Məhkəmə qərarları › İş №1(011)-179/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-179/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-179/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-80/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ailə həyatı quracağı barədə yalan vəd verib aldadaraq valideynləri ilə dalaşdığı üçün başqa ünvanda yaşadığını buna görə pula ehtiyacı olması adı altında Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 08 iyul 2024-cü il tarixdə saat 20:11-də ilə ünvan 3 ünvanında onun istifadəsində olan Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nin 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 120 manat, 09 iyul 2024-cü il tarixdə saat 17:08-də həmin ünvanda eyni qaydada köçürülmüş 310 manat, 10 iyul 2024-cü il tarixdə saat 21:47-də həmin ünvanda eyni qaydada köçürülmüş 50 manat, 11 iyul 2024-cü il tarixdə saat 23:53-də həmin ünvanda eyni qaydada köçürülmüş 100 manat, Şahid2 mülkiyyətində olmuş, əvvəllər onun tərəfindən icarəyə götürülmüş “Kia” markalı “Optima” modelli 10-TÜ-808 dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə il əvvəl qəzaya uğramış fotoşəkilini Zərərçəkmiş şəxs göstərərək ona məxsus olması kimi təqdim edib təmir işləri adı altında Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 12 iyul 2024-cü il tarixdə saat 16:51 -də ünvan 4 ünvanında 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 300 manat. 13 iyul 2024-cü il tarixdə saat 19:14-də həmin ünvanda eyni qaydada köçürülmüş 70 manat, 14 iyul 2024-cü il tarixdə saat 16:50-də Xətai rayonu M.Hadi küçəsi 72 ünvanda “Oba” marketdə “E-Manat” ödəmə terminalından Zərərçəkmiş şəxs tərəfindən 4169-7388-6786- 7719 nömrəli kart hesabına köçürülmüş 600 manat, sağlam anası Nabat Dadaşovanın ağır xəstə olması, vəfat etməsi bəhanəsi ilə 15 iyul 2024-cü il tarixdə saat 20:14-də ünvan 5 ünvanında mobil tətbiq vaitəsi ilə həmin kart hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 180 manat, 16 iyul 2024-cü il tarixdə saat 18:48- də həmin ünvanda eyni qaydada köçürülmüş 50 manat, 17 iyul 2024cü il tarixdə saat 20:30-da həmin ünvanda eyni qaydada köçürülmüş 185 manat, 19 iyul 2024-cü il tarixdə saat 15:14-də həmin ünvanda eyni qaydada köçürülmüş 100 manat, 20 iyul 2024-cü il tarixdə saat 19:41-də həmin ünvanda eyni qaydada köçürülmüş 150 manat, 21 iyul 2024-cü il tarixdə saat 15:40-da həmin ünvanda eyni qaydada köçürülmüş 50 manat, 23 iyul 2024-cü il tarixdə saat 17:33-də Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasında “Milli ön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən həmin kart hesabına köçürülmüş 200 manat. Zərərçəkmiş şəxs tərəfimdən mobil tətbiq vasitəsi ilə 23 iyul 2024-cü il tarixdə saat 21:26-da ünvan 5 ünvanında 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 185 manat, 25 iyul 2024-cü il tarixdə saat 12:10-da həmin ünvanda eyni qaydada köçürülmüş 225 manat, 25 iyul 2024-cü il tarixdə saat 19:39-da həmin ünvanda eyni qaydada köçürülmüş 220 manat,26 iyul 2024-cü il tarixdə saat ll:12-də ünvan 6 ünvanda “Grandmart” marketdə “Mpay” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 700 manat. Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 30 ;yul 2024-cü il tarixdə saat 16:30-da ünvan 5 ünvanda 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 300 manat, 31 iyul 2024-cü il tarixdə saat 19:51-də ünvan 6 ünvanda yerləşən “Grandmart” marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.400 manat. Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiqlə 01 avqust 2024-cü il tarixdə saat 18:54-də ünvan 5 ünvanda 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.400 manat, 02 avqust 2024-cü il tarixdə saat 11:58- də Xətai rayonu M.Hadi küçəsi 72 ünvanda yerləşən “Oba” marketdə quraşdırılmış “E- Manat” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169- 7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.200 manat, 03 avqust 2024-cü il tarixdə saat 15:42- də həmin ünvanda eyni qaydada köçürülmüş 1.500 manat. Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 04 avqust 2024-cü il tarixdə saat 12:19-da ünvan 7 ünvanında 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.500 manat, 04 avqust 2024-cü il tarixdə saat 15:52-də həmin ünvanda eyni qaydada köçürülümüş 850 manat, 05 avqust 2024-cü il tarixdə saat !7:57-də ünvan 8 ünvanda “Grandmart” marketdə “Mpay” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 480 manat, Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 05 avqust 2024-cü il tarixdə saat 18:11 -də Xətai rayonu, M.Hadi küçəsi 72C ünvanında 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 460 manat, 07 avqust 2024-cü il tarixdə saat 13:11-də ünvan 9 ünvanda “Grandmart'’ marketdə “Milli ön" ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.400 manat, 08 avqust 2024-cü il tarixdə saat 12:40-da Xətai rayonu M.Hadi küçəsi 72 ünvanda “Oba" marketdə E-Manat ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən 4169-7338-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.800 manat, Zərərçəkmiş şəxs tərəfindən mobil tətbiq vasitəsi ilə 11 avqust 2024-cü il tarixdə saat 17:12-də ünvan 5 ünvanda 4169-7388-6786-7719 nömrəli kart hesabına köçürülmüş 1.550 manat, 12 avqust 2024-cü il saat 18:22-də həmin ünvanda eyni qaydada köçürülmüş 1.300 manat, cəmi 19.035 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 19.035 (on doqquz min otuz beş) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsinə göstərmişdir ki, Zərərçəkmiş şəxs dələduzluq niyyəti ilə pul almamışdır. Samirə ilə aralarındakı münasibət şəxsi zəmində olmuşdur. Evli olsa da, ailəsi ilə birlikdə qalmırdı. Həmin vaxtlar işsiz və pula ehtiyacı olduğu üçün hissələr şəklində borc olaraq 19035 manat pul almışdır. Hər hansı yalan vəd verməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri ilə boşandıqdan sonra yaşadığı mənzili satmış və əldə edilən pulu aralarında bölərək ona 29000 manat pul verilmişdir. Həmin pulu yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, M.Hadi küçəsində yerləşən ata evində saxlayırdı. 2024-cü ilin iyun ayının sonlarında yaşadığı evdə olan zaman mobil telefonunda "Tik-tok" sosial şəbəkəsinə daxil olmuş və orada olan videoçarxlara nəzər yetirirmiş. Həmin vaxt "Dadaşov_001" adlı sosial səhifəyə rast gəlmişdir. Səhifənin sahibi olan Təqsirləndirilən şəxs həmin vaxt canlı yayım açıb onu izləyən şəxslərlə danışıq aparırdı. O kasıb şəxslərə yardım edilməsi adı ilə insanlara müraciət edirdi. Canlı yayım bitdikdən təxminən 5-10 dəqiqə sonra həmin səhifənin sahibi Xəqani ona sms yazaraq şirniyyat evində işləməyini və sifariş qəbul edibetmədiyini soruşmuş və münasibətləri yaranmışdır. 03 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun Xalqlar dostluğu stansiyasının yaxınlığında yerləşən Heydər Əliyev adına parkda görüşmüşlər. Söhbət zamanı Xəqanı bildirmişdir ki, anası ilə tanış olmaq istəyir, niyyəti ciddidir, ailə qurub, ona və azyaşlı övladlarına baxmaq istəyir. Bundan sonra Xəqani ilə iki dəfə görüşmüş və Xəqani yenə də yalan vədlər verib onunla ciddi niyyətdə olmasını bildirib etibarını qazanmağa başlamışdır. 08 iyul 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Xəqani zəng edib dalaşdığı üçün yaşadığı evdən çıxmasını bu səbəbdən pulunun olmadığını deyib ondan ona kömək etməyini ona guya borca pul verməyini istəmişdir. İnanmış və bu məqsədlə Xəqaninin bildirdiyi öz istifadəsində olan "xxxx" ASC-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan 4169-7388-6786-7719 hesab nömrəli bank kartına mobil telefonumda olan birbank tətbiqi vasitəsi ilə həmin gün saat 20:11-də 120 manat pul göndərmişdir. “Kia” markalı avtomobilin qəzaya uğramış fotoşəkilini özünə məxsus olması kimi təqdim edib təmir işləri adı altında pul almışdır. Bundan sonra Xəqani bu kimi yalan bəhanələrlə yenidən dəfələrlə pul istəmiş və və ümumilikdə 19035 manat pulunu dələduzluqla almışdır. Təqsirləndirilən şəxs ondan avqust ayında aldığı pulların çox hissəsini anasının xəstə olması sonradan anasının rəhmətə getməsini bildirməklə almışdır. Lakin sonradan məlum olmuşdur ki, Xəqani aldadıb, anası rəhmətə getməyibdir. Bundan sonra Xəqanidən pulunu tələb etsə də o müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Bir müddət sonra məsələ ilə bağlı anasına bildirmiş və anası Esmira Xəqani ilə danışıb pulu geri tələb etsə də heç bir nəticə əldə etməmişdir. Hazırki vaxtadək Xəqani pullarını qaytarmaqdan boyun qaçırır, hədə qorxu gəlmək yolu ilə aldığı pulları qaytarmayıb bu yolla məsələni həll etməyə çalışmışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızıdır. Samirə 2024-cü ilin mart ayında boşanmış və keçmiş yoldaşı ilə birlikdə yaşadığı evi satıldıqda bölgü üzrə Samirəyə 29.000 manat pul qalmışdır. Samirə həmin məbləğdə pulu yaşadığı evdə saxlayırdı. 2024-cü ilin iyul ayının əvvələrində Samirə bildirmişdir ki, bir nəfər Xəqani adında oğlanla tanış olmuşdur və həmin şəxs onunla ciddi münasibət qurmaq, ailə olmaq istəyir. Samirə bunları dedikdə ona əsəbləşmiş və bildirmişdir ki, bu kimi hal mümkün deyil, indiki dövrdə heç kim iki uşaq anası ilə ailə qurmaq niyyətində olmaz. Bu mövzuda Samirə ilə aralarında mübahisə olmuş və razı olmadığını bildirmişdir. Sonradan istifadəsində olan ***-***-**-** mobil nömrəmə Təqsirləndirilən şəxs adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib qızı Samirə ilə tanışlığı olduğunu, Samirə ilə ciddi münasibət qurmaq istədiyini dedikdə ona telefonda narazılığını bildirib qızından uzaq durmasını, Samirənin yeni boşanmasını, mənəvi travma almasını bu səbəbdən qızından uzaq durmasını bildirmişdir. Bu danışıqdan sonra Samirə həmin şəxsə inandığı üçün yenidən münasibət saxlamaqda davam etməsini guman etməsə də, 2024cü ilin iyul ayının ortalarında Samirə demişdir ki, o Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən aldadılıb, Xəqani müxtəlif yalan bəhanələrlə onu aldadıb pulunu ələ keçirmişdir. Bunu eşitdikdə mənəvi sarsıntı keçirmişdir. Hətta bir neçə dəfə Samirə öz həyatına qəsd etməyə çalışsa da, ona mane olmuş və Xəqani ilə danışıqlar aparıb pulun qaytarılmasına çalışsa, da Xəqani müxtəlif bəhanələr yalan vədlərlə aldadıb qızı Samirənin pulunu geriyə qaytarmamışdır. Samirənin göstərdiyi qəbzlər üzrə biz müəyyən etmişdir ki, Samirə 08 iyul 2024-cü il tarixdən 12 avqust tarixədək Xəqaninin yalanların inanıb, onun guya Samirə ilə ailə həyatı quracağına dair yalanlarına etibar edib Xəqaninin istifadəsində olan kart hesabına müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 19.035 manat pul göndərmişdir. Xəqani ilə danışıqlar aparıb pulu qaytarmasını tələb etsə də o hər dəfə guya anasının komada olmasını, daha sonra anasının rəhmətə getməsini bildirərək ona da qızı Samirəyə bidlirdiyi yalanları deyib pulu indiyədək qaytarmamışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən avtomobillərin kirayə verilməsi ilə bağlı fəaliyyət göstərir. Hazırda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "MM" adlı avtomobil kirayəsi ofisini işlədir. **-TO-*** dövlət qeydiyyat nişanlı "Kia" markalı "Optima" modelli avtomobil öna məxsus olmuş və fəaliyyəti ilə bağlı kirayə olaraq müştərilərə idarə edilməsi üçün verilmişdir. Həmin avtomobil işlədiyi avtomobil kirayəsi ofisində müştərilərə sutkalıq kirayəyə verilmişdir. Avtomobil təxminən 4 il əvvəl işlədiyi ofisdə icarə maşınlar sırasında olmuş, 2 il əvvəl həmin avtomobili müştəri kirayə olaraq götürüb idarə edərkən qəza törətmiş və avtomobil sağ tərəfindən zədə aldığından sığorta yolu ilə təmir etdirilib həmin ərəfələrdə tərəfindən satılmışdır. “Təqsirləndirilən şəxs” adlı şəxsi tanımır. İstintaqa verdiyi ilkin izahatdan sonra avtomobilin Təqsirləndirilən şəxs tərəfindən əvvəllər kirayə edilməsini müəyyən etmişdir. Avtomobil ilə qəza törədən şəxsi tanıyır, həmin şəxs Təqsirləndirilən şəxs olmamışdır. Təqsirləndirilən şəxs nə üçün ofisdən kirayələdiyi avtomobilin qəzalı fotosunu Samirə xanıma göndərib öz mülkiyyətində olan avtomobil kimi təqdim etməsini başa düşmür, hesab edir ki, Xəqani bunu öz şəxsi maraqları üçün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 noyabr 2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir; (cild 1, i.v. 1) İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169-7388-6786-7719 nömrəli "xxxx"-ın bank kartına müxtəlif vaxtlarda və müxtəlif məbləğlər olmaqla ümumilikdə 19.035 manat pul vəsaiti göndərilmişdir ; (cild 1, i.v. 14-42) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (cild 1, i.v. 80) 22 noyabr 2025-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır; (cild 1, i.v. 101) 01 yanvar 2025-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və tutularaq Xətai RPİ-nin MSY-nə təmin edilməsi qərara alınmışdır; (cild 1, i.v. 126-127) 01 yanvar 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (cild 1, i.v. 128) Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 13 fevral 2025-ci il tarixli 55-4/2-1519 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir; (cild 1, i.v. 101) Axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 16:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır; (cild 1, i.v. 134) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işi icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir; (cild 1, i.v. 135) 15 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (cild 1, i.v. 163-165) Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-80/2025 saylı, 15 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 01 (bir) ay, 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; (cild 1, i.v. 185-190) Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının 8dən avqust ayının 12-də olan müddət ərzində göndərdiyi ümumilikdə 19.035 manat pula dair çeklər, pulların tarix və saat ardıcıllığı üzrə qeyd edildiyi bir ədəd əlyazma vərəqə, eyni zamanda Təqsirləndirilən şəxs ilə yazışmalara dair çıxarışlar, eyni zamanda, Şahid1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının 8-dən avqust ayının 12dək olan müddət ərzində qızı Zərərçəkmiş şəxs aldadaraq sonuncunun ümumilikdə 19.035 manat pulunu ələ keçirməsinə, Təqsirləndirilən şəxs pulu qaytaracağını bildirməsinə baxmayaraq hazırki müddətədək heç bir ödəniş etməməsinə yalan vədlərlə pulu qaytarmağa çalışmasını bildirməsinə dair sms yazışmalarının çıxarışları maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi barədə qərar qəbul edilmişdir; (cild 1, i.v. 194-203) İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var: xx.xx.2023-cü il təvəllüdlü X2. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri ilə və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd əlyazma vərəqə, çeklərin surətləri, sms yazışmalarına dair çıxarışlar və 01 ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 47 (qırx yeddi) saat iş saatına görə 347 (üç yüz qırx yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd əlyazma vərəqə, çeklərin surətləri, sms yazışmalarına dair çıxarışlar və 01 ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 47 (qırx yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 347 (üç yüz qırx yeddi) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar