Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-179/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonu, Ruşan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yeznəsi Zərərçəkmiş şəxs onun valideynləri ilə kobud danışmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 13F saylı fərdi yaşayış evinin qarşısında sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq, burun sümüyünün xətti sınığı ve burunun yumşaq toxumasının qançır va sıyrıqları ila nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci ildə X5 ilə qeyri-rəsmi nikahla ailə həyatı qursa da, hazırda himayəsində övladı yoxdur. Bacısı Şahid2 Zərərçəkmiş şəxs ilə 2007-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş, lakin əvvəllər mehriban yaşasalar da son zamanlar aralarında tez-tez ailə-məişət zəminində mübahisələri yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonunda yaşayan valideynləri ona zəng vuraraq Elnurənin ailəsində problem olduğunu və bu problemi həll etmək üçün səhəri gün Bakı şəhərinə gələcəklərini bildirmişlər. xx xxxxxx 2020-ci il tarixdə atası Şahid4 və anası Şahid5 Emingilin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən evlərinə getmişdirlər. Axşam saat 19:30 radələrində atası ona zəng vuraraq gəlib onları götürməyini söyləmiş, bundan sonra o, evdən çıxıb Emingilə getmiş, oraya çatdıqda valideynlərinin çöldə dayanıb onu gözlədiklərini görmüşdür. O, valideynlərinin kefsiz olduqlarını görüb nə baş verdiyini soruşmuş, atası isə ona Eminin onları evdən qovaraq “durun rədd olun” söylədiyini demişdir. O, atasının bu sözündən əsəbləşib Eminə zəng vuraraq onu çölə çağırmış, bir neçə dəqiqədən sonra Emin atası ilə birlikdə çölə çıxmışdır. O, onlara yaxınlaşaraq Eminə nə üçün valideynləri ilə kobud danışdığını söyləyib ona irad bildirmiş, Emin isə atasının onunla kobud danışdığı üçün atasına evi tərk etməsini söylədiyini bildirmişdir. Eminlə bir neçə dəqiqə sözlə mübahisə etdik, Emin ona nalayiq ifadələr demiş, ona görə də başından möhkəm tutaraq üzünü sinəsinə sıxmış, sonra Eminin yanından uzaqlaşmış və valideynlərini götürüb çıxıb getmişdir. Əməlindən peşmandır, evində qoca ata anasının olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Şahid2 ilə 2007ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və bu nikahdan 3 övladı dünyaya gəlmişdir. Elnurə ilə əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermişdir. Elnurənin valideynləri İsmayıllı rayonunda yaşadıqlarından 2020-ci ilin noyabr ayında atası Şahid1 qayınatası Şahid4 zəng vuraraq Bakı şəhərinə gəlməsini və ailəsindəki münaqişəni birlikdə həll etmələrini söyləmiş, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında qayınatası və qayınanası Şahid5 onlara gəlmişdirlər. O və valideynləri onlara ailədə baş verən münaqişələri danışıb Elnurə ilə bu barədə söhbət etmələrini söyləmişdirlər. Bir qədər söhbət etdikdən sonra saat 19:30 radələrində o, qayınatasına evlərinə getmələrini təklif etmiş, çünki həmin tarixdə ölkə ərazisində tətbiq edilmiş hərbi komendant rejimi ilə əlaqədar saat 21:00-dan sonra çölə çıxmağa qadağa qoyulmuşdur. Onun bu sözü qayınatası Valehin xətrinə dəymiş və Valeh onun sözünə görə atasına irad bildirmişdir. Bundan sonra qayınanası və qayınatası övladları Təqsirləndirilən şəxs zəng vuraraq gəlib onları aparmasını söyləmiş və evdən çölə çıxıb onu gözləməyə başlamışdırlar. Saat 20 radələrində qaynı Mahir ona zəng vuraraq çölə çıxmağını söyləmiş, bundan sonra o, atası ilə birlikdə çölə çıxmışdır. Evlərinin qarşısında Mahir ona yaxınlaşaraq valideynlərinə nə üçün “rədd ol” dediyini söyləyib sağ əli ilə yumruqla burun nahiyəsinə zərbə vurmuş və burnundan qan gəlməyə başlamışdır. Mahir onu vurduqdan sonra atası onu ayırıb sakitləşdirmiş, Mahir isə valideynlərini də götürüb çıxıb getmişdir. Bundan sonra o, evə daxil olmuş və bir neçə saatdan sonra 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Beləliklə o, Təqsirləndirilən şəxs ilə aralarında barışığın olmadığını qeyd edərək, onun barəsində ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, qızı Şahid2 2007-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuş və bu nikahdan 3 nəvəsi dünyaya gəlmişdir, Eminlə Elnurə əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermişdir. 2020-ci ilin noyabr ayının ortalarında qudası Şahid1 həyat yoldaşı Şahid4 zəng vuraraq Elnurə ilə problem yaşadıqlarını və Bakı şəhərinə gəlib onların arasındakı münaqişəni birlikdə həll etmələrini söyləmiş, bundan sonra Valeh ona Bakı şəhərinə getməli olduqlarını demiş və onlar xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında birlikdə Elnurəgilin yaşadığı ünvana getmişdirlər. Orada qudaları Rəcəb və Şəhla onlara Elnurənin özünü yaxşı aparmadığını və onların sözünə qulaq asmadığını söyləmişlər, buna görə də o, həyat yoldaşı ilə birlikdə Elnurə ilə bu barədə xeyli söhbət etmişdirlər. Bir qədər ailə daxilində baş verən mübahisələr barədə söhbət etdikdən sonra hava qaraldığından onlar həmin gecəni onlarda qalmaq qərarına gəlmişlər, lakin saat 19:30 radələrində yeznəsi Emin Valehin əyləşdiyi stula təpik vuraraq onlara demişdir ki, “Durun rədd olun burdan”. Valeh Eminin bu sözünə görə Eminin atası Rəcəbə irad bildirmiş, lakin Rəcəb də oğlunun tərəfini tutaraq onlara çıxıb getmələrini söyləmişdir. Rəcəbin bu sözündən sonra Valeh Bakı şəhərində yaşayan övladları Təqsirləndirilən şəxs zəng vuraraq gəlib onları aparmasını söyləmiş və onlar evdən çölə çıxıb qapının ağzında Mahiri gözləməyə başlamışlar. Saat 20 radələrində Mahir onların yanına gələrək onlardan nə baş verdiyini soruşduqda, Valeh Eminin onlara söylədiklərini Mahirə danışmışdır. Bundan sonra Mahir Eminə zəng vuraraq Emini çölə çağırmış və bir qədər sonra Emin və Rəcəb birlikdə çölə çıxmışlar. Mahir Emindən nə üçün valideynlərini evdən qovduğunu və onlarla kobud danışdığını soruşmuş, lakin Emin Mahirlə də kobud formada danışmağa başlamışdır. Bu zaman Mahir əli ilə Eminin boyun nahiyəsindən tutub onun sifətini öz sinəsinə tərəf sıxmışdır. Mahir Emini bir qədər həmin vəziyyətdə saxladıqdan sonra Rəcəblə Valeh onları ayırmışdırlar. Onları ayırdıqdan sonra o, Valeh və Mahir avtomobilə əyləşib çıxıb getmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qızı Şahid2 2007-ci ildə Zərərçəkmiş şəxs əğlu ilə rəsmi nikahla ailə həyatı qurmuş və bu nikahdan 3 nəvəsi dünyaya gəlmişdir. Eminlə Elnurə əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermişdir. 2020-ci ilin noyabr ayının ortalarında qudası Şahid1 ona zəng vuraraq Elnurə ilə problem yaşadıqlarını və Bakı şəhərinə gəlib onların arasındakı münaqişəni birlikdə həll etmələrini söyləmiş, o da Rəcəblə razılaşaraq xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında həyat yoldaşı Şahid5 ilə birlikdə Elnurəgilin yaşadığı ünvana getmişdir. Orada Rəcəb ona Elnurənin özünü yaxşı aparmadığını və onların sözünə qulaq asmadığını söyləyib Elnurə ilə bu barədə söhbət etməsini söyləmişdir. Bir qədər ailə daxilində baş verən mübahisələr barədə söhbət etdikdən sonra hava qaraldığından onlar həmin gecəni onlarda qalmaq qərarına gəlmiş, lakin saat 19:30 radələrində yeznəsi Emin əyləşdiyi stula təpik vuraraq ona və həyat yoldaşına demişdir ki, “Durun rədd olun burdan”. O, Eminin bu sözünə görə Eminin atası Rəcəbə öz iradını bildirmiş, lakin Rəcəb də oğlunun sözünə qüvvət verib onlara çıxıb getmələrini söyləmişdir. Rəcəbin bu sözündən sonra o, Bakı şəhərində yaşayan oğlu Təqsirləndirilən şəxs zəng vuraraq gəlib onları aparmasını söyləmiş və evdən çölə çıxıb yoldaşı ilə birlikdə Mahiri gözləməyə başlamışdır. Saat 20 radələrində Mahir onların yanma gələrək nə baş verdiyini soruşduqda, o, Eminin onlara söylədiklərini Mahirə danışmışdır. Bundan sonra Mahir Eminə zəng vuraraq Emini çölə çağırmış və bir qədər sonra Emin və Rəcəb birlikdə çölə çıxmışdırlar. Mahir Emindən nə üçün valideynlərini evdən qovduğunu və onlarla kobud danışdığını soruşmuş, Emin isə Mahirlə kobud formada danışmağa başlamış və bu zaman Mahir əli ilə Eminin boyun nahiyəsindən tutub onun sifətini öz sinəsinə tərəf sıxmışdır. Mahir Emini bir qədər həmin vəziyyətdə saxladıqdan sonra o, Rəcəblə birlikdə onları ayırmışdır. Onları ayırdıqdan sonra o, həyat yoldaşı və Mahir avtomobilə əyləşib çıxıb getmişdirlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs 2007-ci ildə Şahid2 ilə rəsmi nikahla ailə həyatı qurmuş va bu nikahdan 3 nəvəsi dünyaya gəlmişdir. Eminlə Elnurə əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermişdir. Elnurənin valideynləri İsmayıllı rayonunda yaşadıqlarından 2020-ci ilin noyabr ayının ortalarında o, qudası Şahid4 zəng vuraraq Bakı şəhərinə gəlməsini va Eminlə Elnurənin arasındakı münaqişəni birlikdə həll etmələrini söyləmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında qudaları onlara gəlmişdirlər. O, qudalarına ailədə baş veran münaqişələri danışıb Elnurə ilə bu barədə söhbət etmələrini söyləmişdir. Bir qədər söhbət etdikdən sonra saat 19:30 radələrində oğlu Emin qayınatası Valehə ölkə ərazisində tətbiq edilmiş hərbi komendant rejimi ilə əlaqədar gecikməmələri üçün evlərinə getmələrini təklif etmişdir. Eminin bu sözü Valehin xətrinə dəymiş və Valeh Eminin bu sözünə görə ona irad bildirmişdir. Bundan sonra Valeh oğlu Təqsirləndirilən şəxs zəng vuraraq gəlib onları aparmasını söyləmiş və onlar evdən çölə çıxıb Mahiri gözləməyə başlamışdırlar. Saat 20 radələrində Mahir Eminə zəng vuraraq çölə çıxmağını söyləmiş və o, Eminlə birlikdə çölə çıxmışdır. Evin qarşısında Mahir onlara yaxınlaşaraq Eminə valideynlərİnİ nə üçün qovduğunu söyləyib sağ əli ilə yumruqla Eminin burun nahiyəsinə zərbə vurmuş və Eminin burnundan qan axmağa başladı. Mahir Emini vurduqdan sonra o, Mahiri ayırıb sakitləşdirmiş, bundan sonra Mahir valideynlərini də götürüb çıxıb getmiş və o da Eminlə birlikdə evə daxil olmuşdur.(i.v. 36-39) İş üzra şahid qisminda dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir.(i.v. 59-62) Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş va bu nikahdan 3 övladı dünyaya gəlmişdir. əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermişdir. Valideynləri İsmayıllı rayonunda yaşadıqlan üçün 2020-ci ilin noyabr ayında qayınatası Şahid1 atası Şahid4 zəng vuraraq Bakı şəhərinə gəlməsini və Eminlə aralarındakı münaqişəni birlikdə həll etmələrini söyləmişdir. xx xxxxxx 2020-ci il tarixda günorta saatlarında valideynləri onlara gəlib qayınatasıgillə bir neçə saat söhbət etmişdirlər. Hava qaraldlğından valideynləri gecə onlarda qalmaq qararına gəlmiş, Emin isə valideynlərinin onlarda qalmasına razı olmamış, buna göra də ölkə ərazisində tətbiq edilmiş komendant saatını bəhanə gatirərək Şahid4 evə getmələrini söyləmişdir. Eminin bu sözü Şahid4 xətrinə dəymiş va Şahid1 Eminin bu sözünə görə irad bildirmişdir. Qayınatası Eminin tərəfini saxlayaraq valideynlerinə çıxıb getmələrini söyləmiş, onlar da bu sözdən sonra çıxıb getmişdirlər. Bildiyinə görə atası qardaşı Mahirə zəng vuraraq onları gəlib götürməsini söyləmişdir. Təxminən yarım saatdan sonra saat 20 radələrində Mahir Eminə zəng vuraraq onu çölə çağırmış, Emin də öz atası ilə birlikdə evdən Çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra onlar evə daxil olduqda Eminin burun nahiyəsindən qan axdığını görmüşdür. Emindən nə baş verdiyini soruşduqda Emin Mahirin onun burun nahiyəsinə yumruq zarbəsi vurduğunu bildirmişdir, onlar Eminə ilkin tibbi yardım göstərdikdən sonra Emin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir.(i.v.56-58) Cinayət işinin başlanılması və istintaqın aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. ( i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 1255 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün xətti sınığı və burunun yumşaq toxumasının qançır sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur ( i.v. 16-18); xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 24-25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i.v. 55); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər.(i.v. 48-51) İş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər.(i.v. 52-54) Zərərçəkmiş şəxs ilə X3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər.(i.v. 75-78) Zərərçəkmiş şəxs ilə X8 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər.(i.v. 79-82) Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə İsmayıllı rayonu Ruşan kəndində anadan olmuşdur. 1992-ci il tarixdə İsmayıllı rayonu Ruşan kənd tam orta məktəbin 1-ci sinfinə gedib, həmin məktəbi 2003-cü il tarixdə bitirib, valideynlərinin yanında İsmayıllı rayonu Ruşan kəndində şəxsi təsərrüfatla məşğul olmuşdur. 2017-ci il tarixdə X5 ilə evlənmişdir. 2007-ci il tarixdən Bakı şəhərində yaşayır və mebel ustasıdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs tez ünsiyyət quran, kənd rəhbərliyinin verdiyi dövlət tapşırıqlarını layiqincə yerinə yetirən gəncdir və kənd sakinləri arasında hörmət qazanmışdır. Özünü layiqli vətəndaş kimi təsdiqləmişdir. Onun adı heç bir mübahisədə çəkilməmişdir. (i.v. 64); xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, i.v. 83-84); xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v. 98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2021-ci il tarixli 05/1255 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün xətti sınığı və burunun yumşaq toxumasının qançır sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin yetirilməsi zamanı zərərçəkmiş və zədə yetirən şəxs bədənin istənilən duruş vəziyyətlərində, eləcədə üz-üzə dayanaraq ayaqüstü vəziyyətdə ola bilərdi. ( i.v. 109-111); xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə-tibb ekspertizasının rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. ( i.v. 113- 119). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edib döyərək sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması cinayəti törətdiyini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, təqsirləndirilən şəxsin qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxs, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ailədə yeganə qazanc gətirən olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətlndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-179/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-179/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver