Məhkəmə qərarları › İş №1(011)-182/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-182/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-182/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Qazı-Məmməd (hazırkı Hacıqabul) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2944 saylı binanın 14-cü mərtəbəsinin dəhlizində qapı qonşusu Zərərçəkmiş şəxs ona, evinə tanımadığı şəxsləri gətirməsinə irad tutması ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunu bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək ağrı simptomu, hərəkət məhdudluğu və sağ dirsək sümüyünün arxaya yarım çıxığı ilə qeyd olunan sağ mil-bilək oynağı nahiyəsində şişkinli qançır və sağ əlin arxa səthində qançır kimi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, onun yaşadığı binaya köçmüş, Günay onun qapı qonşusudur. Günayın evinə hər gün müxtəlif adamlar gəldiyini görmüş, bu hallar onu özündən çıxarmışdır. Dəfələrlə Günaya evə adam gətirməyi ilə bağlı öz iradlarını bildirmiş, Günay onun iradlarından nəticə çıxarmamışdır. Günayı dəhlizdə oğlanla öpüşən yerdə tutmuş, ona iradını bildirmiş, sonradan Günayın anası həmin şəxsin Günayın nişanlısı olduğunu bildirdiyindən onu bağışlamışdır. Son iki il ərzində Günayla münasibəti olmamış, onunla salamlaşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman Günayı yaşadığı mərtəbənin dəhlizində görmüşdür. O, Günaya yenidən irad bildirmiş və qapısının ağzına heçkimi gətirməməyini tapşırmışdır. Amma Günay yenidən onun sözlərinə fikir verməmiş, bu söhbət əsnasında aralarında münaqişə yaranmışdır. Səs-küyə qonşuları Əsmət də gəlmişdir. Bu zaman Günayın qızı evdən dabankeşi gətirərək Günaya vermiş, Günay dabankeşi götürərək onun belinə, baş nahiyəsinə dəfələrlə zərbələr endirmiş, əli ilə özünü qoruyan zaman Günay dabankeşlə əlinə də vuraraq ona xəsarət yetirmişdir. O, Günayın əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özündən uzaqlaşdırmağa çalışmış, Günayı vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Hadisələr Əsmətin gözü qarşısında olmuş, Əsmət onları ayırmağa cəhd etməmiş, Günayın onu vurmağına şərait yaratmışdır. Aralarında olan münaqişə 10 dəqiqə davam etmiş, münaqişədən sonra xəsarət almış və cəld evə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və barışmaq niyyətində də deyildir. İşə ədalətli baxılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Günay dabankeşlə başına və belinə də dəfələrlə vurmuş, başında və belində də xəsarətlər olmuş və göyərmiş, bu barədə ekspertə bildirmiş və göstərmiş, Günayın qızı onu vurmamış, sadəcə dabankeşi anasına gətirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında tək yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 5-6 il olar qapı qonşu kimi tanımışdır. Bu vaxta qədər Kifayətlə Günayın arasında hər hansı bir dava-dalaş olduğunun şahidi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə evdə olduğu zaman dəhlizdən qonşusu Günayın səsi gəlmiş, Günay qışqıraraq qonşulardan kömək istəmişdir. Qapıdan çölə çıxan zaman qonşuları Günay və Kifayətin mübahisə etdiklərini görmüş, Kifayət əli ilə Günayın sifətindən bir neçə dəfə sillə vuraraq saçından tutmuş, Günayı Kifayətin əlindən bir təhər alaraq evinə aparmış, Günay evə girərək cəld qapını bağlamış, o, da öz evinə getmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Günayın əlində hər hansı əşya, o cümlədən dabankeş olmamış, Günay, Kifayəti vurmamış və ona xəsarət yetirməmiş, əksinə Kifayət Günayı vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2nvanında azyaşlı övladları, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxx 2012-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Əvvəllər gözəllik salonunda dırnaq ustası kimi fəaliyyət göstərmiş, sonradan salonda işləmək istəmədiyindən hərdən evdə müştəriləri qəbul etmişdir. Ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar olaraq evdə müştəri qəbul etməmişdir. Zərərçəkmiş şəxs onun qapı qonşusudur. 2016-cı ilin aprel ayından halhazıradək yaşadığı binaya köçmüş və həmin vaxtdan Kifayəti qonşu kimi tanımışdır. Əvvəl münasibətləri normal olmuşdur. 2016-cı ilin yay aylarında Kifayəti bir neçə dəfə sistem köçürmək üçün evə dəvət etmiş, sonuncu dəfə sistemi köçürdükdən sonra Kifayət pulunun onun tərəfindən az verildiyini düşünmüş, həmin gündən sonra Kifayətlə münasibətləri pozulmuş, bir-birlərini görən zaman salamlaşmamışlar. Dəfələrlə Kifayət səbəbsiz yerə onu təhqir etmiş, əsassız mübahisələr yaratmış, ona pozgun demişdir. Yaşadıqları binanın əksər sakinləri Kifayətlə belə işlərinə görə danışmamışlar. Kifayət hər dəfə onu və övladlarını dəhlizdə, binanın həyətində görəndə üzərinə hücum edərək nalayiq ifadələrlə təhqir etmiş, bu barədə dəfələrlə polisə şikayət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman növbəti dəfə Kifayət onu blokun dəhlizində görmüş, ona əsəbi halda yaxınlaşaraq nalayiq ifadə işlətməyə başlamışdır. O, Kifayətdən səbəb soruşduqda Kifayət, onun evinə çox gediş-gəliş olduğunu bəhanə gətirib ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Kifayətə sözlərinə fikir verməsini demiş, Kifayət üzərinə hücum etmişdir. O, qonşuları köməyə çağırmış, qonşuları Əsmət çıxaraq Kifayəti sakitləşdirməyə çalışmışdır. Kifayət sakitləşməmiş, qəfildən sillə ilə iki dəfə sifətinə vurmuş və saçından tutub yolmuşdur. Əsmət onu Kifayətin əlindən bir təhər almış, cəld evə girib qapını bağlayaraq DİN-in 102 xidmətinə zəng edib Kifayət tərəfindən döyülməsi barədə məlumat vermişdir. Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları onun yaşadığı mənzilə gələrək ondan ərizə almış, lakin Kifayətin yaşadığı mənzilin qapısını nə qədər döysələr də Kifayət qapını açmamış, Kifayətin qapını açmadığını görüb polislər dəhlizi tərk etmişlər. Kifayəti vurmamış, ona hər hansı xəsarət yetirməmiş, əksinə Kifayət onu vuraraq xəsarət yetirmiş, Kifayət ona şər atmışdır. Hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ekspert rəyində göstərilən xəsarətlərin Kifayətə harada və hansı şəraitdə yetirilməsindən xəbəri olmamış, Kifayət uşaqlarını da hədələdiyindən uşaqlarında psixoloji travmalar yaranmış, hadisəni çəkəndə Kifayətin xəbəri olmuş, bunu polisə sübut etmək üçün etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X2 göstərmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı 1241 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəydə qeyd edilən xəsarətlər aşkar edilmiş, digər xəsarətlər müəyyən edilməmişdir. Həmin xəsarətlərdən sağ əlin arxa səthində qançır dərəcəsi təyin edilməyən xəsarətlərdir. Xəsarətlər ümumilikdə qiymətləndirilmiş və sağlamlığın pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilmişdir. Xəsarətin kənar şəxs tərəfindən yetirilməsi ifadəsi ehtimal kimi işlədilmişdir. Qeyd edilən rəy qoyulmuş suallara əsasən tərtib edilmişdir. Təhqiqatçı tərəfindən qərar təqdim edilmiş, eyni zamanda şəxs özü biləvasitə müayinə edilmiş, ümumilikdə belə nəticəyə gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs belində və başında xəsarətlər müəyyən edilmədiyindən bu barədə rəydə qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); Xətai RPİ-nin 36-cı PB-nin xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:44-də DİN-in 102 xidmətindən məlumat daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs qonşusu Kifayətin onu döyməsi barədə məlumat vermişdir (i.v. 3); Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə qonşusu Kifayət adlı qadın qaldıqları mərtəbədə liftin qarşısında onu görüb mübahisə etməyə başlamış və bu zaman onu təhqir etmiş və döymüşdür. Odur ki, həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir (i.v. 4); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 36-cı PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, qonşusu Günay adlı qadınının onu döyərək xəsarət yetirməsini bildirmişdir (i.v. 9); Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, “qapı qonşuluğumda Kifayət adlı qadın yaşayır. Həmin qadınla uzun müddətdir ki, qonşuluq zəminində mübahisə-münaqişələrimiz olur. Belə ki, mən əvvəl gözəllik salonunda işləmişəm, lakin hal-hazırda işdən çıxdığım üçün evimə arada bir manikür üçün qadınlar gəlib-getmişdir. Bu Kifayəti nədən isə qıcıqlandırmışdır. Bu bəhanə ilə o, mənimlə həmişə mübahisə yaratmağa çalışmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində evdən çıxarkən qaldığım 14-cü mərtəbədə blokda liftin qarşısında Kifayət adlı qadınla qəfildən rastlaşdım. O, uydurma bəhanə ilə mənə yaxınlaşıb sataşaraq mübahisə etməyə başladı və qəfildən məni 2 dəfə şillə ilə vurub saçımdan tutaraq döyməyə başladı” deyə bildirmişdir (i.v. 10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X9 canlı şəxsin ekspertizası barədə 1237 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin İİİ barmağı və sol əl nahiyələrdə qançırlar, sol əlin ovuc səthi və sağ əlin V barmağı nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v. 15-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X9 canlı şəxsin ekspertizası barədə 1241 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, “Müayinə olunanın (Zərərçəkmiş şəxs) deməsinə görə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanda yerləşən yaşadığı binanın 14cü mərtəbəsinin pilləkən meydançasında qonşusu Günay və qızı dəmir dabankeşlə (rajokla) vurublar. Həmin gündən, bu günə kimi heç bir tibb müəssisəsinə müraciət etməyib. Hazırda sağ mil - bilək oynağındakı şişkinliyin ağrılı olmasından hərəkət məhdudluğundan və hərəkət etmək istədikdə həmin ağrıların kəskinkinləşməsindən şikayətlənir. Sağ mil - bilək oynağı nahiyəsinin bayır - ön səthlərində 5x4 sm ölçüdə, oval formada, göyümtül - qırmızımtıl rəngdə şişkinli qançır var, sağ mil - bilək oynağında açma və bükmə hərəkətləri məhdud olub, ağrılıdır. Sağ əlin arxa səthində İİİ - V daraq falanqa arası sahədə 3,5x3 sm ölçüdə, oval formada, göyümtül - qırmızımtıl rəngdə qançır var. Xəsarətlər nahiyəsini əllə yoxladıqda sağ mil - bilək oynağı nahiyəsindəki şişkinli qançır kəskin ağrılıdır. Digər xəsarət müəyyən edilmədi. Həmin rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – ağrı simptomu, hərəkət məhdudluğu və sağ dirsək sümüyünün arxa yarım çıxığı ilə qeyd olunan sağ mil –bilək oynağı nahiyəsində şişkinli qançır və sağ əlin arxa səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibi ekspertin səlahiyyətinə aid deyildir (i.v. 17-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “son 2 il ərzində demək olar ki Günay ilə salamlaşmırdım. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman Günayı yaşadığımız mərtəbənin dəhlizində gördüm. Mən ona yenidən irad bildirdim və mənim qapımın ağzına heçkimi gətirməməyini tapşırdım. Amma o yenidən mənim sözlərimə fikir vermədi. Bu söhbət əsnasında aramızda münaqişə yarandı. Bu zaman o qapısının ağzında olan dabankeşi götürərək mənim bədənimin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Mən onun əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özümdən uzaqlaşdırmağa çalışdım. Günay məni vuran zaman səs-küyə qonşumuz Əsmət gəldi. Əsmət bizi ayırmağa cəhd etməyib Günayın məni vurmağına şərait yaratdı. Aramızda olan münaqişə 10 dəqiqə davam etdi. Münaqişədən sonra mən xəsarət aldım və cəld evə getdim. Aramızda olan münaqişə 5-10 dəqiqə davam etdi. Aramızda baş verən münaqişə zamanı orada biz və qonşumuz Əsmətdən başqa heçkim olmayıb” (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 45); xx xxxxxx 2021-ci il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolundan görünür ki, üzləşmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, “Günay 5 ilə yaxındır ki, onun yaşadığı binaya qonşu kimi köçmüşdür. Onunla əvvəllər heç bir problemi olmamışdır. Sonralar onun evinə hər gün müxtəlif adamlar gəldiyini görmüşdür. Bu onu özündən çıxarmışdır. Hətda dəfələrlə ona evə adam gətirməyi ilə bağlı öz iradlarını bildirmişdir. Amma Günay onun iradlarından nəticə çıxarmamışdır. Son 2 il ərzində demək olar ki onunla salamlaşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman onu yaşadıqları mərtəbənin dəhlizində görmüşdür. Günaya yenidən irad bildirmiş və onun qapısının ağzına heçkimi gətirməməyini tapşırmışdır. Amma Günay yenidən onun sözlərinə fikir verməmişdir. Bu söhbət əsnasında aralarında münaqişə yaranmışdır. Bu zaman Günay qapının ağzında olan dabankeşi götürərək onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Günayın əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özündən uzaqlaşdırmağa çalışmışdır. Günay onu vuran zaman səs-küyə qonşusu Əsmət gəlmiş, Əsmət onları ayırmağa cəhd etməmiş, Günayın onu vurmağına şərait yaratmışdır. Günay onu evdən götürdüyü dabankeş ilə vuraraq ona bədən xəsarəti yetirmişdir.” Üzləşmədə Təqsirləndirilən şəxs göstərmişdir ki, “Zərərçəkmiş şəxs yalan danışır. Zərərçəkmiş şəxs onun qapı qonşusudur. 2016-cı ilin aprel ayından hal-hazırda yaşadığı binaya köçmüş və həmin vaxtdan Kifayəti tanıyır. İlk 2 ay ərzində Kifayətlə heç bir pis münasibəti olmamışdır. Hər zaman qonşu kimi normal münasibət saxlamışlar. Kifayətin tibb bacısı kimi fəaliyyət göstərdiyini bilmiş, 2016-cı ilin yay aylarında onu bir neçə dəfə sistem köçürmək üçün evə dəvət etmiş, sonucu dəfə sistemi köçürdəndən sonra Kifayət pulunu kəsdiyini düşünüb onunla münasibətini pozmuşdur. Hətta bir- birilərini görən zaman salamlaşmamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman növbəti dəfə Kifayət onu blokun dəhlizində görmüş, ona əsəbi halda yaxınlaşaraq nalayiq ifadə işlətməyə başlamış, bunun səbəbini soruşduqda, onun evinə çox gediş-gəliş olduğunu bəhanə gətirib ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Kifayətə sözlərinə fikir verməli olduğunu bildirən zaman Kifayət ona qəfildən 2 dəfə şillə ilə vurub və saçından tutmuş, onu özündən uzaqlaşdırmağa çalışan zaman aralarında dava düşmüş və saçından ağrı hiss etdiyindən qışqırmağa başlamışdır. Qışqırıq səsinə dəhlizdə olan digər qonşu Əsmət çıxaraq davaya müdaxilə etmiş və onları ayırmışdır. Əsmət onları ayırandan sonra o, cəld evə girib qapını möhkəm bağlamış və Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzinə zəng vurub hadisə barədə məlumat vermiş, baş vermiş hadisə zamanı xəsarət almışdır” (i.v. 47-48); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində qətimkan tədbiri seçilmiş, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020ci il tarixli 1241 saylı, xx.xx.2020-ci il tarixli 1237 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması məqsədilə material ayrılmış və inzibati icraatın açılması üçün Xətai rayon Prokurorluğuna göndərilmişdir (i.v. 49-53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 64- 65); şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Cəmilə və 2012-ci il təvəllüdlü Rəsul adlı iki övladı var (i.v. 78); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahiddır. Həmin şəxslərdən Təqsirləndirilən şəxs, Şahid ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını bildirmişlər. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahid qismində dindirilmiş Şahid bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra o, şahid qismində dindirilmişdir. Həmin şahidin ifadəsi ilə zərər çəkmiş şəxsin ifadəsi istisna olmaqla təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq olunur və üst-üstə düşür. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair yalnız zərərçəkən Zərərçəkmiş şəxs ziddiyətli ifadələri mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Elə Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, onun, Təqsirləndirilən şəxs ilə münasibətləri pis olmuş, son illərdə onlar danışmamış, aralarında dəfələrlə münaqişələr olmuşdur. Cinayət işinin materiallarında görünür ki, ilk olaraq Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək qonşusu Kifayətin onu döyməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Xətai RPİ-nin 36-cı PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsində qonşusu Günay adlı qadınının onu döyərək xəsarət yetirməsini bildirmiş, Təqsirləndirilən şəxs onu dabankeşlə vurmasına dair hər hansı xüsusat göstərməmişdir. Zərərçəkmiş şəxs müayinə olunan zaman ekspertə pilləkən meydançasında qonşusu Günay və qızının dəmir dabankeşlə (rajokla) onu vurmasını bildirmiş, halbuki, sonrakı ifadələrində Təqsirləndirilən şəxs qızının onu vurması barədə bildirməmiş, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs qızının onu vurmadığını, sadəcə dabankeşi anasına gətirdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs qapısının ağzında olan dabankeşi götürərək onu vurmasını göstərmiş, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində isə dabankeşi Təqsirləndirilən şəxs götürmədiyini, sonuncunun qızının dabankeşi gətirərək anasına verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs vurmadığını göstərmiş, halbuki, Şahid Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs vurmasını qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması məqsədilə material ayrılmış və inzibati icraatın açılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dabankeşlə onun, bel nahiyəsinə və baş nahiyəsinə dəfələrlə zərbələr endirdiyini, belində və başında xəsarətlər olduğunu və göyərdiyini göstərmiş, lakin, 1241 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində Zərərçəkmiş şəxs bel və baş nahiyədə hər hansı xəsarətin olduğu müəyyən edilməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş ekspert Zərərçəkmiş şəxs bel və baş nahiyədə hər hansı xəsarətin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətləri normal olmamış, sonuncu ilə təqsirləndirilən şəxs arasında dəfələrlə münaqişələr olmuşdur. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxsin bir-birləri ilə mübahisələri vardır, birbirlərinə qarşı qərəzli mövqedədirlər. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən Zərərçəkmiş şəxs qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Ona görə də belə bir vəziyyətdə Zərərçəkmiş şəxs ziddiyyətli ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs, Şahid həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamış, həmin ifadələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsinə dair hər hansı xüsusat olmamışdır. Məhkəmə nəzərə alır ki, Şahid tərəflərlə qohumluq və dostluq münasibətləri olmamaqla iş üzrə hər hansı maraqları yoxdur. Ona görə də onun ifadəsi daha mötəbər və etibarlı sayılmalıdır. Şahid ifadələrində bildirir ki, ümumiyyətlə ittiham aktında göstərilən tarixdə, saatda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirməmiş, əksinə Şahid Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əli ilə vurmuş və saçını yolmuşdur. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Belə olduğu təqdirdə, Zərərçəkmiş şəxs ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının Zərərçəkmiş şəxs barədə verdiyi rəylərdə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin, hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da, qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Bunlardan əlavə, ittiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək xəsarət yetirməsi qeyd edilmiş, lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurması ümumiyyətlə müəyyən edilərək göstərilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ehtimal olunan hər hansı alət (dabankeş) ilkin araşdırma və ibtidai istintaq zamanı müəyyən edilməmiş, maddi sübut kimi cinayət işinə əlavə olunmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu dabankeşlə vurub xəsarət yetirməsini göstərmiş, lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dabankeşlə vurub xəsarət yetirməsini müəyyən etməyərək ittihamda ümumiyyətlə belə bir xüsusat göstərməmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu dabankeşlə vurub xəsarət yetirməsini israrla göstərdiyi halda, istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dabankeşlə xəsarət yetirməsi halı müəyyən edilməməklə bu barədə ittiham edilmədiyi halda, istintaq orqanının öz mülahizəsinə əsasən necə və hansı əsasla “bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək xəsarət yetirməsi” kimi ifadə işlətməklə Təqsirləndirilən şəxs ittiham edilməsi anlaşılan deyildir. Yəni, istintaq orqanı, Zərərçəkmiş şəxs ona dabankeşlə xəsarət yetirilməsi barədə ifadəsinin əsassız olmasını qəbul edərək bunu Təqsirləndirilən şəxs elan olunmuş ittihamda göstərməmişdir. Hazırkı ittiham, yalnız Zərərçəkmiş şəxs ziddiyətli ifadəsi əsasında qurulmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu əli, ayağı və ya digər əşya ilə (dabankeşdən başqa) vurmasını göstərmədiyi halda, istintaq orqanın isə Zərərçəkmiş şəxs ona dabankeşlə xəsarət yetirilməsi barədə ifadəsinin əsassız olmasını qəbul edərək bunu Təqsirləndirilən şəxs elan olunmuş ittihamda göstərmədiyi halda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək xəsarət yetirməsi” kimi ittihamın verilməsi əsassız və qanunsuz olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə sübut qismində video-görüntü təqdim etmiş, zərərçəkmiş şəxs video-görüntünün hadisə zamanı olan görüntü olmasını təsdiq etsə də, lakin görüntünün onun konstitusion hüququnu pozmasını bildirərək həmin görüntülərə sübut kimi istinad edilməməsini xahiş etmiş, digər proses iştirakçıları video-görüntünü mübahisələndirməyərək sübut kimi qəbuledilməzliyini mübahisələndirməmişlər. “Yallo (Yalloh) Almanyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, gizli yolla əldə edilmiş informasiyanın sübut qismində qəbul olunması işin halları baxımından 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətlilik tələblərinə zidd deyildir. “Şenk İsveçrəyə qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi ədalətli mühakimə olunma hüququnu təmin etsə də, bu kimi sübutların qəbul edilə bilməsi ilə bağlı hər hansı bir qayda qoymur, bu da ilk növbədə milli qanunvericiliklə tənzimlənməlidir. Buna görə Məhkəmə, prinsipcə və mücərrəd olaraq qanunsuz olaraq əldə edilmiş bu cür dəlillərin qəbul edilə biləcəyini istisna edə bilməz. Məhkəmə nəzərə alır ki, çəkilişdən zərərçəkmiş şəxsin məlumatı olmuş, görüntüdə həm təqsirləndirilən, həm şahidin, həm də zərərçəkmiş şəxsin səs yazıları və görüntüləri olmuş, qeyd olunan görüntü təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq yeganə sübut olmamışdır. Bu baxımdan məhkəmə bir tərəfdən şəxsi toxunulmazlıq hüququnun, digər tərəfdən isə təqsirsizlik prezumpsiyası hüququnun olmasını nəzərə alaraq həmin görüntüləri də sübut kimi qəbul edib tədqiq etmişdir. Həmin görüntülərdə təqsirləndirilən şəxsin bu və ya digər formada zərərçəkmiş şəxsi vurması müəyyən edilməməklə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə mübahisə etməsi, zərərçəkmiş şəxsin əli ilə təqsirləndirilən şəxsi vurması müəyyən edilir. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni, zərərçəkmiş şəxsin ifadəsində, həmçinin ittihamda göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı material üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs ziddiyyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar