Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-178/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X7, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, müdafiəçilər- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə, xx.xx.1972-ci ildə Göyçay rayonu, Bığır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, xadimə işləyən, əvvəllər məhkum olunmayan, Göyçay şəhəri, Vidadi küçəsi, ev 5də qeydiyyatda olan, lakin faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsi, ev 43, mənzil 33-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə, xx.xx.1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, lakin faktiki olaraq Lənkəran şəhəri Hirkan kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş idarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai araşdırma aparılan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan biləbilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilərək xx.xx.2019-cu il tarixdə şahid qismində və xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi və imzası ilə təsdiq etdiyi ifadələrində Zülfiyyə Babayevanın ünvan 4 ünvanında zirzəmidə yerləşən “Sultan” masaj salonunu icarəyə götürüb fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək onu fahişəliyə cəlb edib müştərilərə göstərdiyi intim xidmətdən əldə olunan gəliri aralarında bölmələrini bildirsə də, Bakı Apelyasiya Məhkəməsi tərəfindən də 1(103)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə dəyişdirilmədən qüvvədə saxlandığı Xətai Rayon Məhkəməsinin 1(011)-253/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmü ilə Zülfiyyə Babayevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum edildiyi məhkəmə baxışı zamanı xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra zərərçəkmiş şəxs qismində dindirilərkən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın cinayət məsuliyyətindən yaxa qurtarmasından ötrü həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs2 və X15 ilə qabaqcadan əlbir olmaqla bilə-bilə yalan ifadə verərək həmin masaj salonunda intim xidmət göstərilməsindən ötrü heç bir şərait yaradılmadığını, müştərilərə göstərdiyi intim xidmətdən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın xəbərinin olmadığını, sonuncu tərəfindən fahişəliyə cəlb edilmədiyini və əldə olunan gəliri aralarında bölmədiklərini bildirmişdir. X15, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş idarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai araşdırma aparılan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilərək xx.xx.2019-cu il tarixdə şahid qismində və xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi və imzası ilə təsdiq etdiyi ifadələrində Zülfiyyə Babayevanın ünvan 4 ünvanında zirzəmidə yerləşən “Sultan” masaj salonunu icarəyə götürüb fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək onu fahişəliyə cəlb edib müştərilərə göstərdiyi intim xidmətdən əldə olunan gəliri aralarında bölmələrini bildirsə də, Bakı Apelyasiya Məhkəməsi tərəfindən də 1(103)- 199/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə dəyişdirilmədən qüvvədə saxlandığı Xətai Rayon Məhkəməsinin 1(011)-253/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmü ilə Zülfiyyə Babayevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum edildiyi məhkəmə baxışı zamanı xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra zərərçəkmiş şəxs qismində dindirilərkən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın cinayət məsuliyyətindən yaxa qurtarmasından ötrü həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bilə-bilə yalan ifadə verərək həmin masaj salonunda intim xidmət göstərilməsindən ötrü heç bir şərait yaradılmadığını, müştərilərə göstərdiyi intim xidmətdən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın xəbərinin olmadığını, sonuncu tərəfindən fahişəliyə cəlb edilmədiyini və əldə olunan gəliri aralarında bölmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş idarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai araşdırma aparılan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan biləbilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilərək xx.xx.2019-cu il tarixdə şahid qismində və xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi və imzası ilə təsdiq etdiyi ifadələrində Zülfiyyə Babayevanın ünvan 4 ünvanında zirzəmidə yerləşən “Sultan” masaj salonunu icarəyə götürüb fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək onu fahişəliyə cəlb edib müştərilərə göstərdiyi intim xidmətdən əldə olunan gəliri aralarında bölmələrini bildirsə də, Bakı Apelyasiya Məhkəməsi tərəfindən də 1(103)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə dəyişdirilmədən qüvvədə saxlandığı Xətai Rayon Məhkəməsinin 1(011)253/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmü ilə Zülfiyyə Babayevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum edildiyi məhkəmə baxışı zamanı xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra zərərçəkmiş şəxs qismində dindirilərkən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın cinayət məsuliyyətindən yaxa qurtarmasından ötrü həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs1 və X15 ilə qabaqcadan əlbir olmaqla bilə-bilə yalan ifadə verərək həmin masaj salonunda intim xidmət göstərilməsindən ötrü heç bir şərait yaradılmadığını, müştərilərə göstərdiyi intim xidmətdən təqsirləndirilən şəxs Zülfiyyə Babayevanın xəbərinin olmadığını, sonuncu tərəfindən fahişəliyə cəlb edilmədiyini və əldə olunan gəliri aralarında bölmədiklərini bildirmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə Daxili İşlər Nazirliyinin İnsan X25 Baş idarəsində istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2019-cu il tarixdə, saat təxminən 18 radələrində DİN-in İnsan X25 Baş idarəsinin əməkdaşları əməliyyat yolu ilə işlədiyi ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonuna baxış keçirmişlər. Həmin vaxt orada olmuş, əməliyyatdan öncə də Bəhruz adlı müştəri fahişələr arasından onu seçib 1 nömrəli otaqda cinsi əlaqədə olan zaman polislər oraya gəlmiş və onunla müştərini yarıçılpaq şəkildə aşkar etmişlər. Zülfiyyə Babayeva da cinsi əlaqədən əvvəl müştəri ilə razılaşmaya uyğun olaraq ona verilmiş 50 manatı da həmin baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. Baxış protokolunda da həmin hadisədə iştirakını öz imzası ilə təsdiq etmişdir. Həqiqətən də həmin salonda həm masajist və həm də pul müqabilində fahişəliklə məşğul olmuşdur. Təxminən 4 ildir ki, orada masajçı kimi işləmişdir. İlk əvvəl işləyəndə oranı Əsmət Salahova və Aynur adlı qadınlar işlətmiş və bir neçə il əvvəl onlar Türkiyə Respublikasına birdəfəlik getmişlər. Əsmət və Aynur xanımın vaxtında yalnız masajist kimi işləmişdir. Həmin vaxt müştərilərlə cinsi əlaqədə olmamışdır. Buna icazə də verilmirdi. Təxminən 2019-cu ilin ortalarından başlayaraq X4 həmin salonu işlətməyə başlamış və ona orada qalıb işləməyi təklif etdiyindən işləməyə davam etmişdir. Zülfiyyə Babayevanın salonu işlətdiyi vaxtdan isə vəziyyət dəyişmişdir. Artıq qarşılıqlı razılaşmalarına görə əlavə pul qazanmaq üçün masajdan başqa intim xidmət də göstərmək üçün salonda hər bir işçiyə ayrıca otaq ayrılmışdır. Razılığa əsasən Zülfiyyə Babayeva “Sultan” masaj salonunun sahibi kimi obyektdə masaj və cinsi əlaqə üçün şərait yaratmalı, əvəzində isə müştəridən əldə ediləcək pulu aralarında bölüşdürməli idilər. Bəzən müştərilər ancaq masaj üçün salona gəlirdilər, o zaman ancaq masaj xidmətinin pulunu ödəyirdilər, əlavə olaraq cinsi əlaqədə də olmaq istəyəndə buna uyğun əlavə ödəniş olunurdu. Əksər hallarda müştərilər məhz cinsi tələbatlarını ödəmək üçün salona gəlirdilər. Orada gündəlik işləmiş, bir qayda olaraq salona müştəri daxil olanda müştərini əvvəlcə Zülfiyyə Babayeva qarşılamış, müştəri Zülfiyyə Babayevaya cinsi əlaqədə olmaq istədiyini bildirdikdən sonra aralarında ödənişin miqdarı razılaşdırılmış, müştəri ona masaj və cinsi xidmət göstərəcək qadını istəyinə uyğun seçib əli ilə göstərmiş, daha sonra həmin müştəri girəcəkdə qəbulda oturan Zülfiyyə Babayevaya müvafiq masaj və cinsi əlaqə üçün (müştəridən asılı olaraq) təxminən 40-50 manat arasında olan pul ödəmiş, bundan sonra isə müştərinin seçdiyi hər hansı qadın onunla hər bir işçi üçün ayrılmış ayrıca masaj otağında növbə ilə əvvəlcə müştərini formal masaj edib, sonra isə cinsi əlaqədə olmuşlar. Masaj və cinsi xidmətə görə ödəniləcək pul müştəridən asılı olaraq təxminən 40-50 manat arasında dəyişmişdir. Pul da miqdarından asılı olaraq təxminən 15-25 manat arası özünə, qalanı da salonun kassasına ödənilmiş, yəni həmin pul salonun sahibi Zülfiyyə Babayevaya çatmışdır. Salonda ancaq masaj xidməti göstərilsəydi müştəri həm az olar, həm də gəlir çox aşağı olardı. Ona görə Zülfiyyə Babayeva tərəfindən işçilərin fahişəlik etməyə şərait yaradılmış, bu həm Zülfiyyə Babayevaya, həm də işçilərə maddi cəhətdən sərf etmişdir. Xətai Rayon Məhkəməsində ifadə verərkən fahişəliklə məşğul olmaq üçün Zülfiyyə Babayeva tərəfindən zorla məcbur edilmədiyini, öz istəyi ilə maddi vəziyyətinin çox pis olduğu üçün müştərilərlə cinsi əlaqədə olub xidmət göstərib dolanışığını təmin etdiyini, həmçinin Zülfiyyə Babayevanın günahının olmamasını bildirmişdir. Ola bilər ki, məhkəmədə hakimin dediklərini hüquqi biliyi olmadığından səhv başa düşmüşdür. Ancaq həqiqətən də X4 ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunun sahibi olaraq işçilərə orada masaj və fahişəliklə məşğul olmaq üçün şərait yaratmış, bu xidmətin göstərilməsi üçün otaqlar ayırmış, fahişələr cinsi əlaqədə olmaq istəyən kişi müştəri ilə cinsi əlaqədə olmuş, əvəzində isə Zülfiyyə Babayeva ilə masaj və cinsi əlaqədən əldə olunan gəliri günün sonunda aralarında bölmüşdür. Babayeva Zülfiyyə barəsində aparılan araşdırma və istintaq zamanı, habelə məhkəmə baxışı zamanı ona məlum olan bütün halların düzgün danışmaq vəzifəsinin olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan qaydada bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti izah edilmiş və bu barədə xəbərdar edilməyi ilə bağlı protokollara və iltizama imza çəkərək təsdiq etmişdir. Babayeva Zülfiyyə barəsində aparılan ibtidai araşdırma və məhkəmə baxışı zamanı fərqli ifadə verməyinin səbəbini izah edərkən bildirmişdir ki, X20 Rayon Məhkəməsində cəza verilməməsini istəmişdir, çünki o maddi imkansızlıq zamanı Zülfiyyə Babayeva yaxşılıq edib ona iş vermişdir. O da Təqsirləndirilən şəxs1 və Yeganə Qəhrəmanova ilə razılaşıb eyni məzmunlu ifadə verərək Zülfiyyə Babayevaya kömək etmək istəmişdirlər. Məhkəmədə hakim Babayeva Zülfiyyənin onu fahişəliyə məcbur edib-etməməsini soruşduqda, bildirmişdir ki, Zülfiyyə Babayeva onu fahişəliyə məcbur etməyib öz istəyi ilə cinsi əlaqədə olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs olaraq Zülfiyyə Babayevadan heç bir şikayəti və ya tələbinin olmadığını, cinsi əlaqənin Z.Babayevanın məcburi göstərişi, təzyiqi ilə yox, öz istəyi ilə etməyini, onun heç bir günahının və təqsirinin olmamasını bildirmişdir. Ola bilər ki, hüquqi biliyinin az olmasından məhkəmədə ona verilən sualları doğru başa düşməmiş, çünki fahişəliyə cəlb etmək dedikdə ancaq zorla, qorxu altında edilməsini düşünüb onun şərait yaradılmamasını, Z.Babayevanın günahının olmamasını bildirmişdir. Ancaq Z.Babayevanın təklifi və razılığı ilə, habelə maddi imkanının aşağı olmasına görə məcbur olub sonuncunun sahibi olduğu “Sultan” masaj salonunda fahişəliklə məşğul olmuş və əldə olunan gəliri də yarı bölmüşdür. Z.Babayeva da buna görə işçilərə öz salonunda xüsusi otaqlar ayırmış və cinsi əlaqədən də xəbəri olmuşdur. Bəhruz adlı şəxs xx.xx.2019-cu il tarixdə Zülfiyyə Babayevaya cinsi əlaqə üçün 50 manat pul vermişdir. Məhkəmə baxışı zamanı həyəcanlı olduğu üçün və əsəb keçirdiyindən fikirlərini düzgün ifadə etməmişdir. Məhkəmədə ilk dəfə gördüyü Bəhruz adlı müştərini girişdə qarşılayıb 25 manat masaja görə aldığı pulu əvvəlcə Zülfiyyə Babayevaya, daha sonra masaj otağında masaj edərkən müştəri tərəfindən əvvəlcədən deyilmədiyi halda, sonradan sonuncunun təklifi ilə cinsi əlaqəyə görə müştəridən 20 manat pul almasını, bundan Zülfiyyə Babayevanın xəbərinin olmamasını və pulu özündə saxlamasını, nə səbəbə bütöv 50 manatlıq əskinazın maddi sübut kimi tanınmasını bilməməsini bildirmişdir. Bundan əlavə, araşdırma vaxtı Xəyyam adlı polis əməkdaşı ona sənədləri tam oxumağa imkan verməyib üstünə qışqırmış, döymək və digər fiziki zorakılıq hərəkətləri etməsə də, izahat verən vaxt xidməti otağında ikisi olan şəraitdə imza etməyəcəyi halda ailəsinin yanında biabır edəcəyi ilə hədələmiş, məcbur edib sənədlərə imza çəkdirmiş, izahatı istədiyi kimi yazdırmışdır. Həm baxış protokolunda, izahatında olan xətt və imzanı özü icra etmiş, xx.xx.2019-cu il tarixdəki ifadəsində və xx.xx.2020-ci il tarixdəki ifadəsində imzalar özünə məxsusdur. Qorxduğu üçün istintaqda və məhkəmədə bu barədə heç bir söz deməmişdir. Xəsarəti də olmadığı üçün məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir. İttiham aktında barəsində yazılanlar qismən doğrudur. Zülfiyyə Babayevanın onu fahişəliyə cəlb edib şərait yaratması ilə razı deyil, çünki fahişəliyi öz istəyi ilə etmişdir. Ona qarşı heç bir məcburiyyət də olmamışdır. Təqsirləndirilən şəxs1 da onun kimi eyni qaydada müştərini həm masaj, həm də ödəniş olduğu halda cinsi xidmət göstərmişdir. X5 hadisədən təxminən bir həftə əvvəl ora xadimə kimi işə düzəlmiş, işi mətbəxi və otaqları təmizləmək, dəsmalları və digər paltarları yumaq, yemək bişirmək və bu kimi işlər olmuşdur. Polislər hadisə vaxtı salona daxil olanda da Yeganə onlarla birlikdə orada olmuş və DİN-in İnsan X25 Baş idarəsinə gətirilmişdir. X24 nə masaj, nə də intim xidmət göstərməmişdir. Əməlindən peşmandır, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib Təqsirləndirilən şəxs2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Xətai Rayon Məhkəməsində ifadə verərkən fahişəliklə məşğul olmaq üçün Zülfiyyə Babayeva tərəfindən zorla məcbur edilmədiyini, öz istəyi ilə maddi vəziyyətinin çox pis olduğu üçün müştərilərlə cinsi əlaqədə olub xidmət göstərib dolanışığını təmin etdiyini və Zülfiyyə Babayevanın təqsirinin olmamasını bildirmişdir. Ola bilər ki, məhkəmədə hakimin dediklərini hüquqi biliyinin olmamasına görə səhv başa düşmüşdür. Ancaq həqiqətən X4 ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunun sahibi olaraq işçilərə orada masaj və fahişəliklə məşğul olmaq üçün şərait yaratmış, bu xidmətin göstərilməsi üçün hər işçiyə ayrıca otaq ayırmış, fahişələr cinsi əlaqədə olmaq istəyən kişi müştərilərlə cinsi əlaqədə olmuş, günün sonunda isə salonun sahibi Zülfiyyə Babayeva ilə masaj və cinsi əlaqədən qazandığı pulu aralarında bölmüşlər. İttiham aktında barəsində yazılanların hamısı doğru deyildir. X13 fahişəliyə cəlb etməsi ilə razı deyil, fahişəliyi könüllü öz istəyi ilə etmişdir. Heç bir zorla məcbur etmə olmamışdır. Ancaq onun fahişəliklə məşğul olmağı üçün “Sultan” masaj salonunda müvafiq otaq verməsi doğrudur və cinsi xidmət və masaj xidmətinə görə əldə edilmiş pulu məhz bu səbəbdən bir qayda olaraq aralarında bölmüşlər. Araşdırma və istintaq zamanı, habelə məhkəmə baxışı zamanı ona məlum olan bütün halların düzgün danışmaq vəzifəsinin olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan qaydada bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti izah edilmiş və bu barədə xəbərdar edilməyi ilə bağlı protokollara və iltizama imza çəkərək təsdiq etmişdir. Babayeva Zülfiyyə barəsində aparılan ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı fərqli ifadə verməyinin səbəbini izah edərkən bildirmişdir ki, Babayeva Zülfiyyəyə məhkəmədə cəza verilməsini istəməmişdir, çünki maddi imkansızlıq zamanı Z.Babayeva ona yaxşılıq edib iş vermişdir. Təqsirləndirilən şəxs2 və Yeganə Qəhrəmanova ilə bu barədə razılaşıb eyni məzmunlu ifadə verərək Zülfiyyə Babayevaya kömək etmək istəmişdirlər. Məhkəmədə zərərçəkmiş şəxs olaraq Zülfiyyə Babayevadan heç bir şikayəti və ya tələbinin olmadığını, cinsi əlaqənin Z.Babayevanın məcburi göstərişi ilə yox, öz istəyi ilə etməyini, onun heç bir günahının və təqsirinin olmamasını, ona heç bir şərait yaradılmadığını, Z.Babayeva tərəfindən cinsi əlaqədə olmaq üçün təzyiq edilmədiyini bildirmişdir. Ola bilər ki, məhkəmədə verilən sualı doğru başa düşməmiş, çünki fahişəliyə cəlb etmək dedikdə ancaq zorla qorxu altında edilməsini düşünüb onun şərait yaratmamasını və günahının olmamasını bildirmişdir. Ancaq onun təklifi və razılığı ilə, habelə maddi imkanının aşağı olmasına görə məcbur olub fahişəliklə məşğul olmuş və əldə olunan gəliri də yarı bölmüşlər. Z.Babayeva da buna görə öz salonunda xüsusi otaqlar ayırmış və cinsi əlaqədən də xəbəri olmuşdur. Bundan əlavə, araşdırma vaxtı Xəyyam adlı polis müvəkkil izahatını tam oxumağa imkan verməyib üstünə qışqırıb biabır edəcəyi ilə hədələyib, məcbur edib sənədlərə imza çəkdirib, izahatı istədiyi kimi yazdırmışdır. Əslində isə istintaq zamanı heç bir izahatdan, orada nə yazılmasından xəbəri olmamışdır. Xəyyam adlı polis əməkdaşı döymə və s. fiziki zorakılıq hərəkətləri etməmiş, yalnız izahat verən vaxt xidməti otağında ikisi olan şəraitdə imza etməyəcəyi halda ailəsinin yanında biabır edəcəyi ilə hədələmişdir. Qorxduğu üçün sənədləri oxumadan imzalamışdır. Qorxusundan istintaqda və məhkəmədə bu barədə heç bir söz deməmişdir. Xəsarəti də olmadığı üçün məhkəmətibb ekspertizasından keçməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş baxış protokolundan, izahatınızda, xx.xx.2019-cu il tarixdəki ifadəsində və xx.xx.2020-ci il tarixdəki ifadəsindəki imzalar özünə məxsus olmasını bildirib təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 da onun kimi eyni qaydada ifadəsində bildirdiyi formada müştərini həm masaj, həm də ödəniş olduğu halda cinsi xidmət göstərmişdir. X5 isə hadisədən təxminən bir həftə əvvəl ora xadimə kimi işə düzəlmiş, yemək bişirmək və təmizlik işləri olmuşdur. Yeganə Qəhrəmanova nə masaj, nə də intim xidmət göstərməmişdir. Əməlindən peşmandır, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X15 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqda və məhkəmədə fərqli ifadə vermişdir. X4 Azərbaycan Respublikasının CM-nin 243.1 və 244.1-ci maddələri ilə DİN-in İnsan X25 Baş idarəsində istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Əslində araşdırma aparılan zaman Xəyyam adlı polis əməkdaşı tərəfindən hədələrə məruz qaldığı üçün ifadələrə qol çəkmiş, sənədlərdəki imza və xətlər özünə məxsusdur. Ailə üzvlərinin xəbər tutub biabır olmaması, vaxtında evinə getmək üçün məcbur olub izahatı və digər sənədləri yazıb qol çəkmişdir. Həqiqətdə isə ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunda hadisədən bir həftə əvvəl xadimə kimi işə düzəlmiş, əsas işi masaj salonunu təmizləmək, dəsmalları yumaq və yemək bişirmək olmuşdur. Heç bir masaj və ya digər intim xidmət göstərməmişdir. xx.xx.2019-cu il tarixdə DİN-in İnsan X25 Baş idarəsinin əməkdaşları əməliyyat yolu ilə işlədiyi “Sultan” masaj salonuna baxış etmişlər. Həmin vaxt orada mətbəxdə olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 adını bilmədiyi müştəri ilə pul müqabilində cinsi əlaqədə olan zaman aşkar etmişlər və 50 manat ödəniş pulunu da Babayeva Zülfiyyə təqdim edəndən sonra maddi sübut kimi götürmüşlər. Həmin salonda yeni işlədiyindən salonun sahibi X6 Sevinc Şamil qızı və Təqsirləndirilən şəxs2 nə vaxtdan işə götürməsi, masaj və intim əlaqənin Z.Babayevanın razılığı ilə edilib-edilməməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zülfiyyə Babayeva ilə hansı qaydada razılaşıb işləməklərindən, xüsusi ayrılmış otaqlarda müştəriləri masaj edən qadınların onlarla cinsi əlaqədə olub-olmamaları, Z.Babayevanın bundan xəbərinin olub-olmaması və digər hallar barədə məlumatı olmamışdır. Çünki orda yalnız bir həftə işləmiş və işi də yalnız xadiməlik olmuşdur. İstintaq zamanı və məhkəmədə fərqli ifadə verməyini dərk edir və bilir ki, bu cür etməməli idi. İbtidai araşdırma və istintaq zamanı, habelə məhkəmə baxışı zamanı ona məlum olan bütün halların düzgün danışmaq vəzifəsinin olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan qaydada bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti izah edilmiş və bu barədə xəbərdar edilməyi ilə bağlı protokollara və iltizama imza çəkərək təsdiq etmişdir. İttiham aktında barəsində yazılanlar yalandır. Heç bir zaman orada fahişəliklə məşğul olmamış və fahişəlikdən əldə olunan gəliri də bölmək barədə heç kimlə razılığı olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid ittiham aktlarında əks olunanlar barədə isə orada çox az müddət işlədiyindən məlumatı olmamışdır. Xəyyam adlı polis əməkdaşı onun xadimə olduğu halda hədə-qorxu yolu ilə sənədlərə imza etdirib barəsində məlumatları başqa cür rəsmiləşdirmişdir. İstintaqda və məhkəmədə də hədə-qorxu gəlinməyi barədə heç bir söz deməmişdir. Zülfiyyə Babayevanın heç bir təqsirinin olmamasını düşünür və bu subyektiv fikrini məhkəmədə də bildirmişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş baxış protokolundakı, izahatınızdakı xətt və imza, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə verdiyi ifadələrindəki imzalar özünə məxsusdur. Əməlindən peşmandır, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X25 Baş idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 5 ünvanında yerləşən “Sultan” masaj salonunda əxlaqsız yuva təşkil edilməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında işlədiyi idarənin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə onun da iştirakı ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə həmin ünvana baxış olmuş və müxtəlif qadınların X3 məxsus salonda sonuncunun təşkil etdiyi xüsusi ayrılmış otaqlarda fahişəliklə məşğul olmaları və daha sonra əldə olunan gəliri bölmələri öz təsdiqini tapmışdır. Baxış zamanı müştəri X16 ilə masajist Təqsirləndirilən şəxs2 1 nömrəli otaqda yarıçılpaq vəziyyətdə cinsi əlaqədə olan zaman aşkar edilmişlər. X21 də Təqsirləndirilən şəxs2 ilə masaj və cinsi əlaqə üçün X3 50 manat verdiyini bildirmişdir. Həmin şəxslər də bunu baxış və digər protokollarda öz imzaları və xətləri ilə təsdiq etmişlər. Bu barədə işlədiyi idarədə müvafiq olaraq təhqiqat materialları toplanıb aidiyyəti üzrə istintaq aparılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. xx xxxxxxx 2019-cu ildə ünvan 5 ünvanında yerləşən “Sultan” masaj salonunda əxlaqsız yuva təşkil edilib aşkarlanması faktı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikasının CM-in 244.1-ci maddəsi ilə cinayət işi başlanmış, daha sonra əməl CM-in 243.1 və 244.1-ci maddələrinə tövsif edilərək istintaq davam etdirilmişdir. İlkin təhqiqat zamanı xx.xx.2019-cu il tarixdə tərəfindən baxış protokolu tərtib edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X15 öz izahatlarında, baxış və digər tərtib edilmiş protokollarda bu faktları bir daha bildirib öz xətt və imzaları ilə könüllü qaydada təsdiq etmişlər. Daha sonra istintaqın gedişatından xəbəri olmamışdır. Onun kiməsə zor tətbiq etməsi və ya hədələməsi barədə deyilənlər yalandır. Həmin şəxslər həmin masaj salonunda həm masaj, həm də cinsi xidmət göstərmişlər və salonun icarədarı X2 da onların fahişəliklə məşğul olub gəlir qazanmaqlarına şərait yaratdığı üçün müştəridən əldə olunan pulu da sonradan aralarında bölmüşlər. Əgər onları hansısa sənədə imza atmağa məcbur etsə idi, onlar X1 istintaqda bu barədə bildirə bilərdilər. Ona görə də deyilənlər onların məhkəmədə fərqli ifadə vermələrinə haqq qazandırmaq məqsədi daşıyır və heç bir əsası yoxdur. Onlara heç bir zaman tərəfindən hədə-qorxu, fiziki zorakılıq, təzyiq və digər yolla qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə birr daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 297.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (İ cild, i.v. 1); Cinayət işinin icraata qəbul edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (İ cild, i.v. 2); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-253/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər X7, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı fərqli ifadə verməsinin səbəbləri araşdırılması, onların hərəkətlərində bilə-bilə yalan ifadə vermə cinayətinin əlamətlərinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğa Məlumat verilməsi qərara alınmışdır (İ cild, i.v. 5-6); xx.xx.2019-cu il tarixli baxış haqqında protokolun surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in İnsan X25 Baş İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin Baş İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Həşimov X17, xx.xx.1978-ci ildə Almaniya Respublikasında anadan olmuş, Naxçıvan MR, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan X2, xx.xx.1972-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay şəhəri, Vidadi küçəsi, ev 5-də qeydiyyatda olan X7, xx.xx.1976-cı ildə Lənkəran rayonunda anadan olmuş, ünvan 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1, xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, Sabir küçəsi, ev 9-da qeydiyyatda olan X8 və mütəxəssis qismində dəvət edilmiş xx.xx.1954-cü ildə Lerik rayonunda anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 10, ev 37-də pasport qeydiyyatında olan X9 və hal şahidləri xx.xx.1994-cü ildə Ucar rayonunda anadan olmuş, Ucar rayonu, Qəzyan kəndində qeydiyyatda olan X14 və xx.xx.1995-ci il tarixdə Şuşa rayonunda anadan olmuş, Şuşa rayonu, Quşçular kəndində qeydiyyatda olan X10 iştirakları ilə məlumatın yoxlanması məqsədi ilə Bakı şəhəri Xətai rayonu G.Şıxlinski küçəsi 30 C ünvanında yerləşən “Sultan” masaj salonuna baxış keçirilmiş, hadisə yerinə baxış zamanı masaj salonunun 1 nömrəli otağında yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, göstərilən intim xidmət qarşılığında masaj salonuna ödənilən 50 manat pul aşkarlanmış, baxış zamanı foto şəkillər və 50 manat pul əskinazı qablaşdırılaraq protokola əlavə olunmuşlar. (İ cild, i.v. 7-10); Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixli izahatından görünür ki, o, Zülfiyyə Babayevanın işlətdiyi “Sultan” masaj salonunda masajist olaraq işləyir, eyni zamanda gələn müştərilərə istəklərinə uyğun intim xidmət də göstərir. Belə ki, salonda masajın qiyməti 15- 20 manat olduğu halda, intim xidmət göstəriləcəyi zaman isə müştəri göstərilən xidmət müqabilində 30-40 manat ödəniş edirmiş. Gələn müştəri masaj salonunda xidmət göstərən qızlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş edir, daha sonra isə həmin pul məbləği onlar arasında bölünürmüş (İ cild, i.v. 11-13); Təqsirləndirilən şəxs1 izahatından görünür ki, o, Zülfiyyə Babayevanın işlətdiyi “Sultan” masaj salonunda masajist olaraq işləyir, eyni zamanda gələn müştərilərlə intim əlaqədə olur. Belə ki, salonda masajın qiyməti 15-20 manat olduğu halda, intim xidmət göstərdikdə isə 30- 40 manatdır. Gələn müştəri masaj salonunda xidmət göstərən qızlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş edir, daha sonra isə həmin müştəri otaqların birində masaj olunur və cinsi əlaqədə olunur, daha sonra isə müştərinin ödədiyi həmin pul məbləği onlar arasında bölünürmüş (İ cild, i.v. 14-15); X7 izahatından görünür ki, o da Zülfiyyə Babayevanın işlətdiyi “Sultan” masaj salonunda masajist olaraq işləyir, eyni zamanda gələn müştərilərlə intim əlaqədə olur. Belə ki, salonda masajın qiyməti 15-20 manat olduğu halda, intim xidmət göstərdikdə isə 30-40 manatdır. Gələn müştəri masaj salonunda xidmət göstərən qızlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş edir, daha sonra isə həmin müştəri otaqların birində masaj olunur və cinsi əlaqədə olunur, daha sonra isə müştərinin ödədiyi həmin pul məbləği onlar arasında bölünürmüş (İ cild, i.v. 16-19); Şahidin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şahid qismində dindirilmişdir. O, şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında da o, ünvan 7 ünvanında yerəşən, sözügüdən masaj salonunda masajist işlədiyini, ondan əlavə həmin salonda Yeganə Qəhrəmanovanın və Təqsirləndirilən şəxs1 da masajist işlədiyini, masaj salonunu əvvəllər Əsmət Salahovanın icarə əsasında işlətdiyini, lakin onun salonu işlətdiyi zaman fahişəliklə məşğul olmağa icazə vermədiyini, daha sonra isə salonu Zülfiyyə Babayevanın icarə əsasında işlətməyə başladığını, Zülfiyyə Babayevanın onların salonda fahişəliklə məşğul olmalarına şərait yarada biləcəyini, Z.Babayeva ilə olan razılaşmaları əsasında masajdan əlavə onun, Sevinc və Yeganənin salonda intim xidmətlər göstərməyə başladığını, masaj salonunda masaj xidməti göstərdikdə 15-20 manat, eyni vaxtda intim xidmət göstərdikdə isə 30-40 manat pul alındığını, müştərinin salonda fəaliyyət göstərən xanımlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş etdiyini, bundan sonra otaqların birində müştərinin masaj olunduğunu, istədiyi təqdirdə isə onunla cinsi əlaqədə olduqlarını, günün sonunda isə müştərinin Zülfiyyəyə ödədiyi puldan 20-25 manat məbləğində pulun ona çatdığını, qalan pulun isə Zülfiyyənin orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığından özünə götürdüyünü bildirmişdir (İ cild, i.v. 20-24); Şahidin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X4 şahid qismində dindirilmişdir. O, şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında da o, salonun Məqsəd adlı şəxsə məxsus olduğunu, həmin salonu sonuncudan aralarında olan şifahi razılıq əsasında götürüb işlətdiyini, masaj salonuna görə Məqsədə 600 manat pul verdiyini, həmin pulu verə bilməsi üçün Məqsədə orada fəaliyyət göstərən qadınların fahişəliklə məşğul olmalarına şərait yaratmasına icazə verməsini xahiş etdiyini, Məqsədin onunla razılaşdığını, xx xxxxxxxx 2019-cu il tarixdən etibarən salonu işlətməyə başladığını, salonda işləyən masajist qadınlara intim münasibət qarşılığında əlavə pul alacaqlarını təklif etmiş, masaj salonunda müştərilərə masaj xidməti göstərməklə yanaşı pul qarşılığında müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaratdığını, müştərilərin hər birinin ödənişi ona etdiyini, müştərilərin ödədiyi pulun işin sonunda masaj edən qadınlarla yarı böldüyünü bildirmişdir ( İ cild, i.v. 25-29); xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Babayeva Zülfiyyə ilə Babayev Məqsəd arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Məqsəd Babayev salonda qadınların fahişəliklə məşğul olmasından onun xəbərinin olmamamasını, Zülfiyyəyə salonu necə istəyir elə işlədə biləcəyini deməmiş, bu barədə ümumiyyətlə onunla Zülfiyyə arasında danışıq olmadığını bildirmiş, Zülfiyyə Babayeva isə üzləşdirmə istintaq hərəkəti zamanı Məqsədə salonda masaj fəaliyyəti ilə məşğul olan qadınların salona gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağını birbaşa demədiyini, lakin Məqsədlə aralarında 2019-cu ilin sentyabr ayının sonlarında olan telefon danışığı zamanı Məqsəddən salonu istədiyi kimi işlədə biləcəyini soruşduğunu, Məqsəd isə cavabında salonu istədiyi kimi işlədə biləcəyini dediyini bildirmişdir (İ cild, i.v. 30-34); Şahidin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şahid qismində dindirilmişdir. O, şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında da o, ünvan 7 ünvanında yerəşən, sözügüdən masaj salonunda Yeganə Qəhrəmanova və Təqsirləndirilən şəxs2 ilə masajist işlədiyini, masaj salonunu əvvəllər Əsmət Salahovanın icarə əsasında işlətdiyini, lakin onun salonu işlətdiyi zaman fahişəliklə məşğul olmağa icazə vermədiyini, daha sonra isə salonu Zülfiyyə Babayevanın icarə əsasında işlətməyə başladığını, Zülfiyyə Babayevanın onların salonda fahişəliklə məşğul olmalarına şərait yarada biləcəyini, Z.Babayeva ilə olan razılaşmaları əsasında masajdan əlavə onun və digərlərinin salonda intim xidmətlər göstərməyə başladığını, masaj salonunda masaj xidməti göstərdikdə 15-20 manat, eyni vaxtda intim xidmət göstərdikdə isə 30-40 manat pul alındığını, müştərinin salonda fəaliyyət göstərən xanımlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş etdiyini, bundan sonra otaqların birində müştərinin masaj olunduğunu, istədiyi təqdirdə isə onunla cinsi əlaqədə olduqlarını, günün sonunda isə müştərinin Zülfiyyəyə ödədiyi puldan 20-25 manat məbləğində pulun ona çatdığını, qalan pulun isə Zülfiyyənin orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığından özünə götürdüyünü bildirmişdir (İ cild, i.v. 35-39); Şahidin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X15 şahid qismində dindirilmişdir. O, şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında da o, sözü gedən masaj salonunda masajist işlədiyini qeyd edərək, digərləri ilə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə oxşar məzmunlu ifadə verərək qeyd edilənləri təsdiq etmişdir (İ cild, i.v. 40-43); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 mənəvi ziyan dəydiyi üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 44); Zərərçəkmiş şəxsi dindirmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs qismində dindirilmiş, zərərçəkmiş şəxs qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-nin 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında o, şahid qismində dindirildiyi xx.xx.2019-cu il tarixdə verdiyi izahatı ilə oxşar məzmunlu izahat verərək ünvan 7 ünvanında yerləşən Sultan masaj salonunda masajist işlədiyini, ondan əlavə həmin salonda Yeganə Qəhrəmanovanın və Təqsirləndirilən şəxs1 da masajist işlədiyini, masaj salonunu əvvəllər Əsmət Salahovanın icarə əsasında işlətdiyini, lakin onun salonu işlətdiyi zaman fahişəliklə məşğul olmağa icazə vermədiyini, daha sonra isə salonu Zülfiyyə Babayevanın icarə əsasında işlətməyə başladığını, Zülfiyyə Babayevanın onların salonda fahişəliklə məşğul olmalarına şərait yarada biləcəyini, Z.Babayeva ilə olan razılaşmaları əsasında masajdan əlavə onun, Sevinc və Yeganənin salonda intim xidmətlər göstərməyə başladığını, masaj salonunda masaj xidməti göstərdikdə 15-20 manat, eyni vaxtda intim xidmət göstərdikdə isə 30-40 manat pul alındığını, müştərinin salonda fəaliyyət göstərən xanımlardan birini seçdikdən sonra salonu işlədən Zülfiyyə Babayevaya ödəniş etdiyini, bundan sonra otaqların birində müştərinin masaj olunduğunu, istədiyi təqdirdə isə onunla cinsi əlaqədə olduqlarını, günün sonunda isə müştərinin Zülfiyyəyə ödədiyi puldan 20-25 manat məbləğində pulun ona çatdığını, qalan pulun isə Zülfiyyənin orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığından özünə götürdüyünü, xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində həmin masaj salonunda adının bəhruz olması ona sonradan məlum olan şəxsin gələrək onların oturduqları otaqdan onu seçdiyini, Zülfiyyə Babayevaya ödəniş etdikdən sonra birinci masaj otağına keçdiklərini, Zülfiyyəyə verilən pul məbləğindən Bəhruzun onunla cinsi əlaqədə olmaq istədiyini anladığını, masaj otağına keçdikdən sonra Bəhruzu masaj etdiyini, bir müddətdən sonra Bəhruzla cinsi əlaqədə olmağa başladıqlarını, bu zaman mülki geyimdə olan şəxslərin masaj otağına daxil olaraq onları cinsi əlaqədə olduqları zaman aşkar etdiklərini, özlərini İnsan X25 Baş İdarəsinin əməkdaşı kimi təqdim edib vəsiqələrini təqdim etdiklərini, sorğu zamanı Bəhruzun cinsi əlaqədə olmaq üçün gəldiyini və bu səbəblə Zülfiyyə Babayevaya 50 manat pul verdiyini, sorğu zamanı isə özünün olanları etiraf edərək salonda fahişəliklə məşğul olduğunu, salonda müştəri ilə cinsi əlaqədə olmaq üçün Z.Babayeva tərəfindən şərait yaradıldığını bildirmişdir (İ cild, i.v. 48-51); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X11 mənəvi ziyan dəydiyi üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 52); Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, X15 zərərçəkmiş şəxs qismində dindirilmiş, zərərçəkmiş şəxs qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında o, şahid qismində dindirildiyi xx.xx.2019-cu il tarixdə verdiyi izahatı ilə oxşar məzmunlu izahat verərək o, sözü gedən masaj salonunda masajist işlədiyini, salonda ondan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da masajist işlədiyini, 2019-cu ilin ortalarına kimi salonu Əsmət Salahivanın işlətdiyini, daha sonra Zülfiyyə Babayevanın işlətməyə başladığını, Z.Babayeva ilə aralarında olan razılaşmaya görə masajdan əlavə o, Təqsirləndirilən şəxs2 və Sevincin həmin masaj salonunda intim xidmətlər göstərməyə başladığını, masaj xidməti göstərdikdə 15-20 manat, eyni zamanda intim xidmət göstərildikdə isə 30-40 manat pul alındığını, müştərinin seçim etdikdən sonra Zülfiyyə Babayevaya pul ödədiyini, sonra otaqların birində müştərini masaj etdiyini , müştəri cinsi əlaqədə olmaq istədikdə isə onunla cinsi əlaqədə olduqlarını, sonda isə müştərinin ödədiyi puldan 20-25 manatın ona çatdığını, qalan pulun isə Zülfiyyəyə çatdığını bildirmişdir (İ cild, i.v. 55-58); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 mənəvi ziyan dəydiyinə görə, o, zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v.59); Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs qismində dindirilmiş, zərərçəkmiş şəxs qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-in 298-ci maddələrinin məsuliyyəti haqqında xəbərdar edilmiş, daha sonra izahatı alınmışdır. Həmin izahatında o, şahid qismində dindirildiyi xx.xx.2019-cu il tarixdə verdiyi izahatı ilə oxşar məzmunlu izahat verərə sözü gedən salonda masajist işlədiyini, Z.Babayevanın onların fahişəliklə məşğul olabilmələri üçün şərait yaratdığını, gələn müştəridən masaj xidmətinə görə 15-20 manat pul aldıqlarını, lakin müştəri onlarla intim əlaqədə olmaq istəyən vaxt isə 30-40 manat ödəniş etdiyini, masaj salonuna gələn müştərinin otaqdan hər hansı bir qadını seçdikdən sonra salonu işlədən Z.Babayevaya yaxınlaşaraq ödəniş etdiyini, sonra otaqların birində həmin müştərini masaj etdiklərini, istədikdə cinsi əlaqədə olduqlarını, tək masaj etdikdə 15-20 manat, cinsi əlaqədə olduqda isə 30-40 manat pul aldıqlarını, işin sonunda müştərinin ödədiyi puldan 20-25 manat məbləğində pul müştəri ilə cinsi əlaqədə olmağa görə onlarda qaldığını, qalanı isə salonda fahişəliklə məşğul olmağa şərait yaratdığı üçün özünə götürdüyünü bildirmişdir (İ cild, i.v. 63-66); Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinə tövsif edilməklə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmçinin əməliyyat zamanı Zülfiyyə Babayevadan aşkar edilərək götürülmüş 50 (əlli) manat nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün depozit hesaba keçirilmişdir ( İ cild, i.v. 67-80); Təqsirləndirilən şəxs2 Xətai rayon prokurorluğunda xx xxxxxx 2020-ci il tarixdə verdiyi izahatından görünür ki, X4 Azərbaycan Respublikasının CM-nin 243.1 və 244.1-ci maddələri ilə DİN-in İnsan X25 Baş idarəsində istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2019-cu il tarixdə DİN-in İnsan X25 Baş idarəsinin əməkdaşları əməliyyat yolu ilə sonuncunun işlədiyi ünvan 8 ünvanında yerləşən “Sultan” masaj salonunda baxış etmişlər. O da həmin vaxt orda olmuş, Bəhruz adlı şəxslə cinsi əlaqədə olan zaman polislər oraya gəlmiş və fahişəlik zamanı verilmiş 50 manatı da istintaqa təqdim etmişdir. Baxış protokolunda da bunu imzası ilə təsdiq etmiş, hadisədən əvvəl həmin Bəhruz adlı şəxsdən 25 manatı masaj xidməti göstərmək üçün alıb Zülfiyyə Babayevaya vermişdir. Masaj vaxtı isə müştəri ona cinsi əlaqədə olmaq istəmişdir. İntim xidmətdən olacaq 50 manat xeyri isə Zülfiyyə Babayevaya deməmiş, onun xəbəri olmamış, həmin pul da onun özünə çatmalı idi. O, həqiqətən də həmin salonda həm masajist, həm də pul müqabilində fahişəliklə məşğul olmuşdur. O, təxminən 4 ildir ki, orada işləmiş, ilk əvvəl o orada işləyəndə Aynur və Əsmət adlı qadınlar işlətmiş və bir neçə il əvvəl onlar Türkiyə Respublikasına birdəfəlik getmişlər. Əsmət və Aynur xanımın vaxtında o yalnız masajist kimi işləmiş, həmin vaxt müştərilərlə cinsi əlaqədə olmamışdır. Buna icazə də verilməmişdir. Təxminən 2019-cu ilin ortalarından başlayaraq X4 onun işlətdiyi salonu işlətməyə başlanışdır. O, ona orda qalıb işləməyi təklif etmiş və o da işləməyə davam etmişdir. Onun masaj salonunu işlətdiyi dövrdə ilk əvvəl müştərilərdən masaj xidmətinin qarşılığı olan 20,25 və ya 30 manat məbləğində pulu Zülfiyyə birbaşa özü alırdı.Həmin puldan 5 manat hər müştəriyə görə masajistə özü tərəfindən verilirdi. Daha sonra isə masajist kimi masaj etdikdən sonra masajdan əlavə müştəri ilə intim əlaqədə olurdusa bunun qarşılığında müştəridən asılı olaraq 20,25 və ya 30 manat əlavə pulu da xidmət haqqı kimi özünə götürmüşdür. İntim münasibətdən əldə etdiyi puldan Z.Babayevaya heç bir ödəniş etmirdi. İntim münasibət birbaşa olaraq onun istəyindən asılı olurdu və bunun üçün Z.Babayevaya məlumat vermək lazım olmurdu. Zülfiyyə Babayeva tərəfindən ona intim münasibət üçün heç bir şərait yaradılmamış, maddi imkansızlıqdan masajdan gələn 5 manat az olduğu üçün əlavə olaraq müştəri ilə cinsi əlaqədə olub ödəniş alıb ailəsinə baxırdı. Bu barədə Z.Babayevaya deməmiş və ödəniş də özünə qalırdı. Məhkəmədə o zərərçəkmiş şəxs olaraq Z.Babayevadan heç bir şikayət və tələbinin olmadığını, cinsi əlaqənin Z.Babayevanın məcburi göstərişi ilə yox, öz istəyi ilə etməyini, onun heç bir günahının olmamasını, ona Z.Babayeva tərəfindən cinsi əlaqədə olmaq üçün təzyiq edilmədiyini, ona bunun üçün xüsusi şərait yaradılmadığını bildirmişdir. Xətai Rayon Məhkəməsində hakim nə üçün ibtidai istintaqda verdiyi ifadədən fərqli ifadə verməyini soruşduqda o, cinayət işinin istintaqının aparıldığı DİN-in İnsan X25 Baş idarəsində onun orda məcburi olaraq izahatının alınmasını, sənədlərə imzalar çəkilməsini bildirmişdir. O, əslində həqiqətən istintaq aparılan idarədə qorxusundan ifadələrə qol çəkdiyini, sənədlərdəki imza və xətlərin ona məxsus olduğunu bildirmiş, sadəcə orada Xəyyam adlı əməliyyat müvəkkili izahat və ifadə verdiyi vaxtlarda istintaqı getdiyi inzibati binada öz xidməti otağında ikilikdə olan şəraitdə üstünə qışqıb onu hədələdiyi üçün qol çəkməsə pis olacağını, hamıya bu barədə məlumat verəcəyini söylədiyi üçün qorxduğunu və ailəsində, cəmiyyət arasında biabır olmamaq üçün buraxılıb tez evinə getmək üçün məcbur olub ifadələrə və digər sənədlərə qol çəkdiyini, ziddiyyətin buradan yarandığını, əslində məhkəmədə həqiqəti dediyini bildirmişdir. Əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında onun barəsində yazılanlar yalandır, onu Zülfiyyə Babayevanın fəhişəliyə cəlb etməsi ilə razı deyil, çünki Zülfiyyə Babayeva masaj xidmətinə görə müştəridən aldığı puldan 5 manat ona verirdi. Əgər müştəri ilə öz otağında cinsi əlaqədə olurdusa bu onun istəyi ilə olmuş, həmin puldan Z.Babayevaya heç bir məbləğdə pul vermirdi (İ cild, i.v. 86-88); X7 Xətai rayon prokurorluğunda xx xxxxxx 2020-ci il tarixdə verdiyi izahatından görünür ki, X4 Azərbaycan Respublikasının CM-in 243.1 və 244.1-ci maddələri ilə DİN-in İnsan X25 Baş idarəsində istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. O, əslində həqiqətən araşdırma aparılan idarədə qorxusundan ifadələrə qol çəkdiyini, sənədlərdəki imza və xətlərin ona məxsus olduğunu, sadəcə orada Xəyyam adlı əməliyyat müvəkkili onu hədələdiyi üçün qorxduğunu, ailə üzvlərinin arasında biabır olmamaq üçün buraxılıb tez evinə getmək üçün məcbur olub izahata və digər sənədləri yazıb qol çəkdiyini, həqiqətdə isə o, ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunda hadisədən bir həftə əvvəl xadimə kimi işə düzəldiyini və 3 dəfə orada təmizliklə məşğul olduğunu, işinin masaj salonunu təmizləmək, dəsmalları yumaq və yemək bişirmək olduğunu, onun heç bir masaj və ya digər intim xidmət göstərmək vəzifəsi olmadığını, bunu orada işləyən hər kəsin təsdiqləyəcəyini, xx.xx.2019-cu il tarixdə DİN-in İnsan X25 Baş idarəsinin əməkdaşları əməliyyat yolu ilə onun işlədiyi ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunda baxış etdikdə onun da həmin vaxt orada mətbəxdə olduğunu və əlində kanalizasiya borusunu təmizlədiyini, polis əməkdaşları Təqsirləndirilən şəxs2 adını bilmədiyi müştəri ilə pul müqabilində cinsi əlaqədə olan zaman aşkar etdiklərini və 50 manat ödəniş pulunu da Babayeva Zülfiyyə təqdim edəndən sonra maddi sübut kimi götürdüklərini, o, əlacsızlıqdan, maddi imkanının həddən artıq pis olmasına görə ailəsini dolandırmaq üçün iş tapdıqca xadimə-təmizlikçi kimi işlədiyini bildirmişdir. O, orada yeni işlədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zülfiyyə Babayeva ilə hansı qaydada işləməyə razılaşmalarından xəbəri olmamışdır. O, müştəriləri masaj edənlərin içəridə cinsi əlaqədə olub-olmamaları, habelə bununla bağlı Zülfiyyə Babayeva ilə hansı qaydada razılaşmalarından xəbəri olmamışdır. Çünki o orda yalnız bir həftə işləmiş, həftənin də yalnız 3 günü işdə olmuş və işi də yalnız xadiməlik olmuşdur. Hətta işlədiyi günlərin pulunu da həmin vaxtadək ala bilməmişdir. Bir daha bildirir ki, o, hadisədən bir həftə əvvəl işə düzəlib yalnız 3 dəfə orada xadimə kimi işlədiyindən onun salonun sahibi X6 Sevinc Şamil qızı və Təqsirləndirilən şəxs2 nə vaxtdan işə götürməsi, onların fahişəlik edib-etməməsi, hansı şərtlərlə ona ödənişlərin etməsi və digər hallar barədə xəbərinin olmadığını qeyd etmişdir. Əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, o araşdırma və istintaq zamanı, habelə məhkəmə baxışı zamanı ona məlum olan bütün halların düzgün danışmaq vəzifəsi olmasından, bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşımasından məlumatlı olmuş, bu barədə xəbərdar edilməyi ilə bağlı protokollara və iltizama qol çəkmişdir. Onu ilkin araşdırma zamanı Xəyyam adlı əməliyyat müvəkkili DİN-in İnsan X25 idarəsində hədə-qorxu gələrək sənədlərə imza etdirmiş, əslində isə hadisə bu cür olmamışdır. O heç bir zaman fahişəliklə məşğul olmamış, xadimə olduğu halda onu yalandan sənədlərə imza etdirib barəsində məlumat başqa cür rəsmiləşdirilmişdir. O, imza etmişdir ona görə ki, tez oradan çıxıb getsin. İstintaqda və məhkəmədə də hədə-qorxu gəlinməyi barədə qorxusundan heç bir söz deməmişdir. Məhkəmə ancaq ifadələrin doğru yazılmamasını və özü haqqında yalnız həqiqəti bildirdiyini, istintaq ilə məhkəmədəki ziddiyyətin də izahının bu olmasını qeyd etmişdir. O, düşünür ki, Zülfiyyə Babayevanın heç bir təqsiri yoxdur. Ancaq bu onun subyektiv şəxsi fikri olmuşdur. Çünki orada yeni olduğundan dəqiq olaraq masajistlərin və oranı işlədənin hansı qaydalarla işləmələri, masaj yoxsa intim əlaqənin Z.Babayevanın razılığı ilə edilib-edilməməsi barədə məlumatı olmamışdır (İ cild, i.v. 91- 93); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-253/2020 saylı cinayət işinin xx xxxxxx 2020-ci il tarixli iclas protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, təxminən dörd il müddətində ünvan 9 ünvanında yerləşən «Sultan» Masaj salonunda masajçı kimi işləmişdir. 2019-cu ilin sentyabr ayının ortalarına kimi masaj salonunu Əsmət Salahova icarə əsasında işlətmiş, bundan sonra salonu Zülfiyyə Babayeva işlətməyə başladı. Masaj salonunda müştərilər masaj olunmaq üçün vahid məbləğ olmamış, müştəridən aslı olaraq 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat qarşılığnda xidmət göstərirdilər. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən əvvəllər tanımadığı sonradan adının Bəhruz olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq masaj olunmaq istədiyini bildirdi, o masaj xidmətinin ödənişi olan 30 (otuz) manat pulu Bəhruzdan alaraq Zülfiyyə Babayevaya verdikdən sonra salonun otaqlarından birinə keçdilər, iş materiallarında maddi sübut kimi tanınan və Bəhruzun onunla intim münasibətdə olması üçün Zülfiyyə Babayevaya verildiyi qeyd olunan 50 (əlli) manatlıq əskinazın hansı səbəbdən bir ədəd 50 (əlli) manatlıq əskinaz olmasının səbəbini bilmir, o Zülfiyyəyə yalnız masaj xidmətinin qarşılığı kimi 25 (iyirmi beş) manat vermişdir. Otaqda olarkən Bəhruz bunu ona intim münasibətdə olmaq istədiyini bildirdi, maddi imkanımpis olduğundan, o, sonuncunun bu təklifi ilə razılaşdı. O, Bəhruzdan intim münasibət qarşılığında əlavə olaraq 20 (iyirmi) manat pul alaraq özündə saxladı, intim münasibətdən Babayeva Zülfiyyənin xəbəri olmamaqla yanaşı onun Bəhruzdan aldığı puldan heç bir məbləğ Babayeva Zülfiyyəyə çatmayıb. O həmin pulu intim münasibətdən sonra özündə saxlamaq fikrində idi. Onlar cinsi əlaqədə olduğu vaxt mülki geyimdə olan şəxslər masaj otağına daxil olaraq onların cinsi əlaqədə olduqlarını aşkar etdilər. Bundan sonra özlərini İnsan X25 Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları polis idarəsinə dəvət etdilər (İ cild, i.v. 111-121); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-253/2020 saylı cinayət işinin xx xxxxxx 2020-ci il tarixli iclas protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, təxminən beş il müddətində ünvan 9 ünvanında yerləşən «Sultan» Masaj salonunda masajçı kimi işləmişdir. 2019-cu ilin sentyabr ayının ortalarına kimi masaj salonunu Əsmət Salahova icarə əsasında işlətmiş, bundan sonra Zülfiyyə Babayeva masaj salonunu icarəyə götürdü və ona orada qalaraq işləməyi təklif etdi, o, sonuncunun təklifi ilə razılaşaraq işləməyə davam etdi. Masaj salonuna gələn müştərilərdən masaj xidmətinin qarşılığı olan 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat məbləğində pulu alaraq Zülfiyyə Babayevaya verirdi, masaj otağında müştərini masaj etdikdən sonra intim münasibətdə olduğu təqdirdə bunun qarşılığında da əlavə olaraq 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat alırdı və həmin pulları özünə götürürdü. İntim münasibətdən əldə etdiyi pullardan heç bir məbləğ Zülfiyyə Babayevaya verməmişdir, müştərilərlə müəyyən məbləğ qarşılığında intim münasibətdə olmağından sonuncunun xəbəri olmayıb. Sonuncu tərəfindən ona intim münasibətdə olmağı üçün şərait yaradılmamış, maddi imkanı zəif olduğundan bu əməlləri törətmişdir. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən mülki geyimdə olan şəxslər masaj salonuna daxil olaraq özlərini İnsan X25 Baş İdarəsinin əməkdaşı kimi təqdim etdilər. Polis əmədaşları otaqlara baxış keçirən zaman Təqsirləndirilən şəxs2 bir nəfər müştəri ilə cinsi əlaqədə olduğunu müəyyən etdilər. Bundan sonra onları polis idarəsinə dəvət etdilər (İ cild, i.v. 111-121); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-253/2020 saylı cinayət işinin xx xxxxxxxx 2020-ci il tarixli iclas protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, təxminən bir həftə əvvəl iş axtararkən iş elanlarından ünvan 9 ünvanında yerləşən «Sultan» masaj salonunda masajçı işinin olduğunu oxumuş, masaj salonuna gedərək işləmək istədiyini bildirmiş, masaj salonunun sahibi olduğunu bildirən Zülfiyyə Babayeva ilə razılaşaraq işə başlanışdır. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən mülki geyimdə olan şəxslər masaj salonuna daxil olaraq özlərini İnsan X25 Baş İdarəsinin əməkdaşı kimi təqdim etdilər. Polis əmədaşları otaqlara baxış keçirən zaman Təqsirləndirilən şəxs2 bir nəfər müştəri ilə cinsi əlaqədə olduğunu müəyyən etdilər. Bundan sonra onları polis idarəsinə dəvət etdilər, ibtidai istintaq zamanı müştərilər ilə masaj salonunda intim münasibətdə olmaqları üçün Zülfiyyə Babayevanın ona və digər zərərçəkmiş şəxslərə şərait yaratdığını, intim münasibətdən əldə etdikləri gəlirdən orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə Zülfiyyə Babayevaya verdiyini bildirmişdir (İ cild, i.v. 128-133); Təqsirləndirilən şəxs1 Xətai rayon prokurorluğunda xx xxxxxx 2020-ci il tarixdə verdiyi izahatından görünür ki, o, ona verilən suallara cavab olaraq bildirmişdir ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə Daxili İşlər Nazirliyinin İnsan X25 Baş idarəsində istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 17-18 radələrində Daxili İşlər Nazirliyinin İnsan X25 Baş idarəsinin əməkdaşları onun işlədiyi ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunda baxış etmişlər. O da həmin vaxt orada olmuşdur. Bəhruz adlı müştəri fahişələr arasında Təqsirləndirilən şəxs2 seçib onunla 1 nömrəli otaqda cinsi əlaqədə olan zaman polislər oraya gəlmiş və hər ikisini yarıçılpaq şəklində aşkar etmişlər. Zülfiyyə Babayeva da cinsi əlaqədən əvvəl müştəri tərəfindən ona verilmiş 50 manatı da həmin baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. Baxış protokolunda da həmin hadisədə iştirakını öz imzası ilə təsdiq etmişdir. O və Təqsirləndirilən şəxs2 həqiqətən də həmin salonda həm masajist, həm də pul müqabilində fahişəliklə məşğul olmuşlar. O, təxminən 5 ildir ki, orada masajist işləmişdir. İlk əvvəl o orada işləyəndə oranı Əsmət Salahova adlı qadın işlətmiş və bir neçə il əvvəl o, Türkiyə Respublikasına birdəfəlik getmişdir. Əsmət adlı xanımın vaxtında o yalnız masajist kimi fəaliyyət göstərmişdir. Onların müştərilərlə cinsi əlaqədə olmağına icazə də verilməmişdir. Təxminən 2019-cu ilin sentyabr ayından X4 onun işlədiyi salonu icarəyə götürüb işlətməyə başlamışdır. O, onun təklifi ilə orada işləməyə davam etmişdir. Zülfiyyə Babayevanın obyekti işlədiyi vaxtdan işləmək qaydaları dəyişmişdir. O, salonu işlətməyə başlayandan ona əlavə pul qazanmaq üçün masajdan başqa intim xidmət də göstərməyə razılıq vermiş, salonda ona və digərlərinə ayrıca otaqda uyğun şərait yaratmışdır. Aralarında olan razılığa əsasən Zülfiyyə Babayeva “Sultan” masaj salonunun sahibi kimi obyektdə ona masaj və cinsi əlaqə üçün uyğun şərait yaratmalı, əvəzində isə müştəridən əldə ediləcək pulu onlar müvafiq qaydada aralarında bölüşdürməli idilər. Bəzən müştəri ancaq masaj üçün salona gəlirdi, o zaman ancaq masaj xidmətinin pulunu ödəyirdi, əlavə olaraq cinsi əlaqədə olmaq istəyəndə buna uyğun əlavə ödəniş ödənildiyini bildirmiş, əksər hallarda müştərilərin məhz cinsi tələbatlarını ödəmək üçün salona gəlirdiklərini, onların orada gündəlik işlədiklərini, salona müştəri daxil olanda müştərini əvvəlcə X2 qarşıladığını, müştəri Zülfiyyə Babayevaya cinsi əlaqədə olmaq istədiyini bildirdikdən sonra aralarında ödənişin miqdarının razılaşdırıldığını, müştəri ayrıca ayrılmış otaqda ona masaj və cinsi xidmət edəcək qadını öz istəyinə uyğun seçib əli ilə göstərdiyini, daha sonra həmin müştəri girəcəkdə qəbulda oturan X3 müvafiq masaj və cinsi əlaqə üçün müştəridən asılı olaraq təxminən 40-50 manat arasında olan pulu ödədiyini, bundan sonra isə o və ya müştərinin seçdiyi hər hansı başqa qadın onunla hərəsi üçün ayrılmış ayrıca masaj otağında növbə ilə əvvəlcə müştərini formal masaj edib sonra isə cinsi əlaqədə olduqlarını, masaj və cinsi xidmətə görə ödəniləcək pul müştəridən asılı olaraq təxminən 40-50 manat arasında dəyişdiyini, pul da miqdarından asılı olaraq təxminən 15-25 manat arası ona, qalanı da salonun kassasına ödənildiyini, yəni həmin pul salonun sahibi Zülfiyyə Babayevaya çatdığını bildirmiş, onun məhkəmədə fahişəliklə məşğul olmaq üçün Zülfiyyə Babayeva tərəfindən zorla məcbur edilmədiyimi, mənim istəyi ilə maddi vəziyyətinin çox pis olduğu üçün müştərilərə cinsi əlaqədə olub xidmət göstərib dolanışığını təmin etdiyini bildirib onun günahının olmamasını qeyd etsə də, ola bilər ki, məhkəmədə hakimin dediklərini onun hüquqi biliyi olmadığından səhv başa düşmüşdür. Ancaq, həqiqətən X4 ünvan 4 ünvanında yerləşən “Sultan” masaj salonunun sahibi olaraq onlara orada masaj və fahişəliklə məşğul olmaq üçün şərait yaratmış, bu xidmətin göstərilməsi üçün hərəsinə otaqlar ayırmış, o da onunla cinsi əlaqədə olmaq istəyən kişi müştərilərlə cinsi əlaqədə olmuş, əvəzində isə o və Zülfiyyə Babayeva masaj və cinsi əlaqədən qazandığı pulu aralarında bölmüşlər. Salonda hər dəfə işçilər dəyişdiyi üçün və əsl adlarını orada işləyən qadınlar gizlətdiyi üçün başqa bu cür yolla pul qazanan fahişələr barədə heç bir məlumatım olmadığını bildirmişdir (İ cild, i.v. 145-149); Şahidin dindirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şahid qismində dindirilmiş, şahid qismində dindirilərkən o, Xətai rayon prokurorluğunda xx xxxxxx 2020-ci il tarixdə verdiyi izahatın məzmununa uyğun izahat verərək qeyd edilən halları bir daha təsdiqləmiş, əlavə olaraq da, Babayeva Zülfiyyəyə məhkəmədə cəza verilməsin deyə, ona kömək etmək məqsədilə fərqli ifadə vermişdir. Çünki sonuncu ona maddi imkansızlıq zamanı yaxşılıq edib iş vermişdir. O və Təqsirləndirilən şəxs2 və Yeganə Qəhrəmanova ilə eyni məzmunlu ifadə verərək aralarında razılaşıb Zülfiyyə Babayevaya kömək etmək istədiklərini, bu səbəbdən də məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyikləri ifadədədən fərqli ifadə verdiyini, Xəyyam adlı polis əməkdaşından ona qarşı heç bir hədə və zor tətbiqi olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin həqiqət olduğunu bildirmişdir (İ cild, i.v. 155-161); Şahidin dindirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 ilə oxşar məzmunlu ifadə verərək, qeyd etmişdir ki, Babayeva Zülfiyyəyə məhkəmədə cəza verilməsin deyə, ona kömək etmək məqsədilə fərqli ifadə vermişdir. Çünki sonuncu ona maddi imkansızlıq zamanı yaxşılıq edib iş vermişdir. O və digərləri ilə eyni məzmunlu ifadə verərək aralarında razılaşıb Zülfiyyə Babayevaya kömək etmək istədiklərini, bu səbəbdən də məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyikləri ifadədədən fərqli ifadə verdiyini, Xəyyam adlı polis əməkdaşından ona qarşı döymə və s. fiziki zorakılıq hərəkəti tətbiq etmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin həqiqət olduğunu bildirmişdir (İ cild, i.v. 167-173); Şahidin dindirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, X15 şahid qismində dindirilmiş, şahid qismində dindirilərkən o, Xətai rayon prokurorluğunda xx xxxxxx 2020-ci il tarixdə verdiyi izahatın məzmununa uyğun izahat verərək qeyd edilən halları bir daha təsdiqləmiş və qeyd etmişdir ki, onu ilkin araşdırma zamanı Xəyyam adlı əməliyyat müvəkkili DİN-in İnsan X25 idarəsində hədə-qorxu gələrək sənədlərə imza etdirmiş, əslində isə hadisə bu cür olmamışdır. O heç bir zaman fahişəliklə məşğul olmamış, xadimə olduğu halda onu yalandan sənədlərə imza etdirib barəsində məlumatı başqa cür rəsmiləşdirilmişdir. O, imza etmişdir ondan ötrü ki, tez oradan çıxım getsin, istintaqda və məhkəmədə də hədə-qorxu gəlinməyi barədə qorxduğundan heç bir söz deməmiş, məhkəmədə ancaq ifadələrin doğru yazılmamasını və özü haqında yalnız həqiqəti bildirmişdir. İstintaq ilə məhkəmədəki ziddiyyətin də izahı yalnız budur. O düşünmüşdür ki, Zülfiyyə Babayevanın heç bir təqsiri yoxdur. Ancaq bu onun subyektiv şəxsi fikri olmuşdur. Çünki orada yeni olduğundan dəqiq olaraq masajistlərin və oranı işlədənin hansı qaydalarla işləmələri, masaj yoxsa intim əlaqənin Z.Babayevanın razılığı ilə edilib-edilməməsi barədə məlumatı olmamışdır (İ cild, i.v. 178-183); Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 20 nömrəli, xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə ünvan 10 ünvanında daimi pasport qeydiyyatındadır, anası ilə birlikdə həmin ünvanda yaşayır, yaşadığı müddət ərzində onun barəsində qəsəbə nümayəndəliyinə yazılı surətdə şikayət daxil olmamışdır (İ cild, i.v. 210); Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil Kommunal İstismar sahəsinin 07 nömrəli, xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında qeydiyyatdadır. Onun barəsində 66 saylı MKİS-ə şikayət daxil olmayıb (İ cild, i.v. 211); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 219); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X7 məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 219); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 1); Bakı Apelyasiya Məhkəməsinin 1(103)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X2 AR CM-nin 243.1 və 244.1-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (İİ cild, i.v. 5- 8); Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün gətirdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 özünün müdafiəsi üçün gətirdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X15 Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan olunmuş, Şahid1 əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən materiallar ayrılaraq rayon prokurorluğunda saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən və Bakı Apelyasiya Məhkəməsindən daxil olmuş, habelə ********* nömrəli cinayət işinə aid sənədlərin surətləri, ifadələr, üzləşdirmə protokolları, habelə cinayət işi materiallarında olan istintaq, məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət işi üzrə sübut növü kimi tanınmışdır ( İİ cild, i.v.9-27); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild, i.v. 28-29); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 53-54); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild, i.v. 56-57); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 82-83); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild, i.v. 85-86); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X15 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 109-110); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X15 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə bilə-bilə yalan ifadə verməklə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 məhkəmədə bilə-bilə yalan ifadə verməklə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs X7 məhkəmədə bilə-bilə yalan ifadə verməklə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində cərimə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində cərimə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X7 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X7 cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X11 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X7 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində cərimə cəzası təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, X7 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X15 Azərbaycan Respublikasının CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. X7 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-178/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-178/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver