Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-176/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş sonuncunun oğlu İzzət Hüseynovun cəzasının azaldılmısı, əfv və ya amnistiya qərarına əsasən azad olunacağında köməklik göstərəcəyi barədə yalan vəd verərərək 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Tibb Universitetinin ünvan 2 ünvanda yerləşən inzibati binasında Nafız Hüseynovun bacısı Şahid1 vasitəsi ilə 4.700 manat, 2017-ci ilin dekabr ayında həmin ünvanda Şahid1 vasitəsi ilə 1.300 manat, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, "8-ci kilometr" bazarının qarşısında sonuncunun vasitəsi ilə 500 manat, 2018-ci ilin noyabr ayının ortalarında ünvan 3 ünvanında Zərərçəkmiş şəxs tərəfindən verilmiş 17.000 manat və 2018-ci ilin dekabr ayının əvvəllərində həmin ünvanda 16.000 manat, cəmi 39.500 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 39.500 (otuz doqquz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, X4 onun tanışıdır. Loğmana əlaqələrinin geniş olduğunu və tanışlarının çox olduğunu bilirmişdir. 2017-ci ilin payız aylarında Loğman, Zərərçəkmiş şəxs adlı qohumunun olduğunu və sonuncunun oğlu İzzət Hüseynovun 2015-ci ildə qəsdən adam öldürmə cinayətinə görə həbs olunduğunu bildirmişdir. Həmçinin Loğman bildirmişdir ki, Nafisgil İzzətin həbs müddətinin azaldılmasını və ya həbsdən azad olunmasını istəyirlər və bunun üçün köməklik göstərə biləcək şəxs axtarırlar. Həmin zaman Loğmana İzzətin həbs müddətinin azaldılmasına köməklik göstərə biləcəyini demiş, bundan sonra Nafisin bacısı Ədibə ilə Bakı şəhərində "Qara Qarayev" metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Ədibədən İzzətin hökmünün surətini almış, vəkil tutub həqiqətən İzzətin hökmünü azalda biləciyini düşünmüşdür. 2017-ci ilin oktyabr ayında Ədibə ilə tibb universitetində görüşmüş və Ədibə həmin zaman ona ilkin işlərə başlamaq üçün 3.000 manat pul vermişdir. Həmin zaman yanlarında heç kəs olmamışdır. Bundan sonra həmin hökm ilə maraqlanmağa başlamış, maraqlandıqda əfv komissiyası vasitəsi ilə İzzətin əfvə salmaq mümkün olacağını öyrənmişdir. Həmin vaxt Nafisə əlavə pul lazım olduğunu demiş, çünki düşünmüşdür ki, kiməsə pul vermək lazım olar. Buna görə Nafisə demişdir ki, 30.000 manat pul lazımdır. 2018-ci ilin noyabr ayında Nafisdən onun yaşadığı ünvan 3 ünvanında 16.000 manat, 1 ay sonra isə həmin ünvanda 14.000 manat pul almışdır. Həmin vaxt Nafisə oğlu İzzətin amnistiyaya salınacağına, olmadığı halda əfvə salınacağını bildirmişdir. Lakin çalışsa da, İzzətin məsələsini həll edə bilməmişdir. Həmin müddət ərzində Nafisdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Nahis ilə görüşərək onun pulunu qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Nafisdən aldığı ümumilikdə 33.000 manat pulu ona qısa müddət ərzində qaytaracaqdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskdə olan 25 ədəd səsyazmalardakı səslər ona məxsusdur. Eyni zamanda diskdə olan 04 ədəd video görüntüdə Nafisin evində onunla danışıq edən şəxs də özüdür. Nafisgilin ona inanmaları üçün guya müəyyən şəxslərlə danışıqlar apardığını bildirmiş, lakin həmin xüsusatla bağlı heç kəslə görüşüb danışıb razılaşmamış və bununla bağlı Nafisgildən aldığı puldan heç kəsə heç bir məbləğdə pul verməmişdir. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmiş və dövlət nəfinə ziyanın 25%-i məbləğində pul ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu İzzət Hüseynov 2015-ci ildə qəsdən adam öldürmə cinayəti törətdiyinə görə barəsində Nizami rayon prokurorluğunda cinayət işi istintaq olunmuş və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq olunmuşdur. Bundan sonra onun hökmünü azaltmaq və azadlığa çıxması üçün axtarış etməyə başlamışdır. Həmin vaxt qohumu X4 ilə danışan zaman sonuncu ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu demişdir. Bundan sonra Haşım adlı şəxs ilə bacısı Şahid1 ilk dəfə tanış olmaq üçün getmiş, Ədibə Haşımla "Qara Qarayev" metrostansiyasının yaxınlığında görüşmüşdür. Haşım həmin vaxt İzzətin barəsində tətbiq olunmuş cəza müddətinin azaldılacağını və barəsində psixiatrik ekspertiza təyin olunmaqla köməklik olunacağını demişdir. Daha sonra Ədibə Haşım ilə tibb universitetində görüşmüş, 2017-ci ilin oktyabr ayında X10 Universitetində 4700 manat pul vermişdir. Haşım həmin pulu işi başlamaq üçün almışdır. 2017-ci ilin dekabr ayında Ədibə ilə Haşım Tibb Universitetinin qarşısında təkrar görüşmüş və həmin vaxt Ədibə İzzətə 1300 manat İzzətin barəsində psixiatrik ekspertiza təyin edib, onun anlaqsız olması barədə rəy verilməsi üçün pul vermişdir. 2018-ci ilin fevral ayında Ədibə ilə Haşım Bakı şəhəri, Nizami rayonu, "8-ci kilometr" bazarının qarşısında görüşüb İzzətin psixiatrik xəstəxaya getməsi üçün əlavə olaraq 500 manat pul vermişdir. Ədibə Haşıma pul verməyə başlamamış özü də Haşım ilə görüşmüşdür. Haşımı Loğmana görə tanıdığı üçün Haşıma inanıb etibar etmişdir. Bundan başqa, 2018-ci ilin noyabr ayının 15-20 aralığında 17000 manat pulu Bakı şəhəri, Xətai rayonu, R.Bağırov 36/6 ünvanında Haşıma vermişdir. Haşım həmin vaxt özü evinə gəlmişdir. Bundan 1 ay sonra, 2018-ci ilin dekabr ayının 5-10 aralığında təkrar Haşım yaşadığı evə gəlmiş və ona 16000 manat pul vermişdir. Həmin müddət ərzində Haşım oğlu İzzəti əvvəlcə amnistiyaya salacağına, daha sonra isə əfv etdirəcəyini bildirmişdir. Haşım danışıqlar zamanı yüksək rütbəli şəxslərin adını çəkməklə məsələnin qısa müddətdə həll olunacağına onu inandırmışdır. Lakin həmin hadisənin üzərindən 5 il keçməsinə baxmayaraq, Haşım müxtəlif bəhanələr gətirərək ondan aldığı ümumilikdə 39500 manat pulu geri qaytarmamış və oğlu azadlığa çıxmamışdır. Lakin hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Ona görə də, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasına Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı oğlu İzzət Hüseynov 2015-ci ildə qəsdən adam öldürmə cinayəti törətdiyinə barəsində Nizami rayon prokurorluğunda cinayət işi istintaq olunmuş və barəsində Bakı Ağır Cinayət Məhkəməsində 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq olunmuşdur. Bundan sonra qardaşı Nafis onun hökmünü azaltmaq və azadlığa çıxması üçün axtarış etməyə başlamışdır. Həmin vaxt həmyerlisi və qohum olan X1 vasitəsi ilə qardaşı Nafis onun tanışı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bundan sonra Haşım adlı şəxs ilə ilk dəfə özü tanış olmaq üçün getmişdir. Haşımla "Qara Qarayev" metrostansiyasının yaxınlığında görüşmüşlər Haşım həmin vaxt İzzətin barəsində tətbiq olunmuş cəza müddətinin azaldılacağını və barəsində psixiatrik ekspertiza təyin olunmaqla köməklik olunacağını demişdir. Daha sonra Haşım ilə tibb universitetində görüşmüş, 2017-ci ilin oktyabr ayında Haşıma Tibb Universitetində 4700 manat pul vermişdir. Haşım həmin pulu işi başlamaq üçün almışdır. 2017-ci ilin dekabr ayında Haşım ilə Tibb Universitetinin qarşısında təkrar görüşmüş və həmin vaxt Haşıma 1300 manat İzzətin barəsində psixiatrik ekspertiza təyin edib, onun anlaqsız olması barədə rəy verilməsi üçün vermişdir. 2018-ci ilin fevral ayında Haşım ilə Bakı şəhəri, Nizami rayonu, "8-ci kilometr" bazarının qarşısında görüşüb İzzətin psixiatrik xəstəxaya getməsi üçün əlavə olaraq 500 manat pul vermişdir. Haşıma pul verməyə başlamamış qardaşı Nafis özü Haşım ilə görüşmüşdür. Bundan başqa, qardaşı Nafis 2018-ci ilin noyabr ayının 15-20 aralığında 17000 manat pulu Bakı şəhəri, Xətai rayonu, R.Bağırov 36/6 ünvanında Haşıma vermişdir. Bundan 1 ay sonra, 2018-ci ilin dekabr ayının 5-10 aralığında təkrar Nafis Haşıma yaşadığı evdə 16000 manat pul vermişdir. Haşım qardaşı oğlu İzzəti əvvəlcə amnistiyaya salacağına, daha sonra isə əfv etdirəcəyini bildirmişdir. Haşım ümumilikdə 39500 manat pulu almış və geri qaytarmamışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, həmyerlisi, eyni zamanda qohumu Şahid1 2015-ci ildə ona müraciət edərək qardaşı oğlu X2 qəsdən adam öldürmə cinayəti törətdiyini və buna görə onlara kömək etməyini xahiş etmişdir. Həmin vaxt İzzətin öldürdüyü şəxsin ailəsi ilə barışmağı dəfələrlə ona təklif etmiş və başqa köməklik edə bilməyəcəyini demişdir. Bundan sonra İzzətin barəsində Bakı Ağır Cinayət Məhkəməsində 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq olunmuşdur. Hökmdən sonra 2017-ci ilin payız aylarında Ədibə təkrar ona müraciət edərək vəkillərin onu aldatdığını və buna görə qardaşı oğlunun cəzasının azaldılması və azadlığa çıxması üçün köməklik olunmasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs adlı tanışının olduğunu bildirmiş, daha sonra Haşım ilə Ədibəni tanış etmişdir. Ədibə ilə Haşımı tanış etməkdə məqsədi Haşımın hüquq mühafizə orqanlarında tanışları olması və Ədibənin vəkillər, eyni zamanda başqa şəxslər tərəfindən aldadılmaması olmuşdur. Daha sonra təxminən 1 il vaxt keçəndən sonra öyrənmişdir ki, Ədibə və qardaşı X9 Hüseynovu azadlığa çıxarmaq məqsədi ilə pul vermişlər. Lakin nə qədər pul verildiyini bilmir. Həmçinin bir neçə dəfə Ədibə və Nafisə bildirmişdir ki, İzzət gənc qızı həyatdan məhrum etmişdir. Buna görə İzzətin azadlığa çıxmağı əxlaq qanunları ilə də düz deyil. Lakin Ədibə ilə Haşımı Ədibəni kimsə aldatmasın deyə tanış etmişdir. Haşım ilə Ədibəni tanış etməkdə hər hansı maddi marağı olmamışdır. Həmçinin Haşım özü Ədibə və Nafisdən pul alması barədə ona heçnə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir; (i.v.1) - 15 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir; (i.v.9- 11) - 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilib materialın əlavə araşdırmaya qaytarılması haqqında Xətai Rayon prokurorluğunda qəbul edilmiş qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin İŞ-də toplanmış material üzrə RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadıyevin qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair 15 may 2023-cü il tarixli qərarı ləğv olunmuş və material əlavə araşdırma aparılması üçün RPİ-nin İş-nə göndərilmişdir; (i.v.15-16) - 06 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadıyevin icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; (i.v.18) - 07 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.22-23) - 07 oktyabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadıyev tərəfindən götürülmüşdür; (i.v.32) - 07 oktyabr 2023-cü il tarixli təqdim edilmiş CD diskə baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, diskin yaddaşında 25 ədəd səsyazma 04 ədəd video görüntü faylları mövcüddur. Həmin fayllardan səsyazma faylları açılaraq, keçirilmiş baxış zamanı müəyyən olundu ki, səsyazma fayllarında Zərərçəkmiş şəxs və Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında olan telefon danışıqlarına dair səsyazmalardır. Həmin telefon danışıqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 İzzət Hüseynovun əfvlə bağlı həbsdən azad olunması üçün müəyyən şəxslərlə danışıb görüşdüyünü, yaxın müddət ərzində sonuncunun həbsdən azad olunacağını bildirir, həmçinin qeyd olunan vədi ilə bağlı müxtəlif bəhanələr gətirir. Diskdə olan video görüntü faylları açılaraq, keçirilmiş baxış zamanı müəyyən olundu ki, video görüntülərdə evin içərisində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs danışıq aparır, həmin danışıqlarda sonuncu İzzət Həsənovun əfvə düşdüyünü, bununla bağlı mart ayında qətnaməni gətirəcəyini, əks halda pulu geri qaytaracağını bildirir. Odur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi yuxarıda qeyd olunan 01 ədəd disk iş üzrə əhəmiyyətli olduğundan Xətai RPİ-nin İŞnin baş müstəntiqi, polis kapitanı Ülvi Hadıyev tərəfindən götürülmüşdür; (i.v.33) - 01 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır; (i.v.48) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 23 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.51) - 10 yanvar 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (i.v.63) - 13 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; (i.v.77-78) - 13 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; (i.v.91-92) - 13 yanvar 2024-cü il və 27 yanvar 2024-cü tarixli vəsatətə baxılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ümumilikdə 39.500 manat pul almadığını, sonuncudan ümumilikdə 33.000 manat pul aldığını bildirməsi, istintaq zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər istintaq sənədlərilə təkzib edildiyindən, həmin xüsusatlar onun özünü müdafiə kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilərək, rədd edilmişdir; (i.v.95-96 və 117-118) - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və dövlətə ziyanın 25%-i məbləğində pulu ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs 16 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxslə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. - Məhkəmə iclasında 16 aprel 2024-cü il tarixdə təqdim edilmiş qəbzdən görünür ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində zərəri 200 (iki yüz) ədəd 100 ABŞ dolları olmaqla 20.000 (iyirmi min) manat ABŞ dolları – cəmi 34.000 (otuz dörd min) manat və 55 ədəd 100 AZN olmaqla, 5.500 (beş min beş yüz) manat, ümumulikdə 39.500 manat pulu təhvil almışdır. Qəbz Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 tərəfindən onun razılığı ilə yazılmış və imzası ilə təsdiq edilmişdir. - Zərərçəkmiş şəxs 16 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Ona görə də, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. - "xxxx" ASC-nin 31 may 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-i məbləğində 9875 manat pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan - bir ədəd disk və dövlət nəfinə ödəniş qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk və dövlət nəfinə ödəniş qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-176/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-176/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver