Məhkəmə qərarları › İş №1(011)-177/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-177/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-177/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi - Nümayəndə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Saatlı rayonu, Nəsimikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Əhmədabad kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2001-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, İ.Həbibov küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1999-cu il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri 26 dekabr 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən “Al” adlı marketin qarşısına gəldikdən sonra, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 marketin yaxınlığında qalıb ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, o, qrupun digər üzvü Təqsirləndirilən şəxs3 marketin arxa hissəsində yerləşən nəfəsliyə doğru qalxıb, özündə olan vintaçan vasitəsi ilə nəfəsliyin plastik materialdan olan çərçivəsini ayırıb, nəfəslik üzərindəki şüşəni çıxarmasından sonra onunla birgə nəfəslikdən keçməklə binaya qanunsuz daxil olub, marketdən bir ədədinin qiyməti 3,60 manat olan 12 ədəd “Kent 1” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4” (boz qalın) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 11 ədəd “Sobranie” (göy nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 06 ədəd “Sobranie" (ağ nazik) markalı siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 07 ədəd “LD” (kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd “LD” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 06 ədəd “Winston” (boz kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 07 ədəd “Winston” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olmaqla 10 ədəd “Kent 8” (qalın) markalı siqareti, bir ədədinin qiyməti 0,50 manat olmaqla 26 ədəd “Dirol” markalı saqqızı, bir ədədinin qiyməti 0,70 manat olmaqla 04 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı südü, bir ədədinin qiyməti 4,90 manat olmaqla 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampunu, bir ədədinin qiyməti 1,50 manat olmaqla 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağını, 01 ədəd 4,20 manat dəyərində “XO” markalı 150 ml-lik kişi üçün spreyi, 01 ədəd 4,20 manat dəyərində “Rexona” markalı 150 ml-lik kişi üçün spreyi, bir ədədinin qiyməti 4,30 manat olmaqla 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampunu, bir kiloqramının qiyməti 10,50 manat olmaqla 5,6 kiloqram “Manqalüstü" markalı sosiska məmulatını, bir kiloqramının qiyməti 14,80 manat olmaqla 2,1 kiloqram “Snickers” markalı şokoladı, bir kiloqramının qiyməti 7,50 manat olmaqla 1,4 kiloqram “Sakura” markalı şokoladı, bir ədədinin qiyməti 2 manat olmaqla 02 ədəd “Natura” markalı 1 litrlik meyvə şirəsini, bir ədədinin qiyməti 2,80 manat olmaqla 04 ədəd “Lays” markalı çipsi məmulatını, bir ədədinin qiyməti 1,60 manat olmaqla 06 ədəd “Go” markalı içkini gizli olaraq talayıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə marketdən çıxararaq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 463,48 (dörd yüz altmış üç manat qırx səkkiz qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri 26 dekabr 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən “Al” adlı marketin qarşısına gəldikdən sonra, o və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 marketin yaxınlığında qalıb ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, Təqsirləndirilən şəxs3 marketin arxa hissəsində yerləşən nəfəsliyə doğru qalxıb, özündə olan vintaçan vasitəsi ilə nəfəsliyin plastik materialdan olan çərçivəsini ayrıb, nəfəslik üzərindəki şüşəni çıxardıqdan sonra Təqsirləndirilən şəxs1la birgə nəfəslikdən keçməklə binaya qanunsuz daxil olub, marketdən bir ədədinin qiyməti 3,60 manat olan 12 ədəd “Kent 1” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4” (boz qalın) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4" (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 11 ədəd “Sobranie” (göy nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 06 ədəd “Sobranie” (ağ nazik) markalı siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 07 ədəd “LD” (kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd “LD” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 06 ədəd “Winston” (boz kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 07 ədəd “Winston" (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olmaqla 10 ədəd “Kent 8” (qalın) markalı siqareti, bir ədədinin qiyməti 0,50 manat olmaqla 26 ədəd “Dirol” markalı saqqızı, bir ədədinin qiyməti 0,70 manat olmaqla 04 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı südü, bir ədədinin qiyməti 4,90 manat olmaqla 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampunu, bir ədədinin qiyməti 1,50 manat olmaqla 12 ədəd “Gillette Blue İİ" markalı təraş bıçağını, 01 ədəd 4,20 manat dəyərində “XO” markalı 150 ml-lik kişi üçün spreyi, 01 ədəd 4,20 manat dəyərində “Rexona" markalı 150 ml-lik kişi üçün spreyi, bir ədədinin qiyməti 4,30 manat olmaqla 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampunu, bir kiloqramının qiyməti 10,50 manat olmaqla 5,6 kiloqram “Manqalüstü” markalı sosiska məmulatını, bir kiloqramının qiyməti 14,80 manat olmaqla 2,1 kiloqram “Snickers” markalı şokoladı, bir kiloqramının qiyməti 7,50 manat olmaqla 1,4 kiloqram “Sakura” markalı şokoladı, bir ədədinin qiyməti 2 manat olmaqla 02 ədəd “Natura” markalı 1 litrlik meyvə şirəsini, bir ədədinin qiyməti 2,80 manat olmaqla 04 ədəd “Lays" markalı çipsi məmulatını, bir ədədinin qiyməti 1,60 manat olmaqla 06 ədəd “Go” markalı içkini gizli olaraq talayıb, o və Təqsirləndirilən şəxs2 köməkliyi ilə marketdən çıxararaq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 463,48 (dörd yüz altmış üç manat qırx səkkiz qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə tanışları X1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri 26 dekabr 2021ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən “Al” adlı marketin qarşısına gəldikdən sonra, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 marketin yaxınlığında qalıb ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, o, marketin arxa hissəsində yerləşən nəfəsliyə doğru qalxıb, özündə olan vintaçan vasitəsi ilə nəfəsliyin plastik materialdan olan çərçivəsini ayırıb, nəfəslik üzərindəki şüşəni çıxarmasından sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs1la birgə nəfəslikdən keçməklə binaya qanunsuz daxil olub, marketdən bir ədədinin qiyməti 3,60 manat olan 12 ədəd “Kent 1” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4” (boz qalın) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd "Kent 4” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 11 ədəd “Sobranie” (göy nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 06 ədəd “Sobranie" (ağ nazik) markalı siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 07 ədəd “LD” (kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd “LD” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 06 ədəd “Winston” (boz kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 07 ədəd “Winston” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olmaqla 10 ədəd “Kent 8” (qalın) markalı siqareti, bir ədədinin qiyməti 0,50 manat olmaqla 26 ədəd “Dirol” markalı saqqızı, bir ədədinin qiyməti 0,70 manat olmaqla 04 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı südü, bir ədədinin qiyməti 4,90 manat olmaqla 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampunu, bir ədədinin qiyməti 1,50 manat olmaqla 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağını, 01 ədəd 4,20 manat dəyərində “XO” markalı 150 ml-lik kişi üçün spreyi, 01 ədəd 4,20 manat dəyərində “Rexona” markalı 150 ml-lik kişi üçün spreyi, bir ədədinin qiyməti 4,30 manat olmaqla 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampunu, bir kiloqramının qiyməti 10,50 manat olmaqla 5,6 kiloqram “Manqalüstü” markalı sosiska məmulatını, bir kiloqramının qiyməti 14,80 manat olmaqla 2,1 kiloqram “Snickers” markalı şokoladı, bir kiloqramının qiyməti 7,50 manat olmaqla 1,4 kiloqram “Sakura” markalı şokoladı, bir ədədinin qiyməti 2 manat olmaqla 02 ədəd “Natura" markalı 1 litrlik meyvə şirəsini, bir ədədinin qiyməti 2,80 manat olmaqla 04 ədəd “Lays” markalı çipsi məmulatını, bir ədədinin qiyməti 1,60 manat olmaqla 06 ədəd “Go” markalı içkini gizli olaraq talayıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə marketdən çıxararaq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 463,48 (dörd yüz altmış üç manat qırx səkkiz qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri 26 dekabr 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən “Al” adlı marketin qarşısına gəldikdən sonra, o və qrupun digər üzvü Təqsirləndirilən şəxs4 marketin yaxınlığında qalıb ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, Təqsirləndirilən şəxs3 marketin arxa hissəsində yerləşən nəfəsliyə doğru qalxıb, özündə olan vintaçan vasitəsi ilə nəfəsliyin plastik materialdan olan çərçivəsini ayırıb, nəfəslik üzərindəki şüşəni çıxardıqdan sonra Təqsirləndirilən şəxs1la birgə nəfəslikdən keçməklə binaya qanunsuz daxil olub, marketdən bir ədədinin qiyməti 3,60 manat olan 12 ədəd “Kent 1” (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4" (boz qalın) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olan 07 ədəd “Kent 4" (nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 11 ədəd “Sobranie” (göy nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,90 manat olmaqla 06 ədəd “Sobranie" (ağ nazik) markalı siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 07 ədəd “LD” (kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd “LD” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 06 ədəd “Winston” (boz kompakt) markalı siqareti, bir ədədinin qiyməti 3,40 manat olmaqla 07 ədəd "Winston” (qara nazik) markalı siqareti, bir ədədinin qiyməti 3,60 manat olmaqla 10 ədəd “Kent 8” (qalın) markalı siqareti, bir ədədinin qiyməti 0,50 manat olmaqla 26 ədəd “Dirol” markalı saqqızı, bir ədədinin qiyməti 0,70 manat olmaqla 04 ədəd “İçimo" markalı 250 ml-lik şokoladlı südü, bir ədədinin qiyməti 4,90 manat olmaqla 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampunu, bir ədədinin qiyməti 1,50 manat olmaqla 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağını, 01 ədəd 4,20 manat dəyərində “XO” markalı 150 ml-lik kişi üçün spreyi, 01 ədəd 4,20 manat dəyərində “Rexona” markalı 150 ml-lik kişi üçün spreyi, bir ədədinin qiyməti 4,30 manat olmaqla 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampunu, bir kiloqramının qiyməti 10,50 manat olmaqla 5,6 kiloqram “Manqalüstü” markalı sosiska məmulatını, bir kiloqramının qiyməti 14,80 manat olmaqla 2,1 kiloqram “Snickers” markalı şokoladı, bir kiloqramının qiyməti 7,50 manat olmaqla 1,4 kiloqram “Sakura” markalı şokoladı, bir ədədinin qiyməti 2 manat olmaqla 02 ədəd “Natura” markalı 1 litrlik meyvə şirəsini, bir ədədinin qiyməti 2,80 manat olmaqla 04 ədəd “Lays” markalı çipsi məmulatını, bir ədədinin qiyməti 1,60 manat olmaqla 06 ədəd “Go” markalı içkini gizli olaraq talayıb, o və Təqsirləndirilən şəxs4 köməkliyi ilə marketdən çıxararaq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 463,48 (dörd yüz altmış üç manat qırx səkkiz qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailəsi anası X4, 2011-ci il təvəllüdlü qardaşı X5 ibarətdir. Ailəsinə köməklik məqsədi ilə kənddə müxtəlif əkin-biçin, məhsul toplanması ilə məşğul olub, az da olsa çörək pulu qazanmış, məktəbi bitirdikdən sonra kənddə münasib iş yeri tapa bilmədiyi üçün, kənddən çıxaraq Bakı şəhərinə gəlmiş, müxtəlif tikinti şirkətlərində fəhlə kimi və ya ayrı-ayrı şadlıq saraylarında ofisant kimi işləmişdir. “Bakı Plaza” adlı restoranda ofisiant kimi işlədiyi zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, həmin şəxslər də onun kimi rayondan Bakı şəhərinə işləmək məqsədi ilə gəldikləri üçün, onlarla birgə ünvan 3 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evini kirayələyib, birgə həmin ünvanda yaşamışlar. Elgün və Hani ilə aralarında daim yaxşı münasibətlər olmuşdur. 2021-ci ilin dekabr ayının əvvəllərində şadlıq sarayında iş olmadığı üçün, hamısı işdən çıxmış, işdən çıxdıqdan sonra dolanmaqda, habelə qarınlarını doyurmaq üçün çörək belə tapmaqda çətinlik çəkmişlər. Haninin anası xərçəng xəstəsi olduğu üçün müalicəsi üçün pula ehtiyac olmuşdur, Onlar bu məsələnin həlli ilə bağlı çox düşünsələr də, çıxış yolu tapa bilməmiş, belə olan halda, o, məcburiyyət qarşısında qalıb, çıxış yolu kimi tanışları Elgün və Haniyə hər hansı bir marketdən oğurluq etməyi təklif etmiş, onlar tərəddüd etsələr də, sonda əlacsız qaldıqlarından təklifi ilə razılaşmış, həmin ərəfədə xalası oğlu Təqsirləndirilən şəxs4 onlara qonaq gəldiyi üçün, o, oğurluq etmək barədə fikrini ona deyib, onlara köməklik göstərməsini təklif etmişdir. Elməddin bu təklif ilə razılaşmışdır. Razılaşmaya əsasən o və Hani hər marketə daxil olub, oğurluq etməli, Elgünlə Elməddin isə kənarda durub, ətrafı müşahidə etməli, kənar şəxsin gəldiyi halda onlara məlumat verməklə, oğurlanmış əmlakın mağazadan çıxarılmasında yardımçılıq etməli olmuşdur. 26 dekabr 2021-ci il tarixdə saat təxminən 03 radələrində evdən çıxıb, piyada olaraq, NZS qəsəbəsi istiqamətdə gəlmiş, “Al” adlı marketin qarşısına çatıb, marketə nəzər yetirdikdə, mağazanın arxa hissəsindəki plastik materialdan olan nəfəslikdən mağazaya daxil olmağa qərar vermişlər. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra, Hani mağazanın arxasındakı Şam ağacı vasitəsi ilə, mağazanın nəfəsliyinə doğru qalxmış, daha sonra özü ilə götürdüyü vintaçan vasitəsi ilə mağazanın plastik çərçivəsini yerindən ayırıb, pəncərə üzərindəki şüşəni çıxarmış, palanlaşdırdıqları kimi başına kalqotka, əllərinə isə əlcək taxıb mağazanın içərisinə daxil olmuş, ardınca o, həmçinin başına kalqotka geyib, əllərinə əlcək keçirməklə nəfəslikdən keçib mağazaya daxil olmuş, qısa müddət ərzində hər ikisi mağazadan bir neçə qutu müxtəlif markalı siqaretlər, bir neçə kiloqram “Manqalüstü” sosiskası, bir neçə kiloqram “Snikers”, ”Sakura" markalı şokoladları, 02 ədəd kişi üçün dezodarant, 02 ədəd şampun, 02 ədəd “Natura” adlı meyvə şirəsi, 04 ədəd “Lays” markalı çipsi, bir neçə ədəd çöplü şirə, 18 ədəd göy rəngli 500ml-lik “Bizon” markalı enerji içkisi, 06 ədəd “GO” içkisi, bir neçə ədəd “dirol” saqqızı və bir neçə ədəd “Gilet” markalı üzqırxan alətlər götürüb, bağlamalara yığmaqla həmin bağlamaları çöldə onları gözləmiş Elgün və Elməddinə ötürmüş, daha sonra isə mağazaya daxil olduqları üsulla da, mağazanı tərk etmiş, oğurluq etdikləri zaman başlarına taxdıqları kalqotka və əlcəkləri, habelə mağazaya girmək üçün istifadə etdikləri vintaçanı xatırlamadığı yerdə tullamış, ardınca birgə yaşadıqları ünvana gəlib, oğruladıqları əşyaları evdə gizlətmiş, gün ərzində həmin məhsullardan bir hissəsini istifadə etmiş, tanışları Elgün, Hani və Məhəmməd həmin gün axşam saatlarında törətdikləri oğurluqla bağlı polis əməkdaşları tərəfindən yaxalanmışlar.Evdə gizlətdikləri əşyaları polis əməkdaşlarına təqdim etmişlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, yaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Məhəmmədlə birgə kirayişin yaşayan Hani və Elgün adlı şəxslərlə tanış olmuşdur. Məhəmmədin yaşadığı evə tez tez getdiyindən tanışları Hani və Elgünün işdən çıxdıqlarını, bu səbəbdən maddi çətinlik çəkdiklərini bilmişdir. Haninin anası xərçəng xəstəsi olduğu üçün onun müalicəsinə pul lazım olmuşdur. Vəziyyətdən çıxış yolu kimi oğurluq etmək barədə qərara gəldiyini deyib, oğurluğu törətməkdə onlara yardımçılıq etməsini təklif etmişdir. 26 dekabr 2021-ci il tarixdə saat təxminən 03 radələrində evdən çıxıb piyada olaraq, NZS qəsəbəsi istiqamətdə gəlmişlər, “Al” adlı marketin qarşısına çatıb, marketə nəzər yetirmişlər. Hani mağazanın arxasındakı şam ağacı vasitəsi ilə, mağazanın nəfəsliyinə doğru qalxmış, vintaçan vasitəsi ilə mağazanın plastik çərçivəsini yerindən ayırıb, pəncərə üzərindəki şüşəni çıxarmış, planlaşdırdıqları kimi başına kalqotka, əllərinə isə əlcək taxıb mağazanın içərisinə daxil olmuş, ardınca həmçinin Məhəmməd başına kalqotka keçirib, əllərinə isə əlcək geyib nəfəslikdən keçməklə mağazaya daxil olmuş, qısa müddət ərzində onlar mağazadan bir neçə qutu müxtəlif markalı siqaretlər, bir neçə kiloqram “Manqalüstü” sosiskası, bir neçə kiloqram “Snikers”, “Sakura” markalı şokoladları, 02 ədəd kişi üçün dezodarant, 02 ədəd şampun, 02 ədəd “Natura” adlı meyvə şirəsi, 04 ədəd “Lays” markalı çipsi, bir neçə ədəd çöplü sok, 18 ədəd göy rəngli 500ml-lik “Bizon” markalı enerji içkisi, 06 ədəd "GO" içkisi, bir neçə ədəd “dirol” saqqızı və bir neçə ədəd “Gilet” markalı üzqırxan alətlər götürüb, bağlamalara yığmaqla həmin bağlamaları o və Elgünə ötürmüş, onlar da, bağlamaları kənara qoyub ətrafı müşahidə etməkdə davam etmiş, onların mağazadan çıxmasını gözləmiş, bir neçə dəqiqədən sonra Məhəmməd və Hani mağazadan çıxmış, bundan sonra onlar oğurladıqları əşyaları özləri ilə götürüb, birgə Məhəmmədin kirayə yaşadığı ünvana gəlmişlər. Həmin gün axşam saatlarında polis əməkdaşları tərəfindən yaxalanmışlar və törətdikləri əməli səmimi olaraq etiraf etmişlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını, yaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən iki ilə yaxındır ki, Bakı şəhərində yaşayır, Bakı şəhərində müxtəlif tikinti yerlərində fəhlə kimi çalışmış, 2021-ci ilin sentyabr ayında isə “Bakı Plaza” adlı restoranda ofisiant kimi işə düzəlmiş, həmin restoranda işlədiyi zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, onlarla ünsiyyəti zamanı onların da Bakıya işləmək məqsədi ilə gəldiklərini öyrənmiş, tanışlıqdan sonra maddi çətinlikləri səbəbindən birgə ev kirayələmək barədə razılığa gəlmiş, bu minvalla aylıq 150 manat olmaqla ünvan 3 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evini kirayələyib həmin ünvanda yaşamağa başlamış, həmin müddətdə Məhəmməd və Elgünlə aralarında daim yaxşı münasibətlər olmuşdur. “Bakı Plaza” restoranında ofisiant kimi işləməklə, çörək pulu qazanmış, lakin dekabr ayının əvvəllərində şadlıq sarayında iş olmadığı üçün, hamısı işdən çıxmış, işdən çıxdıqdan sonra, dolanmaqda, habelə çörək belə tapmaqda belə çətinlik çəkmişlər. X2 xərçəng xəstəliyindən “Ankologiya” Xəstəxanasında müalicə alması ilə bağlı ciddi şəkildə pula ehtiyacı olmuş, bu minvalla tanışları Elgün və Məhəmmədlə birgə evdə oturub, çörək pulu qazanmağın yolları barədə düşünmüşlər. Məhəmməd çıxış yolu kimi marketdən oğurluq etməyi təklif etmişdir.Çarəsiz vəziyyətdə olduqlarından onun təklifi ilə razılaşmışlar. Məhəmmədin xalası oğlu Təqsirləndirilən şəxs4 onlara qonaq gəldiyi üçün, Məhəmməd oğurluq etmək barədə fikrini ona deyib köməklik göstərməsini təklif etmiş, Elməddin də həmçinin pula ehtiyacı olduğunu deyib təklifi ilə razılaşmışdır. 26 dekabr 2021-ci il tarixdən saat təxminən 03 radələrində evdən çıxıb, piyada olaraq, NZS qəsəbəsi istiqamətdə gəlmiş, “Al” adlı marketin qarşısına çatıb, marketə nəzər yetirmişlər. Mağazanın arxa hissəsindəki nəfəsliyindən oraya daxil olmağı qərarlaşdırıb şam ağacı vasitəsi ilə, mağazanın nəfəsliyinə doğru qalxmış, daha sonra vintaçanla plastik çərçivənin açaraq mağazanın içərisinə daxil olmuş, ardınca həmçinin Məhəmməd mağazaya daxil olmuş, qısa müddət ərzində onlar birgə mağazadan bir neçə qutu müxtəlif markalı siqaretlər, bir neçə kiloqram “Manqalüstü” sosiskası, bir neçə kiloqram “Snikers", “Sakura” markalı şokoladları, 02 ədəd kişi üçün dezodarant, 02 ədəd şampun, 02 ədəd “Natura” adlı meyvə şirəsi, 04 ədəd “Lays” markalı çipsi, bir neçə ədəd çöplü sok, 18 ədəd göy rəngli 500 ml-lik “Bizon” markalı enerji içkisi, 06 ədəd “GO” içkisi, bir neçə ədəd “dirol” saqqızı və bir neçə ədəd “Gilet" markalı üzqırxan alətlər götürüb bağlamalara yığmaqla həmin bağlamaları şərtləşdikləri kimi Elgün və Elməddinə ötürmüş, ardınca isə Məhəmmədlə birgə mağazadan çıxmış, bundan sonra onlar oğurladıqları əşyaları özləri ilə götürüb, birgə yaşadıqları ünvana qayıtmışlar. Həmin gün axşam saatlarında yaşadıqları evin yaxınlığında olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman törətdikləri əməli səmimi olaraq etiraf etmişlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını, yaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 11 yaşınadək 1 saylı xüsusi internat məktəbində böyümüş, 11 yaşında anası X6 tərəfindən internatdan götürülmüş, bundan sonra anası ilə birgə Cəlilabad rayonu, Şorbaçı kəndində yaşamış, atasını ümumiyyətlə görməmiş və tanımamışdır. 2021-ci ilin noyabr ayında işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, “Bakı Plaza” adlı restoranda ofisiant kimi işə düzəlmiş, həmin restoranda işlədiyi zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, onlarla ünsiyyəti zamanı onların da Bakıya işləmək məqsədi ilə gəldiklərini öyrənmiş, tanışlıqdan sonra maddi çətinlikləri səbəbindən birgə ev kirayələmək barədə razılığa gəlmiş, bu minvalla aylıq 150 manat olmaqla ünvan 3 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evini kirayələyib yaşamışlar. Dekabr ayının əvvəllərində şadlıq sarayında iş olmadığı üçün, hamısı işsiz qalmışdır. Çörək pulu belə tapmaqda çətinlik çəkmişlər.Məhəmməd və Hani ilə birgə evdə oturub, çörək pulu qazanmağın yolları barədə çox düşünmüş, lakin çıxış yolu tapa bilməmiş, belə olan halda Məhəmməd çıxış yolu kimi hər hansı bir marketdən oğurluq etməyi təklif etmiş, onlar tərəddüd etsələr də, sonda əlacsız qaldıqlarından onun təklifi ilə razılaşmış, həmin ərəfədə Məhəmmədin xalası oğlu X1 onlara qonaq gəldiyi üçün, Məhəmməd oğurluq etmək barədə fikrini ona deyib, köməklik göstərməsini təklif etmiş, Elməddin də, həmçinin pula ehtiyacı olduğunu deyib, təklifi ilə razılaşmışdır. 26 dekabr 2021-ci il tarixdən saat təxminən 03 radələrində evdən çıxıb, piyada olaraq, NZS qəsəbəsi istiqamətdə “Al" adlı marketin qarşısına çatıb, marketə nəzər yetirmişlər. Hani mağazanın arxasındakı şam ağacı vasitəsi ilə mağazanın nəfəsliyinə doğru qalxmış, plastik çərçivəsini yerindən ayırıb mağazanın içərisinə daxil olmuş, ardınca Məhəmməd nəfəslikdən keçməklə mağazaya daxil olmuş, qısa müddət ərzində onlar mağazadan bir neçə qutu müxtəlif markalı siqaretlər, bir neçə kiloqram “Manqalüstü" sosiskası, bir neçə kiloqram “Snikers", "Sakura” markalı şokoladları, 02 ədəd kişi üçün dezodarant, 02 ədəd şampun, 02 ədəd “Natura” adlı meyvə şirəsi, 04 ədəd “Lays” markalı çipsi, bir neçə ədəd çöplü sok, 18 ədəd göy rəngli 500 ml-lik “Bizon” markalı enerji içkisi, 06 ədəd “GO” içkisi, bir neçə ədəd “dirol" saqqızı və bir neçə ədəd “Gilet” markalı üzqırxan alətlər götürüb, bağlamalara yığmaqla həmin bağlamaları şərtləşdikləri kimi o və Məhəmmədə ötürmüş, onlar da, bağlamaları kənara qoyub ətrafı müşahidə etməkdə davam etmiş, onların mağazadan çıxmasını gözləmiş, bir neçə dəqiqədən sonra Məhəmməd və Hani mağazadan çıxmış, bundan sonra onlar oğurladıqları əşyaları özləri ilə götürüb, birgə yaşadıqları ünvana qayıtmışlar. Həmin gün axşam saatlarında yaşadıqları evin yaxınlığında olduqları zaman polis əməkdaşları tərəfindən yaxalanmışlar. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını, yaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir, 26 dekabr 2021-ci il tarixdə saat təxminən 09 radələrində "xxxx" MMC- yə aid ünvan 2 ünvanda yerləşən mağazanın müdir müavini Şahid onunla əlaqə yaradıb, həmin gün saat 08 radələrində mağazaya gəldiyində, mağazaya naməlum şəxslərin nəfəslikdən keçmək yolu ilə daxil olub, bir neçə ərzaq və qeyri-ərzaq məhsullarını oğurlamaları barədə məlumat vermiş, eyni zamanda hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verdiyini, hazırda mağazadan oğurlanmış malların hesabatını aparıb, bununla bağlı onu məlumatlandıracağını əlavə etmiş, həmin gün günorta saatlarında Şahid təkrarən onunla əlaqə saxlayıb, hesabat nəticəsində mağazadan ümumilikdə 463 manat 48 qəpik dəyərində müxtəlif növ ərzaq və qeyri-ərzaq mallarının oğurlandığını, oğurlanmış malların siyahısı barədə, polis orqanını məlumatdırdığını demiş, baş vermiş oğurluq nəticəsində “Al Market" MMC-yə ümumilikdə 463,48 manat ziyan dəymişdir. Dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan “baxış keçirmə və götürmə haqqında” 26 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanda otaqdakı yatağın alt hissəsindən 01 sellofan bağlamanın içərisindən aşağıda sadalanan əşyaları - 08 ədəd “Kent 1” (nazik) markalı siqaret; 07 ədəd “Kent 4” (boz qalın) markalı siqaret; 04 ədəd “Kent 4” (nazik) markalı siqaret; 06 ədəd “Sobranie” (göy nazik) markalı siqaret; 06 ədəd “LD” (kompakt) markalı siqaret; 06 ədəd “LD” (qara nazik) markalı siqaret; 04 ədəd “Winston” (boz kompakt) markalı siqaret; 07 ədəd “Winston” (qara nazik) markalı siqaret; 08 ədəd “Kent 8” (qalın) markalı siqaret; 25 ədəd “Dirol” markalı saqqız; 01 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı süd; 11 ədəd “Bizon” (göy) markalı 500 ml-lik enerji içkisi; 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampun; 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağı; 01 ədəd “XO” markalı 150 ml-lik kişi üçün sprey; 01 ədəd “Rexona” markalı 150 ml-lik kişi üçün sprey; 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampun; 1,1 kq “Manqalüstü" markalı sosiska məmulatı; 0,2 kq “Snickers” markalı şokolad; 0,5 kq “Sakura” markalı şokoladı təqdim edərək, həmin əşyaları ünvan 2 ünvanda yerləşən “AL” adlı mağazadan taladığını bildirmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli 9/124 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280 manat müəyyən edilir. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 08 ədəd “Kent 1” (nazik) markalı siqaret; 07 ədəd “Kent 4” (boz qalın) markalı siqaret; 04 ədəd “Kent 4” (nazik) markalı siqaret; 06 ədəd “Sobranie” (göy nazik) markalı siqaret; 06 ədəd “LD” (kompakt) markalı siqaret; 06 ədəd “LD” (qara nazik) markalı siqaret; 04 ədəd “Winston” (boz kompakt) markalı siqaret; 07 ədəd “Winston" (qara nazik) markalı siqaret; 08 ədəd “Kent 8” (qalın) markalı siqaret; 25 ədəd “Dirol” markalı saqqız; 01 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı süd; 11 ədəd “Bizon” (göy) markalı 500ml-lik enerji içkisi; 02 ədəd “head and shoulders” markalı 200 mllik (nanəli) kişi üçün şampun; 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağı; 01 ədəd “XO” markalı 150 ml-lik kişi üçün sprey; 01 ədəd “Rexona” markalı 150 ml-lik kişi üçün sprey; 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampun; 1,1 kq “Manqalüstü" markalı sosiska məmulatı; 0,2 kq “Snickers” markalı şokolad; 0,5 kq “Sakura” markalı şokolad maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 27 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi 27 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi 27 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı tələb və şikayətləri yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət törətdiyi vaxtda yetkinlik yaşına çatmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır.Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır.Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmış 08 ədəd “Kent 1” (nazik) markalı siqaret; 07 ədəd “Kent 4” (boz qalın) markalı siqaret; 04 ədəd “Kent 4” (nazik) markalı siqaret; 06 ədəd “Sobranie” (göy nazik) markalı siqaret; 06 ədəd “LD” (kompakt) markalı siqaret; 06 ədəd “LD” (qara nazik) markalı siqaret; 04 ədəd “Winston” (boz kompakt) markalı siqaret; 07 ədəd “Winston" (qara nazik) markalı siqaret; 08 ədəd “Kent 8” (qalın) markalı siqaret; 25 ədəd “Dirol” markalı saqqız; 01 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı süd; 11 ədəd “Bizon” (göy) markalı 500ml-lik enerji içkisi; 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampun; 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağı; 01 ədəd “XO” markalı 150 ml-lik kişi üçün sprey; 01 ədəd “Rexona” markalı 150 ml-lik kişi üçün sprey; 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampun; 1,1 kq “Manqalüstü" markalı sosiska məmulatı; 0,2 kq “Snickers” markalı şokolad; 0,5 kq “Sakura” markalı şokolad hökm qanuni qüvvəsini aldıqdan sonra onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 12.50 (on iki manat əlli qəpik) manat olmaqla alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmış 08 ədəd “Kent 1” (nazik) markalı siqaret; 07 ədəd “Kent 4” (boz qalın) markalı siqaret; 04 ədəd “Kent 4” (nazik) markalı siqaret; 06 ədəd “Sobranie” (göy nazik) markalı siqaret; 06 ədəd “LD” (kompakt) markalı siqaret; 06 ədəd “LD” (qara nazik) markalı siqaret; 04 ədəd “Winston” (boz kompakt) markalı siqaret; 07 ədəd “Winston" (qara nazik) markalı siqaret; 08 ədəd “Kent 8” (qalın) markalı siqaret; 25 ədəd “Dirol” markalı saqqız; 01 ədəd “İçimo” markalı 250 ml-lik şokoladlı süd; 11 ədəd “Bizon” (göy) markalı 500ml-lik enerji içkisi; 02 ədəd “head and shoulders” markalı 200 ml-lik (nanəli) kişi üçün şampun; 12 ədəd “Gillette Blue İİ” markalı təraş bıçağı; 01 ədəd “XO” markalı 150 ml-lik kişi üçün sprey; 01 ədəd “Rexona” markalı 150 ml-lik kişi üçün sprey; 02 ədəd “Elidor” markalı 325 ml-lik qadın üçün şampun; 1,1 kq “Manqalüstü" markalı sosiska məmulatı; 0,2 kq “Snickers” markalı şokolad; 0,5 kq “Sakura” markalı şokolad hökm qanuni qüvvəsini aldıqdan sonra onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 50 (əlli) manat - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 12.50 (on iki manat əlli qəpik) manat olmaqla alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar