Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-177/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi ev 13B-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə saat 00:43-də B, C kateqoriyalı, BA seriyalı 034468 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid Əfrayıl oğluna məxsus texniki cəhətdən saz vəziyyətdə qara rəngli “KİA OPTİMA MİNİK” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektindən A.Cəlilov küçəsi istiqamətində 142 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 142 km saat sürətlə hərəkətdə etdirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 159 ünvanının qarşısından idarəetməni itirib hərəkətdə olduğu yolun sol hissəsində olan yol ayrıcı səkiyə dəyərək istiqamətini dəyişərək hərəkətdə olduğu yolun sağ hissəsində inşa edilmiş daş hasara çırpılmış nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində olan 2002-ci il təvəllüdlü X1 tağı və əsası sümüklərinin çoxsaylı sınıqları, baş beyinə qansızma, sağdan İİİ-İV-V qabırğaların, üstü çənə sümüyünün, üst kəsici dişlərin, hər iki aşağı ətrafların sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır bədən xəsarətləri, həmçinin başın küt travması nəticəsində baş beyin əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin ölümünə səbəb olaraq yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, ekspert rəyləri, videogörüntü və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,qəssablıq edərək ailəsini dolandırmışdır. X2 onun dostu olmuşdur. O, 21 yanvar 2022-ci ildə "xxxx" MMC-dən Şahid mülkiyyətində olan “KİA OPTİMA” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil götürüb dostu mərhum Zeynalabdin Hüseynovla birlikdə bir sıra işlərini yerinə yetimişdir.Uşağının hərarəti olması haqqında məlumat aldıqdan sonra təxminən saat 01 radələrində o, 8 Noyabr prospekti ilə evlərinə tərəf surətlə hərəkət etmişdir. Həmin vaxt onun yanında qabaq oturacaqda Zeynalabdin Hüseynov oturmuşdur. O, hərəkət etdiyi yolun sola döngəli olduğunu görsə də, düzgün sürət həddi seçmədiyindən yolayırıcı səkiyə dəymiş, istiqamətini dəyişərək sağ tərəfdə olan daş hasara çırpıldıqdan sonra dayanmışdır.Hüşü itmiş və ayılanda artıq xəstəxanada olmuşdur. Xəstəxanada dostu Zeynalabdin Hüseynovun aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. Ağır dərəcəli bədən xəsarətləri aldığında bir neçə ay müalicə olunmuşdur.Hazırdada səhətində aqrılar var.Qohumları tərəfindən məhrumun yas və dəfn mərasimlərinin keçirilməsinə maddi köməklik göstərilmişdir. Bundan başqa əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ondan şikayətçi olmadığını, himayəsində 4 azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi atası Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində qohumları onun telefonuna zəng edərək, Zeynalabdinin yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişlər. O, dərhal qohumlarının olduğu yerə getmiş və ona məlum olmuşdur ki, Firuz adlı dostunun idarə etdiyi maşında sərnişin qismində olarkən, daş hasara çırpılmışlar və nəticədə oğlu dünyasını dəyişmişdir. Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi Zərərçəkmiş şəxs hadisənin ehtiyatsızlıqdan olduğunu, təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayətin və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Şahid məhkəməyə teleqram göndərərək bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində bildirmişdir ki, sahibkarlıqla məşğuldur. O, Xətai rayonunda yerləşən "xxxx" MMC-də özünə məxsus avtomobillərini etibarnamə əsasında verərək bu yolla qazanc əldə edir. 21 yanvar 2022-ci il tarixdə gecə təxminən saat 01 radələrində "xxxx" MMC-dən Elşən ona zəng vuraraq ona məxsus “Kia Optima” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarədarı Xətai rayonu ərazisində 8 Noyabr prospekti 159 ünvanında yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Həmin avtomobili təxminən hadisədən 20 gün əvvəl Təqsirləndirilən şəxs adlı şəxs günü 60 manat olmaqla icarəyə görtürmüşdür. **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili “Geotek” şirkəti tərəfindən GPS xidməti ilə təchiz edilmişdir. O, hadisə vaxtına GPS vasitəsi ilə baxdıqda ona məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə saat 00:43 dəqiqədə baş vermişdir və avtomobil maneəyə çırpılan anda hərəkət surəti saatda 142 km/saat olmuşdur. O, avtomobilə baxış keçirtmiş və avtomobil tam yararsız hala düşmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində ona 18250 manat maddi ziyan dəymişdir. Onun yol nəqliyyat hadisəsini törətmiş şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 22 dekabr 2022-ci il DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:43:23-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə sol birinci zolaqla yüksək sürətdə hərəkətdə olan qara rəngli avtomobil idarə etməni itirib sağa doğru istiqamət alaraq yolun sağ kənarında olan hasara dəyərək dayanmış, avtomobillərin qəza işıqlarını yandırıb yolu saxlayıb hadisə yerinə yaxınlaşmaları müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:43:22-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 159 ünvanında hasara çırpılan qara rəngli avtomobilin idarə etdiyi “Kia Optima” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, avtomobili idarə edən şəxsin özü olmasını, hadisə zamanı avtomobildə sərnişin olan dostu X3 hadisə yerində ölməsini bildirmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 xx.xx.2022-ci il tarixli 07 saylı rəyində göstərilmişdir ki, X3 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: kəllə tağı və əsası sümüklərinin çoxsaylı sınıqları, baş-beyinə qansızma, baş-beyin əzilməsi, sağdan İİİ-İV-V qabırğaların, üst çənə sümüyünün, üst kəsici dişlərin, hər iki aşağı ətrafların sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidirlər. X3 ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. X3 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 xx.xx.2022-ci il tarixli, 136/KEŞ saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər: 3-cü dərəcəli travmatik şokla və daxili qanaxma ilə müşayiət olunan açıq kəllə-beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə payında subdural hematoma, sol orbita ətrafının əzilmiş-cırılmış yaraları və sol göz almasının posttravmatik qopması (korluq), qarnın küt travması ilə əlaqədar qaraciyərin cırılmış yarası, diafraqmanın, nazik və yoğun bağırsağın cırılmış yaraları, ikitərəfli pnevmohemotoraks, sağ baldırın əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/509 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Optima” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 142 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına olan “X19” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Kia Optima” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 18250.00 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) BDYPİ QİŞ tərəfindən AD 034468 nömrəli “B C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X12 adlı 4 azyaşlı uşağı vardır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “Kia Optima” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və Şahid təhvil verilmişdir. “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla ,yəni surət həddini aşmaqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X13 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şahid təhvil verilmiş “Kia Optima” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid verilmiş “Kia Optima” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-177/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-177/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver