Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-177/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, tərcüməçi – X1, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cü ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi ev 127-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi ev 15/4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "X13" QSC-də sürücü işləyən Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 qızı Şahid2 "Socar" şirkətinin kadrlar şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb, 2019-cu ilin mart ayı ərzində Şahid1 vasitəsilə Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən Nargilə kafesinin yanında 400 (dörd yüz) manat pulunu, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 may metro stansiyasının yanında 500 (beş yüz) manat pulunu, Bakı şəhəri Xətai rayonu Əhmədli metrosunun yanında 2500 (iki min beş yüz) manat pulunu alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus, ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qardaşı Rauf Məmmədovu "Neft Daşlarında" krançı kimi işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin aprel ayı ərzində istintaqa məlum olmayan taksi sürücüsünün vasitəsilə Bakı şəhəri Nəsimi rayonu 28 may metro stansiyasının yanında 600 (altı yüz) manat pulunu, Bakı şəhəri Xətai rayonu Zığ şossesi 22 ünvanının yaxınlığında 200 (iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "X13" QSC-də sürücü işləyən Şahid1 vasitəsilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs2 oğlu Şahid3 "Socar" şirkətinin kadrlar şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin aprel ayı ərzində Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən Ağ şəhər ərazisində 6500 (altı min beş yüz) manat və 2500 (iki min beş yüz) manat pulunu, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "Amay" Ticarət mərkəzinin yanında 300 (üç yüz) manat pulunu, Xətai rayonu H.Aslanov metrosunun yanında 1511 mln beş yüz) manat və 250 (iki yüz əlli) manat pulunu, Zərərçəkmiş şəxs2 oğlu Şahid3 Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu metro stansiyasının yanında 160 (yüz altmış) manat və 500 (beş yüz) manat pulu, 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs2 H.Aslanov metrosunun yanında 500 (beş yüz manat pulu, Xətai rayonu Nobel prospektində 500 (beş yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumillikdə 13300 (on üç min üç yüz) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Dövlət Neft şirkətində işə düzəldəcəyi adı ilə aldadıb 2019-cu ilin oktyabr ayı ərzində 300 (üç yüz) manat pulunu Nərimanov rayonundan karta köçürmə yolu ilə ələ keçirməklə, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "Paxlava" çay evində 1600 (bir min altı yüz) ABŞ dolları qeyd olunan dövrün rəsmi məzənnəsi ilə 2720 (iki min yeddi yüz iyirmi) manat pul vəsaitini, Bakı şəhəri Nizami rayonu ərazisində Xalqlar Dostluğu metro stansiyasının yanında 500 beş yüz manat pulunu, 2019-cu ilin noyabr ayı ərzində Nərimanov rayonu Gənclik metro stansiyasının yanında 700 (yeddi yüz) manat pulunu, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu metro stansiyasının yanında 200 (iki yüz) manat pulunu, Bakı şəhəri Binəqədi rayonunda yerləşən BDYPİ-nin yanında 80 (səksən) manat pulunu, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində 500 (beş yüz) manat pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 karantin olmasına və yolların bağlı olmasına baxmayaraq Rusiya Federasiyasında yaşayan arvadının yanma göndərəcəyi adı ilə aldadaraq 2020-ci ilin iyul ayı ərzində Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində 400 (dörd yüz) manat pulunu, Xətai rayonunda yerləşən Ukrayna dairəsində 200 (iki yüz) manat pulunu, Xətai rayonu Gəncə prospektində 200 (iki yüz) manat olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin aprel ayında təsadüfən tanışı İsrayılla çayxanada görüşüb söhbətləşən zaman İsrayıl ona Əliəvsər adlı tanışının qızını işə düzəltmək istəyindən danışmış, İsrayıla bu işə köməklik göstərə biləcəyini deyib onu Əliəvsərlə tanış etməsini istəmişdir. İsrailin vasitəçiliyi ilə Əliəvsərlə tanış olmuş, söhbət zamanı Əliəvsərə Neft Şirkətində işlədiyi, qızını da kadrlar şöbəsinə işə düzəldə biləcəyini demişdir. O, Əliəvsərlə bir-birinin mobil nömrələrini götürdükdən sonra əlaqə saxlamış və qızının Neft Şirkətinə işə düzəlməsi üçün müvafiq sənədlərin lazım olduğunu demişdir. Söhbət zamanı o, Əliəvsərdən qızının işə düzəlməsi üçün əvvəlcədən ona 5000 manat pul verməli olduğunu bildirmiş, lakin Əliəvsər həmin məbləğdə pulunun olmadığını demiş, bu zaman ona tanışı İsrayılın vasitəsilə gəldiyi üçün güzəşt edəcəyini deyib 4000 manat pula razılaşmışdır. 2019-cu ilin mart ayının sonlarında o, 3400 (üç min dörd yüz) manat məbləğində pulu hissə-hissə Əliəvsərdən almışdır. Həmin pulun ilkin olaraq 400 (dörd yüz) manat məbləğini Əliəvsər Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesinin yanında yolun kənarında İsrayıla vermiş, sonuncu isə həmin pulu ona çatdırmışdır. Növbəti gün isə Əliəvsər ona 500 manat məbləğində pulu “28 may” metrostansiyasının yaxınlığında yolun kənarında görüşdükləri zaman ona vermişdir. Üçüncü dəfə isə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində oturub-yeyib içərkən Əliəvsərdən 2.500 (iki min beş yüz) manat məbləğində pulu almışdır. Həmin vaxt aralarında olan söhbət zamanı Əliəvsərin qardaşı Rauf Məmmədovu da Neft Daşlarında işə düzəltməsini xahiş etmiş, o da Neft Daşlarında krançı kimi onu işə düzəldəcəyini deyib, bunun müqabilində ondan 800 manat pul istəmişdir. Təxminən 3-4 gündən sonra o, Əliəvsərə zəng edib qardaşı Rauf Məmmədovu işə düzəltmək üçün 600 (altı yüz) manat məbləğində pulu ondan almış, daha sonra isə qardaşının adına açılacaq əmək kitabçasını geri tarixə sənədləşdirmək məqsədi ilə ondan əlavə 270 manat pul istəmişdir. Lakin, Əliəvsər ona pulunun olmadığını deyib Bakı şəhəri Xətai rayonu Zığ şossesi 22 ünvanının yaxınlığında ona 200 manat pul vermiş, qalan 70 manatı isə qardaşı işə düzələn zaman verəcəyini bildirmişdir. Əliəvsərin qızı Ülkər və qardaşı Raufu işə düzəldəcəyini vəd etdiyi zaman onu inandırmaq məqsədi ilə həmin şəxslərin elektron poçt ünvanlarına “Socar” şirkətinin adından açdığı email vasitəsi ilə müxtəlif məzmunlu məktublar göndərmişdir. Əliəsvərin pulunu əvvəlcədən planlaşdırdığı kimi ələ keçirdikdən sonra həmin pulu, öz ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa, o, tanışı İsrayılın vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 da eyni üsulla aldadıb sonuncunun oğlunu “Socar” şirkətinə düzəldəcəyini vəd edib onun 13300 manat pulunu ələ keçirmişdir. Belə ki, Asiflə tanış olduqdan sonra onun oğlu Orxanı işə düzəltmək müqabilində ondan ilkin olaraq 10000 (on min) manat pul verməsini istəmişdir. Həmin pulu guya o, kadrlara verəcəyini deyib Asifi aldatmışdır. 2019-cu ilin aprel ayında “Amay” Ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs2 ona ilkin olaraq 6500 manat pul vermişdir. O, pulu götürdükdən sonra Asifə qalan pulları da çatdırmasını bildirmişdir. Asif də onunla razılaşmış və hissə-hissə ona cəmi 11500 manat pul vermişdir. Asif həmin pulu kredit götürdüyünü bildirmiş və kreditin faizini də onun ödəməsini istəmişdir. O, Asifin oğlunu işə düzəltmək üçün guya imtahandan keçməsi üçün hazırlaşmaq məqsədi ilə müəyyən sənədlər vermiş, eləcə də “Socar” şirkətinin adından müxtəlif məzmunlu mətnləri elektron poçtla ona göndərmişdir. Asifi aldadıb ələ keçirdiyi pulları da öz ehtiyacları və istirahəti üçün xərcləmişdir. Bundan başqa o, 2019-cu ilin oktyabr ayında tanışı Kamilin vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs3 işə düzəltmək bəhanəsi ilə aldatmışdır. Tanış olduqları zaman o, öyrənmişdir ki, Xaliddin ali təhsilli olmasına baxmayaraq uzun müddətdir ki, işsizdir və Dövlət Neft Şirkətində işə düzəlmək arzusundadır. O da X16 Şirkətində vakant yerlər üçün nəzərdə tutulmuş portalda qeydiyyata aldırmışdır. Xaliddinə həmin portaldan müraciətinin qeydə alınması barədə avtomatik cavab gələndə, Xaliddin ona inanmışdır. Daha sonra o, Xaliddindən, işə düzəlməsi müqabilində 5000 (beş min) manat pul istətmiş, Xaliddin ilk olaraq həmin pulun 1500 ABŞ dollarını ona “Laçın Ticarət” mərkəzinin yanında yerləşən “Paxlava” çay evində vermiş, həmin vaxt Kamil də onların yanında olmuşdur. Daha sonra Xaliddin ona H.Aslanov metrosunun yanında, Nərimanov metrosunun yanında və Nefçilər metrosunun yanında pul vermişdir. O, Xaliddindən cəmi 5000 manat pul almış, həmin pulu öz ehtiyacları və istirahəti üçün xərcləmişdir. Bundan başqa o, sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs4 800 manat pul alıb onu Rusiya Federasiyasına göndərəcəyini bildirmişdir. Belə ki, 2020-ci ilin iyul ayında Oleqlə Xətai rayonu ərazisində görüşmüş və söhbət zamanı Oleqin arvadının Rusiya Federasiyasında olduğunu, özünün də oraya getməli olduğunu lakin karantinlə əlaqədar gedə bilmədiyini öyrənmişdir. Bu zaman o, tanış transport şirkət vasitəsilə X7 göndərə biləcəyini demişdir. Orta məktəbi birlikdə oxuduqları üçün Oleq ona inanmışdır. Oleqi inandırdıqdan sonra əvvəlcə ondan 600 manat pul istəmiş, Oleq də həmin pulu ona verməyə razılaşmış, bir nəfər şəxs 400 manat pulu “Bakı” kafesinin yanından Oleqdən götürüb ona gətirmiş, ikinci dəfə isə 200 manat pulu Ukrayna dairəsindən Oleqdən götürüb ona gətirmişdir. Sonra o, Oleqə Rusiyaya getməsi üçün karantində qalmalı olduğunu, lakin onun karantində qalmaması üçün əlavə köməklik edə biləcəyini demiş, bu məqsədlə ondan əlavə olaraq 200 manat almaqla ondan ümumilikdə Rusiya Federasiyasına göndərmək adı ilə 800 manat pul almışdır. Oleqdən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır, zərərçəkən şəxslərdən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 dəymiş zərəri tam olaraq ödəmiş, həmin şəxslərin ondan şiakyət və tələbləri yoxdur, himayəsində azyaşlı övladları var. Digər zərərçəkmiş şəxslərə dəyən zərəri maddi çətinlikləri olduğundan ödəyə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs X17 İdarəsində sürücü işləyən tanışı İsrail adlı şəxsin vasitəsilə tanımışdır. Əvvəllər Samirlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, qızı Şahid2 “Socar” şirkətində kadrlar şöbəsinə işə düzəldəcəyinə inanıb 2019-cu ilin mart ayının sonlarında 3400 (üç min dörd yüz) manat məbləğində pulu hissəhissə olaraq Samirə və İsrailə vermişdir. Həmin pulun ilkin olaraq 400 (dörd yüz) manat məbləğində pulunu 2019-cu ilin mart ayının sonlarında Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesinin yanında yolun kənarında İsrailə vermişdir. Belə ki, İsrail ona zəng edib qızı Ülkəri işə düzəltməsi üçün əvvəlcə ona əmək kitabçası açılmalı olduğunu demiş və buna görə 400 manat pul verilməli olduğunu bildirmişdir. O da “Nargilə kafesinin” yaxınlığında, yolun kənarında İsrailə həmin məbləğdə pulu vermişdir. Bu vaxt orada heç kim olmamışdır. Növbəti gün o, 28 may metrostansiyasının yaxınlığında Samirlə görüşmüş və ona 500 manat məbləğində pul vermişdir. Bu zaman Samirlə orada ikisi olmuşdur. Bundan sonra o, İsrail və Samirlə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində oturub-yeyib içərkən 2500 (iki min beş yüz) manat məbləğində pulu Samirə vermişdir. Həmçinin, orada söhbət zamanı qardaşı Rauf Məmmədovu da Neft Daşlarında krançı kimi işə düzəldəcəyi barədə Samir ona vəd vermişdir. Təxminən 3-4 gündən sonra Samir ona zəng edərək qardaşı Rauf Məmmədovu işə düzəltməyi müqabilində 600 (altı yüz) manat məbləğində pul istəmişdir. O, razılaşmış və 600 manat pulu Samirin göndərdiyi, özünün isə tanımadığı taksi sürücüsünə 28 may stansiyasının yaxınlığında vermişdir. Daha sonra, Samir geri tarixlə əmək kitabçası yazılması üçün 270 manat lazım olduğunu bildirmişdir. Sonradan Samirlə yaşadığı Bakı şəhəri Xətai rayonu Zığ şossesi 22 ünvanının yaxınlığında görüşüb 200 manat pulu ona vermişdir. Hesab edir ki, İsrayıl da təqsirləndirilən şəxs olmalıdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs məktəbdə oxuduğu İsrail adlı şəxsin vasitəsilə tanımışdır. Əvvəllər Samirlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Oğlu Şahid3 "Socar" şirkətində işə düzəldəcəyini vəd edib onu inandıran Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 13300 manat pul vermişdir. Belə ki, onun oğlu Şahid3 Azərbaycan Neft Akademiyasını bitirdikdən sonra yerli şirkətlərin birində işləmiş, öz ixtisası üzrə işləmədiyindən iş yeri onu tam qane etməmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində o, təsadüfən tanışı İsraillə görüşüb söhbətləşmiş, bu zaman İsrail ona Dövlət Neft Şirkətində işləyən tanışı Samirdən bəhs etmişdir. Bu zaman oğlu Orxanı da həmin şirkətə işə düzəlməsinə köməklik göstərməsini İsraildən xahiş etmiş bir neçə gün sonra İsrail onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Aralarında olan söhbət zamanı Samir onun oğlu Şahid3 da “Socar” şirkətinə düzəldəcəyini vəd edib onu inandırmışdır. Həmçinin oğlunun başqa bir şirkətdə işlədiyini deyəndə, Samir ona oğlunu işdən çıxarmağını, əgər işlədiyini bilinərsə onu "Socarda işə götürməyəcəklərini qeyd etmişdir. Ona görə də onun oğlu Orxan öz ərizəsi ilə şirkətdən çıxmış və “Socar”a düzəlmək üçün müvafiq sənədləri Samirə təqdim etmişdir. Samir oğlu Orxanı işə düzəlmək üçün sonradan adını bildiyi Rəşad adlı şəxsə pul çatacağını bildirib ondan 15000 manat pul istəmişdir. Lakin həmin məbləğə gücünün çatmayacağını bildirdikdə, Samir pulun birinci dəfə 10000 manat kimi istəmiş, həmin pulun qarşılığında isə Orxanı Pirallahı qəsəbəsində işə düzələcəyini demişdir. Lakin sonradan Orxanı kardlar şöbəsində işə düzəldəcəyini deyib əlavə olaraq ondan pul almışdır. Bu müddət ərzində Samir guya “Socar” şirkətinin elektron poçtundan göndərirmiş kimi oğlu Orxanın elektron poçt adresinə mütəmadi olaraq elektron məktublar göndərərək müxtəlif müsabiqələrdən keçdiyini bildirməklə, özünə qarşı inam yaratmışdır. 2019-cu ilin aprel ayından iyul ayınadək olan müddətdə o, Samirə ümumilikdə 13300 manat nağd pul vermişdir. Həmin pulun 10000 manatını bankdan faizlə götürmüşdür. Bankdan götürdüyü 10000 manat kreditin faiz borcu olan 2600 manat ilə birlikdə Təqsirləndirilən şəxs ümumilikdə ona 15900 manat maddi ziyan vurmuşdur. Keçən müddət ərzində oğlu Orxanın işinin düzəlmədiyini görüb bir neçə dəfə Samirdən pulunu geri qaytarmasını istəmişdir. Lakin Samir, hər dəfə onu aldadıb işinin düzələcəyini bildirmişdir. Həmçinin düzəlmədiyi təqdirdə müəllim deyə müraciət etdiyi Rəşad Bağırovdan alıb qaytaracağını bildirmişdir. Ancaq sonradan Samirin onu yalan vəd verib inandırdığını başa düşmüş, beləcə, onun haqqında şikayət ərizəsi yazmışdır. Daha sonra ona məlum olmuşdur ki, Samir onun kimi Əliəvsər adlı şəxsi də guya qızını işə düzəldəcəyini vəd edib aldadaraq pulunu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli vaxtdır ki, tanıyır. Belə ki, o əvvəllər Samirlə birlikdə Şahdəniz yatağında işləmiş, sonradan lahiyədə işlər qurtardığı üçün Samirlə yolları ayrılmışdır. 2020-ci ilin iyul ayında təsadüfən Samirlə görüşmüşdür. Söhbət zamanı arvadının Rusiya Federasiyasında olduğunu, karantinə görə dövlət sərhədləri bağlı olduğu üçün Rusiya Federasiyasına gedə bilmədiyindən danışmışdır. Bu zaman Samir ona karantin olmasına baxmayaraq onu Rusiya Federasiyasına yol sala biləcəyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs dostu Asif adlı şəxsə məxsus transport şirkətinin olduğunu deyib, həmin şirkət vasitəsilə onu Rusiya Federasiyasına göndərəciyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Samirin göndərdiyi “Opel markalı” ** GP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə Bakı Kafesinin yanında, əvvəlcə 400 manat pul, daha sonra Ukrayna dairəsində 200 manat vermişdir. Bir müddət sonra isə Samir onun karantində yatmamağı üçün əlavə olaraq 200 manat pulunu almışdır. Ümumilikdə isə o, Samirə 800 manat pul vermişdir. Lakin keçən müddət ərzində Samirin onu aldatdığını başa düşmüş və onun dələduzluq əməllərinə görə tutulduğunu eşitmişdir. Özünün də Samir tərəfindən aldadıldığı üçün onun haqqında polisə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəməyə gəlməmiş, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Samirlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs o, tanışı Emin Quliyev vasitəsilə tanımışdır. Belə ki, Emin dostunun qaynıdır. O, bir neçə dəfə Eminlə görüşən zaman ona işə düzəlmək istədiyini bildirmişdir. 2019-cu ilin oktyabr ayında Emin ona zəng edib Xalqlar Dostluğu metrostansiyasının yanında Kamil adlı tanışı ilə görüşməyini bildirmişdir. Beləcə o, Eminin dediyi yerə gedib onun qaynı Kamillə görüşmüşdür. Həmin vaxt Kamilin yanında sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs olmuşdur. Görüş zamanı Samir də ona bir neçə yerdə vakant iş yeri olduğunu bildirmiş, həmçinin onu Dövlət Neft Şirkətinə aylıq 1200 manatlıq maaşı olan işə düzəldə biləcəyini vəd etmişdir. O, Samirin sözlərinə inanmış və həmin söhbət zamanı Samirin ona dediyi 300 manat pulu X3 adına olan kart nömrəsinə göndərməsini istəmişdir. Samir həmin şəxsin neft şirkətində işləmək üçün əvvəlcədən zəruri olan ixtisas kursunun mühasibi olduğunu bildirmişdir. O da Ak.Həsən Əliyev küçəsində yerləşən “Çinar Market”də olan “E.Manat” ödəmə terminalı vasitəsi ilə X4 məxsus “Kapital bank” plastik kart hesabına 300 manat pul göndərmişdir. İkinci dəfə o, Samirlə “Laçın Ticarət Mərkəzinin” yanında görüşmüş və əvvəlcədən ondan istədəyi məbləği yəni 1500 ABŞ dolları pulu Kamilin yanında Samirə vermişdir. Bir dəfə görüşləri zamanı Samir ona işə qəbul olmaq üçün olan sualları təqdim etmiş, həmin suallara hazırlaşıb imtahanda cavab verməyin zəruri olduğunu demişdir. O, Samirin danışıqlarına inanmış və onu işə düzəldəcəyini vəd edən həmin şəxsə ümumilikdə 5000 manat pul vermişdir. Lakin sonradan Samirin hər dəfə ona vəd verib vaxtı uzatdığını, beləcə onu aldadaraq dələduzluq etdiyini başa düşmüşdür. Ona görə də onun haqqında polisə şikayət ərizəsi yazmağı qərara almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Samir onun kimi başqa şəxsləri də işə düzəltmək vədi ilə aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hazırda X13 ASCO MMC-də sürücü işləyir. Təqsirləndirilən şəxs 15 il olar ki tanıyır, onunla yaşadığı evin yanında yerləşən çayxanada tanış olmuşlar. Əvvəllər heç bir ədavətləri və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır, onlarla da münasibətləri həmişə yaxşı olmuş, əvvəllər heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 2019-cu il tarixdə aprel ayında əvvəllər tanıdığı Əliəvsər onun oturduğu çayxanaya gəlib onunla söhbət edən zaman qızı ali təhsilli olmasına baxmayaraq rəsmi iş yerinin olmadığını demiş, o, da qızının anket məlumatlarını işlədiyi idarəyə göndərməsini istəmişdir. Bir neçə gündən sonra Əliəvsər qızına məxsus anket məlumatları gətirib ona iş yerində təqdim etmiş, o, isə kadrlara verəcəyini deyib sonra anket məlumatları kadrlara verməmişdir. O, anket məlumatları Əliəvsərdən aldıqdan təxminən bir həftə sonra həmin anket məlumatları Samirə vermişdir. Belə ki, tanışı Samirin vakant yerlər barədə məlumatı olduğu üçün həmin sənədi Samirə vermişdir. Bir neçə gündən sonra isə Əliəvsərlə Samiri tanış etmiş, Samirin Əliəvsərə kömək edə biləcəyini demişdir. Bundan sonra Samirlə Əliəvsər birbirinin telefon nömrələrini götürmüş və bundan sonra öz aralarında danışmağa başlamışlar. Bir neçə gündən sonra Əliəvsər ona zəng edib Samirin ondan 400 manat pul istədiyini demişdir. O da öz növbəsində Samirə zəng edib 400 manat pulu Əliəvsərdən nə səbəbə istədiyini soruşduqda o, pulu hansısa anlaşılmayan sənədlərə verəcəyini demişdir. Daha sonra isə Əliəvsərlə öz aralarında danışıb Samirin Əliəvsərdən 3400 manat pul aldığını öyrənmişdir. Belə ki, Əliəvsərin dediyinə görə qızını işə düzəldəcəyi adı ilə Samir ondan 3400 manat, qardaşını işə düzəldəcəyi adı ilə isə 800 manat pul almışdır. Ona məlum olmuşdur ki, Samir Ələsvəri aldadıb ona qarşı dələduzluq etmişdir. Bundan əlavə tanışı Asifi də Samirlə o tanış etmişdir. X9 Dövlət Neft Şirkətində olan vakant yerə düzəldəcəyini vəd edib ondan pul almışdır. Bildiyinə görə Asif Samirə 12500 manat pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. 2019-cu ilin aprel ayında atası Əliəvsər ona bildirmişdi ki, tanışı İsrayil və Samir adlı şəxslər onu “Socar” şirkətinin kadrlar şöbəsinə işə düzəldəcək və bunun müqabilində 4200 manat pul veriləcəkdir. Daha sonra atası Əliəvsərin həmin şəxslərə 4200 manat pul verdiyini öyrənmişdir. O, Samir adlı şəxsin işə düzəltmək üçün tələb etdiyi təhsil haqda sənədləri toplayaraq atasına təqdim etmişdir. Atası da həmin sənədləri həmin şəxslərə vermişdir. Üstündən bir ay keçdikdən sonra o, atasından işilə bağlı maraqlanmasını istəmiş, lakin atası həmin şəxslərin tez bir zamanda işin düzələcəyini vəd etdiklərini demişdir. Hətta Samir adlı şəxs onun istifadə etdiyi 050 362 58 90 saylı mobil nömrəyə öz istifadə etdiyi 055 611 99 18 saylı nömrədən zəng edərək işilə bağlı hər şeyin yaxşı olacağını və düzələciyini bildirmişdir. Ancaq aradan xeyli müddət keçdikdən sonra onlar işin düzəlməyəcəyini, Samir və İsrayil adlı şəxslərin onları aldatdığını başa düşmüşlər. Atası Əliəvsər həmin şəxslərdən verdiyi pulu geri istəsə də həmin şəxslər hər dəfə müxtəlif bəhanələr gətirərək atasının verdiyi pulu geri qaytarmaqdan boyun qaçırmışlar. Buna görə də atası Əliəvsər hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs bir müddət əvvəl işə düzəlmə məsələsi ilə bağlı tanımışdır. Əvvəllər onunla aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 2019-cu ilin aprel ayında atası Zərərçəkmiş şəxs2 tanışı İsrayıl adlı şəxsin vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs onun Dövlət Neft şirkətində işə düzəlməyi ilə bağlı danışmışdır. Samir atası Asifin etibarından istifadə edərək bu məqsədlə ümumilikdə ondan 13300 manat pul almışdır. Həmin pulun 500 manatını isə o özü şəxsən Samirə vermişdir. X19 verdiyi cəmi 13300 manat pulun 10000 manatını onlar bankdan kredit olaraq götürmüşdür. Həmin kreditin üstünə əlavə 2600 manat faiz borcu gəlmiş və onlar Təqsirləndirilən şəxs dələduzluğu nəticəsində 15900 manat maddi ziyan çəkmişlər. Təqsirləndirilən şəxs onu işə düzəltməsi adı ilə onun elektron poçtuna “Socar” şirkətinin adından müxtəlif məzmunlu məktublar göndərməsindən sonra Samirə daha çox inanmışlar. Lakin zaman keçdikcə Təqsirləndirilən şəxs atası Asifin etibarından istifadə edib dələduzluq etdiyini başa düşmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs 17 il olar ki, tanıyır, əvvəllər heç bir ədavətimiz və düşməniçiliyimiz olmamışdır. 2020-ci ilin iyun ayında qardaşı xəstələnib xəstəxanaya düşmüş, həmin vaxt Zərərçəkmiş şəxs3 da oraya gəlmiş, həmçinin Samir də qardaşının yanına gələn zaman Zərərçəkmiş şəxs3la orada görüşüb tanış olmuş, sonradan isə Kamil Xaliddini guya işə düzəldəcəyi adlı ilə ondan 5000 (beş min) manat pul almışdır. Həmçinin həmin pulları verən zaman bir dəfə Xaliddin ona zəng edib Samirin ondan pul almasını bildirmiş, həmçinin ona işinin düzələcəyini demiş, o, isə əgər işi düzələrsə elə Samirlə pul məsələsini həll etməsini demiş, lakin Samirin Xaliddini aldadacağını bilməmişdir. Belə ki, Samiri uzun müddətdir ki, tanımış, Samirin onun qohumunu aldadacağını təsəvvür etməmişdir. Samirdən heç bir pul qəbul etməmiş, Samirin dələduzluq etməsindən sonradan xəbər tutmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (i.v. 01, İ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 92-93, İ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 102, İ cild); axtarışda olan şəxsin saxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-də AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.2020-ci il tarixdən axtarışda olduğu üçün xx.xx.2020-ci il tarixdə, saat 22:30-da yeri müəyyən olunaraq saxlanılmışdır (i.v. 130, İ cild); zərərçəkmiş şəxs kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərməkmiş şəxs qismində tanınmışdır (i.v. 150, İ cild); zərərçəkmiş şəxs kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərməkmiş şəxs qismində tanınmışdır (i.v. 160, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 168-169, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-651/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 188-191, İ cild); baxış və dinləmə keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, hal şahidləri X5, X8 iştirakları ilə zərərçəkmiş şəxs Ələvsər Məmmədovun təqdim etdiyi telefon danışıqlarının əks olunduğu CD diskə və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi elektron poçt vasitəsilə göndərilmiş maillərə Xətai RPİ-nin inzibati binasında xidməti otaqda HP markalı komputer vasitəsilə baxış və dinləmə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olduğunu etiraf etmiş, poçt adresi vasitəsilə Şahid3 “Socar” şirkətinin adından mətnlər ünvanladığını təsdiq etmişdir (i.v. 192, İ cild); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir (i.v. 195-197, İ cild); doğum haqqında şəhadətnalərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 dekabr 2006-cı il təvəllüdlü Məmmədova Elmira adlı və xx xxxxxx 2012cı il təvəllüdlü Məmmədov Elşən adlı övladları vardır (i.v. 199-200, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (i.v. 298-303, İ cild); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunması nəzərə alınmış, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd olunması nəzərə alınmış, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən yazışmaların mətnləri və elektron poçtla göndərilmiş mətnlər, həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışıqlarının səs yazıları əks olunduğu CD diski iş üzrə maddi sübut hesab edilməsi və istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v. 28- 38, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 40-41, İİ cild); Zərərçəkmiş şəxs4 notariat qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Zərərçəkmiş şəxs3 notariat qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4), zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-nin 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanını olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (cinayətin çox epizodlu olması, vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və iş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-177/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-177/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver