Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-180/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 21 dekabr 2023-cü il tarixdə, saat 23:00-da Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 20 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,402 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə, axşam saat 10 radələrində qonşuları atasına baş çəkməyə gəlmiş, qonşusu Etibarı atası mağazaya siqaret almağa göndərmişdir. Daha sonra Etibar qayıdanda onunla birlikdə 3 nəfər evə daxil olmuş, onların arxasınca da daha 1 nəfər şəxs də gəlmişdir. Sonra isə rəis gəlmişdir. Həmin şəxslər evi axtardılar, rəis soruşanda isə heç nə tapmadıqlarını bildirmişdirlər. Daha sonra isə ona 234.1-ci maddə ilə tutulduğunu bildirdilər. O etiraz edəndə rəis bildirdi ki, atasının balışının altına 3 kq narkotik vasitə qoysunlar. Bu sözdən sonra o bildirdi ki, nə istəsələr boynuna alacaq, lakin atasına dəyməsinlər. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, nevroloji olaraq xəstədir, gecələr yata bilmir, lakin narkotik vasitə istifadə etmir. Onu evindən, mənzilindən aparmışlar. Həmin vaxt evdə bacısı, bibisi, atası var idi. Qonşusu Etibar da hər şeyi görmüşdür. Üzərində narkotik vasitə olmayıb. Həbs qətimkan tədbiri seçilən zaman psixoloji təsir altında olduğundan özünü təqsirli bilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvvəkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 21 dekabr 2023-cü il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 21 dekabr 2023-cü il tarixdə, saat 23:00-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər. İlkin X2 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Uğur Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, onu Bakı şəhəri Nəsimi rayonunda «Papanin» adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 (on beş) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs mənzildən tutulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvvəkili Şahid2 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs Polis bölməsinə evdən götürüb aparmamışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bibisidir, onunla bir evdə yaşayır. Axşam saat 6-dan sonra işdən evə gəlmiş, saat 7-yə kimi mətbəxdə olmuşdur. Həmin vaxt İlkin yatırdı, atası isə evdə televizora baxırdı. Daha sonra atası qonşuları Etibara zəng edib demişdir ki, İlkin yatıb özü də marketə gedə bilmir, 1 paçka siqaret və çörək alıb gətirməsini xahiş etmişdir. Bundan sonra İlkin oyanmış və gəlib ona demişdir ki, başı ağrıyır, çay istəyir. 10 dəqiqə keçəndən sonra qapı döyülmüş, o qapını açmış, bu zaman Etibar və yanında 2 nəfər şəxs evə daxil olmuşdurlar. Həmin vaxt həyəcandan qapını bağladığını da xatırlamır. Həmin 2 nəfər şəxs evi axtarmağa başlamışlar. Daha sonra əlavə 2 nəfər şəxs də evə daxil olmuşdur. O həmin şəxslərdən nə baş verdiyini soruşmuş, onlar isə heç nə olmadığını və narahat olmamasını bildirmişlər. Sonra isə İlkinin qoluna girib böyük otağa salmışlar, ona isə ora girməyə icazə verməmişdirlər. Bundan sonra o mətbəxə qayıtmışdır, həmin vaxt 2 nəfər yataq otağında idi, 1 nəfər də İlkinlə böyük otaqda idi. Hər yeri ələk-vələk etmişlər, lakin heç nə tapmamışdırlar. Telefonunu da əlindən almışdırlar, lakin gedəndə qaytardılar. Daha sonra bildirdilər ki, İlkini polis bölməsinə aparırlar, orada sənədə qol çəkməlidir və sənədə qol çəkəndən sonra onu buraxacaqlar. Lakin İlkini polis bölməsinə aparandan sonra o qayıtmamışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, evə daxil olan şəxslər adi geyimdə idilər, özlərini təqdim etmədən icazəsiz evi axtardılar. Həmin vaxt Etibarı da, İlkini də polis bölməsinə apardılar, lakin 1-2 gündən sonra Etibar oradan çıxmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs atası İlham ona zəng edərək siqaret almağı xahiş etmişdir. O isə onlara gedib pulu götürüb aşağı düşmüş, 10 metr gedəndən sonra onu 2 nəfər şəxs saxlamış, həmin şəxslər onu sorğu-sual etmiş, o da hər şeyi olduğu kimi demişdir. Onlar bildirdilər ki, birlikdə yuxarı qalxmalıdırlar. Daha sonra qalxdılar yuxarı, qapını döydülər, bibisi qapını açmışdır. Həmin vaxt İlkin yatırdı. Qapıdan içəri girəndən sonra o ancaq dəhlizdə dayanıb. Daha sonra 1 nəfər şəxs də gəldi, evə baxış keçirtdilər. İçəridə söhbət gedirdi, lakin o nədən söhbət getdiyini bilməmiş, çünki qapıda dayanmışdır. Sonra onu və İlkini apadılar, binanın sonunacan birlikdə getmişlər, onun telefonu da həmin şəxslərdə idi. Onun telefonunu qaytardılar özünü də buraxdılar, lakin İlkini maşına mindirib polis bölməsinə apardılar. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin şəxslər mülki geyimdə idilər, yalnız biri sənədini təqdim etmişdir. Ümumi olaraq 5 nəfər şəxs idi. İlkinə qandal vurdular, lakin ona qandal vurmamışdırlar. Sonra isə İlkini maşına əyləşdirib polis bölməsinə apardılar. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, təxminən 02 ilə yaxın müddətdir ki, narkotik vasitələrin kakos kimi tanıdığı növündən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə narkotik vasitələrin kakos kimi tanıdığı növünü xx.xx.2023cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 (on beş) manat ödəməklə almışdır. O, həmin narkotik vasitəsini daha sonra istifadə etməsi üçün əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımışdır. Həmin gün saat 23 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 20 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman o, özünü itirmiş və həyacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etmiş və onu 35-ci PB-yə dəvət etmişlər. O da getməyə heç bir etiraz etməmiş və birlikdə 35-ci PB-yə getmişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı içərisində kakos kimi tanıdığı narkotik vasitənin olduğu 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə həmin büküm açılmışdır. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 22 dekabr 2023-cü il tarixli cinayət işi başlama və icraata götürmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata götürülmüşdür; (i.v. 1) - 21 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər CMnin 126.1-ci maddəsi ilə məhkum olunmuş, Xətai rayonu, G.Şıxlinski küçəsi ev 20 mən 3də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, Xətai rayonu, G.Şıxlinski küçəsi ev 20 mən 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (i.v. 8-9) - 21 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinin yaxınlığında şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 25) - 21 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sora Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan 01 ədəd bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisini müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 0.45 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürüldü; (i.v. 35-36) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v. 37) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/6524 nömrəli 22 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...(imza) Vəzirov..." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi – 0,50 qram, qalıq təmiz çəki – 0,352 qram; (i.v. 42-46) - 23 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v.54-55) - 23 dekabr 2023-cü il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videoyazıya baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin büküm açıldıqda oradan qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisindəki narkotik vasitə olan «kakos», yəni heroindir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,45 qram olması müəyyən edilir və bu barədə müvafiq qeydlər aparılır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilir, lakin onun üzərindən əlavə olaraq heç nə aşkar olunmur; (i.v. 68) - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(011)- 785/2023 saylı qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v. 77-80) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(011)-209/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin Amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq olunmaqla cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir;(i.v. 92-94) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(011)-209/2020 il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 04 may 2020-ci il tarixindən hesablanması hökm edilmişdir; (i.v.95-104) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 18 yanvar 2024-cü il tarixli 307 №-li Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.105-106) - 08 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin köçürülməsi barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 05 (beş) gün müddətinə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Xətai RPİ-nin MSYyə köçürülmüş və qeyd olunan müddət Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-yə köçürüldüyü gündən hesablanmışdır; (i.v.117-118) - 13 fevral 2024-cü il tarixli vəsatətin rədd edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının rəyi ilə tanış olma protokolunu, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında və cinayət işinin istintaq materialları ilə tanış olması haqqında protokolları heç bir əsaslı səbəb göstərmədən imza etməkdən imtina etməsi vəsatət kimi qəbul olunmuş və iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir; (i.v.126-127) - İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,352 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - Xətai Rayon Polis İdarəsinə göndərilmiş 1(011)-180/2024 saylı 06 mart 2024-cü il tarixli məktuba 12 mart 2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 13 fevral 2024-cü il tarixdə saat 10:00-dan 12:00-a dək olan X8 məxsus görüş kitabçasının materiallarının ksero surətindən görünür ki, 13 fevral 2024-cü il tarixdə saat 10:10-dan saat 11:50-dək Xətai RPİ-nin müstəntiqi Mahir Hacıyev və vəkil X7 iştirakları ilə Təqsirləndirilən şəxs MSY-də dindirilməsi keçirilmişdir. - 13 may 2024-cü il tarixli 357/11 nömrəli Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2011-ci il tarixdə şəxsiyyətin emosional davamsız pozuntuları qarışıq tip diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, qonşusu Etibar qayıdanda onunla birlikdə 3 nəfərin evə daxil olması, onların arxasınca da daha 1 nəfər şəxs və rəisin gəlməsi, həmin şəxslərin evi axtarması, rəis soruşanda isə heç nə tapmadıqlarını bildirmələri, daha sonra isə ona 234.1-ci maddə ilə tutulduğunu bildirməkləri, o etiraz edəndə isə rəisin atasının balışının altına 3 kq narkotik vasitə qoyacaqlarını bildirməsi, bu sözdən sonra onun boynuna alması həqiqətə uyğun deyil. Məhkəmədə isə ifadəsinin dəyişdirməsinin səbəbi kimi göstərdiyi polis əməkdaşları tərəfindən ona qarşı olunmuş fiziki və psixoloji təzyiqlə bağlı dindirilərkən konkret olaraq kim tərəfindən, hansı formada psixi və fiziki zorakılığa məruz qaldığını və döyüldüyünü açıqlaya bilməmiş, buna görə də, məhkəmə onun polis əməkdaşları tərəfindən döyülməsi xüsusatın araşdırılması üçün rayon prokurorluğuna məlumat göndərməmişdir. Həmçinin 23 dekabr 2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirin seçilməsinə dair vəsatət və onun əsasında verilmiş təqdimata baxılarkən əməli etiraf etmiş və ona hər hansı fiziki və psixoloji təzyiq olunması barədə heçnə bildirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin doğma bibisi olmaqla işin nəticəsində maraqlı olan, obyektivliyinə şübhə yaradan yuxarıda göstərilən ziddiyyətlərin olmasına baxmayaraq əlavə şahid qismində dindirilmiş X3 və qonşu X4 ifadələrinə tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli 15 saylı Qərarın 25 və 26-ci bəndlərində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı iş materiallarında olan şəxsi axtarış və götürülmə istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitə heroini təqdim edərək ona məxsus olduğunu bildirmiş, təqdim edilmiş bükümə təhqiqatçı tərəfindən baxış keçirilir və həmin büküm Təqsirləndirilən şəxs və istintaq hərəkətlərinin digər iştirakçılarının önündə qablaşdırlaraq möhürlənməklə götürülür və bu imzalarla təsdiq edilir. Həmin video çəkilişdən və tərtib edilmiş protokoldan hər hansı prosesual pozuntu halı müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 21 dekabr 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,352 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 138 (yüz otuz səkkiz) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,352 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 138 (yüz otuz səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-180/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-180/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver