Məhkəmə qərarları › İş №1(011)-177/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-177/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-177/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Alyans" Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 19 avqust 1966-cı ildə Laçın rayonu, Hacılar kəndində anadan olmuş, orta təhsilli, evli, məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 14A fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyədək sadələşdirilmiş icraatın materialına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində birlikdə yaşadıqları ünvan 3 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ona hər gün spirtli içki qəbul edərək evə sərxoş vəziyyətdə gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə sonuncunun baş və boyun nahiyələrinə vurmaqla döyərək sol almacıq nahiyəsinin hematoması, alın, hər iki yanaq, boyun nahiyələrinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 14A ünvanında ailəsi ilə birlikdə yaşayır. 04 fevral 2024-cü il tarixdə saat 20 radələrində tanışları ilə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə yaşadığı Xətai rayonu, E.Şükürlü küçəsi ev 14A ünvanına gəlmişdir. Evdə olan həyat yoldaşı İradə onun onun hər gün spirtli içki içməyi ilə bağlı ona irad bildirməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə əsanasında o bərk əsəbləşərək İradəyə yaxınlaşıb qəsdən onun baş və boyun nahiyəsinə hər iki əli ilə 4-5 dəfə zərbə vurmaqla onu döymüşdür. Mübahisə etdikləri vaxt evdə onlardan başqa heç kim yox idi. Daha sonra o, evi tərk edərək çıxıb getmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadıqları Xətai rayonu, E.Şükürlü 14A ünvanına gəlmişdir. Onun hər gün spirtli içməsi ilə bağlı ona irad bildirdikdə aralarında sözlə mübahisə yarandı. Daha sonra o əsəbləşərək onun üzərinə gələrək sağ və sol əli ilə onun baş və boyun nahiyələrinə 4-5 dəfə zərbə vurmuşdur. Başından və boynundan ağrılı xəsarət aldığı üçün dərhal polisə müraciət etmişdir. Əri Bəkirin hər gün evə sərxoş vəziyyətdə gələrək mübahisə yaratmasını qeyd etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 fevral 2024-cü il tarixli 2/6532 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun dərəcəsi yüngüldür; (i.v.7) - Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06 fevral 2024-cü il tarixli 23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-nin ərazisində yerləşən E.Şükürlü /Dənizçi/ küçəsində 14A №-li evin mənzilində qeydiyyatsız yaşayır; (i.v.24) - Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, o, həqiqətən Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-nin ərazisində yerləşən E.Şükürlü /Dənizçi/ küçəsində 14A №-li evin mənzilində qeydiyyatsız yaşayır. Onun haqqında 2 saylı MKİS-nə yazılı və şifahi şəkildə heç bir şikayət daxil olmamışdır; (i.v.25) - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində idarənin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.26) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 08 fevral 2024-cü il tarixli, 122 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 almacıq nahiyəsinin hematoması, alın, hər iki yanaq, boyun nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər; (i.v.27-28) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-xx.xx.2015-ci il tarixdə Respublika Narkoloji Mərkəzində könüllü surətdə stasionar müalicədə olmuşdur; (i.v.37) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.38) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.45) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 300.1.7, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar