Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-180/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədilə 13, 19 və 25 dekabr 2024-cü və istintaqa məlum olmayan tarixlərdə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivi, 3-cü Şərq küçəsində “Prestij-V MTK”-a tərəfdən inşa ediləcək binada istifadə edilməsi üçün nəzərdə tutularaq açıq sahəyə yığılmış, hər biri iki hissədən ibarət (gövdə və iç hissə), gövdə hissəsinin diametri 56 mm, uzunluğu 3,17 metr, iç hissəsinin diametri 47 mm, uzunluğu 3 metr, 01 ədədi 36 manat dəyərində olan dəmir dirəklərdən xx.xx.2024-cü il tarixdə 19 ədəd, xx.xx.2024-cü il tarixdə 15 ədəd, xx.xx.2024-cü il tarixdə 12 ədəd və istintaq məlum olmayan tarixlərdə 203 ədəd olmaqla ümumilikdə 249 ədəd dəmir dirəyi vahid qəsdlə əhatə olunmuş niyyətlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Prestij-V MTK”-ya ümumilikdə 8.964 (səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmişdir. 05 dekabr 2024-cü il tarixində o, özünə məxsus olan 15 ədəd lesanı 165 manata əvvəllər tanımadığı Elçin adlı şəxsə satmış və Elçinlə tanışlığı yaranmışdır. Qeyd edir ki, həmin lesalar oğurluq onun özünə məxsus olmuşdur. Daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ şəhər deyilən yerdən oğurluq etməyi qərara almışdır. Bir qədər orada gəzişib nə oğurlaya biləcəyini fikirləşmişdir, sonra yeni tikiləməkdə olan binanın hasarının kənarına dəmirlər yığıldığını, dəmirlərin nəzarətsiz qaldığını görmüşdür. Ona görə də uyğun vaxt olan kimi həmin dərmiləri oğurlayıb satmaq və qazanc əldə etməyi planlaşdırmışdır. O, 13 dekabr 2024-cü ildən 25 dekabr 2024-cü il tarixədək olan müddət ərzində gecə müxtəlif saatlarda Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində 6-cı park küçəsində müəyyən hissələrində yığılmış dəmirləri yığıldığı yerlərdən götürüb bir qədər kənara daşımışdır. Sonra isə dirəkləri yığdı yerdən tanımadığı avtomobillərə yükləyib Dərnəgül bazarına aparıb Elçin adlı şəxsə satmışdır. Elçin dəmirləri ondan alan zaman onun şəxsiyyət vəsiqəsini tələb etmiş və oraya o, imza etmişdir. Eyni zamanda aldığı dəmirlərin sayını da o, şəxsiyyət vəsiqəsinin üzərinə yazmışdır. O, Ağ şəhərdən yeni tikilməkdə olan binanın barısının kənarında olan tikintidə istifadə olunan xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi 666 manata, xx.xx.2024-cü il tarixində 15 ədəd dəmir dirəyi 378 manata, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi 300 manat qarşılığında Dərnəgül bazarında Elçin adlı şəxsə satmışdır. Həmin pulları isə şəxsi istifadəsi üçün xərcləmişdir. O, qeyd edilən oğurluğu tək etmişdir. O, qeyd edilən Prestij-V MTK-dan ümumilikdə 46 ədəd dəmir dirək oğurlamış, qalan dəmirlərin oğurlanmasından isə xəbəri olmamışdır. O, oğurluğu tək etmiş, hissə-hissə olmaqla tanımadığı avtomobillərlə oğurlayıb Dərnəgül bazarında satmışdır. Sonuncu dəfə yolun kənarında olan bir nəfər yaxınlaşıb yükü olduğunu, həmin yükü aparmasını xahiş etmişdir. Həmin şəxs isə ona tanışının olduğunu, yükünü tanışının “ford transit” markalı avtomobili ilə apara biləcəyini bildirmişdir. O da həmin şəxsə zəng etmiş, sonradan adı ona məlum olan Muğdət adlı şəxsə xx.xx.2024-cü il tarixdə oğurladığı dəmir dirəkləri aparıb Dərnəgül bazarında Elçin adlı şəxsə satmışdır. Həmin “ford transit” markalı avtomobilin nömrə nişanını xatırlamamış, lakin həmin şəxslə telefonla danışmışdır. Əvvəl oğurladığı dirəkləri apardığı şəxslər isə yadında deyildir. Onun oğurluq etməyindən nə Muğdətin, nə Elçinin məlumatı olmamışdır. O, həmin şəxslərə dəmirlərin özünə məxsus olmasını, oğurluq olmamamasını demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumilikdə 46 ədəd dəmir dirək oğurlamış və oğurladığı dəmir dirəkləri Elçinə satmışdır. Həmçinin ifadəsində törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 21 oktyabr 2024cü il tarixdən "xxxx" MTK-da anbardar vəzifəsində işləyir. Anbardar olaraq o, MTK-a məxsus istifadə olunacaq əşyaların cavabdehliyini daşıyır. 2024-cü ilin dekabr ayının 21də o, ərazidə gəzişərkən iki ədəd dəmir dirəyin ümumi qoyulduğu yerdən kənarda müəyyən etmiş, həmçinin bir qədər də aralıda 28 ədəd dəmir dirəyin qoyulduğunu görmüşdür. Oğurluq ehtimalı etmişlər, ona görə də Şahid4 bu barədə AR DİN-in 102 xidmətinə məlumat vermişdir. Lakin dəqiqləşdirmədikləri üçün bu barədə ərizə verməmiş, sonradan onlar qeyd olunan dəmir dirəkləri saymışlar, 249 ədəd dəmir dirəyin yerində olmadığını müəyyən etmişlər. Belə ki, 237 ədəd bir, 12 ədəd də bir dəmir dirək oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, dəmir dirəkləri Təqsirləndirilən şəxs oğurlamışdır. Oğurlanmış dəmir dirəyin bir ədədi 85 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində nümayəndəsi olduğu “Prestij-V MTK”-ya ümumilikdə 21165 manat maddi ziyan dəymişdir. Onlar şirkət olaraq oğurlanmış dəmir dirəyin daşınma və digər xərclərini nəzərə alaraq 85 manat dəyərində qiymətləndirmişlər. Ekspertiza rəyində isə dirəyin orta bazar qiyməti göstərilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, ümumilikdə 798 ədəd dirəyin olmasını təsdiq edəcək sübutu yoxdur. Lakin, təqdim etdiyi qaimə fakturalardan görünür ki, “Majestik Palas”-dan“Majestik Tover” 06 may 2024-cü il tarixində 260 ədəd,24 avqust 2024-cü il tarixində 163 ədəd, 24 iyul 2024-cü il tarixində 66 ədəd dəmir dirək almışdır. Qaimə fakturada adları göstərilən hüquqi şəxslərin eyni şəxsə məxsus olmasını, yalnız adlarının fərqli firmalar olmasının nəzərə alınmasını xahiş edərək təqdim etdiyi sənədlərin sübut kimi qəbul edilməsini və dəmir dirəklərin mövcudluğuna əsas olan sənəd kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq “Fyor Qlobal” şirkətində mühafizəçi işləmişdir. Həmin mühafizə xidmətinin bağladığı müqavilə əsasında o, Ağ şəhər yaşayış massivində olan tikinti şirkətinin anbar hissəsində mühafizəçi işləmişdir. Həmin tikinti şirkətində 2024-cü ilin avqust ayının 09-dan etibarən mühafizəçi kimi işləməyə başlamışdır. İşlədiyi dövrdə mütəmadi olaraq əraziyə nəzarət etmiş, hər gecə şirkətin ərazisində piyada fırlanmışdır ki, oğurluq hadisəsi baş verməsin. 2024-cü ilin dekabr ayının 21-də o, iki ədəd dəmir dirəyin ümumi yığıldığı yerdən kənarda olmasını görmüş, fikirləşmişdir ki, yəqin ustalar dəmir dirəkləri kənara qoymuşdur. Həmin günün səhəri isə dəmir dirəklərin 28 ədədinin də bir qədər kənarda olmasını görmüşdür. Ona görə də şirkətin nümayəndəsi Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları əraziyə gəlmişlər, lakin oğurluq olan əşyaların sayı dəqiləşdirilməmişdir, ona görə də ərizə verilməmiş, həmçinin o, 24 dekabrda işə getmək istəyən zaman ona zəng edib işə getməməyini artıq işdən uzaqlaşdırıldığı bildirilmişdir. Ona görə də o, həmin gün işə getməmiş, növbəti oğurluq hadisəsində isə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Oğurluq etməsindən isə heç bir məlumatı olmamışdır. Sonradan dəmir dirəkləri yığıldığı ümumi yerdən kənarda görən zaman ona məlum olmuşdur ki, oğurluq hadisəsi baş vermişdir. O, xidmət apardığı ərazidə xidmət zamanı heç bir şübhəli avtomobil və ya şəxs görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq "xxxx" MTK-da mühəndis kimi işləyir. İşlədiyi MTK hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. Hazırda Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksi 3-cü şərq küçəsində "xxxx" MTK a tərəfindən yaşayış bina inşa edilir. Yeni inşa ediləcək binanın tikintisində istifadə edilən dəmir dirəklər tikinti sahəsində açıq sahəyə yığılmışdır. 21 dekabr 2024-cü il tarixdə işə getmiş və həmin vaxt onlara məlum olmuşdur ki, tikinti sahəsində açıq əraziyə yığılmış dəmir dirəklərdən 267 ədədi oğurlanmışdır. Buna görə də, o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər və birlikdə əraziyə baxış keçirilən zaman həmin dirəklərdən 30 ədədi tikinti sahəsindən 150 metr aralıda aşkar edilsə də, 237 ədədi isə tapılmamışdır. Həmin 30 ədəd dəmir dirəkləri yenidən gətirib öz yerinə yığmışlar. 25 dekabr 2024-cü il tarixdə işdə olan zaman əraziyə yığılmış dəmir dirəklərdən 12 ədədinin də oğurlanmasını aşkar etmişlər. O, yenidən DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində işlədiyi "xxxx" MTK-ya məxsus 249 ədəd dəmir dirək oğurlanmışdır. Oğurlanmış dəmir dirəyin bir ədədi 85 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi “Prestij-V MTK”-ya ümumilikdə 21.165 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, həmin şahidin iştirakı olmadan iclasın keçirilməsini məhkəmə mümkün hesab etmiş və Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, o, rəsmi olaraq Dövlət Neft Şirkətinin Nəqliyyat idarəsində sürücü işləyir, şirkətdə özünə məxsus "Ford tranzit" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilimi idarə etmiş, şirkətin işlərini görmüşdür. Həmçinin boş vaxtlarında sifariş qəbul edib yük daşımışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı şəxs tərəfindən zəng gəlmişdir. O, zəngi qəbul edən zaman həmin şəxs özünü Samir kimi təqdim edib yükü olduğunu, onun nömrəsini isə Nurlanın verdiyini bildirmişdir O da nə yük olduğunu soruşduqda həmin şəxs ona dəmir dirək olduğunu, Ağ şəhər deyilən yerdən götürüb Dərnəgül bazarına aparmaq istədiyini bildirmişdir. O, razılaşmış, sonra Samirin dediyi Ağ şəhərdə yeni tikilməkdə olan binanın yaxınlığında sonucu ilə görüşmüşdür. Samir ona 15 ədəd dəmir dirək göstərib həmin dirəkləri Dərnəgülə aparmağını xahiş etmişdir. Onlar 25 manat pula razılaşmışlar. O, Samirlə birlikdə həmin dirəkləri yük avtomobilimə yükləmiş və xx.xx.2024cü il tarixdə Samirin istəyi üzrə Dərnəgül bazarına aparıb Elçin adlı metal qəbulu məntəqəsində işləyən şəxsə təhvil vermişlər. Dirəkləri aparan zaman Samirdən həmin dirəklərin kimə məxsus olmasını soruşmuş, Samir isə ona dirəklərin özünə məxsus olmasını, satmaq üçün apardığını demişdir. Sonra o, dirəkləri Samirin təyin etdiyi yerə boşaldıb oradan çıxıb getmişdir. Samirlə həmin gündən sonra əlaqə saxlamamışdır(i.v 54- 56) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksi 3-cü şərq küçəsində baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-11); diskin götürülməsi haqqında 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Ağ şəhər yaşayış massivində 3-cü Şərq küçəsində yerləşən Prestij-V MTK-a məxsus açıq sahəyə yığılmış dəmir dirəklərin oğurlanmasının görüntüsü köçürülmüş 01 ədəd CD formatlı disk götürülərək iş materiallarına əlavə edilmişdir (i.v. 16-17); "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, 3-cü Şərq küçəsində yerləşən tikinti sahəsindən 249 (iki yüz qırx doqquz) ədəd dirəyin bir neçə ay ərzində 1 nəfər şəxs tərəfindən dəfələrlə oğurluq halı baş vermişdir. Hər bir dirəyin dəyəri 85.00 (səksən beş) manatdır. Nəticədə 21165.00 (İyirmi bir min bir yüz altmış beş) manat dəyərində dirək oğurlanmışdır (i.v. 25); şübhəli şəxsin tutulması haqqında 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 42-43); Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş əlyazmalardan görünür ki, xx.xx.2024cü il tarxində özünə məxsus olan 15 ədəd lesanı 165 manata, xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi 666 manata, xx.xx.2024-cü il tarixində 15 ədəd dəmir dirəyi 378 manata, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi 300 manata Elçin adlı şəxsə satmışdır (i.v. 65-66); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 67-68); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 4(011)-770/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmışdır (i.v. 89-93); ifadənin yerində yoxlanılması haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərrüatlarını hadisə yerində bir daha göstərmiş və istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 94-96); 01 ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "DVD" formatlı disk açıldıqda 01 ədəd “görüntü 1" adlı, 01 ədəd "görüntü 2" adlı, 01 ədəd “görüntü 3" adlı video fayl aşkar edildi. Həmin 01 ədəd “görüntü 1" adlı video fayl açıldıqda Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivi, 3-cü Şərq küçəsinə yaxın ərazidə iki nəfər kişi cinsində olan şəxsin dəmir dirəkləri daşıyıb ağ rəngli "Ford Tranzit" markalı avtomobilin arxa yük yerinə yığması müşahidə olundu. 01 ədəd "görüntü 2" adlı video fayl açıldıqda Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivi, 3-cü Şərq küçəsinə yerləşən tikinti sahəsindən bir nəfər əynində qara rəngli paltar geyinmiş kişi cinsində olan şəxsin gecə vaxtı hər əlində bir ədəd dəmir dirək götürüb daşıyaraq digər hissəyə aparıb yığması müşahidə olundu. Həmin 01 ədəd “görüntü 3" adlı video fayl açıldıqda Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivi, 3-cü Şərq küçəsinə yaxın ərazidə iki nəfər kişi cinsində olan şəxsin dəmir dirəkləri daşıyıb ağ rəngli "Ford Tranzit" markalı avtomobilin arxa yük yerinə yığması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivi, 3-cü Şərq küçəsində yerləşən tikinti sahəsindən dəmir dirəkləri daşıyaraq kənara yığan və əynində qara rəngli paltar olan şəxsin özü olmasını, eyni zamanda dəmir dirəkləri "Ford Tranzit" markalı avtomobilə yükləyən şəxslərdən birinin özü, digərinin avtomobilin sürücüsü olan Şahid1 olmasını bildirdi (i.v. 97-98); 27 dekabr 2024-cü il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MTKda anbardar vəzifəsində çalışır və MTK-nın nümayəndəsidir (i.v. 103-104); zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MTK zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v. 109); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 110-111); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)- 515/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-515/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir; Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 14 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir; xx.xx.2024-cü il tarixdə cəzasının bitməsi səbəbi ilə qeydiyyatdan çıxarılmışdır (i.v. 129- 139); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli 9/884 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, fotoşəkili təqdim edilmiş, 2 hissədən ibarət (gövdə və iç hissə), gövdə hissəsinin diametri 56 mm, uzunluğu 3,17 metr, iç hissəsinin diametri 47 mm, uzunluğu 3 metr olan 1 ədəd dəmir dirəyin orta bazar qiyməti nəzəri qaydada təxminən 36,00 manat müəyyən edilir (i.v. 140-144); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi yenidən ittiham elan edilmiş, ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, "xxxx" MTK-ya dəymiş maddi ziyan 8.964 manat hesab olunmuş, 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 152- 160). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-515/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmaqla 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və anbardar tərəfindən təqdim edilmiş qaimələrdən görünür ki, “Majestik Palas”-dan“Majestik Tover” 06 may 2024-cü il tarixində 260 ədəd,24 avqust 2024-cü il tarixində 163 ədəd, 24 iyul 2024-cü il tarixində 66 ədəd dəmir dirək, ümumilikdə isə 489 ədəd dəmir dirək təhvil verilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla qismən təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, verilmiş ittihamda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi, xx.xx.2024-cü il tarixində 15 ədəd dəmir dirəyi, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi, istintaqa məlum olmayan tarixlərdə 203 ədəd dəmir dirəyi oğurlamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 8964 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi, xx.xx.2024-cü il tarixində 15 ədəd dəmir dirəyi, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi oğurlaması sübut olunmuş, istintaqa məlum olmayan tarixlərdə 203 ədəd dəmir dirəyin isə oğurlanıb-oğurlanmaması isə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən haqlı mövqeyini əsaslandırarkən, ilkin olaraq Təqsirləndirilən şəxs tərəfindənxx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi, xx.xx.2024cü il tarixində 15 ədəd dəmir dirəyi, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi oğurlamasına qiymət verməyi, daha sonra isə istintaqa məlum olmayan tarixlərdə 203 ədəd dəmir dirəyin isə oğurlanıb-oğurlanmaması isə müəyyən edilməməsinə hüquqi qiymət verməyi məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs sadəcə olaraq xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi 666 manata, xx.xx.2024-cü il tarixində 15 ədəd dəmir dirəyi 378 manata, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi 300 manata Elçin adlı şəxsə satdığını, həmin dəmirlərdən başqa dəmir oğurlamadığını və başqa şəxsə satmadığını bildirmiş, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi tarixlərdə və sayda dəmir dirəkləri Təqsirləndirilən şəxs aldığını təsdiq etmişdir. Həmçinin zərərçəkmiş hüquqi şəxs “Prestij-V MTK”-nin nümayəndəsi və anbardar işləyən Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə istinaqı zamanı vermiş olduğu ifadələrində hüquqi şəxsin ümumilikdə 798 ədəd dəmir dirəyinin olmasını, 249 ədədin oğurlanmasını, hal-hazırda 549 ədəd dəmir dirəyin qalmasını bildirsə də, lakin 798 ədəd dəmir dirəyin alınmasını təsdiq edəcək heç bir sübutunun olmadığını bildirməklə ifadəsinin doğruluğunu şübhə altına almışdır. Həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə istintaqı zamanı ifadəsinin təsdiqi üçün təqdim etdiyi qaimələrlə müəyyən edilmişdir ki, “Majestik Palas”-dan“Majestik Tover” 06 may 2024-cü il tarixində 260 ədəd,24 avqust 2024-cü il tarixində 163 ədəd, 24 iyul 2024-cü il tarixində 66 ədəd dəmir dirək, ümumilikdə isə 489 ədəd dəmir dirək təhvil verilmişdir. Qeyd edilən xüsusat ilə bağlı nəzərə alınmalıdır ki, tədqiq edilmiş sübutların məcmusu ilə 798 ədəd dəmir dirəyin olması tədqiq edilmiş sübutlara əsasən müəyyən edilməmişdir. Həmin hüquqi şəxslərin eyni şəxsə məxsus olması, bu səbəbdən həmin firmalar tərəfindən bir-birinə dəmir dirək verilməsi ilə bağlı nümayəndə faktı təsdiq edəcək sənəd təqdim etməsə də, məhkəmə həmin xüsusata qiymət verməyi uyğun hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində hökm çıxarılarkən ehtimallara əsaslanaraq şəxsin təqsirli bilinməsi qanunsuzdur və bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə götürülməlidir. Həmçinin təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılarkən mötəbər sübutların məcmusuna əsaslanmaqla ittiham hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixində 19 ədəd dəmir dirəyi, xx.xx.2024cü il tarixində 15 ədəd dəmir dirəyi, 25 dekabr 2024-cü il tarixində isə 12 ədəd dəmir dirəyi oğurlaması tam sübut edilmişdir. Həmçinin həmin dəmir dirəklərin qiyməti isə ekspertiza rəyinə uyğun olaraq 1 ədədi 36 manat dəyərində hesablanmaqla, ümumilikdə Təqsirləndirilən şəxs 46 ədəd dəmir dirəyi oğurlamaqla zərərçəkmiş hüquqi şəxs “Prestij-V MTK-a 1.656 (bir min altı yüz əlli altı) manat zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsə də, onun əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir.(Nəzərə alınmalıdır ki, hadisənin baş veridiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində qeyd edilən əməl böyük ictimai təhlükə törətməyən əməl hesab edilmişdir.) Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edirki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğundan, habelə hazırkı ittiham üzrə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməl hadisənin baş verdiyi tarixdə böyük ictimai təhlükə törətməyən cinayət hedab edilmişdir) Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddəərinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin onun islah olunmasına təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməməsini və ona dəymiş maddi ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübutlar-02 ədəd A4 formatlı kağız üzərində olan surəti və 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 50 (əlli) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübutlar-02 ədəd A4 formatlı kağız üzərində olan surəti və 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 550 (beş yüz əlli) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-180/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-180/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver