Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-176/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1966-cı ildə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbyacan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Avşaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 35, mənzil 203 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 29 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilin qarşısında üst qonşusu Zərərçəkmiş şəxs qeyd olunan ünvana gəlməsi və yaşadığı ünvandan səs-küyün gəlməsini bildirməsi əsasında yaranmış mübahisə zəmnində, yumruqla Elman Məmməvodun sol göz nahiyəsindən vuraraq sonuncunun sol gözətrafı - almacıq nahiyəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma, sol bazunun qançırı və sıyrığı kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 05 radələrində yaşadığı ünvanda yatarkən, qapının döyülməsini hiss etmişdir. Yaşadığı ünvanda həyat yoldaşı Şahid3 və qayınanası Səidə var idi. Bundan sonra qapıya yaxınlaşmış və qapını açdıqda bir nəfər kişi cinsindən şəxsin olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs onun yuxarı qonşusu Elmandır. Bu zaman ona təəccüblü gəlmişdir ki, bele gec vaxtda yuxarı qonşusu nəyə görə qapını döymüşdür. Qapını açan kimi Elman ona yaşadığı ünvandan səs gəlməsini bildirmişdir. Bundan sonra Elmana kim olmasını soruşmuşdur. Elman da ona bildirmişdir ki, onun yuxarı qonşusudur. Bundan sonra mübahisə etməyə başlamışlar. Həmin zaman qayınanası Səidə və həyat yoldaşı Aidə onun yanında imiş. Daha sonra Elmanla aralarındakı mübahisə daha da qızışmış və o, bir dəfə şillə ilə Elmanın sol göz nahiyəsinə vurmuşdur. Bunu görən qayınanası Səidə onu və Elmanı aralamışdır. Bundan sonra o, daha da əsəbiləşmiş və bunu görən Elman öz yaşadığı ünvana tərəf getmişdir. O isə qayınanasının təkidi ilə evə daxil olmuşdur. Zərərçəkmiş şəxs bir dəfə şillə ilə sol göz nahiyəsinə vurmuşdur. Mübahisə zamanı o, həyat yoldaşı Aidə, qayınanası Səidə və Zərərçəkmiş şəxs olmuşdur. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə gecə radələrində alt qonşusu Məhhərrəmin evindən zərbə səsləri eşitmişdir. Həmin zərbələr müəyyən aralıqla davam etmişdir. Bundan sonra həmin gün təxminən 05 radələrində yenidən zərbə səsləri eşitmişdir. Ardınca yaşadığı ünvanın pəncərəsindən alt qonşusu Məhərrəmin evinə pəncərəsinə baxmışdır. Həmin zaman Məhərrəmin yaşadığı ünvanın pəncərəsindən çölə baxdığını görmüşdür. Hətta Məhərrəmə nəyin baş verməsi barədə soruşduqda Məhərrəm ona qulaq asmayaraq cəld şəkildə pəncərəni bağlamışdır. Bunun ardınca o, zənn etmişdir ki, artıq Məhərrəm həmin zərbə səslərinə son verəcəkdir. Lakin bir az sonra yenidən həmin səsləri yenidən gəlməsinə şahid olmuşdur. Ardınca yaşadığı ünvandan çıxaraq alt qonşusu olan Məhərrəmin yaşadığı ünvanın qapısına yaxınlaşmışdır və qapını döymüşdür. Qapını Məhərrəmin özü aşmış və onun arxasınca qayıanası və sonradan həyat yoldaşı çıxmışdır. O, Məhərrəmə etdiyi səs-küyün düzgün olmadığı qeyd edərək, problemlərinin nə olmasını soruşmuşdur. Məhərrəm isə ondan onun alt və ya üst qonşusu olmağı barədə soruşmuşdur. Bunun ardınca Məhərrəmə üst qonşusu olmağını bilib-bilməməsi barədə soruşmuş və daha sonra üst qonşusu olmağını bildirmişdir. Məhərrəm isə anidən sağ əli ilə, yəni yumruqla onun sol göz nahiyəsindən vurmuşdur. Həmin zaman xəsarət almışdır. Bunun ardınca özünü toparlayıb kişi olan şəxsin qadınların yanında belə bir hərəkət etməsinin düzgün olmadığını bildirmişdir. Bu zaman Məhərrəm ətrafda hər hansı bir əşya axtararaq ona yenidən xəsarət yetirmək istədikdə qayınanası Məhərrəmi saxlamışdır. Bundan sonra yaşadığı ünvana qayıdarkən həmin mərtəbənin pilləkən meydançasında qızı Şahid1 ilə rastlaşmışdır. Bu zaman qızı Esmira ondan Məhərrəmin onu nəyə görə vurmasını soruşduqda, qızı Esmiraya yaşadıqları ünvana qalxmağı bildirmişdir. Və onlar birlikdə yaşadıqları ünvana daxil olaraq baş vermiş hadisə barədə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 01 oktyabr 2022-ci il tarixli, 1094 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər sol gözətrafı-amlacıq nahiyyəsinin dərialtı hematoması, sol gözün ağlı qışasına qansızma, sol bazunun qançırı və sıyrığı müəyyən edilmiş, xəsarət bərk küt əşya təsirindən törənmişlər, yetirilmə müddəti 29 sentyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 16 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-176/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-176/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver