Məhkəmə qərarları › İş №1(011)-180/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-180/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-180/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu, M.Hadi küç ev 9, mənzil 35-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi ərazisində istintaqa nəlum olmayan mənbədən 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki şalvarının cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,387 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir və narkotik vasitənin “kakos” kimi tanıdığı növündən istifadə edirmiş. Bədənində ağrılar olduğuna görə narkotik vasitə əldə etmiş, narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən istifadəsi üçün əldə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, yuxudan oyanmış, bədənində ağrılar başladığı üçün narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Buna görədə yaşadığı mənzildən çıxmışdır ki, narkotik vasitə əldə etsin. O, Xətai rayonu, kənd Əhmədli qəsəbəsi ərazisində gəzərkən təsadüfən bir nəfər şəxs ilə rastlaşmış, həmin şəxsin hərəkətlərindən onu narkomana oxşadıb ona yaxınlaşmış və narkotik vasitə istəmişdir. Həmin şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və satdığını demişdir. Həmin şəxs ilə o, bir kənara çəkilib onun deməsi əsasında 10 manat pul vermiş və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə “kakos" kimi tanıdığı heroin almışdır. Narkotik vasitəni aldıqdan sonra o, bir qisimini istifadə etmiş, bir qisimini isə əynində olan tünd boz rəngli cins şalvarının sağ cibinə qoymuş və yaşadığı evə gəlmişdir. Saat 12:00 radələrində o, yaşadığı mənzilin yerləşdiyi binanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Polis Şöbəsinə dəvət etmişlər. O, heç bir etirazının olmadığını bildirmiş və polis əməkdaşları ilə birlikdə 34-cü Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olması barədə sual verilmiş və vardırsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik maddəni aşkar etmişlər. Polis əməkdaşları narkotik vasitəni hansı şəraitdə əldə etməyi barədə onu sorğu-sual etmişlər. Heroin kimi tanıdığı narkotik vasitəni həmin günü o, 10 manat pul müqabilində Xətai rayonu, kənd Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün almasını və bir qismini istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz başqa heç bir əyşa aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhür ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Polis Bölməsində olarkən ona qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu, xəstə olduğunu, bir daha daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020- ci il tarixdə Əli adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Əli adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə o, raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş. Əli adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvüləri özü və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. Daha sonra Əli adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün özü və Şahid2 məlumata əsasən ünvan 3 ünvanın qarşısına gəlmişlər. Saat 12:00 radələrmdə həmin ünvanın qarşısında Əli adlı şəxsin əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Əliyə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Əli əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş tünd qəhvəyi rəngli, tozşəkilli spesfik iyi olan maddəni, bir ədəd kibrit qutusu və bir ədəd qatlanmış ağ kağız parçasını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, Əli də həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Əli, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Əli və o, imza etmişdir. Baxış zamanı X2 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020- ci il tarixdə Əli adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Əli adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə Şahid1 raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş. Əli adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvüləri özü və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təyin olunmuşdur. Daha sonra Əli adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün özü və Şahid1 məlumata əsasən ünvan 3 ünvanın qarşısına gəlmişlər. Saat 12:00 radələrmdə həmin ünvanın qarşısında Əli adlı şəxsin əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Əliyə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Əli əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş tünd qəhvəyi rəngli, tozşəkilli spesfik iyi olan maddəni, bir ədəd kibrit qutusu və bir ədəd qatlanmış ağ kağız parçasını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, Əli də həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Əli, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Əli və o, imza etmişdir. Baxış zamanı X2 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində saat 12 :45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-703/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (saat 17:15 dəqiqə). Cinayət işinin 74-76-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 123-125-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(011)-35/2021 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 25 (iyirmi beş) gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2704 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün № 152» möhür əksi, «Təqsirləndirilən şəxs... » və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.387 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertizaya təqdim etmə zamanı heroinin ümumi təmiz çəkisi – 0.387 qram, sərf edildi 0.05 qr., qalıq 0.337 qr. Cinayət işinin 134-141-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0.337 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 223 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psoxotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 88-97-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(011)-13/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2014-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 88-97-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(011)-13/2015 saylı hökmünün surətindən görünür ki, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfındən xx xxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 306031 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx xxxx 2009-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxsdur, anası X3r. Cinayət işininə əlavə edilmiş şəxsiyyət vəsiqəsini təqsdiq edən sənəddən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 9, mənzil 35də qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində saat 12:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (saat 17:15 dəqiqə). Daha sonra, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində xx xxxxxx 2021-ci il tarixində axtarış elan edilmiş və o, xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixi, 4(011)- 35/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən saat 12:45 dəqiqədən xx xxxxxx 2020-ci il tarixinədək saat 17:15 dəqiqəyədək həbsdə olduğu 02 (iki) gün müddəti ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.337 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 AZN (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddəti nəzərə alınaraq ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə madd sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.337 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 AZN (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar