Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-18/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikası. Ordubad rayonu. Bist kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR. Ordubad rayonu, Bist kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, Xətai Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmünə əsasən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş halda “BAKU Oİl" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs icarəyə götürdüyü Bakı şəhəri. Xətai rayonu. Zığ şosesi 51 ünvanında yerləşən yanacaq-doldurma məntəqəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-uü il tarixədək əmək müqaviləsinə əsasən operator vəzifəsində işləyərək faktiki olaraq növbə rəisi vəzifəsini icra edib maddi-məsul şəxs olmaqla davamlı olaraq mənimsəməyə yönələn və vahid qəsdlə əhatə olunan niyyətlə cinayət əməllərini törədərək qulluq mövqeyindən istifadə elməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yanacaq məhsullarına görə Şahid1 tərəfindən ödənilmiş 5.821 manat, X11 tərəfindən ödənilmiş 1200 manat. X9 tərəfindən Ödənilmiş 900 manat, Şahid2 tərəfindən ödənilmiş 805 manat, X10 tərəfindən ödənilmiş 731 manat, X12 tərəfindən ödənilmiş 396 manat və istintaqla müəyyən edilməyən şəxslər tərəfindən ödənilmiş 600 manat cəmi 10.453 (on min dörd yüz əlli üç) manat məbləğində ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs təhvil verməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə israf edib sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq mənimsəmə yolu ilə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “BAKİU OİL" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 51 ünvanında yerləşən yanacaq-doldurma məntəqəsində əmək müqaviləsinə əsasa sən operator vəzifəsində işləyərək taktiki olaraq növbə rəisi fuksiyasım yerinə yetirmişdir yanacaq satışına görə müşləriİər tərəfindən ödənilmiş 10.453 (on min dörd yüz əlli üç) manat pul vəsaitini mənimsədiyini bildirmişdir. Hazırda vurulan ziyan tam şəkildə ödənilmiş, zərərçəkən şəxslə barışmış və zərərin 25%-i məbləğində vəsait dövlət nəfinə ödənilmişdir. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alıb cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətdiyi əməli etiraf edir, səmimi peşmançılıq hissi keçirir. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayınadək "xxxx" Firmasının direktoru vəzifəsində işləmişdir. "xxxx" Firmasının fəailyyət istiqaməti Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 51 ünvanında yerləşən yanacaq doldurma məntəqəsində benzin və dizel satışı olmuşdur. O, 2021-ci ilin aprel ayında "xxxx" MMC-ni təsis etmişdir. "xxxx" MMC-nin bütün payları, yanacağın alış və satış ilə əlaqədar dövriyyəsində olan pul vəsaiti, eləcə də həmin vəsait üzərində sərəncam hüququ bütünlüklə ona məxsus olmuşdur. "xxxx" MMC hal-hazırda fəaliyyətini dayandırmışdır. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 51 ünvanında yerləşən yanacaq doldurma məntəqəsini "xxxx" MMC olaraq icarəyə götürmüş, lakin bəzi səbəblərdən YDM 2022-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" Firmasında da işləmiş Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlayaraq operator vəzifəsində işə götürmüşdür. Təqsirləndirilən şəxs operator olmasına baxmayaraq faktiki olaraq həmin yanacaq doldurma məntəqəsində növbə rəisi funksiyasını yerinə yetirir, onunla günlük hesablaşmaları həyata keçirir, digər operatorların müştərilərdən ödəniş qismində aldığı pulları qəbul edir və hər səhər ona təhvil verirdi. Həmin dövrdə YDM-də operator vəzifəsində işləyən faktiki olaraq növbə rəisi funksiyasını yerinə yetirən İlkin Mehdiyev yanacaq satışından əldə olunmuş pulları Təqsirləndirilən şəxs təhvil verir. Abbas isə ona təhvil verirdi. YDM-də gündəlik satışlar Təqsirləndirilən şəxs tərəfindən qırmızı rəngli jurnala qeyd edilmişdir. O, İlkin Mehdiyevin yazı xətti pis olduğu üçün sonuncuya qırmızı rəngli jurnalda qeydiyyat aparmağa icazə verməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs digər operatorların yanacaq satışından əldə etdiyi pulları qırmızı rəngli jurnala qeyd edirdi. Bəzən həmin yanacaq-doldurma məntəqəsindən yanacaq alan bəzi müştərilərə yanacaq nisyə verilmiş və ayın sonunda həmin müştərilər borclarını ödəmişdir. Həmin müştərilərinin borcları Təqsirləndirilən şəxs tərəfindən qırmızı rəngli jurnala qeyd olunmuşdur. 2022-ci ilin oktyabr ayının əvvələrindən xəstə olduğu üçün xx.xx.2022-ci il tarixədək YDM-nə çox az hallarda getmişdir. xx.xx.2022-ci il tarixdə o, YDM-nə gəlmiş, Təqsirləndirilən şəxs gəlmədiyi dövrün pullarını ona təhvil vermişdir. O, qırmızı rəngli jurnalda qeyd edilən satışla Abbasın ona verdiyi pulu uyğunlaşdırdıqda 4.600 manatın əksik olduğunu görmüş və Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuşdur. Abbas ona Şahid1 hissə-hissə olmaqla ümumilikdə 3000 manat dəyərində, Şahid2 100 manat dəyərində, Xəyal adlı şəxsin 100 manat dəyərində, X6 hissə-hissə olmaqla ümumilikdə 1200 manat dəyərində və jurnalda "Gəmi" adı ilə qeyd edilmiş, öz gəmisi üçün yanacaq almış tanımadığı şəxsin isə 200 manat dəyərində nisyə yanacaq aldıqlarını, borclarını ödəmədiklərini, 4.600 manat dəyərində çatışmazlığın bu səbəbdən yarandığını bildirmişdir. Həmin şəxslərin bir neçə yük avtomobili vardır və onlara məxsus yük avtomobilləri YDM-nə gələrək nisyə yanacaq almış, qısa müddət ərzində borclarını ödəmişlər. O, İlkin Mehdiyevə qeyd edilən şəxslərə zəng edərək borclarını hansı səbəbdən ödəmədiklərini soruşmasını bildirmiş, İlkin Mehdiyev həmin şəxslərə zəng etmiş və onlardan nə üçün borclarını ödəmədiklərini soruşduqda onlar heç bir borclarının olmadığını, nisyə aldıqları bütün yanacağın pullarını ödədiklərini bildirmişlər. Bundan sonra o, Abbasdan 4.600 manat pulun həqiqətən harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs öz şəxsi ehtiyacları üçün götürərək xərclədiyini bildirmiş və xx.xx.2022-ci il tarixədək qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs onun və İlkin Mehdiyevin iştirakı ilə izahat yazaraq yanacaq satışından əldə olunmuş 4.600 manat pulu götürüb xərclədiyini yazılı formada etiraf etmiş və izahat Təqsirləndirilən şəxs, İlkin Mehdiyev və onun tərəfindən imzalanmışdır. O, Abbasın xahişlərindən sonra sonuncunu işdən çıxarmamışdır. Bundan sonra o, Salyan rayonunda yeni YDM-ni icarəyə götürdüyü üçün "xxxx" YDM-nə gec-gec gəlmiş və Abbasla dəqiqliklə hesablaşmalar aparmamışdır. Həmin dövrdə də o, Abbasın ona təhvil verdiyi pulları gündəlik yanacaq satışlarının qeyd olunduğu qırmızı rəngli jurnalla yoxladıqda çatışmazlıqlar aşkar etmişdir. O, bu barədə Abbasdan soruşduqda sonuncu həmin pulların nisyədə olduğunu bildirmişdir. O, həmin dövrdə işlərinin çox olması səbəbindən həmin pulların nisyədə olubolmaması barədə maraqlanmamışdır. Abbas bir müddət sonra ona yalandan həmin 4.600 manatı qaytarıb yerinə qoyduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən hesabat aparmaq üçün YDM-nə gəlmişdir. Abbas yanacaq satışından əldə etdiyi pulları ona təhvil verərkən o, yenə də yanacaq satışlarının qeyd olunduğu qırmızı rəngli jurnalla uyğunlaşdırma aparmış, bu dəfə 10.453 manat məbləğində çatışmazlıq aşkar etmiş və Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuşdur. Abbas ona Şahid1 hissə-hissə olmaqla ümumilikdə 5.821 manat dəyərində, Şahid2 805 manat dəyərində, X3 900 manat dəyərində, X4 731 manat dəyərində, Xəyal adlı şəxsin 100 manat dəyərində, X6 1200 manat dəyərində, X7 isə 396 manat dəyərində və jurnalda "Gəmi" adı ilə qeyd edilmiş, öz gəmisi üçün yanacaq almış tanımadığı şəxsin isə 500 manat dəyərində nisyə yanacaq aldıqlarını, borclarını ödəmədiklərini, 10.453 manat dəyərində çatışmazlığın bu səbədən yarandığını bildirmişdir. O, Abbasa dərhal zəng edərək həmin şəxslərdən borclarını tələb etməli olduğunu bildirmişdir. Növbəti gün o, yenidən YDM-nə getdikdə Abbas yalandan ona həmin şəxslərin Bakı şəhərindən kənarda olduqlarını və Bakı şəhərinə qayıdan kimi borclarını ödəyəcəklərini bildirmişdir. 2023-cü ilin fevral ayının sonlarında o, Abbasın YDM-nə borclu olduğunu bildirdiyi Şahid1, X5 və Şahid2 zəng edərək onlarla görüşmüşdür. Həmin şəxslər YDM-nə heç bir borcu olmadıqlarını bildirmişlər. O, Abbasa bu barədə dedikdə Abbas Zahir, Vurğun və Elmarın yalan dediyini, 10.453 manatın əksər hissəsinin onların borcu olduğunu bildirmişdir. Bundan sonra o, İlkin, Vurğun, Elmar və Zahir YDM-nin kamera görüntülərinə baxmışlar. Kamera görüntülərində Abbasın həmin şəxslərin adına borc qeyd etdiyi günlərin bəzilərində onlara məxsus yük avtomobillərinin ümumiyyətlə YDM-nə gəlmədiyi, müəyyən edilmişdir. Bəzən isə jurnalda borc qeyd edilmiş bəzi günlərdə isə həmin yük avtomobillərinin YDM-nə gələrək yanacaq aldığı müəyyən edilmişdir. Lakin, Vurğun, Elmar, və Zahir həmin yanacaqlarının pullarını ödədiklərini bildirmişlər. O, yenidən Abbasa həmin şəxslərin YDM-nə heç bir borcu olmadığını bildirmiş və Abbasdan 10.453 manatın harada olduğunu soruşduqda Abbas 4.600 manat pulun əvvəlki götürdüyü məbləğ olduğunu, qalan 5.853 manatı isə sonradan götürüb öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 10,453 manatı mənimsəməsinə dair xx.xx.2023-cü il tarixdə yazılı izahat yazaraq ona vermişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirimişdir ki, Təqsirləndirilən şəxs Vurğun Babayev, Şahid1, Şahid2, Sunay Babayev, Rüstəm Paşayev və İslam Paşayevə məxsus yük avtomobillərinin və öz gəmisi üçün yanacaq almış tanımadığı şəxsin aldığı nisyə dizellərin sonradan ödənişi olunarkən həmin ödənişləri götürüb xərcləmiş və onların borclarını qırmızı jurnaldan silməmişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də yanacaq satışından əldə olunmuş 10.453 manat pul vəsaitini götürüb öz şəxsi ehtiyacları üçün xərcləyərək mənimsəmişdir. "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru o olduğu üçün, MMC-nin bütün payları ona məxsus olduğu üçün törədilmiş cinayət nəticəsində ziyan birbaşa ona dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş zərərödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və məhkəməyə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməsi barədə müraciət etmiş Şahid2 ibtidai istintaqa verdiyi və məhkəmə baxışında elan olunmuş ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ona məxsus 01 ədəd "Howo" markalı avtomobilinə müəyyən vaxtlarda "xxxx" MMC-yə məxsus Bakı şəhəri. Xətai rayonu. Zığ şosesi 51 ünvanında yerləşən yanacaq doldurma məntəqəsindən dizel vurulmuşdur. "xxxx" MMC-nin təsisçisi və rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. Həmin yanacaq doldurma məntəqəsinə isə faktiki olaraq Təqsirləndirilən şəxs rəhbərlik etmiş, hesabatı aparmışdır. Ona məxsus olan yük avtomobili bəzən həmin yanacaq doldurma məntəqəsindən nisyə dizel almış, hər ayın sonunda isə o. borcu ödəmişdir. Nisyə alınan dizelin qeydiyyatı həm onun tərəfindən, həm də yanacaq doldurma məntəqəsində isə Təqsirləndirilən şəxs tərəfindən qeydiyyat aparılmışdır. xx.xx.2023-cü il tarixdə YDM-də işləyən İlkin Mehdiyev ona zəng edərək ona məxsus olan yük avtomobillərinin nisyə dizel aldıqlarını və 100 manat məbləğində borcun ödənilmədiyini bildirmişdir. Halbuki, həmin vaxtı onun həmin yanacaq doldurma məntəqəsinə borcu olmamış, noyabr ayına olan borcu isə bir neçə gün əvvəl onun tərəfindən Təqsirləndirilən şəxs ödənilmişdin O. İlkin Mehdiyevə borcu olmadığını, bütün nisyə dizelin pulunun bir neçə gün əvvəl Təqsirləndirilən şəxs ödənildiyi bildirmişdir. İlkin Mehdiyev sonradan ona həmin məbləğin Təqsirləndirilən şəxs bəzən onun adına yalandan borc yazaraq kassadan pul götürdüyünü və ya ona məxsus yük ävtömöbilinin nisyə dizel almağı ilə əlaqədən onun ödədiyi borcu özünə götürüb xərclədiyini, onun yanacaq doldurma məntəqəsinə borcu olmadığını bildirmişdir. 2023-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxslə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs onun YDM-nə 805 manat dəyərində borcu olduğunu bildirmişdir. O. Zərərçəkmiş şəxs YDM-nə heç bir borcu olmadığın ona məxsus yük avtomobillərinə alınmış bütün dizellərin pulunun onun tərəfindən Təqsirləndirilən şəxs ödənildiyini bildirmişdir. Bundan sonra o, İlkin, Vurğun, Zahir, Ramel YDM-nin kamera görüntülərinə baxmışlar. Kamera görüntülərində Abbasın jurnalda onun adına borc qeyd etdiyi bəzi günlərdə ona məxsus yük avtomobilinin, ümumiyyətlə YDM-nə gəlmədiyi müəyyən edilmişdir. Bəzən isə ona məxsus yük avtomobilinin YDM-nə gələrək dizel aldıqları müəyyən edilmişdir. Lakin. O, həmin dizellərin pullarını Təqsirləndirilən şəxs ödədiyini, heç bir borcu olmadığını bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs sonradan ona həmin məbləğin Təqsirləndirilən şəxs bəzən onun adına yalandan borc yazaraq kassadan pul götürdüyünü, bəzən isə ona məxsus yük avtomobilinin nisyə dizel almağı ilə əlaqədər ödədiyi borcu özünə götürüb xərclədiyini, onun yanacaq doldurma məntəqəsinə borcu olmadığını bildirmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, hər ayın sonu o, aylıq borcu Təqsirləndirilən şəxs ödəmişdir. Çünki. Təqsirləndirilən şəxs faktiki olaraq həmin yanacaq doldurma mənləqəsinə rəhbərlik etmiş, Zərərçəkmiş şəxslə hesabatı Təqsirləndirilən şəxs həyata keçirmişdir. İş materiallarında olan: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 01) - 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC və Təqsirləndirilən şəxs arasında 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə bağlanmışdır. (i.v. 7-17) - 09 fevral 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də “ümumi” bölməsində “YDM-nin operatoru” vəzifəsində işləmişdir. (i.v. 7-17) - 20 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 11/23 №-li əmrdən görünür ki, “ümumi” bölməsində “YDM-nin operatoru” vəzifəsində işləyən Təqsirləndirilən şəxs Həsən oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. (i.v. 20-21) - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 02 aprel 2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC (VÖEN: **********) 02 aprel 2021-ci il tarixdə qeydiyyata alınmış, təsisçisi Zərərçəkmiş şəxs olmuş, hüquqi ünvanı ünvan 4l 20 ünvanıdır. (i.v. 33) - ünvan 623-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azaedlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 47-57) - 10 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hər iki jurnalların üzqabığı qırmızı rəngli olub üzərində "VİVO" və "Note Book" sözləri yazılmışdır. Jurnalın səhifələri qələm vasitəsilə müxtəlif ölçülü 08 ədəd xanalara ayrılmışdır. Yuxarıdan aşağıya doğru baxdıqda yuxarıdakı sağ tərəfdə olan xanada tarix (gün, ay, il), sol tərəfdəki xanada isə həmin gün işdə olan işçilərin adları qeyd edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs, Vurğun Babayev, Şahid1 və Şahid2, Sunay Babayev, Rüstəm Paşayev və İslam Paşayevə məxsus yük avtomobillərinin və öz gəmisi üçün yanacaq almış tanımadığı şəxsin aldığı nisyə dizellərin sonradan ödənişi olunarkən həmin ödənişləri götürüb xərcləmiş və onların borclarını qırmızı jurnaldan silməmişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “BAKU OİL" MMC-də yanacaq satışından əldə olunmuş 10.453 manat pul vəsaitini götürüb öz şəxsi ehtiyacları üçün xərcləyərək mənimsəmişdir. Həmin qeydlər aşağıdakılardır: xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 150 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 200 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 300 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə “Cbı" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 200 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 400 AZN, xx.xx.2022-ci il tarixdə "Elman" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 450 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 200 AZN, xx.xx.2022-ci il tarixdə "Xəyal" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə "İslam" adına qeyd edilmiş 320 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 300 AZN VƏ "İslam" adına qeyd edilmiş 320 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 400 AZN, xx.xx.2022-ci il tarixdə “Gəmi” adına qeyd edilmiş 200 AZN, xx.xx.2022-ci il tarixdə "İslam" adına qeyd edilmiş 320 AZN, xx.xx.2022ci il tarixdə "İslam" adına qeyd edilmiş 240 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə “Cbı” adına qeyd edilmiş 100 AZN, xx.xx.2022-ci il tarixdə "Elman" adına qeyd edilmiş 100 AZN, xx.xx.2022- ci il tarixdə "Cbı" adına qeyd edilmiş 320 AZN, xx.xx.2022-ci il tarixdə "Cbı" adına qeyd edilmiş 420 AZN. xx.xx.2022-ci il tarixdə "Rüstəm" adına qeyd edilmiş 85 AZN, xx.xx.2022-ci il tarixdə "Rüstəm" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Rüstəm" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Cbı" adına qeyd edilmiş 200 AZN və "Elman” adına qeyd edilmiş 155 AZN, xx.xx.2023-cü il tarixdə "Cbı" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Elman" adına qeyd edilmiş 150 AZN, xx.xx.2023-cü il tarixdə “Cbı” adına qeyd edilmiş 100 AZN və "Rüstəm" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə “Cbı” adına qeyd edilmiş 320 AZN, xx.xx.2023-cü il tarixdə "Elman" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Elman" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə “Chı adına qeyd edilmiş 200 AZN "Elman" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Cbı" adına qeyd edilmiş AZN, xx.xx.2023-cü il tarixdə “Rüstəm" adına qeyd edilmiş 250 AZN, xx.xx.2023-cu il tar280 "Rüstəm" adına qeyd edilmiş 96 AZN və "Cbı" adına qeyd edilmiş 456 AZN, xx.xx.2023-cü il tarixdə "Cbr" adına qeyd edilmiş 200 AZN, xx.xx.2023-cü il tarixdə "Sunay" adına qeyd edilmiş 346 AZN Azurgun adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Cbı" adına qeyd edilmiş 125 AZN və "Vurğun" adına qeyd edilmiş 100 AZN, xx.xx.2023-cü il tarixdə "Vurğun" adına qeyd edilmiş 150 AZN, xx.xx.2023-cü il tarixdə "Vurğun" adına qeyd edilmiş 350 AZN. xx.xx.2023-cü il tarixdə "Vurğun" adına qeyd edilmiş 100 AZN və "Gəmi" adına qeyd edilmiş 300 AZN. xx.xx.2023-cü il tarixdə "Vurğun" adına qeyd edilmiş 100 AZN və "Sunay" adına qeyd edilmiş 50 AZN. Zərərçəkmiş şəxs jurnalda "Cbı" adı ilə qeyd edilmiş şəxsin Şahid1, "Elman" adı ilə qeyd edilmiş şəxsin Şahid2, "Vurğun" adı ilə qeyd edilmiş şəxsin X9, Rüstəm adı ilə qeyd edilmiş şəxsin X10, "Sunay" adı ilə qeyd edilmiş şəxsin X12, "İslam" adı ilə qeyd edilmiş şəxsin X11 olduğunu bildirdi. Zərərçəkmiş şəxs "Xəyal" adı ilə qeyd edilmiş şəxsi tanımadığını və “Gəmi” adı ilə qeyd edilmiş şəxsin öz gəmisi üçün dizel almış tanımadığı şəxs olduğunu bildirmişdir. (i.v. 71-72) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 09 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarı ilə apellyasiya baxışına xitam verilmişdir. (i.v.162-163) - 03 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 166) - sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 207-222) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (i.v. 225-226) - 04 dekabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Bist kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkumluğu qanunla müyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Bist kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 236-237) - "xxxx" ASC-nin 04 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 800 manat X2 ödənilmişdir. - "xxxx" ASC-nin 21 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1800 manat X2 ödənilmişdir. - "xxxx" ASC-nin 21 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 14 manat X2 ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya, həmin Məcəllənin 179.2.3-cü maddəsi eyni əməlləri şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyinə, həmin Məcəllənin 179.2.4-cü maddəsi isə eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC tərəfindən verilmiş ödəmə qəbzləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan ödəmə qəbzləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-18/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-18/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver