Məhkəmə qərarları › İş №1(011)-180/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-180/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-180/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hal-hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 58 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təkrarən həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində tanışı Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Xətai rayonu X11 küçəsi 9 saylı ünvanda yerləşən toyuq məhsulları satılan mağazada olarkən mağazada divardan asılmış Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 9 saylı binanın 130 nömrəli mənzilinin giriş qapısının açarını görərək özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə açarı gizli götürüb, həmin gün saat 11:00 radələrində həmin açarla giriş qapısını açıb, mənzilə qanunsuz daxil olaraq yataq otağındakı tumbanın siyirməsində olan 4.000 manatdan 1.800 manatını gizli olaraq talayıb, mənzilin qapısını açarla bağlayıb oranı tərk edərək zərərçəkmiş Zərərçəkmiş şəxs 1.800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarını gəlib bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində tanışı Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 9 saylı ünvanda yerləşən toyuq məhsulları satılan mağazaya gələrək mağazada divardan asılmış Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 9 saylı binanın 130 nömrəli mənzilinin giriş qapısının açarını gizli götürüb, həmin gün saat 11:00 radələrində həmin açarla giriş qapısını açıb, yataq otağındakı tumbanın siyirməsində olan 2.200 manatı gizli olaraq talamaq məqsədilə mənzilə qanunsuz daxil olduqdan sonra mənzil sahibinin dostu Şahid1 tərəfindən yaxalandığından cinayət əməlini iradəsindən asılı olmayaraq başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 15 il olar ki, tanıyır. Belə ki, İlqar hazırda ünvan 5 saylı ünvanda yerləşən toyuq məhsulları satılan mağazanı icarə əsasında işlədir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, İlqarın işlədiyi mağazaya getmişdir. Həmin vaxtı o, İlqarın yaşadığı mənzilin giriş qapısının açarını mağazanın girişində sol tərəfdə divarda asılqandan gizli yolla oğurlayıb, mənzildən oğurluq etmək məqsədilə həmin gün, saat 11:00 radələrində İlqarın yaşadığı ünvan 5 saylı evin, 130 nömrəli mənzilinə getmişdir. Mənzilin qapısını döymüş və mənzildə heç kimin olmadığına tam əmin olduqdan sonra həmin açarla mənzilin giriş qapısını açaraq mənzilə qanunsuz daxil olmuşdur. Həmin mənzil üç otaqdan ibarət olmuşdur. Mənzildə dağınıq işləri aparmadan bir neçə dəqiqə axtarış aparmışdır. Həmin vaxt o, mənzilin yataq otağında olan tumbanın siyirməsində təxminən 4.000 manata yaxın pulun olduğunu görmüşdür. Həmin puldan bilinməsin deyə 1800 (min səkkiz yüz) manat pulu gizli yolla oğurlamışdır. Bundan sonra o, mənzildən çıxmışdır. Mənzilin giriş qapısını açarla bağlamışdır. O, yenidən İlqarın işlədiyi mağazaya gəlmişdir. Açarı İlqarın hiss etmədiyi zaman gizlincə həmin asılqana asmışdır. O,əldə etdiyi puldan bir hissəsini 370 manat və 360 manat olmaqla cəmi 730 manat pulu kreditə götürdüyü mobil telefonun kreditinə görə ödəniş etmişdir. Həmin qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Yerdə qalan hissəni isə o, öz şəxsi ehtiyaclartına xərcləmişdir. Sonradan isə həmin mobil telefonu satmışdır. xx xxxxxx 2020ci il tarixdə, təxminən saat 10:00 radələrində yenə də həmin üsulla təkrar oğurluq etmək məqsədi ilə İlqarın işlədiyi mağazaya gəlmiş və İlqarla hal əhval tutmuşdur. Biraz olub keçənlərdən söhbət etdikdən sonra İlqarın başışının qarışıq olduğu zaman İlqarın yaşadığı mənzilin giriş qapısının açarını mağazanın girişində sol tərəfdə divarda asılqandan gizli yolla oğurlamışdır. Mənzildən oğurluq etmək məqsədilə o, həmin gün, saat 11:00 radələrində İlqarın yaşadığı ünvan 5 saylı evin, 130 nömrəli mənzilin giriş qapısının qarşısına gəlmişdir. Yenə də qapını döymüşdür. Mənzildə heç kimin olmadığına tam əmin olduqdan sonra o, həmin açarla mənzilin giriş qapısını açarla açıb, mənzilə qanunsuz daxil olmuşdur. Bu vaxtı istintaq zamanı adını bildiyi Şahid1 qəfildən mənzilin uşaq otağından çıxıb onun nə məqsədlə mənzilə daxil olduğunu soruşmuş o, isə özünü itirərək səhv etdiyini Asimə bildirmişdir. X12 mobil telefonuna zəng edib bu barədə məlumat vermişdir. Bir neçə dəqəqədən sonra İlqar və 3 nəfər polis əməkdaşı həmin mənzilə gəldmişdirlər. Polis əməkdaşları onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirib təhvil vermişlər. Həmin Şöbədə o, izahatında etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Ona heç kim köməklik etməmişdir. O, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. O, qeyd olunan oğurluq cinayətindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələr və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 130-da yaşayır. Yaşadığı mənzil üç otaqdan ibarətdir. X1 onun arvadı, X4 onun oğlu, X5 onun qızıdır. Qızı Rəna 2019-cu ilin noyabr ayında Tərtər şəhərində onun valideynlərinin yaşadığı evdə yaşayır. O, isə arvadı Ülviyyə və oğlu İsmayıl ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Təqsirləndirilən şəxs o, təxminən 20 ilə yaxındır ki, tanıyır. Özü də hazırda ünvan 5 saylı ünvanda yerləşən toyuq məhsulları satılan mağazanı icarə əsasında işlədir və özü də həmin mağazada işləyir. Fazil tez-tez onun işlədiyi mağazaya gedib gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində Fazil onun işlədiyi mağazaya gəlmiş və onun yaşadığı mənzilin giriş qapısının açarını divarda olan asılqandan onun xəbəri olmadan, gizli yolla oğurlayıb, mağazadan çıxıb getmişdir. Lakin o, Fazilin qeyd olunan açarı oğurlamasından xəbəri olmamışdır. Bir neçə gün sonra axşam saatlarında o, yaşadığı evdə yataq otağında olan şkafın siyirməsindən ona məxsus 1.800 manat pulunun olmadığını aşkar etmişdir. Sonradan o, elə zənn etmişdir ki, Fazil onun işlədiyi mağazaya gələrək onun yaşadığı mənzilin giriş qapısının açarını oğurlayıb mənzilə qanunsuz daxil olaraq mənzildən ona məxsus 1.800 manat pulu oğurlamışdır. O, qeyd olunan 1.800 manat pulun Fazil tərəfindən oğurlanmasını düşünüb, Fazilin yenidən oğurluq etmək məqsədilə onun yaşıdığı mənzilə gələcəyini zənn etdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında özü işə gedən zaman, qohumu Şahid1 onun yaşadığı mənzildə qalıb gözətçilik etməsini, mənzilə hər-hansı bir şəxs daxil olarsa dərhal ona zəng edərək məlumat verməsini xahiş etmişdir. Həmin vaxtı Asim mənzildə qalmış və o, mənzilin giriş qapısını çöl tərəfdən açarla bağlayıb, öz iş yerinə getmişdir. Həmin gün, saat təxminən 10:27 radələrində Asim hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək Fazilin onun yaşadığı mənzilə daxil olduğunu bildirmişdir. O, mənzilə gələcəyini Asimə bildirmiş və iş yeridən çıxıb yaşadığı mənzilə tərəf gedən zaman avtomobil yolunun kənarında ÇPA-na məxsus xidməti avtomobilin olduğunu və içərisində iki nəfər tanımadığı polis əməkdaşlarının olduğunu görüb həmin polis əməkdaşlarına yaxınlaşıb, yaşadığı mənzilə bir nəfər şəxsin oğurluq etmək məqsədilə daxil olduğu, hazırda mənzildə olmasını bildirmiş və kömək etmək məqsədilə birlikdə mənzilə getməyi xahiş etmişdir. Bundan sonra o, həmin iki nəfər polis əməkdaşı ilə birlikdə dərhal onun yaşadığı mənzilə yollanmışdır. Həmin vaxtı həqiqətən də Fazilin onun yaşadığı mənzilin içərisində olması müəyyən olunmuşdur. Polis əməkdaşları Fazil ilə bir neçə dəqiqə profilaktiki söhbət apardıqdan sonra o, özündə olan açarla mənzilin giriş qapısı açaraq birlikdə mənzilə daxil olmuşdur. Həmin vaxtı polis əməkdaşları Fazili mənzildə aşkar etmiş və nə məqsədlə mənzilə daxil olmasını soruşmuşlar. Fazil isə onun yaşadığı mənzilə oğurluq etmək məqsədilə daxil olduğunu səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları Fazili Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, da qohumu Şahid1 ilə birlikdə Polis Şöbəsinə getmiş və o, baş vermiş hadisə ilə əlaqədar ərizə və izahat yazmışdır. Mənzilində olan 4000 manat puldan 1.800 manatını Fazil oğurladıqdan sonra həmin yerdə 2.200 manat pulu qalmışdır. Fazil xx xxxxxx 2020-ci il tarixdə təkrar olaraq mənzilinə daxil olanda həmin pulu yəni, 2200 manatı oğurlamaq niyyətində olmuşdur. Lakin qeyd etdiyi kimi onu, dostu ilə birlikdə mənzilin daxilində yaxaladıqları üçün cinayət əməlini başa çatdıra bilməmişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. İlqar hazırda Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 6 saylı ünvanda yerləşən toyuq məhsulları satılan mağazada işləyir. Gününü xatırlamadığı vaxtda İlqar yaşadığı mənzildən 2.000 manat pulun oğurlandığını və buna görə də tanışı Təqsirləndirilən şəxs şübhələndiyini ona bildirmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə, saat 09 :00 radələrində İlqar işə gedən zaman, ondan yaşadığı mənzildə qalıb gözətçilik etməyini, mənzilə hər-hansı bir şəxs daxil olarsa dərhal məlumat verməyini xahiş etmişdir. Bundan sonra İlqar, mənzilin giriş qapısını çöl tərəfdən açarla bağlayıb, öz iş yerinə getmişdir. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 11 :00 radələrində o, həmin mənzilin uşaq otağında olarkən mənzilin giriş qapısının açıldığını eşitmişdir. Həmin vaxtı bir nəfər şəxsin mənzilə daxil olduğunu hiss etmişdir. O, uşaq otağında olmuşdur. Bundan sonra Fazil dəhlizdə olan zaman, onun olduğu otağın qapısını açmış və onunla üz-üzə gəlmişdir. O, Fazildən mənzildə necə daxil olmasını soruşduqda Fazil səhv etdiyini və açarı İlqarın iş yerindən gizlin oğurladığını ona bildirmişdir. Buna görə də o, dərhal İlqara zəng edib bu barədə məlumat vermiş və Fazilə mənzildə gözləməsini təklif etmişdir. Fazil də ona etiraz etməmiş və mənzildə gözləmişdir. Bir neçə dəqiqə sonra İlqar 3 nəfər polis əməkdaşları ilə birlikdə mənzilə gəlmişdir. Orada Fazil mənzilin giriş qapısının açarını İlqara vermişdir. Bundan sonra polis əməkdaşları Fazili Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmişdir. Həmçinin İlqar ilə polis şöbəsinə getmişdir. Orada İlqar baş vermiş hadisə ilə əlaqədar ərizə vermiş və izahat yazmışlar. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, hazırda Xətai RPİ-nin X10 Alayının 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. xx xxxxxx 2020- ci il tarixdə, təxminən saat 10:35 radələrində Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati ərazisində AP2436 çağırışlı avtopatrul ilə xidmət apararkən Xətai rayonu, X11 küçəsində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlaraə yaxınlaşaraq yaşadığı mənzilə bir nəfər şəxsin oğurluq məqsədilə daxil olmasını bildirmiş və kömək istəmişdir. Buna görə o, polis nəfərləri Şahid3, Şahid4 və vətəndaş Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 saylı binanın 130 nömrəli mənzilinə yollanmışdır. Həmin mənzilin giriş qapısına yaxınlaşdıqda qapının içəri tərəfdən bağlı olduğunu müəyyən etmişdir. Bu vaxtı mənzilin içərisində olan şəxslə profilaktik söhbətlər apararaq qapını açmasını xahiş etmişdir. Həmin mənzilə qanunsuz daxil olmuş şəxs qapını açaraq tabe olmuşdur. Həmin şəxsi və mənzil sahibi Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində mənzilə qanunsuz daxil olmuş şəxsin xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Zeyladin oğlu olması müəyyən olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, hazırda Xətai RPİ-nin X10 Alayının 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:35 radələrində Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati ərazisində AP2436 çağırışlı avtopatrul ilə xidmət apararkən Xətai rayonu, X11 küçəsində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq yaşadığı mənzilə bir nəfər şəxsin oğurluq məqsədilə daxil olmasını bildirmiş və kömək istəmişdir. Buna görə o, polis nəfərləri Şahid2, Şahid4 və vətəndaş Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 saylı binanın 130 nömrəli mənzilinə yollanmışdır. Həmin mənzilin giriş qapısına yaxınlaşdıqda qapının içəri tərəfdən bağlı olduğunu müəyyən etmişdir. Bu vaxtı mənzilin içərisində olan şəxslə profilaktik söhbətlər apararaq qapını açmasını xahiş etmişdir. Həmin mənzilə qanunsuz daxil olmuş şəxs qapını açaraq tabe olmuşdur. Həmin şəxsi və mənzil sahibi Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində mənzilə qanunsuz daxil olmuş şəxsin xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Zeyladin oğlu olması müəyyən olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, hazırda Xətai RPİ-nin X10 Alayının 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. xx xxxxxx 2020- ci il tarixdə, təxminən saat 10:35 radələrində Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati ərazisində AP2436 çağırışlı avtopatrul ilə xidmət apararkən Xətai rayonu, X11 küçəsində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq yaşadığı mənzilə bir nəfər şəxsin oğurluq məqsədilə daxil olmasını bildirmiş və kömək istəmişdir. Buna görə o, polis nəfərləri Şahid3, Şahid2 və vətəndaş Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 saylı binanın 130 nömrəli mənzilinə yollanmışdır. Həmin mənzilin giriş qapısına yaxınlaşdıqda qapının içəri tərəfdən bağlı olduğunu müəyyən etmişdir. Bu vaxtı mənzilin içərisində olan şəxslə profilaktik söhbətlər apararaq qapını açmasını xahiş etmişdir. Həmin mənzilə qanunsuz daxil olmuş şəxs qapını açaraq tabe olmuşdur. Həmin şəxsi və mənzil sahibi Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində mənzilə qanunsuz daxil olmuş şəxsin xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Zeyladin oğlu olması müəyyən olmuşdur. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə dənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təkrarən həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamağa cəhd etməsi cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar