş, problemli ailə kimi polisdə qeydiyyatdadırlar. Məhkəmə qərarına əsasən o, uşaqlar üçün aylıq 320 manat aliment ödəməli olmuş, o, evdən çıxdığı halda kirayə pulu alimentlə əvəz edilməli olmuşdur. Son iki ayda iş olmadığından alimenti ödəyə bilməmişdir. Aralarında olan razılaşmaya əsasən o, mənzili tərk edərək kənarda yaşamalı, Fizzə isə bunun əvəzində 300 manat aylıq kirayə pulu verməli olmuşdur. Fizzə bir ay kirayə pulu ödəsə də, ikinci ay pulu ödəməmiş, aralarında yenidən mübahisə yaranmışdır. Bu məsələni aydınlaşdırmaq məqsədi ilə o, qardaşı arvadı Xavərlə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Fizzənin yaşadığı mənzilə getmişdir. Birinci Xavər mənzilə getmiş, o isə binanın həyətində gözləmişdir. Daha sonra Xavər ona mobil telefonla zəng edərək Fizzənin kirayə pulunu ödəmək istəmədiyini bildirmiş və onu mənzilə dəvət etmişdir. Bundan sonra o da mənzilə getmişdir. Mənzilin mətbəxinə daxil olmuş, mətbəxdə Xavər, Fizzə və Fizzənin bacısı Sevinc olmuş, Xavər mətbəxdəki stolda oturmuş, Fizzə isə mətbəx mebelinin yanında dayanmış, Sevinc isə Fizzənin yanında dayanmışdır. Fizzəyə əgər kirayə pulunu ödəmirsə gəlib evdə qalacağını demiş, Fizzə qaz pulunun, işıq pulunun onun ödəməyini, həmçinin evə qab-qacaq almağını bildirmişdir. O isə Fizzəyə bacısı və atası ilə mənzildən çıxmasını demiş, Sevinc bu zaman onun üstünə sprayt ya koka-kola butulkası atmış, sonra boşqab atmış, boşqab ona dəyməmişdir. Bu zaman mübahisə yaranmış və Fizzə Xavərin üstünə mebelin üstündəki su qabını tullamış, Xavər masanı çevirmiş, su qabının Xavərin ayağına necə və hara dəydiyini dəqiq görməmişdir. Hadisədən dərhal sonra Sevinc və Fizzə yataq otağına girərək qapını bağlamış, o, isə aşağı düşərək siqaret çəkmiş, polis gələndə mənzilə qalxmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Sevincin atdığı boşqab ona dəyməmiş, su qabının sınıb-sınmaması və Xavərin ayağının qanayıb-qanamaması yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bacısı Fizzə və Ehtiram 2019-cu ilin noyabr ayında məhkəmə yolu ilə ayrılmış, bundan sonra o, Fizzə, Fizzənin azyaşlı uşaqları və atası həmin mənzildə yaşamağa başlamışlar. Məhkəmə qərarına əsasən yaşadıqları ev, bir ədəd “Nissan Sunny” avtomobili Fizzə ilə Ehtiramın aralarında bölünmüşdür. Ehtiram məhkəmə qərarına əsasən uşaqlar üçün aylıq olaraq 320 manat aliment ödəməli olmuşdur. Ehtiramla bacısı Fizzə bir mənzildə yaşaya bilmədiyindən aralarında razılaşma olmuş, Ehtiram kənarda kirayə mənzildə yaşamalı və bunun müqabilində aliment ödəməməli olmuşdur. Ehtiram bir müddət kənarda yaşamış, sonra isə iş olmadığını bəhanə edib həmin mənzilə qayıtmış, alimenti ödəməmişdir. Bu səbəbdən onlar arasında münasibətlər daha da korlanmış, Fizzə ilə Ehtiram arasında dəfələrlə ailə məişət zəminində münaqişələr baş vermiş, onlar münaqişəli ailə kimi polisdə qeydiyyatdadırlar. Bir müddət sonra Ehtiram kənarda kirayədə yaşamağa başlamış, kənarda yaşaya-yaşaya bacısı Fizzədən kirayə pulu istəmişdir. Ehtiram və onun qardaşı arvadı Xavər xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları mənzilə gəlmiş, həmin vaxt mənzildə o, bacısı Fizzə və onun iki azyaşlı övladları olmuşdur. Ehtiramda mənzilin giriş qapısının açarları olduğundan o, Xavərlə birlikdə həmin mənzilə daxil olmuşdur. Onlar mənzilin mətbəxinə gəlmiş, mətbəxdə olarkən Xavər bacısı Fizzədən niyə kirayə pulunu ödəmədiyini soruşmuş, bacısı Fizzə isə Ehtiramın aralarındakı razılaşmanı pozduğunu, Ehtiramın alimenti ödəmədiyini, bu səbəbdən kirayə pulunu verməyəcəyini bildirmişdir. Xavər bu sözdən sonra aqressivləşərək hədə şəklində Fizzədən pulu veribverməməsini soruşmuş, bu zaman aralarında mübahisə yaranmış, Xavər Ehtiram, Ehtiramın qardaşı və Ehtiramın anasının gəlib bu mənzildə yaşayacaqlarını demiş, Fizzə isə buna razılıq vermişdir. Həmçinin, X7rşı qızıl-zinət əşyalarını və digər əmlakları tələb etdiyinə görə verdiyi iddiasını geri götürməsini tələb etmiş, Fizzə isə iddiasını geri götürməyəcəyini bildirmiş, Xavər Fizzəni hədələyərək başına oyun açacağını demiş, Xavər bacısı Fizzəni təhqir etmiş, gözləmədikləri anda qəflətən mətbəxdəki masanı aşırmış, masanın üstündə olan qab-qacaq yerə düşmüş və qırılmışdır. Həmin qablar Fizzənin sol ayağında xəsarət yaratmış, ayağı qanamışdır. Xavər ayağa duraraq bacısı Fizzənin üzərinə hücum çəkmiş, bacısı sol qolundan iki əli ilə tutmuş, bacısı Fizzə geriyə çəkildikdə Xavərin dırnaqları onun qolunda xəsarətlər yaratmışdır. Onları aralamış, o, bacısı Fizzə və uşaqları ilə birlikdə onun yataq otağına gedərək qapını açarla bağlamışlar. Bacısı Fizzə 102 zəng mərkəzinə zəng etmiş və bu hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Fizzə Xavərin üzərinə hər hansı bir əşya, o cümlədən su qabı atmamış və ona xəsarət yetirməmiş, hadisədən dərhal sonra Fizzə və uşaqları ilə birlikdə yataq otağına keçmiş, polis gəldikdən sonra yataq otağından çıxmış, polis hadisə yerinə baxanda iştirak etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2008-ci il tarixdə Şahid1 ilə nikaha daxil olmuş, bu nikahdan iki övladları vardır. 2019-cu ilin noyabr ayında məhkəmə yolu ilə nikahlarına xitam verilmiş, məhkəmə qərarına görə uşaqlar onunla birlikdə yaşamalı olmuşlar. Bundan sonra ünvan 1 ünvanında oğlu X6, qızı X3, bacısı Şahid2, atası X9 ilə birlikdə yaşamağa başlamışdır. Məhkəmə qərarına əsasən yaşadığı ev, bir ədəd “Nissan Sunny” markalı avtomobil Ehtiramla aralarında yarı bölünmüşdür. Bundan sonra keçmiş əri ilə aralarında əmlak mübahisəsi yaranmış, dəfələrlə aralarında ailə münaqişələri olmuşdur. Məhkəmə qərarı ilə Ehtiramdan onun xeyrinə hər ay 320 manat aliment tutulmuş, Ehtiram uzun müddət alimenti verməmişdir. Mənzil məsələsində isə aralarında razılaşma olmuş, razılaşmaya əsasən Ehtiram yaşadığı mənzilə yaşamamalı, bunun əvəzində o, Ehtirama aylıq 300 manat verməli olmuşdur. Lakin, Ehtiram alimenti ödəmədiyindən o da kirayə pulunu verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə bacısı, oğlu və qızı ilə birlikdə olmuş, keçmiş əri Ehtiram və qardaşı arvadı Xavər həmin mənzilə gələrək mənzilin mətbəxində əyləşmişlər. O, Ehtiramın istədiyi vaxt gəlib mənzildə yaşaya biləcəyini demiş, alimenti vermədiyindən Ehtiramla Xavərə kirayə üçün pulu verməyəcəyini bildirmişdir. Həmçinin, Xavər ona Ehtirama qarşı qızıl-zinət əşyalarını və digər əmlakları tələb etdiyinə görə verdiyi qarşılıqlı iddiasını geri götürməsini tələb etmiş, o, iddiasını geri götürməyəcəyini bildirmiş, Xavər onu hədələyərək başına oyun açacağını demiş, bu zaman aralarında mübahisə yaranmış, Ehtiram və Xavər onu təhqir etməyə başlamışlar. Qəflətən Xavər mətbəxdəki masanı aşırmış, masanın üstündəki qab-qacaq yerə düşmüş və qırılmışdır. Boşqabın hissələri onun sol ayağında xəsarət yaratmış, ayağı qanamışdır. Sonra Xavər onun üstünə hücum çəkmiş və sol qolundan iki əllə tutmuş, geriyə çəkilən zaman Xavərin dırnaqları sol qolunda xəsarətlər yaratmışdır. Bu zaman bacısı Sevinc onu Xavərin əlindən alaraq mətbəxdən yataq otağına aparmış və qapını açarla bağlayıb bu barədə 102 zəng mərkəzinə məlumat vermişlər. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları polis bölməsinə dəvət etmişlər. Xavəri vurmamış, ona hər hansı əşya atmamış və xəsarət yetirməmişdir. Xavər onu şərləmiş və iddiasından əl çəkmək üçün belə bir üsula əl atmışdır. Ekspert rəyində göstərilən xəsarətlərin Xavərə harada və hansı şəraitdə yetirilməsindən xəbəri yoxdur. Hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə iclasında dindirilmiş təhqiqatçı X11 göstəmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs münaqişəli ailə kimi bölmədə qeydiyyatdadırlar. O, daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, hadisə yerinin fotoşəkillərini çəkmiş, bundan sonra tərəflər polis bölməsinə dəvət edilmiş, onlar ərizə və izahat yazmışlar. Həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ərizə və izahatlar yazmış, onlara hər hansı təzyiq və təsir göstərilməmiş, həmin ərizə və izahatlar onları yazmış şəxslər tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində şüşə qırıntısının olubolmamasını xatırlamır, yerdə şüşə qırıntısı olduğu halda bu baxış keçirilməsi və götürmə aparılması haqqında protokolda və fotoşəkillərdə əks olunardı. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X15 göstərmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı xx xxxxxx 2020-ci il tarixli 194 saylı rəyində qeyd edilən xəsarətlər aşkar edilmiş, digər xəsarətlər müəyyən edilməmişdir. Həmin xəsarətlərdən başın təpə nahiyəsinin qançırları dərəcəsi təyin edilməyən xəsarətlərdir. Xəsarətlər ümumilikdə qiymətləndirilmiş və sağlamlığın pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilmişdir. İnsan özü-özünə xəsarət yetirə bilər və bu şəxsin psixi vəziyyətindən aslıdır. Qeyd edilən rəy qoyulmuş suallara və fakta əsasən ümumilikdə tərtib edilmişdir. Təhqiqatçı tərəfindən qərar təqdim edilmiş, eyni zamanda şəxs özü biləvasitə xx xxxxxx 2020-ci il tarixdə müayinə edilmiş, zərurət olduğundan təkrar müayinəyə göndərilmiş, tibbi sənədləri ümumilikdə qiymətləndirərək belə nəticəyə gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, rəyi təhqiqatçının qərarı əsasında verdiyindən hadisənin mexanizm və şəraitini dəqiqliklə bilmir, şüşənin küt hissəsi ilə hematomanın yaranması mümkündür, rəydə travmatoloqun müayinəsinə tənqidi yanaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 35-ci PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə qaynı Şahid1 ilə birlikdə onun həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu Mehmandarov küçəsi ev 28 a mənzil 52-yə pul götürmək üçün gəlmişlər. Bu zaman onunla Fizzə arasında pulu verməmək üçün mübahisə düşmüş, Fizzə onun üstünə hücum çəkərək onun üstünə butulka atmış, şüşə butulka onun ayaq nahiyəsinə dəyərək xəsarət yetirmişdir (i.v. 6); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 35-ci PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 74 mənzil 14 ünvanında yaşayır. Bildirir ki, qaynı Şahid1 ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 8 aydır ki, ayrı yaşayır. xx.xx.2020-ci il tarixdə kirayə pulunu götürmək üçün qaynı Ehtiramla birlikdə Xətai rayonu Mehmandarov küçəsi ev 28a mənzil 52 ünvanına gəldilər. O, Fizzədən kirayə pulunu istədikdə, o, pulu verməyəcəyini bildirdi. Onu nalayiq küçə söyüşləri ilə təhqir etməyə başladı. Bu zaman onların arasında mübahisə düşdü. Fizzə onun üstünə hücum çəkərək onu vurmaq istədi. Bu zaman o, onu vurmaması üçün uzaqlaşdırdı. Bu zaman Fizzə mətbəxdə stolun üzərində olan şüşə butulkanı götürərək onun üzərinə atdı. O, geri çəkildikdə şüşə butulka onun ayağına dəyərək ona xəsarət yetirdi. Onun Fizzəni vurmadığını, Fizzənin otağa keçib özü-özünə xəsarət yetirdiyini bildirmişdir (i.v. 7); baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri BPİ-nin Xətai rayonu 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən hal şahidləri xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş Xətai rayonu Neapol küçəsi ev 29/42 B mənzil 113-də kirayə yaşayan X5 və xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş Xətai rayonu G.Mehmandarov küçəsi ev 74Cdə yaşayan X1 iştirakları ilə ünvan 3 ünvanına baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə qaynı arvadı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş, hadisə yerinə baxış zamanı mənzilin 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşməsi, mənzilin 3 otaqdan ibarət olması, mənzilin giriş qapısının tünd rəngli olması, evin qapılarının taxta materialdan olması, mənzilin girişində dəhlizdən sol tərəfdə mətbəxin yerləşməsi, mətbəxdə yerdə çoxlu sayda qab-qacaq qırıntılarının aşkar edilməsi, həmçinin mətbəx masasının yanında qan izlərinin aşkar edildiyi, mənzilin digər otaqlarına baxış zamanı hər hansı dava-dalaş izlərinin müəyyən edilmədiyi aşkar edilmişdir (i.v. 10); Xətai RPİ—nin 35-ci PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli, 220 nömrəli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 21:29-da 3 saylı Sabunçu xəstəxanasının t/b Musayeva Xətai rayonu G.Mehmandarov ev 28 A mənzil 52-də yaşayan 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ baldırının ön səthinin aşağı 3/1 dərialtı sıyrıntısı diaqnozu ilə onlara müraciət etməsi barədə məlumat vermişdir (i.v. 12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X19 canlı şəxsin ekspertizası barədə 194 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Özünün deməsinə görə, xx.xx.2020-ci il tarixdə axşam radələrində, Xətai rayonunda qeydiyyatda olduğu ünvanda qaynı Ehtiramın keçmiş həyat yoldaşı, aralarında yaranmış mübahisə zamanı baş tüklərini yolmuş, içərisində maye olan şüşədən kampot qabını sağ baldır nahiyəsinə vurmuşdur. İlkin tibbi yardım üçün TTYS-ə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs təkrar müayinədən keçirilmişdir. Həmin rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağ baldırın aşağı 1/3-nün ön səthinin yumşaq toxumasının hematoması və başın təpə nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 17-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X19 canlı şəxsin ekspertizası barədə 198 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol saidin ön səthinin və sol ayaqarxası nahiyənin sıyrıqları müəyyən edildi. Xəsarətlər təsir edən səthləri məhdud olan küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (i.v. 20-21); şahidin dindirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində Fizzənin qəflətən mətbəx mebelinin üstündən bir ədəd boşqabı götürüb Ehtiramın üstünə atmasını, lakin boşqabın Ehtirama dəyməməsini, Fizzənin aqressivləşərək ona söyüş söyməsini, onun isə ona söyüşü qaytardığını, bu zaman Fizzənin mətbəxdəki masanın üstündən ağır çəkili su qabını onun baş nahiyyəsinə tərəf atdığını, onun geriyə çəkildiyindən həmin su qabı onun sağ ayağının ön tərəfinə dəyərək xəsarət yetirdiyini, daha sonra o, onun üzərinə hücum çəkərək saçından tutduğunu, onun əlindən kənara çəkildiyini, daha sonra Fizzə və bacısı Sevincin Ehtiramı söyməyə başladığını, bundan sonra onların Fizzənin yataq otağına girdiyini bildirmişdir (i.v. 34-37); şahidin dindirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində Sevincin onun üstünə boşqab atdığını, lakin boşqabın ona dəymədiyini bildirmişdir (i.v 39-42); xx xxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində tərəflər arasında mübahisə yarandığını, bu zaman Fizzənin qəflətən Ehtiramın üstünə mətbəx mebelinin üstündən bir ədəd boşqabı götürüb atdığını, Fizzənin mətbəxdəki masanın üstündən ağır çəkili su qabını onun baş nahiyyəsinə tərəf atdığını, su qabının ayağına dəyib təsirdən qırıldığını bildirmişdir (i.v. 50-51); xx xxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə protokolundan görünür ki, Quliyev X4 onun üstünə boşqab atdığını, lakin boşqabın ona dəymədiyini, Fizzənin Xavərin üstünə mebelin üstündəki su qabını atdığını, Xavər geriyə çəkilərkən həmin su qabının onun sağ ayağına dəydiyini, bunun nəticəsində Xavərin ayağının qanadığını, həmin su qabının qırılıb-qırılmadığını xatırlamadığını bildirmişdir (i.v.56- 58); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 76); sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunması və barəsində qətimkan tədbirinin seçilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinə baxılmasından ötrü qərarın surətinin Bakı şəhəri Xətai RPİ-nin 35ci PB-nə göndərilməsi, istintaq zamanı cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə istintaq hərəkətinin protokolları, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 194 saylı rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 77-84); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 87); Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşular arasında özünə hörmət qazanmış, müsbət xarakterizə olan bir vətəndaşdır. Onun barəsində 94 saylı MKİS-nə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmayıb, qonşular arasında aparılan sorğulardan məlum olur ki, Təqsirləndirilən şəxs özünə məxsus xüsusiyyətləri ilə seçilən çox gözəl bir vətəndaşdır (i.v. 110); cinayət işinin əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün qaytarılması haqqında xx xxx 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün Bakı şəhəri Xətai rpi-nin İŞ-nə qaytarılmışdır (i.v. 132-137); sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş yeni məzmunda yenidən ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinə baxılmasından ötrü qərarın surətinin Bakı şəhəri Xətai RPİ-nin 35ci polis bölməsinə göndərilməsi nəzərə alınmış, istintaq zamanı cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə istintaq hərəkətinin protokolları, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 194 saylı rəyi iş üzrə sübut kimi qiymətləndirilmişdir (i.v. 147-155); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yeni məzmunda itiiham elan edilmişdir (i.v. 157); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 167-168); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2dır. Həmin şəxslərdən Təqsirləndirilən şəxs və Şahid2 ümumiyyətlə Zərərçəkmiş şəxs xəsarət yetirilmədiyini, ona tərəf hər hansı su və ya digər qabın atılmadığını bildirmişlər. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahid qismində dindirilmiş Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişdir. Həmin şəxsin ifadəsi də zərər çəkmiş şəxsin ifadəsi istisna olmaqla təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq olunur və üst-üstə düşür. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair yalnız zərərçəkən A.A.Abbasovanın və Şahid1 ziddiyətli ifadəsi mövcuddur. Zərərçəkmiş şəxsin və şahidin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olubolmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olubolmaması aydınlaşdırılmalıdır. Zərərçəkmiş şəxs A.A.Abbasovanın ilkin ərizə və izahatından müəyyən edilir ki, o, Fizzənin onun üzərinə şüşə butulkanı atmasını göstərmişdir. Lakin, sonrakı ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Fizzənin onun üzərinə şüşə butulka atmadığını, su qabını atdığını göstərmişdir. Bundan əlavə, 194 nömrəli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, A.A.Abbasova məhkəmə-tibbi ekspertizadan keçirilən zaman qaynı Ehtiramın keçmiş həyat yoldaşının içərisində maye olan şüşədən kampot qabını sağ baldır nahiyəsinə vurduğunu demişdir. Bundan əlavə, A.A.Abbasova şüşə qabın ayağına dəydikdən sonra yerə dəyərək sındığını bildirmiş, lakin baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, hadisə yerində şüşə qırıntılarının aşkar edilməsi barədə hər hansı xüsusat qeyd edilməmiş, eyni zamanda fotoşəkillərdə də şüşə qırıntısının olması müəyyən edilmir. Bundan əlavə, A.A.Abbasova cinayət işinin materiallarında olan ilkin ifadələrində Fizzənin Ehtiramın üzərinə boşqab atmasını və həmin boşqabın Ehtirama dəyməsini göstərmiş, lakin Şahid1 cinayət işinin materiallarında olan ifadəsində Fizzənin ona boşqab atmasını və ona dəyməsini göstərməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də belə bir halın baş vermədiyini bildirmişdir. Bundan əlavə, A.A.Abbasova üzləşdirmə protokolunda su qabının ayağına dəyib təsirdən qırıldığını bildirmiş, məhkəmə istintaqı zamanı isə ifadəsində həmin qabın yerə düşüb sındığını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 su qabının Xavərin ayağına necə və hara dəydiyini dəqiq görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə A.A.Abbasova və Şahid1 arasında münasibətləri normal olmamış, sonuncu ilə təqsirləndirilən şəxs arasında dəfələrlə ailə münaqişələri və məhkəmə mübahisələri olmuşdur. Həmçinin, məhkəmə iclasında dindirilmiş təhqiqatçı da həmin ailənin münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olmasını bildirmişdir. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs və şahid ilə əlehinə ifadə verdiyi şəxsin bir-birləri ilə mübahisələri vardır, bir-birlərinə qarşı qərəzli mövqedədirlər. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən A.A.Abbasovanın və Şahid1 qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Ona görə də belə bir vəziyyətdə A.A.Abbasovanın və Şahid1 ziddiyyətli ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs və Şahid2 həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamış, həmin ifadələrdə Təqsirləndirilən şəxs A.A.Abbasovanın üzərinə su qabı atması və sonuncunun xəsarət almasına dair hər hansı xüsusat olmamışdır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını və digər əmlakları tələb etdiyinə görə Şahid1 qarşı verdiyi qarşılıqlı iddiasını geri götürməməsi səbəbindən ona belə bir şər atılması ilə bağlı məhkəmə qeyd edir ki, həqiqətən də, iş materiallarında olan qarşılıqlı iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin qarşılıqlı iddia xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Belə olduğu təqdirdə, A.A.Abbasovanın və Şahid1 ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının A.A.Abbasova barədə verdiyi rəylərdə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin, hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da, qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Ümumiyyətlə ekspertin qeyd etdiyi kimi “başın təpə nahiyəsinin qançırları” ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmədiyindən həmin xəsarətlərə görə verilmiş ittihamı da əsassız omuşdur. A.A.Abbasova su qabı atılarkən masanın arxasında əyləşmiş vəziyyətdə olduğunu, su qabının başına dəyməsin deyə masanı itələyərək geriyə çəkildiyini bildirmiş, masanın ətrafında divanın olması və arxada divarın olması nəzərə alınsa zərərçəkmiş şəxsin geriyə çəkilməsi inandırıcı olmamışdır. İttiham aktında Təqsirləndirilən şəxs tərəfindən su qabını A.A.Abbasovanın üzərinə ataraq və daha sonra onunla dalaşaraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurması qeyd edilmiş, göründüyü kimi, istintaq orqanı su qabının A.A.Abbasovanın bədəninin hansı hissəsinə dəyməsini ittiham aktında göstərməmiş, hadisənin mexanizmi müəyyən edilməmiş, həqiqətən A.A.Abbasovanın masanın arxasında əyləşmiş vəziyyətdə olduğu, qalxaraq geri çəkildiyi halda su qabının onun ayağına dəyməsinin mümkün olub-olmamasını araşdırmamış, bu barədə hər hansı istintaq ekspermenti belə keçirilməmişdir. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni, zərərçəkmiş şəxsin ifadəsində, həmçinin ittihamda göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı material üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən zərərçəkənin və Şahid1 ziddiyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X14 Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar