Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-179/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 21 dekabr 2021-ci il tarixdə saat 18:15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs onunla sevgi münasibətində olan Şahid ilə görüşməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib qəsdən, silah qismində istifadə etdiyi bıçaqla bir dəfə sağ əlinə zərbə vuraraq ona sağ əlin V barmağının arxa səthində kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 21 dekabr 2021-ci il tarixdə saat 18:15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə sevgi münasibətində olan Şahid ilə görüşməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib qəsdən, yumruq zərbələri ilə sağ göz və sol çiyin nahiyələrinə vuraraq ona, sol bazu oynağı nahiyəsinin ön səthinin yumşaq toxumasının hematoması və sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və sağ dirsək oynağı nahiyəsinin iç səthinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid 2 ildir ki tanıyır. Aralarında sevgi münasibətləri olmuşdur. Hadisədən 2 ay əvvələ kimi onların münasibətləri yaxşı olmuşdur, lakin 2021-ci ilin oktyabr ayından başlayaraq Sevdanın münasibətinin dəyişməsini hiss etməyə başlamışdır. Həmin vaxtdan sonra Sevda tez-tez onun telefon zənglərinə cavab verməmiş, onun harada olduğunu, kimlərlə görüşməsini bilməmişdir. Hadisədən 1 ay əvvəl, yəni 2021-ci ilin noyabr ayının sonlarında o «Tik-tok» sosial şəbəkəsində yerləşdirilən videolara baxarkən təsadüfən Ceyhun adlı istifadəçinin açdığı canlı yayımda Şahid həmin Ceyhun adlı şəxsin yanında əyləşməsini, onların birlikdə spirtli içki qəbul edəedə istifadəçilərin göndərdikləri mesajları oxuyub deyib-gülmələrini və mahnı oxumaqlarını görmüşdür. Bu hal ona pis təsir etdiyi üçün o, həmin Ceyhun adlı şəxsə «Tik-tok» sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq Sevdadan uzaq durmasını, onu pis yola çəkməməsini tələb etmişdir. Mesaj yazdıqdan bir gün sonra o, Sevda ilə görüşərək ona öz iradlarını bildirmiş və bir daha həmin Ceyhun adlı şəxslə görüşməməsini tələb etmişdir. Hadisə gününədək o Sevda ilə bir yerdə oteldə qalmışdır. 21 dekabr 2021-ci ildə saat təxminən 17 radələrində Şahid vanna otağında olarkən onun mobil telefonuna SMS gəlmişdir. O, Sevdanın mobil telefonunu götürüb həmin SMS-i oxumuş və Ceyhunun Sevdanı öz evinə dəvət etməsini görmüşdür. Sevda vanna otağından çıxandan sonra o, ona bu barədə bildirmiş, bu səbəbdən aralarında mübahisə olmuş və o, Sevdaya Ceyhunun evinə getməsini qadağan etmişdir. Həmin vaxt Sevda ona yalan danışaraq, guya artıq Ceyhunla aralarında heç bir əlaqənin olmadığını, Ceyhunla görüşmədiyini, sadəcə olaraq Ceyhunun tez-tez ona mesajlar yazaraq birlikdə «Tik-tok» sosial şəbəkəsində canlı yayımlar açmağı təklif etməsini və ümumiyyətlə Ceyhunla görüşmək fikrinin olmadığını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra isə Şahid ona, guya rəfiqələri ilə görüşməli olduğunu deyərək oteldən çıxmışdır. O, Sevdanın ona yalan danışmasından şübhələndiyi üçün onu güdmək qərarına gəlmişdir. Buna görə də o, oteldən çıxaraq Sevdanın arxası ilə getməyə başlamışdır. Sevda oteldən bir qədər aralandıqdan sonra yoldan keçən təsadüfi taksilərdən birinə əyləşmişdir. O da dərhal yoldan keçən taksilərdən birinə əyləşərək sürücüyə Sevdanın olduğu taksinin arxası ilə sürməyini tapşırmışdır. Təxminən 15 dəqiqə sonra Şahid əyləşdiyi taksi Xətai rayonu, Yavər Əliyev küçəsi, ev 16 ünvanının qarşısında dayanmışdır. Dərhal sonra isə Ceyhun həmin evdən çıxaraq Sevdanın gəldiyi taksiyə yaxınlaşmış, taksi sürücüsünə ödəniş etmiş və Sevda ilə birlikdə evə daxil olmuşlar. Artıq bundan sonra o, Sevdanın ona yalan danışmasına tam əmin olmuşdur. Buna görə də o, Ceyhunun evinə gedərək Sevdanı oradan aparmaq barədə düşünmüş, lakin həmin vaxt Ceyhunun evində başqa şəxslərin də olub-olmadığını bilmədiyi üçün həmin evə tək getməmək qərarına gəlmiş, ona görə dostu Təqsirləndirilən şəxs2 zəng edərək başına gələnləri danışmış və onunla birlikdə Ceyhunun evinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 ona etiraz etməyərək olduğu ünvanı öyrənmiş və həmin yerdə onu gözləməsini xahiş etmişdir. Təxminən 40-45 dəqiqə sonra Təqsirləndirilən şəxs2 taksi ilə onun olduğu yerə gəlmişdir. Onlar taksi sürücüsündən onları gözləməsini xahiş etmiş və birlikdə Ceyhunun yaşadığı evə yaxınlaşmışlar. Ceyhunun yaşadığı evin həyət qapısı bağlı olduğu üçün və hasarın ölçüsü alçaq olduğu üçün o, hasardan aşaraq arxadan həyət qapısını açmışdır. Sonra onlar Ceyhunun yaşadığı mənzilə yaxınlaşaraq qapını döymüşlər. Həmin vaxt Ceyhun qapının arxasından səslənərək onlardan kim olmalarını soruşmuş, o da Ceyhuna, adının Ramin olduğunu demiş və qapını açmasını demişdir. Ceyhun qapını açmış və onlarla Ceyhunla evə daxil olmuşlar. Həmin vaxt mənzildə Ceyhunla Sevdadan başqa heç kim yox idi. Onlar mənzilə daxil olandan sonra o Sevdanın üstünə qışqıraraq nə üçün ona yalan danışmasını soruşmuş və Ceyhunla görüşməyi qadağan etdiyi halda onu aldadaraq Ceyhunun evinə gəlməsini irad tutmuşdur. Bundan sonra o, Sevdanı həmin evdən aparmaq üçün qolundan tutub onunla gəlməsini tələb etmişdir. Bu vaxt Ceyhun ona yaxınlaşaraq ona əl-qol atmağa başlamış və Sevdanı buraxmağını tələb etmişdir. Buna görə də o, Ceyhunu qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə əlindəki bıçağı ona tərəf uzatmış və bıçaq Ceyhunun əlinə dəymişdir. Sonra Ceyhun otaqdakı masanın üzərində olan bıçağı götürmək üçün masaya yaxınlaşmağa başlamış, bunu görən dostu Araz isə Ceyhunun üstünə gedərək onun çiyninə və sifətinə yumruqla bir neçə dəfə zərbə vuraraq Ceyhunu kənara itələyib həmin bıçağı, eləcə də Ceyhuna məxsus İPhone 7 markalı mobil telefonunu götürmüşdür. Bundan sonra o, Sevdanı Ceyhunun evindən çıxarmış və onlar evin qarşısında onları gözləyən taksiyə əyləşmişlər. Qısa müddət sonra Araz da Ceyhunun evindən çıxaraq taksiyə əyləşmiş və onlar birlikdə «Happy İnn» otelinə qayıtmağa başlamışlar. Onlar yolda olarkən o, Arazdan, Ceyhunun bıçağını və mobil telefonunu nə üçün götürməsini və həmin əşyaların harada olduğunu soruşmuşdur. Həmin vaxt Araz onlara demişdir ki, o, Ceyhunun həmin bıçaqla onlara xəsarət yetirə biləcəyindən, mobil telefonla isə kimisə köməyə çağıra biləcəyindən ehtiyyat etdiyi üçün onları götürmüş, lakin onların evdən çıxmaqlarını görüb əmin olandan sonra evin həyətində mobil telefonu Ceyhunun özünə qaytarmış, bıçağı isə özü həyətdən çıxarkən Ceyhunun evinin həyətinə atmışdır. Onlar otelin qarşısına çatandan sonra Araz onlarla sağollaşaraq çıxıb getmiş, o isə Sevda ilə birlikdə otelə daxil olmuşdur. Bu hadisədən 3 gün sonra isə polis əməkdaşları onu və Sevdanı yaxalayıb 37-ci Polis Şöbəsinə aparmışlar. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostudur. Şahid ilə isə o, Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Ramin və Sevda təxminən 2 il olar ki, sevgilidirlər. 2021-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona, Sevdanın Ceyhun adlı bir oğlanla görüşməsini, birlikdə «Tiktok» sosial şəbəkəsində canlı yayımlar açaraq əylənmələrini, bundan başqa həmin Ceyhun adlı şəxsin Sevdanı spirtli içkilərə qurşandırmasını, bu səbəbdən də həmin Ceyhun adlı şəxsə mesaj yazaraq Sevdadan uzaq durmasını tələb etdiyini bildirmişdir. Həmin vaxt o, Ramini dəstəkləyərək onunla razı olduğunu demişdir. Bu hadisədən təxminən 20 gün sonra, yəni 21 dekabr 2021-ci ildə saat təxminən 17:00 radələrində dostu Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu soruşmuş, o isə ona yaşadığı evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona demişdir ki, o, bir neçə dəqiqə əvvəl Sevda ilə birlikdə «Happy İnn» otelində olarkən Ceyhunun Sevdaya mesaj yazaraq yaşadığı evə dəvət etməsini görmüş, bundan sonra Sevda onu aldadaraq guya rəfiqələri ilə görüşəcəyini deyərək oteldən çıxmış, lakin Ramin Sevdanın sözlərinə inanmayaraq onu güdməyə başlamış, taksi ilə Sevdanın əyləşdiyi taksinin arxası ilə gəlmiş və Sevdanın Ceyhunla görüşərək sonuncunun yaşadığı evə daxil olduqlarını aşkar etmişdir. Bundan sonra Ramin ona, Ceyhunun evinə daxil olub Sevdanı oradan aparmaq istəməsini, lakin evdə başqa şəxslərində ola biləcəyindən ehtiyat etdiyini bildirmiş və onun yanına gəlib kömək etməsini xahiş etmişdir. O da Raminnən uşaqlıq dostu olduğu üçün imtina etməyərək onu gözləməsini bildirmiş və dərhal taksiyə əyləşərək Raminin ona dediyi ünvana, yəni Xətai rayonu, Y.Əliyev küçəsi 16 saylı ünvanın qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs1 həmin ünvanda, yolun kənarında onu gözləmişdir. O, saat 18:15 radələrində həmin ünvana çatmış və taksi sürücüsündən gözləməsini xahiş edərək Raminin yanına yaxınlaşmışdır. Bundan sonra onlar birlikdə Ceyhunun yaşadığı evə yaxınlaşmışlar. Onlar Ceyhunun yaşadığı mənzilə yaxınlaşaraq qapını döymüşlər. Həmin vaxt Ceyhun qapının arxasından səslənərək onlardan kim olduqlarını soruşmuş, Ramin isə öz adını Ceyhuna deyərək qapını açmasını tələb etmişdir. Həmin vaxt Ramində cib bıçağı olmuş və Ramin ona həmin bıçağı hər ehtimala qarşı, yəni birdən Ceyhunun evində əlavə şəxslər olarsa özünü qorumaq üçün götürməsini demişdir. Onun əlində isə heç bir əşya yox idi. Ceyhun qapını açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt mənzildə Ceyhunla Sevdadan başqa heç kim olmamışdır. Onlar mənzilə daxil olandan sonra Ramin Sevdanın üstünə qışqıraraq nə üçün ona yalan danışmasını soruşmuş, ona yaxınlaşmış və qolundan tutub evdən çıxmasını tələb etmişdir. Bu vaxt Ceyhun Raminə yaxınlaşaraq əl-qol atmış, Ramin isə əlindəki bıçaqla Ceyhunun əlinə vuraraq onu özündən uzaqlaşdırmışdır. Sonra Ceyhun otaqdakı masanın üzərində olan bıçağı götürmək üçün masaya yaxınlaşmağa başlamışdır. Həmin vaxt Ceyhunun evindəki masanın üstündə bir ədəd bıçaq və bir ədəd «İPhone7» markalı mobil telefonu var idi. Buna görə də o, Ceyhunun masaya yaxınlaşmasını görən kimi onun ya mobil telefonla kiməsə zəng edib köməyə çağıracağını, ya da bıçaqla onlara xəsarət yetirə biləcəyini düşünərək dərhal Ceyhunun qarşısını kəsmiş, onlar tutaşmış, o, yumruqla Ceyhunun sifətinə və çiyninə zərbə vurub onu özündən uzaqlaşdırmış və masanın üstündəki bıçaqla mobil telefonu əlinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Sevdanın qolundan tutaraq onu evdən çıxartmışdır. O, artıq Raminlə Sevdanın evdən çıxmalarına əmin olandan sonra Ceyhunun mobil telefonunu özünə qaytarmış, bıçağı isə evdən çıxarkən həyətə tullamışdır. Bundan sonra onlar Ceyhunun evindən çıxaraq çöldə onları gözləyən taksiyə əyləşmişlər və onlar birlikdə «Happy İnn» otelinə qayıtmağa başlamışlar. Otelin qarşısına çatandan sonra o, Ramin və Sevdadan ayrılaraq yaşadığı evə getmişdir. Bu hadisədən təxminən 3-4 gün sonra o, X2 şikayəti əsasında polis tərəfindən tutulmaları xəbərini eşitmiş və özünün də tutulacağından qorxduğu üçün yaşadığı evdən çıxmayaraq gizlənməyə başlamışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid ilə 2021-ci ilin təxminən oktyabr ayında «Tik-Tok» sosial şəbəkəsində tanış olmuşdur. Tanışlıqdan sonra aralarında münasibət yaranmış və Sevda hərdən onun yaşadığı evə gəlib-getmişdir. Sevda onun evində olanda onlar birlikdə «Tik-Tok» sosial şəbəkəsində canlı yayımlar açaraq vaxt keçirmişlər. Təxminən 1 ay əvvəl əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 «Tik-Tok» sosial şəbəkəsində ona mesaj yazaraq Sevda ilə sevgili olduqlarını bildirmiş və Sevdadan uzaq durmağını tələb etmişdir. O, bu barədə Sevdadan soruşmuş, Sevda isə Raminlə əvvəllər tanışlıqlarının olduğunu, hazırda 2 ay olar ki, ayrılmalarını demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs1 mesajlarına əhəmiyyət verməmişdir. 21 dekabr 2021-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olarkən Sevdaya mesaj yazaraq harada olduğunu soruşmuş və onu yaşadığı evə çağırmışdır. Sevda da ona cavab verərək gələcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Sevda ona zəng edib taksi ilə yaşadığı evin qarşısına yaxınlaşmasını, lakin taksiyə verməyə pulunun olmadığını demişdir. Buna görə də o, evdən çıxaraq Sevdanı qarşılamış, taksi sürücüsünün pulunu ödəmiş, sonra isə Sevda ilə birlikdə yaşadığı evə daxil olmuşdur. O, evə daxil olarkən əvvəlcə həyət qapısını, sonra isə evin qapısını arxadan bağlamışdır. Evdə olduqları müddət ərzində Sevda ilə birlikdə “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq istifadəçilərə mahnılar qoymuşlar. Təxminən 1 saat sonra, yəni saat 18:15 radələrində qəflətən yaşadığı evin qapısı döyülmüşdür. O, qapını açmadan həmin şəxsdən kim olmasını soruşmuşdur. Bu vaxt qapının arxasında 2 nəfərin söhbət etdiyini eşitmiş və onlardan biri ona, «mənəm Ramin, qapını aç» demişdir. O, həmin şəxsin Sevdanın keçmiş sevgilisi Ramin olduğunu başa düşmüş və qapını açmışdır. O, qapını açmış və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 içəri daxil olmuşlar. Onlar içəri daxil olan kimi Ramin qışqırmağa başlamış, onu və Sevdanı nalayiq sözlərlə təhqir etmiş, sonra Sevdaya yaxınlaşaraq qolundan tutub evdən çıxarmağa başlamışdır. O, bunu görən kimi Raminin qarşısına keçib Sevdadan əl çəkməsini tələb etmişdir. Bu vaxt Ramin əlindəki bıçaqla onun sağ əlinə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, polisə zəng etmək üçün masanın üzərində olan, özünə məxsus olan «İPhone 7» markalı mobil telefonu götürmək məqsədi ilə masaya yaxınlaşmaq istəmiş, lakin Təqsirləndirilən şəxs2 bunu başa düşərək onun qarşısını kəsib sifətinə və çiyninə yumruqla zərbələr vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üstündən ona məxsus olan 1 ədəd suvenir bıçağı və 1 ədəd “İPhone 7” markalı mobil telefonu götürüb əlində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid qolundan tutaraq evdən çıxarmışdır. Ramin və Sevda evdən çıxandan sonra Araz onun «İPhone 7» markalı mobil telefonunu qaytarmış, bıçağı isə qaytarmayaraq özündə saxlamışdır. Sonra Araz da Ramingilin arxası ilə evi tərk edib getmişdir. O, başına gələnlərdən şoka düşdüyü üçün bir müddət nə baş verməsini başa düşməmişdir. Səhəri gün məsələni aydınlaşdırmaq üçün Sevdaya zəng etmiş, lakin Sevda 2 gün onun zənglərinə cavab verməmişdir. Sevda, Ramin və Araz onun evindən getdikdən sonra o, yaşadığı evdə olan «Nokia 6700» markalı mobil telefonunu və 120 manat pulunu tapa bilmədiyi üçün elə düşünmüşdür ki, Sevda, Ramin və Araz planlı şəkildə onun mobil telefonlarını və pulunu ələ keçirmək barədə razılığa gəlmişlər, bundan sonra Sevda onun yaşadığı ünvanı Raminə və Araza göstərmiş, qabaqcadan özü onun evinə daxil olaraq evdə tək olduğuna əmin olandan sonra yəqin ki, mobil telefonu ilə Ramingilə məlumat vermiş, artıq bundan sonra Ramin Arazla birlikdə ona basqın edərək mobil telefonunu və pulunu ələ keçirmişlər. Buna görə də o, 24 dekabr 2021-ci ildə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin gün onun şikayət ərizəsi əsasında toplanmış material Xətai rayon Polis İdarəsinə göndərilmiş və o, istintaqda da ifadə verərək yuxarıda qeyd etdiklərini təsdiq etmişdir. Bununla yanaşı o, Sevdanın Ramin və Arazla əlbir olduğunu düşündüyü üçün və bütün bunlar ona çox pis təsir etdiyi üçün polisə verdiyi ifadələrində, guya hadisə vaxtı Arazın da əlində dəmir parçası olmasını və həmin dəmir parçası ilə ona xəsarət yetirməsini göstərmişdir. Lakin o, 24 dekabr 2021-ci il tarixdə polis idarəsində ifadə verib evə getdikdən sonra həmin günün səhəri özünə məxsus «Nokia 6700» markalı mobil telefonu yaşadığı evdəki divanın altından, 120 manat pulunu isə məlum hadisədən əvvəl əynindən çıxarıb dolaba qoyduğu şalvarının cibindən, suvenir bıçağı isə yaşadığı evin həyətindən tapmışdır. Bundan sonra o, başa düşmüşdür ki, Sevda, Ramin və Arazın onun hər hansı bir əmlakını ələ keçirmək niyətləri olmamışdır. Lakin həmin vaxta kimi artıq istintaqa ifadə verdiyi üçün və həqiqəti deyəcəyi halda özünün məsuliyyətə cəlb edilə biləcəyindən qorxduğu üçün pulunu və digər mobil telefonunu tapmağı barədə polisə məlumat verməyə qorxaraq müstəntiqin çağırışlarına getməmişdir. Sonra o, Sevdanın, Raminin və Arazın həbs edilmələri xəbərini eşidərək peşmançılıq hissi keçirmiş və onlara qarşı haqsızlıq etdiyini başa düşərək polis idarəsinə gəlib hər şeyi olduğu kimi danışdığını qeyd etmişdir. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 2 ay əvvəl «Tik-Tok» sosial şəbəkəsində tanış olmuşdur. Tanışlıqdan sonra aralarında münasibət yaranmış və Ceyhun bir neçə dəfə onu yaşadığı evə dəvət etmişdir. O, Ceyhunun evində olanda onlar birlikdə «Tik-Tok» sosial şəbəkəsində canlı yayımlar açaraq istifadəçilərlə söhbətləşirmişlər. Təqsirləndirilən şəxs1 isə o, təxminən 2 il olar ki, tanıyır və aralarında sevgi münasibətləri olmuşdur. O, Ceyhunla Ramindən gizlin görüşmüşdür. Lakin təxminən 1 ay bundan əvvəl, yəni 2021-ci ilin noyabr ayının sonlarında o, növbəti dəfə Ceyhunun evində olarkən onlar birlikdə «Tik-Tok»-da canlı yayım açmış və Ramin bundan xəbər tutmuşdur. Həmin gün Ramin onunla mübahisə etmiş və Ceyhunla görüşməsini qadağan etmişdir. Bu hadisədən bir neçə gün sonra Ceyhun ondan Raminin kim olduğunu soruşmuşdur. O, Ceyhunun sözlərinə əsasən başa düşmüşdür ki, Ramin ona «Tik-Tok» sosial şəbəkəsində mesaj yazaraq hədə-qorxu gəlmiş və ondan uzaq durmasını tələb etmişdir. Buna görə də o, Ceyhuna, Raminlə əvvəllər sevgili olduğunu, lakin xeyli müddətdir ki, ayrıldığını demiş və Raminin mesajlarına əhəmiyyət verməməsini xahiş etmişdir. Onu da bildirmişdir ki, o, Ceyhunun evində olanda bir dəfə spirtli içki qəbul edə-edə «Tik-Tok» sosial şəbəkəsində canlı yayım açmış və Ramin də bundan xəbər tutduğu üçün Ceyhunun onu pis yola çəkməsini demişdir. 21 dekabr 2021-ci ildə saat təxminən 17 radələrində o, Raminlə birlikdə «Happy İnn» otelində olarkən Ceyhun ona mesaj yazıb harada olduğunu soruşmuş və onu birlikdə «Tik-Tok» sosial şəbəkəsində canlı yayım açmaq üçün yaşadığı evinə dəvət etmişdir. Mesaj gələn anda o, vanna otağında olduğu üçün Ramin Ceyhunun mesajını oxumuş və onunla mübahisə edərək Ceyhunun evinə getməməsini tələb etmişdir. O da Ramini aldadaraq artıq Ceyhunla əlaqəsinin olmadığını demiş və guya rəfiqələri ilə görüşəcəyini deyərək oteldən çıxmışdır. Bundan sonra o, yoldan keçən taksilərdən birinə əyləşmişdir, üstündə pul olmadığı üçün Ceyhuna zəng etmiş və onu qarşılayıb taksinin pulunu verməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra o, Ceyhunun yaşadığı, ünvan 5 ünvanının qarşısına çatmış, Ceyhuna zəng edərək məlumat vermiş, Ceyhun çölə çıxıb onu qarşılamış, taksinin pulunu ödəmiş və onlar Ceyhunun evinə girmişlər. Onlar Ceyhunun evində olduqları ərəfədə Ceyhun «Tik-Tok» sosial şəbəkəsində canlı yayım açaraq istifadəçilərlə söhbət etməyə başlamış, o isə Raminin onları birlikdə görəcəyindən ehtiyat etdiyi üçün kamera qarşısına keçməyib kənardan izləyirmiş. Təxminən 1 saat sonra, yəni saat 18:15-də Ceyhunun yaşadığı evin qapısı döyülmüşdür. Bu vaxt Ceyhun qapıya yaxınlaşaraq döyən şəxsdən kim olmasını soruşmuşdur. Həmin vaxt Ramin qapının arxasından qışqıraraq «mənəm Ramin, qapını aç» sözlərini demişdir. Həmin vaxt o, başa düşmüşdür ki, o, oteldən çıxandan sonra Ramin onu izləyərək Ceyhunun yaşadığı ünvanı öyrənmişdir. Ceyhun qapını açan kimi Ramin dostu Araz adlı oğlanla birlikdə içəri daxil olmuşlar. Həmin vaxt Raminin əlində bıçaq var idi, Arazın əlində isə heç nə yox idi. Onlar içəri daxil olan kimi Ramin əvvəlcə onun üstünə qışqırıb «sənə deməmişdim bir də bununla görüşmə, elə bilirdin xəbər tutmayacam?» sözlərini demiş və üstünə gəlməyə başlamışdır. Bu vaxt Ceyhun Ramini sakiləşdirmək üçün onun qarşısına keçmiş, lakin Ramin əlindəki bıçaqla Ceyhunun əlindən vurmuşdur. Həmin vaxt Raminin dostu Araz da Ceyhunun üstünə gələrək onun çiyninə və sifətinə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. Sonra Ramin ona yaxınlaşaraq qolundan tutub onu evdən çıxarmağa başlamışdır. Həmin vaxt Ceyhun masanın üzərindəki bıçağını götürmək üçün masaya yaxınlaşmaq istəmiş, lakin Araz Ceyhunu kənara itələyib həmin bıçağı, eləcə də Ceyhuna məxsus “İPhone 7” markalı mobil telefonunu götürmüşdür. Bundan sonra Ramin onu Ceyhunun evindən çıxarmış və onlar evin qarşısında onları gözləyən taksiyə əyləşmişlər. Qısa müddət sonra Araz da Ceyhunun evindən çıxaraq taksiyə əyləşmiş və onlar birlikdə «Happy İnn» otelinə qayıtmağa başlamışlar. Onlar yolda olarkən Ramin Arazdan, Ceyhunun bıçağını və mobil telefonunu nə üçün götürməsini və həmin əşyaların harada olduğunu soruşmuşdur. Həmin vaxt Araz Raminə demişdir ki, o, Ceyhunun həmin bıçaqla onlara xəsarət yetirə biləcəyindən, mobil telefonla isə kimisə köməyə çağıra biləcəyindən ehtiyat etdiyi üçün onları götürmüş, lakin onların evdən çıxdıqlarını görüb əmin olandan sonra mobil telefonu Ceyhunun özünə qaytarmış, bıçağı isə özü həyətdən çıxarkən Ceyhunun həyətinə atmışdır. Onlar otelin qarşısına çatandan sonra Araz onlarla sağollaşaraq çıxıb getmiş, o isə Raminlə birlikdə otelə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 11); hadisə yerinə baxış keçirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 22-28); şübhəli şəxsin tutulması haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 38); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(011)-566/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır (i.v. 121-125); şübhəli şəxsin tutulması haqqında 02 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 143); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-3/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 175-180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan 08 ay 21 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzası başa çataraq Xətai rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır (i.v. 183-184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 69.3 və 70-ci maddələri tətbiq olunmaqla 01 il şərti sınaq müddəti təyin olunmaqla 05 il 02 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çataraq şöbənin qeydiyyatından çıxarılmışdır (i.v. 185-186); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 07 fevral 2022-ci il tarixli 144 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin V barmağının arxa səthinin kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin ön səthinin yumşaq toxumasının hematoması və sıyrığı, sağ dirsək oynağı nahiyəsinin iç səthinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sağ əlin V barmağının arxa səthinin kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yuxarıda qeyd edilən xəsarətlərin şəxsin özünün dediyi kimi və qərarda göstərilmiş xx.xx.2021-ci il tarixdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağ əlin V barmağının arxa səthinin kəsilmiş yarası və sol bazu oynağı nahiyəsinin ön səthinin yumşaq toxumasının hematoması və sıyrığı hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sağ dirsək oynağı nahiyəsinin iç səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (i.v. 206-208); xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2, Şahid, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş. Üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməyərək bildirmişdir ki, o, 24 dekabr 2021-ci il tarixdə polis idarəsində ifadə verib yaşadığı evə getdikdən sonra həmin günün səhəri özünə məxsus «Nokia 6700» markalı mobil telefonu yaşadığı evdəki divanın altından, 120 manat pulunu isə məlum hadisədən əvvəl əynindən çıxarıb dolaba qoyduğu şalvarının cibindən tapmışdır. Bundan sonra o başa düşmüşdür ki, Sevda, Ramin və Arazın onun hər hansı bir əmlakını ələ keçirmək niyyətləri olmamışdır. Lakin o, həmin vaxta kimi artıq istintaqa ifadə verdiyi üçün və həqiqəti deyəcəyi halda özünün məsuliyyətə cəlb edilə biləcəyindən qorxduğu üçün pulunu və digər mobil telefonunu tapmağı barədə polisə məlumat verməyə qorxaraq müstəntiqin çağırışlarına getməmişdir. Bu gün isə o, Sevdanın, Raminin və Arazın həbs edilmələri xəbərini eşidərək peşmançılıq hissi keçirmiş və onlara qarşı haqsızlıq etdiyini başa düşərək polis idarəsinə gəlib hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir (i.v. 209-228); könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Nokia 6700” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etmişdir (i.v. 239-243); sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, əmələ hissəvi xitam verilməsi və həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi haqqında 07 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən CM-nin 221.2.1 və 221.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Şahid əməlində hər hansı bir cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət təqibinə hissəvi xitam verilmiş və o, saxlanıldığı Bakı istintaq Təcridxanasından azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2022-ci il tarixli 144 saylı məhkəmə-tibbi ekspertiza rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 244-261); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 267-268); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 280-281); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş SX nömrəli ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə CM-nin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdildi ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 24 dekabr 2021-ci il tarixdən tutularaq həbsdə sахlаnılmışdır. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-60), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 02 yanvar 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 yanvar 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-179/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-179/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver